Allahın Quranda bildirdiyinə görə, şeytan insanları daim doğru yoldan azdırmağa, Allahın dinindən və Quran əxlaqından uzaqlaşdırmağa çalışır. |
Şeytan günün 24 saatı bu fəaliyyətinə müntəzəm davam edir, varlı, kasıb, gənc, yaşlı, gözəl, çirkin fərqi qoymadan hər insanı yoldan çıxarmaq üçün cəhd göstərir. Çünki şeytan hər kim olursa-olsun bütün insanlara böyük bir kin duyur.
Şeytanın bu kini ilk insanın yaradılması ilə başlayıb. Allah Hz.Adəmi yaratdıqdan sonra şeytandan ona səcdə etməsini istəmiş, ancaq şeytan öz təkəbbürü, qısqanclığı ucbatından Allaha itaət etməmiş və Hz.Adəmə səcdə etməyi rədd etmişdir. Şeytan bu üsyanına və kobudluğuna görə Allahın hüzurundan qovulmuşdur. Rəbbimiz bu hadisəni bizlərə bu şəkildə xəbər verir:
Allah şeytanın bu vəziyyətə düşməsinə səbəb olan insanları azdırmaq üçün Allahdan möhlət istəməsini və qiyamət gününə qədər azdırma fəaliyyətinə başlamasını isə Quranda belə xəbər verir:
Şeytanın hədəfi başda Allahın dininə sıx sarılan möminlər olmaqla bütün insanlardır. Onun arzusu bacardığı qədər çox insanı özü ilə bərabər cəhənnəmə sürükləməkdir. Şeytan insanların Allaha səmimi bir şəkildə, qəlbən ibadət etməsinə mane olmağa, Allahın dinindən və Qurandan uzaq durmasını və bunun nəticəsində sonsuz əzab çəkməsini təmin etməyə çalışır.
İman gətirənlər isə özlərinin ən böyük düşməni olan şeytanın hər an iş başında olduğunu bilir. Onlar Allahın əmrlərinə ciddi itaət etmək məsələsinə diqqət yetirərkən şeytanın hiylə və oyunları qarşısında hər an ayıq-sayıqdırlar. Ondan gələn vəsvəsələrə, boş vədlərə, şübhələrə, Quran əxlaqına zidd olan qışqır-bağırlara, təxirə salmalara, unutdurma və ya Allahın yolundan döndərməyə yönələn cəhdlər qarşısında ayıq-sayıqdır (ətraflı məlumat üçün bax: Harun Yəhya, "İnsanın açıq düşməni - Şeytan"). Allah şeytanın insana verdiyi vəsvəsələrə "Bəqərə" surəsində belə bir örnək verir:
Məsələn, yuxarıdakı ayədə də bildirildiyi kimi, şeytan işini itirən bir insana hər canlının ruzisini Allahın verdiyini unutdurmağa və insanı pul tapa bilməyəcəyi, ac qalacağı ilə qorxutmağa çalışır. O bu şəkildə qorxu verdiyi kimi müxtəlif vəsvəsə və təlqinlərlə insanları öz yanına çəkmək üçün çalışır. Allah şeytanın vəsvəsələrinə qarşı insanlara Quranda belə yol göstərir:
Şeytanın vəsvəsələrindən qorunmaq üçün lazım olan ən vacib iş Allaha sığınmaqdır. Unutmaq olmaz ki, şeytan da Allahın nəzarətindədir və Allah istəsə, onun heç bir şeyə gücü çatmaz. Allah Quranda insanlara şeytandan Ona sığınmaları üçün belə dua etməyi əmr edir:
Quran əxlaqına sahib olan bir insan daim şeytandan Allaha sığınır və öz düşüncəsi imiş kimi zehnindən keçən şeytanın vəsvəsələrini özünün Quran əxlaqına uyğun olan düşüncələrindən ayırır. Hər an ayıq-sayıq davranaraq şeytanın söylədiklərinin heç birinə əhəmiyyət vermir. Etdiyi və ya düşündüyü bir işə şeytanın qarışmasına izn vermir. Məsələn, bir işlə məşğul olarkən, tək olarkən, biri ilə danışarkən, bir hadisə ilə qarşılaşarkən, qarşısına bir çətinlik çıxarkən şeytanın pusquda gözlədiyini və onun Allahın razı olmayacağı davranış və sözləri təlqin etdiyini bilərək hərəkət edər. Hər vəziyyətdə, hər şəraitdə Qurana uyğun şəkildə danışır və hərəkət edir. Şeytanın fəaliyyətinin möminə təsir göstərməməsinin səbəbi məhz budur. Rəbbimiz haqqında bəhs edilən həqiqəti Quranda bu şəkildə xəbər verir:
Möminlər Allahın "Ata-anaya, qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, müsafirə, sahib olduğunuza yaxşılıq edin!" ("Nisa" surəsi, 36) hökmünə uyğun olaraq ətraflarındakı insanlara qarşı gözəl rəftar edirlər. |
Heç bir zaman davakar, tərs, pozucu bir əməl nümayiş etdirmir və ətraflarındakı insanları da bu məsələdə doğru yola yönəldirlər. Möminlər Quran əxlaqına uyğun yaşadıqları üçün ən əvvəl özləri hər zaman sülhsevər, anlaşmaya meylli və yaradıcı bir xarakter göstərirlər. Onlar dindən uzaq yaşayan insanların tez-tez yaşadıqları "küsmək", "davakarlıq", "mübahisə etmək" kimi pozulmuş davranış tərzinə Quran əxlaqında yer olmadığını bilirlər. Buna görə də nə olursa-olsun bağışlama, xoşməramlılıq və qarşı tərəfi gözəl olana çəkmək yoluna gedirlər. Allah bir ayədə "Hər kəs səbir edib bağışlasa, bu, çox bəyənilən əməllərdəndir!" ("Şura" surəsi, 43) ifadəsi ilə bunun üstün bir əxlaq xüsusiyyəti olmasına diqqət çəkir.
