İnsanların hidayətinə səbəb olan Allahın elçiləri son dərəcə həssas bir vicdana malikdirlər. Onlar insanlara yaxşılığı əmr edib pisliklərdən çəkindirən, üzərlərinə düşən bu şərəfli vəzifəni məsuliyyətlə yerinə yetirən çox dəyərli insanlardır. Allahın elçiləri əlləri çatan bütün insanların axirətlərinin xilas olması və onların hidayətə gəlməsinə səbəb olmaq üçün çalışırlar. Onları içində olduqları qəflət yuxusundan oyandırmaq və Allahın razı olacağı ümid edilən bir əxlaqa çatdırmaq istəyiblər. Bunun əvəzində peyğəmbərlər bu şərəfli mübarizələri əsnasında bəzən iman gətirməyənlərin, münafiqlərin, müşriklərin təhdidlərinə, böhtanlarına, sözdə və əməldə gerçəkləşən hücumlarına məruz qalıblar. Ancaq onlar bu şərtlər altında da təbliğ vəzifələrinə səbirlə, gözəlliklə, yaxşılıq və təvazökarlıqla davam ediblər.
Peyğəmbərimiz (s) də bütün peyğəmbərlər kimi insanlara təbliğ etdiyi həqiqətlərə görə hər cür əziyyətlərə, böhtanlara məruz qalıb, məsxərəyə qoyulub, bir-birindən fərqlənən bir çox böhtanlarla ittiham edilib və uzun illər iman gətirməyənlərin təzyiqi və ölüm təhdidi altında yaşayıb. Peyğəmbərimizə (s) itaət edən saleh möminlər də uzun müddət içində yaşadıqları cəmiyyət tərəfindən boykot və rədd olunub. Əlbəttə, çətinlik kimi görünən bu hadisələr Peyğəmbərimizin (s) və onunla birlikdə olan saleh möminlərin dünyada və axirətdə gözəl həyata qovuşmalarına səbəb olan şərəfli hadisələrdir. Səmimi şəkildə iman gətirənlər və Rəbbimizə təvəkkül edənlər bunlardan və buna oxşar digər çətinliklərdən dolayı heç vaxt ümidsizliyə qapılmır, əksinə, bu çətinlikləri və sıxıntıları Allaha yaxınlaşmağa və Onun razılığını qazanmağa bir yol olaraq görürlər.
"De: “Əgər Allah sizə bir pislik etmək istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq etmək istəsə, |
Peyğəmbərimiz (s) təbliğ vəzifəsinə başlamamışdan əvvəl də hələ gənc yaşlarından etibarən “əl-Əmin adlandırılıb, etibarlı olması ilə tanınmış bir insan olub. Əvvəl də qeyd etdiyimiz kimi, içində yaşadığı cəmiyyətdə insanlar ona hər şeyi əmanət edəcək qədər etibar göstərmişlər, bir çox məsələlərin həllində onu özlərinə hakim seçmişdilər. Onun əxlaqını, ədalətini, dürüstlüyünü həmişə tərifləmişlər. Peyğəmbərimiz (s) hər işi həmişə ən gözəl şəkildə yerinə yetirən, çox ağıllı və qabağı görən, bəsirət sahibi olan mübarək bir insan olduğuna görə onun bütün bu xüsusiyyətləri hər kəsin diqqətini dərhal cəlb edib. Ancaq Peyğəmbərimiz (s) ətrafındakıları Allaha iman gətirməyə və bütlərə sitayiş etməkdən əl çəkməyə çağırmağa başlayanda, onun üstün əxlaqına şahid olmalarına baxmayaraq iman gətirməyənlərin ən böyük hədəfinə çevriliblər.
Peyğəmbərimiz (s) kimi Allahın başqa seçkin elçiləri də peyğəmbərlik vəzifələrini yerinə yetirməyə başlayana qədər öz xalqları arasında sevilən və hörmət edilən insanlar olub. Ancaq elçilik vəzifələri ilə şərəfləndirilmələrindən sonra Allahın varlığını və axirət gününü inkar edənlər, yaxud da dünyəvi qayğılara görə din əxlaqına tabe olmayanlar onlara qarşı cəbhə açmışlar. Bu məsələ Quranda belə xəbər verilir:
“Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik"“ (“Hud” surəsi, 62).
“Onlar dedilər: "Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da həlim xasiyyətlisən, çox ağıllısan!"“ (“Hud” surəsi, 87).
“(Hökmdar həmin qadınları çağırtdırıb) soruşdu: "Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi? Onlar: "Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!" - deyə cavab verdilər. Vəzirin övrəti dedi: "Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğru danışanlardandır!"“ (“Yusuf” surəsi, 51).
Peyğəmbərimizin (s) haqqa və doğru olana dəvətinin əvəzində tayfasının müqavimət etirazı da Allahın: “Onlar belə dedilər: "Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən! Əgər sən doğru danışanlardansansa, mələkləri bizə gətirsənə!"“ (“Hicr” surəsi, 6-7) ayələrində də bildirdiyi kimi, bu mübarək insana heç bir əsası olmayan böhtanlar atmaqdan ibarət olub. Peyğəmbərimizin (s) bu ayələrdə xəbər verilən böhtanlardan başqa da çoxlu sayda iftiralara məruz qalması Quran ayələrində bildirilir. Peyğəmbərimiz (s) belə bir şəraitdə də iman gətirməyənlərlə fikri mübarizəsinə və Quran əxlaqını insanlara çatdırmağa davam etmişdir. Lakin onun təbliğ etdiyi həqiqətlər xalqın iman gətirməyən hissəsində və müşriklərdə kin və nifrət yaratmışdı. Allahın Quranda “aləmlərə rəhmət” kimi zikr etdiyi (“Ənbiya” surəsi, 107) Peyğəmbərimizi (s) insanlar, - onların çox az hissəsi istisna olmaqla, - təqdir etməmişlər. Həmçinin bir müddət sonra Peyğəmbərimiz (s) yerini dəyişərək Məkkədən Mədinəyə hicrət etmək məcburiyyətində qalmışdı.
Peyğəmbərimiz (s) çox təhlükəli olan müşrik bir qövmün arasında bir tərəfdən dini təbliğ etmiş, bir yandan iman gətirərək ona tabe olanları maarifləndirmiş, digər tərəfdən də iman gətirməyənlərlə çətin bir mübarizə aparmışdır. Bu mübarizə bəzi hallarda müharibələrə çevrilmişdi. Dövrünün müşrikləri ilə yanaşı, inkarçılıqda israr edən bəzi yəhudilər də Peyğəmbərimizə (s) qarşı düşmənçilik etmişlər. Hz.Muhəmməd (s) onlarla da maraqlanmışdı. Yəhudilər kimi, bəzi xristianlar da Peyğəmbərimizi (s) hədəf götürüb, ona xeyli problemlər yaratmış, qurduqları hiylələrlə ona ziyan vurmağa çalışmışlar.
Peyğəmbərimiz Hz.Muhəmməd (s) bu qədər geniş bir sahədə mübarizə apararkən bir tərəfdən də münafiqlər ona gizli şəkildə zərər vurmağa çalışırdılar. Münafiqlər inkarçılarla əlbir olaraq onlara xəbər aparır, gizli şəkildə Peyğəmbərimizin (s) əleyhinə müxtəlif işlər görürdülər. İnkarçılar və müşriklər kimi onların da əsas hədəfi Peyğəmbərimiz (s) idi. Onlar Peyğəmbərimiz Hz.Muhəmmədə (s) paxıllıq edir, ona kin və nifrət bəsləyirdilər. İçlərindəki bu həsədə və bu kinə baxmayaraq Peyğəmbərimizə (s) yaxınlaşaraq onun söhbətlərində iştirak etmiş və gizli işlərlə məşğul olmuşlar.
