Söhbət (31-32)

31-Ci Söhbət - 7 Sentyabr, 2010-Cu İl, Qaziantep Olay TV və Çay TV

OKTAR BABUNA: Qadın düşmənliyindən bəhs etmişdiniz, xüsusilə münafiqlərin və kafirlərin qadın düşməni olduqlarını demişdiniz. Ayələri oxuyuram, müəllimim. "Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralırdı. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa basdırsın? Onların verdikləri qərar necə də pisdir!" (Nəhl surəsi, 58-59)

ADNAN OKTAR: Çünki müşriklər və münafiqlər qadına namussuzluğun bir simvolu kimi baxarlar, yəni namussuz və çox təhlükəli məxluq sayarlar. Haşa. Ona görə ya uşaqkən öldürərlər, ya da sağ ikən gedib məsələn, güllələyər. Bu cür şeyləri qəzetlərdə də görə bilərsiniz.

Sad surəsinin 2-ci ayəsində də Allah: "Kafirlər təkəbbür və nifaq içindədirlər" deyir. İslam aləmini də parça-parça etmək üçün var gücləri ilə çalışarlar. Böyük parçalara ayırmaq onlara kifayət etmir, daha da kiçik parçalara ayırmaq istəyərlər.

32-Ci Söhbət - 2 Oktyabr, 2010-Cu İl, Kocaeli TV və Aba TV

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Nisa surəsi, 54-cü ayədə Allah belə buyurur: "Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar?". Münafiqlər möminlərə verilən nemətlərə görə çox həsəd apararlar. Peyğəmbərimiz (s.ə.v)-i də çox qısqanırdılar. Rahatlığını, sakitliyini, zənginliyini, Allahın ona çox həyat yoldaşı nəsib etməyini, zəfərlərini, gözəlliyini, yaraşıqlılığını, qüdrətini, hamısını qısqanırdılar, maşaAllah. MaşaAllah Peyğəmbərimiz (s.ə.v)-ə maşaAllah. Münafiqlərə Allah lənət etsin. Münafiqlər çox hiyləgərdir. Hiyləgərliyə ciddi yanaşarlar. Məsələn, müsəlmanlara zərər vermək istəyəndə bunu psixoloji yolla edər. Küfrdə və müşriklərdə bu açıq-aşkar edilər, açıq şəkildə hücum edərlər. Münafiqlərin isə hiyləgər döyüş üsulu vardır. Məsələn, gözlərindən istifadə edər, gözü ilə murdar baxar, gözü ilə narahat edər. Məsələn, Quranda, "gözləri ilə səni az qala yesinlər" deyir. Yəni Peyğəmbərimiz (s.ə.v)-ə baxan insanın aşiq baxışı ilə, sevgi ilə baxmalı olduğu halda, münafiqlər elə baxmaz. Qudurmuş öküz kimi adama baxar. Heyvan kimi baxar. Allah ayədə: "gözlərin xain baxışlarını bilər" deyir. Bu da münafiqlərin üsullarından biridir. Münafiqlər həm də ağılsızdırlar, açıq döyüşdən və ictimai mübarizədən qaçarlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in söhbət etdiyi vaxtda biri qalxıb ayrılmaq istəyir. Onlar, cübbəli və yaxud uzun bir köynək də geyinərlər. Yəni onun paltarının genişliyi, bədəninin gücünə güvənərək, münafiq tam onun yanına gəlib paralelində onunla birlikdə gedir. Çıxarkən çalışırdı ki, Peyğəmbərimiz (s.ə.v) onu görməsin. Yəni uzaqdan baxanda sadəcə birinin getdiyi kimi görünür. Amma əslində iki adam gedir. İndi münafiqin orada vermək istədiyi mesaj var. Burada bir neçə məqam diqqəti çəkir. Birincisi, açıq şəkildə gizlilik metodundan istifadə edir. Lakin Peyğəmbər (s.