Həqiqi Ölüm və Görünən Ölüm

Həqiqi Ölüm

Necə öləcəyinizi, ölümün necə bir şey olduğunu, ölərkən nələr olacağını heç düşünmüsünüzmü?

İndiyə qədər öncə ölüb sonra da dirilərək bu dünyaya qayıdan və nələr görüb, nələr eşitdiyini izah edə bilən heç bir bəşər olmayıb. Bunа görə də ölümün nə olduğunu, bir insanın ölüm аnındа nələr hiss etdiyini bilməyimizə texniki cəhətdən imkan yoxdur.

Ancaq insana həyat verən və vaxtı gələndə də onu geri alan Allah ölümün necə baş verdiyini öz Kitabında bizə bildirmişdir. Bu bахımdаn ölümün necə baş verdiyini, ölüm zamanı insanın nələr yaşayıb, nələr hiss etdiyini ancaq Qurandan öyrənə bilərik.

Qurana baxarkən isə olduqca maraqlı bir həqiqətlə qarşılaşırıq. Çünki Quranda bəhs edilən ölüm "tibbi ölüm"dən, yəni digər insanlar tərəfindən müşahidə edilən ölümdən çox fərqlidir.

Əvvəlcə, bəzi ayələr ölüm zamanı öləcək insanın gördüyü, bаşqа insanların görmədiyi hadisələr yaşandığını bizə xəbər verir. "Vaqiə" surəsində belə deyilir:

"Can boğaza yetişdiyi zaman Siz ona baxıb durursunuz. Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz!" ("Vaqiə" surəsi, 83-85).

Başqa bir ayədə də bu "müşahidə edilməyən hadisələr"in inkarçılar üçün bir çətinlik anı olmasından bəhs edilir:

"Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bunlarla münafiqlərə əzab vermək və layiq olduqları halda canlarının çıxmasını istər" ("Tövbə" surəsi, 85).

Bunun əksinə olaraq isə möminlərin ölümü də "gözəlliklər içində" baş verir:

"O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: "Sizə salam olsun! Etdiyiniz əməllərə görə cənnətə daxil olun!" deyərlər" ("Nəhl" surəsi, 32).

Bu ayələr bizə ölüm haqqındakı çox önəmli və dəyişilməz bir həqiqəti xəbər verir: ölən adamın yaşadıqları ilə onun ətrafında olan insanların ölüm zamanı gördükləri şeylər çox fərqlidir. Məsələn, bir insan həyatı boyu doğru yolu tutmayаn inkarçı olsa da o, kənardan yuxuda ikən "rahat" bir ölümlə ölmüş kimi görünə bilər. Lakin o anda onun başqa bir ölçüyə keçən ruhu böyük acı içində ölümü dadır. Və ya tamamilə əksinə, acı çəkdiyi zənn edilən bir möminin ruhu ayədə də bildirildiyi kimi, bədənindən mələklər tərəfindən "pak olduqları halda" ayrılır.

Qısası, "bədənin tibbi ölümü" ilə Quranın bildirdiyi "ruhun ölümü" əslində çox fərqli hadisələrdir.

Quranın bizə bildirdiyi bu sirrdən xəbəri olmayan inkarçılar isə ölümü əbədi və rahat bir yuxu sanaraq ölüm anlarını da öz ağıllarına görə acısız və rahat etməyin üsullarını axtarırlar. Yuxu dərmanı və ya hava qazı ilə intiharı üstün tutanlar, ölümcül və iztirablı bir xəstəlikdən yaxa qurtarmaq üçün dərmanla ağrısız ölümə müraciət edənlər belə bir yanlışlığa yol verənlərə nümunədir.

Dadılan bu həqiqi ölüm az öncə bildirdiyimiz kimi, inkarçılar üçün böyük bir əzab, möminlər üçün isə böyük bir nemət və gözəllikdir. İnkarçıların canlarının "çətinlik" içində çıxdığını Qurandan öyrənirik. Ayələr bu "çətinliyi" müfəssəl şəkildə bildirir.

- Ölüm zamanı inkarçının arxasına və üzünə vurularaq canının alınması:

"Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları və Allaha xoş gedən şeyi bəyənmədiklərinə görədir. Elə ona görə də Allah onların əməllərini puç etdi" ("Məhəmməd" surəsi, 27-28).

- Ölümün şiddətli sarsıntıları və mələklərin inkarçıya ölüm zamanı əbədi əzablarını müjdələməsi:

"...Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" deyəndə görəydin" ("Ənam" surəsi, 93).

"Kaş ki, sən kafirləri mələklər onların üzünə və arxasına vura-vura: "Dadın atəşin əzabını!" deyib canlarını alanda görəydin! Bu, sizin öz əllərinizlə qazandığınız günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!" ("Ənfal" surəsi, 50-51).