Münafiqlər kimi, Peyğəmbərimizin (s) təbliğinə qulaq asanların arasında iman gətirməyənlər də vardı. Bu insanlar da başqaları kimi Allahın müqəddəs elçisinə əziyyət vermək üçün çoxlu tələ və hiylələrə əl atırdılar. Allah bir ayədə öz xain fikirləri ilə Peyğəmbərimizə (s) əziyyət vermək istəyən bu adamlar barədə belə xəbər vermişdir:
“Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: "O, divanədir!" - deyirlər” (“Qələm” surəsi, 51).
Bura kimi bəhs edilənlərdən də göründüyü kimi, Peyğəmbərimiz (s) həm iman gətirməyənlərin ona qarşı yönələn ölüm təhdidləri altında, həm də münafiqlərin arasında olmasına baxmayaraq insanlara din əxlaqını təbliğ etmiş, onların hidayətə qovuşmasına vəsilə olmağa çalışmışdır. İman gətirməyənlərin başbilənləri və aparıcı simaları isə Allahın bu mübarək elçisini öldürmək üçün çoxlu məkrli planlar hazırlayıb, hiylələr qurmuşdular.
Rəbbimizin ən böyük və vacib möcüzələrindən biri də Peyğəmbərimizin (s) əleyhinə hazırlanan bu qədər məkrli plana və hiyləyə rəğmən sevimli Peyğəmbərimizin (s) heç bir zərərə məruz qalmadan öz mübarizəsinə davam etməsidir.
Bir Quran ayəsində Rəbbimiz sevimli Peyğəmbərimizə (s) “onu insanlardan qoruyacağını” vəd edib:
“...Allah səni insanlardan qoruyacaq. Həqiqətən Allah kafir camaatı düz yola yönəltməz!” (“Maidə” surəsi, 67).
Rəbbimizin bu vədi bir çox möcüzəvi hadisədə ortaya çıxıb, inkarçıların tanınmış adamları, müşriklər və münafiqlər, Peyğəmbərimizə (s) qarşı haqsız kin və nifrət içində olanlardan bircə nəfər də möcüzəvi tərzdə ona ziyan verə bilməyib. Hazırladıqları məkrli planlar, qurduqları tələlər hər dəfə puça çıxıb. Həm də bir çox döyüşdə müşriklər və inkarçılar Peyğəmbərimizlə (s) qabaq-qabağa gəlmələrinə baxmayaraq Rəbbimiz həmişə məhz onu qoruyub və Peyğəmbərimiz (s) təbliğ vəzifəsini axıra kimi davam etdirib. Ona əziyyət verməyə çalışanlar məqsədlərinə heç vaxt çata bilməyib, əksinə, özləri rəzil-rüsvay olarkən Peyğəmbərimizin (s) fiziki gücü, sağlamlığı, sevinci, nuru və gözəlliyi hər ötən gün daha da çoxalıb. Allah Peyğəmbərimizi (s) Öz mərhəməti ilə qoruyub, ona həm fiziki, həm də mənəvi cəhətdən böyük güc və əzəmət verib. Əlbəttə, bu, Peyğəmbərimiz (s) üzərində təcəlla edən Allah möcüzələrindən biridir. Qurduqları hiyləgər planlar inkarçıların və münafiqlərin öz əleyhinə çevrilərkən Peyğəmbərimiz (s) Allahın mərhəməti və mühafizəsi altında heç bir zərərə məruz qalmadan öz mübarizəsini davam etdirib. Mahiyyət baxımından böyük möcüzə demək olan bu həqiqət Quranda da bildirildiyi kimi, Peyğəmbərimizdən (s) rəvayət edilən hədislərdə də yer almışdır.
Peyğəmbərimizin (s) insanları haqqa və doğru olana dəvət etməsi haqsızlıqlardan və zülmlərdən mənfəət əldə edən, məqam və mövqelərini itirməkdən qorxan bir qrup adamın Peyğəmbərimiz (s) və onun yanındakı möminlər əleyhinə müxtəlif tələlər qurmasına səbəb olmuşdu. Çünki Peyğəmbərimizin (s) söylədiyi həqiqətlər onların malik olduğu dünyəvi mənfəətlərin böyük əksəriyyətinin bir anda öz dəyərini itirməsinə gətirib çıxarırdı. Təkəbbürlü olduqları üçün də həmin günə kimi sitayiş etdikləri bütlərə bağlı qalmaqda inadla davam edir, inandıqları batil dəyərlərdən əl çəkmək istəmirdilər. Bunun əvəzində onlar Peyğəmbərimizi (s) ya öz dinindən əl çəkməyə məcbur etmək ya da öldürmək məsələsində öz aralarında müzakirə aparırdılar. İman gətirməyənlərin və müşriklərin qurduğu bu planlar barədə bir Quran ayəsində belə deyilir:
“Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxardıb sürgün etmək üçün sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!” (“Ənfal” surəsi, 30).
"Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq." |
Ayədə də buyrulduğu kimi, Rəbbimiz tədbir tökənlərin ən xeyirlisidir və sevimli Peyğəmbərimizi (s) onların bütün hiylələrindən qoruyaraq təmizə çıxarmışdır. Allahın “...onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir” (“Ali-İmran” surəsi, 120) ayəsinin bir hökmü olaraq möcüzəvi şəkildə Peyğəmbərimizə (s.ə.v) də heç bir zərər vura bilməmişdilər.
Allah Peyğəmbərimizə (s) heç kimin maddi və mənəvi cəhətdən heç nə ilə əsla zərər verə bilməyəcəyini başqa ayələrdə belə vəd edib:
“Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!” (“Nisa” surəsi, 113).
“Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!” (“Maidə” surəsi, 42).
Hədislərdə Peyğəmbərimizə (s) Quran əxlaqını təbliğ etməkdən əl çəkməsi üçün müşriklərin müxtəlif yollara əl atdıqları xəbər verilir. Bunlardan biri də məqam, mal-mülk, sərvət təklif edərək Peyğəmbərimizi (s) cahilcəsinə dünyəvi mənfəətlərlə mübarizəsindən əl çəkdirməyə çalışmalarıdır. Bir Quran ayəsində belə bildirilir:
“Onlar istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər!” (“Qələm” surəsi, 9).