Allah insanlara bir-birinə qarşı anlayışlı, mehriban və bağışlayan olmağı əmr edir. Buna diqqət çəkilən ayələrdən birində belə buyrulur:
Buna görə də mömin gün ərzində rastlaşdığı insanlarla son dərəcə anlayışlı və mehriban davranmağa diqqət edir. Məsələn, səhər yatarkən səs-küy salaraq onu oyandıran adamla anlayışlı davranır. O insanın yalnız Allahın nəzarətində hərəkət edə bildiyini başa düşür. Həmin an onun oyanmasını istəyən Allahdır və Rəbbimiz o insanı buna səbəb etmişdir.
Halbuki belə bir hal bəzi insanlar üçün hirslənməyə, mübahisə etməyə əsas yaradır. Mömin insan ona səhvən zərər verən, diqqətsizlik nəticəsində bir qəzaya səbəb olan insanlarla da gözəl şəkildə rəftar etməyə çalışır. Qarşılaşdığı hal nə qədər ani və əhəmiyyətli olursa-olsun əsəbiləşib hirslənmir, özünü itirmir, ətrafındakıları incitmir. Özünün də səhv etdiyini və belə bir vəziyyətdə eyni davranışı qarşı tərəfdən də gözlədiyini düşünür. Rəbbimizin bir az əvvəl bildirdiyimiz "Nur" surəsinin 22-ci ayəsində diqqət çəkdiyi kimi, mömin insan sonsuz şəfqət və mərhəmət sahibi olan Allahın onun etdiyi günahları bağışlamasını umur. Əgər mömin Allahın "Bağışlayan" sifətinin öz əxlaqında əks olunmasına cəhd göstərməsə, onun bu əməlinin Quran əxlaqına zidd bir davranış olacağını bilir.
Quran əxlaqına uyğun yaşayan bir insan ən gözəl əxlaqın sahibidir. Labüd gərginlik və sıxıntıların qarşısı onun evdə, işdə, yolda, gün ərzində göstərdiyi müsbət davranışlar sayəsində alınır. Bundan başqa, mömin göstərdiyi bu ləyaqətli davranışla qarşısındakı insanlara da nümunə olur. Ən önəmlisi isə odur ki, o, Quranda tərif olunan bir davranışı yerinə yetirmiş və Allahın bəyəndiyi kimi hərəkət etmiş olur.
Hədis alimləri Peyğəmbərimizin (s.ə.v.) ətrafındakılara qarşı göstərdiyi nümunəvi davranışı belə bildirmişdir:
"Hüzurunda oturan hər kəsə mübarək üzündən nəsibini verir, iltifat buyururdu. Buna görə hüzurundakı hər kəs onun nəzdində özündən daha dəyərlisinin olmadığı düşüncəsinə qapılırdı. Bəli, onun oturuşu, insanları dinləməsi, sözləri, gözəl lətifələri və təvəccühü həmişə nəzdində oturanlar üçün idi. Bununla bərabər onun məclisi həya, təvazökar və etibar məclisidir... Səhabələrinə ikram və könüllərini açmaq üçün künyələri ilə çağırır, künyəsi olmayanlara künyə taparaq onunla xitab edirdi. Hirslənməkdən son dərəcə uzaq idi və bir şeyə tez riza göstərərdi. İnsanlara qarşı insanların ən şəfqətlisi idi. Bəli, insanların ən xeyirlisi insanlara xeyri dəyən, insanların ən yararlısı da insanlara faydalı olandır".
Əlbəttə, bizlərin də özümüzə nümunə götürməyimiz vacib olan cəhət Peyğəmbərimiz Hz.Muhəmmədin (s.ə.v.) bu, ən gözəl davranışıdır. Quran əxlaqına uyan və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini tətbiq edən insanlar Allahın izni ilə dünyada gözəl bir həyat yaşamağı, axirətdə də Allahdan böyük bir mərhəmətlə əvəz görməyi uma bilərlər.
Məsələn, səhər-səhər imtahana çatması vacib olan bir insan saatı xarab olduğu üçün yatıb yuxuya qala bilər. Sonra da oyanıb böyük bir təlaşla məktəbə çatmağa tələsərkən çox uzun bir yol tıxacına düşə bilər. Məktəbə gecikdiyini xəbər vermək üçün telefonla zəng etmək istəyərkən telefon xəttinə düşməyə bilər. Bu zaman yanındakı bir insan ondan bir söz soruşanda o adama sərt şəkildə, səsinin tonunu yüksəldərək cavab verə bilər. Hətta heç cavab vermədən tərs bir baxışla baxa bilər. Bəhs edilən bu adam özünün hər zaman yardımsevər və anlayışlı bir insan olduğunu iddia etdiyi halda, belə bir vəziyyətdə artıq "səbrinin tükəndiyini" söyləyərək bunun əksi olan anlayışsız bir davranış göstərə bilər.
