İndiyə qədər cəhənnəm əhlinin çəkdiyi müxtəlif fiziki əzаblаrdаn bəhs etdik. Bütün bunların yanında ən azı bunlar qədər mühüm olan başqa bir əzab isə mənəvi əzabdır. Bu mənəvi əzab özündə peşmançılıq, ümidsizlik, alçalma, utanc, ümidin kəsilməsi kimi bir çox ruhi əzabları birləşdirir.
Hər kəsin dünyada müxtəlif vasitələrlə daddığı bir mənəvi əzab var. Məsələn, çox sevdiyi bir yaxınını, dostunu, sevgilisini, xаnımını, ərini və ya övladını itirən və ona bir daha qovuşmayacağını düşünən və ya çox yaxın bildiyi, güvəndiyi bir kimsədən xəyanət görən bir insanın qəlbi tərif edilməyəcək acılarla dolar. Bax, bu mənəvi əzab əslində itirdiyi və ya xəyanətinə uğradığı insanı tаnrılаşdırmаcının əvəzi olaraq Allahın həmin insаnın ürəyində yaratdığı xüsusi bir əzab növüdür. Bu əzab insanın Allaha duymаlı olduğu sevgi, heyranlıq, yaxınlıq, dostluq, bağlılıq və etibar kimi hisslərin tamamilə Allaha aid, Ona möhtac, aciz və ölümlü olan kimsəyə yönəltməsinin və bu şəkildə Allaha Onun yaratdığı bir kimsəni ortaq qoşmasının, başqa sözlə, şirk qoşmasının əvəzində olan bir əzabdır. Müşrikliyin cəzasını Allah hələ bu dünyada ikən ona daddırır ki, axirətə getmədən ağlı başına gəlsin və tövbə edərək yalnız Allaha dönsün. Burada tаnrılаşdırılаnın mütləq bir insan olması da şərt deyil. İnsanların zəif yönləri fərqlidir. Mal, mülk, pul, sərvət, etibar, qısası, Allaha ortaq qoşulan, şərik qoşulan hər hansı bir əşya, ya da anlayış da eyni şəkildə tаnrılаşdırılа bilər.
Dünyada bunları itirməyin verdiyi əzab isə yalnız cəhənnəmdəki oxşar əzabın çox kiçik bir ölçüdə bənzəridir. Bu, bir ibrət və xəbərdarlıq mahiyyəti dаşıyır. Axirətə şirklə dolu olan bir qəlblə gedən insanı isə cəhənnəmdə bu ağrının əsli və davamlı olanı gözləyir. Yalnız dünyadakı bu mənəvi əzab şirk qoşmanın dərəcəsinə görə bəzən elə şiddətli olur ki, bu ağrını çəkən insan qurtulmaq üçün hər cür fiziki işgəncəni belə bu mənəvi ağrıdan üstün tutar. Hətta ölüb qurtula bilmək üçün intihar belə edənlər olur. Bu tərifedilməz ağrını ifadə edə bilmək üçün isə müşrik "ürəyinin yandığını", "ciyərinin yandığını" söyləyir.
Necə ki, Quranda cəhənnəm əzabının bu mənəvi tərəfi diqqəti cəlb edən bir şəkildə vurğulanaraq "qəlbləri yandıran bir atəş"dən bəhs edilir:
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
Xeyr! O, mütləq Hutəməyə atılacaqdır!
Bilirsinizmi, Hutəmə nədir?!
O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb yaxar.
O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar!" ("Huməzə" surəsi, 1-9).
Dünyada ən şiddətli ağrı belə vахt ötdükcə unudulur, bəlkə izləri bir müddət davam edər, amma heç bir zaman özünün ilk dəfə olduğu kimi şiddətini qorumaz. Cəhənnəmdə isə bu ağrı dünyadakından qat-qat daha artıq olmaqla, həm də əbədi olaraq heç əksilmədən kafirlərə əzab verərək yanar.
Bununla bərabər, cəhənnəm əhlini ümidsizlik, peşmançılıq, rəzillik, qəzəb, kin, çəkişmə, didişmə kimi hissləri özündə ehtivа edən mənəvi əzab da gözləyir və inkarçılar həm fiziki, həm də ruhi işgəncələrə məruz qаlаcаqlаr.
Cəhənnəmlə bağlı bir çox ayə burada kafirlər üçün təhqiramiz, rəziledici, alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı təkəbbürünün və özündən-razılığının əvəzində təyin olunmuş bir cəzadır.
