Qurana Görə İdeal Müsəlman Qadın Xarakteri

İmanın bir qadını nə dərəcə xeyirli bir insan halına gətirdiyinə Allah Quranın: “Allaha şərik qərar verən qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar sizi cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə cənnətə, məğfirətə çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır” (“Bəqərə” surəsi, 2/221) ayəsi ilə diqqət yönəltmişdir. Bir insanın şəxsiyyətini gözəlləşdirib üstün hala gətirən, xarakterini sağlamlaşdıran, əxlaqını gözəlləşdirən, davranışlarını təsirli hala gətirən həmin insanın imanı, Allah qorxusu və təqvasıdır. İnsanın sahib olduğu bütün xüsusiyyətlərə məna qazandıran imanıdır. Bu Allahın Quranla bildirdiyi mühüm bir sirri, insanların diqqətlə düşünüb nəsihət almalarını lazımlı edən mühüm bir məlumatdır. Quran əxlaqı bütün insanlar kimi qadınlara da ən güclü, ən sağlam və ən gözəl şəxsiyyəti qazandırır. Allahın: “...Xeyr, Biz onlar üçün öyüd-nəsihət və şərəf gətirdik...” (“Muminun” surəsi, 23/71) ayəsi ilə bildirdiyi kimi, Quran əxlaqı insanlara “şan və şərəf” qazandırır. Dolayısı ilə bu əxlaqı yaşayan bir qadın hörmət edilməli, şərəfli və ciddi bir xarakterə malik olur.

Əvvəlki hissələrdə diqqət yetirildiyi kimi, Allah Quranda qadın və kişi üçün fərqli xarakter bildirməmiş, bütün insanları bir müsəlman xarakterinə tabe olmağa dəvət etmişdir. Müsəlman Allahdan qorxan, hər işində Allahın razılığını qazanmağı qarşısına məqsəd qoyan, dünya həyatının ötəri, ölümün isə yaxın olduğunu bilib axirəti hədəf göstərən insandır. Qadın və ya kişi olmasından asılı olmayaraq bütün müsəlmanlar Quran əxlaqını ən gözəl şəkildə yaşamağa səy göstərərlər. Bu əxlaqı yaşayan qadınlar isə cahiliyyə cəmiyyətlərində qadın və kişi xarakterində görünən bütün nöqsanlardan, zəifliklərdən, azğınlıqlardan və davranış pozğunluqlarından xilas olmuş, bunların əvəzinə imanın gətirdiyi güclü bir xarakter inkişaf etdirmişdilər. İman sahibi olan insanlar yaşadıqları cəmiyyətdən, ailələrindən və ya ətrafdakı yoldaşlarından eşitdiklərini bir kənara qoyur və Quranda bildirilən müsəlman xarakterini yaşayırlar. Mömin bir qadın da xarakterini Allahın bəyəndiyi və razı qalacağı əxlaqı əsas tutaraq Qurana görə müəyyənləşdirir.

Hz.Məryəm bu məziyyətlərə sahib olan qadınların ən gözəl nümunələrindəndir. Kitabın əvvəlki hissələrində daha ətraflı olaraq toxunulduğu kimi, Hz.Məryəm cahiliyyə əxlaqını yaşayan bir cəmiyyətdə çox çətin imtahanlarla sınağa çəkildiyi və bütün bunlara qarşı təkbaşına müdafiə olunmaq məcburiyyətində qaldığı halda, çox güclü və iradəli bir xarakter nümayiş etdirmişdir. İslam əxlaqı Allaha könüldən bir imanın, dərin bir təvəkkül və təslimiyyətin ona verdiyi güc ilə hər işində həmişə üstün gəlmişdir. Qarşısına çıxan bütün çətinliklərə baxmayaraq, şərəfini və ciddiyyətini qorumuş, bu xüsusiyyətləri ilə insanlar arasında diqqət çəkən bir şəxsiyyət kimi tanınmışdır.

İman gətirən bütün qadınlar Hz.Məryəmin bu gözəl əxlaqını və üstün şəxsiyyətini özlərinə nümunə götürməli və Quranda bildirilən ideal müsəlman xarakterinə çata bilmək üçün səmimi bir səy göstərməlidirlər.

Sonrakı səhifələrdə Allahın Quranda bildirdiyi “ideal müsəlman qadın xarakteri”nin ən əsas xüsusiyyətlərinə toxunaraq, bu xarakterin cahiliyyə inanclarının formalaşdırdığı qadın xarakterindən nə qədər fərqli və güclü bir quruluşa malik olduğunu göstərəcəyik.

Müsəlman Qadın Allaha Təslim Olmuşdur

Müsəlman bir qadın Allaha ürəkdən gələn səmimiyyətlə iman gətirmiş və dərin bir Allah qorxusu ilə boyun əymişdir. Allahdan başqa bir tanrı olmadığına, Onun bütün varlıqların yeganə hakimi və hər şeyin üstündə, sonsuz güc sahibi olduğunu başa düşmüşdür. Buna görə də ancaq Allahdan qorxar və ancaq Onun razılığını qazanmağı qarşısına məqsəd qoyar. Ancaq Allaha ibadət edər, Onu dost olaraq qəbul edər və ancaq Ondan kömək istəyər. Ona gələcək bir gözəllik varsa, bunu ona ancaq Allahın verə biləcəyini və eynilə ona dəyən bir zərər varsa, buna da Allahın mane ola biləcəyini, onu ancaq Allahın qoruya biləcəyini bilərək yaşayar. Ancaq Allaha möhtac olduğunu, onu həyatda saxlayan, ona nemətini və köməyini əsirgəməyən, himayə edən yeganə gücün Allah olduğunu bilər. Dolayısı ilə heç bir vaxt üçün insanlardan bir şey gözləməz.

Allaha ürəyində heç bir tərəddüdə yer vermədən iman gətirmişdir. İmanındakı bu səmimiyyətini həyatının axırına kimi hər an davam etdirər. Həyatının hər mərhələsində qarşılaşdığı çətinliklərə baxmayaraq, Allaha olan bu səmimi inancından əl çəkməz. Nemət içində olanda Allaha qarşı necə şükür edirsə, razıdırsa, şərtlər əksinə olanda da eyni təslimiyyəti göstərməkdə davam edər. Rəbbimizin bəndələrinə olan sonsuz sevgisindən, rəhmətindən və bağışlayacı olduğundan əmin, təvəkküllü bir davranış içində olar.

Allah! Ondan başqa heç bir məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.
(Təğabun surəsi, 13)

Bir çətinliklə qarşılaşanda Allahın Quranda hər çətinliklə birlikdə bir asanlıq verəcəyini bildirdiyini, mühüm olanın isə bu çətinlik anında insanın Allaha olan sevgisində, təslimiyyətində və inamında iradəli hərəkət etməsi olduğunu bilir. Allahın ədalətindən, hər hadisəni xeyir və hikmətlə yaratdığından əmindir və Allahın vədindən heç vaxt dönməyəcəyini bilir. Qarşılaşdığı çətinliklər uzun müddət davam etsə də heç vaxt ümidsizliyə düşməz, Allahın yardımından əsla şübhəyə qapılmaz. Gözəl bir səbr və təslimiyyətlə, Allahın ona verdiyi ilə kifayətlənir və bunda onun üçün bir xeyir olduğunu qəti olaraq bilir. Allahın bu mövzuda Quranda bildirdiyi nümunələri yadından çıxarmaz, çətinliklə qarşılaşdığı zaman ümidsizliyə düşənlərin təslimiyyət göstərmədiklərini bilir. Qarşılaşdığı çətinlikdən asılı olmayaraq: “...Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” (“Şuəra” surəsi, 26/62) -deyərək Allaha təvəkkül edən peyğəmbərlərin üstün əxlaqını nümunə götürür. Həyatı boyu qarşısına çıxan hər hadisədə Allahın mərhəmətini, yaxınlığını, sevgisini, köməyini və dostluğunu görə bilən bir iman dərinliyi içində olur.

Mömin qadınların nümayiş etdirdikləri bu əxlaqın üstünlüyü, cahiliyyə inancları ilə formalaşan qadın xarakteri ilə müqayisə ediləndə daha da aydın olur. Cahiliyyə əxlaqını qəbul edən qadınlar həyatları boyu qarşılaşdıqları hər təfərruatı yaradanın Allah olduğunu və bunların hər birində çox xeyir və hikmət gizləndiyini düşünmədikləri üçün yaşadıqları hadisələr qarşısında lazım olan təslimiyyəti göstərə bilməzlər. Həmçinin cahiliyyə qadın xarakterinin ən çox bilinən xüsusiyyətlərindən biri çətinliklər və sıxıntılar qarşısında nümayiş etdirilən dözümsüzlük, səbrsizlik, ortalığı bir-birinə qatmaq, xaos meydana gətirən davranışlardır. Hətta buna görə əksər insanlar onlara artıq yük olmamaq üçün qadınları sıxıntı ilə qarşılaşmaq ehtimalı olan vəziyyətlərdən uzaq saxlamağa böyük diqqət göstərirlər. Cahiliyyə qadın xarakterinin bu mühüm xüsusiyyəti bu günə kimi bir çox filmə və ya romana mövzu olmuşdur. Bu çox bilinən bir həqiqətdir. Allaha güvənib təslim olmadıqları üçün çətinliklərə, sıxıntılara qarşı gələ biləcək həqiqi səbri və gücü özlərində tapmazlar. Gücləri, ancaq bu çətinliyə dözə bilməyin nəticəsində əldə edə biləcəkləri mənfəətlərin böyüklüyü qədər ola bilir.

