İnsanın müsəlman kimi danışa bilməsi üçün, Allaha səmimiyyətlə təslim olması və doğrunu səhvdən ayıran Qurana tabe olması kifayətdir. Bu vəziyyətdə vicdanı ona doğru yolu göstərəcək və gözəl söz söyləməsinə vəsilə olacaq.
Allah, Quranda müsəlman kimi danışmağın necə olması və iman edənlərin hansı üslublardan çəkinmələrinə dair müxtəlif nümunələr vermişdir. Eyni zamanda Quranda dünya həyatında insanların başlarına gələcək hadisələrdən də nümunələr verilmiş və fərqli xarakterdə olan insanların bu hadisələr qarşısındakı reaksiyaları və danışıqları bizlərə bildirilmişdir. Beləcə inanan bir insan, Qurana tabe olaraq, hansı danışığın müsəlman kimi, hansı danışığın isə Qurana zidd olduğunu görər. Allahın bəyənmədiyi üslubdan çəkinər və yenə Allahın razı olacağı bir danışıq tərzini ən mükəmməl şəkildə tətbiq edə biləcək bir məlumata sahib olar.
Sonrakı səhifələrdə Allahın Quran ayələri ilə bizlərə bildirdiyi müsəlman kimi danışıq üslubu bütün xüsusiyyətləriylə araşdırılacaq və bu üslubun tam olaraq aydın olub həyata keçirilməsi üçün Qurandan və gündəlik həyatdan nümunələr veriləcək.
Səmimi olaraq iman edən insan yaşadığı hər hadisədə Allahın ağlını, elmini, sənətini və gücünü görər və heyranlıqla Allaha boyun əyər. Bu səmimi sevgi, hörmət və təslimiyyət, insanın bütün həyatına olduğu kimi danışıqlarına da əks olunar. İman edən insan, Allahın heç bir şeyə ehtiyacı olmadığını; hər kəsin və hər şeyin, bütün varlıqların hər an Ona möhtac olduqlarını bilər. Allahın qüdrətini və böyüklüyünü qavradığı üçün eyni zamanda öz acizliyinin də fərqindədir. Allah diləmədikcə, özünün tək başına heç bir şey edə bilməyəcəyini bilər. Buna görə, nə qədər mükəmməl xüsusiyyətlərə sahib olursa olsun, bunlardan ötəri qürur yaxud təkəbbür hissinə qapılmaz. Daim acizliyini bilən, boyun əyici və təslim olmuş hal və üslub içərisindədir, qazandığı müvəffəqiyyətdən bəhs edərkən, bunun ancaq Allahın icazəsi ilə və Onun verdiyi qabiliyyətlər sayəsində reallaşdığını bilərək danışar. Eyni şəkildə ona tərif yönəldiyində də, bütün bu təriflərin əslində Allahın üstün sənətinə qarşı edildiyini bilərək təvazökarlıq göstərər.
Allahın qüdrətini lazımı kimi təqdir edə bilən insanın danışıqlarına Onun ağlını, elmini, gücünü və böyüklüyünü tərifləyib ucaldan üslub hakimdir. Belə bir insan həyatının hər anında ürəyi həmişə Allah ilə birlikdədir. Nə etsə, hara baxsa, nə eşitsə hamısında Allahın sənətinin nümunələrini görər və bunlara qarşı bəslədiyi heyranlığı səmimi bir şəkildə dilə gətirər. Quranda iman edənlərin gündəlik həyatın hər anında; istər oturarkən, istər ayaq üstə, istərsə də yatarkən ürəklərinin həmişə Allah ilə birlikdə olduğundan, hər an Allahın qüdrətini düşünüb dilə gətirdiklərindən bəhs edilir.
Allah ayədə belə buyurur:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!(Ali İmran surəsi, 191)
Müsəlman, yaşadığı hər an, etdiyi hər işdə bu həqiqəti dərk edər. Yediyi qidaları qupquru torpaqdan çıxarıb ən gözəl və ən ləzzətli şəkildə özünə təqdim edənin və dad ala bilməsini təmin edənin Allah olduğunu bilər. Bu səbəblə yeməyi bişirənə təşəkkür edərkən, əsl təşəkkürü Allaha borclu olduğunu bilər və Rəbbimizə şükür edər. Xoşuna gələn bir musiqi dinləyəndə onu ifa edənə deyil, insanlara bu qabiliyyəti və özünə də musiqinin səsindən zövq alma hissini verən Allaha heyran olar.
Çox istədiyi bir şey, heç gözləmədiyi bir anda reallaşdığında, bunun təsadüf olmadığının şüurundadır, dərhal Allaha şükür edər. Gözəl memarlıq yerlərini gəzdiyində, o əsəri tikən, dekorasiyasında rolu olan kəsləri estetik anlayışlarından ötəri təqdir edər, amma həqiqətdə bütün bu gözəllikləri yaradanın Allah olduğunu unutmaz, Allahın böyüklüyünü tərifləyib təqdis edər. Özündə olan xüsusiyyətlərdən ötəri də qürurlanmaz; Allahın aciz qulu olduğunu bilərək, tərifi daim Rəbbimizə yönəldər. Quranda, insanlara tərifin əsl sahibinin Allah olduğu xatırladılmış və Allahı ucaldaraq təqdis etmələri bildirilmişdir:
De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut.(İsra surəsi, 111)
Quranda, “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.” (Ənkəbut surəsi, 45) ayəsiylə, Rəbbimizi zikr etmənin ən böyük ibadət olduğu bildirilir. Möminlər bu ibadəti səmimi şəkildə yerinə yetirərlər. Qəlblərindəki dərin Allah sevgisi, təbii olaraq danışıqlarına da əks olunar. Qarşılaşdıqları hər neməti özlərinə verənin Allah olduğunu bilər, gördükləri hər gözəllikdə Allahı düşünüb Ona şükür edərlər. Başlarına gələn hər hadisənin xüsusi hikmət üzərinə yaradıldığını dərk etdikləri üçün, hər çətinliklə birlikdə yenə Allahı zikr edib Ona təvəkkül edərlər. Bu səbəbdən həyatlarının hər anında, yaşadıqları hər hadisədə Allahı düşünüb, Rəbbimizin adını xatırlayarlar.
Müsəlmanların Allaha olan bağlılıqları o qədər qüvvətlidir ki, hər nə işlə məşğul olsalar Allahı zikr etməkdən uzaqlaşmazlar. Quranda, “O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar”. (Nur surəsi, 37) ayəsiylə möminlərin Allahı zikr etməkdə göstərdikləri qərarlılığa diqqət çəkilir.
Möminlərin qərarlı olmaları, “Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad surəsi, 28) ayəsiylə bildirilən həqiqəti qavramalarından qaynaqlanır. Dünya həyatında insanların zövq ala biləcəkləri bir çox nemət vardır; ancaq bunların heç biri onlara Allahı zikr etmənin verdiyi əsl hüzur və xoşbəxtliyi verməz. Hər biri, ancaq Allahın zikri ilə birlikdə məna və gözəllik qazanar. Çünki insan bütün bunlardan məmnun ola biləcək əxlaqı, ancaq Allaha təslim olaraq, hər şeyin, Rəbbimizin yaratdığı və Onun idarəsində olan nemətlər olduğunu bilərək əldə edə bilər.
Ayrıca Quranda, Allahı çox xatırlamağın, möminlərə qəti olaraq müvəffəqiyyət və üstünlük təmin edən imani sirlərdən biri olduğuna da diqqət çəkilir:
Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız.(Ənfal surəsi, 45)
Bu həqiqəti dərk edən möminlər günün hər saatında, hər vəziyyətdə qəlbləri ilə və ya dilləri ilə Allahı xatırlayıb Rəbbimizin şanını ucaldarlar.
Allah Quranda, “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”...” (İsra surəsi, 110) ayəsiylə ən gözəl adların sahibi olduğunu xatırlatmış və möminlərə Özünü bu adlarla xatırlamalarını bildirmişdir.
İman edənlər həyatları boyunca qarşılaşdıqları hər hadisədə Rəbbimizin üstün təcəllilərini görər və Onu ən gözəl adlarla xatırlayar, şanını tərifləyib ucaldarlar. Məsələn, Rəbbimizin sonsuz ədalət sahibi olduğunu bilər və yaşadıqları hadisələrdə Allahın bu adının təcəllilərini görüb dilə gətirərlər. Ən çətin şərtlərlə qarşılaşdıqlarında belə danışıqlarından, Allahın mütləq ədalətinin şüurunda olduqları hiss edilər. Maddi bir zərərə uğrasalar, amansız bir xəstəliyə tutulsalar yaxud başqaları tərəfindən böyük haqsızlıqlara düçar olsalar belə, bütün bunların sınanmaları üçün yaradılan xüsusi hadisələr olduğunu unutmazlar. Hadisələr hər nə qədər fərqli görünsə də, Allahın sonsuz ədalət sahibi olduğunu, dünyada və axirətdə, hər insanın yaxşılıqdan yaxud pislikdən yana layiq olduğu qarşılığı əksiksiz olaraq verəcəyini bilərlər. Allahın “…onlara xurma çəyirdəyindəki ip qədər haqsızlıq edilməz.” (Nisa surəsi, 49) ayəsiylə xatırlatdığı kimi, insanın zərrə qədər haqsızlığa düçar edilməyəcəyini dərk edərək danışar, Allahın razı olmayacağı söz söyləməkdən qəti olaraq uzaq durarlar. Ətraflarında olan insanlara da həmişə bu həqiqəti xatırladacaq, onları qəflətə düşməkdən, səhv düşünməkdən çəkindirəcək danışıqlar edərlər.
Möminlər Rəbbimizin “Ədl” adı ilə bərabər, Onun “mərhəmətlilərin ən mərhəmətlisi”, “çox əsirgəyən, çox bağışlayan”, “yaxşılığın və şükürün qarşılığını çox verən”, “səmimi duaya ən gözəl şəkildə qarşılıq verən”, “səmimi qullarını qoruyan” olduğunu da bilərlər. İnsana “ruzi verənin”, “sevinc və hüzur verənin”, “güldürən və ağladanın” da yenə ancaq Allah olduğunu bilər, söhbətlərində bu şüuru əks etdirən üslub istifadə edərlər. Danışıqlarından, yaşadıqları hər hadisədə Allahın mütləq müdaxiləsinin, sonsuz ağılının və bənzərsiz sənətinin təcəllilərinin şüurunda olduqları aydın olar.
Hər mövzuda möminlər üçün gözəl nümunə olan peyğəmbərlərimizin danışıqlarında da Rəbbimizi ən gözəl adları ilə xatırlayıb ucaltdıqları görülür. Quranda, Allahdan özünə gələn vəhy qarşısında hz. İsanın söylədiyi sözlər, onun bu əxlaqını ortaya qoyur:
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” – demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! (Maidə surəsi, 116)
Bəzi insanlar onları yaradanın, ruzi və nemət verənin, hər an hər yerdə onları qoruyanın Allah olduğunu düşünməzlər. Ölümlə birlikdə yenə Rəbbimizə dönəcəklərinin və dünya həyatında göstərdikləri hər rəftardan, söylədikləri hər sözdən sorğuya çəkiləcəklərinin şüurunda deyildirlər. Allahdan müstəqil varlıq olduqlarını sanarlar. Danışıqlarında onlara nitqi verib danışdıranın Allah olduğunu ağıllarına gətirməzlər. Halbuki Allah hər şeyin tək hakimidir və insanların bütün etdiklərindən xəbərdardır; Onun məlumatı xaricində tək bir yarpaq belə hərəkət etməz. Allah hər an hər yerdə hər şeyə şahiddir. Quranda bu həqiqət belə bildirilir:
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.(Yunus surəsi, 61)
Kainatdakı hər şey, kiçik bir toz dənəsi belə, Allahın idarəsi altındadır. Amma bəzi insanlar həyatını bu həqiqətən xəbərsiz olaraq davam etdirirlər. Onlara verilən danışma qabiliyyətləri geri alınacaq olsa, Allah diləmədiyi müddətcə ağızlarından tək bir heca belə çıxa bilməyəcəyini ağıllarına gətirməzlər. Halbuki həqiqət budur: İnsan Allahın diləməsiylə var olmuşdur; etdiyi hər iş kimi, söylədiyi hər söz də ancaq Allahın icazəsi ilə və qüdrəti ilə meydana gəlir. Elə isə insan, həyatının hər anında olduğu kimi, danışdığı hər anda da özünü yaradan Rəbbimizin hüzurunda olduğunu dərk etməlidir.
Məhz inanan kəslərin üslubunu digər insanlardan ayıran ən diqqətə çarpan xüsusiyyətlərdən biri, bu kəslərin “hər an Allah ilə bərabər olduqlarını bilərək danışmaları”dır. Bu, insanın o an ürəkdən Allahın varlığını, qüdrətini və böyüklüyünü hiss etməsi; Allahın hər yeri və hər şeyi əhatə etdiyini, hər an yanımızda olduğunu, danışılan hər şeyi eşidib bildiyini və insanları bütün bunlardan hesaba çəkəcəyini unutmadan danışmasıdır. Bu həqiqətləri dərk edən insan son dərəcə səmimi və dürüst bir üslubla danışar. Ürəyindəki Allah qorxusu Rəbbimizin razı olmayacağı bir söz söyləməsinə mane olar.
Bir insanın həyatının hər anını Quran əxlaqına görə yaşaması o insanın Allahın qüdrətinin, böyüklüyünün və hər an onu görüb eşitdiyinin şüurunda olduğunun ən açıq göstəricilərindən biridir. Məsələn, bu insan, həmin anda siyasətdən və ya ticari mövzudan bəhs edir yaxud zehnini tamamilə məşğul edəcək riyaziyyat hesabı edə bilər. Amma qəlbinə yerləşmiş olan Allah qorxusu, danışdığı müddət boyu Allahdan çəkinməsini, Ona qarşı dərin hörmət, sevgi və qorxu bəsləyərək hərəkət etməsini təmin edər. Və bu şüur, insanın ağzından Quran əxlaqına müxalif ola biləcək bir söz çıxmasına mane olar. Onsuz da, əhəmiyyətli olan, mühüm olan şəxsin həmin söhbətləri etdiyi əsnada səmimi imanı və Allah qorxusunu ürəyində yaşayır olmasıdır. Bu insan siyasət yaxud ticari mövzudan bəhs etdiyi anlar boyunca imanın təməlini meydana gətirən bütün həqiqətlərin açıq şüurla fərqindədir. Allahdan başqa qüvvət olmadığının, Allahın hər şeyi eşidib gördüyünün, heç bir şeyin Ondan gizli qalmayacağının şüurundadır. Bu da onun hər sözünü Allahdan çəkinərək, müsəlmana yaraşan bir danışma üslubu içərisində söyləməsini təmin edər.
Allah, “Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir.” (Bəqərə surəsi, 163) ayəsiylə insanlara Özündən başqa bir Yaradıcı, yaxşılıqdan yaxud pislikdən yana tapıla biləcək güc olmadığını bildirmişdir. Allah təkdir, Ondan başqa insanlara xeyir verə biləcək, onları qoruya biləcək, nemət və hüzur verə biləcək başqa qüvvət yoxdur.
Ancaq insanların bir hissəsi bu həqiqəti gərəyi kimi fərqində deyildirlər. Bəzilərinə sual verdikdə, Allahdan başqa İlah olmadığına, Onun hər şeyə qadir olduğuna inandıqlarını söyləyərlər. Lakin bu həqiqətə ürəkdən tam olaraq iman etmədikləri üçün insanlardan, hadisələrdən və hətta bəzən də “şans” yaxud “təsadüf” adını verdikləri xəyali güclərdən mədət umarlar. Ancaq nə insanların, nə də digər varlıqların heç birinin həqiqi mənada gücü yoxdur. Quranda bildirildiyi kimi, “…Şübhəsiz “izzət və gücün” bütünü Allahındır…” (Yunus surəsi, 65)
İman edən insan isə Allahdan başqa İlah olmadığına, “izzət və gücün” yalnız ONA aid olduğuna iman edər və bu həqiqəti həyatının hər anında səmimiyyətlə yaşayar. Allahdan başqa heç bir şeydən; insanlardan, hadisələrdən, əşyalardan mədət ummaz. Yalnız Allaha güvənər. Yalnız Allahdan qorxub, yalnız Ondan kömək gözləyər. Çünki heç bir insan, heç bir varlıq İlahlıq xüsusiyyəti daşıya bilməz; bunların hər biri, Allahın qorumasına möhtac, onlardan yana yaxşılıq etməyə yaxud bir pisliyi uzaqlaşdırmağa güc çatdıra bilməyən varlıqlardır. Allah Quranda bu mövzunu belə açıqlayır:
Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir. (Rad surəsi, 14)
Bu həqiqətin fərqində olan möminin ürəyindəki səmimi iman və Allah qorxusu, bütün açıqlığıyla danışıqlarına da əks olunar. Mövzu nə olursa olsun, belə bir insanın üslubundan yalnız Allaha güvəndiyi dərhal aydın olar. Allahdan başqa bir İlah olmadığını qavramış bir insan, necə bir hadisə ilə qarşılaşırsa qarşılaşsın, hər şeyin Allahın idarəsi altında olduğunu bilər. Bəhs olunan vəziyyət insanın bütün həyatını, gələcəyini, təhlükəsizliyini, mal varlığını yaxud sağlamlığını birinci dərəcədən maraqlandıra bilər. Və görünüşə görə bütün şərtlər yalnız bir neçə adamın ağzından çıxacaq qərara, bu kəslərin edəcəyi hər hansı səhvə yaxud əldə edəcəkləri müvəffəqiyyətə bağlı ola bilər. Ancaq qarşılıqsız olaraq iman edən kimsə, bütün bunların yalnız Allahın idarəsi altında olduğunu bilər və buna görə davranar. Bu mövzuya belə bir nümunə verə bilərik:
Bütün mal varlığını ortaya qoyaraq yeni işə sərmayə qoyan iş adamı, məhsullarının bazarda yaxşı yer əldə etməsi üçün müxtəlif reklam və təqdimat kampaniyalarına qatılar. Eyni sektordakı digər firmalarla rəqabət edə bilməsi üçün daha keyfiyyətli istehsal etməsi lazım olacaq. Buna görə bütün bunlar üçün reklam müdirindən satışa çıxarma yaxud satış ilə məşğul olan işçilərinə qədər şirkət bünyəsində işləyən hər kəsdən çox yaxşı fəaliyyət gözləyər. Bu kəslərə lazım olan təlimatları verər. Onları təşviq etmək və hərəkətə keçirmək üçün müxtəlif danışıqlar edər. Çünki mütləq digər firmaların önünə keçə bilməli, onlardan daha müvəffəqiyyətli olmalıdır.
Bu nöqtədə, eyni şərtlər altında olan ancaq Allahdan başqa İlah olmadığını dərk edən insanın rəftarındakı fərqlilik bu olar: Bu kimsə də lazım olan bütün texniki tədbirləri alar. Lakin özünü zəngin edəcək gücün nə reklamda, nə təqdimat və satışa çıxarma işlərində, nə də bu mövzuda mütəxəssis olan işçilərdə olmadığının fərqindədir. Tam tərsinə bütün bunların Allahın diləməsiylə qərar ala bilən, Allahın icazəsi ilə hərəkət edə bilən və yenə Allahın icazəsi ilə müvəffəqiyyət qazana bilən varlıqlar olduğunu bilər. Əgər bu vasitələrdən hər hansı birini Allahdan ayrı müstəqil bir güc kimi qəbul etsə, onu Allaha ortaq qoşmuş olacağının şüurundadır. Bu səbəblə istər fikirlərini izah edərkən, istər işçilərini istiqamətləndirərkən, istərsə də bütün işlərini təqib edərkən bütün bunların Allahın idarəsində olduğunu bilən üslubla danışar. Tərs kimi görünən bir hadisə baş verdiyində heç bir zaman bundan ötəri çətinliyə qapılmaz, əsəbi danışmaz. Bu səhv kimdən yaxud hansı səbəbdən qaynaqlanırsa, bu istiqamətdə lazım olan ən ağıllı tədbirləri alar. Ancaq heç bir zaman bu səhvə səbəb olan adamın müstəqil güc sahibi olduğunu və ya hadisələrin öz-özünə inkişaf etdiyini sanaraq, Allaha şirk qoşula biləcək üslubdan uzaq olar. Çünki əgər ortada bir səhv varsa, bunun insanın taleyində olduğunu və Allah dilədiyi üçün o səhvin edildiyini bilər. Bu vəziyyət onun dünya həyatındakı imtahanının bir parçasıdır; hadisələrin insanların nəzarətində inkişaf etdiyini sanaraq qəflətə qapılacaqmı yoxsa Allahdan başqa bir İlah olmadığının şüurunda hərəkət edəcək? İman sahibi bir insan belə bir vəziyyətdə bütün hadisələrin Allahın dilədiyi şəkildə, xeyir və hikmətlə yaradıldığını bilər. Bu səbəblə gözləmədiyi bir nəticə ilə qarşılaşdığında da hər vaxt təvəkkülünü, Allaha olan təslimiyyətini əks etdirən etidallı və təslimiyyətli bir üslubda olar.
Müsəlmanın danışıqlarına əks olunan bu şüur, əhəmiyyətli bir iman əlamətidir. Allahdan başqa İlah olmadığını bilərək yaşayan və danışıqlarına da bunu əks etdirən adam təbii olaraq ətrafına da Allahın böyüklüyünü və ucalığını həmişə xatırlatmış, yəni təbliğ etmiş olar.
Quranın “Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allahdır!” – deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!” (Ənkəbut surəsi, 61) ayəsiylə, bəzi insanların özlərini yaradanın və hər an nemət verənin Allah olduğunu bilmələrinə baxmayaraq, bu həqiqətən uzaq bir həyat sürdüklərinə diqqət çəkilir. Həqiqətən iman etmiş olan möminlərin isə ən əhəmiyyətli xüsusiyyətlərindən biri, həyatlarının hər anında, hər yerdə, sərgilədikləri hər rəftar və etdikləri hər söhbətdə Allaha olan səmimi imanlarını və bağlılıqlarını ortaya qoymalarıdır. Allahı dünyadakı hər kəsdən və hər şeydən daha çox sevərlər. Allahın qüdrətinə, ağılına, elminə, sənətinə və üstün əxlaqına qarşı dərin heyranlıq duyarlar. Dünyada Allah ilə dost olmaq, Allahın sevgisini qazanmaq istəyərlər. Gəlmiş keçmiş bütün insanlar arasında Allaha ən yaxın insan, Onun ən sevdiyi qulu olmağa çalışarlar.
Bu cür dərin sevgi, bu kəslərin danışıqlarına da əks olunar. Hər sözləri Allahın adını xatırlayıb ucaltmağa, Onun razılığını qazanmağa istiqamətlidir. Allaha olan sevgilərinin, insanlara bəslədikləri sevgidən daha çox olduğu, insanları Allahın bir təcəllisi olaraq sevdikləri bütün danışıqlarından açıq şəkildə aydın olar. Bütün insanları yaradanın, özlərinə dünya həyatının gözəlliklərini təqdim edənin Allah olduğunu bilərlər. Bu səbəblə gördükləri hər gözəllik, onlara gələn hər yaxşılıq və ya hər sevgi yenə Allahdan onlara gələn nemətlərdir. Bütün bunlar Allahın qullarına olan sevgisinin, mərhəmətinin və lütfünün bir təcəllisidir. Elə isə, insan ona gələn hər nemətin şükürünü Allaha etməli, minnətdarlığını əsas Allaha yönəltməlidir. İman edənlər bu həqiqəti qavradıqları üçün, Allahın hər şeyin və hər kəsin üzərində olduğunu bilən bir üslub istifadə edərlər. Quranda, möminlərin Allaha olan bu sevgiləri və bağlılıqları belə ifadə edilir:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür...(Bəqərə surəsi, 165)
Bu həqiqəti qavramayan insanlar isə, ayədə diqqət çəkildiyi kimi Allaha ortaq qoşduqları bəzi varlıqları Allahı sevər kimi sevərlər. Bu insanların söhbətlərində Allahı haqqı ilə təqdir edə bilmədiklərinə və başqa varlıqları Ondan üstün tutduqlarına dair ifadələrə tez-tez rast gəlinir. Bəziləri pul, mal-mülk yaxud etibar kimi dünya həyatının bəzəklərini, bəziləri də sevdikləri insanları Allaha ortaq qoşan bir üslub içərisindədirlər. Bəziləri Allaha iman etdiklərini söyləyər amma, dostlarını Allahdan daha üstün tutan bir danışıq üslubu istifadə edərlər. Allahdan qafil bir şəkildə danışan birini gördüklərində bu vəziyyətdən narahat olmaz və qarşılarındakını xəbərdar etməzlər. Ancaq sevdikləri insanlardan hər hansı birinə səhv bir söz deyildiyində bu vəziyyətə dərhal qarşı çıxarlar. Sevdiklərinin əleyhində əsla bir söz dedirtməz və haqsızlıq etdirməzlər.
Bütün bu səhv rəftarlar, Allaha iman etdiyini söyləyən, amma ürəkdən bu inancı yaşamayan insanların səmimiyyətsizliyini ortaya qoyar. Saleh möminlər isə ən çox Allahı sevər, sözləriylə ən çox Onu ucaldar və Onu hər şeydən üstün tutarlar. Allaha və ya dinə üsyan edən üslubla danışan birinin söhbətinə əsla qatılmazlar. Əgər ona doğrunu izah edə bilirlərsə izah edərlər; əgər bu kimsə izah edilənlərdən öyüd almamaqda qərarlıdırsa, bu vəziyyətdə onun inkar dolu sözlərini dinləməzlər.
Bir filmdə yaxud bir mahnıda belə olsa, Allahın hökmlərinə açıq şəkildə qarşı gələn bir sözün olduğu hissələri dinləməz və izləməzlər. Şərtlər nə olursa olsun Allahın razı olmayacağı bir söz deyilməsini qəbul etməzlər. Belə bir məclisdə iştirak etməzlər. Çünki Allah Quranda bu mövzuda müsəlmanları bu cür xəbərdar edir:
(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, (günahkarlar) başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır. (Nisa surəsi, 140)
Bu şüurla hərəkət edən müsəlmanlar həyatlarının sonuna qədər hər an hər yerdə İslam əxlaqını sahiblənər, müdafiə edər və dəstəkləyərlər. Allaha olan sədaqətlərini və Onu hər şeydən üstün tutduqlarını hər sözləriylə, hər rəftarlarıyla ortaya qoyarlar.
Allah Quranda, “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Xeyr! İnsan, doğrudan da, həddini aşır, Özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. Şübhəsiz son dönüşün Rəbbinədir!” (Ələq surəsi, 1-8) sözləriylə insanın, aciz bir varlıq olmasına baxmayaraq bu vəziyyətini unudaraq Özünə qarşı böyükləndiyini bildirir. Həqiqətən də insanların bir qismi necə yaradıldıqlarını və sahib olduqları xüsusiyyətləri necə qazandıqlarını düşünmədən Allaha qarşı nankor rəftar göstərirlər.
Halbuki istisnasız hər insan yaşadığı hər an Allahın onu qorumasına və əsirgəməsinə möhtacdır. Görmək, eşitmək, danışmaq, getmək, hərəkət edə bilmək kimi yüzlərlə qabiliyyətdən əlavə insanın bədənində çox vaxt özünün də xəbərsiz olduğu çox sayda sistem hər an işləyir və insan ancaq bu şəkildə həyatda qala bilir. Bu şəkildə bir neçə dəqiqə düşünmək belə Allahın qarşısında nə qədər aciz olduğumuzu anlamaq üçün kifayətdir.
Bütün bu həqiqətlərə baxmayaraq bəzi insanlar ancaq bir çətinliklə qarşılaşdıqlarında Allahı xatırlayırlar. Sözgəlişi, qarşı sahilə keçəcəyindən əmin olaraq gəmidə oturan bir insan, bir anda şiddətli bir küləklə gəmi yellənməyə başlayınca dərhal çaxnaşmaya qapılar. Eyni şəkildə bir təyyarənin hava boşluğuna girməsi nəticəsində hiss edilən sarsıntı və ya ən kiçik bir texniki qəza, təyyarədəki insanların böyük bir qorxu keçirməsinə səbəb ola bilər. Bu kimi vəziyyətlərlə qarşılaşan insanlar Allahın qüdrəti qarşısındakı acizliklərini və ancaq Allah diləsə çətin vəziyyətdən xilas ola biləcəklərini anlayıb içdən Allaha yalvarmağa, dua etməyə başlayarlar. Qısa bir müddət əvvəl aeroportda ikən ətrafındakı insanları özündən kiçik hesab edən bir insan belə, bu cür təhlükə ilə qarşı-qarşıya qaldığında əslində nə qədər aciz olduğunu; sahib olduğu hər şeyi, Allahın diləməsiylə bir anda itirə biləcəyini dərhal anlayar.
Quranda insanların bu cür çətin anlarında heç bir şeyi ortaq qoşmadan, tam bir acizlik içində Allaha yönəldikləri; lakin sıxıntı qalxdığında təkrar əvvəlki kimi böyüklənərək, nankorcasına əvvəlki rəftarlarına geri döndükləri bildirilir:
Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur! (Allahın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə (dənizdə) sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz.(İsra surəsi, 67-69)
Allahın ayələrdə ifadə etdiyi kimi, insan öz başına heç bir şəkildə güc sahibi deyil. Allah bu həqiqəti başqa ayələrində insanlara belə xatırladır:
Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. Bütün bu (qadağan edilmiş) pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir.(İsra surəsi, 37-38)
Müsəlman, hər an hər yerdə bu acizliyinin fərqində olan insandır. Buna qəti olaraq iman etdiyi danışıqlarından aydın olar. Dünyanın ən gözəl insanı belə olsa, Allahın böyüklüyünü qavramış bir kimsə heç bir zaman bu gözəlliyi özündən bilməz. Bunun Allahın üstün sənətinin əks olunması olduğunu və Allahın dilədiyi anda bu gözəlliyi ondan ala biləcəyini bilərək danışar. “Bu mənim bədənimə aid bir gözəllik, mən özümə yaxşı baxdığım müddətcə mənə heç bir şey olmaz” deyərək bu neməti sahiblənməyəcəyini bilər.
Gözlə görülməyən tək bir virus yaxud mikrobun və ya başına gələcək adi bir qəzanın gözəlliyini yox edə biləcəyini və bütün bunların da Allahın idarəsində olduğunu bilər. Buna görə daima Allaha şükür edən, Onu ucaldan bir üslub istifadə edər. Ona gözəlliyini xatırladanlara Allahın bənzərsiz gözəlliyini, sonsuz qüdrətini, elmini və ehtişamlı sənətini xatırlayaraq cavab verər. Allah dilədiyi üçün gözəl ola bildiyini və özündə olanın Allahın sonsuz gözəlliyinin və ya elminin yalnız kiçik bir əksi olduğunu vurğulayaraq Allahı təqdis edib şanına təriflər deyib ucaldar.
Möminlərin Allahın qarşındakı acizliklərini bilmələri bütün rəftarlarına əks olunar. Güc sahibi mömin, gücsüz olduğunu gördüyü bir insana qarşı əsla əzici ya da minnət edici üslub istifadə etməz. Və ya gözəlliyinə güvənərək çirkin bir insanı əzib təhqir edici tərzdə danışmaz. Eyni şəkildə zəngin olduğu üçün kasıbları xor görən, söz sahibi olduğu üçün möhtac insanlara dəyər verməyən, ağıllı və zəkalı olduğu üçün zəka cəhətdən geri olan insanları kiçik hesab edən insanların üslubunu istifadə etməz. Allahın dünyadakı imtahanın bir gərəyi olaraq hər insan üçün ayrı tale təyin etdiyini, Allah Qatında həqiqi üstünlüyün isə iman və təqvayla ölçüldüyünü bilərək hərəkət edər. Bu səbəblə ətrafındakı böyük-kiçik, güclü-zəif hər kəsə qarşı (Quran əxlaqının gərəyi olaraq) çox sayğılı üslub istifadə edər. Əksinə bir rəftarın insanlara deyil, Allaha qarşı böyüklənmək mənasını verəcəyini bilərək Allahdan qorxub çəkinər. Quranda möminlərin bu xüsusiyyətləri belə bildirilir:
...Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.(Nisa surəsi, 36)
Möminlərin danışma üslubunda diqqət çəkən bir başqa xüsusiyyət də edəcəkləri bir işdən bəhs edərkən “Allah istəsə” yaxud “inşaAllah” deyərək danışmalarıdır. Bir işi etməyə qərar verdiklərində bu istiqamətdə lazımlı olan bütün tədbirləri alar. Amma bu hadisənin ancaq Allahın diləməsiylə reallaşa biləcəyini də unutmazlar. İnsan bir şeyi nə qədər çox etmək istəsə də, bunun üçün lazım olan hər şeyi etsə də Allah diləmədikcə o hadisə reallaşmaz. Allah Quranda möminlərə bu mövzunu belə xatırladır:
Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” demə! Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah” de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin” de.”(Kəhf surəsi, 23-24)
Allah, bu xəbərdarlığın əhəmiyyətini anlaması üçün gündəlik həyatda insanın qarşısına bir çox nümunə çıxardar. Məsələn aylarla əvvəldən planlanan, hər cür rezervasiyanı və ödənişi edilən bir tətil proqramına qəti olaraq reallaşacaq gözüylə baxıla bilər. Nə də olsa texniki mənada hər cür tədbir görülmüşdür. Ətrafda da proqramın ləğvi üçün heç bir səbəb yoxdur. Gecə təyyarənin qalxma saatına görə yatarlar, yollardakı tıxac hesaba qatılaraq evdən tez çıxılar, təyyarə biletlərinin yanına alınıb alınmadığı dəfələrlə nəzarət edilər; amma Allah istəmədisə təyyarəyə çatmaq nəsib olmayacaq. Bəlkə son anda ortaya çıxan bir xəstəlik, bəlkə bir yol qəzası, bəlkə təyyarənin hansısa səbəblə yubanması, bəlkə də bir anda tətildən daha təcili bir iş çıxması bu planın reallaşmasını maneə törədə bilər.
İnsan, işə başlayarkən “Allah istəsə bunu edəcəyəm” deyərək Allaha təvəkkül etməmişsə, əksiklik kimi görünən vəziyyət ilə qarşılaşdığında ciddi şəkildə peşmanlıq hiss edər. Hər işin ancaq Allahın icazəsiylə reallaşa biləcəyindən qafil olduğu üçün, tətilə gedəcəyini hesabladığı günlər boyunca dərd edər, deyinər, gedə bilmədiyi üçün şikayətlənər. Oraya getmiş olsa bəlkə bir qəzaya düşmə yaxud istənməyən bir hadisə ilə qarşılaşma ehtimalı ola biləcəyi səbəbdən planlarının reallaşmamasının bir çox xeyirə vəsilə olduğunu heç düşünməz. Bu səhv inancı da ona həm dünyada, həm də axirətdə çətinlikdən başqa bir şey qazandırmaz.
Halbuki müsəlmanlar Allahın hər şeyi xeyir və hikmətlə yaratdığını bilərlər. Bu səbəbdən əgər bu nümunəni yaşayan mömindirsə və “Allah istəsə tətilə gedərəm” deyə niyyət etmişsə, proqramı ləğv olduğunda heç bir şəkildə kədərə qapılmaz. Özü üçün əsl gözəl və xeyirli olanın Allahın təqdirində gizli olduğunu bilmənin rahatlığını yaşayar.
“Kim bilər bunda mənim üçün nə kimi xeyirlər var” deyərək həm öz adına hikmətləri görməyə çalışar, həm də ətrafındakılara əsl mömin əxlaqının düşüncə və danışma formasını göstərər. Allaha təslim olduğu və şükür edici rəftar göstərdiyi üçün dünyada da, axirətdə də bu əxlaqının qarşılığını alacağını ümid etmənin sevincini yaşayar.
Allah bir ayəsində “...Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.” (İbrahim surəsi, 1) sözləriylə Quranın endirilmə hikmətlərindən birinin “insanları nura çıxarmaq” olduğunu açıqlayır.
Quran, endirildiyi gündən bu yana Allahın qoruması altındadır və heç bir nöqsana uğramamışdır. İnsanlara bir öyüd və xəbərdarlıq olaraq endirilmişdir; iman edənlər üçün şəfa, hidayət və rəhmət qaynağıdır. Sözlərin ən gözəlidir, doğrunu səhvdən ayırar və onunla əməl edənləri doğruya yönəldər.
Quranın bu hikmətini qavrayan bir insan onu (bu İlahi Kitabı) özünə rəhbər edər. Quran ayələrini ürəkdən mənimsədiyi üçün, bütün danışıqları Quran əxlaqını əks etdirər xüsusiyyətdə olar. Həyatının hər mərhələsində söz söyləyərkən, qərar alarkən, şərh edərkən rəhbəri həmişə Qurandır. Bu səbəblə də hər sözü, hər qərarı, hər tövsiyəsi Quran ayələrinə uyğundur. Çünki Quran, Allah sözüdür və insanlara hər mövzunun ən doğrusunu Allah Qatından bildirir. Özünə Quranı ölçü alaraq danışan insan, hər danışığında mütləq üstün və qalib gəlir. Çünki Quran ayələri hər cür cahil məntiqi çürüdüb yox edər, haqqı ortaya çıxarar. Allah bu vəziyyəti bir ayəsində “Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz...” (Ənbiya surəsi, 18) sözləriylə açıqlayır.
Quran əxlaqına uyğun danışan bir kimsənin sözləri səmimi insanlar üçün şəfa və rəhmətdir. Öyüd almaq, faydalanmaq yaxud hikmətlərini anlamaq niyyəti ilə dinləyən insanlar, bu danışıqlar sayəsində Allahın icazəsiylə doğru yolu taparlar.
Ayrıca Quranın rəhbərliyində danışan bir kimsənin hər danışığı hikmətli olar. Verdiyi hər nümunə, diqqət çəkdiyi hər nöqtə, vurğuladığı hər detal çox təsirli və düşündürücüdür. Qarşı tərəfi dürüst və səmimi düşünməyə, vicdanına uymağa təşviq edər. Səmimi, içdən gələn və haqqı müdafiə edən üslub istifadə etdiyi üçün təsir etmə gücü də çox yüksəkdir. Dinlədiklərini vicdanlarıyla qiymətləndirən insanlar bu cür danışıqların doğruluğunu da qəti olaraq təsdiq edərlər.
Səmimiyyətsiz və qarşı çıxma niyyətiylə dinləyən kəslər isə iman edənlərin danışıqlarındakı hikməti və təsir ediciliyi görmək istəməz və bunları müxtəlif böhtanlarla örtməyə çalışarlar. İnsanın danışıqlarına bu üstünlüyü qazandıranın Quran ayələrindəki hikmət olduğunu qavraya bilmədikləri üçün altında mütləq bir fövqəladəlik axtarışına çıxarlar. Halbuki bunlar Qurana uyan və onu özünə rəhbər edən hər insanın asanlıqla qazana biləcəyi imani xüsusiyyətlərdir. Ancaq iman etməyənlər bu vəziyyəti anlaya bilməzlər.
Bu vəziyyətə Quranda da bir çox nümunə verilmişdir. Məsələn, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in təsirli və hikmətli danışıqları qarşısında inkar edənlər və müşriklər heyrətə qapılmışlar. Geniş kütlələrin, qısa müddət içərisində Peyğəmbərimizin danışıqlarından təsirlənib ona tabe olmaları bu insanları böyük heyrətə salmışdır. Hz. Məhəmməd (s.ə.v) dediklərini təsirli və hikmətli edənin Quran ayələri olduğunu qavraya bilmədikləri yaxud da bu vəziyyəti qəbul edə bilmədikləri üçün Peyğəmbərimiz (s.ə.v)-i cadugərlik, şairlik kimi uydurma böhtanlarla ittiham etməyə cəhd etmişlər. Halbuki bütün insanlara olduğu kimi peyğəmbərlərə də nitqi verib danışdıran Allahdır. Allah ayələrində belə buyurmuşdur:
Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.(Nəcm surəsi, 2-4)
Ayələrdə də görüldüyü kimi Peyğəmbərimiz (s.ə.v), Allahın sözü olan Quran ilə danışdığı üçün bütün sözləri çox təsirli və hikmətli olmuşdur. Onun sözlərini dinləyərək iman edən insanların ürəklərinə imanı və təsirlənmə gücünü verən Allahdır. Allahın böyüklüyünü təqdir edə bilməyən insanlar isə təsiri və hikməti başqa yerlərdə axtarmaqla böyük qəflətə düşmüşlər.
Allah hər varlığa bir qədər (tale) təqdir etmişdir. Bir insanın həyatı boyunca yaşayacağı hər hadisə, görəcəyi hər insan, görəcəyi hər iş, hətta söyləyəcəyi hər söz Allah Qatında, daha o insan doğulmadan əvvəl təyin olunmuşdur. Ayrıca Allah zamandan münəzzəh olduğu üçün, canlı-cansız bütün varlıqların həyatı Allah Qatında yaşanmış və bitmişdir. Ancaq zamana asılı olan insan, olub bitmiş bu hadisələri zaman keçdikcə görə bilir. Bu gün 40 yaşında olan bir insanın keçmiş 40 ili necə yaşanmış və bitmişsə, bu adamın 70 yaşına qədər yaşayacağını fərz etsək önündəki 30 ili də əslində Allah Qatında tək bir an içində yaşanmışdır. Amma insan, bu yaşanmış və bitmiş hadisələri ancaq önündəki 30 illik zaman içində görə biləcək.
Qısacası, “gələcək” deyə təsvir etdiyimiz və hələ reallaşmamış hadisələr silsiləsi, əslində Allahın əzəli və əbədi elmində başlamış və bitmişdir. Allah Qatında yaşanmış və bitmiş olan bu hadisələrin hamısı isə o insanın qədərini meydana gətirər. Hər insanın bir qədəri vardır və bu qədərinin kənarına heç vaxt çıxa bilməz. İnsan keçmişini necə dəyişdirə bilmirsə gələcəyini də dəyişdirə bilməz. Çünki hər ikisi də Allahın Qatında yaşanmış, görülmüş, şahid olunmuş hadisələrdir. Ancaq bəzi insanlar, gələcəyə aid məlumatlara sahib olmadıqları üçün gələcəklərinin öz əllərində olduğunu zənn edərlər. Bu səbəblə də, qədərə inanmaz və ya qədərlərini dəyişdirə biləcəklərini sanarlar. Halbuki insanın bütün həyatı çəkilmiş və bitmiş bir film kaseti kimidir. İnsan kaseti seyr etdikcə olanları görər; filmin səhnələrini dəyişdirmə və ya filmə müdaxilə etmə imkanı yoxdur, eyni şəkildə qədər daxilində reallaşan hadisələrə müdaxiləsi də mümkün deyil.
Allahın hər insanı bir qədər ilə yaratdığı və insanların qədərləri xaricindəki hadisəyə heç vaxt qarşılaşmayacaqları Quranda belə bildirilir:
Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq. (Qamər surəsi, 49)
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir.(Hədid surəsi, 22-23)
Ayələrdə bildirildiyi kimi, yalnız insanlar deyil, bütün əşyalar və bütün canlılar, yəni hər şey bir qədər ilə yaradılmışdır. Evinizdəki taxta masanızdan ayağınızdakı ayaqqabıya, bağçanızdakı gül cücərtisindən şkafınızdakı geyimlərə, dostlarınızdan pişiyinizə qədər hər varlığın Allah Qatında təyin olunmuş bir qədəri vardır. Hələ nə siz, nə də sizə aid şeylər yaradılmadan əvvəl, masanın da, ayaqqabının da, gül cücərtisinin də, dostlarınızın da gələcəkdə hansı mərhələlərdən keçəcəkləri, nələrlə qarşılaşacaqları müəyyəndir. Məsələn taxta masanızın düzəldiyi ağacın toxumunu kimin əkəcəyi, o ağacın neçə il içərisində və hansı şərtlər altında inkişaf edib böyüyəcəyi, niyə, necə və kim tərəfindən kəsilib hansı taxta fabrikinə aparılacağı, hansı ölçülərdə kəsilib, bu ağacdan hansı keyfiyyətdə və hansı şəkildə bir masa hazırlanacağı, sizin bu masanı almağa necə qərar verəcəyiniz, onu harada tapacağınız, nə qədər evinizdə saxlayacağınız, evinizin hansı küncünə qoyacağınız, üzərində hansı yeməkləri yeyib, kimlərlə nələr danışıb, hansı yazıları yazacağınız Allah Qatında əzəldən bəri məlumdur. Çünki bütün bunları hələ siz doğulmadan əvvəl təyin edən və tək bir an içində yaradaraq bilən Allahdır. Siz isə bunları ancaq yaşadıqca, illər keçdikcə və sırası gəldikcə öyrənə bilərsiniz.