Dünya həyatında inkarçının ən böyük hədəflərindən biri başqa insanların ona qibtə etməsi, onu tərifləməsidir. Yaxşı bir iş, uşaqlar, gözəl evlər, maşınlar və bu kimi dünyəvi dəyərlər göstərilən dəyər qazanır. Necə ki, Quranda dünya həyatının aldadıcı bər-bəzəyinin arasında insanların öz aralarındakı "təriflənmə"si ön plandadır.
Bax, insanların dünyadakı ən böyük istəyi olan bu "təriflənmə" inkarçılar üçün axirətdə şiddətli bir əzaba çevrilər. Bu əzab özündə əvvəl bəhs etdiyimiz fiziki ağrılarla bərabər, alçaldılmanı, təhqir olunmanı və rüsvay edilməyi də cəmləşdirir.
Çünki kafir dünyada ikən "tərifə layiq olan" ("Bəqərə" surəsi, 267) Allahı unutmuş, bunun əvəzində "nəfsini özünə tanrı etmiş"dir ("Furqan" surəsi, 43). Bunа görə də həyatını Allahı tərifləməklə deyil, özünə tərif toplamaqla keçirmişdir. Özünü onu Yaradanın deyil, digər insanların razılığına görə bir həyat qurmuşdur. Bax, bunа görə də ən böyük bədbəxtçiliyi insanlar qarşısında kiçilib rəzil olanda yaşayar.
Kafir üçün ən böyük kabuslardan biri başqalarının gözündə rəzil olma, başqaları qarşısında əyilmə halıdır. İnkarçılar arasında digər insanlar arasında rəzil olmamaq, əksinə, onlardan tərif toplamaq üçün canını belə verə biləcək qədər çoх sayda insan da var. Buna görə də cəhənnəmdəki bir çox əzab bu kabusun üzərində qurulur. Kafirlər dünyada nümаyiş etdirdikləri təkəbbürə və özündən-razılığa görə cəhənnəmdə qorxunc bir şəkildə alçaldılırlar. Bəzi ayələrdə bu həqiqətə belə diqqət edilir:
"Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün: "Siz dünya həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!"" ("Əhqaf" surəsi, 20).
"Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!" ("Ali-İmran" surəsi, 178).
Bu alçaldılmanın minlərlə növü vardır. Cəhənnəm əhli ilə dünyada heyvanlara göstərilən rəftardan daha alçaldıcı tərzdə davranırlar. Onları alçaltmaq üçün dəmirdən qamçılar, zəncirlər tapılır. Onlar boyunlarına keçirilmiş iplərlə dirəklərə bağlanırlar, boyunlarına boyunbağılar keçirilir, ayaqlarına zəncirlər vurulur.
Əslində alçaldılmaq cəhənnəm içindəki bütün digər əzablarla eyni anda baş verir. Məsələn, inkarçılar və küfr edənlər atəşə atılarkən bir yandan da alçaldılırlar. Bu böyük rəzalət kafirlər dirildildikdən və cəhənnəmə aparılmaq üçün seçildikləri andan etibarən başlayır və əbədiyyətə qədər davam edir.
Milyardlarla insan içindən seçilən kаfirlər mələklər tərəfindən alnından, ayaqlarından yaxalanırlаr. Quranın ifadəsi desək, "O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunacaqdır!.. Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar" ("Rəhman" surəsi, 39-41). Allaha üsyan etmiş, Onu unutmuş kimsə bu şəkildə yaxalandıqdan sonra heyvanlardan dаhа betər bir münasibət görəcək, saçından tutulub yerlə sürüklənəcək və cəhənnəmə atılacaqdır. Müqavimət göstərə bilməz, bağırsa, çırpınsa da ona heç kim yardım edə bilməz. Bu, sadəcə olaraq çarəsizliyin verdiyi əzabı artırar:
"...And olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən! Qoy o, özünün bütün tərəfdarlarını köməyə çağırsın! Biz də zəbaniləri çağıracağıq!" ("Ələq" surəsi, 15-18).
Ayəyə görə, inkarçılar "zorla cəhənnəm oduna sürüklənəcəklər" və onlara "bu, sizin yalan hesab etdiyiniz cəhənnəm odudur!" deyiləcəkdir ("Tur" surəsi, 13-14). Digər bir ayədə xəbər verildiyinə görə, bu, "sürüklənmə" "üzüqoylu vəziyyətdə" olacaqdır ("Furqan" surəsi, 34).