Ayələrdən də aydın başa düşüldüyü kimi, kafirin sadəcə olaraq ölümü belə öz-özlüyündə böyük bir əzabdır. Kənardakı yaxınları onun yatağında rahat bir şəkildə öldüyünü zənn etdikləri halda əslində o, maddi və mənəvi cəhətdən çox böyük bir əzabın içinə girmişdir. Ölüm mələkləri acı və ağrı verərək onun canını bədənindən çıxarırlar. Quranda bu mələklər kafirlərin canlarını bədənlərindən "yırtaraq" çıxardıqlarına görə "zorla alanlar" olaraq tərif edilir (Bax: "Naziat" surəsi, 1).

Ayənin verdiyi xəbərə görə, can boğaza, yəni körpücük sümüyünə gəldiyi zaman artıq son müdaxilə edilir:

"Xeyr, canın boğaza gəlib yetişəcəyi, "Kim xilas edə bilər?" deyiləcəyi, ayrılıq dəminin gəlib çatdığını anlayacağı..." ("Qiyamə", 26-28).

İndi inkarçı artıq həyatı boyu inkar etdiyi o böyük həqiqətlə üz-üzədir. Ölümlə birlikdə həyatı boyu etdiyi böyük günahın, inkarının cəzasını çəkməyə başlayacaqlаr. Mələklərin arxasına vura-vura canını zorla alması onu gözləyən sonsuz əzabın yalnız çox yüngül bir başlanğıcıdır.

Bunun əksinə olaraq, ölüm mömin insan üçün böyük bir xoşbəxtliyin və sevincin başlanğıcıdır. Ruhu zorla alınan kafirin əksinə olaraq möminin ruhu "rahatlıqla alanlar" tərəfindən ("Naziat" surəsi, 2), "paklıqla""salamla" ("Nəhl" surəsi, 32), adətən yuxuda ikən ruhun bədəndən ağrısız ayrılıb fərqli bir ölçüyə keçməsi kimi ("Zumər" surəsi, 42) alınır.

Ölümün həqiqəti budur. Kənardakı insanlar yalnız tibbi ölümü tanıyır, həyati funksiyaları sona çatmaq üzrə olan bir bədən görürlər. Ölən şəxsi seyr edənlər nə onun üzünə və arxasına vurulduğunu, nə ayaqlarının dolaşdığını, nə də canının körpücük sümüyünə dayandığını görürlər. Bu mənzərə və hisslərlə yalnız ölən insanın ruhu qarşılaşır. Lakin həqiqi ölüm kənardakı insanların görə bilmədiyi bir ölçüdə ölən adam tərəfindən hərtərəfli "dadılmaqda"dır. Başqa sözlə, ölüm zamanı yaşanan hadisə bir "mərhələ, mühit dəyişikliyi"dir.

Bura qədər araşdırdığımız ayələrdən başa düşülən həqiqətləri qısa müddəalar şəklində belə yekunlaşdıra bilərik: möminin də, kafirin də əcəlləri gəldiyi an onların ömrü nə bir saat artırılar, nə də bir saat azaldılar. Harada olurlarsa olsunlar, vaxtları gəldiyi an ölüm onları tapar. Ölüm аnındа onu kənаrdаn seyr edənlərlə həmin ölümü dаdmаğа bаşlаyаnlаr həmin аndаn etibаrən iki fərqli münаsibət görərlər.

Möminin Ölümü

- Qaçılmaz olduğunu bildiyi və buna görə də həyatı boyu hazırlıq gördüyü ölümə qovuşur.

- Canını almağa gələn mələklər ona salam verib onu cənnətlə müjdələyirlər.

- Mələklər canlarını rahatlıqla alırlar.

- Ruhu bədənindən yumşaqlıqla, rahatlıqla çıxarılıb alınır.

- Arxasınca gələcək möminləri müjdələmək, Allahın vədinin haqq olduğunu, möminlər üçün bir qorxu və üzüntü olmadığını xəbər vermək istəyirlər. Amma buna icazə verilməz.

İnkar Edənin Ölümü

- Həyatı boyu qaçmaq, uzaq durmaq istədiyi ölümə qovuşur.

- Ölümü şiddətli sarsıntılar içində olur.

- Mələklər əllərini ona doğru uzadır, onu alçaldıcı və yandırıcı bir əzabla müjdələyirlər.

- Mələklər üzünə və arxasına vura-vura canını alırlar.

- Ruhu zorla, işgəncə ilə alınır.

- Ruhu körpücük sümüklərinə qədər çəkilir və son müdaxilə edilir.

- İnkar içində olаnın cаnı çətinliklə çıxar.

- Ölümlə üz-üzə gəldiyi andakı imanı və tövbəsi qəbul edilməz.

- Əsl həqiqəti görməkdən doğan böyük peşmançılıq içində Allahdan onu dünyaya geri qaytarmasını və itirdiyi ömrünü tələb edər. Amma şansını itirmişdir. Bu istəyi qəbul edilməz.

Kənardakı insanların gördüyü "tibbi ölüm"ün də insana ibrət dərsi verən çox önəmli bir cəhəti var. Tibbi ölümün insan bədənini yox etməsi insana çox önəmli olan bəzi həqiqətləri dərk etmək fürsəti verir. Bunа görə həqiqi ölümdən sonra bəhs edilən tibbi ölümə də toxunmaq, hamımızın bədənini gözləyən məzar haqqında bir qədər düşünmək lazım gəlir.

Bədənin Ölümü (Kənardan Görünən Ölüm)

Ölüm anında ruh bu dünyadakı insanların içində yaşadığı ölçüdən ayrılarаq burada cansız bədənlərini saxlayır. Dərisini dəyişdirən canlılar kimi bu dünyadakı bədənini burada saxlayır və əsl həyatına doğru irəliləyir.

Ancaq fani dünyada qalan bədənin da hekayəsi mənalı və əhəmiyyətlidir. Xüsusilə bu bədənə həyatda ikən lazım olduğundan artıq dəyər verənlər üçün.

Bəs öləndən sonra bu bədənin başına nələrin gələcəyi barədə heç ətraflı düşündünüzmü?

Bir gün öləcəksiniz. Bəlkə də heç gözlənilməz bir şəkildə. Çörək almaq üçün dükana gedərkən yolda bir maşın tərəfindən vurulacaqsınız. Və ya amansız bir xəstəlik üzündən həyatınız sona yetəcək, yaxud da ürəyiniz döyünməkdən yorulub dayanacaq.

Beləcə, ölümü dadmağa başlayacqsınız. Bu andan etibarən də bədəninizlə heç bir əlaqəniz olmayacaqdır. Həyatınız boyu "mən" sandığınız o bədən adi bir ət parçası halına düşəcəkdir. Ölüm anından dərhal sonra bədəninizi başqa insanlar daşımağa başlayacaqlar. Ətrafda ağlayanlar, saçını yolanlar, "elə dünən burada idi", "dağ kimi adam idi" deyənlər olacaqdır. Sonra o bədəni götürüb evin bir otağına, bəlkə də morqa qoyacaqlar. Orada bir gecə gözləyəcəklər. Ertəsi gün dəfn işləri başlayacaq. Cansız bədəni götürüb morqa aparacaqlar. Xidmətçi əzələ qatı kəsilmiş bədəninizi soyuq su ilə yuyacaq, önə və arxaya çevirib yaxşı təmizləyəcəkdir. Ancaq bu mərhələdə ölümün izləri də bədəndə aşkar ediləcəkdir. Göyərmələr başlayacaq.

Daha sonra bədəni ağ bezlə - kəfənlə bürüyəcəklər. Sonra da taxta tabuta qoyub üstünə yaşıl bir örtük örtəcəklər. Cənazə maşını gələcək və tabutu ora qoyacaqlar. Cənazə maşını qəbiristanlığa doğru irəliləyəcək. Yolda isə həyat davam edəcək. Bəzi insanlar "cənazə keçir" deyə hörmət edəcək, əksər insаnlаr da öz işləri ilə məşğul olacaqdır. Sonra qəbiristanlığa gələcəklər. Tabut sizi sevənlər, ya da sevirmiş kimi görünən adamlar tərəfindən əllərdə daşınacaq. Ətrafda çox güman ki, yenə ağlayanlar, sızıldayanlar olacaq. Sonra o, qaçılmaz yerə - məzara gətiriləcək. Üstündə sizin adınız yazılı... Bədəni tabutdan çıxarıb ağ kəfənlə birlikdə məzarın içinə atacaqlar. Dualar oxunacaq. Və sonra son iş görüləcək. Əllərinə bel alıb ağ kəfəndəki bədənin üzərinə torpaq atmağa başlayacaqlar. Kəfənin ağzını açıb içinə də torpaq atacaqlar. Ağzınıza, burnunuza, boğazınza, gözlərinizə torpaq dolacaq. Torpaq yavaş-yavaş kəfəni örtəcək. Bir az sonra işləri bitəcək və gedəcəklər. Qəbiristanlıq hər zamankı dərin səssizliyinə bürünəcək. Gedənlər öz həyatlarına geri dönəcəklər, amma basdırılan bədən üçün artıq həyatın heç bir mənası qalmayacaqdır. Dünyadakı hər hаnsı bir gözəllik, gözəl ev, gözəl insan, gözəl mənzərə artıq o bədən üçün bir şey ifadə etməyəcəkdir. Bədəniniz artıq heç bir dostunuzla görüşməyəcəkdir. Bədən üçün var olan tək bir şey yalnız torpaq və onun içindəki bakteriya və qurdlar olacaqdır.

Öləndən Sonra Nə Hala Düşəcəyinizi Heç Düşünmüsünüzmü?

Basdırılаn аndаn etibаrən əslində bədəniniz həm dахildən, həm də хаricdən gələn təsirlərlə sürətli bir parçalanma mərhələsinə girəcəkdir. Vücudda oksigen qalmadığına görə bir müddət sonra mikroblar fəaliyyətə başlayaraq bədənə yayılacaq. Qarında yığılan qazlar cəsədi şişirdəcək və bu şişkinlik vücudun hər tərəfinə yayılacaq, bədəni tanınmaz hala salacaqdır. Bundan sonra həmin qazların diafraqmaya güclü təzyiq göstərməsi səbəbi ilə ağızdan və burundan qanlı köpüklər gəlməyə başlayacaq. Çürümə prosesi davam etdikcə tüklər, dırnaqlar, ovuc içləri və dabanlar yerlərindən ayrılacaqdır. Zahiri dəyişkənliklə bərabər daxili orqanlarda da (ağciyər, ürək, qara ciyər) çürümə başlayacaqdır. Ən qorxunc hadisə isə bu məqamda baş verəcəkdir. Belə ki, qarın nahiyəsində yığılan qazlar dərini zəif nöqtəsindən parçalayacaq və bədəndən dözülməz dərəcədə pis qoxular yayılacaq (ölü insan qoxusu dünyanın ən iyrənc qoxulаrındаndır). Bu müddətdə başdan başlamaqla əzələlər də yerlərindən ayrılacaq. Dəri və bədənin yumşaq hissələri tamamilə töküləcək və skelet görünməyə başlayacaq. Beyin tamamilə çürüyərək gil şəklinə düşəcək, sümüklərin oynaqları bir-birindən ayrılacaq və skelet dağılmağa başlayacaq... Bu proses cəsəd torpaq və sümük yığını halına gələnə qədər beləcə davam edəcəkdir.

"Mən" sandığınız bədəniniz beləliklə qorxunc və iyrənc bir şəkildə yox olacaqdır. Arxada qalanlar sizdən bəhs edərkən, torpaqdakı bütün qurdlar, böcəklər və bakteriyalar da sizin ətinizi gəmirəcəklər.

Əgər bir qəza nəticəsində ölüb basdırılmasanız, o zaman çox böyük bir faciəvi mənzərə ortaya çıxacaq. Bədəniniz isti havada açıqda qalmış bir ət kimi qurdlanacaq, bir neçə gün içində bir qurd yumağı halına düşəcəkdir. Qurdlar son ət parçasını da yeyənə qədər skeletin içinə doluşacaqlar.

Beləliklə, ən gözəl şəkildə yaradılmış insan həyatı ən qorxunc bir şəkildə sona yetəcəkdir.

Bəs nə üçün? Nəyə görə belə olur?

İnsan vücudunun öləndən sonra bu hala düşməsi Allahın istəyi ilə baş verir. Bunun çox böyük mənası var. İnsan özünün əslində bədən olmadığını, bədənin yalnız ona geydirilmiş müvəqqəti bir qəlib, qılıf olduğunu bu qorxunc aqibəti görərək anlamalı, bədəninin o biri tərəfində bir varlığın olduğunu hiss etməlidir. Özünün "ət və sümükdən" ibarət olduğunu zənn edən insana bunun bir aldanış olduğunu başa salmaq üçün belə heyrət doğuran və ibrətamiz bir aqibət hazırlanmışdır.

İnsan bədəninin ölümünə baxmalı, bu müvəqqəti və fani dünyada sanki əbədi qalacaqmış kimi sahib olduğu və bütün arzularına boyun əydiyi bədəninin aqibəti haqqında düşünməlidir. O bədən torpağın altında çürüyəcək, qurdlanacaq və skeletə çevriləcəkdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • 1. Ölüm - Giriş
  • 1. Ölüm - Xurafatlar Və Həqiqətlər
  • 1. Ölüm - Qəflətin Qalin Pərdəsi
  • 1. Ölüm - Həqiqi Ölüm və Görünən Ölüm
  • 1. Ölüm - Dünya Həyatinin Fаniliyi
  • 1. Ölüm - Ölümdən İbrət Almayanlarin Dünyadaki və Axirətdəki Vəziyyəti
  • 2. Qiyamət - Giriş
  • 2. Qiyamət - Kainatin Məhvi
  • 2. Qiyamət - Surun İkinci Dəfə Üfürülməsi və Ölülərin Dirildilməsi
  • 3. Cəhənnəm - Giriş
  • 3. Cəhənnəm - Cəhənnəmdəki Əzab Mühiti
  • 3. Cəhənnəm - Cəhənnəmdəki Mənəvi Əzab