Əgər bir insan tale həqiqətindən xəbərdar deyilsə və ya bu həqiqəti tam olaraq qavraya bilməmişsə, əvvəldən təyin olunmuş olan qədəri yaşadığını düşünmədən hərəkət edə bilər, hadisələrin axışına özünü buraxa bilər. Məsələn, evi üçün yemək masası almağa getdiyində bir çox mağaza gəzər, hər mağazada dəfələrlə fikir dəyişdirər, düşünər, yanındakından fikir alar, müzakirə edər. Nəticədə, öz seçimi ilə masanı almaqda qərar verdiyini zənn edər. Halbuki, o insan hələ almağa çıxmadan əvvəl, hansı masanı alacağı qədərində müəyyəndir; bu səbəbdən qədərində müəyyən olan masanı axtarar, tapar və alar. Aradakı fikir almağı, etdiyi müzakirə, söhbət və qərarsızlığı da yenə o insanın qədərində Allah əvvəldən təyin etmişdir.
Bu səbəbə görə bir insanın, başına gələn hər hansı hadisədən ötəri çətinlik, peşmanlıq, kədər və ya qorxu keçirməsi, “kaş ki belə etsəydim”, “kaş ki oraya getməsəydim” kimi sözlər sərf etməsi, gələcəyi üçün narahatlıq keçirməsi çox yersizdir. Çünki bu insan onsuz da yaşanmış bitmiş həyatı izləyir və o peşman olduğu və kədərləndiyi hadisələrin hamısı onun qədərindədir. Məsələn, əlinə çoxlu qab alaraq bunları daşıyarkən hamısını yerə düşürən insan “kaş ki hamısını əlimə almasaydım, o zaman bunlar olmayacaqdı” deyərək kədərlənər. Halbuki onun bilmədiyi və ya unutduğu həqiqət budur: O an, o dəqiqə, o qabların hər birinin harada və necə qırılacağı hələ o qablar emal edilmədən, hətta onları qıracaq olan insan hələ yaradılmadan əvvəl müəyyəndir. İnsan başına gələn bu cür hadisələrdən ötəri ancaq dərs almalı, bunlar üzərində düşünərək, hikmətlərini anlamağa çalışmalıdır. Ancaq bu kimi hadisələrdə kədərlənməsi çox yersizdir, çünki başına gələcəklərə mane olmağa gücü yoxdur. Bir ayədə heç bir insanın Allahın dilədiklərini mane olma gücünün olmadığı belə bildirilir:
Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir. (Yunus surəsi, 107)
Qədərə təslim olan insan, Allahın yaratdığı hər şeydə, ilk baxışda əleyhinə belə görünsə, xeyir və gözəllik olduğunu bilər. Allahın bu hadisədə yaratdığı xeyir və hikmətləri görüb şükür edər. İlk anda bunları qavraya bilməsə belə mütləq Allaha təvəkkül edər; bu xeyir və hikmətləri özünə göstərməsi üçün Allaha dua edər. Əgər yenə də xeyirləri görə bilməsə, bunları axirətdə görüb anlamağı ümid edər. Allahın sonsuz ədalət sahibi, şəfqətli və mərhəmətli olduğuna qəti olaraq inanmanın hüzurunu və rahatlığını yaşayar.
Belə bir insanın danışıqlarından təslimiyyəti və təvəkkülü açıq şəkildə aydın olar. Bir an belə olsa yaşadığı hadisələr haqqında “niyə yaxud nə üçün belə oldu?” kimi suallar verməz. Allahın, inananlar üçün hər şeyi ən gözəl və ən qüsursuz şəkildə yaratdığını, pis görünən hadisənin əslində bir çox yöndən xeyir gətirə biləcəyini bilərək danışar.
Allah, Quranda “...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz.” (Bəqərə surəsi, 216) ayəsiylə bu vəziyyəti insanlara xatırladır. Bu səbəbdən, əksik kimi görünən bir hadisə ilə qarşılaşıldığında səmimi bir müsəlman, Allahın hər şeyi xeyir ilə yaratdığını və hər şeyin xeyirlərə vəsilə olacağını düşünər. Danışıqlarına da bu düşüncəsi hakimdir. Heç bir zaman cahil insanların “Əfsus, kaş ki, təəssüf ki, belə bir şeyi necə etdim?” kimi şikayət edən, təvəkkülsüz və ümidsiz üslubunu xatırladacaq ifadələr istifadə etməz.
Qədəri və iman edənlər üçün hər şeyin xeyir olaraq yaradıldığını bilən üslub müsəlmanın bütün həyatına hakimdir. Heç bir şeyi, heç kimi və heç bir hadisəni bu inancının kənarında tutmaz. Müsbət hadisələrin qədərdə olduğunu düşünüb, şər kimi görünən hadisələrdə qədəri unudan söhbətlər etmənin qafil üslub olduğunu bilər. Səhvi edən özü də olsa, başqası da olsa “niyə etdin”, “oraya getməsəydin bunlar olmazdı” kimi sözlər söyləməz. Tam tərsinə Quranda, “… başınıza gələn fəlakət də Allahın iznilə oldu…” (Ali-İmran surəsi, 166) ayəsiylə xəbər verilən həqiqəti anlamış insanın üslubuyla danışar. Əvvəldən tədbir almamasından da, yaranan səhvin meydana gəlməsinin də həmişə onun qədərində olduğunu bilər.
Qədər mütləq olması lazım olduğu kimi, yəni Allahın dilədiyi şəkildə inkişaf edər. Bu səbəblə “belə olsaydı, bu cür olardı” kimi səhv məntiqlər qarşıya qoyaraq hüznə yaxud peşmanlığa qapılmaq yersizdir. Yaşanan nə isə ən xeyirlisi odur. Bu səbəblə müsəlman insanın üslubunda heç bir zaman əsəbilik, hirs, gərginlik, şikayət, ağlamaq, çaxnaşma, qorxu ya da çətinlik olmaz.
İman edən insan ən çətin kimi görünən hadisələrdə belə, dərhal o hadisənin gözəl istiqamətlərini, xeyirlərə vəsilə ola biləcək nəticələrini kəşf etməyə çalışar və bunu səmimi üslubla dilə gətirər. Bu müsəlman kimi rəftar ətrafındakılara da təsir edərək çaxnaşma və narahatlıq kimi mühiti aradan qaldırar.
Allah Quranda möminlərə, “De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”” (Tövbə surəsi, 51) ayəsiylə çətinliklər qarşısında necə üslubları olması lazım olduğunu bildirir. Yenə bir başqa ayədə isə “O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər.” (Bəqərə surəsi, 156) buyurularaq, möminlərin qədərin və hər hadisənin xeyirlə yaradıldığının şüurunda olan, təslim olmuş üslub istifadə etdiklərinə diqqət çəkilir. Allahın bu həqiqəti qavrayan kəslərə verəcəyi qarşılıq isə ayədə “Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Bəqərə surəsi, 157) şəklində ifadə edilər.
Bunu da xatırlatmaq lazımdır ki, iman edən insanın qədəri və hər şeydə xeyir olduğunu xatırladarkən istifadə etdiyi üslub, Quran əxlaqından uzaq olan insanların istifadə etdiyi “təsəlli”, “ortalığı yatışdıran” və ya “əzbərdən edilən” danışıqlardan çox fərqlidir. Bənzər hadisələrlə qarşılaşdıqlarında Quran əxlaqını mənimsəməmiş kimi insanlar da “vardır bir xeyir” kimi sözlər sərf edərlər. Ancaq arada böyük fərq vardır: Müsəlman bu sözü ürəkdən gələn, səmimi, candan və qərarlı üslubla söyləyər. Cahilliyə əxlaqındakı insan isə, diliylə bu həqiqəti hər nə qədər dilə gətirsə də, ürəkdən buna heç cür qənaət gətirə bilmədiyini rəftarlarındakı təvəkkülsüzlüklə ortaya qoyar.
Cahilliyə inanclarını daşıyan insanlar çətinliyə düşdüklərində, köməyə ehtiyac duyduqlarında yaxud bir şeyi əldə etmək istədiklərində həll yolunu dünya həyatında güc sahibi olduğunu düşündükləri mərkəzlərdə axtararlar. Bəziləri nüfuz sahibi yoldaş-dostlarından, bəziləri mal, etibar və ya söz sahibi insanlardan mədət umarlar. Bütün bu insanların Allahın idarəsiylə hərəkət edən aciz varlıqlar olduqlarını unudarlar. Bu səbəblə onların gözlərinə girməyə çalışarlar.
Halbuki bir insana fayda və ya zərərli olan bir şey isabət edəcəksə, bunu reallaşdıra biləcək tək güc Allahdır. Müsəlmanlar bu həqiqətin fərqindədirlər. Bu səbəbdən hər vaxt köməyi və dəstəyi Allahdan gözləyən və yalnız Onun razılığını qazanmağa çalışan üslubdan istifadə edərlər. Ehtiyac, çətinlik içində də olsalar bütün bunları aradan qaldıracaq və özlərinə kömək çatdıracaq olanın yalnız Allah olduğunu bilərlər.
Necə ki, Quranda möminlərin bir çətinlik yaxud sıxıntı ilə qarşılaşdıqlarında, “Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Ali İmran surəsi, 160) deyərək bir-birlərinə yalnız Allaha yönəlib Ona təvəkkül etməyi xatırladan söhbətlər etdiklərindən bəhs edilir.
Bundan əlavə möminlər “…Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər…” (Həcc surəsi, 40) ayəsinin hökmünə görə Allahın həmişə möminlərin yanında olduğunu, Allahın icazəsi olmadan heç kimin və heç bir şeyin onlara zərər verə bilməyəcəyini bilərək danışarlar. Ən çətin, ən kritik və ən həyati risk daşıyan anlarda belə, mütləq bu yaşadıqlarında xeyir olduğunu düşünər və “…Mən Ona təvəkkül etdim. Təvəkkül edənlər də yalnız Ona təvəkkül etməlidirlər.” (Yusif surəsi, 67) ayəsiylə bildirildiyi kimi, ətrafındakılara da bu həqiqəti xatırladarlar.
Heç vaxt qorxu, çaxnaşma yaxud ümidsizliyə qapılmış insanın üslubunu istifadə etməzlər; sakit və etidallı üslub içərisində olarlar. Allahdan ümid kəsmənin, imanı qavramamış insanlara xas bir xüsusiyyət olduğunu bilərlər. Hər hadisənin Allahın diləməsiylə və Allahın təyin etdiyi hikmətlə reallaşacağını bildikləri üçün çətinliklər qarşısında narahatlığa və qorxuya qapılmazlar. Səmimi olduqları müddətcə, Allahın onlara ən xeyirli və ən gözəl olanı verəcəyini dərk edib danışarlar.
Necə ki, Quranın “Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. Bir zaman bir tayfa sizə əl qaldırmaq fikrinə düşdükdə Allah onları sizdən əl çəkməyə məcbur etmişdi. Allahdan qorxun! Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Maidə surəsi, 11) ayəsiylə, möminlərin bir-birlərinə Allahın köməyini xatırlatdıqları bildirilir.
Möminlərin bu təvəkküllü üslublarına Quranda bir çox nümunə verilmişdir. Məsələn, İsrailoğulları ilə birlikdə dəniz ilə Fironun ordusu arasında qaldıqları sırada hz. Musa bu təvəkküllü rəftarı göstərmişdir. İman etməyən kəslərin ümidsizliyə və qorxuya qapılaraq “Artıq yaxalandıq” dedikləri bir anda, hz. Musanın sözü “Rəbbim bizimlədir” şəklində olmuşdur. Quranda Musa Peyğəmbərin bu təvəkküllü üslubu belə xəbər verilir:
Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar. İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!” – dedilər. Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”(Şuəra surəsi, 60-62)
Hz. Musa bu çətin vəziyyət qarşısında yalnız Allaha təvəkkül edərək və təvəkküllü üslubuyla ətrafındakı insanları da bu əxlaqa dəvət etmişdir. Allah, hz. Musaya əsasıyla dənizə vurmasını vəhy etmiş və bunun üzərinə dəniz ikiyə ayrılaraq İsrailoğullarının keçə biləcəyi bir yola çevrilmişdir. Firon və ordusu isə dənizdə boğularaq can vermişdir. Bu hadisə, yalnız Allahı vəkil qəbul edərək, təvəkkül edənləri Rəbbimizin köməyinin bir nümunəsidir.
Hz. Musa hekayəsində olduğu kimi, möminlərin bütün danışıqlarından Allahdan başqa heç bir şeydən qorxmadıqlarını və yalnız Ona təvəkkül etdiklərini anlamaq mümkündür. Bir Quran ayəsində möminlərin, “sizə qarşı insanlar toplandılar, artıq onlardan qorxun” şəklində təhdid olunduqlarında, “Allah bizə yetər, O nə gözəl vəkildir” deyərək Allaha olan etibarlarını ifadə etdikləri xəbər verir:
Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər. (Ali İmran surəsi, 173)
Dünyəvi dəyərləri ilahlaşdıran insanların özlərinə xas üslubları vardır. Danışıqlarından dünya həyatını, həyatlarının əsl məqsədi halına gətirdikləri açıqca aydın olar. Başqalarında görüb sahib ola bilmədikləri gözəlliklərdən bəzən qibtəylə, bəzən də həsəd dolu üslubla bəhs edərlər. Bəhs olunan kəslərin içlərində yaşadıqları bu təqlidçilik, dünya həyatına və axirətə dair həqiqətlərdən xəbərsiz olmalarından qaynaqlanar. Halbuki Allah Quranda dünya nemətlərinin insanlar üçün bir sınaq olduğunu bildirmişdir:
Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır.(Ənfal surəsi, 28)
İman etməyən insanlar bu həqiqəti dərk etmədikləri üçün, dünyada özlərindən üstün gördükləri insanlara etina edən, onların qarşısında əzilən üslub istifadə edərlər. Məsələn, zəngin və məşhur birinin geyimindən, avtomobilindən bəhs edərkən üslublarında dərin bir heyranlıq dərhal diqqəti çəkər. “Kaş ki onun qədər zəngin olsaydım”, “kaş ki onun yerində olsaydım”, “avtomobili nə qədər gözəl, kaş ki mənim olsaydı” kimi danışıqlarla bu istəkləri ətrafa bildirirlər. Halbuki, qibtə ilə baxdıqları insanların hamısı, özləri kimi, Allaha qarşı aciz və möhtac olan qullardır. İnsanların sahib olduqları şeylərin hamısı Allaha aiddir. Hər insan, həyatı boyunca Allahın ona verdiyi nemətlərlə sınanır.
İman edənlər, əsl həqiqi və sonsuz olanın axirət həyatı olduğunu bildiklərindən, həyatları boyu axirətdəki əsl həyatı qazanmaq üçün səy göstərərlər. Zənginlik, mal-mülk kimi dünya nemətlərini isə ancaq Allahın razı olacağı şəkildə istifadə etmək, Allahın verdiyi nemətlərə şükür etmək və Allahın şanını ucaltmaq üçün istəyərlər.
Bu gözəl əxlaqlarının bir nəticəsi olaraq, sahib olduqları dünya nemətlərindən hər hansı birini və ya hamısını itirsələr də, bundan ötəri kədər və ya çətinlik yaşamazlar. Bunu Allahın təqdiri olaraq düşünər və Allahdan axirətdə onlara nemətlərin əsl həqiqi olanlarını və daha gözəllərini verməsini istəyərlər. Bundan əlavə Allahın, ruzisi və dünya nemətlərini insanlara müəyyən xeyir və hikmətlə verdiyini bildikləri bütün danışıqlarından aydın olar. Allah bir ayəsində, insanlar arasında ruzisini necə paylaşdırdığını belə bildirir:
Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. Onlar isə dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir. (Rəd surəsi, 26)
Allahın yaratdığı hikmətləri görüb qavraya bilmədikləri üçün, dünyəvi dəyərlərə, zənginliyə, mala-mülkə ehtirasla bağlı olan insanların şərhləri həmişə dünya həyatına istiqamətli olar. Məsələn, zənginliyinə, şöhrətinə diqqət etdikləri bir insan əslində pis əxlaqlı biri ola bilər. Nə var ki, bəhs edilən kəslər bu insanın pis əxlaqını və axirətdə nə ilə qarşılaşacağını heç vaxt düşünməyib, onun malına-mülkünə heyran olmaqda qorxu görməzlər. İman sahibi müsəlmanlar isə, dünya həyatının həqiqi üzünü görüb əsas Allahın razılığını və axirət həyatını qazanmağa çalışarlar. Bu səbəblə üslubları həmişə bu həqiqətin şüurunda olduqlarını əks etdirən xüsusiyyətdədir. Quranda bu mövzuya nümunə olaraq Qarun adlı zəngin bir adamın sərvətinə qibtə edən kəslər verilmişdir:
Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. ...(Qəsas surəsi, 76)
Dünya həyatına etina edən, bu səbəblə Qarunun necə bir yanlışlıq içində olduğunu hikmət gözüylə qiymətləndirə bilməyən kəslər, Qarunun zənginliyini gördükdə belə demişlər:
Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.(Qəsas surəsi, 79)
Müsəlmanlar Qaruna, sahib olduqlarını verənin Rəbbimiz və əsl yurdun da axirət olduğunu xatırlayarkən, müsəlman əxlaqıyla danışmayanlar, Qarunun zənginliyindən təsirlənərək cahil rəftar göstərmişlər. Müsəlmanların bu insanlara etdikləri xatırlatma isə Quranda belə xəbər verilir:
Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”.(Qəsas surəsi, 80)
Quranda, göstərdiyi çirkin əxlaq səbəbiylə Qarunun və evinin yerin dibinə keçirildiyi bildirilir. Bu hadisənin ardından isə, daha əvvəl Qaruna qibtə edənlər, onun Allah qarşısındakı acizliyini görmüş və etdikləri səhvi anlayaraq bu dəfə müsəlman bir üslubla cavab vermişlər:
Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!”(Qəsas surəsi, 81-82)
Müsəlmanlar, Allahın “Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.” (Tövbə surəsi, 55) ayəsində bildirdiyi kimi, dünya həyatına aid zənginliyə qibtə etmədiklərini; həmişə Allahı və axirət yurdunu düşünən insanlar olduqlarını bütün rəftar və danışıqlarıyla göstərərlər. Möminlərin bu gözəl əxlaqı, axirətdə olduğu kimi dünya həyatında da Allahın lütfü ilə qarşılıq görər. Allah, dünya ehtirasından təmizlənərək, Öz razılığını hədəfləyən kəslərə həm dünyada, həm də axirətdə nemətin ən gözəli ilə cavab verəcəyini bildirir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Müsəlman kimi danışmağın ən diqqətə çarpan xüsusiyyətlərdən biri də, insanın bütün danışıqlarında Quranda bildirilən “halal haram sərhədlərini” vasvasılıqla qorumağa diqqət göstərməsidir. Quranın “Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ.” (Tövbə surəsi, 112) ayəsiylə insanlara Allahın sərhədlərini qorumaları əmr edilmişdir.
İnsan həyatı boyunca Allahın qadağan etdiklərindən necə çəkinir və əmr etdiklərini yerinə yetirirsə, eyni sərhədləri danışıqlarında da qorumalıdır. Allahın çəkinməsini bildirdiyi bir rəftarı şifahi olaraq da müdafiə edib dəstək olmamalıdır. Allahın bəyəndiyi bir rəftarı da danışıqlarıyla tərifləyib dəstəkləməlidir. Məsələn, iman edən bir kimsə başqalarının haqqını yemənin, tərəzidə hiylə gələrək haqsız mənfəət əldə etmənin, yalan danışmağın, yalandan şahidlik etməyin Allahın bəyənmədiyi və qadağan etdiyi rəftarlar olduğunu bilər. Bu səbəblə heç bir zaman sözləriylə də bu rəftarlara arxa çıxmaz. Haram bir rəftarın doğruluğunu müdafiə edən bir insanın qarşısında səssiz qalaraq onu gizli şəkildə dəstəkləməz.
Haqq və doğru olanı söyləməkdən heç bir şəkildə çəkinməz, əksinə Quran əxlaqını başqalarına da izah etməkdən böyük sevinc hissi duyar. Heç bir zaman “fikirlərinə qarşı çıxsam görəsən məndən uzaqlaşarlar?” yaxud “görəsən haqqımda nə fikirləşərlər?” kimi narahatlıqlara qapılaraq susqun qalmaz. Çünki “Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın.” (Əraf surəsi, 2) ayəsiylə xatırladıldığı kimi insanlara Quran ilə öyüd vermənin möminlər üzərində əhəmiyyətli bir məsuliyyət olduğunu bilər. Bu səbəblə qarşısındakı insanlara niyə səhv düşündüklərini, doğrunun nə olduğunu Qurandan dəlilləriylə izah edər. Bunların Allahın sevmədiyi, qadağan etdiyi davranışlar olduğunu izah edərək onları da Allahın sərhədlərini qorumağa dəvət edər. Qarşısındakıların öyüd almayacaqlarını anladığında və Qurana müxalif söhbətlər etdiklərini gördüyündə isə Allahın əmrinə uyaraq, bu kəslərin yanlarından ayrılar. Allahın bu əmri Quranda belə bildirilmişdir:
Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma.(Ənam surəsi, 68)
Bir başqa ayədə isə möminlərin cahil düşüncəli kəslərlə qarşı-qarşıya gəldiklərində şərəfli və təmkinli bir rəftar göstərdikləri və “salam” deyərək keçdikləri bildirilmişdir:
Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” – deyərlər.(Furqan surəsi, 63)
Quranda şeytanın qiyamətə qədər insanları Allahın yolundan azdırmağa and içdiyi bildirilir. Şeytan üsyan etdiyi üçün Allah Qatından qovulmuş və lənətlənmişdir. Məqsədi özü kimi, insanları da üsyana sürüməkdir. Bu məqsədinə çata bilməsi üçün Allah şeytana qiyamət gününə qədər möhlət vermiş ancaq onun “həqiqətən iman etmiş kəslər üzərində heç bir təsirinin olmayacağını” bildirmişdir.
Şeytan insanı doğru yoldan azdırmaq üçün ona müxtəlif qorxu və vəsvəsələr verməyə çalışar. Ancaq “Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər.” (Əraf surəsi, 201) ayəsiylə bildirildiyi kimi, ürəkdən Allah ilə birlikdə olan adam bunlardan təsirlənməz. Şeytandan belə vəsvəsə toxunduğunu hissi etdiyində mömin dərhal Allaha sığınar və bunun şeytanın aldatmacasından başqa bir şey olmadığını anlayar.
İmanı zəif olan insanlar isə şeytanın hiylələrinə asanlıqla aldanarlar. Halbuki Allah “...Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!” (Nisa surəsi, 76) ayəsiylə şeytanın hiyləsinin nə qədər zəif olduğunu bildirmişdir. Ancaq könüldən iman etməyən kəslər şeytanın aldatmacalarını həqiqət sanarlar.