Maddi və mənəvi hər növ təklifə baxmayaraq Peyğəmbərimiz (s) Allahın ayələrini insanlara çatdırmaq və başa salmaq məsələsində çox böyük qətiyyət, möhkəm bir xarakter nümayiş etdirmiş, ona qarşı yönələn təhdidlərə heç vaxt fikir verməmişdir. İbni Əbi Şeybə “Müsnəd“ində məkkəli müşriklərdən biri olan Utbə ibn Rabiənin Peyğəmbərimizə (s) ünvanlanan çirkin təkliflərini belə bldirir:
“...Nəyə görə ata-babalarımızın azdığını deyirsən? Əgər rəhbərlik istəyirsənsə, bayraqlarımızı sənə verək və səni özümüzə başçı seçək. Əgər mal-mülk və pul istəyirsənsə, sənə və səndən sonrakı nəslinə bəs edəcək qədər sərvət yığaq”.48
Peyğəmbərimiz (s) Allahın razılığını hər şeydən üstün tutmuş, Allahın mərhəmətini və cənnətini əsl mükafat kimi görmüş, çox güclü imana malik bir müsəlman olmuşdur. Heç bir dünyəvi təklif, məqam, vəzifə, pul heç vaxt ona təsir etməmişdir. Allah bu cür müqəddəs elçisi üçün dünyada da çoxlu var-dövlət və fəthlər nəsib etmişdi, Allahın axirət həyatında hazırladığı mükafat isə əlbəttə ki, daha böyük olacaqdır. Peyğəmbərimizi (s) haqq mübarizəsindən əl çəkməyə məcbur etmək üçün müşriklərin rəhbərləri müxtəlif tələlər qurub hazırlamışdılar. Lakin onlar heç bir məqsədə nail ola bilməyəndən sonra Peyğəmbərimizi (s) sürgün etmək, həbs etmək və axırda da öldürmək üçün xain planlar qurmağa başladılar. Buna görə də öz aralarında vaxtaşırı Peyğəmbərimizin (s) vəziyyətini müzakirə edirdilər. Bu tarixi həqiqət İslam mənbələrində belə qeyd edilib:
İbni İshaqın ifadəsinə görə, Qureyş qəbiləsi yığışaraq Rəsulullah (s) haqqında məsələni həll etmək üçün bir-birinə belə dedilər: “Bu adamın vəziyyətinin necə bir həddə gəldiyini görürsünüz”. Bundan sonra qızğın müzakirələr başladı. Aralarından biri: “Onu bir yerə salıb həbs edək, heç kimlə görüşməyinə də imkan verməyək və ölənə kimi oradan çıxarmayaq. Ölməməsini təmin edəcək miqdarda da yeyib-içmək verək...”
Lakin bu fikrə etiraz etdilər. Belə bir hadisə iğtişaşlara gətirib çıxara bilərdi. Bu dəfə başqasının “Onu həbs etməyək, Məkkədən çıxaraq...” təklifi də müsbət qəbul edilmədi. Çünki “Muhəmməd (s) ərəblərin hər hansı bir əşirətinə gedər, gözəl sözləri ilə onları özünə cəlb edər, onları öz arxasınca aparar və bizdən intiqam alar...” deyildi. Bundan sonra Əbu Cəhl belə dedi: “Muhəmmədi (s) öldürməkdən başqa həll yolu yoxdur”.49
"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir." |
Müşriklər və iman gətirməyənlər bu xain planları tətbiq etməyə imkan verəcək maddi və mənəvi imkanlara malik olmalarına baxmayaraq bu istəklərinə heç vaxt çata bilməyiblər. Çünki Peyğəmbərimiz (s) Uca Allahın himayəsi altında hərəkət edən mübarək bir insandır. Hədislərdə Peyğəmbərimizi (s) öldürmək üçün gənc, güclü və silahlı adamların seçilib təşkil edildiyi bildirilir. Bu adamlarla yanaşı Peyğəmbərimizi (s) qılıncla öldürməyə gələn çoxlu sayda könüllü də vardı. Hədislərdə bu adamların bir yerdə, eyni anda Hz.Muhəmmədə (s) hücum edərək onu öldürmələrinin planlaşdırıldığı qeyd edilir. Bütün bunlara baxmayaraq Peyğəmbərimizi (s) öldürməyin mümkün olmaması, Allahın iman gətirməyənlərin və müşriklərin tələ və hiylələrini hər dəfə boşa çıxarması Peyğəmbərimizin (s) yaşadığı çox böyük möcüzələrdəndir.
Çox cəsur və igid bir adam olan Peyğəmbərimiz (s) qanlı döyüşlərdə də şəxsən iştirak edib, düşmənləri ilə qabaq-qabağa gəlib. Döyüşlərdə ön cəbhədə olmasına baxmayaraq onu öldürmək yenə də mümkün olmayıb və o, Allahdan bir möcüzə kimi heç bir zərərə məruz qalmadan geri qayıdıb. İnkarçılar döyüşdən kənarda bəzən əllərinə başqa fürsətlər keçsə də, yenə bu mübarək insanı öldürə bilməyiblər. Peyğəmbərimizin (s) vəzifəsini başa çatdırmadan, həm də çox böyük təhlükələrlə üzləşməsinə rəğmən ölməməsi əlbəttə, çox böyük bir möcüzədir.
Bu möcüzə ilə bağlı olaraq İbni Hənbəl Təbarani və Əbu Nuaym Cadədən (r.a.) bunu nəql ediblər:
Peyğəmbəri (s) gördüm. Yanına bir nəfər gətirilib. “Bu adam sizi öldürmək istədi” deyildi. Bundan sonra Allah Rəsulu (s) belə buyurdu: “Qorxma, qorxma! İstəsən də Allah məni sənə öldürtməzdi...”50
Allahın onu qoruduğunu bilən və Ona təvəkkül edən Peyğəmbərimizin (s) döyüş meydanlarındakı qorxmazlığı və cəsarəti bütün möminlərin nümunə götürdüyü bir xüsusiyyətidir. Peyğəmbərimiz (s) Allahdan başqa heç kimdən qorxmayan, çox cəsur, çox üstün əxlaqa malik səbirli bir insan olmuşdur. O, öz fədakarlığı ilə də bütün möminlər üçün ən gözəl nümunədir. Onun fədakar və cəfakeş davranışının ən gözəl nümunələrindən biri döyüşdə möminləri münasib yerlərə yerləşdirmək üçün sübh tezdən qalxması və evindən çıxması idi:
“Sən müharibədən ötrü möminlərə əlverişli mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb getmişdin. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!” (“Ali-İmran” surəsi, 121).
Peyğəmbərimiz (s) şəxsən özü inkarçıların, müşriklərin və münafiqlərin hədəfində ikən və həyatı təhlükə altında olduğu halda möminlərin əmin-amanlıqda olmasına çox böyük əhəmiyyət verib. Müsəlmanları həmişə təşviq edərək, onların şövqlərinin artmasına vəsilə yenə o olmuşdur.
İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. |
Mütləq gücün sahibi olan Allah Quranda: “...Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah biləndir, hikmət sahibidir!” (“Fəth” surəsi, 4) ayəsində xəbər verdiyi kimi, O, yer üzündəki bütün insanları da, orduları da Öz qüdrəti altında saxlayandır. İman gətirməyənlər Allahın sonsuz gücünü lazımınca qiymətləndirmədikləri üçün Peyğəmbərimizə (s) əl uzatmağa cürət göstəriblər. Bunun müqabilində Allah iman gətirməyənlərin Allah Rəsuluna (s) qarşı qurduqları hiylələri aradan qaldırmaq üçün Quranda “İnanmayanlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir” (“Ali-İmran” surəsi, 54) ayəsilə xəbər verildiyi kimi, ən qüsursuz sistemi qurub. İman gətirməyənlərin özləri də yaxşılığına və gözəl əxlaqına şəxsən şahid olduqları Allahın elçisi Hz.Muhəmmədə (s) qarşı gizli planlar qurarkən bunu Allahın onları eşitdiyindən və gördüyündən xəbərsiz ediblər. Beləliklə, münafiqlər və aparıcı inkarçılar əslində özlərinin ən böyük tələyə düşəcəklərini dərk edə bilməmişdilər:
“Onlar hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir!” (“İbrahim” surəsi, 46).
