Göylərdə və yerdə kim varsa, O'na məxsusdur. Hamısı O'na 'təzim' edir.Məxluqatı ilk dəfə (yoxdan) yaradan, sonra onu bir daha təkrarlayan O'dur. Bu da O'nun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər O'na məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.
(Rum Surəsi, 26-27)
Quşların yumurta qabıqlarında çox kiçik məsamələr vardır. Bu məsamələr nəticəsində sərçə xarici mühitdən oksigen alaraq həyatını davam etdirir və yumurtanın içində olan su buxarı da çölə çıxır. Əgər məsamələr normadan kiçik olsa, sərçə oksigensiz qalaraq ölər. Məsamələr daha böyük olduqda isə yumurta mayesi çox buxarlanar və yumurta quruyar. Bu məsamələrin ölçülərinin tam sərçənin ehtiyacına uyğun olması Rəbbimiz'in sonsuz elminin təcəllilərindən yalnız biridir.
Gülmə, qaçma, gəzmə, oturma, qalxma, dayanma, yatma, yazı yazma... Hər insan bütün bu əməliyyatları sümükləri sayəsində edir. Sümükləri vasitəsilə hərəkət edir, yenə onlar sayəsində müvazinətini tənzimləyir, yatır, gülür, sümükləri sayəsində yemək yeyir. İnsan bədəni iki yüz sərt parçanın birləşməsi ilə meydana gəlmişdir. İnsan bədənində olan və hər biri fərqli funksiyalara sahib olan sümüklər Allah'ın yaratma sənətinin ucalığını bizə göstərir.
Bal arıları çiçəyin nektarının daha əvvəl başqa arılar tərəfindən istehlak edildiyini qonan kimi bilir və dərhal çiçəyi tərk edirlər. Bunun sayəsində həm vaxt, həm də enerji itkisindən xilas olurlar. Bəs arı çiçəyi araşdırmadan nektarın tükəndiyini necə başa düşür? Çünki çiçəkdən faydalanan və nektarı istehlak edən yoldaşları o çiçəyi xüsusi qoxulu damcı ilə işarələyirlər. Onlardan sonra gələn istənilən arı bu qoxunu hiss edir.
Tropik qurşaqda yerləşən və olduqca geniş sahələrə yayılan mərcan qayalıqlar ölü mərcan heyvanlarının, dəniz yosunlarının və molyuskların daşlaşmış formalarının zamanla qat-qat olması ilə meydana gəlir. Mərcan qayalıqlarında bir-birindən fərqli on minlərlə növ canlı yaşayır: xallı, xətli, parlaq rəngli, müxtəlif naxışlarla bəzəkli balıqlar, rəngarəng mərcanlar, dəniz böcəkləri, dəniz bitkiləri, süngərlilər, midilər, istridyələr, dəniz şabalıdları, xərçənglər, dəniz ulduzları, mikroskopik canlılar və onurğasızlar bunlardan yalnız bir neçəsidir.
Dəvələrin bütün bədənini örtən sıx tüklər onu səhranın yandırıcı günəşindən qoruyur. Bunlar, eyni zamanda, heyvanı soyuqdan da qoruyur. Səhra dəvələri 70 dərəcə'istidən təsirlənmədiyi halda, iki hörgüclü dəvələr 0-52 dərəcə 'soyuqda yaşaya bilirlər. Bu da dəvələrin yaşadıqları mühitə uyğun şəkildə yaradılmasını göstərən dəlillərdən birini göstərir.
Ağciyər təcili müdafiə etmə funksiyasına malikdir. Bəzi ağciyər hüceyrələri, bakteriya və mikrobların üzərinə təbii mikrob öldürücülər püskürdüb onları zərərsizləşdirirlər. Beləliklə, tənəffüs yolu ilə bədənə daxil olan və ağciyərə gələnə qədər canlı qalan mikrob və bakteriyalar burada məhv edilir. Allah gözlə görülməyəcək qədər kiçik bir hüceyrəyə insanı heyrətləndirən işlər gördürür, sonsuz elminin və ağlının dəlillərini göstərir.
Zürafələr təhlükə zamanı 50-70 km sürətlə qaça bilirlər. Qaçarkən başlarını irəli-geri aparır və quyruqlarını yellədirlər. Digər heyvanlar kimi ayaqlarını çarpaz atmazlar. Əvvəl ön və arxa sol, daha sonra ön və arxa sağ ayaqlarını irəli atırlar. Zürafənin bu qaçış şəkli onu vəhşi heyvanlardan qoruyur.
Albatroslar qanadlarını küləyə qarşı tam açaraq havada durur və bu da onların uçmasına kifayət edir. Albatroslar qanadlarını mümkün qədər geniş açır və qanadlarının genişliyi "3.5 metr'ə çatır. Bu quşların qanad sümüklərində qanadlarını açıq tutmağa yarayan bir növ kilid sistemi vardır. Beləcə, günlərlə, həftələrlə və hətta aylarla minimum enerji ilə heç dayanmadan uça bilirlər.