Allahın varlığından və Quran əxlaqından tamamilə qafil olan insanlar isə demək olar ki, bütün həyatları boyunca şeytanın əmriylə hərəkət edərlər. Onun istədiyi kimi düşünər, onun istədiyi kimi davranar və onun istədiyi kimi danışarlar. Aldıqları bütün qərarlara, söylədikləri hər sözə şeytanın azğın məntiqi hakimdir. Şeytanın məqsədi, ona uyan bu insanları istifadə edərək digərlərini də ümumi əxlaq pozuqluğuna sürümək, ürəklərinə öz çirkin əxlaqını yerləşdirməkdir. Onların ağzını öz ağızı kimi istifadə edərək bu yolla digər insanlara təlqinlərini çatdırmağı hədəfləyər.
Allahdan qafil olaraq edilən danışmaların xüsusi şeytanı üslubu vardır. Bəziləri sanki şeytanın elçiliyini edər kimi, yanlarındakı insanları Allahdan və Quran əxlaqından uzaqlaşıb cəhənnəm əxlaqını yaşamağa çağıran üslubdan istifadə edərlər. Bu üslub bəzən gözəl və cəlbedici olar; məqsəd şeytanı və pis olan bir şeyi insanlara məqbul və məntiqli göstərə bilməkdir. İnsan bu danışıqlarında, sözlərini həmişə cahil məntiqlərlə dəstəkləməyə çalışar. Danışıqlarıyla ətrafındakılara qədəri, axirəti, hesab gününü, Allahın əzabını unutdurmağa cəhd göstərər. İnsanları dünya həyatına aldanmağa çağıran hiyləgər bir üslub istifadə edər. Qarşı tərəfin vicdanını susdurub rahatlaşdıra bilməsi üçün saxta və hiyləgər məntiqlər qarşıya qoyar. Allaha iman və Quran əxlaqının yaşanması mövzusunda insanların ürəklərinə gizlicə vəsvəsə və şübhə salmağa çalışar. İstifadə etdiyi üsullar çox hiyləgərdir; çox vaxt səhv bir rəftarı insanların beyninə şüur altı yavaş-yavaş işləyib onları bu fikirə alışdıraraq təsir etməyi hədəfləyər. Bu səbəblə şeytanın elçiliyini edən və onun təsiri altında danışan adam ümumiyyətlə şeytanı rəftarı açıq şəkildə müdafiə etməz. Bunu qarşı tərəfə hiss etdirmədən və onu aldadaraq etməyə səy göstərər. Bilavasitə və hiyləli yollardan yaxınlaşar; gizlidən gizliyə də bu mövzuda qarşı tərəfə şüur altı şübhə salmağa çalışar. Quranda şeytanın istifadə etdiyi fərqli üsullar və taktikalar belə bildirilmişdir:
İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.(Əraf surəsi, 16-17)
Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir.(Nisa surəsi, 119-120)
Ayələrdə bildirildiyi kimi, şeytanın əsl məqsədi insanları Allah yolundan uzaqlaşdırmaqdır. Şeytana uyub onun istəklərinə uyğun hərəkət edən adam da onunla eyni taktikaları istifadə edər. İnsanların, hadisələri Quran rəhbərliyində qiymətləndirmələrini maneə törətməyi məqsəd qoyar. Hadisələrin xeyirli və gözəl istiqamətlərini anlamaq və izah etmək yerinə, mənfi tərəflərini vurğulayaraq onlara qədəri və hər şeyə xeyir gözüylə baxmağı unutdurmağa çalışar. İnsanları pessimizmə, ümidsizliyə və bədbəxtliyə sürümək üçün məşğul olar. Sözgəlişi ani bir qəza və ya ölüm xəbəri ilə qarşılaşıldığında insanları dərhal üsyankar, qafil bir üsluba çəkməyə səy göstərər.
Həyatı və ölümü Allahın yaratdığını bilən insan isə, belə xəbər qarşısında çox təvəkküllü və Allaha qarşı könüldən təslim olmuş tərzdə danışar; “Allahın təqdiri ən xeyirlisidir” deyər.
Bunun kimi ölümcül xəstəliyə tutulduğunu öyrənən imandan uzaq insan, şeytanın təsiriylə ümidsiz və narahat üslub istifadə edə bilər. Şeytan təsiri altına aldığı kəsləri istifadə edərək insanların şüur altına hiyləgər şəkildə kədərlənmənin və təvəkkülsüzlüyün məqbul olduğu düşüncəsini yerləşdirməyi hədəfləyər. Halbuki müsəlman kimi danışan bir insan ən çətin anında belə Allaha qarşı çox ümidvar üslub istifadə edər. Başına gələn xəstəlik nə qədər ciddi olursa olsun, hər şeyin Allahın idarəsiylə inkişaf etdiyini, Allahın gücünün sonsuz olduğunu bilmənin verdiyi təvəkküllü və təslimiyyətli üslubla danışar. İman edənlərin bu ümid dolu üslubu ətraflarındakı insanları da təvəkküllü davranmağa və ümidvar üslubla danışmağa yönəldər.
Allaha iman edən insanlar, şərtlər hər nə olursa olsun, şeytanın təsiriylə edilən danışığı bilər, başqasında gördüklərində rahatlıqla araşdırar və belə bir şeyə əsla yanaşmazlar. Şeytanın elçiliyini etmənin axirətdəki qarşılığının şeytan kimi məyus olacağını dərk edərlər. Bu səbəblə şeytanın bu tələsinə düşməz; dərhal Allaha sığınar və Qurana uyğun şəkildə danışaraq şeytanın səylərini təsirsiz hala gətirərlər.
İman edənlər danışıqlarıyla həm özləri Quran əxlaqını ən gözəl şəkildə yaşamağa çalışar, həm də başqalarını bu əxlaqı yaşamağa təşviq edərlər. Çünki Quranda möminlərin insanları xeyirə çağırmaq, onlara yaxşılığı izah etmək və pislikdən çəkindirməklə məsul olduqları bildirilir:
Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.(Ali İmran surəsi, 104)
Bu ayənin hökmü olaraq, müsəlmanlar həm bir-birlərini, həm də digər insanları Allahın bəyənəcəyi əxlaqa yönəltməyə çalışarlar. Quranda möminlərə “sözün ən gözəlini” söyləmələri əmr edilir. Bu səbəblə iman edənlər ağıllarını və vicdanlarını ən gözəl şəkildə istifadə edərək danışar, qarşılarındakı insanlara ən faydalı olacaq sözü söyləməyə çalışarlar. Bu kəslərin əksik yaxud səhv istiqamətlərinin, Quran əxlaqından uzaq olmalarından, məlumatsızlıq və ya cahil olmalarından qaynaqlana biləcəyini bilərək onlara şəfqət və mərhəmət dolu üslubla yaxınlaşarlar. Özlərinin də Quran əxlaqını öyrənmədən əvvəl səhv rəftar göstərdiklərini və ancaq Allahın rəhməti sayəsində gözəl əxlaqa sahib ola bildiklərini unutmazlar.
Ayrıca din əxlaqını izah edərkən heç bir zaman qarşı tərəfi məcburedici üslub istifadə etməzlər. Quranın “Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən.” (Ğaşiyə surəsi, 21-22) ayələriylə xatırladıldığı kimi, müsəlmanların məsuliyyətinin yalnız gözəl sözlə öyüd vermək olduğunu, hidayəti verəcək olanın isə Allah olduğunu bilərək danışarlar. Bir ayədə “İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. ...” (Nəhl surəsi, 125) sözləriylə bildirildiyi şəkildə “ən gözəl üslubda” danışmağa çalışarlar.
Bir başqa ayədə isə “…onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!” (Nisa surəsi, 63) şəklində bildirildiyi kimi, müsəlmanlar səhvə yol verən insanların nəfslərinə istiqamətli təsir edici sözlər söyləyərək birbaşa qarşı tərəfin vicdanına xitab edərlər. Ancaq heç bir zaman qürurlanaraq, özlərini üstün görərək danışmazlar. Çox hörmətli və etidallı üslub istifadə edər, qarşı tərəfə müsbət və faydalı niyyətlə yaxınlaşarlar. Bu kəslərlə ağıla və səmimiyyətə sövq edəcək söhbətlər edərlər. Allahın hər sözü dinlədiyini, hər rəftarı gördüyünü xatırladaraq onları Allahdan qorxub çəkinməyə dəvət edərlər.
Möminlər bu mövzuda çox səmimi bir səy göstərirlər; ancaq göstərdikləri bütün səmimi səyə baxmayaraq qarşı tərəf izah edilənləri anlamaya bilər və ya tam olaraq qəbul etməyə bilər. Buna görə ümidsizliyə və kədərə qapılmazlar. Onların məsuliyyəti Allahın ibadət olaraq bildirdiyi təbliğ vəzifəsini ən gözəl şəkildə yerinə yetirməkdir; verilən nəsihətlərə uyub-uymadığının məsuliyyəti isə yalnız izah edilən insanın özünə aiddir. Əgər bu insan izah edilənləri qəbul etmirsə, möminlər bunda xeyir olduğunu bilərlər. Quranda “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır.” (Qəsas surəsi, 56) şəklində bildirildiyi kimi, hidayəti vermənin Allahın təqdiri olduğunu unutmazlar.
Hikmətli danışmaq, bir insanın ən doğru, ən faydalı və yerində danışmağı bilməsidir. Ancaq hikmətli danışmağın hər hansı bir qaydası yoxdur. Yerinə, zamanına, xitab edilən kəslərə və şərtlərə görə dəyişər. Həm də hikmətli danışmağın adamın zəka, mədəniyyət səviyyəsiylə, təhsil vəziyyətiylə yaxud texniki məlumatıyla hər hansı bir əlaqəsi yoxdur. Bu həqiqətdən xəbərsiz olan bəzi insanlar hikmətli və gözəl natiqlik qabiliyyəti əldə edə bilmək üçün müxtəlif kurslara yaxud təhsil proqramlarına qatılarlar. Bəziləri də bu xüsusiyyətin texniki diqqət ilə əldə edilə biləcəyini sanarlar; bunun üçün danışıqlarının ədəbiyyat qaydalarına və ya gözəl söz sənəti ilə bağlı bəzi kitabların nəsihətlərinə mümkün qədər uyğun olmasına çox diqqət göstərərlər.
Uzun və məntiqsiz cümlələr qurduqlarında və ya intellektual dəyəri olduğuna inandıqları aktual yaxud xarici terminlər istifadə etdiklərində danışıqlarının çox təsirli və gözəl olacağına inanarlar. Halbuki bunların heç biri insana hikmətli danışma qabiliyyəti qazandırmaz. Çünki hikmət ancaq imanla, Allah qorxusundan qaynaqlanan səmimiyyətlə və Allaha olan təslimiyyətlə qazanıla bilən bir xüsusiyyətdir.
Quranda mələklərin “Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”” (Bəqərə surəsi, 32) ayəsiylə bildirilən ayələrdə olduğu kimi, Allah sonsuz hikmət sahibidir və dilədiyi insana bu neməti dilədiyi qədəriylə verər. İnsanın isə Allahın özünə öyrətdiklərindən başqa heç bir məlumatı yoxdur.
Hikmət sahibi biri danışıqlarında özünü qarşı tərəfə bəyəndirmə məqsədi daşımaz. Özünə nitqi verib danışdıracaq olanın Allah olduğunu bilərək Allaha sığınar və yalnız Onun razılığını qazanmağı hədəfləyərək danışar. Hər an olduğu kimi danışarkən də insanların deyil, Allahın hüzurunda olduğunu və sözlərinin ancaq Onun diləməsiylə təsirli olacağını dərk edər. Sözlərinin təsirli və hikmətli olması üçün Allaha dua edər. Bu səmimiyyətə qarşılıq, vicdanı insana deyilməsi lazım olan ən gözəl sözləri ilham edər. Bu səbəbdən nəyin vurğulanması, nəyə diqqət çəkilməsi və ya nəyin deyilməməsi lazım olduğunu; hansı üslubun səhv, hansı izahatın təsirli olacağını vicdanını dinləyən hər kəs asanlıqla tapa bilər.
Quran əxlaqının yaşanmadığı yerlərdə edilən gözəl və ədəbi danışıqların əksinə hikmətli danışan insanın sözləri qarşı tərəfin ürəyinə təsir edər. Səmimi insan heç bir vaxt insanların təqdirini hədəfləyərək danışmaz. Quran əxlaqından uzaq olan insanların əsl məqsədləri isə özlərini insanlara bəyəndirmək olduğu üçün, bu vəziyyətdə səmimiyyət tamamilə ortadan qalxar. Səmimiyyət olmayınca təbii ki, hikmətli danışıq da olmaz. Burada ancaq texniki bir təsirdən söz edilə bilər.
Natiq bəzən sırf bir mövzuda nə qədər dərin məlumata sahib olduğunu ortaya qoya bilmək adına dinləyənlərin heç bir şəkildə işinə yaramayacaq bir çox lazımsız söhbətlər edər. Bəzən də çox sadə bir məntiqlə və qısa, bir neçə cümlə ilə izah edə biləcəyi bir mövzunu iki-üç saat danışar. Halbuki iman edən bir insan bir mövzunu olduqca ən açıq və aydın olar, ən əsaslı, təsir edici və qarşı tərəfə fayda verəcək üslub ilə izah edər.
Məqsədi nə özünü bəyəndirmək, nə də qarşı tərəfə üstün görünməkdir. Məqsədi yalnız Allahın razılığını qazanmaq üçün qarşı tərəfə faydalı ola bilməkdir. Niyyəti səmimi olduğu üçün Allahın icazəsiylə bu səyi ən xeyirli şəkildə nəticələnər.
Quranın, “Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. ...” (Bəqərə surəsi, 269) ayəsiylə hikmətin əhəmiyyətinə və insanlar üçün böyük nemət olduğuna diqqət çəkilir. Həqiqətən də hikmət sahibi insan, Allahın icazəsiylə dini ən gözəl şəkildə yaşayar, Allahın ən razı olacağı söhbətləri edər, insanlara Quran əxlaqını ən aydın və ən təsirli şəkildə izah edərək müxtəlif xeyirlərə vəsilə olar. Bu cür insanla ünsiyyətdə olan kəslər, onun hikmətli şərhləri sayəsində hadisələrin fərq edə bilmədikləri görər, ağıllı davranışlara yönələrlər. Hikmətin necə böyük bir nemət olduğunun fərqində olan möminlər dualarında Allahdan özlərinə “hikmət, heyrətləndirici izahat və təsirli natiqlik qabiliyyəti” verməsini istəyərlər. Quranda peyğəmbərlərin də bu cür dua etdiklərinə nümunə olaraq hz. İbrahimin duası verilir:
Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!(Şuəra surəsi, 84)
Ayələrdə Allahın hikməti dilədiyinə verəcəyinə və hikmətin Allahın elçilərinin də əhəmiyyətli xüsusiyyətlərindən biri olduğuna diqqət çəkilir. Məsələn, “Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.” (Sad surəsi, 20) ayəsiylə hz. Davuda Allah Qatından xüsusi hikmət və izahat qabiliyyəti verildiyi bildirilir. “Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.” (Nisa surəsi, 54) ayəsiylə də hz. İbrahimə hikmət verildiyindən bəhs edilir.
Bundan əlavə, hikmətli danışığın insanın yaşı ilə heç bir əlaqəsi yoxdur. Allah səmimiyyəti və imanı nisbətində dilədiyi insana dilədiyi yaşda hikmət verər. Quranda bu vəziyyətin ən gözəl nümunələrini hz. Yəhya və hz. Musada görmək mümkündür.
“Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!” – deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik.” (Məryəm surəsi, 12) ayəsiylə hz. Yəhyaya uşaq yaşda hikmət verildiyi bildirilmişdir. Ayrıca, “Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq.” (Qəsas surəsi, 14) ayəsiylə də hz. Musaya yetkinlik çağında bu nemətin lütf edildiyi xəbər verilmişdir.
Quranda peyğəmbərlərin hikmətli danışıqlarına bir çox nümunə verilmişdir. Bu nümunələrdən birində sırf varlı və zəngin olduğu üçün böyüklük göstərən və Allah haqqında mübahisəyə girən birinin, hz. İbrahimin verdiyi hikmətli cavab qarşısında öz səmimiyyətsizliyini dərhal fərq etdiyinə belə diqqət çəkilir:
Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!” – demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.(Bəqərə surəsi, 258)
İnsanlar üzərində ən təsirli olan danışıq şəkillərindən biri səmimi danışmaqdır. Çünki hikmətli sözdə olduğu kimi, səmimi danışıqda da birbaşa insanın ürəyinə və vicdanına təsir edən danışmadır. İnsan səmimiyyətdən təsirlənəcək şəkildə yaradılmışdır. Səmimi danışmaq; insanı, inanmadığı, dəstəkləmədiyi və hətta qarşı çıxdığı bir fikrin haqlı istiqamətlərini görməyə və dinlədiklərini obyektiv bir şəkildə qiymətləndirməyə yönəldər. İnsanı səmimi düşünməyə, səmimi qiymətləndirməyə və səmimi danışmağa təşviq edər. Səmimi danışan insanın yanında, süni üslubla bəzəkli danışıqlar edən birinin səmimiyyətsizliyi dərhal aydın olar. Hətta bəzən bu adamın özü belə bu üslubla danışmağın özünü nə qədər hörmətdən saldığını anlayar.
Səmimi danışan insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri, danışıqlarına xüsusi bir şəkil vermədən Allaha sığınaraq, səmimi olmağa niyyət edərək danışmasıdır. Səmimi danışmaq, insanın içindəki səmimi duyğularını, danışıqlarına köçürməsidir. İkiüzlü olmaması, inandıqlarını və yaşadıqlarını danışmasıdır. Əgər içində saxladığı bir əksiyi yaxud pis bir xüsusiyyəti varsa bunu dürüstcə söyləməsi də səmimi danışmadır. Səmimi danışan insan özünü olduğu kimi göstərər; pis olduğu halda yaxşı tanıtmağa yaxud yaxşı olduğu halda bunu gizləməyə, ətrafına fərqli bir imic verməyə çalışmaz.
Səmimi insan danışdığı kəslərə özünü tanıtmamış olsa belə, istifadə etdiyi səmimi üslub onu ətrafına tanıdar; səs tonu, vurğulamaları, seçdiyi sözlər, məntiqi, hadisələrə olan dürüst və obyektiv yanaşması, sünilikdən təmizlənmiş təbii üslubu, insanların məmnuniyyətini hədəfləməməsi, doğru bildiyi sözü söyləməkdən çəkinməməsi dinləyənlərin onun səmimiyyətinə inanmasını təmin edər.
Səmimi danışmaq həm izah edən, həm də dinləyən kimsə üçün böyük rahatlıqdır; izah edən adam ürəyini Allaha bağladığı üçün heç bir çətinliyə girmədən, içindən gəldiyi kimi danışmağın rahatlığını, dinləyən isə səmimi, yaxşı niyyətli və dürüst bir insana güvənib onun doğru sözüylə hərəkət etmənin rahatlığını yaşayar. Hər nə olursa olsun bu insan pis niyyət bəsləmədiyini, tövsiyələrində yaxud tənqidlərində mütləq dürüst davrandığını bilər.
Möminlərin, danışıqlarına hakim olan xüsusiyyətlərdən biri də, hansı şərtlər altında olurlarsa olsunlar, doğru söz söyləmələridir. Quranda sırf insanlardan çəkindiyi üçün doğrunu söyləməkdən imtina etməsinin səhv rəftar olduğu bildirilmişdir. Bu səbəblə möminlər həmişə vicdanlarının səsini dinləyərək danışarlar. Həmişə ən gözəl, ən könül alıcı sözü söyləyərlər, amma yenə də bir insanı qırmamaq, hirsləndirməmək yaxud könlünü almaq adına doğru danışmaqdan imtina etməzlər. Özlərinin yaxud dostlarının əleyhinə bir vəziyyət meydana gətirən narahatlığa görə həqiqətləri gizləməzlər. Özləri və ya yaxınları adına çıxar əldə etmək üçün yalan danışmazlar. Çünki Allah “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!” (Əhzab surəsi, 70) və “…yalan söz söyləməkdən də çəkinin!” (Həcc surəsi, 30) ayələriylə insanlara doğru danışmalarını əmr edir.
Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə isə yalan danışığa tez-tez rast gəlinər. Bəzi insanlar yalan danışmağın zərərsiz davranış olduğuna inanarlar. Bəziləri bəzi yalanların qanuni bəzilərinin də səhv olduğunu müdafiə edər. İnsanları maddi və ya mənəvi mənada böyük itkilərə uğratmayacaq kiçik yalanların həyatda vacib olduğunu düşünərlər. “Yalan danışıram, amma kimsəyə zərərim toxunmur” yaxud “yalan danışaraq insanlara yaxşılıq edirəm” kimi məntiqlər qarşıya qoyaraq vicdanlarını rahatlaşdırmağa çalışarlar. Bu inancları istiqamətində gün boyunca çoxlu yalan danışar və bunların yalandan sayılmayacağını iddia edərlər. Məsələn, telefonla nəyisə soruşan birinə “çox məşğulam hal-hazırda səninlə maraqlana bilməyəcəyəm” deyərlər, amma əslində həmin anda heç bir işləri yoxdur. Və ya iş yerindəki bir faylı itirər, amma onlara soruşanda “bilmirəm” deyərlər yaxud bir başqasının adını verərək günahı o adama yükləyərlər. Müdirləri ilə qarşılaşdıqlarında tam tərsini düşündükləri halda “fikirləriniz çox məqsədə uyğun olar” və ya “bu işi çox yaxşı etdiniz” kimi sözlər söyləyərlər, amma əslində ikiüzlüdürlər. Borc istəyən bir yoldaşlarına “indi çox çətin vəziyyətdəyəm, pulum yoxdur” deyə cavab verərlər, amma əslində kifayət qədər pulları vardır. Bir yaxınları onlar kömək istədiyində bəhanə tapar və “çox xəstəyəm gələ bilməyəcəyəm” deyərlər, amma əslində xəstə deyildirlər. Bu nümunələri səhifələrlə çoxaltmaq mümkündür. Çünki bu əxlaqı yaşayan insanlar yalanı həyat şəkli halına gətirmişlər.
Möminlər isə Allahın hər an hər yerdə onları gördüyünü, hər söylədikləri sözü eşitdiyini və hesab günündə söylədikləri sözlərdən onlara hesaba çəkəcəyini bilərək danışarlar. Allahdan qorxduqları üçün yalan danışmaqdan, bir kəlimə yalan işlətməkdən, bilə-bilə doğru məlumatı gizləməkdən, böhtan atmaqdan, dedi-qodu etməkdən və hər cür pis sözdən çəkinərlər. Allahın razı olmayacağını düşündükləri söz söyləməkdən Allaha sığınar, həmişə hər yerdə dürüst üslubla danışarlar.
“Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!” (Ənam surəsi, 21) ayəsiylə bildirildiyi kimi, yalan danışaraq böhtan atmanın axirətdə insana zərər verəcəyini dərk edirlər. Peyğəmbərlərin də yaşadıqları cəmiyyətlərdə doğru sözlü olmalarıyla tanındıq ları, ətraflarındakı insanların onlara xitab şəkillərindən aydın olur. Quranda, atılan böhtan səbəbiylə haqsız yerə zindanda olan hz. Yusifi görməyə gələn bir adamın ona “…Yusuf, ey doğru (sözlü insan)...” (Yusuf surəsi, 46) şəklində xitab etdiyi bildirilir.
Möminlərin doğru sözlü olmaları bir çox mövzuda ortaya çıxar; heç bir zaman yalan yerə and içməzlər. Allah bir ayəsində “Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!” (Münafiqun surəsi, 2) sözləriylə inananlara bu cür əxlaq göstərməkdən çəkinmələrini xatırladır. Halbuki and içmək Quran əxlaqından uzaq olan insanların bir-birlərini yalan yerə razı salmaq üçün və doğru söylədiklərinə inandıra bilmək üçün ən çox istifadə etdikləri üsullardan biridir. Bu kəslər bir-birlərinin Allahdan qorxmadıqlarını açıq şəkildə gördükləri və andlarını insanları aldatma vasitəsi olaraq istifadə etdiklərini bildikləri halda yenə də bir-birlərinin sözlərinə etimad edərlər.
Başqa ayələrdə isə Allah yenə doğru danışmaqla əlaqədar olaraq, “Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.” (Saff surəsi, 2-3) sözləriylə insanın etməyəcəyi şeyi söyləməsinin doğru davranış olmadığını xatırlatmışdır. Bu səbəblə möminlər etməyəcəkləri şeyləri söyləməkdən çəkinərlər. Bunun Allah Qatında onlara böyük məsuliyyət yükləyəcəyinin fərqindədirlər. Quran əxlaqından uzaq yaşayan insanlar arasında isə bu çox edilən davranışdır. Bu kimi insanlar bəzən haqsız mənfəət əldə edə bilmək, bəzən ətrafındakıları istədikləri kimi istiqamətləndirə bilmək, bəzən də öz zəif yönlərini örtə bilmək məqsədiylə bu yolu seçirlər. Möminlər isə bir mövzuda söz verdikləri zaman sözlərini pozmazlar. Sözlərində durmadıqları təqdirdə yalnız qarşılarındakı insanlara deyil, eyni zamanda Allaha qarşı səhv etmiş olacaqlarını bilərlər. Allah qorxuları səbəbiylə ən çətin şərtlər altında belə verdikləri sözlərə sadiq qalmağa çalışarlar. Quranda inananların bu xüsusiyyətlərinə “O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar.” (Rad surəsi, 20) ayəsiylə diqqət çəkilir.
Möminlərin doğru sözlü olmalarını göstərən başqa xüsusiyyətləri isə həmişə ədalətli şahidlik etmələridir. Quranda möminlərin bu xüsusiyyəti belə ifadə edilir:
Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.(Furqan surəsi, 72)
O kəslər ki, şahidliklərində mətindirlər.(Məaric surəsi, 33)
“Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.” (Nisa surəsi, 135) ayəsiylə iman edənlərə ədalətli şahidlər olaraq haqqa dəstək olmalarını əmr etdiyini bilərlər.
Peyğəmbərimizin bu mövzuda iman edənlərə olan “Xalqdan qorxub haqqı söyləməkdən çəkinməyin, bildiyiniz və gördüyünüz haqqı söyləyin.” (Kutubi-Sittə, 1-ci cild, səh. 89) şəklindəki tövsiyəsini bilərək heç bir zaman günahkar yaxud yanlış adamları qorumaz, hər vaxt dürüst olarlar. Təsdiq etmədikləri insanlar haqqında belə həmişə tərəfsiz olaraq doğru söz söyləyər, bu kəslər haqqında da ən ədalətli şəkildə şahidlik edərlər. “Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Maidə surəsi, 8) ayəsiylə bildirildiyi kimi, Allahdan qorxub çəkinərlər.
Möminlərin bu doğru sözlü olmaları onların insanları həqiqi olana çağırmalarıyla da ortaya çıxar. Quran əxlaqını mənimsəməmiş olan insanlar isə, haqqında heç bir etibarlı dəlilə sahib olmadıqları halda danışıqlarıyla bir-birlərini Allahın və axirətin varlığından şübhəyə salaraq azdırmağa çalışarlar. Quranda bu insanların heç bir məlumata əsaslanmadan etdikləri bu danışıqlara belə diqqət çəkilir:
İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir.(Həcc surəsi, 3)
Bu kəslər bir-birlərini dünya həyatına qapılmağa, Allahdan qorxub çəkinməməyə, cahiliyyə əxlaqını yaşamağa təşviq edər və axirəti unutdurmağa çalışarlar. Bunun ən sıx rast gəlinən nümunələrindən biri, insanların, bir-birlərini doğru olmadığını bildikləri davranışlara təşviq edərkən qarşıya qoyduqları “günahını mən yüklənərəm” məntiqidir. Bu məntiqi istifadə edərək sözgəlişi fırıldaqçılıqla, oğurluqla pul qazanmağı ümid edən bir kimsə yoldaşını özünə kömək etməyə razı sala bilər. Halbuki Allah “…Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir.” (Zumər surəsi, 7) ayəsiylə bunun Allah Qatında qəti olaraq mümkün olmadığını açıqlayır. Bu səbəbdən bu məntiqlə insanlara yaxınlaşan kəslər yalan danışırlar.
İnanan bir kimsə isə, ətrafındakı insanları həmişə doğru olana çağırar. Allahın gücünü, axirətin qəti bir həqiqət olduğunu və hesab gününün yaxınlığını xatırladar və onları Allahdan qorxub çəkinməyə çağırar. Quranda elçilərin də, göndərildikləri birliklərdə həmişə doğru sözlü olmalarıyla, dürüst və etibarlı üslubla danışıqlarıyla tanındıqlarına diqqət çəkilir. Onların bu dürüstlüklərinə və doğru sözlü olmalarına baxmayaraq izah etdikləri həqiqətlərə inanmayıb üz çevirən kəslər isə, axirətdə həqiqətin özü ilə şəxsən qarşılaşdıqlarında peşmanlıqla “demək ki, elçilər doğru deyirlərmiş” deyərək bu həqiqəti ağızlarıyla təsdiq edəcəklər:
Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”.(Yasin surəsi, 51-52)
Möminlərin danışıqlarına hakim olan bir başqa xüsusiyyət də, aydın və kəskin ağılı əks etdirən üslublarıdır. Hər insan ağıllı deyil. Allah bu neməti Allaha iman edən kəslərə verir. İnsanların çox vaxt ağıl zənn etdikləri isə, ağılın üstünlüyü ilə əsla müqayisə edilə bilməyəcək qabiliyyət olan zəkadır.
Quran əxlaqından uzaq olan bəzi insanların çox ağıllı danışıqlarına şahid ola bilərsiniz; sürətli qavrayış qabiliyyəti, güclü yaddaş yaxud sürətli hazırcavab olan bu kəslərin danışıqlarına hakim ola bilər. Ancaq bu danışıqlarda həqiqi ağılı əks etdirən üsluba rast gəlinməz. “Doğrunu səhvdən ayırmağı” bacaran həqiqi ağılın ancaq Allah qorxusu və imanla meydana gəldiyi Quranda belə bildirilir:
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.(Ənfal surəsi, 29)
İman və Allah qorxusunun qazandırdığı bu ağıl möminlərin bütün danışıqlarına hakimdir; hər hansı söz söyləyərkən, qərar alarkən, bir hadisəni izah edərkən, bir çatışmazlığı yaxud ehtiyacı təsbit edərkən, insanların xarakterlərini, qüsurlarını və ya gözəl istiqamətlərini yoxlayarkən danışıqlarında ağıl diqqəti çəkər. Bu ağıllı üslub çox kəskindir, amma bir o qədər də sadədir; kiçik uşaqdan yaşlı insana, mədəniyyət səviyyəsi aşağı olan adamdan intellektual səviyyəsi yüksək, təhsilli insana qədər hər kəsin rahatlıqla anlaya biləcəyi qədər açıq və aydındır.
Möminlər bu ağıl sayəsində, bir mövzuda özlərindən daha çox məlumat və təcrübəyə sahib insanların, o mövzu haqqında fərq edə bilmədikləri həqiqətləri, əhəmiyyətli nöqtələri təsbit edə bilərlər. Hər üsulun sınandığı ancaq çarəsinin tapılmadığı bir çox problemə qəti həll taparlar. Bir insana yarımçıq olan yönlərini ən aydın, ən razı salan və ən sadə dillə izah edərlər. Səthi qiymətləndirmələrdən çəkinər; bir hadisənin əvvəlini və sonrasını göz önündə saxlayıb, ola biləcək hadisələri hesablayaraq danışarlar. Bir çox insanın hər vaxt görməyə alışdığı görünüşlərdən, daha əvvəl heç düşünülməmiş hikmətlər çıxara bilərlər. Bunları, heyrətə salacaq və səmimi təsir yaradacaq şəkildə ifadə edərlər.
Danışıqları sıravi və alışılmış tərzdə deyil. Məntiq axışları, qarşıya qoyduqları dəlillər, verdikləri nümunələr qarşı tərəfin rədd edə bilməyəcəyi qədər kəskin və həqiqidir. Eyni mövzunu hər dəfə fərqli bir üslubla, fərqli cümlələrlə, fərqli sözlər və fərqli bənzətmələrlə, monotonluğu ortadan qaldıracaq şəkildə dilə gətirərlər. Aydın olmayan bir mövzunu hər səfərində fərqli yanaşma ilə izah edərək qarşı tərəfin mövzuya olan vərdişini qırmağı bacararlar. Bundan əlavə, gördükləri bir gözəlliyi ən təəccüblü, ən təsir edici və dəyərini ən yaxşı əks etdirəcək şəkildə dilə gətirərlər. Birinə olan sevgilərini yaxud hörmətlərini ən gözəl şəkildə ifadə edərlər. Bunları edə bilmək üçün özlərini xüsusi qəliblərə soxmaları, xüsusi səy sərf etmələri lazım deyil; bütün səmimiyyətləri ilə Allaha təslim olar və ağılı Allahdan istəyərlər. Allah bu səmimi təslimiyyətlərinə qarşılıq iman edənlərə ağıl ilham edərək onlara ən doğru yolu göstərər və hikmətli danışdırar.
Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.(Tövbə surəsi, 111)
Yuxarıdakı ayədə Allah möminlərə bir-birləriylə müjdələmələrini xatırladır. İman edənlərin sevinclərinin qaynağı, Allahın, onları “böyük qurtuluşa” çatdıracaq olan doğru yola çatdırmış olmasıdır. Möminlər mallarını və canlarını Allahın razılığını və cənnətini qazana biləcəkləri xeyirli davranışlar etməyə həsr etmişlər. Bu, bir insanın dünya həyatında edə biləcəyi ən ağıllı və ən gözəl qarşılığı olan alverdir və məhz iman edənlər bu xeyirli davranışlarından ötəri müjdə verərlər.
Möminlər imanlarından qaynaqlanan bu sevinci həyatlarının hər mərhələsində və hər anında yaşayarlar. Çünki Allah iman edənlərin dostudur; inananlara hər zaman kömək edəcəyini və bütün işlərini onların lehinə nəticələndirəcəyini, xeyirlərə vəsilə edəcəyini müjdələmiş, axirətdə də onlara cənnətini vəd etmişdir. Allahın əsla vədindən dönməyəcəyini bilən möminlər dünya həyatında yaşadıqları bütün hadisələri bu formada qiymətləndirərlər. Bu səbəblə yaşadıqları hər hadisənin onların lehinə olduğundan əmindirlər. Qarşılaşdıqları çətinliklərin asanlıqlarını və müjdəli yönlərini görər, bu hadisələri izah edərkən daim xeyirə yozan, müjdə və sevinc verən tərzdə danışarlar. İçlərində Allaha əsaslanan güvənin hüzuru və etibarı vardır. Çətinliklərə və yaşadıqları sıxıntılara gözəl səbir göstərmənin mükafatını alarlar. Bu səbrin axirətdəki gözəl qarşılığını düşünüb müjdə vermənin sevincini yaşayarlar. Bu səbəbdən hər hadisə möminlər üçün bir müjdə halına gələr. Çünki qarşılaşdıqları hər hadisəni Allah yaradır və Allah möminlərin dostu və vəlisidir. Allahdan gələn hər nə olursa olsun mütləq gözəl və müjdəlidir. Necə ki, Quranda möminlərin ölüm kimi bir hadisə ilə qarşılaşdıqlarında belə bundan “gözəllik” olaraq bəhs etdiklərinə diqqət çəkilir:
De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz?...”(Tövbə surəsi, 52)
Möminlər ölümü müjdəli bir hadisə olaraq qarşılayarlar çünki ölüm, həyatını səmimi olaraq Allaha həsr edərək keçirmiş insan üçün son deyil, yeni başlanğıcdır. Allah axirətdə insanı yeni və ən gözəl surətdə yaradacaq və ona dünya həyatı ilə müqayisə edilməyəcək mükəmməllikdə və müxtəliflikdə nemətlər verəcək. Dünya həyatını təslimiyyətlə Allahın razı olacağı şəkildə yaşamanın nəticəsində Allah qullarına hər şeyin ən çoxunu və ən mükəmməlini vəd edir. Bu səbəblə möminin sevinci və müjdələnməsi şərtsizdir. Hər nə çətinliklə qarşılaşırsa qarşılaşsın üslubu daim Allaha qarşı şükür edicidir.
Ancaq bunu da əlavə etmək lazımdır ki, möminlərin hadisələrin xeyirli və müjdəli istiqamətlərini görmələri, təsəlli mahiyyətində deyil. Yaşadıqları hadisələrdəki gözəllikləri görə bilmələrindən əlavə qarşılaşdıqları çətinliklərin öhdəsindən gələ bilmək üçün çox ağıllı davranarlar.
Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə isə ən sevinc verici hadisələrdə belə insanların bir-birlərinə qarşı müjdəli üslub istifadə etdiklərinə rast gəlmək çətindir. Bəziləri hər hadisədə mənfi tərəfini tapmağı, pessimist və məmnuniyyətsiz üslubla danışmağı demək olar ki, adət halına gətirmişlər. Heç bir şeydən xoşbəxt olmaz, həmişə deyinəcək, şikayətlənəcək istiqamətlər axtararlar. Xəbərçilik etməyi, insanları narahatlığa sürüyəcək xəbərlər verməyi vərdiş halına gətirmişlər. Həm öz ruh halları çox qaranlıq və darıxdırıcıdır, həm də bir-birlərini həmişə mənfi düşünməyə yönəldər və narahat edərlər.
“Müjdəli bir üslubla danışmaqdan çəkinmək”, möminlərin arasında özlərinə yer almağa çalışan münafiq xarakterli kəsləri ifşa edən ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Münafiqlər möminləri sevindirəcək müjdəli xəbər verməkdən, hadisələri xeyirə yozan sevincli üslubdan istifadə etməkdən şiddətlə çəkinərlər. Onların lehinə olan müjdəli xəbərləri eşitmək belə istəməzlər. Belə xəbər verildiyində reaksiya verməyərək və ya mənfi açıqlama edərək möminlərin şövqünü qırmağa, sevinclərini qaçırmağa çalışarlar. Ancaq heç bir zaman bu səylərindən nəticə ala bilməzlər. Əksinə münafiq xarakterli bu insanların əsl üzlərini görərək onlardan çəkinmək, iman edənlər üçün rəhmətə çevrilən başqa müjdəli xəbər olar.
Sevinc və müjdə dolu xəbərlər vermək, hər hadisəni bu şüurla şərh etmək, nəfsin ya da şeytanın əksinə istiqamətdəki qışqırtmalarına qarşılıq iman edənləri həmişə canlı və şən tutar. Bu üslubları münafiqləri və inanmayanları hirsləndirər; çünki möminlərə zərər vermə cəhdləri boşa çıxmış olar. Özləri ən sadə mövzuda belə çarəsizliyə və ümidsizliyə qapılarkən onların mənfi kimi görünən hadisələrdən heç bir şəkildə təsirlənməmələrini həsəd ilə izləyərlər. İman edənlərin bu əxlaqlarının qaynağının iman olduğunu anlaya bilmədikləri üçün onların bu gücləri heç ağıllarına gəlməz.
Müjdəli və sevinc dolu danışıqlar, asanlıqla ruhdan düşən zəif imanlı kəslərin də güc tapmasına, doğrunu görmələrinə, imanlarının möhkəmlənməsinə vəsilə ola bilər. Ürəkdən Allahdan hər an məmnun və razı olduqlarını sevinc və müjdəli üslublarıyla ortaya qoyan möminlər qətiyyətli olmalarıyla Allahın razılığını və məmnuniyyətini qazanmağı ümid edərlər. Quranda Allahın iman edənlərə vəd etdiyi bu qarşılıq belə bildirilir:
Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi, 100)
Möminin üzərindəki məsuliyyətlərdən biri də danışıqlarıyla bütün inananların şövqünə, coşğusuna və həyəcanına həmişə dəstək olmaqdır. Səmimi mömin öz içində bu coşğu və şövqü hər an yaşayar, ancaq şeytanın, möminləri ruhdan salmağa, şövqlərini və əzmlərini qırmağa çalışacağını da bilər. Bu səbəblə şeytanın oyunlarına qarşı bir-birlərini dəstəkləyər və bu istiqamətdə bir-birlərini təşviq edərək şeytanın vəsvəsələrini təsirsiz hala gətirərlər.
Bundan əlavə, şeytanın hər hansı vəsvəsəsi olmasa belə, müsəlmanlar heç bir zaman yaşadıqları şövq və həyəcanı kafi görməzlər; bu həyəcanı həmişə daha da artıraraq həm özlərini, həm də bir-birlərini daha da gücləndirməyə cəhd göstərərlər. Quranda “möminləri hazırlayıb təşviq et” (Nisa surəsi, 84) sözləriylə xatırladıldığı kimi, axirətdə ən gözəl qarşılığı ala bilmək üçün əllərindən gələn səyin ən çoxunu göstərməyə, bir-birlərini şövqlə və coşğuyla Allahın razılığını qazana biləcəkləri saleh davranışlar göstərməyə təşviq edərlər. Allah bir başqa ayəsində də “…Elə isə xeyirlərdə yarışın...” (Bəqərə surəsi, 148) sözləriylə möminlərə bu məqsəd üçün xeyirlərdə yarışa girmələrini bildirmişdir.
Dünya həyatında Allahın insanlar üçün təqdir etdiyi ömür müddəti çox qısadır. Bundan əlavə insan hansı gün hansı saat ölümlə qarşılaşacağını bilə bilməz. Bu səbəblə ağır davranması, Allahın razılığını qazanmaq üçün göstərəcəyi səyi “necə olsa önümdə uzun illər var” deyərək zamana buraxması böyük səhv olar. Tam tərsinə “bəlkə də az sonra ölüm ilə qarşılaşa bilərəm” deyərək hər an çox coşğulu, şövqlü və çalışqan bir rəftar sərgiləməlidir. Möminlərin bu mövzuda bir-birlərinə verəcəkləri dəstək də çox əhəmiyyətlidir. Quranda xəbər verilən, “(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün səy göstərib-yarışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!.” (Hədid surəsi, 21) ayənin hökmü, bir-birlərinə həmişə ölümün, axirətin və hesab gününün yaxınlığını, əsas məqbul olanın “yarışıb önə keçənlərdən” olmaq olduğunu xatırladarlar.
Quranın “Boş qaldığın zaman, dayanmadan (dua və ibadətlə) yorulmağa-davam et.” (İnşirah surəsi, 7) ayəsiylə bildirildiyi kimi, bir-birlərini Allahın razılığını qazana biləcəkləri xeyirli işlər görməyə, işlərini bitirdiklərində yenə dərhal bir başqa faydalı işə yönəlməyə təşviq edərlər. Hər nə çətinliklə qarşılaşsalar, Allahın həmişə iman edənlərin yanında olduğunu və onlara qəti olaraq kömək edəcəyini xatırladarlar. Ən çətin şərtlərdə belə şövqlərinə dəstək olmalarını; Allah üçün gözəl səbirlə səbir etmənin, Quran əxlaqını şövq və qətiyyətlə yaşamanın axirətdə çox üstün qarşılığı olacağını izah edərlər.
Quranın “Üzülməyin, kədərlənməyin; əgər (həqiqətən) iman etmişsinizsə ən üstün olan sizlərsiniz.” (Ali-İmran surəsi, 139) ayəsini bilərək, imanlarının onlara hər an doğru yolu göstərəcəyini və müvəffəqiyyətə çatacaqlarını vurğulayarlar. Dünya həyatında Allahın razılığını qazanmaq üçün şövqlə, həyəcanla səy göstərənlərə Allahın axirətdə vəd etdiklərini xatırladaraq bir-birlərini daha da şövqləndirərlər.
Bəndələrimə de: “sözün ən gözəlini söyləsinlər” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!(İsra surəsi, 53)
Allah Quranda insanlara bir-birlərinə sözün ən gözəlini söyləmələrini bildirmişdir. İnsan düşünmədən, təsadüfi bir şəkildə də danışa bilər yaxud sözü “ən gözəl şəkli ilə” söyləməyə də səy göstərə bilər. Allah Qatında məqbul olduğu ümid edilən və insana Allahın razılığının qazandıracaq olan bu ikincisi, yəni insanın edə biləcəyinin ən çoxunu edərək ən vicdanlı şəkildə danışmasıdır.
Bu mövzunu belə bir örnəklə açıqlaya bilərik: İnsan başqasının gözəl davranışını görməzlikdən gələrək bu mövzuda heç bir şey söyləməyə bilər; maraqsız üslubla etdiyinin gözəl rəftar olduğunu söyləyə bilər; və ya tam tərsinə nə qədər üstün əxlaq göstərdiyini və nə qədər nümunəvi rəftar sərgilədiyini səmimiyyətiylə qarşı tərəfə bildirə bilər. Bu iki rəftar arasındakı fərq kənardan baxıldığında ilk anda diqqət çəkməyə bilər. Amma əslində Allah Qatında insana qazandıracaqları baxımından çox böyük fərqlər ehtiva edir. Belə vəziyyətdə müsəlman kimi danışmaq, insanın heç bir şəkildə qürur etmədən, həsəd yaxud qısqanclıq duyğularına qapılmadan qarşı tərəfin gözəl istiqamətlərini ön plana çıxara bilməsidir. Bir zərrə qədər belə qürurlanıb, mövzuya biganə olmaq Quran əxlaqından uzaq yaşayan insanların əxlaqını əks etdirən rəftar olar. Möminlər, danışarkən nəfslərinin onlara pıçıldaya biləcəyi bu kimi hiyləgər oyunları fərq edən və hər nə olursa olsun Allahın ən bəyənəcəyini düşündükləri üslubla danışan insanlardır.