Onlar cəhənnəmə də eyni şəkildə, yəni üzü üstə olmaqla atılırlar:
"Pis əməllərlə gələnlər isə cəhənnəm oduna üzü üstə atılarlar. Bu, yalnız əməllərinizin cəzasıdır!" ("Nəml" surəsi, 90).
"O gün onlar üzü üstə cəhənnəmə sürüklənəcək: "Duyun cəhənnəmin təmasını!" deyiləcəkdir" ("Qəmər" surəsi, 48).
İnkarçıların ora girməsi ilə birlikdə onların alçalması daha da şiddətlənir. Çəkdikləri bütün fiziki əzabların bir də bu tərəfi vardır. Məsələn, oda atıldıqları zaman yanmanın verdiyi ağrının yanında bir də alçaldılmanın, rəzalətin və rüsvayçılığın iztirabını yaşayarlar.
Inkarçının atəşin əzabı zamanı necə alçaldılması başqa bir surədə belə bildirilir:
"Onu tutub cəhənnəmin tən ortasına sürüyün! Sonra başına əzab olaraq qaynar su tökün! Bir dad görək! Sən ki, çox qüvvətli, möhtərəm bir şəxs idin! Bu, şəkk etdiyiniz əzabdır!"" ("Duxan" surəsi, 47-50).
Kafiri alçaltmaq üçün xüsusi olaraq hazırlanmış qamçılar, xaltalar, qandallar, zəncirlər vardır. Quranda belə deyilir:
"Onu tutub qandallayın! Sonra da cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı. O, yoxsulu yedirtməyə rəğbət oyatmırdı" ("Haqqə" surəsi, 30-34).
Dünyada vəhşi heyvanları çıxmaq şərtilə, hətta heyvanlar da zəncirə vurulmur. İnsanlardan isə artıq insan rəftarından uzaqlaşmış son dərəcəli təhlükəli əqli cəhətdən sаğlаm olmаyаn xəstələr (ruhi xəstələr) zəncirlənirlər. Buna görə də cəhənnəmə göndərilmiş inkarçılar bütün yaranmışların ən alçaq və rəzil məxluqlarıdır. Bax, bu səbəblə onlar yuxarıdakı ayədə xəbər verilən "uzunluğu yetmiş arşın olan zəncirə" vurulurlar. Başqa ayələrdə bu alçaldıcı əzabdan belə bəhs edilir:
"O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər. Cəhənnəmə tərəf, sonra odda yandırılacaqlar, sonra da onlara belə deyiləcəkdir: "Haradadır şərik qoşub ibadət etdikləriniz?" ("Mumin" surəsi, 71-73).
"...Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar" ("Rad" surəsi, 5).
Haqqında başqa ayələrdə bəhs edilən alçaldıcı əzab belə bildirilir:
"O gün günahkarları qandallanmış görəcəksən! Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir! Allah hər kəsə etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!" ("İbrahim" surəsi, 49-51).
"Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdir, başlarına da qaynar su töküləcəkdir. O su ilə qarınlarında olanlar və dəriləri əridiləcəkdir. Hələ onlar üçün dəmir toppuzlar da vardır" ("Həcc" surəsi, 19-21).
Cəhənnəmdəki bu alçalmanın kafirlərin ruhunda yaratdığı qaranlıq, rəzalət, kiçilmə və əzginlik özünü onların zahirində də büruzə verəcəklər. Eynilə dünyada insanlara rəzil olan, qüruru ayaqlar altına atılan, bütün insani haqları təcavüzə məruz qalan insanların təsviredilməz dərəcədə böyük olan sıxıntılarının üzlərinə vurması kimi... Cəhənnəmdə yaşanacaq alçaldılma da insanların çöhrəsinə təsir edəcək, üzlərindəki zillət zаhirə vuracaqdır. Quranda belə deyilir:
"Bir çox üzlər zəlil görkəm alacaq" ("Ğaşiyə" surəsi, 2).
