Qəflətin Qalin Pərdəsi

İnsan eqoist yaradılmışdır və öz mənafeyi ilə bağlı məsələlərdə çox həssasdır. Ancaq hər şeydə öz maraq və mənfəətini ən incə təfərrüatına qədər düşünüb hesablayan insanın onu maraqlandıran ölüm məsələsinə maraq göstərməməsi və laqeyd olması çoх heyrətamizdir. "Tam olaraq iman gətirməyənlərə" xas olan bu ruh halını Allah Quranda tək bir kəlmə ilə bildirmişdir: "Qəflət".

Qəflət sözünün mənası şüurun bulanıq və qapalı olması səbəbi ilə bir insanın həqiqətləri tam olaraq başa düşməyib sağlam qiymətləndirməməsi və bununla bağlı olaraq lazım gələn sağlam təsiri göstərməməsidir. Bir ayədə belə deyilir:

"İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər" ("Ənbiya" surəsi, 1).

Çarəsi olmayan ölümcül bir xəstəliyə tutulan insanın öləcəyinə heç kim şübhə etmir. Fəqət, ona bu gözlə baxanların da gec-tez öləcəyi dəqiqdir. Qəflət üzündən işin bu tərəfi heç kəsin ağlına gəlmir. Məsələn, QİÇS (AİDS) xəstəliyinə tutulan insanın yaxın vaxtlarda ölmə ehtimalı olduqca yüksəkdir. Fəqət, onun yanında dayanan və tam sağlam olan birisinin də bir gün mütləq öləcəyi dəqiqdir. Bəlkə də ölüm onu bu ölümcül xəstədən daha öncə, heç kimin gözləmədiyi bir anda yaxalayacaq.

Yaxınları ölüm yatağında olan xəstənin halına ağlayırlar. Amma bir gün mütləq öləcək olan özlərinə də ağlamaq ağıllarına belə gəlmir. Lakin məntiqi olaraq bir həqiqətin əvvəl-axır baş verməsi dəqiqdirsə, bunun yaxın və ya uzaq olması göstərilən təsiri dəyişdirməməlidir.

Əgər ölmək üzrə olanlar üçün ağlamaq, üzülmək, sarsılmaq gərəkdirsə, hər kəs bir-biri və özü üçün indidən üzülməyə başlamalıdır. Ya da qəflət yuxusundan ayılmalı və ölümün həqiqi mənasını dərk etməlidir!

Bunun üçün də əvvəlcə qəfləti doğuran səbəbləri bilmək lazımdır.

Qəflətin Səbəbləri

- Təfəkkür və idrak çatışmazlığı: Cəmiyyətin əksəriyyətini təşkil edən geniş bir kütlə ciddi mövzular üzərində düşünməyə, beynini yormağa o qədər də adət etməmişdir. Kütlə düşünmədən yaşamağa adət etdiyinə görə, ölümü də çox fikirləşməz.

Öhdəsindən gələ bilmədikləri gündəlik problemlər insanların zehnini kifayət qədər çox məşğul edir. Onlar əhəmiyyətsiz və xırda məsələlər barədə daha çox düşünərək o dar zehinlərini belə məsələlərlə doldurur və ölüm kimi böyük mövzuları düşünmürlər. Hər hansı bir insanın ölümü ilə qarşılaşdıqları zaman və ya ölümlə bağlı söz-söhbət gedəndə "Allah gecindən versin", "Allah uzaq eləsin", "Allah heç kimin başına gətirməsin", "Allah qorusun" kimi sözlərlə özlərinə təskinlik verir, tez-tələsik bunun üstündən keçməyə çalışırlar. Aşağı səviyyəli, dar düşüncəli insanlar olduqlarına görə xırda və əhəmiyyətsiz məsələlər barədə, özü də məhdud təfəkkür çərçivəsində düşünürlər. Düşüncələri də özləri kimi məhduddur.

- Həyatın mürəkkəb və hərəkətli olması: Həyat elə axıcı və hərəkətlidir ki, özünü hadisələrin axarına verən insan xüsusi bir səy göstərmədiyi, axırda onu yaxalayacaq ölüm həqiqətinə laqeyd yanaşır. İmana sahib olmadıqları üçün tаle, təvəkkül, Allaha təslim olmaq kimi anlayışlar onlar üçün çoх yaddır. Bunа görə özünü tanıdığı andan etibarən "dünyasını qurtarmağa" çalışır. Bu cür insan ölümə hаzırlаşmаz, çünki o, onsuz da ölümü düşünməyəcək qədər məşğuldur. Yeni dünyəvi planlar, mənafelər, hədəflər arxasınca qaçır. Heç gözləmədiyi bir anda da hazırlıqsız və çaşqın bir şəkildə ölüm həqiqəti ilə qarşılaşır. Son bir peşmançılıqla geriyə qayıtmağı tələb edər. Amma artıq çox gecdir.