İman gətirən bir qadın isə gücünü imandan və Allahın razılığını qazanmaq məsələsindəki qəti iradəliliyindən aldığı üçün dözümlü və çox qüvvətli olur. Allah Quranda möminlərin bu əxlaqlarını “Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir” (“Ənam” surəsi, 6/71) sözləri ilə dilə gətirdiklərini bildirir. Buna əvəz olaraq Allah tam bir təslimiyyətlə Ona təslim olan bəndələrini belə müjdələyir:

“Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır!” (“Loğman” surəsi, 31/22).

“Xeyr, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər” (“Bəqərə” surəsi, 2/112).

Müsəlman Qadının Rəhbəri Quran Və Peyğəmbərimizin (s.ə.v.) Sünnəsidir

İman gətirən bütün insanlar kimi müsəlman qadının da yeganə rəhbəri Qurani-Kərim və Peyğəmbərimizin (s.ə.v.) sünnəsidir. Mömin qadın bütün şəxsiyyətini: xarakter xüsusiyyətlərini, həyat tərzini, ideallarını, istəklərini, davranışlarını və əxlaqını Qurana və Peyğəmbərimizin (s.ə.v.) tövsiyələrinə uyğun olaraq müəyyən edir. Allah möminlər üçün ən döğru və ən gözəl hökmlərin Quranda olduğunu “...Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!” (“Maidə” surəsi, 5/50) ayəsi ilə insanlara bildirmişdir. Yenə başqa bir ayədə isə Allah Quranın iman gətirənlər üçün hər məsələdə yol göstərən bir Kitab olduğunu belə xəbər vermişdir:

“Biz Kitabı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (“Nəhl” surəsi, 16/89).

Peyğəmbərimiz (s.ə.v.) isə “Sizə iki şeyi qoyub gedirəm. Bunlara tabe olduğunuz müddət ərzində heç vaxt azmayacaqsınız: Allahın Kitabı və Rəsulunun sünnəsi”21 sözləri ilə müsəlmanların ən mühüm iki rəhbərinin Qurani-Kərim və Peyğəmbərimizin (s.ə.v.) sünnəsi olduğunu bildirmişdir.

Quran və Peyğəmbərimizin (s.ə.v.) sünnəsi iman gətirən bir qadının həyatı boyu hər məsələdə yol göstərəndir. Cahiliyyə cəmiyyətlərində qadınların ümumi olaraq qəbul etdikləri əxlaqa nəzər yetiriləndə isə bu insanların vərdişlərinə, ya da nəfslərinin istəklərinə görə hərəkət etdiklərini görmək olar. Uşaqlıq illərindən etibarən necə hərəkət etmələri ilə bağlı olaraq onlara aşılananlar bu insanların hardasa yeganə rəhbəri halına gəlmişdir. Ətraflarında yaşayan qadınların həmişə eyni cür hərəkət etmələri, eyni sözləri danışmaları, filmlərdə, romanlarda qadınların həmişə eyni xarakteri nümayiş etdirmələri, qadınlardan bəhs edilərkən həmişə eyni müştərək xarakterin dilə gətirilməsi bu insanlar üçün bu xarakteri artıq bir ənənə halına salmışdır. Dolayısı ilə onlar üçün yol göstəriciləri bütün qadınların ümumi təcrübələri və nəfslərinin o anki istəkləri olmuşdur. Hər hansı bir hadisə qarşısında necə davranacaqları, gələcəkləri qərar, göstərəcəkləri davranış və hətta bəzi zamanlar söyləyəcəkləri sözlər də ümumiyyətlə məlumdur. Ancaq mühüm olan isə rəhbərlərinin tamamilə batil olması və özlərini də yanlış bir yola sürükləməsidir.

Mömin qadınlar isə həmişə hər işlərində Quranı rəhbər qəbul etdikləri və Peyğəmbərimizin əxlaqını nümunə götürdükləri üçün müsbət hərəkətlər edir, hikmətli qərarlar qəbul edir və buna görə də etdikləri hər işdə ən yaxşı nəticələri qazanırlar. Onlar həmçinin cahiliyyə əxlaqının qadınlara yaşatdığı bütün bədbəxtliklərdən və sıxıntılardan uzaq bir həyat davam etdirirlər. Allahın “Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik” (“Nəhl” surəsi, 16/97) ayəsi ilə mömin qadınlara və mömin kişilərə vəd etdiyi kimi gözəl bir həyat yaşayarlar.

Müsəlman Qadının Idealları Böyükdür

Cahiliyyə əxlaqının insanlara qazandırdığı qadın xarakterinin mühüm xüsusiyyətlərindən biri bu insanların düşüncələrini daraltması, ideallarını, fikirlərini və həyat tərzlərini dar bir sahə ilə məhdudlaşdırmasıdır. Bu xarakteri qəbul edən qadınların cəmiyyət tərəfindən onlara bildirilən bəzi vəzifə və məsuliyyətləri var. Onlardan gözlənilən əslində bunları yaxşı formada yerinə yetirə bilmələridir. Bunlardan başqa, fərqli ideallara malik olmaları və ya müxtəlif məsələlərdə özlərini inkişaf etdirə bilmələri üçün ümumiyyətlə qadınlara çox imkan yaradılmamışdır. Qadınlar ancaq bu vəziyyəti dərk edəndə və həyatlarını daha fərqli və daha böyük ideallara uyğun olaraq qurmaq ehtiyacı hiss etdikləri təqdirdə özlərini inkişaf etdirib düşüncə üfüqlərinin sərhədlərini inkişaf etdirə bilirlər.

Qadın üçün nəzərdə tutulan əsas cavabdehliklər isə ümumiyyətlə ailəsini və evini maddi-mənəvi baxımdan yaxşı formada idarə edə bilməsi və uşaqlarını yetişdirməsidir. Bunlardan başqa, bəzi qadınların uşaqlıq illərindən etibarən onlara aşılanan məsələlərə uyğun olaraq maraqlandıqları mövzular isə tamamilə özləri ilə bağlı məsələlərdir. Bunlar da ümumiyyətlə saçları, makiyajları, geyimləri, dəbə uyğun olub-olmadıqları kimi fiziki cəhətlərlə bağlı olan mövzular, ev təmizliyi, rəfiqə toplantıları kimi fəaliyyətlərlə məhduddur. Əlbəttə, insanın ailəvi məsuliyyətlərini yerinə yetirməsində, özü ilə bağlı ehtiyaclarını təmin etməklə maraqlanmasında və ya evinin təmizliyində təbii ki, bir səhvlik yoxdur. Səhv olan yaşadığı həyatın və üzərinə düşən vəzifələrin ancaq bunlarla məhdudlaşdırılması və bunu hansı məqsədlə etdiyinin fərqində olmamasıdır.

Allah insanı müəyyən bir məqsədə görə yaratmışdır. Onun üzərinə düşən vəzifələri də Quranla ona bildirmişdir. Müsəlman qadın hər şeydən əvvəl onu yaradan, ona bir ömür verən, yaşadığı hər an onu qoruyub himayə edən, nemətləri ilə ruziləndirən Rəbbimizə qarşı cavabdehdir. Allahın Quranla insanlara bildirdiyi əxlaqı yaşamaqla, Allaha ibadət və qulluq etməklə, Onun razılığını qazanacaq işlər etməklə məsuldur. Cahiliyyə inanclarına görə gözəl əxlaqın onlara gətirəcəyi sevinc və xoşbəxtlikdən uzaq bir həyat yaşayan insanlara Quran əxlaqını başa salıb onların Allahın razılığına, mərhəmətinə, cənnətinə qovuşmaları üçün əlindən gəldiyi qədər səy göstərməklə vəzifəlidir. İnsanlara şeytanın təqdim etdiyi, xaos və qarışıqlığın hakim olduğu, sevgi, sayğı, dostluq kimi nemətlərin lazım olduğu kimi yaşana bilmədiyi qaranlıq ovqatdan xilas olmağın yolunu göstərmək üçün səmimiyyətlə əmək sərf etməlidir.

Allah Quranın: “Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalim olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” - deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda mübarizə aparmırsınız?” (“Nisa” surəsi, 4/75) ayəsi ilə insanlara dünyadakı sıxıntı və çətinlik çəkən, zəif olan insanların vəziyyətini başa salmış, onlara kömək etməyin və yol göstərməyin vicdanlı insanlar üçün bir məsuliyyət olduğunu bildirmişdir.

