Quranda Qadına Verilən Dəyər

Bəzi insanlar İslamda qadına nə qədər böyük bir əhəmiyyət və dəyər verildiyindən xəbərsizdirlər. Quran haqqında kifayət qədər məlumata malik olmayan bu insanlar, hətta qadınların özləri də bu həqiqəti bilmədikləri üçün haqlarını yenə cahiliyyə əxlaqına əsaslanan səhv üsul və təcrübələrlə qorumağa çalışırlar. Həmçinin bu gün dünyadakı cəmiyyətlərə baxanda bu həqiqət çox açıq bir şəkildə ortaya çıxır. Dünyanın əksər ölkələrində qəddarlığa və pis münasibətlərə məruz qalan, baxılmağa ehtiyacı olan, qocalar evinə atılmış, işsiz-gücsüz bir çox qadın var. Onlar bu vəziyyətlərindən qəti və həmişəlik bir həll yolu tapa bilmirlər.

Halbuki bu çətin vəziyyət həmin insanların çarəni yanlış yerlərdə axtarmalarından irəli gəlir. Cahiliyyə sistemi içərisində cahiliyyə məntiqlərinə, cahiliyyə qaydalarına əsaslanılaraq görüləcək heç bir tədbir, davam etdiriləcək heç bir həll yolu həqiqi mənada məsələni bir nəticəyə apara bilməz.

Allah Quranın “Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedərdi. Xeyr, Biz onlar üçün öyüd-nəsihət gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən üz döndərirlər” (“Muminun” surəsi, 23/71) ayəsi ilə bu əhəmiyyətli həqiqətə diqqəti cəlb etmişdir. İnsanlar həyatlarını özlərinin müəyyənləşdirdiyi həqiqətlər və səhvlər üzərində qurduqları vaxt nəticə mütləq zərər olacaqdır. Yer üzündəki hər şey və bütün insanlar pozulmağa məruz qalacaqdır.

"Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər."
(Bəqərə surəsi, 112)

Cahiliyyə cəmiyyətlərində insanların sıxıntı içində yaşadıqlarınının fərqinə vardıqları halda, bu vəziyyətdən qəti bir həll yolu tapa bilməmələri də cahiliyyə inanclarına görə yaşamaqdakı təkidlərinin onları rifaha qovuşduracaq yoldan bilərək üz döndərmələrindən qaynaqlanır.

Yeganə həll yolu hər məsələdə olduğu kimi ancaq Qurandadır. Allah Quranla insanlara ən rahat, ən sevincli və ən gözəl şəkildə yaşaya biləcəkləri sistemi təqdim etmişdir. İnsanlara xeyir və qazanc gətirən, onları düzgün yola aparan yeganə yol Allahın yoludur. Allah Quranla insanlara “şan və şərəflərinin gətirildiyini” bildirir. İslam əxlaqına tabe olan Allahın Quranda bildirdiyi yola tabe olan insanlar hər məsələdə rifaha qovuşurlar.

Qadınların məruz qaldıqları bütün sıxıntıların yeganə həlli də Qurandadır. Allahın insanlar üçün hidayət rəhbəri olaraq göndərdiyi İslam dini qadına çox dəyər verir. Allah Quranın bir çox ayəsi ilə qadını və qadın haqlarını qorumuş, cahiliyyə cəmiyyətlərində qadınlara hakim olan səhv münasibəti aradan qaldırmış, qadına cəmiyyətdə hörmətə layiq bir yer qazandırmışdır. Rəbbimiz Quran ayələri ilə insanlara Allahın yanında üstünlük meyarının cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, səmimiyyət və təqva olduğunu bildirmişdir.

Allah qadınların cəmiyyət daxilində qorunub himayə edilmələrini, layiq olduqları hörməti və sevgini görmələri üçün sosial sahədə görülməli olan tədbirləri Quran ayələri ilə bizə bildirmişdir. Görülən bütün bu tədbirlər qadınların lehinədir. Onların ziyana düşmələrinin, əzilib zülmə məruz qalmalarının qarşısını almaq məqsədi güdür. Allah insanlara Quranla ən doğru yolu göstərmiş və cahiliyyə inanclarını daşıyan insanların yanlış təcrübələrini ləğv etmişdir.

Sonrakı səhifələrdə Allahın Quranda bildirdiyi bu həqiqətə İslam dininin bütün insanlara olduğu kimi qadına da həm dünya həyatında, həm də axirətdə həqiqi mənada şərəf, şan və hörmət qazandıracaq yeganə yol olduğunu, qadına necə dəyər verib ucaltdığını göstərəcəyik.

Allahın Yanında Yeganə Üstünlük Meyarı Təqvadır

Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə insanların çox əhəmiyyət verdikləri və əldə edə bilmək üçün həyatları boyu çox səy göstərdikləri bəzi dəyərlər var. Bu dəyərləri insanlar üçün bu qədər əhəmiyyətli və qiymətli hala gətirən isə cəmiyyətin bu yöndəki münasibətidir.

Həyatlarını Quranda bildirilən doğru məlumatlar üzərində qurmayan insanlar cəmiyyətin müəyyənləşdirdiyi bu dəyər hökmlərinə görə istiqamətlənirlər. Bu dəyər hökmləri insanların öz ağıllarına uyğun olaraq etdikləri mənfəətlərdən ibarətdir. Dolayısı ilə heç bir etibarlılığı yoxdur.

Allah insanların öz ölçülərinə uyğun olaraq qoyduqları bu qaydalara tabe olmaqlarının yanlışlığını Quranın bir ayəsində bu cür xatırladır:

“Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!” (“Maidə” surəsi, 5/50).

İnsanların cahiliyyə inanclarına uyğun olaraq ortaya çıxan dəyər mühakimələrinin biri də aralarındakı üstünlük anlayışıdır. Həyatlarını ancaq dünya həyatının mövcudluğu üzərində quran bəzi insanlar şəxslərə üstünlük və ayrı-seçkilik qazandıracaq olan xüsusiyyətləri bəzi dünyəvi dəyərlərlə məhdudlaşdırmışlar. Bir insanın mal-mülk sahibi, etibarlı olması, müəyyən bir karyera və ya şöhrət qazanması, fiziki mənada diqqəti daha cəlb edən olması bu münasibəti qəbul edən insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. Bütün bu saydıqlarımızı bir insanın həyatı boyu əldə edə biləcəyi ən yüksək xüsusiyyətlər olaraq düşünürlər. Əgər özləri bu insanlarda olan xüsusiyyətlərə malik deyillərsə, həmin adamlara çox hörmət edir və onlarla müqayisə ediləndə özlərini onlardan daha dəyərsiz olaraq qəbul edirlər.

Bu dəyər mühakimələrinə uyğun olaraq gündəlik həyatlarında rastlaşdıqları təfərruatlara da çox əhəmiyyət verir və insanları bu meyarlara görə dəyərləndirirlər. Məsələn, bir insanın məskən saldığı səmtin seçilmiş yer olması, sürdüyü maşının köhnəliyi və ya sonuncu model olması, atasının nə işlə məşğul olması, özünün hansı təhsil ocağında oxuduğu, ixtisası, geyim tərzi, qohumlarının kimliyi bəzi insanlar üçün çox əhəmiyyətlidir. Dost olacaqları, birlikdə vaxtlarını keçirəcəkləri, evlənəcəkləri insanları seçərkən ümumiyyətlə bu xüsusiyyətləri əvvəlcədən araşdırır və seçimlərini buna görə edirlər.