Hədislərdə Peyğəmbərimizin (s) ən böyük düşmənlərindən biri olan Əbu Cəhlin Allahın elçisini öldürmək üçün həmişə fürsət axtardığı xəbər verilir. İmam Buxari bununla bağlı İbni Abbasdan bu məlumatı nəql edir:
Əbu Cəhl: “Əgər Muhəmmədi Kəbədə namaz qılarkən görsəm, onun boynunu əzəcəyəm!”, - dedi. Bundan sonra Allahın Rəsulu (s) belə buyurdu: “Əgər belə bir hərəkət etsəydi, mələklər gəlib hamının gözü qarşısında onu tutacaqdılar”.51
İbni İshaq, Beyhaqi və Əbu Nuaym da İbni Abbasdan bu məlumatı nəql ediblər:
“Rəsulullah (s) səcdəyə gedəndə Əbu Cəhl böyük bir daş götürüb ona tərəf getdi. Daşı atmaq məqsədilə yaxınlaşanda qorxudan rəngi qaçmış, əli daşa yapışmış halda geri qayıtdı. Qorxusundan əlindəki daşı başqa yerə tulladı. Qureyşlilər bu vəziyyəti görüb “Nə oldu, nə baş verdi, danış görək”, - dedilər. Əbu Cəhl onlara belə cavab verdi: “Ona yaxınlaşanda böyük bir dəvə gördüm. Ömrümdə başı və boynu bu qədər böyük olan başqa bir dəvə görməmişdim. Əgər daşı atmağa çalışsaydım, dəvə məni azı dişləriylə parça-parça edərdi. Bundan sonra Allah Rəsulu (s) belə buyurdu: “Onun gördüyü Cəbrail idi. Mənə yaxınlaşsaydı, Cəbrail onu tutub başqa bir tərəfə fırladacaqdı””.52
Allahın inayəti və himayəsi altında olan mübarək bəndəsi Peyğəmbərimiz (s) əleyhinə bir çox tələlərin hazırlanmasına və bu tələlərlə üz-üzə qalmasına baxmayaraq hər dəfə Allahın vədinin eynilə gerçəkləşdiyini görüb, çətin kimi görünən hadisələri Rəbbimizin yaratdığına və Onun hər hadisəni ən xeyirli şəkildə nəticələndirəcəyinə iman gətirib. Özü heç bir ziyana məruz qalmadan təbliğat aparmaq vəzifəsinə və mübarizəsinə davam edib, Rəbbimizə həmişə etibar edib, Ona arxalanıb. Peyğəmbərimizin (s) dərin təvəkkülünün nəticəsində də Allah onu həmişə hər şeyə müvəffəq və güclü edib.
İslam mənbələrində və tarixi sənədlərdə qeyd edilən məlumatlara görə, Rəsulullah (s) peyğəmbərliyinin 14-cü ilində səfər ayının 27-si gecəsi evini tərk etdi və Hz.Əbu Bəkirin evinə getdi. Daha sonra Hz.Əbu Bəkirlə birlikdə Məkkəni tərk etdilər. Peyğəmbərimiz (s) müşriklərin onu ilk axtaracaqları yerin şimala tərəf davam edən əsl Mədinə yolu olacağını bilirdi. Buna görə də tamamilə əks istiqamətdə yol seçdi. Bu yol Məkkənin cənubundakı Yəmən yolu idi. Bu yolla təxminən 5 mil (6 km) gedərək “Sevr” adlandırılan dağa gəldilər. Dağ hündür olduğundan oraya çıxmaq təhlükəli, dırmaşmaq da çox çətin idi. Peyğəmbərimiz (s) yanındakı yoldaşı Hz.Əbu Bəkirlə birlikdə burada bir mağarada gizləndilər. Rəvayət edildiyinə görə, Sevr dağındakı bu mağara “Athal” adı ilə tanınırdı.53
Ey Peyğəmbər! |
Bu vaxt Qureyşlilər Allah Rəsulunu (s) tapmaq üçün bütün yolları kəsdilər və silahlı adamlarla yollara nəzarəti gücləndirdilər. Süvarilər, piyadalar və izaxtaranlar bölgəni ətraflı şəkildə axtarmağa başladılar. Dağlara, vadilərə və yoxuşlara yayıldılar. Peyğəmbərimizi (s) axtaran izləyicilər mağaranın ağzına kimi gəlib çıxdılar. Peyğəmbərimiz Hz.Muhəmməd (s) həmin anda Allaha təvəkkül edirdi. Rəbbimiz Quranda bunları bildirir:
“Əgər siz ona (peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: "Qəm yemə, Allah bizimlədir!" - dediyi zaman göstərmişdi. O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı...” (“Tövbə” surəsi, 40).
Peyğəmbərimiz (s) Allahın ayəsində də bildirdiyi kimi, Allaha könüldən təslim olmuşdur və taleyinə də təvəkkül içindədir. Rəbbimiz də Peyğəmbərimizin (s) gözəl əxlaqının və təvəkkülünün əvəzində onu Öz yardımı ilə dəstəkləmiş, onun bədəninə sağlıq, güc, ürəyinə də rahatlıq və güvən hissi vermişdi.
Bəzi insanlar belə böyük bir çətinliklə səciyyələnən vəziyyəti çox səthi şəkildə və həmin anın həyəcanını hiss etmədən dəyərləndirə bilərlər. Çünki özü təhlükənin hədəfi olmayan bir insan bu ovqatı anlaya və duya bilməz. Məsələn, bir adam inkarçı düşmənləri onu axtararkən bir mağarada həyatı təhlükə altında olan Peyğəmbərimizin (s) diqqətini və sayıqlığını yaşamadan dərk edə bilməz. Bütün iman gətirənlərin bu şərtlər barədə çox ətraflı şəkildə düşünməsi, Peyğəmbərimizin (s) üstün fədakarlığını, səbrini və iradəsini lazımi qədər təqdir edə bilməsi çox mühümdür. Lakin Peyğəmbərimiz (s) həyatı boyunca bir çox hadisələrdə olduğu kimi bunda da Allahın istəyi ilə möcüzəvi şəkildə xilas olub. Rəvayətlərə görə, müşriklər təqib nəticəsində gedib çıxdıqları mağaranın girişində hörümçəyin tor qurduğunu və göyərçinin də yuva qurub yumurta qoyduğunu görəndə içəridə heç kimin olmadığını düşünərək geri qayıdıblar.
Həqiqətən də bu şərtlər nəzərə alınanda mağaranın girişindəki hörümçək torunun dağılmaması içəridə heç kimin olmadığına bir işarə kimi qəbul edilə bilər. Çünki mağaraya girilsəydi, bu tor mütləq dağılacaq və hörümçək də həmin yerdə tor qurmayacaqdı. Digər tərəfdən, göyərçinin orada olmasına da eyni mövqedən yanaşmaq lazımdır. Əlbəttə ki, bu vəziyyət hər şeyə hakim və qadir olan Allahın bir möcüzəsidir. Hörümçəyə mağaranın girişində tor qurduran, göyərçini orada rahat şəkildə yerləşdirən qüvvə Allahdır. Peyğəmbərimizə (s) və mağarada birlikdə olduğu yoldaşına heç bir xətər dəyməməsi, Allahın görünməyən əsgərlərlə ona dəstək verməsi, ürəyinə rahatlıq və əminlik hissi verməsi əlbəttə ki, böyük möcüzələrdəndir.
Onlara da özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. |
Təfsirlərdə Hz.Muhəmmədin (s) ona verilən əsgərlərin mələklər ordusu olduğu bildirilir.54 Həmçinin “Tövbə” surəsinin 40-cı ayəsinin axırında Allah “...O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!”, - buyuraraq bu həqiqəti bizə bildirir. Bu ayədə bildirilən möcüzəvi hadisələr “Cəlaleyin” təfsirində belə şərh edilib:
Əgər siz ona, yəni Hz.Peyğəmbərə (s) kömək etməsəniz, vaxtilə Allah ona kömək etmişdi. Küfr edənlər onu Məkkədən çıxardıqları vaxt, yəni müşriklər Darunnədvədə yığışıb öldürülməsini, yaxud həbsini və ya sürgün edilməsini istəyəndə onu Məkkədən çıxmaq məcburiyyətində qoyduqları vaxt ikinin ikincisi idi. Yəni iki nəfərdən biri idi. Digəri də Hz.Əbu Bəkir idi. Burada ifadə edilməsinə çalışılan məna budur: Bu çətin vəziyyətdə Rəsuluna (s) kömək əlini uzadan Allah başqa vəziyyətlərdə də onu köməksiz buraxmaz. Həmin vaxt onlar Sevr dağındakı mağarada ikən Peyğəmbər (s) müşriklərin ayaqlarını görüb əndişələnən və Ona (s): “Onlardan biri ayaqlarının altına baxsa, bizi dərhal görəcək”, - deyən yoldaşına, yəni Hz.Əbu Bəkirə “Kədərlənmə! Çünki Allah Öz yardımı ilə bizimlə bərabərdir” deyirdi. Nəhayət, Allah bir fikirə görə, Hz.Peyğəmbərin (s), digər bir fikirə görə də Hz.Əbu Bəkirin üstünə rahatlıq və əmin-amanlığını göndərdi. Onu, yəni Hz.Peyğəmbəri (s) görmədiyimiz əsgərlərlə, yəni mağarada və döyüş meydanlarında bir mələklər ordusu ilə gücləndirdi. Beləliklə, küfr edənlərin kəlməsini, yəni şirk mübarizəsini ən alçaq, yəni ən məğlub, Allahın kəlməsini, yəni kəlmeyi-şəhadəti isə ən yüksək, yəni üstün və qalib etdi. Allah mülkündə güclüdür. Bütün işlərində hikmət sahibidir.55
Rəbbimiz Peyğəmbərimizə (s) çoxlu sayda möcüzəvi hadisə ilə kömək edib, ona mələklərlə dəstək, qəlbinə rahatlıq verib və iman gətirməyənlərin -o qədər çox sayda, hər tərəfdən əhatə etmələrinə baxmayaraq- ona zərər yetirməsinə mane olub. Bağışlayan, qoruyan, nəzarət edən Allah kömək edənlərin ən xeyirlisi və bütün gücün yeganə sahibidir.
Peyğəmbərimiz (s) də hər işində Allahın köməyi ilə uğur qazanıb. Allah Peyğəmbərimizə (s) olan köməyini ayələrdə belə xəbər verib:
“Əgər onlar səni aldatmaq istəsələr, sənə təkcə Allah kifayətdir. O Allah ki, səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi” (“Ənfal” surəsi, 62).
“...Əgər ona qarşı bir-birinizə kömək etsəniz, bilin ki, onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır” (“Təhrim” surəsi, 4).
“...Allah Ona (dininə) yardım edənlərə şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (“Həcc” surəsi, 40).
“Allah sənə yenilməz qələbə verəcəkdir!” (“Fəth” surəsi, 3).
“Sevdiyiniz başqa bir nemət də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver!” (“Səff” surəsi, 13).
Peyğəmbərimizin (s) üstünlüyünü lazımınca başa düşməyən inkarçılar əslində hər şeyin tək hakimi olan Allahı lazım olduğu kimi təqdir edə bilməmişlər. Allahın köməyində və himayəsi altında olan Peyğəmbərimizi (s) məğlub edə biləcəklərini düşünmələri onlar üçün əlbəttə, böyük qəflət olmuşdur. Çünki onlar sonu əvvəlcədən bilinən, özlərinin ağır məğlubiyyəti ilə nəticələnəcək bir mübarizəyə girmişdilər. Allah bir ayədə belə buyurur:
“Allah: "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" - deyə yazmışdır. Həqiqətən Allah yenilməz qüdrət, qüvvət sahibidir!” (“Mucadələ” surəsi, 21).
Allah başqa bir ayəsində isə Peyğəmbərimizə (s) heç kimin xətər yetirə bilməyəcəyini, Allahın, Cəbrailin, mələklərin və saleh möminlərin onun dostu, köməkçisi, dəstəkçisi olduğunu belə xəbər verir:
“Əgər siz Allaha tövbə etsəniz, çox yaxşı olar. Çünki qəlbləriniz əyriliyə meyl etdi. Əgər ona qarşı bir-birinizə kömək etsəniz, bilin ki, onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır” (“Təhrim” surəsi, 4).
Quran əxlaqı müsəlmanların döyüşdən və hər cür iğtişaşdan çəkinmələrini, narazılıqları müzakirələr və fikir mübadiləsi yolu ilə aradan qaldırmalarını, mülayim olmalarını zəruri edir. Qurana görə, müharibə məcburiyyət qarşısında qalanda əl atılan və mütləq müəyyən insani və əxlaqi şərtlər çərçivəsində yerinə yetirilən “arzuolunmaz məcburiyyət”dir. Möminlər baş verən problemlərdə həmişə sülhü və anlaşmanı seçməklə yalnız qarşı tərəfin hücumuna məruz qalarlarsa, özlərini müdafiə etmək üçün döyüşməyə borcludurlar.
Bir ayədə yer üzündə müharibə törədənlərin pozğunlar olduğu, Allahın isə pozğunları sevmədiyi bildirilir:
“...Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!” (“Maidə” surəsi, 64).
Peyğəmbərimiz Hz.Muhəmmədin (s) həyatına nəzər salanda müharibənin ancaq məcburiyyət qarşısında qalanda və müdafiə məqsədilə müraciət edilən bir yol olduğunu görə bilərik.
Quranın Peyğəmbərimizə (s) vəhyi düz 23 il davam etdi. Bunun ilk 13 ilində müsəlmanlar Məkkədəki bütpərəst sistemin içində azlıq kimi yaşadılar və çox böyük təzyiqlərə məruz qaldılar. Bir çox müsəlmanlara fiziki işgəncələr verildi, bəziləri öldürüldü, əksəriyyətinin evi və var-dövləti əlindən alındı, onlar həmişə təhqir və təhdidlərlə qarşılaşdılar. Buna baxmayaraq, müsəlmanlar qarşıdurma və savaşa əl atmadan yaşamağa davam etdilər və bütpərəstləri həmişə barışa çağırdılar. Axırda bütpərəstlərin təzyiqləri dözülməz həddə çatanda müsəlmanlar daha azad və dostanə bir şəraitin mövcud olduğu Yəsrib (sonradan Mədinə adlandırıldı) şəhərinə hicrət edərək burada öz üsul- idarələrini qurdular.
Ancaq müharibənin labüd yol olduğu hallarda da Rəbbimiz Peyğəmbərimizi (s) müxtəlif möcüzələri ilə dəstəklədi. Bu möcüzələrdən biri də Rəbbimizin Öz mələklərini Peyğəmbərimizin (s) və saleh möminlərin köməyinə göndərməsidir.
Müsəlmanların gücsüz vəziyyətdə görünməsinə baxmayaraq Rəbbimizin onlara necə qələbə və müvəffəqiyyət nəsib etdiyi, bunun möminlərin şükr etməsi lazım olan nemət olduğu bir Quran ayəsində belə xəbər verilir:
“Həqiqətən siz Bədirdə zəif olduğunuz halda Allah sizə yardım etdi. Ona şükr edən olmaq üçün Allahdan qorxun!” (“Ali-İmran” surəsi, 123).
"...Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz." |
Saleh müsəlmanlar müşriklərdən sayca çox az olmalarına baxmayaraq çox böyük cəsarət və qətiyyətlə Peyğəmbərimizin (s) ardınca döyüşə girib və Allahın dəstəyi ilə möcüzəvi şəkildə böyük zəfərlər qazanıblar. Quran ayələrində Allahın möminləri mələklərlə dəstəklədiyi və Peyğəmbərimizin (s) döyüşdə möminləri mələklərin köməyi ilə müjdələdiyi belə xəbər verilir:
“O zaman sən möminlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?" Bəli, əgər səbir edib Allahdan qorxsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər. Allah bunu sizin üçün məhz müjdə və qəlbləriniz rahat olsun deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki, O, bununla kafirlərin bir hissəsini məhv etsin və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər” (“Ali-İmran” surəsi, 124-127).
Allah, ayələrdə də buyurduğu kimi, mələklərin köməyini insanlara bir müjdə və ürəklərə rahatlıq vəsiləsi kimi göndərib. Yoxsa şübhəsiz ki, Allahın heç bir səbəbə ehtiyacı yoxdur. Allah dilədiyi təqdirdə iman gətirməyənlərin üzərinə göndərdiyi tək bir əzabla onları darmadağın edər. İstədiyi anda kafirləri və onların ordularını bir dəqiqə, bircə saniyə ərzində torpağa gömər. Həmçinin Quranda bir çox inkarçı qövmün heç gözləmədikləri bir anda ya tək bir səs, ya bir qasırğa, ya da başqa bir fəlakətlə qəfildən həlak olduqları, ya da altı üstünə çevriləcək şəkildə yerin altında qaldıqları bildirilib. Əlbəttə, Allah bütün bunlara gücü çatandır. Rəbbimizin belə şanlı və möcüzəvi qələbələr verməsi isə Peyğəmbərimiz (s) və onun yanındakı möminlər üçün böyük bir müjdə olub. Müharibədə baş verən möcüzələr və müsəlmanların cəsarəti təfsir alimləri tərəfindən təsvir edilib. Böyük alim Ömər Nəsuhi Bilmən müsəlmanların döyüşləri əsnasında meydana gələn möcüzələri və saleh möminlərin cəsarətini belə bildirir:
İslam ordusu Qureyş müşrikləri ilə döyüşü nəzərə alaraq Bədir yerinə istiqamətləndi. Rəsulullah (s) baş verəcək döyüşdə düşmənlərindən öldürüləcək şəxslərin öldürüldükləri yerləri səhabələrinə göstərdi. Sonra da buyrulduğu kimi də oldu. Bu, bir möcüzə idi.
Nəhayət, Qureyş ordusu da gəlib Bədirin içməli su olan yerlərini zəbt etdi. Lakin ertəsi gün yağış yağdı, səhabələr bol suya qovuşdular, bu sıxıntıları da aradan qaldırıldı. Sonra döyüşə atıldılar. Düşmənlər müsəlmanlardan üç dəfə çox idi. Amma yenə də qorxurdular. Döyüş başladı. Müsəlmanlar cihadın, şəhidliyin mənəvi qiymətini bildikləri üçün qorxusuz, sevinc içində cihada başladılar. Bu əsnada Həzrəti Ömərin azad etdiyi Mihca şəhid oldu. Rəsulullah (s) “Mihca şəhidlərin əfəndisidir”, - buyurdu.56
Allah Rəsulu (s) “Ey Rəbbim! Mənə vəd etdiyin qələbəni ehsan et!” deyə dua etdi və bir müddət sonra yüngülvari mürgülədi. Və qısa bir müddətdən sonra üzündə təbəssüm ayıldı. Yanında olan Həzrəti Əbu Bəkirə “Müjdə, Ey Əbu Bəkir! Budur, Cəbrail və əksər mələklər köməyə gəldilər”, - deyə buyurdu. Sonra da zirehini geyindi və çadırından çıxdı. Sayı çox olan düşmən ordusuna bəzi urbanlıların da qatılacağı eşidilmişdi. Bəzi müsəlmanlar bundan sonra təşvişə düşmüşdülər. Bundan sonra Uca Allahın dərgahından mələklər vasitəsilə müsəlmanlara kömək ediləcəyi müjdəsi verildi. Rəvayətə görə, bu əsnada möhkəm külək əsdi və göz-gözü görmədi. Bu vəziyyət Həzrəti Cəbraillə mələklərin savaş meydanına girməsinə bir işarə idi. Mələklər ağ atlarda, ağ, sarı insanlar surətində görünüb və Bədir müharibəsində şəxsən iştirak ediblər.
Qüdrətli və Rəhmli olana təvəkkül et! |
Bu Bədir döyüşündə müsəlmanlara əvvəlcə min, sonra iki min, bundan sonra yenə də iki min mələk köməyə gəlib ki, bunların da cəmi ayədə də qeyd edildiyi kimi, beş min olub.57
Allahın mələkləri Peyğəmbərimizin (s) və onun yanındakı insanların köməyinə çatdırması başqa ayələrdə belə xəbər verilir: “Siz Rəbbinizdən kömək diləyirdiniz. O: "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" - deyə duanızı qəbul buyurmuşdu. Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət, hikmət sahibidir! O vaxt Öz tərəfindən arxayınlıq əlaməti olaraq Allah sizi xəfif bir mürgülətmiş, sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı” (“Ənfal” surəsi, 9-11).
İmam Sabuninin təfsirində isə mələklərin köməyi bu cür tərif edilir:
Allah “dalbadal gələn min mələklə sizə kömək edəcəyəm” deyərək onun duasını qəbul etdiyini bildirdi. Təfsirçilər belə deyir: Hədisdə bildirildiyinə görə, Cəbrail beş yüz mələk göndərdi və onlarla ordunun sağ cinahında döyüşdü. Mikayıl da bey yüz mələk göndərdi. Onlar da ordunun sol cinahında döyüşdü. Mələklərin Bədirdən başqa hər hansı bir müharibədə döyüşdüyü müəyyən edilməyib. Başqa döyüşlərdə mələklər müsəlmanların sayını çox göstərmək üçün enərdilər, amma döyüşməzdilər.
Allahın mələklərlə sizə kömək etməsi ancaq qələbəni müjdələmək üçündür. Bir də bu qələbə ilə ruhlarınız sakitlik tapsın deyə kömək etdi. Əslində qələbə ancaq Uca Allahın dərgahındandır. Onun köməyinə etibar edin. Öz gücünüzə və silahınıza güvənməyin. Şübhəsiz ki, Allah qalibdir, məğlub edilə bilməz. Hikməti nəyi zəruri edirsə, onu edər.
Yadınıza salın ki, Allah Özündən bir əminlik olaraq sizin yuxunuzu gətirirdi. Bu, Rəsulullahın (s) bir möcüzəsidir. Çünki qorxu anında hamını yuxu basmışdı. Hz.Əli belə deyir: Bədir günü bizdə Mikdaddan başqa at yox idi. Rəsulullahdan (s) başqa hamının mürgülədiyini gördüm. İbni Kəsir belə deyir: Möminlərin ürəklərinin Allahın yardımı ilə sakitləşib rahat olması üçün döyüşün ən şiddətli anında yuxulayan kimi olmuşdular. Üstünüzə göydən yağış yağdırırdı. Bu da Allahın saydığı başqa bir nemətdir. Hadisə belədir: Bədir müharibəsində müsəlmanlar susuz qaldılar. Bundan sonra Allah onların üzərinə elə bir yağış göndərdi ki, vadilərdən su axdı.58
Allahın Peyğəmbərimizin (s) yanında mübarizələrdə iştirak edən möminlərin ürəklərini bir-birinə yaxınlaşdırması da başqa bir möcüzədir. Müxtəlif qövmlərdən, şəhərlərdən, tayfalardan, hətta bir-birinə düşmən kəsilmiş qəbilələrdən olan insanların eyni məqsəd uğrunda, Allahın razılığını qazanmaq üçün birlikdə hərəkət etmələri Allahın istəyi ilə həyata keçmişdi. Allah bir çox ayədə Peyğəmbərimizi (s) Öz yardımı və səmimi möminlərin dəstəyi ilə müjdələyib:
“Əgər onlar səni aldatmaq istəsələr, sənə təkcə Allah kifayətdir. O, səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi.