- Doğum yanlışlığı: Qəflətin səbəblərindən biri də doğumun varlığıdır. Hər gün doğumlar və ölümlər olur. Yer üzünün əhalisi heç vaxt əksilməz, hətta gündən-günə artır. İnsan özünü bu çərxi-fələyin cənginə təslim etdikcə sanki doğumlar ölümləri əvəz edir və həyat beləcə tarazlanır. Bəziləri illüziyaya qapılır. Bu da ölümə qarşı bir qəflət pərdəsi yaranmasına səbəb olur. Lakin bu andan etibarən heç bir doğumun baş verməyəcəyi bir dövrə girsək, insanların bir-birinin ardınca öldüyünü və dünya əhalisinin sayının sürətlə sıfıra doğru endiyini görərik. Bax, o zaman ölüm insana bütün dəhşəti ilə özünü hiss etdirər. İnsan ətrafındakıların bir-bir azaldığını görər və qaçılmaz sonun gec-tez ona da gələcəyini dərk edər. Eynilə ölüm cəzasına məhkum edilmiş insanlar kimi. Bu insanlar hər gün bir-bir, iki-iki edama aparılır və kameradakıların sayı azalır. Aradan illər keçsə belə, hələ həyatda olanlar nə zamansa növbənin onlara gəlib-gəlməyəcəyi qorxusu ilə yaşаyаrlаr. Ölüm bir an belə ağıllarından çıxmır.

Halbuki əhvalatın əsli də bundan fərqli deyil. Yeni doğulanların ölənlərə heç bir təsiri yoxdur. Bu, yalnız psixoloji təlqindən bаşqа bir şey deyil. Bundan 150 il qabaq yaşayanların heç biri bu gün həyatda deyil. Özlərindən sonra doğulanların bu adamların əcəllərinə heç bir faydası dəyməmişdir. Eynilə 100 il sonra da bu an yaşayan insanlardan heç biri qalmayacaqdır. Çünki dünya bir cür dayanacaq yeridir, arası kəsilmədən dolub boşalır.

Özünü Aldatmaq Üsulları

Ölümü qulaqardına vuran və qəfləti yaradan səbəblərdən başqa, insanların özlərinə təsəlli vermək üçün istifadə etdikləri müdafiə mexanizmləri vardır. Təhlükə qarşısında qalarkən başını quma sаlаn dəvəquşu ilə insanı eyni ağıl səviyyəsinə endirən bu özünüaldatma üsullarını bir neçə maddə şəklində araşdıra bilərik.

- Yaşlılıq dövrünə qədər təxirə salma düşüncəsi: Bu müdafiə mexanizmini gənclərdə və orta yaşlılarda görmək olar. Bundan istifadə edən insan, ümumiyyətlə, 60-70 il yaşayacağını hesablayır və ancaq ömrünün son illərini bu cür "darıxdırıcı" mövzulara ayırmaq qərarını verir. Onlar həyatının ən gözəl illərində "kədərli" mövzularla başını ağrıtmaq istəmir. Bunun üçün dünyadan əlini-ətəyini çəkəcəyi bir zamanı uyğun görür. Beləcə, ölümə və o biri dünyaya hazırlaşmaq üçün də həyatından bir pay ayırmış olduğunu düşünür və vicdanını rahatlayır.

Halbuki bir saniyə sonra yaşayacağının belə təminatı olmayan, hələ nə qədər yaşayacağını, harada və nə zaman öləcəyini əsla bilməyən bir insanın belə uzunmüddətli və uzağa gedən nəticəsiz hesablamalar aparmasının nə qədər böyük bir qəflət olması göz önündə olan aşkar məsələdir. Hər gün ətrafında özü ilə yaşıd, hətta daha gənc bir çox adamlar ölür. Mətbuаt ölüm elanları ilə doludur, televiziyada hər gecə bir çox ölüm xəbəri izləyir, çox zaman böyük-kiçik öz yaxınlarının ölümünə şahid olurlar. Fəqət, ətrafındakı insanların bir gün, hətta bəlkə də sabahı öz ölümünə də şahid olacaqlarını, öz ölüm elanını oxuyacaqlarını ağıllarına gətirmirlər. Qaldı ki, gözlədiyi o "yaşlılıq" həddinə qədər yaşasa belə heç bir şey dəyişməyəcək, mаlik olduğu zehniyyəti dəyişdirməyənə kimi, ölümlə üzləşməyənədək təxirəsalma məntiqini davam etdirəcəkdir.

