Nümunəvi Müsəlman Qadın Həzrəti Məryəm

302 səhifə.
Bütün insanların yeganə yolgöstərəni Qurandır. Allah Quran ayələri ilə insanlara həyatları boyunca qarşılaşa biləcəkləri hər məsələdə ehtiyac duyacaqları hər cür bilgini, düzgün və səhv olanları bildirmişdir. Bundan başqa, Quran Peyğəmbərimizin (s.ə.v.) sünnəsini də bütün inananlar üçün bir yolgöstərən etmişdir. Ancaq bununla yanaşı, Allah Quranda peyğəmbərlərin və saleh möminlərin həyatlarından nümunələr göstərərək, insanların Quran əxlaqını gündəlik həyatda necə yaşayacaqlarını görə bilmələrini təmin etmişdir.
 
Allah "And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim üz döndərsə, bunun zərəri ancaq onun özünə olar. Allah möhtac deyildir, O, tərifə layiqdir!" ("Mumtəhinə" surəsi, 60/6) və "Həqiqətən Biz sizə açıq-aşkar ayələr, sizdən əvvəl gəlib gedənlər barədə hekayətlər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik" ("Nur" surəsi, 24/34) ayələri ilə bu insanların əxlaqında axirətə ümid edən təqva sahibi möminlər üçün gözəl nümunələr və nəsihətlər olduğunu xatırlatmışdır.
 
Adı Quranda qeyd edilən və möminlərin gözəl əxlaqı üzərində düşünüb özlərinə nümunə götürmələri lazım olan saleh möminlərdən biri də Hz.Məryəmdir. Hz.Məryəm "Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi... Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu" ("Təhrim" surəsi, 66/11-12) ayələri ilə Allahın gözəl əxlaqına görə Quranda bütün insanlara nümunə göstərdiyi iki qadından biridir. Dolayısı ilə Hz.Məryəmin bu gözəl əxlaqını hər məsələdə bizə ən düzgün məlumat verən Qurandan öyrənmək və bu əxlaq səviyyəsinə çatmağa səy göstərmək bütün mömin insanlar üçün mühüm bir məsuliyyətdir.

Nümunəvi Müsəlman Qadın Həzrəti Məryəm

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər