Hörümçəklərin yüz milyon illərlə həmişə hörümçək kimi mövcud olduqlarını göstərən bir çox qalıq nümunəsi var. Bu qalıq nümunələrindən biri şəkildə görünən 45 milyon illik kəhrəba içindəki hörümçək qalığıdır.
İstər 100 milyon il əvvəl yaşamış hörümçəklər, istərsə də 45 milyon il əvvəl yaşamış hörümçəklər dövrümüzdəkilərlə eynidir.
Dövr: Kaynozoy erası,
Eosen dövrü
Yaş: 45 milyon il
Bölgə: Litva
Ginkqo ağaclarının tarixi 250 milyon il əvvələ qədər çatır. Milyon illərlə əvvəlki qalıqlarla günümüzdəki canlıların heç bir fərqi yoxdur. Canlılar dəyişməmişlər. İlk yaradıldıqları kimidirlər.
Günümüzdəki ginkqo ağacları
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Bölgə: Kanada
Uzun ayaqlı ağcaqanadların bilinən 200'dən çox cinsi və təxminən 6500 növü var. Tropik bölgələr və yüksək ərazilər də daxil olmaqla, dünyanın hər yerində yaşayırlar.
www.tekamulsaxtakarliqlari.com
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 45 milyon il
Bölgə: Litva
Şəkildə görünən 45 milyon yaşında uzun ayaqlı ağcaqanad qalığının (üstdə) dövrümüzdəki nümunələrindən heç bir fərqi yoxdur.
150 ildir aparılan qazıntı işləri bunun kimi milyonlarla təkamül əleyhinə dəlil ortaya qoyduğu halda, darvinistlərin iddialarını təsdiq edən heç bir tapıntı əldə edilməmişdir. Qalıq tapıntıları təkamülün əsassızlığını bir daha sübut edir.
Qalıq nümunəsindəki halından heç bir fərqi olmayan günümüzdəki skat balığı
Dövr: Mezozoy erası, Kretase dövrü
Yaş: 95 milyon il
Bölgə: Livan
Çikaqo Təbiət Tarixi Muzeyi, Geologiya Sahəsinin başçısı dr. David Raup qalıqların Darvinizm’i dəstəkləmədiyini belə ifadə edir: "Çox insan qalıqların Darvin'in həyatın tarixi haqqındakı fikirlərinə dəlil olduğunu zənn edir. Halbuki, bu, tamamilə səhv düşüncədir."
(http://www.rmplc.co.uk/eduweb/sites/sbs777/vital/evolutio.html)
Qalıqların darvinizmə ’dəlil olduğunu zənn edənlərin səhv etdiyini göstərən tapıntılardan biri də aşağıdakı 50 milyon illik maqnoliya yarpağı və heç bir fərqi olmayan günümüzdəki nümunəsidir.
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Bölgə: Britiş Kolumbiya, Kanada
Curculionoidea üst nəslinə daxil olan buğda bitlərinin fərqli nəsillər altında toplanmış 60 mindən çox növü var. Qalıq qeydlərinə baxıldığında buğda bitlərinin on milyonlarla il boyu heç dəyişmədikləri və başqa bir canlıya da çevrilmədikləri görünür.
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 54 - 37 milyon il
Bölgə: Utah, ABŞ
Dövrümüzdə hələ yaşayan buğda bitlərindən bir nümunə var.
Bol yarpaqları olan bu bitkinin şəkildə görünən qalığı 50 milyon yaşındadır. Bu mükəmməl qalıq nümunəsi bitkinin milyonlarla il boyu heç bir dəyişmədiyini, təkamülçülərin iddia etdiyi şəkildə bu canlının xəyali "ibtidai" formasının olmadığını sübut edir. Bu xüsusiyyətləri ilə bitkilər Allah’ın yaratma sənətinin dəlillərindəndir.
Qaya armudu yarpağı
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Bölgə: Kanada
Qalıq qeydləri dovşanların hər hansı bir canlıdan törəmədiklərini və var olduqları müddətcə dəyişmədiyini açıq və dəqiq şəkildə sübut edir. Şəkildəki 33 milyon illik dovşan qalığı da darvinistlərin məğlubiyyətini bir daha vurğulayır, bütün canlıları Rəbbimiz'in yaratdığını göstərir.
Dövr: Kaynozoy erası,
Oliqosen dövrü
Yaş: 33 milyon il
Bölgə: Vayt River
Meydana gəlməsi, Vayominq, ABŞ
Milyonlarla ildir heç bir dəyişikliyə məruz qalmamış dovşan kəlləsi
Buğumayaqlılar (artropod) nəslinə daxil olan bu canlılar əqrəbə oxşadıqları üçün bu adı götürmüşlər. Əslində, xüsusiyyətləri əqrəblərdən çox hörümçəklərə bənzəyir. Bilinən ən qədim nümunələri Devon dövründə (417 - 354 milyon il) yaşamışdır.
Dövrümüzdə hələ yaşayan saxta əqrəb adlı canlının nümunəsi var.
Saxta əqrəb
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 45 milyon il
Bölgə: Rusiya
Əgər bir canlı 50 milyon il əvvəl bu günkü xüsusiyyətlərinin hamısına sahib olmuşdursa, təkmilləşdiyinə dair heç bir izi və heç bir ara qalıq xüsusiyyəti yoxdursa, həmçinin "ibtidailik" söz mövzusu deyilsə, o zaman bu canlının təkmilləşdiyindən bəhs etmək mümkün deyil.
www.Allahinvarliqdelilleri.com
Dünyanın ən böyük ağaclarından olan qırmızı ağac yarpağının 50 milyon il əvvəlki halı ilə yan tərəfdə göstərildiyi kimi indiki halı bitkinin heç bir dəyişikliyə məruz qalmadığını göstərir.
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 50 milyon il
Bölgə: Kanada
Göbələk ağcaqanadlarının heç dəyişmədiyini göstərən dəlillərdən biri də şəkildəki 45 milyon illik qalıqdır. 45 milyon il əvvəl yaşamış göbələk ağcaqanadları "təkamüllü inkişaf" anlayışının böyük yalan olduğunu göstərir. Qalıq tapıntılarının ortaya qoyduğu həqiqət canlıların təkamül keçirmədiyi, uca Allah'ın bütün canlıları yaratdığıdır.
Yaşayan göbələk ağcaqanadlarının qalıqlaşmış nümunələrindən heç bir fərqi yoxdur.
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaş: 45 milyon il
Bölgə: Litva
125 milyon il əvvəl yaşamış cırcırama sürfəsinin günümüzdəki cırcırama sürfələrindən heç bir fərqi yoxdur. Bu vəziyyət canlıların təkamülü iddiasını əsassız etmişdir. Təkamülçülərin içi boş, dəlilsiz, yalnız təbliğat məqsədi ilə etdiyi şərh və nəşrlər isə bu həqiqəti dəyişdirir.
Yanda cırcırama sürfəsi göstərilmişdir.
Dövr: Mezozoy erası, Kretase dövrü
Yaş: 125 milyon il
Bölgə: Braziliya