ə.v)-in bunu nəzərindən qaçıracağını zənn edir. Öz ağlına görə buradan bir mesaj verir. İkincisi, oradakılara münafiqyana mesaj verir. "Peyğəmbər (s.ə.v) məni görə bilmədi, görürsünüz?" deyir. Yəni: "siz də belə etsəniz sizi də görməz. Buna görə onun diqqəti ilə mənim hiyləgərliyimi bir müqayisə edin. Mən daha hiyləgər və ağıllıyam. Amma Peyğəmbər (s.ə.v) diqqətli deyil, haşa. Oyun oynayıram" deyir. Aydındır? Əgər müvəffəqiyyətlə aradan çıxarsa, nəzərə çarpmasa, oradakı münafiqləri də çox həyəcanlandırır. "Bacardı, çox böyük iş gördü" deyirlər. "Mən daha fərqlisini edim o zaman. Daha münafiqyana, bəyəniləcək, münafiqlərə görə daha təqdirə layiq bir hərəkət edim" deyir. Münafiqlərin bəyənməsi üçün etdiyi bu şəkildə hərəkətlər çox olar. Yəni özünü ələ vermədən zərbə vurmaq münafiqin xüsusiyyətidir. Onların özünə xas bir halı da var. Məsələn, Allah ayədə: "Əgər istəsəm sən onları simalarından tanıyarsan, pis danışıqlarından başa düşərsən" deyir. Simalarında da bir anormallıq olur. Münafiqlərin çox pis aurası olar və murdar təəssürat bağışlayarlar. Yəni üzündə nur, nuranilik olmaz. Müsəlmanları narahat edər. Allahın diləməsi ilə, Allah istəsə bunu hiss etdirir. Münafiqlərin danışıqları da çox hiyləgər olar. Yəni diqqətli olmaq lazımdır. Məsələn, söhbət edəndə bəzi sözlərdə, haşa, Peyğəmbər (s.ə.v)-in əleyhinə sözlər danışar. Amma diqqət verilsə görərik ki, bunu nəzərə çarpacaq şəkildə edir. Əslində çox zəkalı olarlar. Bədiüzzaman da münafiqlər haqqında: "Şeytan kimi ağıllı olarlar" deyirdi. Yəni çox böyük bir zəkaya sahib olarlar. Elə bir cümlə qurur ki, ancaq münafiqlər bunu başa düşər. Yəni cümlələri münafiqlərin başa düşəcəyi şəkildə qurar, yəni bu işdə ustalaşmış münafiqlərin fərq edə biləcəyi bir üslubda danışar. Çünki müsəlmanlar hüsnü-zənn etdiyinə, xeyirə yozduğuna görə, onun qardaşı olaraq gözəl bir şey söylədiyini düşünür. Halbuki, o cümlənin içərisində bir çox gizli mesaj olar. Onu digər münafiq görəndə bu hərəkətindən münafiq şəhvəti, yəni münafiq həyəcanı, şeytani həyəcan hiss edər. Onu müvəffəqiyyətli hesab etdiyinə görə heyranlıqla dolu bir zövq alar. Şeytani bir zövq alar. Necə yarasa qan içməkdən zövq alırsa, peyin böcəyi peyindən necə zövq alırsa, onlar da bundan zövq alarlar. Məsələn, psixopat Amerika əsgərləri, birinin boynundan vurar, qan axar və bundan həzz aldığını, xoşuna gəldiyini deyir. Şəhvət duyduğunu deyir. "Sevişməkdən daha gözəl gəlir mənə" deyir. Onun kimi münafiq də bunda həyat görər. Yəni bir yarasa kimi, onun qanı odur. Pislik etməkdən zövq alar. Hər pislik edəndə ona bir qida kimi gələr. Mömin də hər gözəllik etdiyində içi rahatlanar. Məsələn, cəhd edər, küfrə elmi yolla bir zərbə vurar, yəni elmi zərbə, bir iman həqiqəti izah edər, bir xeyir iş görər, xidmət edər, müsəlmanların olduğu yeri təmizləyər, onlara bir yemək hazırlayar, içməyə bir şey gətirər və yaxud onları maddi cəhətdən təmin edər və bununla xoşbəxt olar. Münafiq də müsəlmanlara etdiyi pisliklərlə, alçaqlıqlarla, etdiyi rüsvayçılıqlara görə xoşbəxt olar. Amma bunu açıq-aşkar, göz qabağında edə bilməyəcəyinə görə münafiqin çox böyük bir zəkaya, çox diqqətli olmağa, gizliliyə ehtiyacı olur. Quranda buna işarə edilmiş ayələr var. Məsələn, Peyğəmbər (s.