Müsəlman Kimi Danışmağın İnsanlar Üzərindəki Təsirləri

Müsəlman kimi danışmaq əhəmiyyətli iman əlaməti və dünya üzərindəki ən təsirli danışma şəklidir. Bu təsirin gücü isə möminlərin imanlarından və səmimiyyətlərindən qaynaqlanar. Çünki müsəlmanların, sözləriylə yaşadıqları bir-birini təsdiq edər xüsusiyyətdədir; danışıqları, həqiqətən inandıqlarını və hiss etdiklərini əks etdirər. Müsəlman kimi danışan insanlarla qarşılaşanlar çox vaxt böyük heyranlıq duyğusuna qapılarlar. Həyatı boyu Quran əxlaqını əks etdirməyən danışıqlara şahid olduqları üçün müsəlmanların səmimiyyətindən ciddi şəkildə təsirlənərlər. Daha əvvəl tanış olub danışdıqları bəzi insanlar da özlərinə gözəl əxlaqın və səmimi dindarlığın lazımlığını izah etmiş ola bilərlər. Amma bəlkə də, bu kəslərin izah etdiklərini özlərinin də yaşamadıqları, izah edilənlərin qarşı tərəfə səmimi olaraq təsir etməsinə maneə törətmiş ola bilər. Geniş şəkildə rast gəlinən bu modelin ardından insanlar sözüylə davranışı bir, səmimi kəsləri gördüklərində, daha əvvəl bir neçə dəfə eşidib də əhəmiyyət vermədikləri mövzuları, Allahın diləməsiylə, böyük maraq və səmimiliklə dinləməyə və tətbiq etməyə başlayarlar. Məhz müsəlman kimi danışmağın insanlar üzərində meydana gətirdiyi ən əhəmiyyətli təsirlərdən biri budur; Allahın diləməsiylə insanların “ürəklərini imana isitmək, onlara imanı sevdirə bilmək”.

Müsəlman kimi danışan adam, insanlara “Quran əxlaqını ən təsirli və ən gözəl şəkildə izah edər”. Sözgəlişi, Allah qorxusunu izah edərkən ürəyindəki Allah qorxusu danışıqlarına əks olunar və Allahın icazəsiylə qarşı tərəfin bu mövzunu daha asan anlamasına vəsilə olar. Eyni mövzunu ürəyində bu qorxunu yaşamayan bir insan izah etməyə cəhd etsə, eyni cümlələri eyni məntiqləri eyni şəkildə ard-arda gətirsə də, qarşı tərəf danışanın səmimiyyətinə inanmadığı üçün izah edilənlərdən təsirlənməyə bilər. Halbuki müsəlman kimi danışan adam, səmimiyyəti yaşayaraq səmimiyyəti, təslimiyyəti hiss edərək təslimiyyəti, mehriban üslubla mehribançılığı, mərhəmətli yanaşma ilə mərhəməti və bunlar kimi hər mövzunu hiss edərək izah edəcək və hamısında Allahın diləməsiylə qarşı tərəfin vicdanına təsir edəcək.

Müsəlman kimi danışmağın bir başqa əhəmiyyətli təsiri də “insanların ürəklərinə hüzur, sevinc və fərahlıq verməsidir.” Çünki Allah “...Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad surəsi, 28) şəklində buyurmuşdur. Allahı unutmadan, Onun rızasına uyaraq edilən hər danışma insanların ürəklərinə hüzur və sevinc verər. Bu üslubla danışan adam, birbaşa Allahın adını zikr etmir yaxud da dini izah edən mövzudan bəhs etməsə belə, imanı və Quran əxlaqını əks etdirən üslubu insanlara təbii olaraq Allahı xatırladar.

Müsəlmanın ətrafındakı insanlar təbii olaraq onun təsiri altına girərlər; onun üslubu sayəsində dünya həyatının keçiciliyini, ölümün yaxınlığını, axirətin həqiqətini və Allahın razılığını qazanmanın əhəmiyyətini düşünməyə başlayarlar. Bu səbəbdən müsəlmanın üslubuyla ətrafındakı insanlar üzərində meydana gətirdiyi təsirlərdən biri də, onları bu şəkildə səmimi düşünməyə və vicdanlarını sorğulamağa yönəltməkdir.

Müsəlman kimi danışan bir kimsənin yanında olan insanlar, adət etdikləri və böyük ehtimalla təhlükəli görmədikləri Allahdan qafil üslublarını bir anda tərk edərlər. İki danışma tərzi arasında yaranan açıq fərqlilik, istifadə etdikləri cahil üslubdan utanıb çəkinmələrinə səbəb olar. Əslində bu insanlar Allahdan qafil danışıqların hakim olduğu mühitlərdə, ölümü, axirəti, acizliklərini unutmalarından qaynaqlanan şüursuz üslubla danışmaqda qorxu görməzlər. Buna baxmayaraq müsəlman kimi danışan birinin yanında ümumiyyətlə bu üslublarına qəti şəkildə son verərlər. Möminin səmimiyyəti, üstünü örtməyə çalışdıqları vicdanlarını hərəkətə keçirər və qısa müddətə olsa belə səmimi düşünüb səmimi hərəkət etməyə yönələrlər.

Müsəlman kimi danışmaq insanlar arasında köklü dostluq və güvən meydana gəlməsinə də səbəb olar. Danışıqlarıyla Allaha olan bağlılığını və sevgisini göstərən adam, qarşısındakı insanda dərin sevgi və hörmət hissi də oyandırar. Bu da müsəlmanlar arasında böyük həmrəylik meydana gətirər. Necə ki, Allah müsəlmanlara belə buyurmuşdur:

Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir.(Maidə surəsi, 55-56)

Ayələrdə möminlərin “Allahı, elçisini və möminləri dost etmələri” bildirilir. Bir-birlərinin həmişə “müsəlman kimi danışdığını”, içlərindəki imanın bütün səmimiyyətləriylə sözlərinə əks olunduğunu gördüklərində, müsəlmanlar arasında güclü güvən və dərin dostluq meydana gələr. Bu Allahın ürəkləri birləşdirməsidir. Bu dostluğun təməlləri o qədər möhkəmdir ki, Quranda: “Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.” (Ənfal surəsi, 63) ayəsiylə bu yaxınlığın başqa heç bir yolla əldə edilə bilməyəcəyi bildirilir.

Müsəlman kimi danışmağın insanlar üzərində meydana gətirdiyi başqa təsir isə “ümidi və şövqü” artırmasıdır. Həyatlarının hər anında Quran əxlaqına uyğun üslubla danışan insanlar özlərinə olduğu qədər bir-birlərinə də həmişə Quran əxlaqına uyğun təlqin edərlər. Allaha güvənməyi, möminlərin ən çətin anlarda belə ümidvar olmaları lazım olduğunu, qədərini ən gözəl şəkildə yaşadığını və bunlara bənzər həqiqətləri bir-birlərinə xatırlatdıqları üçün təbii olaraq bu istiqamətlərdə güc qazanarlar.

İmandan qaynaqlanan bu danışma üslubunun təsiri, müsəlmanlar üzərində olduğu qədər, münafiqlər və müşriklər üzərində də görülər; Allaha böyük sədaqət və səmimiyyətlə bağlı olanların, hər an hər yerdə müsəlman üslubuyla danışıqları münafiqlərdə ciddi narahatlığa gətirib çıxarar. İnkar edənlər və müşriklər kimi, münafiqlər də müsəlman kimi danışan kəslərin yanında rahat ola bilməzlər.

Eyni şəkildə “şeytan da müsəlman kimi danışılan mühitlərdə olmaz”. Çünki müsəlman kimi danışılan yerdə münafiq münafiqliyini, şeytan da şeytanlığını edə bilməz; münafiqin hər sözü, şeytanın hər pıçıltısı, müsəlman kimi danışığın yanında təsirini itirər. Bu səbəblə müsəlman kimi danışılan mühitdə, münafiq xarakterli adam ya niyyətini dəyişdirər və bu danışıqlardan istifadə edərək doğru yolu tapar və ya dayana bilməyəcək hala gəldiyi üçün möminlərin yanından uzaqlaşar. Beləcə müsəlmanlar da həqiqi üzlərini gizləyərək aralarında yer tutmağa çalışan münafiqlərdən təmizlənmiş olarlar.

Qısacası müsəlmanın danışması, ətrafına həmişə xeyir və bərəkət gətirən qaynaqdır; yalnız möminin öz axirətləri baxımından deyil, eyni zamanda bütün insanlara aid əhəmiyyətli ibadətdir. Necə ki, Allah Quranda: “gözəl sözün” insanlar üçün daimi xeyir qaynağı olduğunu ən gözəl örnəklə açıqlayır:

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir.(İbrahim surəsi, 24-26)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Müsəlman Kimi Danışmağın Əhəmiyyəti
  • Müsəlman Kimi Danışmağın Xüsusiyyətləri
  • Müsəlman Kimi Danışmağın İnsanlar Üzərindəki Təsirləri
  • Nəticə
  • Təkamül Yalanı