Özünü aldadanların sonu....

Hər insan eyni vicdana malikdir. Vicdansız insanları yüksək vicdanlı insanlardan fərqləndirən bildikləri həqiqətlərə gözlərini yummaları və qulaqlarını qapamalarıdır.

Allah`ın Quranda təriflədiyi peyğəmbər olan Hz. İbrahim kimi həyatlarının hər anında vicdanlarının səsinə qulaq asanlar gözəl və dinc həyat yaşayarlar. Çünki bu insanlar doğruya tabe olmanın və axirətdə gözəl qarşılığı ümid etmənin verdiyi mənəvi rahatlıq içindədirlər. Vicdanlarına qulaq asmayan insanlara isə bunun tam əksi aiddir. Bu insanlar doğru olanı tətbiq etməməyin, haqq olana tabe olmamağın və bunun qarşılığında da böyük cəza alacaqlarını bilməyin gizli çətinliyini, yəni vicdan əzabını içlərində yaşayırlar. Hara getsələr də, nə etsələr də, bu çətinlik onları rahat buraxmaz. Dünyanın ən böyük sərvətinə də sahib olsalar da, ölkə-ölkə gəzsələr də, üstlərindəki bu mənəvi təzyiqdən xilas ola bilməzlər.

Əslində, vicdan əzabı etdiyi səhvdən dönməsi üçün insana Allah`dan xəbərdarlıqdır. Bu möminlər üçün böyük nemət və tövbə edib davranışlarını düzəltmələrinə təşviqdir. Amma din əxlaqından və səmimiyyətdən uzaq insanlar üçün sözün əsl mənasında bir əzabdır. Onlar yaşadıqları bu çətinliyin səbəbini bildikləri halda, davranışlarını düzəltmək əvəzinə bunun səbəbini anlamazlıqdan gəlirlər. Buna görə də həyatları boyunca həqiqi mənada xoşbəxt və rahat ola bilmirlər.

Yuxarıda bəhs edilən həqiqətləri bildikləri halda, görməzlikdən və anlamazlıqdan gələrək özlərini aldadan insanlar ömür boyu bu mənəvi əzab içində yaşayırlar. Vicdanları əzab içində olarkən özlərinə saxta xoşbəxtliklər yaratmağa çalışır, ancaq bacara bilmirlər. Çünki əzab içindəki vicdanı rahatlaşdırmağın yeganə yolu Allah`a tövbə edib buna səbəb olan səhvi tərk etməkdir.

Əgər siz də vicdanınızı dinləməyin yerinə müxtəlif bəhanələrlə özünüzü aldadıb nəfsinizin istək və həvəslərinə tabe olsanız, əsla qaça bilməyəcəyiniz mənəvi əzabın içində yaşayarsınız. Ancaq özünüzü aldadıb əbədi həyatınız boyu yaşayacağınız çətinlik yalnız dünyadakı çətinliklərlə məhdud qalmaz. Çünki Allah dünyada özlərini aldadaraq hesab gününü qulaq ardı edən insanların axirətdə də böyük əzab və peşmançılıqla qarşılaşacağını xəbər vermişdir. Belə ki, Quranda hesab günü aldanma günü olaraq da xatırlanır:

Allah`ın sizi toplayacağı gün – məhz o gün qarşılıqlı aldanma günüdür! Kim Allah`a iman gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu altından çaylar axan əbədi qalacaqları cənnətlərə daxil edər. Bu, böyük xoşbəxtlik və qurtuluşdur! İnkarçı olub ayələrimizi yalan sayanlara gəldikdə isə onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir! (Təğabün surəsi, 9-10)

Ayələrdə bildirilən aldanma günü insanın ölümü ilə birlikdə başlayar, dirilişlə və hesabla davam edər, inkarçıların əbədi yurdları olan cəhənnəmə göndərilməsi ilə sona çatar. Dünyada olarkən özlərini müxtəlif bəhanələrlə aldadan, şeytanın vədlərinə aldanan insanların cəhənnəmdə qarşılaşacaqları hadisələrdən bəziləri Quranda belə xəbər verilmişdir:

Ölüm, həqiqətən, gələcəkdir. Bu, sənin qorxub qaçdığın şeydir! Sur çalınacaqdır. Bu vəd olunmuş gündür! Hər bir kəs bir sürüyən və bir də şahidlə gələcəkdir. (Ona belə deyiləcəkdir:) “Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!” Yoldaşı deyəcəkdir: “Bu yanımdakı hazırdır!” (Allah buyuracaqdır:) “Atın cəhənnəmə hər bir inadcıl kafiri; xeyirə mane olanı, həddi aşanı, şəkk edəni! O kimsəni ki, Allah`la yanaşı, özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!” Yoldaşı deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o, özü haqq yoldan çox azmışdı!” (Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə bu əzabı bildirmişdim. Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə zülm edən deyiləm!” O gün Biz cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir. (Qaf surəsi, 19-30)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Yaradılış məqsədini unutmamaq
  • Özünü aldatmadan səmimi dindar olmaq
  • İnsanlar hansı yalanlarla özlərini aldadırlar?
  • Özünü aldadanların sonu....
  • Özünü aldatmağın yerinə səmimiyyət...
  • Yaradılış həqiqəti - 1
  • Yaradılış həqiqəti - 2