ə.v)-ə qarışıqlıq içində çox pis, murdar baxışla baxarlar. Elə baxır ki, elə bil təkcə Peyğəmbər (s.ə.v)-i görür. Əgər Peyğəmbər (s.ə.v): "Niyə elə baxırsan?" soruşsa, dərhal baxışını düzəldər. Beləliklə, öz ağlına görə Peyğəmbər (s.ə.v)-ə haşa tələ qurduğunu fikirləşir. Amma Peyğəmbər (s.ə.v)-in sözünə onsuz da oradakı möminlər inanırdı, iman edirdi. Yəni münafiq üçün Peyğəmbər (s.ə.v)-i, haşa, çıxılmaz vəziyyətə salmaq çox əhəmiyyət kəsb edir. Belə edərək özünü ucaltdığını, yüksəltdiyini fikirləşər. Ona görə məsələn, Peyğəmbərimiz (s.ə.v): "döyüşə çıxacağıq, cihad edəcəyik" deyir. Onlar isə Peyğəmbər (s.ə.v)-i, haşa, öz ağlına görə xəcalətli edib, çətin vəziyyətə salacağını düşünərək: "hava çox istidir, ya Rəsulullah (s.ə.v)!" deyirdilər. Guya Peyğəmbər (s.ə.v) havanın isti olduğunu bilmir? Amma münafiq öz düşüncəsinə görə, Peyğəmbər (s.ə.v)-in haşa, diqqətsiz və haşa, bunu fikirləşmədiyini düşünür. Münafiq əslində heyrətamiz şəkildə axmaqdır. Həm çox şeytani zəkası vardır, amma ağıl cəhətdən çox axmaqdır. İstiliyi kim bilməz? Hər kəs bunu bilər. Peyğəmbər (s.ə.v)-in bunu bilmədiyini fikirləşir. "Bu istidə çıxmaq olmaz" deyir. Bununla o, münafiqlərə də mesaj verir: "Peyğəmbər (s.ə.v) (haşa) isti olduğunu, bu havada çölə çıxılmadığını belə bilmir" deyərək qoruyucu görünüşündə ortaya çıxar. Münafiq, həmişə özünü xilaskar kimi göstərir. Məsələn, “hava istidir” deyərək guya müsəlmanları istidən qurtarmış olar, ailəni qurtarmış olar. "Ailəm açıqda, başsız qalıb" deyir. Həmişə xilaskar rolunu oynayır. Məsələn: "döyüşməyi bilsəydik sizinlə gələrdik" deyir. Yəni guya döyüşməyi bilməyən insanı Peyğəmbər (s.ə.v) döyüşə apardığını demək istəyir, haşa. Orada da Peyğəmbər (s.ə.v)-i, haşa, insanların gözündən salmaq istəyir. Peyğəmbər (s.ə.v)-i hörmətdən, sevgidən və etibardan salmaq üçün əlindən gələni edər. İki məqsədi olar. Həm özünü ucaltmaq istəyər, həm də Peyğəmbər (s.ə.v)-i insanların gözündən salmaq, əhəmiyyətini azaltmaq istəyər, haşa. Münafiqlər buna çox diqqət göstərərlər. Amma bunları çox şeytani formada edər. İlk baxışda qəflət gözü ilə haqlı danışan kimi bir üslubla danışar. Çünki Allah ayədə də: "danışdıqlarına qulaq asarsan" deyir. Bu ayə çox mənalıdır. Yəni zahirən çox ağıllı danışar. Quran gözü ilə, ağıl gözü ilə baxmayanda haqlı kimi görünər. Amma Quran və ağıl gözü ilə baxanda arxasındakı şeytanlıq aydın olur. Bir oyun olduğu aydın olar. Əksinə, Peyğəmbər (s.