Dünyanın bir çox ölkəsində bəzi insanlar üçün bir insanın dərisinin rənginin, danışdığı dilin, hansı millətdən olduğunun da çox əhəmiyyət kəsb etdiyini görürük. Bu üstünlük meyarları müxtəlif cəmiyyətlərə görə dəyişməklə yanaşı, ümumiyyətlə eyni çərçivədə qalır.

Qadınlar haqqında on illərdir davam edən mübahisələrin əsasında da yenə bu yanlış münasibət durur. İnsanlar qadını dəyərləndirərkən də yenə cəmiyyətin müəyyən etdiyi ölçüləri əsas götürür və bunlara görə bir qənaətə gəlirlər. Buna görə bəziləri qadını ikinci dərəcəli insan kimi dəyərləndirir və həyatını buna uyğun olaraq istiqamətləndirir.

Halbuki Allah Quranda insanlar üçün ən gözəl və ən düzgün hökmün Allahın hökmü olduğunu bildirir. Qurana baxanda Allahın insanların arasındakı yeganə üstünlüyün insanların təqvaları olduğunu xəbər verdiyini görürük:

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır” (“Hucurat” surəsi, 49/13).

“Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız” (“Əraf” surəsi, 7/26).

Başqa bir ayədə isə Allah: “Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey ağıl sahibləri, Məndən qorxun!” (“Bəqərə” surəsi, 2/197) buyuraraq insanların əldə edə biləcəkləri ən xeyirli xüsusiyyətin təqva olduğunu bildirmişdir. Dolayısı ilə insanlar mal-mülk, şan-şöhrət kimi maddi dəyərləri deyil, insanı həm dünyada, həm də Allahın yanında dəyərli hala gətirəcək və üstünlük qazandıracaq “təqva”nı qarşılarına məqsəd qoymalıdırlar.

Allah başqa bir ayəsində də bəzi insanların arasında bir üstünlük ünsürü halına gələn zənginlik yerinə Allahın lütfünü istəməyin daha məqbul olduğunu belə bildirir:

“Allahın birinizi digərinizdən üstün tutduğu şeyi (malı) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. Allahın lütfündən istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir (“Nisa” surəsi, 4/32).

Allahın bildirdiyi bütün bu ayələrdən aydın olduğu kimi üstünlüyü qadın ya da kişi olmaqla fiziki gücdə, ya da başqa bir cahiliyyə ölçülərində axtarmaq böyük səhvdir. Yeganə üstünlük, Allahın bizə bildirdiyi kimi, imanın və təqvanın üstünlüyüdür.

Allah Quranda “Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir!” (“Hədid” surəsi, 57/18) şəklində buyurur. Bu ayə ilə həm kişilərə, həm də qadınlara əsl üstünlüyün və şərəfin Allahın bildirdiyi əxlaqı yaşamaqla qazanılacığı xatırladılır.

İslam Əxlaqında Qadın Və Kişi Bərabərdir

Qadının cəmiyyətdəki yeri məsələsində dünyanın demək olar ki, hər ölkəsində əsrlərdən bu günə qədər davam edən mübahisələr, şübhəsiz ki, hər cəmiyyət üçün tanışdır. Qadının cəmiyyətdəki statusu, ailə həyatındakı əhəmiyyəti, işləyib-işləyə bilməyəcəyi kimi bəzi sosial məsələlər uzun illərdir dünyanın gündəmində mühüm yer tutur. Halbuki bir müsəlman üçün qadının cəmiyyətdəki yeri çox aydındır. Həqiqi İslam əxlaqının qəbul edildiyi bir cəmiyyətdə belə bir mübahisənin yaşanması mümkün deyildir. Çünki İslamda qadın ilə kişi bərabərdir.

Qadın və kişi, əlbəttə ki, fiziki mənada bir-birlərindən fərqli quruluşlara malikdirlər. Ancaq qadının fiziki mənada kişiyə görə daha gücsüz olması onun cəmiyyətdə kişidən daha az hörmət görməsi üçün bir səbəb deyil.

İslam əxlaqına görə mühüm olan bir insanın qadın və ya kişi olması deyil, Allaha dərin bir iman və Allah qorxusu ilə bağlanmasıdır. Allahın əmr və yasaqlarına əhəmiyyət verərək tabe olması, Quran əxlaqını ən gözəl şəkildə yaşamağa çalışmasıdır. Allahın yanında əsl dəyərli olan insanın bu xüsusiyyətləridir. Allah Quranda qadın və ya kişi olmasına baxmayaraq iman gətirən hər bir insanda zəruri olan xüsusiyyətləri belə açıqlayır:

“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (həyandırlar). Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət, hikmət sahibidir!” (“Tövbə” surəsi, 9/71).

Onlar öz Rəbbindən gələn doğru yoldadırlar.
Məhz onlar nicat tapanlardır.
(Bəqərə surəsi, 5)

Allahın ayədə bildirdiyi kimi, mömin qadınlar və mömin kişilər eyni cavabdehlik daşıyırlar. Allaha ibadət etməklə, Quran əxlaqını yaşamaqla, insanlara yaxşılığı əmr edib pisliyin qarşısını almaqla və Quranda bildirilən bütün əmr və tövsiyələrə tabe olmaqla məsuldurlar. Allah Quranın “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqla-nahaqqı ayırd edən bir nur və anlayış verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!” (“Ənfal” surəsi, 7/29) ayəsində Allahdan qorxub çəkinən hər insana “haqla-nahaqqı ayırd edən bir nur və anlayış” verəcəyini vəd etmişdir. Bu insanın qadın və ya kişi olması həmin nəticəni dəyişdirmir. Səmimiyyətinə, ixlasına və imanının əvəzində Allah bir insana həyatının hər sahəsində onu doğru yola aparacaq, düzgün qərarlar qəbul etməsini və müsbət davranışlarla hərəkət etməsini təmin edəcək bir ağıl verir. Dolayısı ilə ağıl insanın cinsiyyətinə görə deyil, tamamilə Allaha olan səmimi bağlılığına, yaxınlığına və qorxusuna görə inkişaf edir.

İmanın ona qazandırdığı məntiqlə hərəkət edən hər insan, yəni qadın və ya kişi həyatla bağlı hər məsələdə nailiyyət əldə edə bilər, başqa insanlara nisbətən qabağa da keçə bilər. Bu tamamilə insanın istəyinə, həvəsinə və əzminə bağlıdır. İman gətirənlər İslam əxlaqına uyğun olaraq özlərini heç vaxt heç bir məsələdə kifayət görməzlər. Həmişə daha məntiqli, daha qabiliyyətli, daha məsuliyyət sahibi, daha şəxsiyyətli, daha gözəl əxlaqlı insanlar ola bilmək üçün səy göstərərlər. Özlərini hər məsələdə güclərinin kifayət etdiyi nisbətdə inkişaf etdirməyə çalışarlar. Allah iman gətirənlərin ətraflarındakı bütün insanlara nümunə ola biləcək bir xarakterə malik ola bilmək üçün Ona dua etdiklərini bildirir:

“Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam et!” - deyərlər” (“Furqan” surəsi, 25/74).