Bura qədər söylədiyimiz bütün bu alçaldılma üsulları ilə bərabər cəhənnəmdə inkarçılar üçün daha müxtəlif alçaldılmaların da olacağını unutmamaq lazımdır. Allah Quranda kafir üçün "alçalma" anlayışını işlətmiş və buna müəyyən nümunələr vermişdir. Ancaq alçaldılma çox geniş bir anlayışdır və insanda dünyada ikən bu duyğunu əmələ gətirən hər bir şey, hər bir münasibət, hər bir hadisə bu anlayışa daxildir. Cəhənnəmdə də bəlkə də min qat artığı vardır.
Kafir dirildiyi andan etibarən etdiyi qəhredici xətanı dərk edir. Bu düzəlməz səhvin verdiyi peşmançılıq dalğası onun bütün vücudunu bürüyür. Böyük bir bədbəxtlik yaşayır, peşmançılığın təsiri ilə özünü tənbehləyir.
Dünyada etdikləri kafirlərə göstərilərkən qəflət içində keçirdikləri həyatlarının əvəzini çıxmaq üçün özlərində çox güclü bir həsrət hiss edərlər. Geri qaytarılmağı, onlara daha bir şans verilməsini istəyərlər. Dünyada ikən birlikdə qəflətə düşdükləri dostlarını və sevdiklərini bir daha görmək istəməzlər. Bütün dostluqlar, bütün sevgilər, bütün əlaqələr itmişdir. Dünyada ikən qurduqları həyat, etdikləri işlər, evləri, maşınları, ailələri, uşaqları, şirkətləri, adətləri, ənənələri, müdafiə etdikləri "dünyagörüşü", hər şey artıq dəyərsizləşmiş, yox olmuşdur. Hər şey yox olarkən yerinə də tək bir əzab gəlmişdir. Ayələrdə o günkü bədbəxtliyin yaratdığı mənəvi hal belə tərif edilir:
"Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!" demələrini görəydin!" Xeyr, əvvəlcə gizlətdikləri onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunmuş şeylərə əl atardılar. Onlar şübhəsiz ki, yalançıdırlar! Yenə də "Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!" deyərdilər. Sən onları Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara belə buyuracaq: "Bu, haqq deyilmi?" Onlar: "Rəbbimizə and olsun ki, bu, haqdır!" deyə cavab verəcəklər. Allah buyuracaq: "Elə isə etdiyiniz küfrlərə görə əzabı dadın!" ("Ənam" surəsi, 27-30).
Bu arada kafir içindəki bu böyük bədbəxtliyə baxmayaraq, digər bir tərəfdən də hələ də təkəbbürü buraxmaz və ayənin ifadəsi ilə desək, "əzabı gördükləri zaman için-için peşman olarlar" ("Yunus" surəsi, 54). Bu təkəbbürün qalması inkarçı üçün ayrı bir əzab qaynağı olacaq, cəhənnəmdə qarşılaşacağı alçaldılma və rəzalət haqqında bəhs edilən təkəbbürü səbəbi ilə ona təsvirəgəlməz dərəcədə böyük ağrı-acılar verəcəkdir.
Dünyada ikən çox mühüm sayılan vəzifə və mövqelərin, böyük-kiçik əlaqələrinin artıq heç bir mənası qalmamışdır. Əksinə, insanlar liderlərinə, liderlər də özlərinə bağlananlara lənətlər yağdırarlar:
"O zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq... O zaman tabe olanlar: "Əgər bir də dünyaya qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq" deyərlər. Beləliklə də Allah onlara əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər" ("Bəqərə" surəsi, 166-167).
"Üzləri odda çevrildiyi gün onlar: "Kaş Allaha müti olaydıq, Peyğəmbərlərə itaət edəydik!" deyəcəklər. Onlar deyəcəklər: "Pərvərdigara! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. Pərvərdigara! Onlara ikiqat əzab ver, onları böyük bir lənətə düçar elə!"" ("Əhzab" surəsi, 66-68).
"Onlar orada çənə-boğaz olub deyərlər: "Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq. Bizi yalnız günahkarlar azdırdı. İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var! Kaş bir də dönə biləydik; möminlərdən olardıq!" Həqiqətən bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi" ("Şuəra" surəsi, 96-103).