... De: “O, mənim Rəbbimdir.
Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.
(Rad surəsi, 30)

Allah başqa bir ayədə isə “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, müsafirə, sahib olduğunuza yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (“Nisa” surəsi, 4/36) sözləri ilə möminlərin vəzifələrinin ancaq özləri ilə bağlı məsələlər olmadığını, yetimlərə, yoxsullara, yolda qalanlara və bunlar kimi möhtac vəziyyətdə qalan insanlara yardım əlini uzatmaqla da vəzifələndirildiklərini xatırlatmışdır.

Müsəlman qadın bütün bu vəzifələrin şüurunda olan insandır. Buna görə də heç vaxt ancaq öz ehtiyaclarının arxası ilə gedib, ancaq özünü maraqlandıran bir neçə məsələni yerinə yetirib Allahın bildirdiyi bu vəzifələri qulaqardına vura bilməz. Həyata dair ideallarını ancaq bu şəkildə məhdudlaşdırmaz. Dünyanın dörd bir tərəfindəki çətin vəziyyətdə yaşayan insanların, ac olan, yoluxucu xəstəliklərlə mübarizə aparan, müharibə və çaxnaşma şərtlərində çətin vəziyyətdə yaşayan uşaqların, qadınların, yaşlıların bütün sıxıntılarını adətən öz məsələsi kimi düşünüb onlara kömək edə bilmək üçün əlindən gələn yardımı əsirgəməz.

Bundan başqa, gündəlik həyatında qarşısına çıxan məsələlərdə də hər mövzuya həqiqətən haqq etdiyi qədər dəyər verir. Əsl məqsədinin Allahın razılığını qazanmaq, Onun bəyəndiyi əxlaqı yaşamaq və insanlara da həqiqi sevinci və xoşbəxtliyi yaşaya biləcəkləri bu əxlaqı anlatmaq olduğunu bilir. Buna görə də bəzi insanların gündəlik həyatlarında qarşılaşıb çox əhəmiyyət verdikləri, gözlərində böyüdüb çəkindikləri, dərd olaraq qəbul etdikləri bir çox məsələnin, insanın həqiqi məqsədinin yanında, nə dərəcə adi və nə qədər əhəmiyyətsiz olduğunu bilərək hərəkət edər.

Müsəlman Qadın Alicənabdır

Allah Quranın: “And olsun nəfsə və onu yaradana; sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır” (“Şəms” surəsi, 91/7-10) ayələri ilə nəzarət altına alınmadığı təqdirdə nəfsin insanı məhdudiyyət tanımayan pisliklərə sürüyəcəyinə diqqət çəkmişdir. Allar qorxusu və axirət inancı insanlara nəfslərində mövcud olan bu pisliklərdən çəkinəcək gücü və ağlı qazandırır.

Bu xüsusiyyətlər olmadığı təqdirdə isə bir insan Allahın axirətdə özünü dünya həyatında göstərdiyi davranışlardan məsul tutacağını fikirləşmədən hərəkət edər. Belə olanda isə nəfsinin istəklərini yerinə yetirməkdə bir səbəb görməz. Bir anda nəfsi hirslənməsini ona aşılayırsa, o da tez buna tabe olaraq hirslənər. Ya da qısqandıraraq qarşı tərəfə pis hərəkət etməsini istəyirsə, bunu tez tətbiq edər. Hirsinin və qısqanclığının məhsulu olan sözlər söyləyərək, lağ edərək, böhtan ataraq, yalan danışaraq, ikiüzlü hərəkət edərək göstərməsini ona ilham edirsə, bütün bunları heç düşünmədən tez büruzə verir. Allaha haqq-hesab verəcəyini fikirləşmədiyi üçün də bütün bu davranışlarının həyata keçirilməməsinə bir maneə görməz. Halbuki bunların hamısı, Allahın ayədə bildirdiyi kimi, nəfsin insanları dəvət etdiyi heç bir məhdudiyyət qəbul etməyən pisliklərdəndir. İnsan nəfsinin sözlərinə tabe olaraq hərəkət edəndə, insanların gözündə heç cür böyüməz, əksinə, kiçilər. İçindən gələn hisslərin mənfi olduğunu bildiyi halda, nəzarətə götürə bilməməyin bu insanların zəifliklərini və vicdanlarını istifadə edə bilmədiklərini göstərir. Yetkin ola bilməmək, nəfsinin istəkləri ilə toqquşanda məntiqli hərəkət edə bilməmək insanları alçaldan davranışlardır. Halbuki əsl və gözəl olan, Allahın yenə ayədə bildirdiyi kimi, nəfsin bütün bu mənfi istəklərinə qarşı ondan çəkinmək və vicdanlı hərəkət nümayiş etdirməkdir. Bu, zəhmət tələb edən, ancaq insanı ucaldan, böyüdən, insanların hörmətini və sevgisini qazandıran bir əxlaqdır.

Müsəlman qadın bu alicənablığı göstərən, bəsit davranışlara, xırda mənfəətlərə tənəzzül etməyən bir şəxsiyyətə malikdir. Allah Quranın: “Onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”” (“Yusuf” surəsi, 12/28) ayəsi ilə qadınların məkr salmaqda əlverişli xarakterə sahib olduqlarına diqqət yetirmişdir. Cahiliyyə əxlaqını yaşayan bəzi qadınlar hadisələr qarşısında məntiqli həll yollarına müraciət etməyin yerinə bunları hiylə işlədərək, yalan danışaraq həll etməyə səy göstərirlər. Şeytanın istəklərinə tabe olduqları üçün dürüstlüklə, açıqürəkliliklə, səmimiyyətlə həll edilə biləcək məsələlərdə daxilən mənfi düşünüb, ikiüzlü və gizli üsullara müraciət edə bilərlər. İman sahibi bir qadın isə Allahdan qorxduğu üçün cahiliyyə qadınlarının bu əxlaqından tamamilə uzaqdır.

Cahiliyyə əxlaqını qəbul edən qadınlarda müşahidə edilə bilən xüsusiyyətlərdən biri də paxıllıqdır. Allah Quranın: “De: “Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən; zülmətə bürünməkdə olan gecənin şərindən; düyünlərə üfürən qadınların şərindən; və bir də paxıllığı tutanda paxılın şərindən!”” (“Fələq” surəsi, 113/1-5) ayələri ilə paxıl insanların şərindən çəkinilməsinə diqqəti cəlb etmişdir. Cahiliyyə cəmiyyətlərində bəzi qadınlar bu əxlaqı çox nümayiş etdirirlər. Bu da özü ilə birlikdə şübhəli davranışları, mənasız nazları, küskünlükləri və axırı olmayan mübahisələri gətirir. Onları bədbin və bədbəxt bir həyata sürüyüb aparır. Xəsislikləri ucbatından həm özlərinə, həm ətrafındakılara, həm də sevdikləri insanlara böyük maddi-mənəvi zərərlər verirlər. İmanlı bir qadın isə bu xüsusiyyətin insanı həm dünyada, həm də axirətdə alçaldacağını və böyük itkilərə məruz qoyacağını bilərək nəfsinin bu istəklərindən səmimi olaraq çəkinər.

Cahiliyyə cəmiyyətlərində bəzi qadınların nümayiş etdirdikləri qeyri-etik davranışlardan biri də lağ etməkdir. Allah: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər), bəlkə onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın...” (“Hucurat” surəsi, 49/11) ayəsi ilə bir-birlərinə rişxənd edən, pis ləqəblər qoyaraq alçaldıcı hərəkətlərə yol verən tənbeh etmişdir.

Cahiliyyə əxlaqının meydana gətirdiyi qadın xarakterində axirətdə əvəzinin veriləcəyi fikirləşilmədiyi üçün lağ etməkdə, insanların qüsurlarını əyləncə halına gətirib məsxərəyə salmaqda bir əngəl görməzlər. Bunda ciddi mənada bir pislik olmadığı ortaya atılır və lağ bir növ “zarafatın bir növü” olaraq qəbul edilir. Bəzən də insanlara qarşı rişxəndli hərəkətlər deyilərək yox, göz-qaş işarələri, bəzi üz mimikaları, ya da əl hərəkətləri ilə ifadə edilir. Bəzən də bu mimikaların yerini pıçıldaşdıqları danışıqlar tutur.

İman sahibi olan bir qadın isə bu və buna oxşar hərəkətlərin heç birinə tənəzzül etməz. Bütün bunların Allahın razı olmayacağı, insanı alçaldan, alicənablıqdan uzaqlaşdıran və şəxsiyyətini zədələyən davranışlar olduğunu bilir. Quran əxlaqına uyğun bir davranış içində olmağın insanı həmişə ən təbii vəziyyətə gətirəcəyini bilərək bu mövzuda iradəli hərəkət edər.

Bunlarla yanaşı, Allah başqa bir ayədə də: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin eybini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı oarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (“Hucurat” surəsi, 49/12) şəklində bildirərək insanların gizli tərəflərini araşdırmağın, qeybətini etməyin səhv olduğunu xatırlatmışdır.