Allahın Quranda tərif etdiyi gözəl əxlaqın bəzi cəhətlərinə uyğun yaşayan insanlar hər bir cəmiyyətdə var. Bu insanlar yeri gələndə fədakar, mülayim xasiyyətli, mərhəmətli, ədalətli, yardımsevər insanlara xas davranış göstərə bilirlər. Ancaq haqqında bəhs edilən adamlar gözəl əxlaqlı olduqlarını nə qədər iddia etsələr də, bu əxlaqda səbir göstərə bilmədikləri anlar mütləq olur. |
Mömin insan isə hansı şəraitdə olursa-olsun həmişə və hər şəraitdə Quran əxlaqına uyğun yaşamağa cəhd göstərir. Qarşısına çıxan insanların səhv, xoş olmayan sözlərinə və ya davranışlarına da gözəl bir səbrlə cavab verir (ətraflı məlumat üçün bax: Harun Yəhya, "Quranda səbrin əhəmiyyəti"). Məsələn, yolda gedərkən biri avtobusa minmək üçün onu kənara itələyə bilər. Bir dostu əsəbiləşərək ona pis sözlər söyləyə bilər. Və ya yolda gedərkən yanından keçən maşının sürücüsünün diqqətsizliyi nəticəsində hər yeri başdan-ayağa palçığa bulaşa bilər. Bu misalları əlbəttə ki, çoxaltmaq da mümkündür. Ancaq Quran əxlaqını mənimsəyən bir insan bütün bu hadisələrin onun qədərində (taleyində) bu şəkildə yaradıldığını anlayaraq gözəl bir şəkildə səbir edir və əsla hirsli, tərs bir davranış göstərmir. Əlbəttə, bir yandan da bu tip hadisələrlə təkrar qarşılaşmamaq üçün hər cür tədbir görür və əlindən gələn bütün gücündən istifadə edərək sıxıntı yaradan məsələləri aradan qaldırmağa çalışır. Quran əxlaqına görə, insanın özünə zərər verən bir hadisədə də qarşı tərəfə səbir göstərməli, pisliklərə yaxşılıqla cavab verməlidir. Allah Quranda möminlərin göstərdikləri səbir sayəsində pislikləri ən gözəl şəkildə uzaqlaşdırdıqlarına belə diqqət çəkir:
Bu yanlış təsəvvürə sahib olan insanlar tərs davranmağı, təkəbbür və həqarət dolu sözlər söyləməyi, hörmətsiz və kobud cavab verməyi adətən bir üstünlük kimi qəbul edirlər.
Bəzi insanların vicdanı onlara qarşı xəta edən birisinə münasibətdə bağışlayan olmağı, pis söz söyləyənə qarşı gözəl bir söz söyləməyi bildirsə də, onlar nəfslərinə uyub bağışlamamağı və ya pis sözə lap pis sözlə cavab verməyi üstün tuturlar. |
Əlbəttə, bunlar Quran əxlaqına tamamilə ziddir. Allah Quranda gözəl sözün nə qədər bərəkətli olduğunu və insanlara həmişə xeyir gətirəcəyini bu nümunə ilə bildirir:
Bu ayələrdən də gördüyümüz kimi, gözəl söz söyləyən və ona uyan adam həm dünya, həm də axirət həyatında çox böyük gözəlliklərlə, bənzərsiz nemətlərlə mükafatlandırılacaq. Ancaq pis söz söyləyən də, ona uyan da sonu cəhənnəm olan qaranlıq bir yola girmiş olacaq.
Mömin adam gün ərzində qarşılaşdığı insanlara gözəl tərzdə xitab edir. Olduğu hər yerdə Allahın dinini izah edir, Quranla öyüd verir, Allahın ayələrini xatırladan sözlər söyləyir və insanları gözəl sözlərlə qürurlandırır. Dostlarını təşviq edib həvəsləndirmək üçün Quran əxlaqına uyğun cəhətlərini dilə gətirir. Ətrafındakı insanların günlərinə daha həvəsli və nəşəli bir şəkildə davam etməsini təmin edəcək şəkildə danışır. Möminin bu davranışını yaxarıdakı ayədə xatırladılan barlı-bəhərli gözəl ağaca bənzədə bilərik.
Halbuki bəzi insanlar başqalarının gözəl xüsusiyyətlərini deyil, onları alçaltmaq məqsədilə çatışmazlıq və qüsurlarını dilə gətirməyi üstün tuturlar. Rəbbimiz yuxarıda bildirdiyimiz "İbrahim" surəsindəki ayələrdə buna da diqqət çəkərək bu cür sözləri fayda verməyən pis bir ağaca bənzədib. Çünki pis söz mövcud olan gözəl münasibətləri pozduğu kimi qarşı tərəfin şövq və həvəsini öldürəcək, onun sıxılmasına, üzülməsinə səbəb olacaq.
Digər tərəfdən, mömin insan bir adamla danışarkən, ona öz çatışmazlıq və qüsurlarını düzəltməsi yönündə öyüd verərkən və ya səhvlərini xatırladarkən sözün ən gözəl olanını seçməyə cəhd göstərir, beləliklə də Allahın aşağıdakı hökmünü yerinə yetirmiş olur:
Allahın bu ayədə də bildirdiyi kimi, şeytan insanları gözəl söz söyləməkdən uzaqlaşdırmağa və bu yolla insanların arasına düşmənçilik salmağa çalışır. Pis bir söz söylənən zaman şeytan o an iki tərəfin arasını vurmaq üçün müxtəlif vasitələrə əl atmağa başlayır. Pis sözə məruz qaldığına görə sıxıntı hiss edən insan şeytanın verdiyi vəsvəsələrin təsiri ilə qarşı tərəfə eyni şəkildə cavab verir. Bu da insanların dostluğunun pozulmasına, hətta sona çatmasına səbəb olur. Ancaq gözəl bir söz şeytanın insanları yanıltma ehtimalını aradan qaldırır. Bu səbəblə möminlər şeytana imkan verməmək və ona əlverişli şərait yaratmamaq üçün bir-birinə ən gözəl şəkildə xitab etməyə çalışırlar. Belə bir davranış isə onların bir-birinə olan bağlılıqlarının və yaxınlıqlarının artmasına səbəb olur. Peyğəmbərimiz (s.ə.v.) də möminlərə həmişə gözəl əxlaqı və gözəl sözü əmr etmişdir:
"Sənə zülm edəni əfv et. Səndən küsənlə barış, sənə pislik edənə yaxşılıq et. Əleyhinə də olsa haqqı söylə".