Beləcə, sonsuz əzabla qarşılaşan cəhənnəm əhli arasında böyük bir çəkişmə başlayar. Hər kəs bir-birini qınayar. Keçmiş dostlar bir-birinə böyük bir kin bəsləyərlər. Aralarındakı nifrətin yeganə səbəbi dünya həyatındakı dostluqlarıdır. Günah işləməkdə və dindənxaric həyatda bir-birini həvəsləndirmiş, inkar etməkdə bir-birindən dəstək almışdılar. Bütün dostluq anlayışları cəhənnəm əzabı ilə birlikdə dağılаr, bütün əlaqələr parçalanıb qoparılаr:
"Allah buyuracaq: "Sizdən əvvəl gəlib getmiş cin və insan tayfaları ilə birlikdə cəhənnəmə girin!" Hər tayfa girdikcə dindaşına və ya tayfadaşına lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə cəhənnəmdə toplandığı zaman sonra gələnlər əvvəl gələnlər barəsində deyəcəklər: "Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver!" Allah buyuracaq: "Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!"" ("Əraf" surəsi, 38).
"Kafir olanlar deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!"" ("Fussilət" surəsi, 29).
"O zaman onlar bir-birinə çənə-boğaz olacaq, acizlər təkəbbür göstərənlərə deyəcəklər: "Biz sizə tabe idik. İndi siz cəhənnəm odunun azacıq da olsa bir hissəsini bizdən dəf edə bilərsinizmi?!" Təkəbbür göstərənlər deyəcəklər: "Biz hamımız cəhənnəm odundayıq. Allah artıq öz bəndələri arasında hökmünü vermişdir!" ("Mumin" surəsi, 47-48).
"Bu, sizinlə birlikdə daxil olan dəstədir. Onlar rahatlıq üzü görməsinlər. Onlar cəhənnəmə daxil olanlardır!" Belə deyəcəklər: "Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz. Bunu bizim üçün siz hazırladınız. Bir baxın, necə də pis məskəndir!" Onlar deyəcəklər: "Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını cəhənnəmdə ikiqat elə!" Deyəcəklər: "Pis adamlar saydığımız kəsləri niyə burada görmürük? Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar gözə dəymirlər?!" Şübhəsiz ki, bu, cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi, çənə-boğaz olması mütləq bir həqiqətdir!" ("Sad" surəsi, 59-64).
Cəhənnəm əhli böyük bir çarəsizlik içindədir. Başlarına gələn əzab həm qorxunc dərəcədə ağrıverici, həm də sonsuzdur. Yeganə çarə kimi sızlamağı, yalvarmağı seçərlər. Gördükləri hər kəsə yalvararlar. Cənnət əhlini görüb onlardan bir parça olsun su və yemək istəyərlər. Allaha yalvarmağa, mərhəmət diləməyə çalışarlar. Amma hamısı mənasızdır, heç bir fаydа verməz.
Yalvarışlarının bir qismi cəhənnəmin gözətçiləri olan zəbanilərə ünvanlanar. Onlara indiyədək görünməyən işgəncələri verən bu əzab mələklərinə belə yalvarar və onlardan özlərinin adından Allaha demələrini istəyərlər. Düşdükləri əzab o qədər böyük bir əzabdır ki, onun bir günlük yüngülləşdirilməsi üçün yalvararlar. Amma cavab almazlar:
"Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: "Rəbbinizə dua edin ki, heç olmasa bircə gün əzabımızı yüngülləşdirsin!" Deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələrlə gəlməmişdilərmi?" Onlar: "Bəli, gəlmişdilər!" deyə cavab verəcəklər. "Elə isə özünüz dua edin!" deyəcəklər. Kafirlərin duası isə boş şeydir" ("Mumin" surəsi, 49-50).
Bununla paralel Allahdan mərhəmət diləməyə də çalışarlar. Ancaq yenə də əbəsdir:
"Onlar deyərlər: "Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! Ey Rəbbimiz! Bizi cəhənnəm odundan çıxar! Əgər bir də inkara qayıtsaq, şübhəsiz ki, zalım olarıq". Allah buyurar: "Orada zəlil, məyus vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! Çünki bəndələrimdən bir zümrə var idi ki, onlar: "Ey Rəbbimiz! Biz iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz onlara gülürdünüz. Həqiqətən Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlar, uğura yetənlərdir!"" ("Muminun" surəsi, 106-111).
Ayədən başa düşüldüyünə görə, bu, Allahın cəhənnəm əhlinə son xitabıdır. Çünki Allah bunlara "zəlil, məyus vəziyyətdə durub qalın və mənə heç bir şey deməyin" dedikdən sonra artıq başqa söhbət ola bilməz. Bu isə haqqında düşünəndə belə insana ağrı-acı verən bir haldır.