Müsəlman bir qadın bu mövzuda da diqqətlə hərəkət edər və bu davranışlardan həmişə çəkinər. Quran əxlaqını yaşadığı üçün həmişə ciddi və nəcib şəxsiyyət nümayiş etdirər. Məsələn, hirsli bir davranışla qarşılaşanda hirsini saxlayar. Ya da qarşısındakı insanların bir qüsurunu görərsə, vaxt bunu heç vaxt məsxərəyə qoymaz, əksinə, ən gözəl şəkildə düzəltməyə çalışar. Başqa bir insanın ondan üstün olan bir yönü varsa, buna xəsislik etməyin əvəzinə onu gözəl şəkildə mədh edər. Qarşılaşdığı hər davranışı alicənab kimi qəbul edib Quran əxlaqına uyğun olan hərəkət edər. Qarşısındakı insanlar ona bəsit davranışlarla cavab versələr də, o, yenə də nəcib və ciddi davranışlarından əl çəkməz və iradəli davranışı ilə də bunu nümayiş etdirər.

Müsəlman Qadın Güclü Və Iradəli Bir Xarakterə Malikdir

Cahiliyyə əxlaqında güc ümumiyyətlə pul, şan-şöhrət, etibar, ad sahibi olmaq, bəzi müəyyən ifadələrlə bütünləşmişdir. Bunlardan ən azı biri əldə ediləndə güc sahibi olacağına inanılır. Bəzən də bu xüsusiyyətlərə sahib olan insanların himayələri altına giriləndə insanların özlərini güclü hiss edə biləcəkləri düşünülür. Halbuki dünya həyatının hər an əldən gedə biləcək ötəri dəyərləri ilə əldə edilən bir güc, əlbəttə, eynilə asanlıqla itirilə bilər.

Möminlər isə güclərini imanlarından alırlar. Buna görə də şərtlərin necəliyindən asılı olmayaraq güclərində bir dəyişiklik olmaz. Bu mömin qadının da xarakterini müəyyən edən mühüm bir xüsusiyyətdir. Allah Quranda güclü, heç vaxt sarsılmayan şərəfli şəxsiyyətlərinə diqqəti belə cəlb etmişdir:

“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah (onun yerinə) elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah lütfü ilə genişdir, biləndir!” (“Maidə” surəsi, 5/54).

Allahın bu ayədə bildirdiyi mühüm olan möminin başqa bir xüsusiyyəti də iman gətirənlərin insanların qınamalarından təsirlənməyən güclü bir şəxsiyyətə malik olmalarıdır. Möminlər tarix boyu əksər peyğəmbərlərin yaşadıqları cəmiyyətlər tərəfindən müxtəlif formalarda günahkar hesab edilib qınandıqlarını, əziyyətlərə məruz qaldıqlarını, yurdlarından sürgün edildiklərini, hətta bu səbəblə öldürüldüklərini bilirlər. Peyğəmbərlərin bütün çətinliklər qarşısında göstərdikləri güclü, dözümlü və möhkəm şəxsiyyətləri, səbrləri, iradələri və təvəkküllərini özlərinə nümunə götürürlər. Allahın: “Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir” (“Ali-İmran” surəsi, 3/186) ayəsi ilə bildirdiyi kimi, dünya həyatının bir gərəyi olaraq möminlərin çətinlik və sıxıntılarla sınağa çəkiləcəklərini, inkar edənlərdən “əziyyətli sözlər” eşidərək qınana biləcəklərini bilirlər. Bütün bunları Allaha qarşı olan səmimi imanlarını, təslimiyyətlərini və sədaqətlərinin gücünü göstərə biləcəkləri hadisələr olaraq qəbul edib həvəslə qarşılayar və güclü iradə göstərərlər.

Heç vaxt cahiliyyə əxlaqını yaşayan qadınlarda görünən zəifliklərə qapılmazlar. Başqa bir insanın sözü, davranışı və ya tənqidi zəiflik göstərib gücsüz düşmələrinə, cəsarətlərinin qırılmasına səbəb olmaz. Xətrinə dəymək, inciklik kimi hissi hərəkət etməyi heç vaxt özlərinə yaraşdırmazlar. Nə olursa-olsun, Allaha təvəkkül edərlər. Başlarına nə gəlirsə-gəlsin, Allahın sonsuz ədalətli olduğunu, hər şeyi gördüyünü, bildiyini, heç kimə “xurma çərdəyindəki nazik tel qədər zülm olunmayacağını” (“Nisa” surəsi, 4/49) bilməyin rahatlığını yaşayarlar. Allaha təslim olurlar. Onları qınayan insan bu düşüncə tərzində səhvdirsə, bu haqsızlığını Allahın mütləq ortaya çıxaracağını bilir, buna görə narahat olmazlar.

Bəzi cahiliyyə qadınları isə güc və iradənin kişilərə xas olan xüsusiyyətlər olduğuna inanırlar. Kişilərin çətinliklər və sıxıntılar qarşısında həm özləri, həm də yanlarındakı qadınların adından güc və iradə göstərməklə cavabdeh olduqlarını düşünürlər. Qadınların edə biləcəkləri ən yaxşı davranışın isə onlara sığınmaq, onların ağıllarına, iradələrinə və güclərinə təslim olmaq olduğunu zənn edirlər. Buna görə də həmişə qorunub himayə edilməyi gözləyirlər. Xüsusilə də çətinlik və sıxıntılı şəraitlərlə qarşılaşanda mövcud güclərini və iradələrini də itirər, təlaşa qapılarlar. Bu da ağıllarının qarışmasına və məntiqli düşünmə qabiliyyətlərini itirmələrinə səbəb olur.

Bunun kimi cahiliyyə əxlaqını qəbul edən bəzi qadınlar nümayiş etdirdikləri bu zəif şəxsiyyətləri səbəbindən insanların özləri haqqında nə fikirləşdiklərinə də lazım olandan artıq fikir verirlər. Əksər hallarda ancaq insanların gözlərinə yaxşı görünmək, onlarda müsbət fikir formalaşdırmaq üçün səhv olduğunu bilə-bilə bəzi hərəkətlər edirlər. Eyni ilə bu cür insanlar tərəfindən bəyənilməyəndə qınandıqlarına, ya da yaxşı görünmədikləri ilə bağlı hər hansı bir reaksiya ilə və ya sözlə qarşılaşsalar, böyük bədbinliyə məruz qala bilərlər. Mühüm olanın Allah dərgahındakı dəyərləri olduğunu düşünmədikləri, bunun yerinə ancaq insanların razılığını qazanmağı qarşılarına məqsəd qoyduqları üçün bütün etdiklərinin və hərəkətlərinin puç olduğuna inanır və çox kədərlənirlər. Keflərinin pozulması ilə də bütün güclərini, iradələrini və cəsarətlərini itirirlər.

Müsəlman bir qadın isə doğru olduğunu bildiyi bir məsələdə heç vaxt bir insanın qınamasına görə geri addım atmaz. Allah Quran ayələri ilə insana doğrunu və yanlışı bütün təfərruatı ilə bildirmişdir. Müsəlman qadının meyarı Qurandır. Əgər Allah Quranda bildirdiyi əxlaqı göstərdiyi üçün ətrafındakı insanlar tərəfindən qınanırsa, bu, əksinə, onun bu yöndəki həvəsini, iradəsini və istəyini daha da gücləndirir. Allahın razılığını qazana bilməsi onun üçün insanların razılığının və düşüncələrinin çox üzərindədir. Çünki insanı əsas olaraq dəyərli edən Allah yanındakı səviyyəsidir. Bunu müəyyən edən də onun Quran əxlaqına uyğun hərəkət edib-etməməsidir. Buna görə də insanların nə dediyinə və ya əksəriyyətin qənaətinə görə deyil, Quran əxlaqına görə davranırlar. Tək də qalsalar, çoxluğa tabe olmaz və müstəqil hərəkət edərlər.

İslam alimlərindən biri də sözlərində bu mövzuya diqqəti cəlb etmiş, Allahın razılığına uyğun hərəkət edəndən sonra insanların razılığınının heç bir əhəmiyyəti olmayacağını belə bildirmişdir:

“Allahın razılığı kifayətdir. Əgər O yardırsa, hər şey yardır. Əgər O yar deyilsə, bütün dünya alqışlasa beş qəpik etməz...”.22

“Əməlinizdə Allahın razılığını qazanmaq olmalıdır. Əgər O razı olsa, bütün dünya küssə əhəmiyyəti yoxdur. Əgər O qəbul etsə, bütün xalq rədd etsə təsiri yoxdur. O razı olandan və qəbul edəndən sonra istəsə və hikməti lazım olsa, siz istəmək tələbəniz olmadığı halda, xalqlara da qəbul etdirər, onları da razı salar. Onun üçün bu xidmətdə birbaşa ancaq Allahın razılığını əsas məqsəd etməkdir”.23

“Ey nəfs! Əgər təqva və saleh əməllə Yaradanını razı saldınsa, xalqın razılığını qazanmağa ehtiyac yoxdur. O kifayət edər. Əgər insanlar da Allahın hesabına razı olarlarsa və məhəbbət göstərərlərsə, yaxşıdır. Əgər onlarınkı dünya hesabına olsa, qiyməti yoxdur. Çünki onlar da sənin kimi aciz bəndələrdir...”.24

Müsəlman Qadın Təmkinli Və Müvazinətlidir

Həyatı özləri müəyyənləşdirdikləri qaydalara uyğun olaraq yaşayan insanlar nəfslərinin o andakı istəklərinə uyğun olaraq asanlıqla bu prinsiplərindən güzəştə gedə bilirlər. Həyatlarına istiqamət verən və şəxsiyyətlərində davamlılıq göstərmələrini təmin edən mütləq olaraq doğru olduğuna inandıqları bir rəhbərləri yoxdur. Buna görə də bəzi hallarda şəxsiyyətlərində müxtəliflik görmək mümkündür. Davranışlarında müəyyən bir davamlılıqdan bəhs etmək mümkün deyil.