Və onların ürəklərini birləşdirdi. Əgər sən yer üzündə nə varsa hamısını xərcləsəydin belə yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət, hikmət sahibidir.
Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər” (“Ənfal” surəsi, 62-64).
Allahın kömək etdiyi Peyğəmbərimiz (s) və möminlər nə qədər zəif və ağır vəziyyətdə olsalar da uğur qazanıblar, sayca çox olan imansızların əsgərləri üzərində qələbə çalıblar. Məkkəli müşriklər geniş texniki imkanlara və çoxlu əsgərə malik olmalarına baxmayaraq ilk baxışda mütləq qalib gəlmələri lazım olduğu halda Allahın bir möcüzəsi olaraq darmadağın ediliblər.
Allah möminlərə döyüşlərdə daha bir möcüzə yaşadıb, səbir edən bir adamın on nəfəri məğlub edəcəyini müjdələyib:
“Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır!
İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə, min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbir edənlərlədir!” (“Ənfal” surəsi, 65-66).
Allah başqa ayədə də Peyğəmbərimizə (s) və möminlərə kömək məqsədilə görünməyən ordularını göndərdiyini və onların vasitəsilə inkarçı müşriklərə əzab verdiyini xəbər verir:
“Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi, görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!” (“Tövbə” surəsi, 26).
"Ölməz, əbədi Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir." |
Allah Peyğəmbərimizə (s) və möminlərə möcüzələrlə kömək edərkən inanan insan etdikləri zülm və əziyyətlərə görə müşriklərə də görünməmiş bir cəza verib. Müşriklər heç gözləmədikləri bir şəkildə müsəlmanlara məğlub olublar.
Döyüş anında baş verənlər Ibn Kəsirin təfsirində belə bildirilir:
Əbu Hureyrədən rəvayət edildiyinə görə, Allah Rəsulu (s): “Qorxu ilə mənə kömək edildi və mənə cəvamiul-kərim (bütün kərim olan şeylər) verildi”, - buyurub. Buna görə də Uca Allah: “Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi, görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!”, - buyurmuşdur.59
Başqa bir təfsirdə isə iman gətirənlər səbir etdikləri təqdirdə iman gətirməyənlərin hiyləgər tələlərinin və məkrli planlarının puça çıxacağı belə açıqlanıb:
Uca Allah bizdən olmayanların sirdaş edilməsini qadağan edəndən və bunun səbəblərini bildirəndən sonra biz mömin bəndələrinə müttəqi olub səbir etdiyimiz təqdirdə kafirlərin hiylə və məkrli planlarını puç edəcəyini vəd edir və biri Uhud günündə, digəri də Bədir günündə olmaqla mömin bəndələrini dost etdiyi iki vəziyyəti bizə nümunə göstərir. Bu iki gündə Uca Allah möminlərin səbirlərinə və təqvalarına görə onların düşmənlərinin hiylələrini və planlarını alt-üst etmişdi. Uca Allahın möminləri dost etdiyinə, düşmənlərinin də hiylə və tələlərini -səbir edib təqva sahibi olmaları halında- puça çıxarmasına iki misal kimi bu iki hadisənin verilməsinin dəlili bundan əvvəlki ayədə səbir və təqvanın zikr edilməsidir: “Səbir etsəniz və çəkinsəniz, onların hiyləsi sizə heç bir zərər verə bilməz”.60
Allahın bir möcüzəsi olaraq döyüşlərdə qalib gələnlər say etibarilə üstün və çox olanlar yox, möminlər olub. Peyğəmbərimiz (s) yanındakı möminlərlə birgə Allahın verdiyi ağıl, fərasət, uzaqgörənlik, gözəl əxlaq kimi nemətlərlə həmişə inkarçılar üzərində qələbə əldə ediblər. Bundan başqa, Allah bəzən möminləri iman gətirməyənlərin nəzərində say və güc etibarilə çox göstərdiyini, bunun da inkarçılarda vahiməyə və qorxuya səbəb olduğunu bildirib. Allah bir ayədə Peyğəmbərimizin (s) dövründə baş verən bu möcüzəni belə bildirmişdir:
“İki dəstənin qarşı-qarşıya durmasında sizin üçün ibrət var. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu, bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir” (“Ali-İmran” surəsi, 13).
“Ali-İmran” surəsindəki bu ayə “Cəlaleyin” təfsirində belə izah edilir:
“Şübhəsiz ki, döyüşmək üçün Bədirdə qarşı-qarşıya gələn iki firqədə bir ibrət var. Bir qrup Allah yolunda, Ona itaət edərək döyüşürdü. Onlar Hz.Peyğəmbər (s) və yoldaşları olub 313 nəfər idilər və onlarla birlikdə iki at, altı zireh, səkkiz qılınc vardı. Əksəriyyəti də piyada idi. Digəri isə kafirlər idi. Kafirlər 1000 nəfərə yaxın idi- müsəlmanların onlardan iki dəfə çox olduqlarını görürdülər. Allah müsəlmanlara onların sayının az olmasına baxmayaraq kömək etdi. Uca Allah isə kömək etmək istədiyi şəxsə kömək edir. Şübhə yoxdur ki, bu zikr edilən şeydə bəsirət sahibi olan insanlar üçün bir ibrət var. Bunlardan da ibrət almayacaqsınız, iman gətirməyəcəksiniz?”61
İbni Kəsirin təfsirində isə eyni ayə belə izah edilir:
“Onlar digərlərinin onlardan ikiqat çox olduqlarını gözləri ilə görürdülər” ayəsi haqqında bəzi alimlər -Ibn Cəririn qeyd etdiyinə görə- deyirlər ki: Bədir günü müşriklər müsəlmanların say etibarilə onlardan ikiqat çox olduğunu görürdülər. Allah bunu müsəlmanların müşriklər üzərində qələbə qazanmasına səbəb edib. Şübhəsiz ki, burada tək bir yöndən şübhə var. Belə ki, müşriklər həmin gün döyüşdən əvvəl müsəlmanların sayını dəqiqləşdirmək üçün Ömər ibn Sədi göndərmişdilər. O da qayıdanda müsəlmanların sayının təxminən 300 nəfər olduğunu söyləmişdi. Həqiqətən də müsəlmanlar 310 nəfərdən ibarət idi. Amma müharibə başlayanda Allah müsəlmanlara 1000 mələyi köməkçi göndərmişdi.62
Quranın bir çox ayəsində Allahın qorxub çəkinən bəndələrinə ən çətin və sıxıntılı kimi görünən vəziyyətlərdə Öz köməyini çatdırdığı, heç bir çarənin qalmadığı anlarda da mütləq bir çıxış yolu göstərəcəyi müjdələnib:
“...Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir...” (“Talaq” surəsi, 2-3).