"İnsanlarla gözəl əxlaqla rəftar et".
Cahil cəmiyyətdə bəzi insanlar kobud, səriştəsiz, düşüncəsiz və hörmətsizdir. Möminlər isə bu cür üslub və davranışlardan şiddətlə qaçırlar, onlar zərif, duyğulu, həssas və incə düşüncəli bir şəxsiyyətə sahibdir. Bunlar eyni zamanda Allahın elçilərinin xüsusiyyətləridir. Quranda Hz.Musanın incə düşüncəli bir davranışına belə diqqət çəkilir:
Hz.Musa qarşılaşdığı xanımların köməyə ehtiyacının olduğunu həssas bir insan olaraq dərhal anlamış və vaxt itirmədən onlara kömək etmişdi. İman gətirənlər Hz.Musanın Quran ayələrində təriflənən bu xüsusiyyətini gün ərzində özlərinə örnək edirlər. Ətraflarındakı insanların çətin və ya sıxıntılı bir vəziyyətdə olduğunu görərkən dərhal onlara əllərindən gələn köməyi etməyə çalışırlar. Bununla bərabər onların şadlanması və gözəl bir mühit təmin etmək üçün xoşlarına gələcək gözəl davranışlar göstərirlər.
Ətrafdakı insanları narahat etməməyə çalışmaq incə düşüncəli bir hərəkətdir. Bir insanın ailədə müştərək istifadə olunan əşyaları və ya yerləri təmiz və səliqəli saxlaması, birinin narahat olması ehtimalının olduğu hallarda yüksək səslə danışmaqdan və ya musiqi dinləməkdən çəkinməsi, söhbət etməyə çalışdığı insanın işinin olub-olmadığını, o anda onu dinləməyə münasib vaxtının olub-olmadığını nəzərə alması, tələsən, bir şeyi harasa çatdırmağa çalışan insanlara mane olmaması gündəlik həyatda tez-tez qarşılaşdığımız incə düşüncəli davranışlarla misal ola bilər.
Cahil cəmiyyətdə bəzi insanlar kobud, səriştəsiz, düşüncəsiz və hörmətsizdir. Möminlər isə bu cür üslub və davranışlardan şiddətlə qaçırlar, onlar zərif, duyğulu, həssas və incə düşüncəli bir şəxsiyyətə sahibdir. |
İncə düşüncəli olmağın mühüm göstəricilərindən biri də başqalarına yer və ya imkan verməkdir. Nəqliyyat vasitələrində oturmağa ehtiyacı olan birinə yer təklif edilməsi, alış-veriş zamanı eyni anda kassaya gələn iki adamdan birinin digərinə yer verməsi insanların bir-birinə yaxınlaşmasına və gözəl dialoq qurmasına səbəb olur. Bir-birinə incə düşüncələrlə yaxınlaşan insanların aralarındakı münasibətlər sağlam sevgi və hörmətə əsaslanır. Bundan başqa, bu insanlar birlikdə yaşamaqdan məmnun olur, bir daha qarşılaşmaqdan böyük zövq alırlar.
Buna əks şəraitdə, yəni yalnız öz mənfəətləri üçün hər kəsin bir-birinə bir şey etdirməyə, bir-birindən yararlanmağa çalışdığı şəraitdə isə insanlar arasında həqiqi dostluğun yaşanması mümkün olmaz. Acıq verməyə yönələn söhbətlər, süni davranışlar dostluğa mane olur. Boş danışıqlarla əmələ gələn söhbətlər sıxıntılı mühit yaradır. Allahın xatırlanmadığı belə yerlərdə əlbəttə ki, heç kim olmaq istəməz.
Həzrəti İbrahim peyğəmbərin qonaqpərvərliyini nümunə götürən möminlər öncə qonaqlarını salamlayaraq onları gözəl bir şəkildə qarşılayır, onlara hörmət, sevgi və gülər üz göstərirlər. Daha sonra bütün ehtiyaclarını düşünərək onların söyləməsinə və hiss etdirməsinə lüzum qalmadan bu ehtiyaclarını ödəməyə, onları razı salmağa çalışırlar. Bundan başqa, bəhs edilən hörmət və ikramı gecikmədən göstərməyə çalışırlar. Quran əxlaqının daha bir vacib şərti də qonaqlara evdə olan yeməklərin ən gözəlinin verilməsidir.
Hz.İbrahimin qonaq qarşılamaqda göstərdiyi diqqət barədəki ayələr Quran əxlaqına uyğun olan qonaq qarşılama üsulu haqqında bilgi verir: |
Halbuki cahil cəmiyyətdə yaşayan bəzi insanlar onlara gələn adamları tanısalar belə, qapını açmırlar. Qonaq etmək məcburiyyətində qaldıqları adamları isə çox zaman istəməyə-istəməyə qarşılayırlar. Bu qarşılanmanı da adət-ənənələrə bağlılığa və ya sosial bir çətinliyə görə yerinə yetirirlər. Bundan başqa, bu insanların qonaqların vəziyyətinə görə davranışları da dəyişir. Yoxsul bir insanı qarşılayarkən hörmət etməkdən çəkinib onu boğazdanyuxarı bir şəkildə ötüşdürməyə çalışırlar. Ancaq əgər qonaq varlı, sözükeçən bir adamdırsa, bu dəfə necə qonaqlıq təşkil edəcəklərini də bilmir, yəni ən gözəl yeməklərini ən gözəl şəkildə təqdim etməyə böyük səy göstərirlər.