Müsəlmanlar söz söyləmədən əvvəl mütləq vicdanlarına məsləhətləşər, həmişə sözün ən gözəlini söyləməyə çalışarlar. Qarşı tərəfi narahat edəcək, ürəyinə vəsvəsə yaxud sıxıntı verəcək tək bir söz belə söyləməməyə diqqət göstərərlər. Tam tərsinə onların ürəklərinə hüzur verəcək, sevindirəcək, şövqləndirib hərəkətə keçirəcək şəkildə danışmağı hədəfləyərlər. Qarşılarındakı insanları daha yaxşıya təşviq etmək, imani baxımdan daha da gücləndirmələrini təmin etmək, onları Allaha daha da yaxınlaşdırmaq məqsədiylə danışarlar.
Möminlərin danışıqlarına əks olunan bir başqa gözəl əxlaq xüsusiyyəti də “nəfsləri adına danışmaqdan” şiddətlə çəkinmələridir. İman edənlər nəfsin insanı həmişə Allahın razı olmayacağı davranışlara sürükləməyə çalışdığını bilirlər. Bu səbəblə nəfslərinin onlara təlqin etdiyi şəkildə deyil, vicdanlarının ilham etdiyi şəkildə danışarlar. Quranda möminlərin bu əxlaqına hz. Yusifin rəftarı nümunə verilmişdir. Ona böhtan atıldığı və buna görə illərcə haqsız yerə zindanda qaldığı halda Yusif peyğəmbər nəfsin insanı həmişə pisliyə çəkəcəyini söyləyərək nəfsini müdafiə etməkdən çəkinmişdir:
Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (Yusif surəsi, 53)
Nəfsin istəklərindən danışmaq, insanın Allahın razılığını güdmədən sırf öz istəklərini, eqoistcə duyğularını düşünərək etdiyi danışıqlardır. Cahiliyyə cəmiyyətlərində insanlar düşünmədən danışarlar; məqsədləri o anda içlərindən gələn duyğularıyla hərəkət etməkdir. Məsələn, səhv edən insana qarşı dərhal hirslənər və bu hirslə danışdığı üçün də tərs, qəzəbli və incidici üslub istifadə edərlər. Halbuki belə vəziyyətdə Allahın razı olacağı ümid edilən danışma şəklinin edilən səhvə qarşı şəfqətlə yaxınlaşıb qarşı tərəfə o səhvi bildirib və düzəldə bilməsi üçün də yol göstərməyə istiqamətli olmalıdır. Məhz belə vəziyyətdə möminlər dərhal vicdanlarına müraciət edər və Quran əxlaqına ən uyğun olan söz nə isə onu söyləyərlər.
Möminlərin gözəl əxlaqlarından biri də, danışıqlarında çox “nəzakətli və sayğılı üslub istifadə edərlər”. Qarşılarındakı insanın yaşı, mədəniyyət səviyyəsi, zəka və ya ağıl səviyyəsi, zəngin yaxud kasıb olması onların bu üslubunu dəyişdirməz. Çünki onlar Quran əxlaqını, Allahın razılığını qazana bilmək üçün yaşayarlar. Qarşılarındakı insanları müstəqil varlıq olaraq düşünüb, hər birinə ayrı rəftar ilə yaxınlaşacaq olsalar, Quran əxlaqını lazımı səkildə yaşaya bilməmiş olacaqlarını bilərlər. Bu səbəblə qarşılaşdıqları hər insanın, Allahın dünya həyatında özləri üçün yaratdığı imtahanın bir parçası olduğunu bilərlər və İslam əxlaqını təmsil etmənin şüuruyla hərəkət edərlər. Hər birinin sözünə ən hörmətli, ən gözəl şəkildə cavab verməyə çalışarlar; yoldan keçərkən qarşılarına çıxan marketdə işləyən işçiyə də, iş yerindəki işçilərə də, yoldaşlarına və uşaqlarına da həmişə eyni hörmətlə yaxınlaşarlar. Quranda möminlərin bu əxlaqı belə bir örnəklə vurğulanmışdır:
Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir.(Nisa surəsi, 86)
Bundan əlavə özlərinə qarşı tərs və ya hörmətsiz üslub istifadə edən insanlara da eyni formada üslubla cavab verərlər. Allah Qatında üstünlük qazandıracaq olan davranışın, belə bir anda gözəl əxlaqı davam etdirə bilmək olduğunu bilərək danışarlar. Allah bir ayəsində bu rəftarın üstünlüyünü bu sözlərlə açıqlamışdır:
Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)
Möminlərin danışıqlarına təvazökar üslub hakimdir. Quranda möminlərin bu əxlaqına “Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” – deyərlər.” (Furqan surəsi, 63) ayəsiylə diqqət çəkilir. İmanlı insanlar bir çox gözəl xüsusiyyətə sahib olsalar da, bütün bunların Allahın onlara bir lütfü olduğunu və dilədiyində geri ala biləcəyini bilmənin təvazökarlığı yaşayarlar.
Allah bu mövzunu möminlərə “Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.” (İsra surəsi, 37) sözləriylə xəbər verir. Həqiqətən də insan Allahın sonsuz gücü yanında çox böyük acizlik içindədir. Allahın elmi hər şeyi əhatə etmişdir; hər şeyin Yaradıcısı və sahibi Odur. Bu səbəblə möminlər, sahibi olmadıqları bir şeyin qüruruna qapılmanın insanı Allah Qatında və axirət günündə nə qədər hörmətdən salacağını bilərək hərəkət edərlər. Ən mükəmməl olduqları mövzularda belə öz nəfslərini qınayaraq, qüsurlarını görərək və acizliklərini bilərək danışarlar.
Müsəlmanlar, qarşılarındakı insanlar özlərinin sahib olduqları xüsusiyyətlərdən məhrum olsalar da, heç bir zaman onlara qarşı qürurlu və lovğa üslub göstərməzlər. Çünki Allah, “İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.” (Loğman surəsi, 18) ayəsiylə lovğalanan kəsləri sevmədiyini bildirir.
Müsəlmanlar bir mövzudan bəhs edərkən özlərini müstağni görərək danışmazlar. “Xeyr! İnsan, doğrudan da, həddini aşır – özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.” (Ələq surəsi, 6-7) ayələriylə xatırladıldığı kimi, insanın özünü bəyənib qürurlanacağı halda, yaxşı olan xüsusiyyətlərini də itirə biləcəklərini və böyük səhvlər edə biləcəklərini bilərək hərəkət edərlər. Yaxşı bildikləri bir mövzunu dilə gətirərkən qürurlanıb özlərini ön plana çıxarmağa çalışmazlar. Əksinə mütləq nitqi verib danışdıranın, hər şeyin elminin ən yaxşı bilənin yalnız Allah olduğunu dərk edərlər.
Allah bir ayəsində, “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir.” (Nisa surəsi, 36) hökmü ilə insanlara qarşı lovğalanmamağı və gözəlliklə davranmağı xatırlatmışdır. Allah, ana ataya, yaxın qohuma, yaxın və ya uzaq qonşuya, yetimə, yoxsula, ehtiyac içində olana təvazökarlıq göstərməyi əmr etmişdir. Yoxsa insanın öz ağlına görə məqbul gördüyü kəslərə təvazökar, kiçik hesab etdiyi insanlara qarşı da qürurlu rəftar göstərməsi Quran əxlaqına uyğun deyil. İnsan bu əxlaqı həyatının hər anında göstərməklə məsuldur. Mömin “qarşı tərəf də qürurludur” deyərək eqoist insana qarşı lovğa üslub istifadə etmənin də doğru olmadığını bilər. Müsəlman kimi danışmaq, hər an hər yerdə deyilən hər sözə Allahın şahid olduğunu bilərək danışmağı tələb edir ki, bu da ancaq Quran əxlaqının yaşanması ilə mümkündür.
Allah bir ayəsində “Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.” (Bəqərə surəsi, 263) hökmüylə möminlərə, gözəl sözlü, xoşxasiyyətli və bağışlayıcı üslubun məqbul olduğunu bildirir. Quranda bildirilən bu əxlaqın yaşanması, səmimi iman və Allah qorxusu tələb edir. Çünki bəzi insanların gözəl əxlaq göstərməkdə ən çətinlik çəkdikləri vəziyyətlərdən biri, haqlı olduqları halda qarşılarındakı insanı bağışlamaqdır.
Haqsızlıq edən insanı bağışlaya bilmək, haqlı olduğu halda yumşaq üslub istifadə edə bilmək ancaq Allah qorxusunun qazandıracağı nəfs və vicdan tərbiyəsiylə mümkündür. Quran əxlaqının yaşanmadığı yerlərdə, bəzi insanlar ancaq qarşı tərəfdən ciddi mənfəət gözlədikləri zaman haqlarından imtina edə bilər; lakin belə məqsəd üçün sakit, etidallı və xoşxasiyyətli üslubla qarşılarındakını bağışlaya bilərlər. Ancaq yenə də bu hadisənin kənardan görünən qismidir; içlərində xoşxasiyyət yerinə kin və hirs daşıyarlar. Mənfəətlərini əldə etdiklərində, bir mənfəətlə əlaqəli problem yarananda yaxud artıq dözümləri bitəndə bu kin və hirslərini aşkar edərlər.
Bəzi vəziyyətlərdə də incidici, hirsli üslub istifadə edib sonra “böyüklük məndə qalsın” kimi sözlərlə qarşı tərəfin qüsurunu bağışladıqlarını söyləyərlər. Amma insanın əvvəl nəfsinin təlqinlərinə qapılıb hirsini dilə gətirib ardından da, qarşı tərəfi minnət altında buraxan üslubla bağışladığını ifadə etməsi, həqiqi xoşxasiyyət deyil. Əhəmiyyətli olan bunu gözəl əxlaq göstərərək edə bilməkdir. Peyğəmbərimiz bu mövzunun əhəmiyyətini möminlərə, “Güclü adam insanları məğlub edən deyil, hirsləndiyi zaman nəfsini məğlub edən kimsədir.” (Ramuz əl-Hədis, səh. 363/3) sözləriylə xatırlatmışdır.
Bu səbəblə möminlər ən haqlı olduqları vəziyyətlərdə belə Quran əxlaqının hökmü olaraq yumşaq, xoşxasiyyət və bağışlayıcı rəftar göstərərlər. Çünki əsas məqbul olanın insanın nəfsiylə zidd düşdüyü vəziyyətlərdə gözəl səbir göstərə bilməsi olduğunu bilərlər. Allahın razılığını qazanmaq üçün, gözəl əxlaqı aradabir deyil, həyatlarının sonuna qədər hər an kəsilməz şəkildə yaşamaq lazım olduğunu dərk edirlər. Bundan əlavə möminlər kənardan nə qədər yumşaq və mərhəmətli rəftar göstərirlərsə, daxilən də eyni mərhəməti yaşayarlar. Əgər bağışlayıcı üslub istifadə edirlərsə, daxilən də həqiqətən bağışlamışlar. Ürəklərində kin və hirs yoxdur. Nəfsləriylə zidd düşdüyü hadisə ilə qarşılaşanda bir anda Quran əxlaqından uzaqlaşıb əziyyət verici üslub istifadə etmənin Allah Qatında məsuliyyəti ola biləcəyini bilərlər. Bu səbəblə də, qarşılarındakı kəslər gözəl əxlaq göstərməsələr də, onlar Allahın razılığını qazanmaq üçün xoşxasiyyətli, şəfqətli, mərhəmətli və bağışlayıcı tərzdə danışarlar. Bir ayədə Allah möminlərə belə bildirir:
Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.(Əraf surəsi, 199)
Quran əxlaqından uzaq insanların danışıqlarında diqqət çəkən xüsusiyyətlərdən biri də, həmişə son sözü söyləməyə və haqlı çıxmağa çalışmalarıdır. Qarşı tərəfin nə dediyini anlayıb bunlardan istifadə etməkdənsə, öz fikirlərini dilə gətirməyə və qəbul etdirməyə çalışarlar. Halbuki bilgi səviyyəsi nə olursa olsun, insanın qarşı tərəfdən öyrənəcəyi bir şeylər ola bilər. Qarşı tərəf daha az bilgili olsa belə, həmişə mövzuya fərqli bucaqdan baxa bilməsi, obyektiv qiymətləndirmələr etməsi, faydalı fikirlər verməsi mümkündür.
Eşitdiyi hər səsi Allahın yaratdığını bilən insan, dinləsə istifadə edə biləcəyi hikmətlər ola biləcəyini düşünər və bunları təsbit etməyə çalışar. Çox yaxşı bildiyi bir mövzuda belə əksik və ya yanlış düşünə biləcəyinin fərqindədir. Quranın “Hər biləndən üstün bir bilən də vardır!” (Yusif surəsi, 76) hökmü, bir mövzuda nə qədər bilgili olursa olsun, başqasının daha da bilgili ola biləcəyini, daha məqsədəuyğun qərar verə biləcəyini göz önündə saxlayaraq qarşı tərəfin təsbit və təkliflərinə hörmət bəsləyər. Hətta belə vəziyyət yarananda, kimsə bir şey söyləmədən, ağılına, vicdanına və səmimiyyətinə güvəndiyi kəslərə özü məsləhətləşər; onlarla müşavirə edər, yəni fikir alar. İşləri müşavirə etmənin möminlərin əhəmiyyətli xüsusiyyətlərindən biri olduğunu bilər. Ayədə belə buyurulur:
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. (Şura surəsi, 38)
Peyğəmbərimiz hz. Məhəmməd də, “Kim bir işə girişmək istər də, o barədə müsəlman biri ilə müşavirə etsə Allah onu işlərin ən doğrusunda müvəffəq edər.” (Kutubu Sittə, cild 16) sözləriylə iman edənlərə bu mövzunun əhəmiyyətini xatırlatmışdır.
Bundan başqa möminlərin danışıqlarında iddia etmə üslubunun da yeri yoxdur. Əhəmiyyətli olan öz fikirlərini qarşı tərəfə qəbul etdirmələri deyil, ən doğru olanı tapa bilmələridir. Bu mövzudakı ortaq ölçüləri də, Qurandır. Danışıqlarında özlərinə Quranı rəhbər etdikləri üçün, Qurana əsaslanan hər həll yoluna tabe olarlar. Bir ayədə möminlərin belə xüsusiyyətinə bu sözlərlə diqqət çəkilir:
Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar. (Furqan surəsi, 73)
İnsanın dünya həyatında qarşılaşdığı bütün nemətlərin tək hakimi və tək sahibi Allahdır. Ancaq bəzi insanlar Allahın onlara verdiyi nemətlərin əsl sahibinin özləri olduğunu zənn edərək qəflətə qapılırlar. Əllərindəki bu imkanlar səbəbiylə Rəbbimiz qarşısındakı acizliklərini unudub qürurlanan rəftar göstərirlər. Halbuki bütün bunları insana verən Allah, dilədiyi anda geri almağa güc çatdırandır. Bu səbəblə insanın sahib olduğu hər neməti, hər birinin Allahın lütfü olduğunu bilərək və Rəbbimizə şükür edərək istifadə etməlidir. Allah insanların bu həqiqəti anlaya bilmələri üçün Quranda belə nümunə vermişdir:
Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi. O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!”(Kəhf surəsi, 32-36)
Quranda bəhsi keçən bu iki adamdan mal baxımından daha güclü olanı, sahib olduğu mülk və sərvəti ona verənin Allah olduğunu unutmuş və bunları özünün zənn edərək öyünməyə başlamışdır. Allahın məhsuldar etməsiylə yemişlərini verən bağını, xurmalıqlarını və əkinlərini sonsuza qədər heç yox olmayacağını, heç bir zaman zərərə uğramayacağını zənn etmişdir. Arasından çay keçən və məhsuldar görünüşü olan bu bağın qorunmuş, heç pozulmayacaq kimi gözəl və ehtişamlı olduğu düşünmək olar. Amma bütün varlıqların Allaha boyun əymiş olduğunu unutmamaq lazımdır. Kainatdakı hər şey kimi bağ da Allahın idarəsindədir; hər bir tumurcuq ancaq Allahın icazəsiylə açır, hər bir budaq Allah əmriylə cücərir. Allah dilədiyi üçün axar çay xurmaların köklərini bəsləyir, Allah əmr verdiyi üçün bağ canlı və məhsuldar olur; hamısı Allahın yalnız “Ol” deməsi ilə quruyub yox ola bilər.
Quranda sahib olduğu nemətləri ona verənin Allah olduğunu unudan insana, bağına girdiyində Allahın gücünü və qüdrətini tərifləyib ucaltması və “maşaAllah, Allahdan başqa qüvvət yoxdur” deməsi lazım olduğunun xatırladıldığı bildirilmişdir:
Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbinə küfrmü edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!” Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 37-44)
Ayələrdən də aydın olduğu kimi, Allah fəlakət göndərərək sahib olduqlarıyla öyünən bu kimsənin həm bağını, həm də məhsullarını yerin dibinə keçirmiş və ona Allahdan başqa qüvvət olmadığını xatırlatmışdır. Sahib olduğu hər şeyi itirdiyində bu bağ sahibi olan adam, Allahdan başqa dost və köməkçi olmadığını anlamış və “Kaş ki, Rəbbimə heç kimi ortaq qoşmasaydım” deyərək Allaha sığınmışdır.
Quranda izah edilən bu hekayədəki dərslərdən biri budur; insanın heç vaxt sahib olduğu şeyləri özündən zənn etməməsi, hər bir nemət və gözəlliklə qarşılaşdığında “maşaAllah, Allahdan başqa qüvvət yoxdur” deyərək Allahın şanını ucaldan üslubda danışmaları lazımdır.
Quran ayələriylə xatırladılan bir başqa mövzu da ana-ataya qarşı istifadə ediləcək üslubla əlaqəlidir. Allah Quranda, “Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.” (Loğman surəsi, 14) hökmüylə insana anasına və atasına qarşı yaxşılıqla davranmasını əmr etmişdir.
Şübhəsiz ana-atanın övladı üzərindəki səyi çox böyükdür. Anası çox çətinliyə sinə gərərək onu doqquz ay boyu bətnində daşımış və hər cür fədakarlığa dözərək böyütmüşdür. Atası da onu yetkin yaşa çatdıra bilmək üçün böyük əmək sərf etmişdir. İnsanın özünə göstərilən bu gözəl əxlaqı və əməyi görməzlikdən gələrək ana-atasına qarşı böyüklük göstərməsi, onlara qarşı mərhəmətsiz rəftar göstərməsi mömin əxlaqıyla uyğun gəlməz. Allah “…Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir.” (Nisa surəsi, 36) sözləriylə də insana ana-atasına qarşı gözəlliklə davranmasını və onlara qarşı lovğalanan rəftar göstərməkdən çəkinməsini buyurur.
Allah bu mövzuda insanın necə rəftar göstərməsini belə açıqlayır:
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” – de.(İsra surəsi, 23-24)
İnsan, ana-atasına qarşı “uf” belə deməyəcək qədər hörmətli üslub istifadə etməlidir. Olduqca təvazökar, anlayışlı olmalı və onlara həmişə gözəl söz söyləməlidir. Onlar onu yetişdirib böyüdərkən necə əmək verdilərsə, yaşlılığa çatdıqlarında da onlara qarşı eyni səbirli və şəfqətli olmalıdır. Ana-atasının qüsurlarına anlayış göstərməli, ehtiyaclarına şəfqətlə yaxınlaşmalıdır. Hər nə olursa olsun onlara qarşı hirsli yaxud hövsələsiz üslub istifadə etməməlidir.
İnsanın ana-atasının Allaha üsyan etdiyi halda isə Quranda bildirilən ölçü, din mövzusunda onlara itaət etməmək, amma yenə də, onlarla yaxşı dolanmaq şəklindədir. Quranda möminin göstərməsi lazım olan bu davranış belə açıqlanır:
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.(Loğman surəsi, 15)
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm.(Ənkəbut surəsi, 8)
Quranda hz. Yusifin ana-atasına qarşı olan hörmətli rəftarı nümunə verilərək, bu əxlaqın üstünlüyünə diqqət çəkilmişdir. Hz. Yusif Misirin rəhbərliyində əhəmiyyətli bir yerə sahib olduğu halda ana-atasına qarşı çox təvazökar rəftar göstərmişdir:
Onlar Yusifin yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!” O, ata-anasını taxtın üstündə əyləşdirdi... (Yusif surəsi, 99-100)
Hz İbrahimin, bütlərə ibadət etməyə çağıran atasına qarşı olan rəftarı və danışma üslubu da inananlar üçün gözəl nümunədir. Atasının təcavüzkar olmasına baxmayaraq, hz. İbrahim ona “atacan” xitabıyla cavab verərək üstün əxlaq sərgiləmişdir:
Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”. Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.(Məryəm surəsi, 41-48)
Cahiliyyə əxlaqına sahib bəzi insanlar, ətrafındakı kəslərdə gördükləri qüsurları, eyibləri onların üzlərinə söyləməkdənsə arxalarından danışarlar. Bu kəslərin insanları daha yaxşıya yönəltmək, nöqsanlı yönlərini düzəltmək məqsədləri yoxdur. Bəzən sırf vaxt keçirmək, bəzən xoşlanmadıqları insanlar haqqında mənfi fikirlər söyləmək, bəzən bir insanı hörmətdən salıb lağ etmək, bəzən də başqalarını tənqid edərək özlərini ucaltmaq kimi sadə məqsədlər uğuruna dedi-qoduya dalarlar. Bu rəftar pozuqluğu bəzi insanlar arasında elə məşhurdur ki, bu kəslər dedi-qodu edərək əylənməyi hətta həyatlarını dedi-qodu üzərindən qazanmağı adi bir həyat şəkli halına gətirmişlər.
İndiki vaxtda, dünyanın bir çox ölkəsində sırf dedi-qodu məqsədi güdən çox qəzet və jurnal nəşr olunur, müxtəlif televiziya proqramları hazırlanır. Bu cür nəşrlər, dedi-qodu olaraq adlandırılan rəftar pozuqluğunu çox məqbul göstərməyə və qanuni hala salmağa çalışır.