Bu insanların davranışlarındakı dəyişikliyi müəyyən edən güc ümumiyyətlə nəfsləridir. Allah Quranda nəfslərin lovğalıqlara meylli olaraq yaradıldığını bildirir. İnsan əgər nəfsinin onu istiqamətləndirməsinə icazə versə, bütün davranışları bu qürurla həvəslərinə uyğun olaraq formalaşacaqdır. Bu qürurlu həvəslər isə sabit, dözümlü və ciddi şəxsiyyət nümayiş etdirməsinə təsir edəcəkdir. İnsan nəfsinin buyruqlarına uyğun olaraq bir anda hirslənə biləcək, hissi davranacaq, küsəcək, inciyəcək, xəsislik hissinə qapılacaq bunlara bağlı olaraq da ani qərarlar qəbul edəcəkdir. Dolayısı ilə şəxsiyyəti ətrafındakı insanlar üçün həmişə bir sürpriz olacaqdır. Bir anı başqa anına uyğun gəlməyəcəkdir. Hər an ovqatı, fikirləri, hissləri, qərarları və düşüncə tərzi dəyişə biləcəkdir. Belə bir insan isə mənasız və qeyri-müəyyən davranışları ilə həmişə ətlafındakı insanların üzərində inamsızlıq və narahatçılıq hissinə səbəb olacaqdır.

Bu cür mənfi xüsusiyyətlərə dindən uzaq yaşayan cəmiyyətlərdə ortaya çıxan qadın xarakterində rast gəlmək mümkündür. Quran əxlaqının qazandırdığı düşüncə tərzində uzaq olduqları üçün bu insanlar qadın xarakterinə uyğun qəbul edilən hissi davranışı tamamilə qəbul edər və bu davranışın bütün həyatlarını yönləndirməsinə icazə verərlər. Bu da onları məntiqdən uzaqlaşdırar və bəzi özünü bilməyən hərəkətlərə sövq edər.

Müsəlman qadının rəhbəri isə Qurandır. Allah Quranda nəfsin insanı həmişə pisliyə dəvət edəcəyi və şeytanın da insanı dözümsüzlüyə, məntiqsiz hərəkət etməyə və mənfi arzularını, həvəslərini istədiyi kimi həyata keçirməyə məcbur edəcəyi məsələsində insanları xəbərdar etmişdir. Bütün bunların əvəzinə özünə Quranı rəhbər qəbul edən, vicdanının səsinə uyğun olaraq hərəkət edən insanların isə ideal bir şəxsiyyət qazanacaqlarını, həm dünyada, həm də axirətdə üstün səviyyəyə gələcəklərini xatırlatmışdır.

Müsəlman qadın Allahın göstərdiyi yola tabe olduğu üçün bu üstün və güclü şəxsiyyəti qazanmışdır. Rəhbəri Quran olduğu üçün hadisələr qarşısındakı hərəkəti, reaksiyaları həmişə İslam əxlaqına görə olar. Bu da ona orta yollu və işini bilən bir xarakter qazandırır. Necə hərəkət edəcəyi, hadisələrə hansı formada, necə məntiq mühakiməsi ilə dəyərləndirəcəyi ətrafındakılar üçün heç vaxt gözlənilməz olmaz. Ağlı, vicdanı, davranışları, sözləri həmişə Quran əxlaqının gətirdiyi sabitliyi əks etdirər. Buna görə də etibarlı bir xarakterə malikdir. Əxlaqındakı və şəxsiyyətindəki bu sabitliyə görə cahiliyyə cəmiyyətlərində özünü göstərən qadın xarakterindən çox uzaq bir davranış nümayiş etdirər.

Müsəlman Qadın Hissə Qapılıb Hərəkət Etməz

Hissə qapılmaq din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi davranış sayılmaz. Hətta hissi davranışın əslində hər insanın xarakterində az-çox olması vacib bilinən mühüm bir xüsusiyyət olduğuna inanılır. Bu fikrə görə, hissi davranışın səbəb olduğu hərəkətlər yaşanması lazım olan insani hisslərdir. Buna görə də hissə qapılmaqdan əmələ gələn küskünlük, dərdlənmək, incimək, ağlamaq, ürəyinə salmaq, kefsizlik, xəsislik, hirslənmək kimi mənfi davranışların insanın daxilindən gələn hisslər olduğunu iddia edərək mümkün qədər təşviq edilir.

Halbuki bu cür düşünmək tamamilə yanlışdır. Xüsusilə də cahiliyyə cəmiyyətlərində yaşanan qadın xarakterində görünən hissi davranışlar insanın zəif iradəli olmasına səbəb olur. İnsan hadisələr qarşısında hisslərinin onu istiqamətləndirdiyi şəkildə hərəkət etdiyi üçün məntiqdən həddindən artıq uzaqlaşır. Məntiqli və düzgün fikirləşə bilməyəcək, doğru qərarlar verə bilməyəcək hala gəlir.

Müsəlman qadın bütün həyatını və şəxsiyyətini Qurana görə müəyyən etdiyi üçün nəfsin bu xüsusiyyəti və ona qarşı necə mübarizə aparılmasının lazım gəldiyi məsələsində ən düzgün məlumatlara malikdir. Hissi hərəkət etməyin insanın ağlını pərdələdiyini, düzgün düşünməsinə, həqiqətləri olduğu kimi görə bilməsinə mane olduğunu, insanı zəif və gücsüz hala saldığını bilir. Bundan başqa, cahiliyyə əxlaqının gətirdiyi qadın xarakteri ilə bütünləşən hissi davranmaq, kədərlənmək, ağlamaq, deyinmək, qısqanclığa qapılmaq, təkliyə çəkilmək kimi hərəkətlərin iman sahibi olan bir insanın xarakterinə uyğun gəlməyən xüsusiyyətlər olduğunun da şüurundadır. Çünki bütün bu davranışlar Allahın bəyənmədiyi və çəkinməli olduğu hərəkətlərdir. Bu mənfi davranışların hər biri insanın təməldəki bəzi yanlış inanclarnın və bəzi həqiqətləri kifayət qədər dərk edə bilməməsinin nəticəsidir. Asanlıqla kədərlənən, ağlayan, hirsinə məğlub olan, qısqanclığa qapanan, kefsizləşib sakitləşən, içlərinə qapanan insanlar Allahın gücünün hər şeyi xeyir, hikmət və ədalətlə yaratdığını, istədiyi an istədiyi hər şeyi həyata keçirə biləcəyini, insanların dualarına cavab verəcəyini dərk etmirlər. Hadisələr qarşısındakı bütün kədərləri, hirsləri, qısqanclıqları həmişə bu düşüncə tərzindəki səhvlərdən və inancındakı qüsurlardan ortaya çıxmışdır.

Allaha ürəkdən bağlanmaq, daxilən təslim olmaq, hər hadisənin Allahın nəzarətində olduğunu bilərək, hər şeyi xeyir gözü ilə dəyərləndirmək insanın hisslərinə qapılıb mənfi hərəkət etməsinin qarşısını alar. Müsəlman bir qadın Allaha olan güclü sevgisi və dərin Allah qorxusu olduğuna görə hissə qapılmağın səbəb olduğu bütün mənfiliklərdən çox diqqətlə uzaq durar. Müsəlman qadın Allahın: “Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə rəhbər et!” - deyənlərdir” (“Furqan” surəsi, 25/74) ayəsində bildirdiyi kimi, bütün davranışları ilə, şəxsiyyətləri ilə, yüksək əxlaqı ilə insanlara nümunə olmağı qarşısına məqsəd qoyan bir insandır. Bu da ona heç bir hadisə qarşısında sarsılmayan güclü bir şəxsiyyət bütövlüyü qazandırır.