Ev sahibinin göstərdiyi qeyri-səmimi və könülsüz davranışlar qonaqları əlbəttə ki, narahat edir, qonaqlığı cansıxıcı bir hala gətirir. Bu da hər iki tərəf üçün tezliklə bitməsi arzulanan bir vəziyyət yaradır. Qonaq gəldiyinə peşman olur, ev sahibi isə qonaq etdiklərinə və itirdiyi vaxta görə heyfsilənir.
Nəticə olaraq deyək ki, insanlar arasında gözəl söhbətlərin və qarşılıqlı gözəl qonaqlıqların, həmrəyliyin, birlik və bərabərliyin artması ancaq Quran əxlaqının tətbiq edilməsi ilə baş verə bilər.
Möminlər gün ərzində qarşılaşarkən bir-birinə ən gözəl istək və arzularını deyirlər, başqa sözlə desək, salam verirlər. Allahın "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya qaytarın!..." ("Nisa" surəsi, 86) ayəsindəki əmrini bu şəkildə yerinə yetirirlər. Başqa bir ayədə isə Allah möminlərə evlərə girərkən salam vermələrini nəsihət edir: |
Mömin evindən çıxarkən qarşılaşdığı qonşularına gülərüzlə xeyirli bir gün, Allahdan bir rəhmət və sağlamlıq diləyir. Küçədə rastlaşdığı adamlarla, iş yerlərindəki dostları ilə və digər insanlarla da eyni şəkildə salamlaşır. Ona salam verən insan hər kim olursa-olsun, salamı alır və ona daha gözəl bir şəkildə cavab verir. Möminin bu davranışı Quran əxlaqının sosial münasibətlərə gətirdiyi gözəlliklərdən biridir. Bir-birini tanımayan insanlar arasındakı soyuq və cansıxıcı mühit salamla aradan qaldırılır. İnsanlar bir-birinə yaxınlaşır, bir-birini tanımasalar belə onların arasında isti bir atmosfer yaranır.
Cahil cəmiyyətində isə salamlaşma ümumiyyətlə "adətə görə" edilir. Bəzi insanlar yalnız mənfəət güdən münasibətdə olduqları və ya mənfəət umduqları kimsələrə salam verirlər. Bəzən özlərindən daha kiçik gördükləri adamları alçaltmaq məqsədilə onların hətta salamını da almır və ya özlərini eşitməməzliyə vururlar. Ən önəmli cəhət isə belə pis davranışların cahillərin əxlaq modelində adi qarşılanmasıdır.
Allah "Kəhf" surəsinin 54-cü ayəsində bu pis əxlaqa diqqət çəkərək insanın "ən çox mübahisə edən" olduğunu bildirir. Bu səbəblə möminlər birlik, bərabərlik və qardaşlıq ruhunun zədələnməsinə və ya zəifləməsinə səbəb olan hər cür mübahisə və münaqişədən qətiyyətlə qaçırlar. Çünki Allah bu davranışı qəti olaraq yasaqlamışdır:
Ayədə bildirildiyi kimi, mübahisə və münaqişə insanların gücünü qıran, heç bir məsələni həll etməyən, fayda verməyən, şeytanın vəsvəsəsi ilə edilən bir hərəkətdir. İnsanın vicdanı münaqişəni, davanı qəbul etmədiyi halda nəfsi onu çəkişməyə, münaqişəyə itələməyə çalışır. Buna görə Quranı özünə rəhbər tutan və hər zaman vicdanına uyan bir adam münaqişənin yaranmasına heç vaxt izn verməz. Bir anlıq qəflət nəticəsində çəkişməyə girsə belə dərhal diqqətini toplayar, Allahın hökmünü xatırlayar və gördüyü bu işin Allah tərəfindən bəyənilmədiyini dərk edərək ondan dərhal imtina edər.
Məlum bir həqiqətdir ki, mübahisə insanları bir-birinə zidd salan, ayrılığa, dava-dalaşa və münaqişələrə səbəb olan haldır. Çox yaxın iki dost arasında yaranan kiçik bir mübahisənin böyüməsi ilə bütün gözəl hisslərin yerini qəzəb tutur. |
İman gətirən insanlar gün ərzində cürbəcür adamlarla qarşılaşa bilərlər. Bununla bərabər onlar hansı şərait olursa-olsun münaqişədən qaçırlar. Məsələn, alış-veriş zamanı qoyulan qiymətlər qarşısında satıcı ilə, vaxtında gəlməyən avtobusun sürücüsü ilə, növbə gözləyərkən yavaş işləyən işçilərlə münaqişə etməzlər. Əgər onlara qarşı haqsızlığın edildiyi bir vəziyyətlə qarşılaşsalar, məsələni münaqişə edib hirslənməklə deyil, gözəl bir üsulla və ağıllı bir metodla həll etməyi üstün tuturlar. Rəbbimiz mömin insanın qəzəblənməməsinin vacibliyini "Ali-İmran" surəsində belə buyurur:
"O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər" ("Ali-İmran" surəsi, 134).
