Giriş

Bir düşünün… Kim bilir neçə ildən bəri danışa bilmək kimi əhəmiyyətli bir qabiliyyətə sahibsiniz? Kim bilir neçə ildir heç bir səy göstərmədən, asanlıqla istədiyiniz hər sözü söyləyə bilir, istədiyiniz kimi danışa bilirsiniz? Şübhəsiz ki, bu suallara “illərdir…” cavabını verərsiniz. Bəlkə də daha əvvəl bir çox insanın öz-özünə belə bir sual verməsi ağlına belə gəlməmişdir. Çünki danışmaq, insanın təbiətində olan qabiliyyətlərindən biridir.

Hər insan özünə verilən bu əhəmiyyətli qabiliyyət sayəsində bir ömür boyu istədiyi qədər danışa bilir və bəlkə də bu vəziyyətə alışdığı üçün, danışmağın insan həyatında daşıdığı əhəmiyyəti göz ardı edir.

Halbuki hər insan bu həqiqətin şüurunda olmalıdır, danışa bilmək bir nemətdir və Allah insana bu qabiliyyəti müəyyən bir məqsəd üçün vermişdir. İnsan danışdığı hər sözdən axirətdə məsul olacaq.

Allah, insanı Özünə qulluq etməsi üçün yaratmışdır. Ona, Özünün ucalığını qavrayıb iman edə bilməsi üçün ağıl, yaratdığı mükəmməllikləri görüb təqdir edə bilməsi üçün gözlər, ayələrini eşidə bilməsi üçün qulaqlar və Allahın şənini ucaldıb, dinini izah edə bilməsi üçün dil vermişdir. Quranın “Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq. Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.” (Məryəm surəsi, 79-80) ayələriylə bildirildiyi kimi, insanın ağzından çıxan hər söz Allah Qatında yazılır. Bu səbəbdən insanlar inandıqları hər fikirdən, ağıllarından keçirdikləri hər düşüncədən, göstərdikləri hər rəftardan məsul olduqları kimi, söylədikləri hər sözdən də məsul olacaq və axirətdə buna görə qarşılıq görəcəklər.

Ancaq bir çoxları, dünya həyatında söylədiyi hər sözün, qurduğu hər cümlənin hesabını axirətdə əskiksiz olaraq verəcəyini ağılına gətirməz. Bu səbəblə düşünmədən və özünə yükləyəcəyi məsuliyyətləri hesablamadan çox söz sərf edər. Halbuki Allahın Quranda bildirdiyi bu vədi qəti olaraq reallaşacaq; insan bəlkə də dediyi sözlərin böyük bir qismini unudacaq, amma bütün bunlar axirətdə əskiksiz olaraq qarşısına çıxacaq. Allah Quranda, “Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər. (İnfitar surəsi, 10-12) ayələriylə, yazıçı mələklərin insanın ağzından çıxan hər sözü də yazmaqda olduqlarını xəbər verir. Ayrıca Allah bir başqa ayədə də hər şeyə nitqi verib danışdırdığı kimi, axirət günündə insanların dərilərini danışdıraraq etdiklərini özlərinə etiraf etdirəcəyini ifadə etmişdir:

Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. (Fussilət surəsi, 21)

Bu səbəbdən insan axirət günündə, dünya həyatında bütün dediklərini nə qədər gizləmək istəsə və bunları etiraf etməkdən nə qədər qaçsa da, bu qaçış ona bir fayda verməyəcək. Etdiklərini izah etmək istəsə də dərisi onun adına hər şeyi bir-bir etiraf edəcək. Bu səbəblə insanın dünya həyatındakı hədəfi, Allahın hüzurunda utanacağı, izahını verə bilməyəcəyi, peşmanlığa qapılacağı tək söz belə sərf etməmək olmalıdır.

Bu əhəmiyyətli həqiqətin şüurunda olan və bu əxlaqı ən gözəl şəkildə yaşayan kəslər isə, şübhəsiz ki, möminlərdir. Möminlər, güclü bir imana sahib olduqlarına görə hər vaxt, hər yerdə Allahdan qorxub çəkinərək danışarlar. Buna görə, ayədə bildirildiyi kimi, hesab günündə “kitabı sağ tərəfindən verilənlər” olaraq, könül rahatlığıyla “… Alın, kitabımı oxuyun.” (Haqqə surəsi, 19) deyə biləcəklər. Çünki möminlər dünya həyatında Rəbbimizə könüldən iman edərək müsəlman kimi yaşayan və “müsəlman kimi danışan” kəslərdir.

“Müsəlman kimi danışmaq”, insanın, Allahın hər an onunla birlikdə olduğunu, elmi ilə hər şeyi əhatə etdiyini, ağzından çıxan hər sözü eşitdiyini və axirətdə Onun hüzurunda hesab verəcəyini bilərək, hər an vicdanını dinləyərək danışmasıdır.

Müsəlman kimi danışa bilmək, ancaq “Allaha və Qurana təslim olmaqla” mümkündür. İmanı, səmimiyyəti və təslimiyyəti yaşadıqdan sonra, insana “nitqi verib danışdıracaq” olan Allahdır. Allah ona müsəlman kimi danışmağı ilham edəcək, onu ən səmimi, ən hikmətli, ən təsirli və ən doğru şəkildə danışdıracaq. Bir insan, ürəyində səmimi iman olmadığı müddətcə, yalnız sözlərinə diqqət yetirərək bu səmimi üslubu qazana bilməz. Həyatın hər anında müsəlman kimi danışa bilmək üçün, səmimi imanı və Allah qorxusunu ürəkdə hər an yaşamaq lazımdır.

Bu kitabda müsəlman kimi danışmağın Quranda izah edilən əhəmiyyəti üzərində dayanaraq, bütün insanlar, danışıq qabiliyyətlərini Allahın razı olacağı şəkildə istifadə etməyə təşviq edilir. Müsəlmanların danışıq üslubunun mükəmməlliyi ilə dindən uzaq bir ruh halında yaşayan kəslərin danışıq üslubu arasındakı fərqliliklər ortaya qoyularaq, bütün insanlar Quran əxlaqına uyğun şəkildə danışmağa çağırılırlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Müsəlman Kimi Danışmağın Əhəmiyyəti
  • Müsəlman Kimi Danışmağın Xüsusiyyətləri
  • Müsəlman Kimi Danışmağın İnsanlar Üzərindəki Təsirləri
  • Nəticə
  • Təkamül Yalanı