Allah Quranda iman gətirməyənlərin gözündə möminləri, möminlərin də bəzən gözlərində iman gətirməyənləri sayca olduğundan az gördüklərini bildirib. Bu da Quranda Allahın möminlərə yardımı və möcüzələrindən biri olaraq bildirilir. Allahdan bir möcüzə kimi döyüş əsnasında iki ordunun bir-birini sayca az görməsində bir çox hikmətlər var. Müsəlmanların özlərindən çox olan müşrik ordusunu olduğundan az görməsi onlar üçün böyük güc və ilham mənbəyi olub. İman gətirməyənlərin isə sayca onlardan daha az olan müsəlman ordusunu daha az görmələri onları tənbəlliyə sürükləyər, onlarda, hər necə olsa, qalib gələcəkləri fikrini yarada bilər. Şübhəsiz ki, bu, Allahın açıq bir möcüzəsidir. Səbəblər çərçivəsində heç bir ordunun sayı olduğundan daha az görünməz. Bir ordu yüz min əsgərdən ibarətdirsə, bu, hər yerdən eyni cür görünər. Çoxsaylı bir ordu aşağıdan da, qarşıdan da baxılsa çox görünəcəkdir. Dolayısı ilə ordunun sayının az görünməsi fövqəladə bir vəziyyətdir. Bu hadisədəki möcüzə Allahın Peyğəmbərimizə (s) və müsəlmanlara köməyinin təzahürlərindən biridir. Allah “Ənfal” surəsindəki ayələrdə Peyğəmbərimizə (s) və möminlərə göstərdiyi köməyi belə xəbər verir:
Sir Edward Landseer'in, "Arap Çadırı" isimli, 1866 tarihli tablosu. |
“O zaman Allah röyanda sənə onları az göstərirdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi salamat qurtardı. O, həqiqətən ürəklərdə olanları biləndir!
Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır” (“Ənfal” surəsi, 43-44).
Rəbbimizin möminlərə bu köməyi Sabuninin təfsirində belə bildirilir:
Ey möminlər cəmiyyəti! Döyüşdə rastlaşdığınız dövrü xatırlayın. O vaxt onlara qarşı cəsarətiniz çoxalsın deyə Allah düşmənlərinizi gözünüzdə az göstərdi. Sizi də onların gözünə az göstərdi ki, döyüşə hazırlaşmasınlar. Bu görüntü yuxuda deyil, ayıqlıqda idi. İbn Məsud belə deyir: Bədir döyüşündə düşmən bizim gözümüzə o dərəcədə az göründü ki, mən bir adama: “Nə deyirsən, onlar yüzə yaxın varmı?”, - deyə soruşdum. Bu, döyüş başlamamışdan əvvəl idi. Döyüş başlayanda Allah möminləri kafirlərin gözünə çox göstərdi. Kafirlər çaşıb qaldılar və qorxuya düşdülər. Gücdən düşdülər və əvvəlcədən nəzərdə tutmadıqları şeyləri gördülər. Bu, Allahın həmin döyüşdəki böyük möcüzələrindən idi. Allah bunu belə etdi. Kafirlərə qarşı savaşda möminlərə cəsarət verdi. Möminlərə qarşı da kafirlərə cəsarət verdi ki, döyüş olsun və Allah da Öz ordusuna kömək etsin, batili və batil ordunu darmadağın etsin, üstün olan Allahın kəlməsi, alçaq olan da kafirlərin sözü olsun. Bütün işlər Allaha qayıdır. Allah həmin işləri istədiyi kimi edir. Onun verdiyi hökmü heç kim poza bilməz. O, hikmət sahibidir və Ucadır.63
İbn Kəsir isə “Ənfal” surəsindəki ayəni belə təfsir edir:
...Uca Allah hər iki qrupu bir-birinə qarşı təhrik edib və həvəsləri artsın deyə birini digərinin gözündə az göstərib. Bu, onlar üz-üzə gəldikləri anda olub. Döyüş qızışıb Uca Allah inananları min mələklə dəstəkləyəndə kafirlər dəstəsi iman gətirənlərin onlardan iki dəfə çox olduğunu görüncə çaşıb qaldılar. Uca Allah bu məsələdə belə buyurur: “İki dəstənin qarşı-qarşıya durmasında sizin üçün ibrət var. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu, bəsirət sahiblərindən ötrü bir ibrət dərsidir.” (“Ali-İmran” surəsi, 13).64
Peyğəmbərimizin (s) dövründə müsəlmanların yaşadığı möcüzələrdən biri də insanların toplum halında onlara qarşı durmağından qorxub çəkinməmələri olmuşdur. Ayədə inkarçıların zərər vermək məqsədilə bir çox güclü adamları toplayaraq azlıqda olan müsəlmanları təzyiq altına almağa çalışdıqlarına işarə edilir. Belə çətin vəziyyətlərdə möminlər könüldən Allaha üz tutaraq Ona təvəkkül ediblər. Beləliklə, onlar Allahın himayəsi və dəstəyi sayəsində heç bir zərər görmədən böyük nemətlərlə qayıdıblar, bolluq və bərəkətə qovuşublar.
"Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir." |
Allah Quranda möminlərin içində olduğu bu möcüzəni belə bildirir:
“O kəslər ki, xalq onlara: "Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!" - dedikdə onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O, nə gözəl vəkildir!" - deyə cavab verdilər. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən Allah böyük mərhəmət sahibidir” (“Ali-İmran” surəsi, 173-174).
Allaha tam surətdə etibar edən və həmişə Ona təslim olan Peyğəmbərimiz (s) və onunla birlikdə olan möminlər həmişə Quran əxlaqına uyğun yaşamışlar, hər işdə Allahın razılığını qazanmağı qarşılarına məqsəd qoymuşlar. Bunun əvəzində də onlar Allahdan gələn əmin-amanlıq və rahatlıq hissinə qovuşmuş, ən çətin şərtlər daxilində də böyük sərvət və qənimətlər əldə edərək gözəl bir həyat yaşamışlar.
O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: |
www.islam.com.az
48. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 287
49. Siret Ansiklopedisi, Üçüncü Cilt, Sf 104
50. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 316
51. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 317
52. İmam Suyuti, Olağanüstü Yönleriyle Peygamberimiz (sav) el-Hasaisü'l-Kübra, Çeviri: Naim Erdoğan İz Yayıncılık, İstanbul, 2003, s. 317
53. Ömer Nasuhi Bilmen, Ku'ran-ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, Bilmen Basım ve Yayınevi, İstanbul, 3. cilt, s. 1270
54. Şadi Eren, Kuran'da Gayb Bilgisi, Işık Yayınları, İzmir, 1995, s.183
55. Celaleyn Tefsiri Tercümesi, Tercüme: İbrahim Serdar, Yusuf Şensoy Fatih Enes Yayınevi, İstanbul, 1997, Cilt 2, s. 670
56. Ömer Nasuhi Bilmen, Ku'ran-ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, Bilmen Basım ve Yayınevi, İstanbul, 1. Cilt, s. 450
57. Ömer Nasuhi Bilmen, Ku'ran-ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, Bilmen Basım ve Yayınevi, İstanbul, 1. Cilt, s. 451
58. Sabuni, Safvetüt Tefasir, Ensar Neşriyat, 2 cilt, s. 404
59. İbn Kesir, Hadislerle Kur'an-ı Kerim Tefsiri, Çağrı Yayınları, İstanbul, 1991, 7. Cilt, s. 3447
60. Said Havva, El-Esas Fi't-Tefsir, Şamil Yayınevi, İstanbul, 1991, 2. Cilt, s. 444
61. Celaleyn Tefsiri Tercümesi, Tercüme: İbrahim Serdar, Yusuf Şensoy, Fatih Enes Yayınevi, İstanbul, 1997, 1. Cilt, s.187
62. İbn Kesir, Hadislerle Kur'an-ı Kerim Tefsiri, Çağrı Yayınları, İstanbul, 1991, 3. Cilt, s.1187
63. Muhammed Ali Es-Sabuni, Safretü't Tefasir Tefsirlerin Özü, Ensar Neşriyat, İstanbul, 1992, Cilt 2, s. 427
64. İbn Kesir, Hadislerle Kur'an-ı Kerim Tefsiri, Çağrı Yayınları, İstanbul, 1991, 7. Cilt, s.3318