Quran əxlaqına uyğun yaşayan bir insan özünün əxlaq anlayışını qarşısındakı adamların davranışlarına görə dəyişdirməz. Qarşı tərəf istehza ilə danışa bilər, çirkin sözlər söyləyə bilər, qəzəblənə bilər, pislik edə və ya düşməncəsinə davrana bilər. Ancaq mömin insanın alicənablığı, təvazökarlığı, mərhəməti və mülayimliyi heç bir vaxt dəyişməz. Ona söylənən pis bir sözə pis sözlə cavab verməz. İstehza edənə istehza ilə, qəzəbə qəzəblə cavab verməz. Hirslənən bir insana qarşı sakit olar və özünə nəzarət edər. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində möminlərə bu cür nəsihət etmişdir:
Mömin insan hər an hər şeyin onun imtahan edilməsi üçün yaradıldığını bilir. Bu səbəblə də insanlarla münaqişə etmək əvəzinə gözəl sözlər danışmağı, onlara qəzəblənmək əvəzinə qəzəbini udaraq səbr göstərməyi üstün tutur. Bilir ki, bunlar Allahın razı olduğu davranışlardır və Onun rizasını qazanmağa ümid edir.
Bəzi insanlar var ki, başqa insanların onlarla müqayisədə maddi və ya mənəvi bir üstünlüyə ya da onlarda olmayan bir şeyə sahib olmaları həmin adamlarda paxıllığa səbəb olur. Məsələn, bir yerdə özlərindən daha gözəl və ya yaraşıqlı bir insanın olması bəzi insanların qısqanclıq hisslərinin qabarması üçün bir səbəbdir. Bəziləri də varlı, bacarıqlı, bilikli, mədəniyyətli, çalışqan, gözəl evlərə sahib olan insanlara Həsəd aparırlar. Etibar, şöhrət və ya mövqe də xəsisliyə səbəb ola bilər. Ancaq Həsəd aparan, paxıllıq edən insanların qulaqardına vurduqları çox mühüm bir həqiqət var. Allah insanlara bu həqiqəti belə xatırladır:
Hər şeyin sahibi Rəbbimiz olan Uca Allahdır. Allah istədiyi insana Özünün istədiyi qədər ruzi verir. İnsanın ona verilən ruzinin az və ya çox olmasına heç bir təsiri yoxdur. Gözəlliyin, mal-mülkün, üstünlüyün mütləq sahibi Uca Allahdır. Mömin insan bu həqiqəti dərk edir. Buna görə də gün ərzində özünün sahib olmadığı, ancaq nəfsinin xoşuna gələn nə ilə qarşılaşırsa qarşılaşsın, buna görə heç bir Həsəd Hissi keçirməz. Özündən daha gözəl və ya daha varlı birini görəndə gözəlliyin və zənginliyin əsl sahibinin Allah olduğunu düşünür. Allahın istədiyini seçdiyini, istədiyinə istədiyi neməti verdiyini, seçimin və qərarın yalnız Ona aid olduğunu bilir. Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkildə yaratdığını, dünyada verilən hər cür nemətin insanlar üçün bir sınaq olduğunu, əsl yurdun axirət olduğunu, Allah dərgahında dəyər ölçüsünün təqva olduğunu qəlbinə yerləşdirərək hərəkət edir.
Allah insanların nəfsindəki mənfi əxlaq xüsusiyyətlərindən birinin Həsəd, paxıllıq hissi olduğunu və bundan çəkinməyin vacibliyini Quranda belə bildirir: "...Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!" ("Nisa" surəsi, 128). |
Bundan başqa, sahib olduğu nemətləri digər insanlarla bölüşməyə və ya onlara verməyə qısqanclıq etmir. Məsələn, xoşladığı bir əşyanı birinə hədiyyə etməkdən yaxud da bu əşyanı biri ilə şərik istifadə etməkdən heç bir sıxıntı duymur. Allah bu davranışı iman gətirənlərə bu şəkildə əmr edir:
Mömin bütün nemətlərin ona dünya həyatında faydalanması və sınaq üçün qısa müddətə verildiyini, xəsislik kimi pis xasiyyətlərin düzgün olmadığını bilir.
Cahil cəmiyyətdə bir çox insanlar gündəlik həyatını ayrılmaz hissələrinə çevrilmiş bəzi pis vərdişlərə sahibdir. Bunlar insanın başqaları haqqında müxtəlif mənfi zənnlərə düşməsi, təcəssüs etməsi, yəni onu maraqlandırmayan şeyləri gizlincə öyrənməyə çalışması, qeybət etməsi, yəni başqa adamlar haqqında dedi-qodu etməsi, onları çəkişdirməsidir. Sözügedən bu üç davranış ümumiyyətlə bir-biri ilə bağlıdır. Çünki qeybət edən, yəni bir insanın arxasınca danışan adam onun haqqında sözsüz ki, pis zənnə sahibdir. Eyni şəkildə təcəssüs edən bir adam da müxtəlif zənnlərlə belə bir rəftar edir.
Quran əxlaqında isə bu kimi çirkin davranışlara yer yoxdur. Allah möminlərin bunlardan çəkinmələrini buyurur:
Allahın ayələri möminin hər an ağlındadır, mömin insan Rəbbimizin sevmədiyi davranışlardan gün ərzində qəti şəkildə qaçır. Başqa bir adamın haqqında pis niyyətlə araşdırma apararaq məlumat toplamağa çalışmır. Orada olmayan bir kimsə haqqında xoş olmayan, doğruluğuna əmin olmadığı və eşidən adamın qəlbini qıracaq sözlər söyləmir.