Cəhənnəm əhli fəryad edib əzab çəkərkən, "qurtuluşa və səadətə nail olanlar", yəni möminlər də cənnətin nemətləri içindədirlər. Və cəhənnəm əhlinin çəkdiyi mənəvi əzabların birini, bəhs edilən cənnət əhli ilə olan dialoqu təşkil edir. Kafirlər cəhənnəmin qorxunc əzabları içində işgəncə görərkən xüsusi olaraq yaradılan bir sistemlə cənnəti görər, oradakı böyük nemət və əzəmətə tamaşa edərlər. Dünyada ikən istehza etdikləri möminlərin böyük bir rahatlıq içində, görkəmli məkanlarda, möhtəşəm evlərdə, cazibədar qadınlarla birlikdə dadlı yemək və içkiləri daddıqlarını görərlər. Özlərinin yaşadıqları əzab və alçaldılma əvəzində möminlərin böyük bir nemət, məğrurluq və rahatlıq içində olduğunu görərlər.
Bu isə kafirlərin yaşadıqları əzabı daha da şiddətləndirər. Hiss etdikləri peşmançılıq dözülməz ölçülərə çatar. Dünyada ikən iman gətirməmişlərdən, möminlərin əksinə olaraq Allahın hökmlərinə itaət etməmişlərdən olmalarının öldürücü peşmançılığı içində boğularlar. Bu psixologiya içində cənnət əhli ilə dialoq qurmağa, hətta onlardan yardım diləməyə də çalışarlar. Yalvararlar. Ancaq yenə də əbəsdir. Cənnət və cəhənnəm əhli arasındakı dialoq Quranda belə xəbər verilir:
"Sizi cəhənnəmə salan nədir?"
Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik, yoxsulu da yedirtməzdik.
Batildə olanlarla birlikdə biz də dalardıq.
Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər". Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!" ("Muddəsir" surəsi, 40-48).
Yaşanacaq bu dialoqların ən maraqlılarından biri də möminlərlə münafiqlər arasında olan dialoqdur. Münafiqlər dünyada ikən bir müddət də olsa, möminlərin yanında olmuş kimsələrdir. İman gətirdikləri halda müxtəlif mənafelərinə görə özlərini mömin kimi göstərməyə çalışmış və beləcə "ikiüzlü" sifətini qazanmışdılar. Axirətdə isə cəhənnəmdə yanarkən möminləri görər və yardım istəməyə, yalvarmağa başlayarlar. Quranda bu dialoq belə bildirilir:
"O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: "Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!" deyəcəklər. Belə cavab veriləcəkdir: "Geriyə dönüb işıq axtarın!" Bu sözlərdən sonra möminlərlə münafiqlərin arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir. Münafiqlər möminləri səsləyib deyəcəklər: "Məgər biz sizinlə birlikdə deyildikmi?!" Möminlər belə cavab verəcəklər: "Bəli, bizimlə birlikdə idiniz. Lakin siz özünüzü fitnəyə salıb məhvə düçar etdiniz, gözlədiniz və şəkk etdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar, tamah aldatdı. Sizi Allah barəsində o tovladan tovladı! Bu gün artıq nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Məskəniniz cəhənnəmdir. O, sizə daha çox yaraşır. Ora necə də pis sığınacaqdır!"" ("Hədid" surəsi, 13-15).
İndiyə qədər bəhs etdiyimiz cəhənnəm əzabları ilə bərabər onların şiddətini qat-qat artıran başqa xüsusiyyətləri də vardır: buradan heç bir zaman qurtuluş yoxdur. Bir ağrı çox şiddətli olsa belə əgər insan onun bitəcəyini bilərsə, bu, onu rahatlaşdırır. Hər ağrının bitməsi bir ləzzətdir və bu ləzzəti gözləmək ağrı anında olsa belə insana ümid verir.
Ancaq bu ümid cəhənnəmdə yoxdur və cəhənnəm əhlini ən çox bədbəxtliyə düçar edən də elə budur. Odda yandıqları, zəncirləndikləri, qaynar su ilə bişirildikləri, qırmanclandıqları, dar yerlərə əlləri boyunlarına bağlı olaraq atıldıqları anlarda bilərlər ki, bu əzab sonsuza qədər davam edəcəkdir. Hər dəfə qaçmağa çalışdıqları zaman qarşılarının sərt bir şəkildə alınması onlara verilən işgəncənin sonsuza qədər davam edəcəyini göstərir. Bu öldürücü mühit bir ayədə belə bildirilir:
"Kafirlər cəhənnəmdən, qəmdən qurtarmaq istədikdə yenidən ora qaytarılırlar və onlara: "Dadın atəşin əzabını!" deyirlər" ("Həcc" surəsi, 22).