Həyatı boyu hər məsələdə əlindən gələnin ən yaxşısını etməyə və şəxsiyyəti ilə, əxlaqı ilə və səyi ilə bütün insanlara nümunə olmağa çalışan mömin bir qadın da -Allahın izni ilə- cəmiyyətdə üstün bir mövqeyə gəlir. Üzərinə götürdüyü hər məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirir, ən doğru qərarları alır, ən gözəl həll yolları və ən məntiqli tədbirlər ideyası hazırlayır.

Göründüyü kimi, İslam əxlaqında qadın ilə kişinin cəmiyyətdəki yeri tamamilə bərabərdir. Qadın və ya kişi Allaha olan imanının gücünə uyğun olaraq, əxlaqı, şəxsiyyəti və üzərlərinə götürdükləri məsuliyyətləri ilə qabağa getməyə bağlıdır. Buna görə də İslam əxlaqını qəbul edən qadınlar üçün kişilərə qarşı bərabərlik mübarizəsi deyil, bunun əvəzinə “xeyir işlərdə yarışmaq” əxlaqı əsas yer tutacaqdır. Xeyir işlərdə yarışmaq iman gətirənlərin həyatlarının hər anında Allahın razılığını qazana bilmək üçün əllərindən gələn bütün səyləri göstərirlər. Bu məqsədlərinə uyğun olaraq Allahın ən sevdiyi, ən çox razı olduğu və Allaha ən yaxın insan ola bilmək üçün xeyir iş görməklə yarışırlar. Ancaq bu yarış tamamilə Rəhmani bir yarışdır. Allah möminləri dünyada və axirətdə qabağa aparan xüsusiyyətin bu yöndə göstərdikləri səy olduğunu Quranda belə bildirir:

“Məhz onlar yaxşı işlər görməkdə bir-biri ilə yarışar və bu işlərdə öndə gedərlər” (“Muminun” surəsi, 23/61).

“Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik, Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük lütfdür!” (“Fatır” surəsi, 35/32).

Qadın və kişi arasındakı bərabərlik Allahın qadına və kişiyə dünya həyatındakı imtahan müddəti ərzində bərabər haqlar verməsindən də aydın olur:

“Biz yer üzündə olanları onun üçün bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək” (“Kəhf” surəsi, 18/7)“Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!” (“Ənbiya” surəsi, 21/35) ayələri ilə Allah kimin daha yaxşı hərəkət edəcəyinin məlum olması üçün qadını da, kişini də yoxladığını bildirmişdir. Başqa bir ayədə isə Allah: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlıqı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!” (“Bəqərə” surəsi, 2/155) şəklində bildirərək həyatlarının axırına qədər qadını da, kişini də müxtəlif hadisələrlə sınayacağını, bütün bunlara səbr göstərə bilənlərə isə mərhəməti ilə əvəzini verəcəyini xəbər vermişdir.

Allah qadına da, kişiyə də dəqiq bir ömür müddəti müəyyən etmiş, hər ikisinə də Qurandan cavabdehlik vermiş, hər ikisinə də həyatlarının hər sahəsində özlərinə doğrunu ilham edəcək bir vicdan vermiş, nəfsi və şeytanı hər ikisinə düşmən etmişdir. Dünya həyatındakı imtahana uyğun olaraq bütün bu şərtlər qarşısında qadın və ya kişi olsun - hər kim gözəl əxlaq nümayiş etdirib saleh əməllər görərsə, Allah həmin insanların dünyada və axirətdə bunun ən gözəl əvəzini görəcəklərini bildirmişdir:

“...İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (“Ali-İmran” surəsi, 3/195).

Allah başqa bir ayədə isə “Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik” (“Nəhl” surəsi, 16/97) - buyuraraq kişi və ya qadın, kim olursa-olsun, bütün insanların dünyada və axirətdə heç bir haqsızlığa məruz qalmadan nöqsansız olaraq əvəzini görəcəklərini xatırlatmışdır.

Quranda Qadın Və Kişiyə Eyni Cür Müraciət Olunur

Quran ayələrinə ümumilikdə nəzər yetiriləndə Allahın qadınlara və kişilərə ortaq bir müraciət şəklindən istifadə edildiyini görmək olar. Əvvəlki hissələrdə də ətraflı olaraq üzərində dayanıldığı kimi, Allah Quranda bir insanın cavan, qoca, qadın və ya kişi olmasını deyil, səmimi bir qəlblə iman gətirməsinin mühüm olduğunu bildirir. Allah Quran ayələrində bütün müraciətləri qadına və kişiyə birlikdə buyurur və hər ikisinin də eyni cavabdehliklərə sahib olduqlarını xatırladır. Quranda bununla bağlı çoxlu ayə var. Allah Quranda “Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və ya qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!” (“Nisa” surəsi, 4/124) ayəsində səmimi iman gətirəndən sonra həmin insanın qadın və ya kişi olmasının heç bir əhəmiyyəti olmadığını, heç bir haqsızlığa məruz qalmadığı halda mütləq Allahın rəhməti və cənnəti ilə qarşılaşacağını xatırlatmışdır.

Allahın qadın və kişiyə birlikdə müraciət etdiyi başqa bir ayə isə belədir:

“Hər kəs bir pislik etsə, o, ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!” (“Mömin” surəsi, /40).

Allah Quranda möminlərə olduğu kimi, inkar edənlər haqqında məlumat verərkən də qadınlara və kişilərə eyni cür xitab edir. Allah inkar edən qadınlarla inkar edən kişilərin, münafiq qadınlarla münafiq kişilərin, müşrik qadınlarla müşrik kişilərin də axirət günündə eyni şəkildə əməllərinin əvəzinin veriləcəyini, cinsiyyətlərinə görə fərqli münasibət görməyəcəklərini bildirir. Bu ayələrdən bəziləri belədir:

“Münafiq kişilərlə münafiq qadınlar bir-birinin eynidirlər. Onlar pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir. Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqlərdir!” (“Tövbə” surəsi, 9/67).

“Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Onlara kifayətdir. Allah onlara lənət elədi. Onları daimi bir əzab gözləyir!” (“Tövbə” surəsi, 9/68).

“Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə əmanəti Öz razılığı ilə Adəm övladına tapşırdı. Allah bağışlayandır, rəhm edəndir! (“Əhzab” surəsi, 33/73).

“Allah Onun barəsində bədgüman olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və onlara lənət etmişdir. Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” (“Fəth” surəsi, 48/6).

Allahın Quranda bildirdiyi kimi, həm dünya həyatındakı imtahanları, həm də axirətdə alacaqları əvəz baxımından qadın və kişi bərabər mövqedədir.

Anaya Verilən Dəyər

Allah İslam əxlaqı ilə insanların həm sosial, həm də fərdi mənada bütün haqlarını zəmanətə götürmüş və onlara ən rahat, ən sevincli və ən xoşbəxt şəkildə yaşaya biləcəkləri yolu göstərmişdir. Quran əxlaqı qadın-kişi, cavan-qoca ayrı-seçkiliyinə yol vermədən bütün insanlara qarşı ədalətli, yaxşı münasibətli, mərhəmətli və yardımsevər olmağı əsas götürür. Mömin qarşısındakının kimliyindən asılı olmayaraq həyatının axırına kimi bu əxlaqı gücünün çatdığı ən gözəl şəkildə göstərməyə borcludur. Çünki iman gətirən bir insan bütün gözəl əxlaq xüsusiyyətlərini Allah ona əmr etdiyi üçün yaşayır. Buna görə də qarşısındakı insanın sosial mövqeyi, cinsiyyəti, yaşı kimi amillər onun hal və hərəkətlərinə təsir etməz.