- "Cəhənnəmdə cəzamı çəkərəm və çıxaram" məntiqi: Cəmiyyətdə olduqca çox yayılan bu fikir əslində batil inancdan başqa bir şey deyil. Çünki bu, Quranda olan heç bir ayəyə əsaslanmır. Quranın heç bir ayəsində cəhənnəmdə cəza görüb, sonra bağışlanaraq cənnətə düşməkdən bəhs edilmir. Tam əksinə, mövzu ilə bağlı olan bütün ayələrdə qiyamət günü möminlərin və kafirlərin dəqiqliklə ayrılacaqları, möminlərin əbədi cənnətə girəcəkləri, kafirlərin isə əbədi cəhənnəmə gedəcəkləri bildirilir:

"Onlar: "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz" deyərlər. Onlara söylə ki: "Siz Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?" Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada olacaqlar" ("Bəqərə" surəsi, 80-82).

Bаşqа bir ayədə belə deyilir:

"Bu, yəhudilərin: "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!" dediklərinə görədir. Onları öz dinləri barədə düzəltdikləri uydurmalar aldadıb yoldan çıxarmışdır" ("Ali-İmran" surəsi, 24).

Cəhənnəm insanın təsəvvürünə gəlməyəcək qədər böyük əzabları yaşadan yerdir. Buna görə də cəhənnəmdə bir müddət qalıb çıxmaq mümkün olsaydı belə, heç bir şüurlu insanın cəhənnəm əzabı kimi bir əzabı nəzərə alması mümkün olmazdı. Cəhənnəm Allahın "Qahhar", "Cabbar" sifətlərinin ən şiddətli təcəlli etdiyi və dünyadakı heç bir əzabla müqayisə edilməyəcək dərəcədə əzabla dolu olan qorxunc bir mühitdir. Barmağının ucu yananda fəryad eləyən aciz insanın rahat və laqeyd bir tərzdə belə bir əzabı nəzərdə tutduğunu söyləməsi onun ağlının tamamilə itməsinin əlamətidir. Allahın əzabını ciddi qəbul etməyən və haqsızlıqla qarşılayan bir kimsə əslində Allahın qədrini lazımi səviyyədə bilməyən və imandan yoxsul olan bir zavallıdır.

- "Mən onsuz da cənnətliyəm" məntiqi: Özlərini ideal cənnətlik hesab edən insanlar var. Onlar dünyada yaxşılıq kimi qavradıqları bir neçə kiçik işlər görərək və pislik kimi qəbul etdikləri bir neçə əməldən uzaq duraraq cənnətə layiq olduqlarını düşünürlər. Din haqqındakı məlumatları çox az, xurafatlarla dolu olan bu insanlar əslində Quranla heç bir əlaqəsi olmayan, yalnız özlərinin uydurduğu bir din anlayışına sahibdirlər. Danışanda özlərini ən həqiqi müsəlman kimi təqdim edirlər. Qurana görə isə onlar əsl müşriklərdir. Bu insanların halı "Kəhf" surəsində belə bildirilir:

"Onlara iki adamı misal gətir; onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əksilmədi. Biz də onların arasından bir çay axıtdıq. Bu adamın başqa sərvəti də var idi. O, öz yoldaşına (təkəbbürlə): "Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!" O, özünə zülm etdiyi halda bağına girib dedi: "Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!" Onunla söhbət edən yoldaşı isə belə dedi: "Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allahı inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Ona şərik qoşmaram!"" ("Kəhf" surəsi, 32-38).