Mömin qadınlar xüsusilə qadın əxlaqında geniş yayılan bu davranışlardan uzaq duraraq, iradəli qadın xarakteri nümayiş etdirərək bu cür xüsusiyyətlərə malik olan qadınlar üçün gözəl bir nümunə olacağını bilərək və bunun məsuliyyətini dərk edərək hərəkət edərlər. Allahın: “Nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!” (“Həşr” surəsi, 59/9) ayəsi ilə bildirdiyi kimi nəfslərini pisliklərdən təmizlədikləri üçün dünyada və axirətdə nemətə, səadətə qovuşar və çox gözəl şəkildə xoşbəxtliyi yaşayarlar. Hissi davranışın insanlara yaşatdığı bütün sıxıntılardan, kədərlərdən uzaq qalarlar.

Müsəlam Qadın Səmimi Və Təbii Bir Insanlığa Malikdir

Səmimiyyət insanın daxili ilə xaricinin eyni olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, dürüst, qəti və dəqiq olmasıdır. Fikrilərini, həqiqi şəxsiyyətini heç gizlətmədən, heç hesablamadan, özünü olduğundan fərqli göstərməyə çalışmadan hərəkət etməsidir. Səmimiyyətin mühüm bir xüsusiyyəti isə ürəkdə yaşanmadığı halda, xaricində heç cür təqlid edilə bilməməsidir. Səmimi insanın bütün davranışları təbii və içindən gəldiyi kimidir. Bu təbiilik də insanlarda çox dərin və müsbət təsir meydanan gətirir. Səmimi insanın baxışları, danışıqları, üslubu, mimikaları çox təbii və təsiredicidir.

"Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir."
(Həcc surəsi, 16)

Ancaq əksər insanlar səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdirlər. Buna görə də ancaq səmimiyyətlə əldə edilə bilən bu xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar.

Bəzi insanlar qarşılarındakı insana təsir edə bilmək üçün süni hərəkət edirlər. Həmin insanın ən çox hansı davranışlardan, hansı fikirlərdən təsirlənəcəyini fikirləşirlərsə, içlərindən gəlmədiyi və ya o cür düşünmədikləri halda, qarşı tərəfi razı sala bilmək üçün o cür görünməyə çalışırlar. Ətrafındakı insanların bir-birindən çox fərqli xüsusiyyətlərə malik olduqlarına görə də hər birinin yanında fərqli görünməyə, müxtəlif hərəkətlər etməyə və fərqli düşüncələri müdafiə edirmiş kimi görünməyə çalışırlar. Halbuki bu çox qeyri-səmimilikdir. İnsanı ikiüzlü hərəkət etməyə sövq edir. Nəticədə bütün bu saxta davranışlar və düşüncələr insanın həqiqi xarakterini əks etdirmədiyi üçün qarşı tərəfə istənilən kimi təsir etməz. Hətta əksinə, yəni soyuqluq və uzaqlıq meydana gələr. Bu insanın həqiqi şəxsiyyətini gizlədiyini və hər davranışın süni olduğunu bilmək qarşıdakı adamın narahatlığına səbəb olur.

Allah Quranda özlərini insanların razılığını və rəğbətini qazanmağa həsr edən həmin şəxslərin vəziyyətini bu cür bir nümunə ilə açıqlamışdır:

“Allah bir məsəl çəkir: “Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd ancaq Allaha məxsusdur, lakin onların əksəriyyəti bilməz!” (“Zumər” surəsi, 39/29).

Allahın Quranda bildirdiyi həqiqətlərdən uzaq yaşayan cahil insanlar səmimiyyətsizliyin Allahın dərgahındakı və insanların üzərindəki əvəzini lazım olduğu kimi düşünə bilmədikləri üçün süni hərəkət etməkdən narahat olmazlar. Sünilik xüsusilə də cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində görünür. Bəzi qadınlar arxaları ilə danışdıqları, əslində heç xoşları gəlmədiyi, hörmət etmədikləri insanların üzlərinə qarşı mənfəətləri naminə qeyri-səmimi sevgi və əlaqə göstərə bilirlər. Çəkinmədən bir-birlərinə qarşı yalan danışıb bir insan haqqındakı mənfi qənaətlərini gizlədib, soruşulanda tamamilə əksinə olan məlumatlar verə bilirlər. Eyni ilə çox sevdikləri, dəyər verdikləri insanlara qarşı müxtəlif səbəblərə görə bu hisslərini gizlədib tamamilə əks istiqamətdə də görünməyə çalışa bilirlər.

Müsəlman bir qadın isə ürəyindəki Allah qorxusu səbəbindən bu cür davranışlardan tamamilə uzaqlaşar. Heç vaxt kiçik mənfəətlərinə görə insanların razılığını qazanmağa çalışmaz. Bütün bunların insanı həm Allahın yanında, həm də insanların gözündə alçaldan adi davranışlar olduğunu bilir və heç vaxt da bu cür hərəkətlərə tənəzzül etməz. Məqsədi həyatının hər anında Allahın razılığını qazana biləcəyi əməlləri yerinə yetirməkdir. Allahın xoşladığı əxlaqın isə ancaq səmimiyyətlə yaşana biləcəyini bilir. Allahın “...Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir” (“Şura” surəsi, 42/24) ayəsi ilə bildirdiyi kimi, insanların ürəklərində gizlədiklərini bildiyini dərk edir. Allah bu həqiqəti başqa bir ayədə “Sən səsini ucaltsan da, ucaltmasan da, heç bir fərqi yoxdur. Çünki Allah sirri də, sirdən daha gizli olanı da bilir” (“Taha” surəsi, 20/7) - şəklində bildirmişdir. Buna görə də insanın ürəyində olanı ətrafındakı insanlardan gizlətməyinin ona heç bir xeyri olmaz. Allah bunları onsuz da bilir. Bir kəsin bu həqiqətə rəğmən, insanları aldatmağa çalışması böyük bir səmimiyyətsizlik olar.

Bununla yanaşı, müsəlman qadın insanların razılığını qazanmağın insana nə dünyada, nə də axirətdə bir faydasının olmayacağını da bilir. Allah Quranda Ona şirk qoşulmasını bağışlamayacağını bildirmişdir. Buna görə də iman sahibi olan insanlardan şirkdən və insanların razılığını qazanmağa yönəlmiş bütün davranışlardan çox çəkinirlər. Bu da onların səmimiyyətdə bir ömür boyunca iradəli olmalarını təmin edir.

Müsəlman Qadın Dürüstdür

Allah Quranın “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əgər belə etsəniz, Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar” (“Əhzab” surəsi, 33/70-71)“yalan sözlərdən çəkinin” (“Həcc” surəsi, 22/30) ayələri ilə insanlara yalandan çəkinib doğru söz söyləmələrini xatırlatmışdır. Allah həqiqətləri dəyişdirərək yalan danışmağın bir çox mənfiliyi özü ilə gətirib insanı şeytanla dostluğa sövq etdiyini bildirmişdir:

“Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar. Onlar şeytanların uydurmalarına qulaq asarlar. Onların əksəriyyəti yalançıdır!” (“Şuəra” surəsi, 26/221-223).

"Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et.
Həqiqətən, Sən Bəxşedənsən."
(Ali İmran surəsi, 8)

Müsəlman qadın Allahın “Məhv olsun yalançılar!” (“Zariyat” surəsi, 51/10) ayəsi ilə bildirdiyi kimi, yalanın Allahın bəyənmədiyi və qadağan etdiyi bir davranış olduğunu bilərək həyatı boyunca bu cür davranışdan çəkinir. İnsanın dünyada danışdığı hər sözün axirətdə qarşısına çıxacağını bilir. Xeyir adına danışılan hər söz axirətdə Allahın neməti və rəhməti ilə əvəzini gördüyü halda, yalan yerə deyilən sözlər də insanların üzərində böyük yük və məsuliyyət olacaqdır. Buna görə də mömin qadın hər sözünün hesabını axirətdə Allaha verəcəyini düşünərək danışır.

Yalan axirətdə insanı ziyana salacaqdır. Ancaq dünya həyatında da insana heç bir mənfəət təmin etmədiyi də yaddan çıxarılmamalıdır. Yalan söz insanı həmişə maddi və mənəvi itkilərə məruz qoyur. Yalan danışaraq insanlara qarşı ikiüzlü və qeyri-səmimi bir davranışı qəbul edən insanın üzünə səmimiyyətsiz və saxtakar bir ifadə çökər. Daxilən insanları aldatdığını, dürüst və səmimi olmadığını bildiyi üçün özünə olan hörmətini itirər. Eyni ilə yalan danışaraq aldatdığını fikirləşdiyi insanlara qarşı olan hörmətini də itirir. Onların öz qeyri-səmimiliyini başa düşmədiklərini düşünməsi bu insanlara qarşı təkəbbürlü münasibətin meydana gəlməsinə və onlara yuxarıdan baxmağa səbəb olur. Bundan başqa bir yalan ümumiyyətlə arxası ilə daha çox yalanı da gətirir. İnsan yalanını gizlədə bilmək üçün hər dəfə onu daha da inkişaf etdirmək məcburiyyətində qalır. Həyatı boyu da yalanlarının üstünün açılması qorxusu ilə yaşamaqdan, ətrafındakılara qarşı qeyri-səmimi davranış içində olur. Bu insanların qeyri-səmimiliklərini və yalan sözlərini Allah dünyada və ya axirətdə bir gün mütləq ortaya çıxaracaqdır. Düz söz isə həmişə insanı üstün səviyyəyə gətirir və ucaldır. Allah gözəl sözlə pis sözün fərqini Quranda belə bir nümunə ilə anlatmışdır:

“Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O, Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabit-qədəm edər. Allah zalimləri sapdırar. Allah istədiyini edər!” (“İbrahim” surəsi, 14/24-27).

Müsəlman qadın düz sözün və dürüstlüyün gətirəcəyi bərəkəti və xeyri də bilir. Buna görə də özünün çətin vəziyyətdə qalacağını, ya da yaxınlarının zərər görəcəyini bilsə də dürüstlüyündən heç vaxt əl çəkməz. Mərdliklə, açıqsözlülüyü ilə haqq olan nədirsə onu söyləyər. Allah Quranda möminlərin göstərməli olduğu bu əxlaqı belə bildirmişdir:

“Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! Onlar istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, bilin ki, Allah etdiyiniz işlərdən xəbərdardır!” (“Nisa” surəsi, 4/135).

Bundan başqa, Allah başqasına qarşı hiss edilən hirsi özündən uzaqlaşdırmasını belə xatırlatmışdır:

“Ey iman gətirənlər! Allah qarşısında sabit-qədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (“Maidə” surəsi, 5/8).

Cahiliyyə cəmiyyətlərində yalan bəzi qadınların tez-tez müraciət etdikləri bir üsuldur. Bəzən ən yaxınlarına: ailələrinə, ərlərinə, uşaqlarına, qardaşlarına və rəfiqələrinə də yalan danışa bilirlər. Bunların hər biri üçün özlərinə bir bəhanə tapırlar. Bəzi yalanlarının zərərsiz olduğunu, insanların yaxşılığı üçün yalan danışmağın qəbahət olmadığını, kiçik yalanların yalan sayılmayacağını düşünürlər. Məsələn, getdikləri yeri, görüşdükləri insanları, pullarını hara xərclədiklərini ərlərindən gizlətməklərinin hər ailədə olan zərərsiz yalanlar olduğunu və bunların heç bir pisliyi olmayacağını iddia edirlər.

Halbuki yalana dair müdafiə etdikləri bu məntiqlərin heç biri düz deyil. Allah insanlara yalan danışmağı qadağan etmişdir. Yalan həmçinin şeytanın bir xüsusiyyətidir. Məlum olduğu kimi, Şeytan Hz.Adəmin cənnətdən çıxarılması üçün yalana müracitət etmişdir.

Müsəlman qadın Quranı və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini özünə rəhbər qəbul etdiyi üçün yalanın insanı necə pis yola apardığını bilir və bu davranışından çox ehtiyat edir. Nə olursa-olsun, dürüstlüyün insanı həmişə hörmətli edəcəyini və düz sözün insanı mütləq xeyrə istiqamətləndirəcəyini bilərək bu əxlaqında iradəlilik nümayiş etdirir.

Peyğəmbərimiz (s.ə.v.) bu mövzudakı bir hədisində iman gətirənlərə belə buyurmuşdur:

“Xalqdan qorxub haqqı söyləməkdən çəkinməyin, bildiyiniz və gördüyünüz haqqı söyləyin”.25

Müsəlman Qadın Cəsurdur

Cahiliyyə cəmiyyətində kişilərin də tez-tez danışdıqları qadınlar haqqındakı ümumi fikirlərdən biri çətinliklər qarşısında lazım olan səbri və yetkinliyi göstərə bilmədikləri yönündədir. Qadınların bu cür vəziyyətlərdə hadisələri daha da çətinləşdirdiklərini, qarşılarındakı insanlara yük olan bir davranış nümayiş etdirdiklərini düşünürlər. Həqiqətən də bəzi qadınların təhlükə və ya çətinliklərlə rastlaşanda həyəcanlanaraq bacarıqsız hərəkət etmələri, tədbirsiz davranmaları, hadisələri daha da qabardıb ətrafındakı insanları da təlaşa saldıqları olur. Kişilər ciddi səviyyədə təhlükəli hadisələrlə qarşılaşanda əksəriyyət etibarilə soyuqqanlılıqlarını qoruyub hadisələrə düz və cəsarətlə yaxınlaşdıqları halda, bəzi cahiliyyə qadınları adi gündəlik hadisələr qarşısında da təlaşa və qorxuya qapıla bilirlər. Bu təlaş və qorxu ilə hadisələri daha da mürəkkəbləşdirərək içində olduqları vəziyyəti daha da çətinləşdirirlər. Buna görə də bu cür vəziyyətlərdə əksər hallarda kişilər bir tərəfdən qarşılaşdıqları hadisəni yoluna qoymağa çalışarkən, digər tərəfdən də yanlarındakı qadınların bu mənfi davranışlarını sakitləşdirmək məcburiyyətində qalırlar.

Müsəlman qadınlar üçün isə belə mənfi bir davranış ola bilməz. Allaha olan sevgiləri, etimadları, bağlılıqları və təslimiyyətləri onlara güclü bir cəsarət və mətin bir xarakter qazandırır. Allahın insanları çətinliklərlə sınağa çəkəcəyini, bunlar qarşısında cəsarət və təslimiyyətlə Allaha bağlılıqda hünər və itaət nümayiş etdirənləri isə rəhmətinə qovuşduracağını bilirlər. Bu da onları daha iradəli və şövqlü edər. Allah Quranda iman sahiblərinin bu xüsusiyyətini belə bildirmişdir:

“Neçə-neçə peyğəmbər bir yığın Allah adamı ilə birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər!” (“Ali-İmran” surəsi, 3/146).

“O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” - deyirlər” (“Bəqərə” surəsi, 2/156).

“O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı qüvvə toplamışdır, onlardan qorxun!” - dedikdə, onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” - deyə cavab verdilər” (“Ali-İmran” surəsi, 3/173).

Müsəlman qadının bu cəsarəti dünya həyatına dair heç bir dərdlə yaşamamağının bir təzahürüdür. Allaha olan dərin təslimiyyəti və etimadı mal və ya can qayğısına qalmağına maneə olur. İnsanı Allah yaratmışdır və həyatını nəticələndirən də yenə ancaq Odur. Eyni ilə dünya həyatında sahib olduğu maddi-mənəvi bütün nemətləri sağlığını, gəncliyini, malını, mülkünü, hər şeyini ona verən Allahdır. Bunları ala bilən yenə ancaq Allahdır. Mömin qadın Allahın hər şeyi xeyir və hikmətlə yaratdığını bildiyi üçün bunlardan hər hansı birinə zərər gələndə də bunun Allahdan bir gözəllik və bir xeyir olaraq ona çatacağını bilməyin rahatlığını yaşayar. Buna görə bir təhlükə, çətinlik və ya risklə qarşılaşanda heç vaxt yanlışlığa yol verməz.

Bununla yanaşı, müsəlman qadının cəsarəti onun Allahın hüdudlarını qorumaq məsələsindəki iradəliliyindən də aydın olur. Şərtlərin necəliyindən asılı olmayaraq, Quran əxlaqından heç vaxt güzəştə getməz. Allahdan başqa heç nədən və heç kimdən qorxmaz. Allahın razılığını qazanmaq üçün ən uyğun davranışı sərgiləyərkən heç cür tərəddüd etmədən böyük iradəlililk göstərər. Allah iman gətirənlərin bu xüsusiyyətlərini Quranda belə bildirmişdir:

“Onlar ki, Allahın hökmlərini təbliğ edər, Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah Özü haqq-hesab çəkməyə kifayətdir” (“Əhzab” surəsi, 33/39).

Müsəlman Qadın Boş Sözlərdən Və Boş Işlərdən Çəkinər

Allah Quranda bir ayədə iman gətirənləri “O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən) üz döndərərlər” (“Muminun” surəsi, 23/3) sözləri ilə tərif etmişdir. Boş işlərdən və mənasız sözlərdən üz döndərmək möminin mühüm xüsusiyyətlərindən biridir. Başqa bir ayədə isə Allah “O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz)” (“Furqan” surəsi, 25/72) sözləri ilə möminlərin belə bir davranışla qarşılaşanda şərəf və alicənablıqlarından güzəştə getmədiklərinə və bu əxlaqı yaşayan insanlara uymadıqlarına diqqəti yönəltmişdir.