Allah Quranda həm qadına qarşı göstərilməli olan davranışa, həm də bununla yanaşı anaya qarşı göstərilməli olan gözəl əxlaqın əhəmiyyətinə diqqəti çəkmişdir.

İnsanın ana və atası uşaqlarının yaxşı bir təhsil alıb gözəl bir əxlaq qazana bilməsi, həm özünə, həm də ətrafındakı insanlara xeyir verəcək faydalı bir insan olması üçün çox əmək sərf edirlər. İllər boyu bu məqsədlə maddi-mənəvi yöndən çox fədakarlıq göstərirlər. İnsan ona verilən bu əməyi təqdir edə bilməli və bu fədakar əxlaqın əvəzini sayğı və hörmətlə göstərməlidir. Allah Quranda möminlərin bu cavabdehliyini belə bildirir:

“Biz insana ana-atasına yaxşılıq etməyi tövsiyə etdik...” (“Ənkəbut” surəsi, 29/8).

“Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik...” (“Əhkaf” surəsi, 46/15).

“De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın haram buyurduğu cana qıymayın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” (“Ənam” surəsi, 6/151).

Quranın başqa bir ayəsindlə isə Allah insanın ana-atası ilə gözəl rəftar etməsini, onlara qarşı lovğalıq etməməsini belə bildirir:

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata- anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, müsafirə, sahib olduğunuza yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (“Nisa” surəsi, 4/36).

"Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,"
(Ənfal surəsi, 2)

Bütün bu ayələrdən də aydın olduğu kimi, Allah insanlara ana-ataya qarşı həmişə xoş münasibət göstərmələrini, onları başa düşməklərini, şəfqətli və sayğılı hərəkət etmələrini tövsiyə edir. Həmçinin Allah ananın uşağı dünyaya gətirə bilmək və böyüdə bilmək üçün çox çətinliklərə sinə gərdiyini xatırladaraq onun üzərindəki əməyinə də diqqət yönəldir:

“Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Biz insana buyurduq: “Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir!” (“Loğman” surəsi, 31/14).

“Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun ana bətnində daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükr etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən Sənə tövbə etdim və, şübhəsiz ki, mən müsəlmanlardanam!” (“Əhkaf” surəsi, 46/15).

Həqiqətən də hər ana uşağını dünyaya gətirə bilmək üçün aylarla böyük fədakarlıqlara qatlanır. Allahın ayədə bildirdiyi kimi, anası onu “zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur”. Və sonra yenə böyük əzmkarlıqla uşağın qidalanmasını da öz üzərinə götürür. Allah bu həqiqətləri insana xatırladır və ananın çox dəyərli bir varlıq olduğuna diqqəti cəlb edir.

Bununla birlikdə, Allah insanın ana və atasının ona etdiyi bu fədakarlıqları yaddan çıxarmamasını, onlar möhtac vəziyyətdə olanda da ana və ataya qarşı eynilə gözəl əxlaqla davranılmasını tövsiyə edir:

“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” -belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” - de” (“İsra” surəsi, 17/23-24).

Məlum olduğu kimi, qocalıq insanın müxtəlif yönlərdən gücünü itirməsinə səbəb olur. İnsan cavanlıq illərindəki güclü, dinamik, sağlam və enerjili halının əksinə, himayə edilməyə, başqalarının nəzarətinə və köməyinə möhtac hala düşür. Bununla birlikdə, zehni mənada da bir çox məsələyə əvvəlki kimi güc çatdıra bilmir, unutqanlıq və ya bunun kimi çətinliklərlə üzləşir. Möminlər Allahın əmrinə uyğun olaraq qocalanda da valideynlərinə qarşı çox şəfqətli, anlayışlı, hörmətcil və xoş münasibət bəsləyirlər.

Məlum olduğu kimi, qocalıq insanın müxtəlif yönlərdən gücünü itirməsinə səbəb olur. İnsan cavanlıq illərindəki güclü, dinamik, sağlam və enerjili halının əksinə, himayə edilməyə, başqalarının nəzarətinə və köməyinə möhtac hala düşür. Bununla birlikdə, zehni mənada da bir çox məsələyə əvvəlki kimi güc çatdıra bilmir, unutqanlıq və ya bunun kimi çətinliklərlə üzləşir. Möminlər Allahın əmrinə uyğun olaraq qocalanda da valideynlərinə qarşı çox şəfqətli, anlayışlı, hörmətcil və xoş münasibət bəsləyirlər.

Allah Quranda möminlərin ana-ataya qarşı göstərəcəkləri bu hörmətin ölçüsünü də müəyyənləşdirmiş və: “...Onlara: “Uf!” - belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (“İsra” surəsi, 17/23) şəklində buyurmuşdur. Allah bu ayə ilə valideynlərə qarşı edilə biləcək ən xırda bir mərhəmətsizliyi və ya hörmətə uyğun olmayan bir davranışı da qadağan etmişdir. Allah onların içində olduqları vəziyyətin çətinliyini nəzərə alaraq onlara qarşı həmişə yaxşı söz deyilməsini, “uf” da deməyəcək qədər hörmətli hərəkət edilməsini əmr etmişdir. Buna görə möminlər yaşlanaraq, gücdən düşən ana və atalarına qarşı çox diqqətli, incə düşüncəli, vəziyyəti başa düşən bir davranış nümayiş etdirərlər. Onların rahatlıqları üçün əllərindən gələni edir, sayğıda və sevgidə səhv etməməyə çalışarlar. Qocalığın səbəb olduğu çətinlikləri və sıxıntıları nəzərə alaraq onlar deməmişdən əvvəl bütün ehtiyaclarını hiss etdirmədən yerinə yetirərlər. Hər nə olursa-olsun könüllərini alan və onları razı salan üsuldan istifadə edərlər.

Möminlər ana və atalarının mənəvi yöndən olduğu kimi, maddi tərəfdən də hər hansı bir ehtiyaclarının olmamaları və sıxıntılı vəziyyətə düşməmələri üçün əllərindəki imkanları səfərbər edərlər. Allah “Səndən nə verəcəkləri haqqında soruşanlara söylə: “Verəcəyiniz şey ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və müsafirə məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir” (“Bəqərə” surəsi, 2/215) ayəsi ilə möminlərin xeyir olaraq verəcəkləri mallarında ana və atalarının da haqqı olduğunu bildirmişdir. İman sahibi olan insanlar Allahın bu ayəsinə uyğun olaraq ehtiyacları olduğu halda, ana-atalarının bu ehtiyaclarını da ən gözəl şəkildə aradan qaldırmağa və onları himayə etməyə çalışırlar.