Cahil cəmiyyətdə bir çox insanlar gündəlik həyatını ayrılmaz hissələrinə çevrilmiş bəzi pis vərdişlərə sahibdir. Bunlar insanın başqaları haqqında müxtəlif mənfi zənnlərə düşməsi, təcəssüs etməsi, yəni onu maraqlandırmayan şeyləri gizlincə öyrənməyə çalışması, qeybət etməsi, yəni başqa adamlar haqqında dedi-qodu etməsi, onları çəkişdirməsidir. |
Məlumatı olmadığı halda bir insan haqqında gümana düşüb zənnə qapılmır. Bir insan haqqında məlumatı olmayan bir məsələ ilə əlaqədar düşüncələri həmişə xeyir yönündədir. O adamın yaxşı və gözəl cəhətlərini düşünür və danışır. Allah həmçinin möminlərin doğruluğuna qəti olaraq əmin olmadıqları bir mövzu ilə bağlı xeyirli izahatlar verməyin vacibliyinə Quranda mömin qadınlara atılan iftiraya olan cavabı nümunə göstərərək belə işarə edir:
Mömin insan ailəsi, dostları və ətrafındakı insanlar haqqında daim yaxşı düşünməyə, xeyirli olanı danışmağa və insanları da buna istiqamətləndirməyə çalışır. Ancaq insan dünya həyatındakı imtahana görə unutqan yaradılmışdır və xəta edə bilər. Amma bu səhv davranışını dərk edəndə dərhal Allahın rəhmətinə sığınaraq Rəbbimizdən bağışlanma diləyir.
İstehzalı davranışlar Quran əxlaqından uzaq olan insanların bir hissəsinin gündəlik həyatında çox yayılıb. Cahil cəmiyyətdə insanların qüsur və çatışmazlıqları, xətaları, fiziki qüsurları, qiyafələri, maddi ehtiyacları, diqqətsizlikləri, hər cür davranışları, danışıq tərzləri, sözləri, qısası, hər şeyləri istehza mövzusu ola bilər. İstehza etmək üçün bəzən sözlərdən və əl hərəkətlərindən, bəzən də baxışlardan və mimikalardan istifadə olunur. İstehza edilənin qəlbinin qırılması, kədərlənməsi, dilxor olması, əhvalının pozulması və ya sıxılması istehza edən adam üçün heç bir əhəmiyyət kəsb etmir. Onun nəzərində mühüm olan məsələ yalnız öz qürurunu, şövqünü təmin etmək və başqasını alçaltmaqdır (ətraflı məlumat üçün bax: Harun Yəhya, "İstehza adlanan zülm").
Halbuki Allah insanların bir-birinə istehza etməsini Quranda qəti olaraq yasaqlamışdır:
Rəbbimiz bir ayədə də "Qeybət edib tənə vuran hər kəsin vay halına!" ("Huməzə" surəsi, 1) deyə buyuraraq Quran əxlaqına uyğun yaşamayan, hesab gününü və axirəti düşünmədən bu cür çirkin davranış göstərən insanları xəbərdar edir.
İstehzalı davranışlar Quran əxlaqından uzaq olan insanların bir hissəsinin gündəlik həyatında çox yayılıb. Cahil cəmiyyətdə insanların qüsur və çatışmazlıqları, xətaları, fiziki qüsurları, qiyafələri, maddi ehtiyacları, diqqətsizlikləri, hər cür davranışları, danışıq tərzləri, sözləri, qısası, hər şeyləri istehza mövzusu ola bilər. |
Möminlər arasında istehza etməyin heç bir növünə qətiyyən izn verilmir. Onlar gözəllik, zəka, mal-dövlət, bacarıq kimi hər cür xüsusiyyətin insanlara Rəbbimiz tərəfindən verildiyini bilir, bir-birlərində gördükləri gözəl xüsusiyyəti böyük bir məmnunluqla qarşılayırlar. Nəfslərinə deyil, Allahın rizasına uyduqları üçün cahil insanların yaşadıqları təkəbbür, həsəd kimi hissləri yaşamırlar. Buna görə də bir-birinə qarşı həmişə xoşrəftar olur, bir-birinə müsbət, təvazökar bir münasibət bəsləyirlər.
Eyni şəkildə də bir-birlərində gördükləri qüsurları Allahın bir sınağı kimi qəbul edirlər. Buna görə bu qüsurları ortaya çıxarmır, əksinə, bunların əvəzinə gözəl davranışlar göstərirlər. İstehza etməyə yol açacaq ən kiçik bir davranışdan, baxışdan, sözdən qətiyyətlə çəkinirlər.
Həyatın yalnız dünya həyatı ilə məhdudlaşdığını hesab edən insanlar bundan ciddi bir mənfəət əldə etməsələr, fədakarlıq göstərməzlər, ehtiyac içində olan insanlara da yardım etməyə çalışmazlar. |
Çünki dünyada etdikləri yaxşılıqların və pisliklərin axirətdə eynilə qarşılarına çıxacağını fikirləşmirlər. Allah onların bu yanlış fikirlərinə bəzi ayələrdə belə diqqət çəkir:
"İndi gördünmü dönəni? Bir az verib xəsislik göstərəni?" ("Nəcm" surəsi, 33-34).
"Onlar xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın Öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!" ("Nisa" surəsi, 37).
İnsanın nəfsindəki eqoizm və xəsislik kimi pis xüsusiyyətlərdən təmizlənib çəkinməsi lazımdır. Rəbbimiz insanlara belə bildirir:
Buna görə də Quran əxlaqına uyğun yaşayan bir insan gün ərzində nəfsinin eqoizmindən çəkinərək sahib olduğu şeyləri ətrafındakı insanlarla bölüşməyə çalışır. Məsələn, yeməyini ac olan bir kəslə bölüşməkdən böyük zövq alır. Çox sevdiyi bir əşyanı özündən daha artıq ehtiyacı olan birinə könül xoşluğu ilə verir ("Bəqərə" surəsi, 219). Bunların ona axirətdə daha gözəl bir şəkildə qayıdacağını bilir. Allah Quranda Peyğəmbərimizin (s.ə.v.) zamanında müsəlmanların bu yöndə olan nümunəvi davranışlarını bizə belə xəbər verir:
Möminlər göstərdikləri fədakarlığın qarşı tərəfi məmnun etməsindən böyük bir sevinc hissi duyurlar. Vicdanən doğru olan bu davranışdan Allahın da razı olduğunu bildikləri üçün mənəvi bir rahatlıq yaşayırlar. Özləri də ehtiyac içində olduqları halda heç düşünmədən haqlarından imtina edirlər. Göstərdikləri fədakarlıqları dilə gətirərək özlərini heç vaxt tərifləmir və fədakarlıqlarına görə qarşı tərəfə minnət qoymağa heç vaxt çalışmırlar.