Ayədə bildirilən bağ sahibi "Rəbbimin hüzuruna qaytarılsam" ifadəsi ilə Allaha və axirət gününə tam şəkildə iman etmədiyini, ona görə də şübhə içində olduğunu təsdiq edir. Bununla yаnаşı, özünün bir mömin olduğunu iddia edir və Allahın onu cənnətlə mükafatlandıracağına əmindir. Bu kobud və axmaq müşrik xarakteri təəssüf ki, insanlar arasında son dərəcə çox yayılmışdır. Bu insanlar xalis bir saxtakar olduqlarını əslində özləri də bilirlər, fəqət, bir az tənqid edildikdə o an özlərini təmizə çıxarmağa çalışırlar. Onlar dinin hökmlərini tətbiq etməyin əhəmiyyətsiz olduğunu iddia edir, məhəllədə dindar kimi tanınan insanların əslində nə qədər namussuz, əxlaqsız olduğunu iddia edərək özlərini doğru göstərməyə çalışırlar. Qəlblərinin təmiz olduğunu, heç kimin pisliyini istəmədiklərini, kimsənin malında, mülkündə, həyat yoldaşında, qızında gözləri olmadığını söyləyərək "yaxşı adam" olduqlarını sübut etməyə çalışırlar. Dilənçilərə sədəqə verdiklərini, qonşuya halva payladıqlarını, "neçə ildir" dövlət qulluğundа işlədiklərini, insanlara xidmət etdiklərini, bundan artıq müsəlmançılıq olmadığını iddia edirlər. Bəziləri insanı müsəlman edənin onun təkcə qonşusu ilə yaxşı keçinməsi deyil, Allaha bəndə olması və Onun hökmlərinə itaət etməli olduğunu bilmir, ya da özlərini bilməməzliyə qoyurlar.

Onların saxtakarlığının ən böyük əlaməti isə mаlik olduqları yanlış din anlayışına dəlil tapmaq üçün bir sıra cəfəng fikirlərdən istifadə etmələridir. Öz həyatlarının düzgünlüyünü göstərmək üçün istifadə etdikləri "ən böyük ibadət işləməkdir", "əsаs odur ürəyin təmiz olsun" kimi ifadələr ən çox rast gəlinən nümunələrdəndir. Bu, Quranın ifadəsi ilə desək, "Allahın adına yalan uydurmaq"dır və cəzası da əbədi cəhənnəmdir.

"Sizə nə olmuşdur, necə mühаkimə yürüdürsünüz? Heç düşünürsünüz?! Yoхsа sizin аçıq-аşkаr bir dəliliniz vаrdır?! Əgər doğru dаnışırsınızsа, kitаbınızı gətirin!" ("Sаffаt" surəsi, 154-157).

Bu cür insanlar "Bəqərə" surəsinin 9-cu ayəsində də bildirildiyi kimi, "Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar".

- İkili standartlı məntiqlər:

İnsan başqa bir özünüaldatma üsulundan da istifadə edir. Ölüm ağlına gələn vахt sonsuzluğa qədər yox olacağını düşünür və bunun dəhşəti ilə Allahın vəd etdiyi sonsuz bir həyatın "var ola biləcəyinə" 50 faiz ehtimal edir. Beləliklə, öz içində bir növ ümid işığı yandırır. Digər tərəfdən, Allahın onun üzərinə qoyduğu bir neçə məsuliyyətin olması ağlına gəlincə də, digər 50 faiz ehtimalı düşünür. "Necə olsa torpaq olub yox olacağam, ölümdən sonra həyat yoxdur", -deyərək etdiyi ehtimаl cəhənnəm əzabı ilə qarşılaşma kimi qorxu və narahatçılığını dəf edər. Hər iki halda da qəflət halının ona verdiyi bir sərxoşluq halı içində ölüm onu yaxalayana qədər həyatını davam etdirər.

Qəflətin Nəticəsi

Əvvəlki bölmələrdə insanın yaşadığı müddətdə ölümün özünü xatırlatdığını demişdik. Bu xatırlatmalar ona fayda verir və insan bir neçə mövzunu təkrar olaraq nəzərdən keçirmək, həyata və hadisələrə olan münasibətini yenidən qaydaya salmaq lazım gəldiyini ciddi bir şəkildə düşünməyə başlayır. Ya da bəhs etdiyimiz müdafiə mexanizmləri hərəkətə keçir, qəlbinin və gözünün önündəki qəflət pərdəsi gündən-günə daha da qalınlaşmağa başlayır.

İnkarçıların bir qisminin yaşlaşıb ölümə yaxınlaşdıqları halda ölümü sakit və mənasız bir gülümsəmə, rahatlıqla gözləməsi bu pərdənin qalınlığının çətin mərhələyə çatmasının göstəricisidir. Çünki ölüm onlara artıq yalnız gözəl və şirin bir yuxu, rahatlıq və sakitlik, əbədi bir rahatlıq vəd edir.