"Kitabdan möhkəm yapışanlara və namaz qılanlara gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik."
(Əraf surəsi, 170)

Hz.Yusifin ana-atasına qarşı nümayiş etdirdiyi gözəl əxlaq bu məsələdə bütün insanlar üçün gözəl bir nümunədir. Hz.Yusif Misirin xəzinələrinə sahib olandan sonra ana və atasını çox gözəl bir şəkildə qarşılamış, sayğısını və hörmətini ifadə etmək məqsədi ilə onları taxtına çıxarıb oturtmuşdur. Allah Quranda Yusif peyğəmbərin bu davranışını belə bildirir:

“Onlar Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: “İnşallah əmin olaraq Misirə daxil olun!” - dedi. Yusif ata-anasını taxt üstünə qaldırdı. Onlar hamısı (hörmət əlaməti olaraq) ona təzim edib əyildilər. Yusif dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən gətirdi. Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır. O, doğrudan da, biləndir, hikmət sahibidir!”” (“Yusuf” surəsi, 12/99-100).

Quranda iman gətirənlərin dualarında da ana-atalarını nəzərə aldıqları, onlar üçün Allahdan bağışlanmaq və mərhəmət istədikləri xəbər verilmişdir. Bundan başqa, Qurandakı ayələrdən peyğəmbərlərin də bu yöndə Allaha dua etdikləri aydın olur. Allah Hz.Nuhun “Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq və ancaq həlakını artır!”” (“Nuh” surəsi, 71/28) sözləri ilə anası və atası üçün bu cür dua etdiyini bildirmişdir.

Allahın Quranda bildirdiyi bütün bu ayələrdən aydın olduğu kimi, İslam əxlaqı ana-ataya böyük əhəmiyyət və dəyər verir. Cavanlığında da, qocalığında da Allah anaya qarşı göstərilməli olan hörmətin və gözəl əxlaqın möminin mühüm bir xüsusiyyəti olduğuna diqqət yönəldir. Ancaq Allah “Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə, dünya işlərində onlarla gözəl keçin. Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra Mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi sizə xəbər verəcəyəm!” (“Loğman” surəsi, 31/15) ayəsi ilə Ona qarşı üsyan yolunu seçdiklərini və insanı da bu yöndə hərəkət etməyə məcbur etmək istədikləri təqdirdə ana-ataya tabe olunmamasını tövsiyə etmişdir. Ancaq İslam əxlaqına uyğun olaraq Allah bu vəziyyətdə də yenə onlara qarşı hörmət etməkdə qüsur etməməyə, dünya həyatı ilə bağlı məsələlərdə onlara yaxşılıqla davranacaq bir əxlaq göstərilməsini əmr etmişdir.

Evlilik Həyatında Qadına Verilən Dəyər

İnsanların dünyəvi dəyərlərə uyğun olaraq qurduqları birgə yaşayışlar çox qısa müddət ərzində öz yerini bezikib yorulmağa verə bilər. Evlilikdə də bu vəziyyətə tez-tez rast gəlinir. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərinə quranda və bu dəyərlərdə də hər hansı bir dəyişiklik olanda bu hisslərini tez itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi ifadələr, gözəllik, zənginlik, sağlamlıq, məqam və ya etibar kimi meyarlarla əsaslandırılanda bu nəticə qarşısıalınmaz vəziyyətə gətirib çıxarır. Əgər insan sevgisini qarşısındakı insanın ancaq gözəlliyinə əsaslandırıbsa, bu insan, əlbəttə, dövr ötdükcə cavanlığını, sağlamlığını, gözəlliyini itirəcəkdir. Buna uyğun olaraq sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaqdır. Eyni ilə zənginlik, etibar və ya məqam kimi dəyərlər də asanlıqla əldən çıxa bilən məsələlərdir. Özünə bu saydıqlarımızı meyar olaraq qəbul edən bir insan bunların itirilməsi nəticəsində artıq qarşısındakı insanı sevmək, ona hörmət göstərmək üçün özündə heç bir səbəb tapa bilməyəcəkdir.

Sevgini, hörməti və sədaqəti davamlı edən iman, Allah qorxusu və gözəl əxlaqdır. Bir insanı imanı və əxlaqı üçün sevən şəxs evlilik məsələsində də qarşısındakı insana qarşı çox sayğılı, sadiq və gözəl əxlaqlı hərəkət edəcəkdir. Nə gəncliyini, sağlamlığını və ya gözəlliyini dövr ötdükcə itirməsi, nə də zənginlik, etibar kimi xüsusiyyətlərini əldən verməsi bu insanın sevgisinə və qarşı tərəfə verdiyi dəyərə bir təsir göstərə bilməyəcəkdir. Bu insan imanı və Allah qorxusu səbəbindən şərtlərdən asılı olmayaraq heç vaxt qarşısındakını narahat edəcək, sıxıntılı olmasına səbəb olacaq bir hərəkət etməyəcəkdir. Quran əxlaqına uyğun olaraq hər cür şəraitdə şəfqət, mərhəmət, ədalət və xoş münasibətlə yaxınlaşacaq, bunun Allahın ona vəzifə olaraq verdiyi bir məsuliyyətli iş olduğu şüuru ilə hərəkət edəcəkdir. Allah Quranda evlilikdə qadının və kişinin bir-birinə qarşı olan məsuliyyətlərini “...Onlar sizin, siz də onların libasısınız...” (“Bəqərə” surəsi, 2/187) ayəsi ilə bildirir. Allah bu ayə ilə birlikdə insanlara qadın və kişinin evlilikdə bir-birinə qarşı eyni cavabdehlikdə olduqlarını da xatırladır. Allahın ayədə bildirdiyi “libas” ifadəsi tərəflərin bir-biri üzərindəki qoruyucu və nəzarətedici xüsusiyyətlərini meydana çıxarır. Bu ayə ilə həm də qadın və kişinin bir-birini tamamlayan xüsusiyyətlərinə diqqət çəkilir.

"Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur."
(Tovbə surəsi, 72)

Bununla yanaşı, Allah başqa bir ayədə “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (“Rum” surəsi, 30/21) ifadəsi ilə evlilikdə “sevgi və mərhəmət” qavrayışlarının əhəmiyyətinə diqqəti cəlb etmişdir. İman gətirənlər evlilikdə qarşılıqlı olaraq bir-birlərini Allahın onlara olan bir neməti və əmanəti olaraq görür, buna görə də bir-birinə böyük dəyər verirlər. Hər cür nöqsan, ya da səhv qarşısında sevgini və mərhəməti əsas götürərək hərəkət edirlər. Qurana uyğun bir davranış nümayiş etdirməyin hər cür çətinliyin öhdəsindən gəlmələrini təmin edəcəyini və qarşılaşdıqları problemləri həll edəcəyini bilirlər. Bu da Allahın ayədə bildirdiyi kimi, evliliyin mömin qadın və mömin kişi üçün bir-birinin “xoşbəxt olmalarını və sakitlik tapmalarını” təmin edən bir nemətə çevrilməsinə səbəb olur.

Allah Quranın “...bir-birinizlə yaxınlıq etmişdiniz...” (“Nisa” surəsi, 4/21) ayəsi ilə evliliyin insanlar arasında yaratdığı səmimiyyətə və yaxınlığa da diqqət yönəltmişdir. İman gətirənlərin evlilikdəki bu səmimiyyətlərini, yaxınlıqlarını və bir-birlərinə dəyər vermələrini təmin edən, bu insanların axirətdə də sonsuza kimi davam edəcək bir birlikdə olmalarını qarşılarına məqsəd kimi qoymaqlarıdır. Həqiqi sədaqət bu düşüncəyə əsaslanır. Aralarında mənfəətlərinə əsaslanan keçici bir sevgi olmadığı və axirətdə sonsuza qədər birlikdə olmağı qarşılarına məqsəd qoyduqları üçün bir-birlərinə qarşı çox sadiq, yaxın, dürüst və səmimi olurlar.

Göründüyü kimi, Quran əxlaqı əsas götürüləndə hər iki tərəfin də Allahdan qorxan, vicdanlı insanlar olması səbəbi ilə gözəl bir birlikdə həyat yaşayarlar. Belə bir birgə həyat sədaqət, vəfa, hörmət, sevgi, səmimiyyət, dürüstlük, xoş münasibət, təvazökarlıq kimi mühüm əxlaq xüsusiyyətlərinin yaşanmasının nəticəsində evlilikdə davamlılıq və istiqrar olur. Bu xüsusiyyətlərdən yoxsul olan insanların evlilikləri ümumiyyətlə qısamüddətli olur.

Dolayısı ilə İslam əxlaqında evlilik qadın üçün böyük bir rahatlıqdır. Sevgini, hörməti, sədaqət və vəfa hisslərini ən gözəl şəkildə yaşaya biləcəyi birgə yaşayışdır. Qarşısındakı insandan həmişə hörmət, sevgi və diqqət görür, əl üstündə saxlanılır. Dava-dalaş, mənfəət qarşıdurması, üstünlük axtarışı, lovğalıq, təkəbbür, yalan kimi mənfi əxlaq xüsusiyyətlərinin olmaması qadının evlilikdən, Allahın ayədə bildirdiyi kimi, “səadət və rahatlıq tapmasını” təmin edir.

Peyğəmbərimiz (s.ə.v.) də öz həyatı ilə bu məsələdə bütün möminlər üçün çox mühüm bir nümunə olmuşdur. Allah: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!” (“Əhzab” surəsi, 33/21) ayəsi ilə bu vəziyyətə diqqəti cəlb etmişdir. Peyğəmbərimiz (s.ə.v.) bir çox sözlərində mömin qadınların nə qədər dəyərli varlıqlar olduqlarını bildirmişdir. Bu sözlərindən birində: “Dünya bir mənfəətdir. Dünya mənfəətinin ən xeyirlisi saleh qadındır”16 şəklində buyurmuşdur. Başqa bir sözündə isə evlilikdə qadına göstərilməli olan diqqəti və verilməli olan dəyəri “Ən yetkin imana sahib olan mömin xasiyyəti ən gözəl və ailəsinə qarşı ən kübar, lütfkar olanıdır”17 sözləri ilə ifadə etmişdir.

Bundan başqa, Peyğəmbərimiz (s.ə.v.) bu yöndə göstərdiyi gözəl əxlaqı ilə bütün müsəlmanlar üçün gözəl bir nümunə təşkil etmişdir. Bir hədisdə evlilikdə qadınlara qarşı göstərilməli olan gözəl əxlaqın əhəmiyyəti belə xatırladılmışdır:

“Ən xeyirliniz xanımlarına qarşı ən xeyirli olandır, Mən xanımlarına qarşı sizin ən yaxşınızam”.18

Bununla yanaşı, Peyğəmbərimiz (s.ə.v.) “Vida Xütbəsi”ndə: “Qadınlar sizə Allahın bir əmanətidir”19 şəklində buyuraraq, qadınlara qarşı necə diqqət yetirilməsinin lazım olduğunu bir dəfə də xatırlatmışdır.

Bütün həyatında olduğu kimi, ailə həyatı ilə də iman gətirənlər üçün gözəl bir nümunə olan Peyğəmbərimiz (s.ə.v.) xanımlarına qarşı həmişə şəfqətlə, mərhəmətlə və gözəlliklə davranmışdır. Həmçinin Allah Rəsulunun sevimli xanımından rəvayət edildiyinə görə, Peyğəmbərimiz: “Xanımlarına qarşı insanların ən yumşağı, ən kərimi, gülərüzlüsü və təbəssüm edəni idi”.20

Quranda Qadınların Qorunması

Allah: “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...” (“İsra” surəsi, 17/82) ayəsi ilə İslam əxlaqının həmişə insanları xeyrə aparacağına diqqəti yönəltmiş və Quran ayələrinin insanlar üçün bir mərhəmət olduğunu xatırlatmışdır. Allahın insanların arasına xoşbəxtliyi və ədaləti gətirməsi üçün göndərdiyi Quran əxlaqı ilə qadının həm cəmiyyətdəki həyatında, həm də ailə həyatındakı bütün haqlarını qorumuşdur. Allahın bir ayədə: “Biz sənə doğrusunu və izahatca daha yaxşısını gətirməyək” (“Furqan” surəsi, 25/33) sözləri ilə bildirdiyi kimi, Allah bütün insanların həyatlarının hər mərhələsində haqları olan dəyəri, sevgini və hörməti görə bilmələri üçün lazım olan hər cür məlumatı Quranda qüsursuz olaraq bildirmişdir.

Şübhəsiz ki, bu, qadınlar üçün də çox böyük bir mərhəmət, böyük asanlıq və nemətdir. Allahın bildirdiyi əxlaqa uyğun hərəkət ediləndə, əlbəttə ki, Qurandan uzaq yaşayan bəzi cəmiyyətlərdə olduğu kimi bir xaos olmayacaq, qadının cəmiyyətdəki yeri məsələsində davam edən bütün mübahisələr bitəcəkdir.

Sonrakı səhifələrdə Allahın Quran ayələri ilə bildirdiyi qadını və sahib olduğu sosial haqları təminat altına alan ayələrdən bəzilərinə toxunacaq və İslam əxlaqında qadına nə qədər dəyər verildiyini və necə diqqət göstərildiyini göstərməyə çalışacağıq.

Qadınların Könülləri Ələ Alınaraq Və Razı Salınaraq Boşanılması

İman və Allah qorxusu insanların həyatlarının hər anında vicdanlarına və Quran əxlaqına uyğun şəkildə hərəkət etmələrini təmin edir. Əks təqdirdə isə insanı yönləndirən nəfsinin lovğa həvəsləri və şeytanın aşıladığı sözlər olar. Bu da insanları doğru və gözəl olan davranışların yerinə, nəfslərinin xoşuna gələcək, şəxsi mənfəətlərini qoruyacaq davranışlar nümayiş etdirməyə aparar. Bu cür düşüncə boşanmaq kimi iki insan arasındakı bəzi maddi əlaqələrin pozulması kimi vəziyyətlərdə də açıq-aşkar ortaya çıxa bilir.

Boşanmaq - nəfslərinin onları idarə etməsinə icazə verən bəzi insanlar üçün qarşı tərəflə olan bütün mənfəət əlaqələrini kəsmək mənasına uyğun gəlir. Bu insanlar mənfəət əlaqələrinin bitdiyi yerdə qarşı tərəfə artıq diqqət və əlaqə göstərmələri üçün bir səbəb qalmadığına inanırlar. Əksər hallarda ayrıldıqları insanlara qarşı olan bütün sevgi və hörmət hisslərini də itirdiklərinə görə onlara yaxşılıq edə bilmək üçün heç bir səbəb tapa bilməzlər. Buna görə də ancaq öz mənfəətlərini qorumaq üçün hərəkət edər, qarşı tərəfin vəziyyətini, çətinliklərini və sıxıntılarını, ehtiyac içində olduqlarını görməzliyə vura bilərlər.

... Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir."
(Şura surəsi, 24)

İman gətirənlərin belə bir vəziyyət qarşısında nümayiş etdirəcəkləri əxlaq isə çox fərqli olur. Onlar gördükləri hər bir işdə ancaq Allahın razılığını qazanmağı qarşılarına məqsəd qoyduqları üçün şəxsi istəklərinə və ya nəfslərinin qürurlu arzularına görə hərəkət etməzlər. Allahın razı qalacağı davranışın, şərtlərin necə olacağından asılı olmayaraq Quran əxlaqına və vicdanlarına uyğun bir əxlaq göstərməli olduqlarını bilirlər. Buna görə boşanmaq məsələsi olanda da nümayiş etdirəcəkləri hərəkət yenə gözəl əxlaqa ən uyğun olan hərəkət olacaqdır. Allah Quranın “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın...” (“Bəqərə” surəsi, 2/231) ayəsi ilə insanlara boşandıqları xanımlarını gözəlliklə buraxmalarını bildirmişdir. Möminlər bu məsələdə olduqca diqqətli davranırlar. Gözəl əxlaqı Allahın razılığını qazana bilmək məqsədi ilə yaşadıqları üçün boşanacaqları insana qarşı da eyni xoş münasibəti, mərhəməti, nəzakəti, hörməti və incə düşüncəni göstərirlər. Evlənərkən və ya sonra bir-birlərinə qarşı necə sevgi, sayğı göstəriblərsə, bu əxlaqlarını boşanarkən də qoruyurlar. Boşanmağı aralarında bir mübahisə və ya inciklik səbəbi halına gətirməzlər. Qarşı tərəfi çətin və sıxıntılı vəziyyətə salacaq, narahatlıqlarına səbəb olacaq bir hərəkət göstərməkdən uzaq dayanarlar. Allah Quranın başqa bir ayəsində boşanılan qadınlara qarşı necə əxlaqlı hərəkət edilməsinə belə diqqət yönəltmişdir:

“Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. Belə olduqda onlara bir şey (kifayət edəcək miqdarda mal) verib gözəl tərzdə sərbəst buraxın!” (“Əhzab” surəsi, 33/49).

Qadınların Boşanandan Sonra Maddi Baxımdan Təmin Edilməsi

Allah Quranda boşanan qadının yaşayışının maddi baxımdan təmin edilməsinin Özündən qorxub çəkinən hər mömin kişinin üzərinə düşən bir məsuliyyət olduğunu bildirmişdir:

“Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq müttəqilərin vəzifəsidir” (“Bəqərə” surəsi, 2/241).

Quran əxlaqına görə möminlərin həyatlarının hər mərhələsində olduğu kimi, bu məsələdə də Allahın razılığını qazanmaq məqsədi ilə hərəkət etmələri lazımdır. Veriləcək yardımın miqdarı müəyyən edilərkən qadının sosial vəziyyətini və ehtiyaclarını nəzərə alaraq vicdanla hərəkət etmək mömin əxlaqının bir əsasıdır. Allah möminlərin bu məsələdəki məsuliyyətlərini Quranda belə bildirmişdir:

“...Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq edənlərə layiq şəkildə onlara bir şey versin!” (“Bəqərə” surəsi, 2/236).

“Varlı-karlı olan öz varına görə (süd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq əta edər” (“Tələq” surəsi, 65/7).

Ayələrdən də aydın olduğu kimi, Allah imkanları yaxşı olan zəngin insanı da, maddi imkanı az olan kasıbı da bu məsələdə cavabdeh saymış, hər birinə imkanları daxilində yardım etmələrinin vacibliyini bildirmişdir. Quran əxlaqından uzaq yaşayan bəzi insanlar boşadıqları və artıq heç nə gözləmədikləri insana maddi olaraq kömək etməyin havayı yerə verilən bir xərc olduğunu düşünürlər. Çünki axirətə inanmır və gördükləri işlərdə Allahın razılığını qazanmaq kimi bir məqsədləri yoxdur. Məqsədləri ancaq mənfəətlərini qorumaq olduğu üçün artıq özlərini heç bir mənfəətlə təmin etməyəcək, yad vəziyyətinə düşən bir adam üçün fədakarlıq etməyin bir mənası olmadığını düşünəcəklər. Buna görə də ümumiyyətlə bu məsuliyyətdən hər hansı bir formada azad olmağa, ya da qarşı tərəfin düşdüyü vəziyyəti heç nəzərə almadan həddindən artıq az miqdarla məsələni həll etməyə çalışarlar.

İman gətirənlər isə bütün davranışları ilə Allahın razılığını qazanmağı qarşılarına məqsəd qoyduqları üçün heç vaxt bu cür fikirlərlə hərəkət etməz, əksinə, ən çox diqqət göstərərlər. Ömrünün axırına kimi boşandığı insanı bir də heç vaxt görməsə və ondan maddi-mənəvi heç bir mənfəət əldə etməsə də, mömin bir insan səmimiyyətlə bu insanın ehtiyaclarını öz maddi imkanlarına uyğun olaraq ən yaxşı şəkildə ödəməyə çalışar.

Bununla yanaşı, bir ibadəti yerinə yetirərkən insanlara Allahın razılığını qazandıran əsl şeyin etdikləri bir işin mahiyyəti deyil, bunu yerinə yetirərkən ürəklərində gəzdirdikləri niyyətləri olduğunu bilirlər. Allah kəsilən qurbanlar üçün bir ayədə “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır” (“Həcc” surəsi, 22/37) buyuraraq bu məsələni möminlərə açıqlamışdır. Buna görə də Allahın bir ayədə “Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!” (“Nisa” surəsi, 4/4) sözləri ilə bildirdiyi kimi, qadınlara qarşı olan bu məsuliyyətlərini “könül xoşluğu ilə” yerinə yetirirlər. Qadınların da yenə bu yardımı “öz razılıqları ilə” bağışlayanda isə bu məsələdə heç cür cavabdeh olmazlar.

Qadına Verilən Malların Boşanandan Sonra Geri Alınmaması

Allahın qadınların qorunması ilə bağlı Quranda bildirdiyi tədbirlərdən biri isə boşanan qadınların sahib olduqları mal-dövlətləri ilə bağlıdır. Allah: “Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?! Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar” (“Nisa” surəsi, 4/20-21) ayələri ilə boşanan kişinin evli olduğu vaxtlarda xanımına verdiyi heç bir nəsnəni geri almamağını bildirmişdir.

Allah əvvəlcə evlənməklə qadına bir söz və zəmanət verildiyini xatırlatmış, buna görə də qadına “çoxlu mal və pul” verilsə də, yenə də kişinin bunları qaytarmaq kimi bir həvəsdə olmamasını bildirmişdir. İman gətirən Allahdan qorxan və hər işi Allahın razılığını qazanmaq ümidi ilə yerinə yetirən bir insan verilən sözün Allaha qarşı verildiyini dərk edir. Buna görə də bu məsələdəki məsuliyyətini ən gözəl şəkildə yerinə yetirir.

Allah insanları Quranla bildirdiyi meyarlara diqqətlə tabe olmaları məsələsində xəbərdarlıq etmiş və qadınlara verilən hər hansı bir şeyin qaytarılmasını tələb etməyin halal olmadığını bildirmişdir:

“...Onlara (qadınlarınıza) verdiyinizdən bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara çıxmayın. Allahın hədlərindən kənara çıxanlar, əlbəttə, zalimlərdir” (“Bəqərə” surəsi, 2/229).