Boş sözlərə aludə olmaq və ya boş işlərlə vaxtını keçirmək cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində tez-tez görünən davranışlardır. Əvvəlki sərlövhələrdə də qeyd edildiyi kimi, özlərinə böyük ideallar qəbul edilmədikləri təqdirdə bu əxlaqın hakim olduğu qadın xarakterində mühüm olan müəyyən mövzular var. Bunların arasında özlərinə, ailələrinə və ya ətrafındakılara xeyirləri dəyənlər olduğu kimi tamamilə özlərini məşğul etmək üçün öyrəşdikləri bəzi vərdişləri də var. Bunların ən yayılmışları həftənin müəyyən günlərində təşkil edilən toplantılarda “vaxtı öldürmək”, bütün günü heç bir xeyri olmayan proqlamları seyr edərək televiziya qarşısında keçirmək, saatlarla davam edən telefon danışıqlarında, ya da ev söhbətlərində kiçik-böyük hər məsələdən şikayət edib dərd çəkmək, qeybət etmək, insanların qüsurlarından danışmaq kimi davranışlardır. Bütün bunların müştərək tərəfi isə ümumiyyətlə nə özlərinə, nə də başqalarına heç bir faydası olmayan vərdişlər olmasıdır.

Allah Quranın “Qəlbləri qəflət içindədir...” (“Ənbiya” surəsi, 21/3) ayəsi ilə Allaha iman gətirməyən insanların bu xüsusiyyətlərinə diqqəti yönəltmiş və bu insanların ürəklərinin dünya həyatına dair işlərə qarşı həvəslə bir vaxt keçirmək içində olduğunu bildirmişdir.

Müsəlman qadın isə cahiliyyə əxlaqının qadın xarakterinə aid bütün bu xüsusiyyətlərdən uzaq bir hərəkət nümayiş etdirər. Allahın insan üçün dünya həyatında çox məhdud bir ömür müddəti müəyyən etdiyini və zamanın sürətlə tükəndiyini bilir. İnsanların axirət həyatında Allahın sonsuz cənnətini, mərhəmətini və razılığını qazana bilmək üçün əllərindəki yeganə imkan isə dünya həyatındakı bu ömür ərzində olan vazxtlarıdır. Buna görə də müsəlmanlar yaşadıqları hər anın özləri üçün çox qiymətli olduğunu bilərək hərəkət edərlər. Bircə anlarını da boş bir işlə məşğul olaraq, boş sözlərlə keçirmələrinin böyük itki olacağının və bunun axirətdə insanın böyük bir peşmançılıq hiss etməsinə səbəb ola biləcəyinin fərqindədirlər. Hər anlarını bu diqqət açıqlığı ilə keçirir və həmişə Allahın razılığını qazana biləcəklərini ümid etdikləri işlərə yönəlirlər. Allahın “Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər” (“Ali-İmran” surəsi, 3/114) ayəsi ilə bildirdiyi kimi yaşadıqları hər anı Allahın razılığını qazana bilmək üçün “xeyir işlərdə yarışaraq” keçirirlər.

Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar.
(Nəhl surəsi, 105)

Müsəlman Qadın Ismətli Və Hörmətlidir

Allah “Mal və uşaqlar bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxeq qeeqşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha xeyirlidir!” (“Kəhf” surəsi, 18/46) ayəsi ilə insanlara çox mühüm bir məlumat vermişdir: bəzi insanların çox dəyər verdikləri, bütün həyatlarını uğruna həsr etdikləri və əldə etməyə çalışdıqları dünyəvi dəyərlərin hamısı ötəri gözəlliklərdir.

Əsl dəyərli olan və qalan isə insanların malik olduqları mənəvi dəyərlər və bütün bunlarda göstərdikləri davamlılıqdır. Ancaq bu həqiqəti gözardı edən bəzi insanlar həqiqi dəyərin, şərəf və ləyaqətin zənginlik, etibar, mal və mülk sahibi olmaq kimi ünsürlərdən olduğunu zənn edərək bunların arxası ilə gedə bilirlər. Eyni ilə ətraflarındakı insanları da bu ölçülərə görə dəyərləndirib onlara da sahib olduqları bu maddi xüsusiyyətlərə görə hörmət, sevgi və heyranlıq bəsləyə bilirlər.

Halbuki bütün bunlar Allahın insanların istifadəsinə verdiyi nemətlərdir. Ancaq insanları həm Allah yanında, həm də dünya həyatında dəyərli və üstün edən xüsusiyyətlər isə daha fərqlidir. Şərəf, iffət və vüqarlılıq bunların başında gəlir. Bu ifadələr möminin təqvasını ortaya qoyması səbəbi ilə bir insana dəyər və məna qazandıran, həqiqi mənada sevgi və hörmət oyandıran xüsusiyyətlərdir. Dünyanın ən varlı, ən gözəl və ya ən ali məqamına sahib olan bir insan olsa da, bunların heç biri insana namuslu, ciddi və ləyaqətli bir insanın alicənablığını və üstünlüyünü qazandıra bilməz. Bu xüsusiyyətlərə sahib olan insanın təbii bir heybəti və gözəlliyi, təbii ruh dərinliyi var. Allah: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq” (“Nisa” surəsi, 4/31) ayəsi ilə, şərəfi, Quran əxlaqını yaşamaq üçün səmimi səy göstərən, Ondan lazım olduğu kimi çəkinən insanlara verəcəyini bildirmişdir. Başqa bir ayədə isə Allah həqiqi ləyaqəti Quran əxlaqını yaşayan insanlara verəcəyini belə bildirmişdir:

“Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir!” (“Hədid” surəsi, 57/18).

Həqiqi şərəf insanın sahib olduğu Allah qorxusu və axirət inancı səbəbi ilə aşağı səviyyəli insanlarla səviyyəsinin aşağı düşməməsi, adi davranışlara, xırda mənfəətlər əldə etmək üçün kiçik saxtakarlıqlara, yalana, ikiüzlülüklərə tənəzzül etməməsidir. İnsanların cahil davranışlarına yetkin hərəkətlərlə və gözəl əxlaqla əvəzini verməsidir. Mömin qadın da Allaha olan dərin imanı və qorxusu səbəbindən şərəfli və ciddi bir şəxsiyyət kamilliyi nümayiş etdirər. Quran əxlaqına uyğun hərəkət etməyin insanı həmişə üstün səviyyəyə gətirəcəyini bilərək Allahın bəyəndiyi təvazökar və təslimiyyətli əxlaqından heç vaxt güzəştə getməz.

Allah Quranın bir çox ayəsi ilə namusun əhəmiyyətinə və qadına qazandıracağı dəyərə də diqqət çəkmişdir. Allah bütün aləmlərinə qadınlarına Həzrəti Məryəmin əxlaqını və iffətini misal göstərdiyini bildirərək bu xüsusiyyətin insana qazandırdığı üstünlüyü xatırlatmışdır:

“Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur” (“Ali-İmran” surəsi, 3/42).

Allah Quranın başqa ayələrində isə namusun mömin qadının mühüm nəzərə çarpan xüsusiyyəti olduğunu belə xatırladır:

“Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mömin cariyələrdən alsınlar. Allah sizin imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin...” (“Nisa” surəsi, 4/25).

“...Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və gizli dostlar qəbul etməyənlər olaraq (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!” (“Maidə” surəsi, 5/5).

Başqa bir ayədə isə Allah namusun əhəmiyyətini “Onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasib olan budur...” (“Əhzab” surəsi, 33/59) ifadəsi ilə bildirmişdir. Namus hər qadına hörmət və şərəf qazandırır və onun cəmiyyət içində əziyyət görməyinin qarşısını alır.

Mömin qadınlar Allahın Quranda bildirdiyi bütün meyarlara ən gözəl şəkildə tabe olaraq şərəf, ciddiyyət və hörmət qazanırlar. Belə bir insanın bütün davranışlarından, danışıqlarından, hərəkətlərindən, üzündəki ifadədən, baxışlarından, gülüşündən nə qədər iffətli və ciddi insan olduğunu başa düşmək mümkündür. İffətli hər bir qadının təbii alicənablığı, insana uyğun heybəti və etibarlı bir şəxsiyyəti var. Həmçinin Allah yuxarıdakı ayədə də möminlərin bu xüsusiyyətləri ilə “tanındıqlarına” diqqət çəkmişdir. Quranın başqa bir ayəsində isə “...Onların əlaməti üzlərində olan səcdə nişanəsidir...” (“Fəth” surəsi, 48/29) ifadəsi ilə Allah möminlərin üzlərindən tanındıqlarına diqqət çəkmişdir.

İqtibaslar

21. Sahih al-Bukhari hadiths.

22. Bediuzzaman Said Nursi, The Risale-i Nur Collection, Barla Lahikası (Barla Letters), 78.

23. Bediuzzaman Said Nursi, The Risale-i Nur Collection, The Flashes Collection: The Twenty-first Flash.

24. Bediuzzaman Said Nursi, The Risale-i Nur Collection, Mesnevi-i Nuriye ("The seed-bed" of the Risale-i Nur), 215.

25. Sahih al-Bukhari hadiths.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Nümunəvi Müsəlman Qadın: Hz.Məryəm
  • Quranda Məryəm Oğlu İsa Məsih
  • Cahiliyyə Cəmiyyətində Qadına Münasibət
  • Quranda Qadına Verilən Dəyər
  • Qurana Görə İdeal Müsəlman Qadın Xarakteri
  • Allahın Quranda Diqqət Yönəltdiyi Qadınlar
  • Nəticə