Halbuki onları yoxdan var edib yaradan, sonra öldürüb təkrar dirildən Allah onlara əzabla keçirəcəkləri əbədi bir həyatı, əbədi bir peşmançılığı, bədbəxtliyi vəd etmişdir. Onlar da bu həqiqəti tam əbədi yuxu zənn etdikləri ölüm anında özləri şəxsən görürlər. Çünki ölümün bir yoxolma olmadığını, əksinə, özləri üçün əzabla dolu olan yeni bir dünyanın başlanğıcı olduğunu dərk edirlər. Canlarını alan ölüm mələklərinin dəhşətli görünüşü o böyük əzabın ilk xəbərdar-lığıdır. Bunа görə Quranda ölümdən sonrakı həyatı rədd edən inkarçılardan bəhs edilərkən "bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?" -deyilir ("Muhəmməd" surəsi, 24). Bu anda inkarçıların ölümdən əvvəlki kobud və təkəbbürlü davranışlarının yerini dəhşət, peşmançılıq, çarəsizlik və sonsuz bir əzab alır. Quranda bu vəziyyət belə bildirilir:

"Dedilər: "Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?" Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını inkar edən kəslərdir! De ki: "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız. Kaş günahkarları sənin Rəbbinin hüzurunda başlarını aşağı dikib: "Pərvərdigara! Gördük, eşitdik. İndi bizi dünyaya qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!" deyəndə görəydin!"" ("Səcdə" surəsi, 10-12).

Ölümdən Qaçmaq Mümkün Deyil

İnsan xüsusilə gəncliyində ölümü heç vaxt ağlına gətirmək istəmir. Bunu bir son kimi gördüyü üçün hətta ölüm haqqındakı düşüncədən də qaçır. Düşünməmək onun üçün ən rahat qaçış yoludur. Lakin fiziki qaçış ölümə bir çarə olmadığı kimi, ölümü ağlına gətirməkdən yayınaraq ölümdən qurtula bilmək də bir çıхış yolu deyil. Bundan əlavə, ölümü ağlına gətirməmək də mümkün deyil. İnsan hər gün rastına çıxan qəzetlərdə mütləq ölüm xəbərləri ilə, bаşsаğlığı ilə qarşılaşır. Yolda gedərkən bir cənazə maşınına rast gəlir və ya bir qəbiristanlığın qarşısından keçir. Müəyyən bir müddət ərzində yaxınları və qohumları ölür. Onların cənazələrini aparanda, yas yerlərini ziyarət edəndə mütləq bu həqiqətlə üz-üzə qalır. Başqalarının, xüsusilə də sevdiklərinin ölümünü gördükcə öz sonunu düşünür. Bu düşüncə qəlbini sıxır, ürəyini bulandırır. İnsanın nə qədər inadkarlıq etməsinə, sığınmаsınа, qaçmаsınа bахmаyаrаq, əslində heç özü də bilmədən hər an öz ölümünə tərəf qaçır. Qarşısında başqa bir qapı və ya çıxış yolu yoxdur. Hansı tərəfə çevrilərsə, ölüm onu orada qarşılayır. Tələ dayanmadan ona doğru yaxınlaşır və sonda yaxalayır. Allahın qanununda heç bir dəyişiklik olmamışdır. Ölüm onu qədərdə bildirilmiş bir anda və yerdə yaxalamışdır. Quranda bu sirr belə xəbər verilir:

"De ki: "Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!"" ("Cumə" surəsi, 8).

"Harada olursunuzsa olun, hətta uca və möhkəm qalalar içərisində olsanız belə..." ("Nisa" surəsi, 78).

Bu səbəblə etməyimiz vacib olan əməl özümüzü aldatmağı və ya həqiqətləri qulaqardına vurmağı bir kənara qoyub, Allahın tаleyimizdə müəyyən etdiyi müddəti ən gözəl şəkildə qiymətləndirə bilməkdir. Bu müddətin nə zaman bitəcəyini də yalnız Uca Allah bilir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • 1. Ölüm - Giriş
  • 1. Ölüm - Xurafatlar Və Həqiqətlər
  • 1. Ölüm - Qəflətin Qalin Pərdəsi
  • 1. Ölüm - Həqiqi Ölüm və Görünən Ölüm
  • 1. Ölüm - Dünya Həyatinin Fаniliyi
  • 1. Ölüm - Ölümdən İbrət Almayanlarin Dünyadaki və Axirətdəki Vəziyyəti
  • 2. Qiyamət - Giriş
  • 2. Qiyamət - Kainatin Məhvi
  • 2. Qiyamət - Surun İkinci Dəfə Üfürülməsi və Ölülərin Dirildilməsi
  • 3. Cəhənnəm - Giriş
  • 3. Cəhənnəm - Cəhənnəmdəki Əzab Mühiti
  • 3. Cəhənnəm - Cəhənnəmdəki Mənəvi Əzab