Göründüyü kimi, İslam əxlaqında qadına böyük diqqət göstərilir, həyatının hər hansı bir mərhələsində bir sıxıntı və ya çətinliklə qarşılaşmaması üçün lazım olan bütün əxlaq tədbirləri daha əvvəldən görülür. Möminlər həmişə hər işlərində Allahdan qorxaraq hərəkət etdikləri üçün boşandıqları bir qadının da haqlarını ən gözəl şəkildə qoruyur və mümkün ola biləcək ən vicdanlı hərəkəti edirlər.

Boşanandan Sonra Qadınların Həyat Şəraiti Ilə Təmin Edilməsi

Allah Quranın: “Onları (boşadığınız qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. (Bu qadınları) sıxışdırmaq məqsədilə onlara zərər verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmlini yerə qoyana qədər xərclərini verin. Sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin. Öz aranızda yaxşılıqla sazişə gəlin. Əgər çətinliyə düşsəniz, onu (uşağı) başqa bir qadın əmizdirə bilər” (“Talaq” surəsi, 65/6) ayəsi ilə boşanandan sonra qadınların həm maddi, həm də mənəvi mənada bütün ehtiyaclarının qorunması üçün göstərilməli olan əxlaq xüsusiyyətlərini insanlara bildirmişdir. O ana qədər maddi-mənəvi hər cür ehtiyacını yoldaşının və ya evliliyin təmin etdiyi imkanlarla qarşılayan qadın boşanmaqla birlikdə bir çox cəhətdən çətinlik içində qala biləcəkdir.

Mömin əxlaqı belə bir vəziyyətdə insanın ola bildiyi ölçüdə anlayışlı olmasını və qarşı tərəfin ehtiyaclarını öz ehtiyacları kimi bütün təfərruatları ilə düşünüb yardımçı olmağa səy göstərməsini tələb edir. Xüsusilə evlilikdən sonra ona qala biləcəyi uyğun bir yer təşkil edənə kimi bu məsələdə qadına bir imkan verməlidir. Ona hər hansı bir şəkildə zərər gəlməsinə icazə verilməməsi mömin üçün vicdan baxımından mühüm bir məsuliyyətdir. Bununla yanaşı, əgər qadın hamilədirsə, körpəni dünyaya gətirənə kimi, maddi cəhətdən bütün sağlamlıq və digər ehtiyaclarının təmin edilməsi gözəl əxlaqa uyğun olan bir davranış olacaqdır. Bütün bu ehtiyaclar insanların içində olduqları şərtlərə görə dəyişə bilər. Ancaq mühüm olan imanlı və vicdanlı insanların şərtlərin necəliyindən asılı olmayaraq dərin düşüncəli və anlayışlı bir vəziyyətdə hərəkət etmələri, maddi və mənəvi yöndən əmin-amanlığını təmin edə bilməsi üçün lazım olan bütün tədbirləri ala bilmələridir. Bütün bu məsələləri həll edərkən də, Allahın ayədə bildirdiyi kimi, hər cür məsələnin insanlar arasında gözəlliklə və Quran əxlaqına uyğun bir şəkildə həll edilməsidir.

Qadınlara Zorla Varis Olmaq

Allah Quranda qadınların cəmiyyətdəki həyatının hər mərhələsində ən gözəl şəkildə qorunmaları ilə bağlı olaraq çoxlu tövsiyələr vermişdir. Bunlardan biri də qadınların mal-dövlətlərinə zorla varis olmağa çalışılmaması məsələsidir. Allah Quranın: “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir? Qadınlar açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin...” (“Nisa” surəsi, 4/19) ayəsi ilə möminlərə bu məsələni xatırlatmışdır.

Yetim Qadınların Haqlarının Qorunması

Qadınlara qarşı göstərilməli olan qayğıya və gözəl əxlaqa diqqət yetirilən ayələrdən birində Allah “yetim qızlarla ədalətlə rəftar edilməsi”nin lazım olduğunu xəbər vermişdir:

“Səndən qadınlar barəsində fətva istəyirlər. De ki: “Onlar barəsində fətvanı sizə Allah və kitabdan sizə oxunan ayələr verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!” (“Nisa” surəsi, 4/127).

Allah qorxusu olmayan bəzi insanlar zəif vəziyyətdə olduqlarını, ətraflarının güclü olmadığını və ya arxasında haqlarını qoruyub sahib çıxacaq heç kimin olmadığını fikirləşdikləri insanların haqlarını asanlıqla tapdalayırlar. Yetim olan insanlar da bəzi vaxtlar bu pis niyyətli insanların ədalətsiz və mənfəətpərəst dapvranışlarının hədəfinə çevrilir. Hətta bəzi insanlar bəzən bir insana sahib olduğu imkanlarından istifadə etmək məqsədi ilə ancaq varlı olduğu üçün evlənirlər. Bu insan yetim olanda isə bu mənfəətpərəst yaxınlıqlarını daha asan şəkildə həyata keçirə biləcəklərini düşünə bilirlər. Allah bu cür insanların əxlaqından çəkinmələri məsələsində möminlərə xəbərdarlıq etmiş və onlara həmişə xeyir tərəfdarı olaraq hərəkət etmələrini xatırlatmışdır.

İman gətirən insanlar Allahın etdikləri hər şeyi gördüyünü və axirətdə bütün bunları ortaya çıxaracığını bilirlər. İnsanları aldatmağın, haqsız yollarla mənfəət əldə etməyə çalışmağın, ədalətsiz və mərhəmətsiz davranışlar nümayiş etdirməyin axirətdə insanları mütləq zərərə məruz qoyacağını dərk edirlər. Dünya həyatındakı haqsız yerə qazanılacaq az bir mənfəətin insanlara Allahın razılığını itirəcəyini və axirətdə sonsuz bir əzaba səbəb ola biləcəyini düşünərək belə bir əxlaqa heç vaxt yanaşmazlar. Yetim bir insanın haqqını hamıdan əvvəl özləri qoruyub himayə etməyə çalışır, pis niyyətli insanların yaxınlaşmalarına qarşı əvvəlcə öz tədbirlərini görürlər. Eyni ilə evlənmək istədikləri yetim bir insanın haqlarına qarşı da böyük bir diqqətlə yanaşar, evliliyi heç vaxt üçün qarşı tərəfin sahib olduğu imkanlardan istifadə edilən bir bərabərlik olaraq qəbul etməzlər.

İqtibaslar

16 Sahih Muslim, Book 8, No. 34654

17. Imam Ghazzali, Ihya Ulum-Id-Din (The Book of Religious Learnings) (New Delhi: Islamic Book Service, 2001), 2:32.

18. Ibid.

19. Sahih Muslim, Book 8, No. 3468; al-Bukhari hadiths.

20. Sahih Muslim, "Kitab al-Fada'il," 63.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Nümunəvi Müsəlman Qadın: Hz.Məryəm
  • Quranda Məryəm Oğlu İsa Məsih
  • Cahiliyyə Cəmiyyətində Qadına Münasibət
  • Quranda Qadına Verilən Dəyər
  • Qurana Görə İdeal Müsəlman Qadın Xarakteri
  • Allahın Quranda Diqqət Yönəltdiyi Qadınlar
  • Nəticə