Dünya həyatında hər insan doğulur, böyüyür, təlim-tərbiyə alır və iş həyatına daxil olur. Evlənir, uşaq sahibi olur, pul və etibar qazanmaq üçün çalışır, sonra uşaqlarını evləndirib nəvə sahibi olur. Bunların hamısı, əlbəttə ki, lazımlı işlərdir. Ancaq din əxlaqından uzaq cəmiyyətlərdə yaşayan insanlar sadəcə bunlara bənzər bir neçə dünyəvi məqsəd üçün yaşayırlar. Halbuki, dünya həyatı çox qısadır və insanın dünyada yaşamasının əsl məqsədi Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün çalışmaqdır. Bu həqiqəti unudub sadəcə dünyəvi işlərlə vaxtını keçirənlər böyük səhvə yol verirlər və özlərini aldadırlar.
Hər insan heç gözləmədiyi bir anda həyatın ən böyük və qaçılmaz həqiqətlərindən biri ilə qarşılaşacaqdır. Ölüm vaxtı gəlmişdir. Çevrəsində bir çox insanın ölümünə şahid olmuş, buna baxmayaraq, öz ölümünü həmişə uzaq görmüşdür. Dünya üçün var gücü ilə çalışıb ölümdən sonrası üçün hazırlıq görməmişdir. Özünü aldadan insan ölüm kimi qəti həqiqətlərdən və Allah`a qarşı məsuliyyətlərdən qaçacağını zənn edir. Halbuki, özünü aldatmaq insanın qurtuluşu üçün çarə deyil, əksinə, insanı sonu cəhənnəmdə bitən bir yola sürükləyir...
Bu kitabda bəzi insanların həyatları boyu özlərini aldatdıqları mövzular və görməzlikdən gəldikləri həqiqətlər barədə söz açılır və bu yolun insanı hansı zərərə apardığı barədə bəhs olunur.