Özünü aldatmağın yerinə səmimiyyət...

Sonsuzluq içində insan yalnız bir dəfə sınanır. İnsanın sonsuz həyatını bu sınaq müddəti içindəki davranışları təyin edir. Bu qısa, amma çox əhəmiyyətli müddəti də insan özünü aldatmaqla keçirsə, imtahanı keçə bilməz. Əsl həqiqət də budur. İnsan özünü aldatmaqla nə həqiqəti dəyişdirə bilər, nə də məsuliyyətdən qaça bilər.

Tam əksinə, insanın dünyada həqiqətlərdən qaçması yalnız öz əleyhinədir. Bu insanın vicdanını susdurmaqla özünü aldatdığı, müxtəlif bəhanə və həqiqətlərlə rahatlaşdırmağa çalışdığı hər an, əslində, böyük itkidir. Axirətdə isə bu ağılsızlığı səbəbindən Allah`ın istəyi xaricində əsla bərpası mümkün olmayan peşmançılıq yaşayacaq.

Bu vəziyyətdə insan nəinki özünü aldatmalı, son dərəcə açıq şüur və diqqətlə qulluq vəzifəsini yerinə yetirməlidir. Bu da insanın hər an vicdanının səsinə qulaq asması və Allah`ın kitabına əməl etməsi ilə mümkündür. Səmimi olaraq iman edən insan üçün başqa yol yoxdur. İnsanın dünyada yaşadığı müddətdə hər keçən saniyə ölümə və hesab gününə bir az daha yaxınlaşdığını, etdiyi hər davranışdan, ağlından keçən hər düşüncədən Allah`ın xəbərdar olduğunu və bunlardan məsul tutulacağını düşünməsi ona ən gözəl və xeyirli olan yoldur.

Diqqət edin, Allah`a qarşı səmimi olmağa yönəldilən bu yol insan üçün ən asan olanıdır. Bir anlıq düşünməyin və qərar almağın ardından insan bütün həyatı boyu bu qərarın gətirdiyi şüur açıqlığı ilə yaşaya bilir. Bu şüur açıqlığını qazandığında isə heç bir mövzuda özünü aldadıb özünü əbədi zərərə salmaz.

Unutmayın! Özünü aldatmaq insan üçün odla oynamaq kimidir. İnsan bu şəkildə vaxtını keçirərkən və tamamilə dünyaya aludə olmuşkən bir anda canını təslim almağa gələn mələkləri yanında görə bilər. Mələklər canını bir ayənin ifadəsi ilə ağrı-acı ilə alarkən, görəsən, eyni oyunu və özünü aldatmanı davam etdirə biləcəkmi?

“Nə yaxşı etdim, dünyadakı həyatım boyunca yedim, içdim, gəzdim, əyləndim, məsuliyyətlərimi, qulluq vəzifəmi qulaq ardı etdim, heç düşünmədim”, - deyə biləcəkdirmi? Şübhəsiz ki, xeyr. Bu, ən qafil insanın belə ağlından keçirə bilməyəcəyi düşüncədir. Tam əksinə, o anda şiddətli qorxu, dəhşət və həyəcan içində olacaq. Amma bu, hələ başlanğıcdır, cəhənnəmin qapılarından içəri girdiyində bu qorxu və peşmançılıq dözülməz ölçülərə çatacaq, ruhu sonsuz uçuruma sürüklənəcəkdir.

Bu, bütün insanların ağlından bir an belə çıxarmamalı olduğu həqiqətdir. Allah bu həqiqəti ayələrində xatırladarkən özlərini aldadan insanların peşmançılıq və çarəsizliyini də belə bildirir:

Əzab sizə gəlməmişdən əvvəl Rəbbinizə dönün və Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz. Rəbbinizdən sizə endirilənin ən gözəlinə tabe olun; özünüz də bilmədən, qəfil əzab sizə gəlib çatmadan əvvəl. Adamın (əzab içində) belə deyəcəyi (gün): “Allah`a itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allah`ın dinini) məsxərəyə qoyanlardan idim!” Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” – deyəcəyi və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də (dünyaya) qayıda bilsəydim; yaxşı işlər görənlərdən olardım!” – deyəcəyi gündən çəkinin! (Zumər surəsi, 54-58)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Yaradılış məqsədini unutmamaq
  • Özünü aldatmadan səmimi dindar olmaq
  • İnsanlar hansı yalanlarla özlərini aldadırlar?
  • Özünü aldadanların sonu....
  • Özünü aldatmağın yerinə səmimiyyət...
  • Yaradılış həqiqəti - 1
  • Yaradılış həqiqəti - 2