Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır
(Nəhl surəsi, 8)
Qağayı növünə daxil olan quşların dimdikləri qidalanma tərzindən asılı olaraq müxtəlif formalarda olur. Məsələn, yırtıcı qağayıların qarmaqvarı dimdikləri tutub qoparmaq üçün əlverişlidir. Atlantik okeanı sahillərində yaşayan kütdimdiklərlə (lat. fratercula) ağ qağayı kimi növlərin dimdikləri isə bir neçə balıq daşıyarkən suya baş vurub balıq ovlama qabiliyyətinə malikdir. Təkcə bir növə daxil olan quşların belə müxtəlif xüsusiyyətlərə sahib olması uca Allah`ın bənzərsiz və sonsuz yaratma sənətini gözlər önünə sərir.
www.derinbilgiler.net
Tənəffüs zamanı burnumuza daxil olan hava burada isidilir və nəmləndirilir. Burunun daxili səthini örtən selikli qişa su buxarı ifraz edərək daxil olan havanı nəmləndirir. Selikli qişanın altında yerləşən kapillyar damarlar isə havanın isinməsini təmin edir. Beləliklə, tənəffüs etdiyimiz hava həssas quruluşa malik ağciyərlərimiz üçün müvafiq vəziyyətə gətirilir. Sözügedən mexanizm mənzillərin isidilməsini və nəmləndirilməsini təmin edən qabaqcıl kondisioner sistemini xatırladır. Ümumi şəkildə bəhs etdiyimiz tənəffüs sistemi isə, əslində, olduqca mürəkkəbdir.
www.adnanoktar.az
Gözlə beyin arasındakı əlaqə 600 min sinir vasitəsilə təmin edilir. Eyni anda 1.5 milyon siqnalı qəbuletmə qabiliyyətinə malik göz bu siqnalları həmin anda analiz edir və dərhal saatda 500 km sürətlə beyinə ötürür. Bir nöqtəyə baxarkən bir-birindən fərqli yüzlərlə detal görürsünüz. Gözünüzün bunların hamısından gələn siqnalları eyni anda ayırd etməsi və analiz edərək beyinə göndərməsi, şübhəsiz, möcüzədir.
www.deriniman.org
İşçi arıların davranışlarını müşahidə etdikdə başıboş və məqsədsiz hərəkət etmədiklərinin şahidi oluruq. Pətəkdəki arılardan biri yeni yumurtalar üçün xanalar hazırlayarkən digəri ana arıya xidmət etmək üçün pətəklərin arasında gəzir. Bir digəri isə bal toplayır. Bütün arılar Rəbbimizin ilhamı ilə qüsursuz nizam-intizam və iş prosesi nümayiş etdirirlər.
www.meqaleler.com
Hüceyrələrin hərəkətində, orqanizmimizdəki kimyəvi reaksiyaların baş verməsində və sürətləndirilməsində fermentlər bilavasitə rol oynayır. Bir ferment bir reaksiyanı milyard dəfə sürətləndirə bilər. Məsələn, insan bədənindəki fermentlərdən yalnız biri öz funksiyasını itirsə, bu cümləni 1500 ilə oxuyub bitirərdiniz. Hətta siz bu cümləni oxuyana qədər həyati əhəmiyyət daşıyan digər reaksiyalar baş verməz, nəticədə, bir-birindən xəbərsiz və hərəkətsiz hüceyrələr bir-bir məhv olardı. Ancaq qüsursuz yaradılış sayəsində bu, baş vermir və fermentlər vəzifələrini nöqsansız yerinə yetirir.
Şimal qütbündə yaşayan susüpürənlər (lat. stamedia) hər il 30-40 min km yol qət edirlər . Bu quşların vətəni şimal qütbüdür. Lakin hər il Şimali Amerika, Qrenlandiya və Sibirdəki çoxalma bölgələrindən şimal qütbündəki qışlaqlara səfər edirlər.
www.heyvanlardakidizayn.com
Heç düşünmüsünüzmü, qütblərin buzlu sularında yaşayan balıqlar niyə donmurlar? Çünki bu balıqların dərilərində buz kristallarının istiliyini - 20 C dərəcəyə qədər yüksəldən zülal istehsal edilir. Bu zülal buz kristallarındakı oksigen molekulları ilə birləşərək genişlənmələrinə mane olur və canlının donmasının qarşısını alır.
www.Quranmocuzeleri.org