Həzrəti Mehdi, Axırzamanda göndəriləcəyi Peyğəmbərimiz (s.ə.v) tərəfindən müjdələnmiş olan, müsəlmanları zülm və çətinlik mühitindən qurtaracaq, yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya barış, ədalət, bolluq, hüzur, xoşbəxtlik və rifah gətirəcək müqəddəs bir şəxsdir.
Peyğəmbərimiz (s.ə.v)-dən çatdırılan səhih rəvayətlərə görə hz. Mehdi, müxtəlif xurafatlarla, batil inanc və tətbiqlərlə əslindən uzaqlaşdırılmış olan dini özünə çevirəcək, hz. İsa ilə görüşəcək, Allahın icazəsiylə yeganə haqq din olan İslamı yer üzünə məskun edəcəkdir.
Mehdiyyət mövzusu İslam tarixində hər dövrdə əhəmiyyətli bir yer tutmuşdur. Peyğəmbərimiz (s.ə.v)-in çox saydakı hədisində, adıyla, xüsusiyyətləriylə, köməkçiləriylə, dövrünün xüsusiyyətləriylə və edəcəyi işlərlə ətraflı olaraq təsvir edilən hz. Mehdinin gələcəyinə dair müxtəlif Quran ayələrində də işarə olaraq müjdələr vardır.
Bütün əhli sünnə alimləri, hz. Mehdinin Axırzamanda gələcəyi mövzusunda ittifaq halındadırlar. Peyğəmbərimiz (s.ə.v)-in müjdələdiyi bu şəxsin gələcəyi və İslam əxlaqını yer üzünə hakim edəcəyi haqqında, mötəbər İslam alimləri arasında heç bir fikir ayrılığı yoxdur.