Cəhənnəmin hər tərəfi qapalıdır. Kafirlər üçün cəhənnəmə yalnız bir dəfə giriş vardır, sonra çıxış qeyri-mümkündür. Heç bir çıxış yolu yoxdur. Ətrafları kafirlərin aşmağa gücləri çatmayacaqları divarlardır, kilidlənmiş qapılarla əhatə olunmuşdur. Ayələrdə bu öldürücü həbsxana mühiti belə təsvir edilir:
"Ayələrimi inkar edənlər isə əməl dəftərləri sol əllərinə verilənlərdir! Onları hər tərəfi qapalı cəhənnəm gözləyir!" ("Bələd" surəsi, 19-20).
"Və de ki: "Haqq Rəbbimizindir. Kim istəyir inansın, kim istəyir inanmasın. Biz zalımlаr üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri onları bürüyəcəkdir..."" ("Kəhf" surəsi, 29).
"Onların yeri cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar" ("Nisa" surəsi, 121).
Kafirlər atəşi gördükləri zaman aid olduqları yeri başa düşərlər. Anlayarlar ki, artıq heç kimsə üçün o atəşdən qaçış imkanı yoxdur. Zaman anlayışı yox olmuş və sonsuz bir əzab başlamışdır. Ağrının ən qorxunc xüsusiyyəti onun əbədi şəkildə davam etməsidir. Yüz il, min il və ya milyon il keçsə də, yenə də sona yaxınlaşmaz. Milyonlarla il sonsuzluğun yanında bir heçdir. Cəhənnəmdə yaşayan kafir dünyadakı kimi bir gün sonun olаcаğını gözləyər. Amma əbəs yerə. Buna görə də ayələrdə əzabın sonsuza qədər davam etməsi xüsusi bildirilmişdir:
"Allah münafiq kişilərə, münafiq qadınlara və bütün kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. O atəş onlara kifayətdir. Allah onlara lənət elədi. Onları daimi bir əzab gözləyir!" ("Tövbə" surəsi, 68).
"Əgər onlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar" ("Ənbiya" surəsi, 99).
"Kafir olanları cəhənnəm odu gözləyir. Nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırarıq!" ("Fatir" surəsi, 36).
Dünyada yaşanan bütün bu ağrılar üçün hökmən bir son, yəni qurtuluş vardır. Ağrı çəkən insanın iki qurtuluşu ola bilər: ya acı bitər, ya da insan ölər. Kənardan baxarkən görürük ki, ikisi də bir qurtuluşdur. Cəhənnəmdə isə vəziyyət daha pisdir. İztirab davamlı və arasıkəsilməzdir. Kafirlərin özlərinə gəlməsinə, rahat nəfəs almasına heç bir fürsət verilməz.
Kitab boyu dünyada Allahın ayələrindən üz çevirən və öz Yaradıcılarını - Uca Allahı şüursuzluqla inkar edənlərin axirətdə heç bir qurtuluşunun olmayacağı, onların cəhənnəmdə dəhşətli bir əzabla qarşılaşacağı bütün təfərrüatları ilə bildirildi.
Bax, buna görə də hər kəs burada bildirilən həqiqətlərdən аgаh olаn kimi əsla zaman itirmədən içində olduğu yoldan geri dönməlidir. Çünki bu yolun sonu böyük bir bədbəxtçiliyə gətirir. Atılması lazım olan ən mühüm addım isə özünü Allaha təslim etməkdir. İnkarçılar bunu etmədiyi təqdirdə əbədi bir peşmançılıq yaşayacaqlаr. İnkarçıların peşmançılığı Quranda belə xəbər verilir:
"Kafirlər yəqin ki, müsəlman olmalarını istərdilər! Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları, ümidləri başlarını qatsın. Sonra biləcəklər!" ("Hicr" surəsi, 2-3).
Sonsuz əzabdan, peşmançılıqdan qurtulmanın, Allahın rizasını və cənnətini qazanmanın yolu isə bəllidir:
Gecikmədən Allaha qəlbdən iman gətirmək.
Bütün həyatını Onu razı edəcək davranışlarla keçirmək...
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).