Halbuki bu insanlar ziddiyyət içindədirlər. Çünki başqalarını “arxasınca danışmaq”dan, onların dedi-qodusunu etməkdən zövq alan bu insanlar, eyni vəziyyətlə qarşılaşdıqlarında bunun nə qədər pis davranış olduğunu deyirlər. Amma hər şeyə baxmayaraq özləri zərər görmədikləri müddətcə dedi-qodudan imtina etməzlər. Bir neçə dəqiqə əvvəl haqqında mənfi danışdıqları bir insanla üz-üzə gəldiklərində sanki heç bir şey olmamış kimi süni üslubla saxta dostluqlarını davam etdirərlər. Üstəlik bu vəziyyət zəncirləmə olaraq davam edər; bir yerə gələn iki adam üçüncü adamın qeybətin edər, sonra bu kəslərdən biri üçüncü adamla digərini və sonra da digər iki adam bir yerə gələrək digərinin dedi-qodusunu edərlər. Kimsə bir-birinə dedi-qodunun səhv olduğunu xatırlatmaz; hətta bir-birlərinə verdikləri təlqinlər, dedi-qodudan zərər gəlməyəcəyi, bunun həyata rəng qatdığı, aralarında əyləncə vəsiləsi olduğunu düşünür.
Halbuki Allah Quran ilə bu rəftarın yanlış olduğunu insanlara bildirmişdir; Allah bir ayədə insanların bir-birlərini qeybətini etməmələrini, “insanın ölü qardaşının ətini yeməsi” qədər çirkin rəftar olduğunu belə ifadə etmişdir:
Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.(Hucurat surəsi, 12)
Başqa ayələrdə də Allah, insanların əyləncə vəsiləsi olduğunu qarşıya qoyaraq məqbul göstərməyə çalışdıqları bu rəftarın axirətdəki qarşılığını belə açıqlayır:
Hər bir qeybət edənin, tənə vuranın vay halına!(Hüməzə surəsi, 1)
Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. Sən haradan biləsən ki, Hutəmə nədir? Bu, Allahın qaladığı Oddur. O Od ki, qalxıb ürəklərə çatacaq. Həqiqətən, o Od onların üzərində qapanacaqdır. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar. (Hüməzə surəsi, 4-9)
Quran əxlaqından uzaq həyat sürən insanların bu üslubuna möminlərin arasında rast gəlinməz. Möminlər Allahın hər yerdə, hər danışılanı eşitdiyini bilərək Onun çəkinməsini bildirdiyi bir söz danışmaqdan çəkinərlər. Dedi-qodunun, səhv olduğu qədər boş söhbət olduğunu da bilərlər. Çünki insanın arxasından deyilən söz nə o şəxsə fayda verər, nə də adamın özünə. Bəlkə bu şəkildə adamın əksik olduğu yönlərini diaqnoz edilər ancaq bunlardan xəbəri olmadığı üçün o adamın rəftarında hər hansı dəyişiklik edə bilməsi mümkün olmayacaq. Özünə izah edilmədiyi, təsvir edilmədiyi müddətcə öz-özünə təsbit edə bilmədiyi bu nöqsanları düzəltmə imkanı tapa bilməyəcək. Bu səbəblə möminlər bir-birləri haqqındakı müsbət və ya mənfi bütün düşüncələrini heç vaxt çəkinmədən bir-birlərinə deyərlər. Əsl dostluq və səmimiyyətin bunu tələb etdiyini, sevdikləri insanın səhvlərini ən gözəl üslubla üzünə demənin pislik deyil, yaxşılıq etmək olduğunu bilərlər. Məqsədləri bir-birlərini daha yaxşı, daha gözəl və daha qüsursuz bir əxlaqa yönəldə bilməkdir.
Bu, Allahın Quranda insanlara bildirdiyi “yaxşılığı əmr edib pislikdən çəkindirmək” əmrinin də vacibiyyətdir.
Möminlərin diqqət göstərdikləri başqa əhəmiyyətli mövzu da, bilmədikləri bir şey haqqında zənn və təxminə əsaslanan danışıqlardan çəkinməkdir. Allah bir ayəsində “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır.” (İsra surəsi, 36) sözləriylə bu vəziyyətin Allah Qatında insana yükləyəcəyi məsuliyyəti xatırladır. Bir başqa ayəsində isə Allah yer üzündəki insanların böyük əksəriyyətinin “zənn və təxmin ilə yalan danışdıqlarını” bildirir və möminləri bu mövzuda xəbərdar edir:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.(Ənam surəsi, 116)
Bəzi insanlar zənn və təxminlə danışmağı önəmli vərdişə çevirmişlər. Bu elə qəbul edilmiş üslubdur ki, insanlar bəzən zənlərini həqiqətmiş kimi qəbul edib həyatlarını bu istiqamətdə davam etdirirlər. Sözgəlişi, qısa müddətdə zəngin olan dostu haqqında heç düşünmədən pis zənnə qapıla bilərlər; “Kim bilir bu pulu hansı yoldan qazandı”, “Maaşı ilə bu sərvəti əldə edə bilməyəcəyi çox açıqdır” kimi təxminlərə əsaslanan sözlər söyləyərək bu adam haqqında rahatlıqla hökm verə bilərlər. Halbuki bəlkə də, mövzunun əsli daha fərqlidir. Bəlkə ona qalan miras, bəlkə işlərinin yolunda getməsi bu adamı zəngin etmiş ola bilər. İnsan heç vaxt marağını cəlb edən, ağılına yatmayan yaxud da, ağlını qarışdıran vəziyyət qarşısında hər hansı məlumat və ya dəlilə əsaslanmadan təxmin etməməlidir. Çünki belə əsassız təxmin doğrunu ortaya çıxarmada insana heç bir fayda verməz. Allah bir ayəsində “... Zənn isə heç vaxt həqiqət ola bilməz!” (Nəcm surəsi, 28) sözləriylə zənn və təxminin insanı həqiqətlərdən yana nəticə əldə edə bilməyəcəyini xatırladır.
Möminlər Quranda xatırladılan bu həqiqəti bilərək danışarlar. Qarışıq vəziyyətlə qarşılaşdıqlarında məlumat və ya dəlilə əsaslanmadan insanlar haqqında hər hansı zənnə qapılmazlar. Mütləq ya o adamdan soruşaraq ya da həqiqi araşdırma edərək mövzu haqqında qəti məlumat əldə edər və ancaq əldə etdikləri bu məlumatlara əsaslanaraq nəticəyə gələr.
Bu mövzuda Quranda verilən nümunələrdən birində Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşı haqqında heç bir məlumatları olmadığı halda zənnə qapılan kəslərdən bəhs edilir. Allah möminlərə hər hansı birinin bir mömin haqqında zənnə qapıldığını eşitdiklərində “Bu, açıq-aydın uydurulmuş böhtandır” ya da “Bu mövzuda söz söyləmək bizə yaraşmaz. (Allahım) Sən ucasan; bu, böyük böhtandır” deyərək ətrafındakı insanlara da zənn etməkdən çəkinməyi xatırlatmalarını bildirir:
Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – demədilər? Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!” – demədiniz? Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.(Nur surəsi, 11-18)
Bəzi insanlar zənnə qapılaraq danışmağı əhəmiyyətsiz və zərərsiz kimi görürlər; ancaq Allah ayələriylə bu rəftarın Öz Qatında “çox böyük bir günah” olduğunu xatırladır.
Bu mövzuda yenə Quranda keçən başqa nümunə isə hz. Məryəmin vəziyyətiylə əlaqəlidir. Quranda bildirildiyinə görə, özünə heç bir bəşər toxunmadan Allahın yalnız “Ol” deməsiylə hz. İsaya hamilə qalan hz. Məryəm, qövmünün zənnə qapılaraq atdıqları böhtanlarına məruz qalmışdır:
Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”.(Məryəm surəsi, 27-28)
Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə.(Nisa surəsi, 156)
Halbuki hz. Məryəm Quranda, “Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi.” (Ali-İmran surəsi, 42) ayəsiylə də bildirildiyi kimi, Allahın aləmlərə üstün etdiyi və Allaha könüldən bağlı olduğu bildirilən qadındır.
Allah, qövmünün ona atdığı bu böhtanın əsassızlığını “Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Biz ona paltarının yaxasından Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu.” (Təhrim surəsi, 12) ayəsiylə açıqlamışdır. Və iffəti ilə hz. Məryəmi iman edənlərə nümunə etdiyini bildirmişdir.
Dünyanın harasına gedirsinizsə gedin, kimlə danışırsınızsa danışın “sizinlə lağ edilməsini istəyirsiniz?” deyə soruşsanız, böyük ehtimalla bütün insanlardan “əlbəttə ki, xeyr” cavabını alarsınız. Onlarla lağ edilməsindən heç bir şəkildə xoşlamayan bu insanlar, başqası olduğunda lağ etməyi əhəmiyyətli əyləncə vəsiləsi olaraq görərlər. Bu üslubun bəzi insanlar arasında geniş şəkildə qəbul olması isə insanları aldadar və lağ etmənin məqbul görmələrinə səbəb olar. Bu rəftarın pis niyyət ehtiva etmədiyini, üstəlik qarşı tərəfin də, bundan zövq aldığını qarşıya qoyarlar. Eyni vəziyyət öz başlarına gəldiyində isə, şikayət edərlər. Onlarla lağ edildiyində insanların qəsdən, onları hirsləndirmək və hörmətdən salmaq məqsədiylə bu üslubu istifadə etdiklərini söyləyərək, bu kəslərə qarşı qəzəblənərlər. Amma insanlar arasında üstünlük təmin etmənin bir yolu olaraq gördüklərindən fürsət tapdıqları anda bu rəftar pozuqluğunu başqalarına tətbiq etməkdə qorxu görməzlər. Bir adamın nöqsanlarını ortaya çıxardıqlarında, acizlikləriylə yaxud qüsurlarıyla lağ etdiklərində öz üstünlüklərini daha yaxşı vurğulaya bildiklərinə inanarlar.
Belə insanlar vicdanlarının səsini tamamilə susdurduqları üçün zaman keçdikcə daha da, insaniyyətdən kənar və laqeyd xarakterə sahib olarlar. Rəftarlarıyla, danışıqlarıyla, həyat tərziylə lağ etdikləri kimi, doğuşdan gələn fiziki xüsusiyyətlərlə və ya tamamilə insani acizliklərlə də, lağ etməyi primitiv zövq halına gətirərlər. Kiminsə boyunun qısalığı, saçının olmaması, şivəsi, kilosu, mədəniyyət səviyyəsi, geyim tərzi, peşəsi, iş yeri, yaşadığı səmt, evinin əşyaları, avtomobilinin modeli onlar üçün lağ etmə mövzusu ola bilər. Asqıran, dili dolaşan, boğazına bir şey ilişən, ayağı ilişib yıxılan insanlar belə lağ edilər. Lağ edən xarakterə sahib insanlar bu mövzuları gündəmə gətirib başqalarını hörmətdən salmaqla, öz müvəffəqiyyətlərini, gözəlliklərini yaxud zənginliklərini ön plana çıxarmış olduqlarını düşünürlər. Lağlağı zarafatlarını günlərlə, aylarla hətta bəzən illərlə izah edərək gündəmdə tutmağa çalışarlar.
Digər tərəfdən, məsxərəyə qoyulan bəzi kəslərin səhvi də, buna qarşılıq özləri də lağ etməklə cavab verirlər. Cahiliyyə cəmiyyətlərində yaşanan bu qarşılıqlı qürur savaşı içində məsxərəyə qoyma üslubu hərtərəfli yayılar. Halbuki lağ etmək Allahın insanlara çəkinməsini bildirdiyi davranışdır:
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.(Hucurat surəsi, 11)
Möminlər Allahın bu əmrini bilərək başqasına qarşı heç bir şəkildə məsxərəyə qoyacaq üslub istifadə etməzlər; onlara belə üslubla yaxınlaşanlara qarşı da, təvazökar davranar və onlara Quran əxlaqıyla cavab verərlər. Çünki əsl üstünlüyün Quran əxlaqını ən gözəl şəkildə yaşamaqla qazanılacağını bilərlər. Nəfsin təlqinlərinə uyaraq cahiliyyə əxlaqıyla davrananlara eyni əxlaqla cavab vermək asan seçimdir. Məqbul olan nəfsin təlqinlərinə əhəmiyyət verməyib vicdanın səsini dinləyə bilməkdir. Müsəlmanlar da vicdanlarıyla danışan insanlardır.
Bir insanın asqırmaq, öskürmək, yıxılmaq kimi tamamilə insani acizliklərini məsxərəyə qoymanın və ya doğuşdan fiziki qüsurlarını dilə gətirmənin, xoşlamadığı ləqəblərlə xitab etmənin əyləncəli heç bir tərəfi yoxdur. Bu fikirlə hərəkət edən möminlər insanları təhqir edici, hörmətdən salan heç bir söz və ya zarafatdan zövq almazlar. Özləri bu əxlaqa heç bir şəkildə tənəzzül etmədikləri kimi, olduqları mühitlərdə də insanların bir başqasına məsxərəyə qoymasına icazə verməzlər. Acizlikləri yaradanın Allah olduğunu və diləsə məsxərəyə qoyan adama da eyni acizlikləri verməyə güc çatdıra biləcəyini bilərək hərəkət edərlər. Necə ki, Allah bu həqiqəti bir ayəsində belə bildirir:
Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri, məsxərəyə qoyduqları şey hər tərəfdən bürüdü.(Ənam surəsi, 10)
Allah “…Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.” (Nisa surəsi, 128) ayəsiylə hər insanın nəfsində qısqanclıq duyğusunun olduğunu, ancaq bunun çəkinilməli xüsusiyyət olduğunu xatırladır. Başqa ayələrdə də, Allah, qısqanclıq edən insanın şərindən uzaq olmağı xatırladır və qısqanclığın necə pisliklərə qapı açdığını belə xəbər verir:
De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən cadugər qadınların şərindən və həsəd apardığı zaman paxılın şərindən!”(Fələq surəsi, 1-5)
Allahın insanları bu davranış pozuqluğunu yaşayan kəslərin şərinə qarşı xəbərdar etməsı, qısqanclığın insanları hansı əxlaqa sürükləcəyinin başa düşülməsi baxımından çox əhəmiyyətlidir. Qısqanclıq səbəbiylə yaşanan narahatlıqlara cəmiyyətdə tez-tez rast gəlinir; ciddi ölçülərdə yaralanmalara və hətta cinayətlərə gətirib çıxaran mübahisə və çəkişmələrin qaynağı həmişə qısqanclıqdır.
Müsəlmanlar qısqanclığın Allahın bəyənmədiyi rəftar olduğunu bilərlər və buna görə nəfslərini bu pis əxlaq xüsusiyyətindən təmizləmək üçün ciddi səy göstərərlər. Möminlər insanlara sahib olduqları bütün gözəllikləri və nemətləri verənin Allah olduğundan xəbərdardırlar. Bu səbəbdən Allahın bir insana verdiyi neməti və ya gözəlliyi qısqanmanın Allahın təqdirinə razı olmamaq mənasına gələ biləcəyini bilərlər. Çünki Allah bu nemətləri o adama verməkdə hikmət, xeyir və gözəllik görmüşdür. Üstəlik bütün bunlar o adamın dünya həyatındakı imtahanının bir parçasıdır; eyni şəkildə o gözəllikləri görən digər insanların imtahanlarının da bir parçasıdır. İnsan ya bu nemətlərdən ötəri qısqanclıq duyğusuna qapılacaq ya da bu duyğunu məğlub edərək başqalarının nemət sahibi olmasından məmnun olacaq əxlaqa sahib olacaq. Necə ki, Quranın “Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: “Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?” Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?” (Ənam surəsi, 53) ayəsində bu vəziyyətin insanların sınanması üçün xüsusi olaraq yaradıldığı bildirilir.
Həm də unudulmamalıdır ki, bəzi insanların dünya həyatında qısqandıqları nemətlərin hamısı ölümlə birlikdə yox olacaq. Tez və ya gec yox olacaq bir şeyi qısqanıb bundan ötəri Allahın məmnun olmayacağı rəftar göstərmək böyük səhvdir. Bu şüurla hərəkət edən möminlər ətrafındakı insanlarda gözəl xüsusiyyət gördüklərində qısqanclıqdan Allaha sığınarlar. Özləri bu əxlaqdan çəkindikləri qədər danışıqlarıyla başqalarına vəsvəsə və ya narahatlıq verməkdən də ciddi şəkildə çəkinərlər. Qarşılarındakı insanların gözəl istiqamətlərini təqdir edər, bu təqdir və bəyənmələrini dilə gətirən tərif dolu üslub istifadə edərlər. Qısqanclıq hissinə məğlub olan kəslər isə belə vəziyyətlərdə qarşı tərəfi təqdir edən, tərifləyici üslub istifadə etmək yerinə, bunları görməzlikdən gəlib o adamın əksik və qüsurlu yönlərini daha çox vurğulamağa çalışarlar.
Müsəlman, ayədə ifadə edilən “nəfsin eqoist istəklərini” idarə edə bilən insandır. Digər davranış pozuqluqlarında olduğu kimi, qısqanclıqda da nəfsinə Quran ayələriylə qarşılıq verir. Allah Qatında da, möminlər arasında da üstünlük; gözəllik, zənginlik, təhsil yaxud mədəniyyət kimi təməllərə əsaslanan deyil. Ən təqvalı olan adam, Allah Qatında da, möminlər arasında da ən üstün görülən və ən sevilən insandır. Diqqət ediləcək əsl rəftarın təqva olması möminlərin dünyəvi nemətləri qısqanmalarını ortadan qaldıran əhəmiyyətli həqiqətdir.
Allaha inanmayan insanlar həyatlarını dünya həyatıyla məhdud olduğunu düşündükləri üçün sonsuz həyatlarını yaşayacaqları axirət üçün hazırlıq etməyə də ehtiyac duymazlar. Necə davranacaqlarını, yaşadıqları müddət içərisində xeyir olaraq nələr qazandıqlarını, necə sona doğru irəlilədiklərini düşünməzlər. Halbuki hər davranış, hər söz, hər düşüncə hesab günündə insanın önünə çıxardılmaq üçün saxlanılır. Sərf edilən hər faydalı və hikmətli söz insanı axirətdə qazanclı çıxaracaq, Allahın razılığını, cənnətini və rəhmətini qazanmasına vəsilə olacaq.
Axirəti düşünməyən insanlar vaxtlarını boş sözlərə dalaraq, nə özlərinə, nə də başqalarına fayda verməyəcək danışıqlarla əylənərək keçirərkən, möminlər hər anlarını xeyirli və hikmətli söhbətlərlə keçirərlər.
Axirətdən yana qəflətə düşüb, boş sözlərlə əylənən insanlar üçün Quranda “...Sən: “Allah!” – de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər.” (Ənam surəsi, 91) şəklində bildirilir. Möminlərin boş və faydasız sözlərdən uzaq olduqları isə başqa ayədə, “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər.” (Qəsas surəsi, 55) şəklində ifadə edilir.
Möminlər boş və faydasız sözün nə olduğu mövzusunda ölçülərini Qurana görə təyin edərlər. Dünyada keçirdikləri hər anlarının axirət həyatları baxımından çox qiymətli olduğunu bildikləri üçün, yaşadıqları hər an vicdanlarını dinləyərək boş sözə dalmamağa böyük diqqət göstərərlər. Bir ayədə “Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.” (Furqan surəsi, 72) sözləriylə möminlərin boş sözlə qarşılaşdıqları zaman ləyaqətlə keçdiklərindən bəhs edilir.
Müsəlmanlar gün içərisində qarşılaşdıqları hər hadisəyə “hansı rəftarı göstərsəm Allahın razılığını qazana bilərəm?” düşüncəsiylə yaxınlaşarlar. Danışan insanın sözünü kəsmədən nəzakətlə dinləmək, Allahın razılığını qazandıracağı ümid edilən gözəl davranışlardan biridir. Bu davranış, natiqə və söylədiklərinə edilən hörmətin göstəricisidir.
Buna qarşı, Quran əxlaqının yaşanmadığı yerlərdə insanların danışana qulaq asmamaları, bir-birlərinin sözünü dinləməmələri, eyni anda mübahisə edərək və özünü təmizə çıxaracaq söhbətləri vərdiş edilmiş davranışlardır. Xüsusilə televiziya proqramlarında bu mübahisələrə tez-tez rast gəlinir. Hər biri öz ixtisasında mütəxəssisləşmiş kəslər belə bəzən nəzakətdən və hörmətdən tamamilə uzaq üslub sərgiləyərlər. Belə kəslər bir-birlərinin izah etdiklərindən istifadə etmək yerinə qürurlu üslubla öz sözlərini deyib qəbul etdirməyə çalışarlar.
Müsəlmanların isə özlərini ön plana çıxarmaq, önə keçib özünü təmizə çıxarmaq, son sözü söyləmək kimi eqoist məqsədləri yoxdur. Bu səbəblə üslubları təmkinlidir. Quran əxlaqından qaynaqlanan nəzakətli qavrayış olaraq hər vaxt bir-birlərinə üstünlük verər, bir-birlərinin izah etdiklərindən ən yaxşı şəkildə istifadə etməyə çalışar və cahil davranışlar göstərməkdən çəkinərlər.
Quran əxlaqından uzaq yaşayan kəslərin diqqətə çarpan başqa xüsusiyyəti isə səs tonlarıdır. Özlərini haqlı göstərmək, qarşı tərəfi qorxutmaq, razı salmaq və ya susdurub özünü təmizə çıxarmaq üçün qışqıra-qışqıra danışarlar. Halbuki müsəlmanların səs tonu təmkinlidir. Allah Quranda bu mövzunu möminlərə, hz. Loğmanın oğluna verdiyi öyüdü xatırlatmışdır:
Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir.(Loğman surəsi, 19)
Möminlərin danışıqlarında diqqət yetirdikləri xüsusiyyətlərdən biri də qarşılarındakı insanlara ən uyğun olan, onların ən rahatlayacaqları və ən asan anlaya biləcəkləri üslubu istifadə etmələridir. Çünki imanın gətirdiyi ağıl, insana hər yaşdan və hər mədəniyyətdən insana xitab edə bilmə qabiliyyətini qazandırar. Açıq şüura və zəngin məlumata sahib olan kimsəyə istifadə ediləcək xitab şəkli ilə, qavrayışı dayaz, mədəniyyət səviyyəsi aşağı birinə qarşı istifadə ediləcək üslub bir-birindən fərqlidir. Məsələn, intellektual adama, detallı məlumat təcrübəsinə sahib olduğu mövzuları çoxbilən üslubla izah etmək doğru deyil. Bu adamın üstün istiqamətlərini təqdir edərək, mövzunu daha yaxşı bildiyini unutmadan danışmaq ağılın və nəzakətin göstəricisidir.
Buna qarşı mədəniyyət səviyyəsi daha aşağı, daha az məlumat və təcrübə sahibi biriylə danışarkən diqqət yetiriləcək nöqtə isə, anlaşılan olmaqdır. Bu adamın anlamayacağı, həll edə bilməyəcəyi üslubla danışmaq, onun ehtiyacı olan açıqlamalara əhəmiyyət verməmək, bağlı və qarışıq üslubla danışmaq səhvdir. Sözgəlişi təhsilsiz insanla fəlsəfi üslub istifadə edərək danışmaq son dərəcə yersizdir. Məlumat sahibi olmadıqları mövzuda insanlara göstəriş etməyə çalışan adam əslində yalnız özünü hörmətdən salmış olar. Mömin isə Quran əxlaqına uyğun olmanın özünə qazandırdığı ağılın vacibliyi olaraq həmişə qarşısındakının ehtiyaclarına, məlumat və mədəniyyət səviyyəsinə görə ona ən uyğun olan üslubu istifadə edər.
Quranda özlərini mömin olaraq tanıdan, amma əslində ürəkdən inanmamış kəslər “münafiq” olaraq adlandırılmışdır. İmana dəvət edildikləri halda dünya həyatına bağlı qalmaları və Quran əxlaqının yaşanmadığı həyata maraq göstərmələri münafiqləri səmimiyyətsiz üsluba yönəldər. Çünki üzləriylə möminlərə göstərməyə çalışdıqları arasında dərin fərq vardır.
Münafiqlər Quranı təhrif olunmuş formada yozurlar. Bu təhrif etmə məntiqi danışıqlarına da əks olunar. Quran ayələrini öz istək və ehtiraslarına görə yozarlar, “dillərini əyərək” danışarlar. Ancaq bu üslublarıyla özlərini ələ verərlər. Quranın “Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.” (Məhəmməd surəsi, 30) ayəsiylə diqqət çəkilən bu vəziyyət Allahın möminlərə olan köməyidir. Möminlər bu şəkildə aralarında yer almağa çalışan səmimiyyətsiz kəsləri tanıma imkanı tapırlar.
Münafiqlər bəzən bu səmimiyyətsiz danışıqlarını bəzəyərək məqbul hala gətirməyə çalışarlar. Amma diqqətlə baxıldığında bu üslubun insanları səmimiyyətsizliyə təşviq edən şeytanı danışma tərzi olduğu görülər:
Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!(Münafiqun surəsi, 4)
Müsəlmanlar, səmimiyyətsiz insanların üslubunu dərhal yoxlayar və buna bənzər tərzdə danışmaqdan çəkinərlər.
Ancaq bu nöqtədə diqqətlə qiymətləndirilməli mövzu da budur; bir insanın münafiqanə davranış göstərməsi, onun qəti olaraq münafiq olduğunu göstərməz. İnsan həyatının sonuna qədər təhsil prosesindədir. Bu müddətdə çox səhv edə bilər, səhv davranışlar göstərə bilər; bunlar arasında münafiqanə olanlar da ola bilər. Ancaq əhəmiyyətli olan insanın bu səhvini görüb tövbə edə bilməsi və eyni səhvi təkrarlamayacaq əxlaqa sahib ola bilməsidir. İnsanın səmimi peşmanlığı, davranışını Qurana uyğun şəkildə dəyişdirməsi, onun niyyətini dəyişdirib ixlasla hərəkət etdiyini göstərər. Münafiqanə davranışlarda və danışıqlarda israrlı olmaq isə, əlbəttə ki, bu vəziyyətdən çox fərqlidir.
Hər kəsin diqqət yetirməsi çox əhəmiyyətli mövzu da budur: İnsan Quranın bütün ayələrindən tək başına məsul olduğunu və bu ayələrdən hər birini düşünmək və tətbiq etməklə məsul olduğunu unutmamalıdır. Daha yaxşıya sahib ola bilmək və Allahın razılığını qazana bilmək üçün özünü heç vaxt kafi görməməlidir. “Xeyr! İnsan, doğrudan da, həddini aşır – özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.” (Ələq surəsi, 6-7) ayələrini düşünərək, bu ayələrin mövqeyinə girməkdən çəkinməlidir. Özünü ayələrdə bildirilən səhvlərdən qəti olaraq təmizləmək üçün həmişə səy göstərməli, ehtiyacsız üslubla danışmaqdan çəkinməlidir.
Möminlərin çəkindikləri danışma üslublarından biri də, münafiqlərə xas şübhə dolu və şübhə verən üslub istifadə etməkdir. Münafiqlər Allahın varlığından, axirətdən və Allahın vədlərindən ciddi şübhə içərisində olduqları üçün danışıqları da şübhə və tərəddüd doludur. Quran əxlaqını heç vaxt möminlərin təbliğ etdiyi kimi açıq, qəti və qərarlı üslubla izah edə bilməzlər. Ürəklərindən danışıqlarına əks olunan bu şübhə, onları dinləyənlərin ürəklərinə də şübhə salmağı məqsəd qoyar. Ancaq açıq şüur və qəti bilgiylə iman edən möminlər bu üslubdan təsirlənməzlər. Çünki Allahın sözünün həqiqət olduğundan əmindirlər. Şübhə dolu üslubla danışan biri varsa, bunun tamamilə insanın öz səmimiyyətsizliyindən və əyri düşüncə tərzindən qaynaqlandığını bilərlər.
Müsəlmanların üslubunda isə əsla belə şeyə rast gəlinməz; ürəklərində şübhə olmadığı üçün sözləri açıq və dəqiqdir. Buna baxmayaraq iman edənlər dinləyənlərdə səhv anlamağa imkan yaradacaq tərzdə danışmamağa da diqqət göstərərlər. Çünki bəzən arxa-arxaya deyilən bir neçə cümlə yaxud ard-arda açılan iki fərqli mövzu yaxşı niyyətlə gündəmə gətirilmiş olsa belə, açıqlama verəcək vəziyyət ala bilər.
Bu üslub istəmədən də olsa dinləyənlərdə tərəddüd meydana gəlməsinə səbəb ola bilər. Məhz müsəlman kimi danışmaq, bütün bunları sözün hara gedə biləcəyini, danışıqlarından hansı mənalar çıxa biləcəyini, o sırada eyni mühitdə olan kəslərin vəziyyətlərini tək-tək düşünərək, tərəddüdə gətirib çıxarmayacaq üslub istifadə etməni tələb edir. Əksinə, münafiqlərin “gizli vəsvəsəçi” xarakterlərinin bir xüsusiyyətidir. Bu səbəblə istəmədən də olsa bu üslubu xatırladacaq danışıqlar etməməyə diqqət göstərmək imanın və ağılın vacibiyyətidir.
Bunun kimi, hər hansı hadisə haqqında “kaş ki, belə olmasaydı”, “itirdik”, “təəssüf oldu” növündən Allahın təqdirinə uyğun olmayan ifadələrlə danışmaq da yenə münafiqə xas üslubdur. Münafiqlərin möminlər arasında “xəbərçilik” edərək onların cəsarətlərini qırmağa çalışdıqları Quranda belə bildirilir:
De: “Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də olur, insanlardan da!”(Nas surəsi, 1-6)
Allah insanları belə əxlaqa qarşı xəbərdar edir, onlara “xənnas”, yəni “insanların ürəklərinə şübhə və vəsvəsə verən kəslərdən olmaqdan çəkinmələrini bildirir. Münafiqlər, möminlərin arasındakı “xənnas” vəzifəsini boynuna götürmüş kəslərdir; hiyləgər, gizli və pis məqsədli üslub ilə şeytanın elçiliyini edərək insanların ürəklərinə vəsvəsə verməyə çalışarlar. Möminlər isə bu əxlaqı xatırlada biləcək üslubdan şiddətlə uzaq olar, vəsvəsə verən tərzdə danışmaqdan Allaha sığınarlar.
Müsəlmanların çəkindikləri başqa mövzu da, danışarkən “ağız yoxlayan, hiyləgər üslub” istifadə etməkdir. Səmimiyyətin və dürüstlüyün müsəlmanların ən diqqətə çarpan xüsusiyyətlərindən biri olduğuna və bu üslubun danışıqlarına da əks olunduğuna əvvəlki hissələrdə toxunmuşduq. Deyilmək istənənləri, eyhamların arxasına gizləmədən birbaşa dilə gətirmək, səmimiyyətin və dürüstlüyün vacibiyyətidir. Bir müsəlmanın danışmasından niyyətinin nə olduğu, sözü hansı məqsəddə söylədiyi və hara çatdırmaq istədiyi asanlıqla aydın ola bilər.
Quran əxlaqını yaşamayan bəzi insanlar isə ümumiyyətlə söyləmək istədiklərini birbaşa söyləməzlər. Bunun səbəbi isə pis niyyətli bəzi hesablar arxasında olmalarıdır. Bir şeyi öyrənmək istədiklərində, bunu açıq şəkildə soruşmaq yerinə dolayı yollardan getməyi seçərlər. Məlumat almaq istədikləri mövzuda, fərq etdirməməyə çalışaraq qarşı tərəfin ağzını yoxlayaraq, hiyləgər taktikalarla danışmaya çalışarlar. Özlərinə görə bu hiylələrinin qarşılarındakı insanlar tərəfindən fərq edilmədiyini zənn edərlər. Halbuki ağız yoxlayan, hiyləgər üslub səmimiyyətsizliyi ilə dərhal özünü müəyyən edər.
Bu rəftar Quran əxlaqına uzaq olanların və münafiqlərin rəftarıdır. Hər şeyə Quran gözüylə baxan müsəlmanlar, onların üslublarındakı şeytanı havanı dərhal anlayar və buna heç bir şəkildə uyğunlaşmazlar.
Möminlər söylədikləri hər sözün Qurana uyğun və rəhmani üslubda olmasına cəhd göstərərlər. Digər möminlərə fayda verəcək, onları Allaha yaxınlaşdıracaq, şövqləndirəcək, hüzur və güvən verəcək, fərahlandıracaq, sevindirəcək mövzuları gündəmə gətirməyə çalışarlar. Onların hüzurunu, sevincini qaçıracaq, ağıllarını lazımsız yerə məşğul edəcək, ürəklərinə vəsvəsə və ya narahatlıq verəcək mövzuları isə danışmamağa diqqət göstərərlər.
Münafiq xarakterli kəslərin danışıqlarında isə bu üsluba tez-tez rast gəlinər. Danışıqlarıyla bir-birlərini Quran əxlaqına müxalif ola biləcək, harama təşviq edən, dünyanı sevdirən, qaranlıq işlərə təşviq edən bir xəttə çəkməyə çalışarlar. Allaha yaxınlaşmağa, Qurana və elçilərin yoluna uymağa, gözəl əxlaqı yaşamağa, qədəri, axirəti daha yaxşı anlamağa təşviq edər tərzdə danışmazlar. Tam tərsinə qaranlıq gördükləri hər mövzuya daxil olmağa çalışarlar. Quran əxlaqında heç bir şəkildə yeri olmayan mövzularda bu kəslərin həmişə şövqlü üslub istifadə etdikləri görülər. Allahın qadağan etdiyi bu tərz davranışların möminlər arasında yayılmasına çalışan üslub istifadə edərlər.
Möminlər isə, Allahın açıq-aşkar ayələrlə haram olduğunu bildirdiyi mövzularda, özlərinə münafiqanə üslubla yaxınlaşılmasından mənfi istiqamətdə təsirlənməzlər. Belə üsluba qarşı həmişə gözü açıqdırlar. Münafiqlərsə onların nə qədər qəti iman ilə Allaha bağlandıqlarını və Quran əxlaqını nə qədər dürüst və səmimi şəkildə yaşadıqlarını qavraya bilmədikləri üçün bu səylərini davam etdirərlər. Möminlərə qarşı fikirləri, qarşıya qoyduqları məntiqləri həmişə Quran əxlaqından uzaq, inkarçıların qaranlıq ruhunu əks etdirər xüsusiyyətdədir. Bu üslubu tanıyan möminlərsə daha bu adam sözünə başlar başlamaz, şeytani məntiq irəli sürəcəyini bilərək, onu təmkinli şəkildə dinləyər və Quran əxlaqını yaşamağa çağırarlar.
Möminlərin şiddətlə çəkindikləri mövzulardan biri də Quranda ifadə edildiyi şəkliylə “ağız əyərək danışmaqdır.” Ağız əyərək danışmağın mənası, son dərəcə açıq və aydın olan Quran ayələrini olduğundan fərqli şəkildə istədikləri kimi məna verməyə çalışmaqdır. Quranın bir ayəsiylə Allah dil əyərək danışmağın, ürəklərində imandan uzaqlaşan münafiqlərə aid bir xüsusiyyət olduğu belə bildirilir:
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.(Ali İmran surəsi, 7)
Bu kəslər əslində Quran ayələrini vicdani olaraq çox yaxşı anladıqları halda, öz nəfslərinin istəkləri kimi hərəkət edərək ayələrin mənasını təhrif etməyə çalışarlar. Xüsusilə də öz mənfəətləriylə zidd düşdükləri mövzularda, Qurana uymaq yerinə, dini öz istəklərinə uydurmaq istəyərlər. Bir ayədə münafiqlərin dillərini əyərkən əslində yalan danışdıqlarının şüurunda olduqları belə açıqlanır:
Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!” – deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.(Ali İmran surəsi, 78)
Münafiqlərin bu üslubu istifadə edərkən etdikləri ən əhəmiyyətli səhvlərdən biri isə izah etdikləriylə möminləri aldada biləcəklərini zənn etmələridir. Ayələri öz batil fikirləriylə şərh edib bunları müsəlmanlara da qəbul etdirə biləcəklərinə inanarlar. Halbuki Allah Quranda insanlar üçün açıq-aşkar ayələr endirmişdir və möminlər də imanlarıyla ayələrdə ifadə edilənləri çox açıq şəkildə anlayarlar. İman edənlər münafiqlərin sözü təhrif edərkən nəyi hədəflədiklərini dərhal fərq edərlər. Bu səbəblə münafiqlərin bu üslublarıyla bir tək bildikləri öz səmimiyyətsizliklərini ələ verməkdir.
Quranda münafiqlərin üslubuna dair çox nümunə verilmişdir. Hz. Məhəmməd (s.ə.v)-i müşayiət edən möminləri, inkar edənlərin hücumuna etiraz etməyə dəvət etdiyi zaman, ürəklərində xəstəlik olanlar dərhal dillərini əyərək münafiqanə məntiqlər qarşıya qoymuş, “evimiz açıqda qalıb” və “bu istidə çıxmazlar” kimi bəhanələr qarşıya qoymuşlar.
Öz ağılsızlıqlarının şüurunda olmadıqları üçün bu səmimiyyətsiz bəhanələrinin məqbul qarşılanacağını zənn etmişlər. Halbuki şövq və iman sahibi insan üçün nə isti hava, nə də evinin şərtləri Allahın elçisinin dəvətindən daha əhəmiyyətli deyil. Səmimi mömin nə qədər çətin şərtlər altında olursa olsun, heç bir zaman Allahın razılığının olduğu bir işdən qaçmağa və bunun üçün səmimiyyətsiz üslubla dilini əyməyə çalışmaz. Belə üslubun münafiqlərə aid xüsusiyyət olduğunu bilər. Həmişə mütləq Qurana uyğun tərzdə danışar. Möminlər bir mövzuda söz söyləmədən əvvəl, “bu sözümdə hər hansı səmimiyyətsizlik varmı?” yaxud “bu danışmam Quranda izah edilən müsəlman üslubuna uyğundurmu?”, “bu söyləyəcəklərimdə nəfsim adına nə isə varmı?” kimi düşüncələrlə səmimiyyətini nəzərdən keçirərlər. Əgər vicdanlarına uymayan, səmimiyyətsiz gördükləri tək söz belə varsa, bundan dərhal Allaha sığınar və Quran əxlaqına uyğun üslubla danışarlar.
Allah Quranın, “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik.” (Nisa surəsi, 114) ayəsiylə gizli söhbətlərin çoxunda xeyir olmadığını xatırladır. Bu ayəyə görə insanlara yaxşılığı əmr etmək, onları barışdırmaq kimi səmimi məqsədlər üçün edilmədiyi müddətcə, gizli söhbətin kimsəyə faydası yoxdur. Şeytan belə mühiti insanları aldatmaq üçün daha uyğun hesab edib, onları Allahdan uzaq üsluba çəkməyə çalışar. Quranın, “Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər.” (Mücadilə surəsi, 10) ayəsiylə gizli yığıncaqlarda deyilən sözlərin, şeytanın təsiri altında edilən danışmalar olduğu xatırladılır. Bu səbəblə Allah xəlvət danışacaqları zaman çəkinmələrini bildirərək inananları xəbərdar edir:
Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun!(Mücadilə surəsi, 9)
Hər insanın bu mövzuda şüurunda olması lazım olan həqiqət isə budur; hər an olduğu kimi gizli danışarkən də insan Allahın hüzurdadır. Gizli sandığı sözü əslində Allahın hüzurunda söyləyir. O anda o, danışmağın edildiyi yerdə bəlkə iki üç adam var. Amma əslində vəziyyətin belə olmadığı bir ayədə belə bildirilir:
Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir.(Mücadilə surəsi, 7)
Allah edilən bütün xəlvətcə danışılanları eşidir. Ancaq bu vəziyyəti düşünməyib qəflət ilə qiymətləndirən kəslər, danışıqlarını yalnız insanlardan gizləyə bilmələrinin yetərli olduğunu zənn edərlər.
Quranda gizli danışıqlara meyl göstərən insanlara dair çox nümunə verilmişdir. Bu nümunələrin hamısı ayədə bildirilən gizli danışıqlarda xeyir olmadığını bizlərə göstərir:
Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz” – dediklərini Biz çox yaxşı bilirik.(İsra surəsi, 47)
Qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?” Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!” (Ənbiya surəsi, 3-4)
Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (Mücadilə surəsi, 8)
Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!” – deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?” – deyirlər. Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?(Bəqərə surəsi, 76-77)
Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.” Fironun adamları öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər. Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər.(Taha surəsi, 61-63)
Quranda verilən bütün bu nümunələr insanların gizli danışıqlarda xeyir olmadığını anlayıb bundan çəkinmələri üçündür. Bu nümunələrdə də, Quran əxlaqından uzaq və səmimiyyətsiz üslubun hakim olduğu açıqca görülür. Məhz möminlər bu ayələrdən lazım olan ibrəti alan və bundan ötəri də, gizli danışıqlardan çəkinən kəslərdir. Hər harada yaxud hər kimlə olursa olsunlar Qurana uyğun şəkildə danışar, ətrafındakıları Allaha və Peyğəmbərimiz (s.ə.v)-in yoluna tabe olmağa, Quran əxlaqını yaşamağa çağırarlar. Bunun üçün isə gizli söhbət mühiti meydana gətirmələrinə ehtiyacları yoxdur.
İman edənlərin tərsinə, səmimiyyətsiz insanlar üçün gizlilik, səmimiyyətsizliklərini saxlamaq üçün ehtiyac duyduqları vəziyyətdir. Əgər insan zəruri səbəblə özünü belə mühit içərisində görsə belə söhbətdəki qaranlıq yönləri mütləq görməli, bunlara əsla uyğunlaşmamalı və orada olan insanları da rəhmani söhbət içərisinə çəkməyə çalışmalıdır.
Allah elçilərini insanlara doğru yolu göstərmələri, onları Allahın əzabına qarşı xəbərdar edib qorxutmaları və iman edənləri axirətdə alacaqları qarşılıqla müjdələmələri üçün göndərmişdir. Elçilər həyatını Allahın razılığını qazanmaq məqsədiylə insanlara haqq dini izah etməyə, onları gözəl əxlaqa dəvət etməyə və onları axirətdə ən gözəl qarşılığı ala biləcəkləri iman səviyyəsinə çatdırmağa həsr etmişlər. Quranda elçilərin insanları qaranlıqlardan nurlara çıxardıqları, onların üzərindəki ağır yükləri qaldırıb yüngülləşdirdikləri və onları qurtuluşa çatdırdıqları ifadə edilir:
O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”.(Əraf surəsi, 157)
Quranın başqa ayəsində “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.” (Tövbə surəsi, 128) sözləriylə ifadə edildiyi kimi elçilər möminlərə qarşı çox düşkün, çox şəfqətli və mərhəmətlidirlər. Səmimi ürəklə iman edənlər “Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.” (Ali İmran surəsi, 164) ayəsiylə ifadə edildiyi kimi, Allahın onlara doğrunu göstərmək üçün elçilərini göndərmiş olmasının nə qədər böyük lütf və rəhmət olduğunun fərqindədirlər. Bu səbəblə də, bütün müsəlmanlar səmimiyyətiylə Peyğəmbərimiz (s.ə.v)-in yoluyla gedər, hər an hər yerdə onu müdafiə edib dəstəkləyərlər. Quranda möminlərin bu rəftarları “Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən elçi kimi göndərmişik. Biz belə etdik ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz Allahı tərifləyəsiniz.” (Fəth surəsi, 8-9) ayələriylə bildirilir.
Möminlərin Peyğəmbərimiz (s.ə.v)-i müdafiə edib dəstəkləyən üslubları onların müsəlman kimi danışma əxlaqlarının ən diqqətə çarpan xüsusiyyətlərindən biridir. Allah bir ayəsində, “Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər.” (Fəth surəsi, 10) sözləriylə Peyğəmbərə (s.ə.v) beyət etmənin Allaha beyət etmək olduğunu açıqlayır. Bu səbəbdən bir kimsənin Peyğəmbərimiz (s.ə.v)-ə olan sevgisi, bağlılığı və itaəti onun Allaha olan imanından qaynaqlanır. Peyğəmbərimiz (s.ə.v) dövründəki mömin qadınlar bu mövzuda ən gözəl nümunələrdəndir. O dövrdəki mömin qadınlar, Allahın təsəttürlə bağlı əmrini böyük şövq və istəklə qarşılamış, Peyğəmbərimiz (s.ə.v)-ə dərhal itaət etmişdilər. Müsəlman qadınların gözəl rəftarlarıyla əlaqədar olaraq bunlar rəvayət edilir:
Hz. Aişə (r.ə)-dan rəvayət edilmişdir: “Baş örtülərini yaxalarının üstünə örtsünlər” ayəsini endirdiyində qadınlar üst geyimlərini kəsərək onunla örtünmüşlər.”(İbni Kəsir, Hədislərlə Qurani Kərim təfsiri, dəri: 11, səh. 5880)