Möminlər şahid olduqları, eşitdikləri, hətta dolayısı ilə xəbərdar olduqları ədalətsiz bir hərəkətə qarşı laqeyd qalmırlar |
Möminlər şahid olduqları, eşitdikləri, hətta dolayısı ilə xəbərdar olduqları ədalətsiz bir hərəkətə qarşı laqeyd qalmırlar. Əsas götürdükləri Quran əxlaqı onları hər cür zülmə qarşı çıxmağa, məzlumların haqqını qorumağa, onlar üçün mübarizə aparmağa sövq edir. Allah möminlərin üstün ədalət anlayışını "Nisa" surəsində bu şəkildə tərif edir:
İnsanlar bütün imkanlarını səfərbər edərək ədalətsizliyə mane olmağa çalışırlar. Buna zidd gedən insanlar çoxluq təşkil etsələr də, onların vicdansızlığı inanan insanları iradəsizliyə sürükləməz. Axirətdə şahid olduqları hər bir hadisədə haqq uğrunda necə səy göstərdiklərinə dair sorğu-sual olunacaqlarını və onlardan bu zülmə mane olmaq üçün nə etdiklərinin soruşulacağını bilirlər. Dünyada bir çox insanların etdiyi kimi "görmədim, eşitmədim, ya da anlamadım" deyərək məsuliyyətdən qaçmağa çalışmırlar.
Vicdansızlıq etdikləri halda itirənin, vicdanlı davrandıqları zaman isə qazananın yalnız özləri olduğunu unutmurlar. Buna görə də istənilən haqsızlığa qarşı heç vaxt tamaşaçı kimi baxıb ona laqeyd qalmırlar. Hər hansı bir haqsızlıq olarkən öz işləri ilə məşğul olaraq özlərini görməzliyə vurmurlar.
Quran əxlaqı insanın nəfsinin onun mənafelərinə zidd də olsa, qüruruna ağır da gəlsə, ana-ata, tanış-yad, varlı-kasıb fərqi qoymadan ədalətin qorunmasını zəruri edir. Buna görə də mömin insan bütün gün ərzində haqsızlıq etməkdən, haqsızlığa göz yummaqdan qətiyyətlə qaçır. Kim nəyə layiqdirsə, ona həmin şeyi verməyə çalışır. Məsələn, avtobusa minmək üçün növbə gözləyən insanların qarşısına keçməyə çalışaraq hörmətsizlik etməz və bunu edən birinə də göz yummaz, buna gözəl əxlaqa yaraşan bir tərzdə, gərginlik yaratmadan müdaxilə edər. O, bir nailiyyətdə haqqı olan bütün insanların layiq olduğu tərifi və mükafatı almasına əhəmiyyət verir. Dostları arasında da fərq qoymadan haqlı olanı müdafiə edir. Haqsızlığa qarşı susmur. Məsələn, özünün və ya dostunun etdiyi bir səhv başqasına zərər veribsə, bunu gizləmir və olduğu kimi söyləyir. Və yaranan ziyanı aradan qaldırmaq üçün əlindən gələni edir.
Bəzi insanlar etdikləri səhvi gizlətmək, mənfəət əldə etmək, özlərini çətin bir vəziyyətdən xilas etmək və ya insanları öz istəklərinə görə istiqamətləndirmək üçün yalan söyləməkdə bir qəbahət görməzlər. |
Etdiklərinin səhv olduğunu və yalanlarının hər an aşkara çıxacağını bilsələr də, bu çirkin üsuldan istifadə edirlər. Hesab günündə hər söylədiklərinə və hər etdiklərinə görə sorğu-sual olunacaqlarını düşünmürlər.
Möminlər isə doğruluq və dürüstlükdən əsla geri çəkilməzlər. Onlar Allahın "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!" ("Əhzab" surəsi, 70) ayəsində də bildirdiyi kimi, həmişə dürüst olmağın vacibliyini bilirlər. Bu əmrə gün ərzində diqqətlə itaət edirlər. Məsələn, əvvəlki mövzuda bildirdiyimiz kimi, etdikləri bir səhvi ört-basdır etmək məqsədilə yalan danışmırlar. Xətalı bir davranış göstərdikdə dərhal üzr diləyir, səhvlərini düzəltməyə çalışırlar. İnsanlar tərəfindən daha çox hörmət görmək və ya sevilmək üçün yalan söyləmirlər. Hansı səbəbə əsaslanırsa -əsaslansın, yalanı bir həll yolu kimi görmürlər. Buna görə də Quran əxlaqına uyğun yaşayan bir adam gün ərzində nə yalan söyləməyin, nə də yalanın ortaya çıxmasının sıxıntısını çəkməz, doğruluğun və səmimiyyətin gətirdiyi gözəl, etibarlı və rahat bir həyat yaşayar. Sözügedən gözəl davranışı dünya həyatında mənimsəyən birinin axirətdə alacağı mükafat isə çox gözəldir. Allah doğruları belə müjdələyir: