İnsanları tanımaqda ən əhəmiyyətli rolu oynayan mövzulardan biri insanların danışıqlarıdır. Həyata baxış, inanclar, fikir və düşüncələr sözlərlə ifadə edilər. İnsan ürəyində hiss etdiklərini, zehnində saxladığı düşüncələrini, istəklərini, ideallarını yaxud qorxularını, istər-istəməz danışıqlarına əks etdirər. Bu səbəbdən bir insanın ruh halının tarazlığı, necə bir ağla və vicdana sahib olduğu sərf etdiyi sözlərdən məlum olar. Dürüst, səmimi, etibarlı və doğru sözlü, yoxsa saxtakar, pis niyyətli və yalan danışan bir kimsə olduğu da danışığından aydın olar.
Danışıq üslubunun insanları tanıdıcı bir istiqaməti olduğu xalq arasında da bilinən bir həqiqətdir. Bir çox mövzuda, bir insan haqqında qərar verilərkən, əvvəlcə o insanın danışıqlarından əldə edilən vicdanının necə olduğu əsas alınar. Bunun bir nümunəsini, iş görüşmələrində edilən müsahibələrdə görərik. İşə götürənlər, işə müraciət edənlərin yazılı olaraq verdikləri məlumatları kafi görmədiklərinə görə, bu kəslərlə bir neçə dəfə üz-üzə görüşüb, fərqli mövzular haqqında onlardan şifahi olaraq məlumat alarlar. Bu danışıqlar nəticəsində əlaqədar insanın xarakterinə dair təəssürat əldə edərlər.
Danışmağın, insanların xarakterlərini ortaya qoyan əhəmiyyətli xüsusiyyətlərdən biri olduğu, hər mövzuda insanlara ən doğru məlumatı verən Quran ilə bizlərə bildirilmişdir. Allah, “Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.” (Məhəmməd surəsi, 30) ayəsiylə, danışıq üslubunun, səmimiyyətsiz kəsləri tanıdan əhəmiyyətli bir xüsusiyyət olduğunu ifadə etmişdir. Danışıq, pis xasiyyətli, pis niyyətli və ya ikiüzlü insanları müəyyən etdiyi kimi, gözəl əxlaqlı, yaxşı xasiyyətli, inanclı insanların tanınmasında da əhəmiyyətli ölçüdür. Ürəyində xalis imanı yaşayan bir insan təbii olaraq, yalnız möminlərə xas olan üslubla, yəni “müsəlman kimi” danışar. “Müsəlman kimi danışmaq” insanın səmimiyyətini, Allaha olan sevgisini, bağlılığını, hörmət dolu qorxusunu ortaya qoyan əhəmiyyətli mömin əlamətlərindəndir. Bu səbəbdən bu üslub fərqi inananlarla, inkar edənləri bir-birlərindən ayıran ən fundamental xüsusiyyətlərdən biridir.
Allah, səmimiyyətlərinə qarşılıq möminlərə ən gözəl, ən doğru və ən hikmətli şəkildə danışdırar. Bu həqiqəti bilən mömin bu mövzuda çox təslimiyyətli və rahatdır. İmanı tam olaraq yaşamayan kəslər isə, ürəklərində gizlədikləri pisliyin danışıqlarıyla birlikdə ortaya çıxmasından narahat olarlar. Ancaq nə qədər qayğı göstərsələr göstərsinlər, danışıqlarının özlərini ələ verməsinə maneə ola bilməzlər. Çünki müsəlman kimi danışmaq texniki bir iş yaxud diqqət nəticəsində deyil, ancaq səmimi iman ilə qazanılan xüsusiyyətdir. Bu, Allahın qanunu və möminlərə verdiyi asanlıqdır.
Müsəlman kimi danışmağın inananlar üçün başqa əhəmiyyəti isə budur; Allah möminləri, yaşadıqları haqq dini və gözəl əxlaqı başqalarına da izah etməklə məsul etmişdir. Bu səbəblə insanlara Allahın varlığını, birliyini və ucalığını izah edərək, onları Quran əxlaqına çağırmaqla vəzifəli olan möminlər üçün danışmaq böyük ibadətdir. Din əxlaqını yaşayan və Allahın böyüklüyünü qavrayan kəslərin, din əxlaqından uzaq yaşayan məlumatsız insanlara hiss etdiklərini və düşündüklərini səmimi şəkildə ifadə edə bilmələri, bir çox insanın İslama yönəlməsinə və ürəklərində Allah qorxusunun yaranmasına vəsilə ola bilər. Bu isə, Allah Qatında çox xeyirli olduğu ümid edilən əməldir. Bu səbəblə iman edənlər Allahdan həmişə ağıl, hikmət və xeyir olan söhbətlər etməyi istəyərlər. Danışıqlarında Allahı zikr edər, insanlara gözəl söz söyləyər, onlara din əxlaqını təbliğ edər, yaxşılığı əmr edər, pislikdən çəkindirərlər. Bu səbəbdən, danışmaq möminlər üçün həyatlarının sonuna qədər savab qazana biləcəkləri bir ibadətə çevrilər. Peyğəmbərimiz (s.ə.v)-də gözəl sözün əhəmiyyətinə belə diqqət çəkmişdir:
Əbu Hureyrə, Peyğəmbər (s.ə.v)-dən: “Gözəl və xoş söz sədəqədir.” buyurduğunu nəql etmişdir.(Səhihi Buxari, cild 13, səh. 6013)
Quranda, “İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?” (Fussilət surəsi, 33) ayəsiylə bildirildiyi kimi, dünyada ən gözəl sözlə danışan insan, Quranda nəsihət edilən əxlaqı yaşamağa çağıran, yəni “müsəlman kimi danışan” kimsədir. Möminlər Allahın razı olacağını ümid etdikləri bu danışıq üslubunu istifadə edərək Onun rəhmətinə və cənnətinə qovuşmağı ümid edərlər. Bu səbəblə səmimi ürəklə Rəbbimizə yönələn hər mömin, bu məlumatlar işığında düşünərək müsəlman kimi danışmağın bütün tələblərini ən gözəl şəkildə həyata keçirməli və ömrünün sonuna qədər bu mövzuda qərarlılıq göstərməlidir.