ə.v)-in sözünün doğru olduğu və onun səhv olduğu, yalan olduğu üzə çıxar. Münafiqin bu xüsusiyyətlərini Allah Quranda çox təfərrüatı ilə izah etmişdir. Diqqətlə baxanda bunu görmək olur. Məsələn, Allah Tövbə surəsi, 74-cü ayədə belə bildirir: "Allaha and içirlər ki, (nalayiq sözlər) deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar". Yəni çox böyük iddiaları olar. Məsələn, ən böyük olmaq istəyərlər. Haşa, Peyğəmbər (s.ə.v)-dən də, Allahdan da üstün olmaq istəyərlər. "Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir" deyir Allah. Rahatlıq onları narahat edər. Peyğəmbər (s.ə.v)-in verdiyi imkanlar, zənginlik, güc, etibar, hörmət, rahatlıq, sevinc, yaxşılıq mühiti, bərəkət mühiti onları narahat edər. "Allahın və elçisinin bol lütfkarlığından" deyilir, yəni Peyğəmbərimiz (s.ə.v)-də Mehdilik xüsusiyyəti olduğuna görə həmişə əliaçıq, lütfkar olub. Ən böyük Mehdi olduğuna görə çox əliaçıq olub. "Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir"-deyir Allah. Yəni rahatlıq və nuranilik onlarda həsəd hissi, qısqanclıq hissi oyadır. Bu da hirsə və kinə çevrilir. Amma bir çətinlik içərisində olanda bunları etməz. Zənginlik və fərahlıq münafiqin qudurmasına səbəb olur. Yəni müsəlmanların rahatlığına həsəd aparar. Şeytandan Allaha sığınıram, Allah Ali İmran surəsi, 119-cu ayədə belə buyurur: "…Təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!" Yəni hirsə və nifrətə həddindən artıq meyilli olarlar. Yəni azğın bir kin bəsləyər, dəlicəsinə kin bəsləyər. Ona görə kinin şiddətindən cinayətə meyilli olar. Münafiqlərdə həmişə cinayətə meyillilik vardır. Peyğəmbərimiz (s.ə.v) dövründə, sui-qəsd planlaşdırdılar, hz. Əli (r.ə) Peyğəmbərimiz (s.ə.v)-in yerində, yatağında yatdı, heç bir şey edə bilmədilər. Dəfələrlə sui-qəsd törətməyə cəhd ediblər. Çünki münafiqlər həddindən artıq gərgin olarlar. Yəni müsəlmanlara qarşı şiddətli kin bəsləyərlər. Allah Mumtəhənə surəsi, 2-ci ayədə: "Sizə düşmən kəsilərlər, əllərini və dillərini pisliklə sizə uzadarlar" deyir. Normalda dili ilə, amma əli ilə də məhz cinayət edər. Əlini uzatmasının mənası cinayətdir. Yaxud, müsəlmanları yandırıb yaxmaq, dağıtmaq mənasındadır. Amma Allah dillərini də pisliklə sizə uzatdıqlarını deyir. Amma bunu edərkən Quranla və hədislə hərəkət edərlər. Əks halda münafiq, münafiq olmaz. Birbaşa küfr adına ortaya çıxsa kafir olar. Münafiqin xüsusiyyəti din və Allah adına yalandan ortaya çıxmaqdır. Daha təqvalı olmaq, İslamı daha mükəmməl yaşamaq iddiası ilə ortaya çıxar. Nəticədə: “Dillərini pisliklə sizə uzadarlar” deyir Allah. Quranı və hədisi istifadə edərlər. Amma şeytani bir məqsədləri olar. Onların mənafeylərinə uyğun gələn qisminin mənasını dəyişdirərək istifadə edərlər, yəni dillərini əyib bükərək, müsəlmanların haqq olan rəftarlarını batil kimi göstərməyə çalışırlar. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı göstərdikləri davranışlarından bunu anlayırıq.

...

ADNAN OKTAR: Ali İmran surəsi, 118-ci ayədə Allah belə buyurur: "Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər". Necə zərər verə bilərlər? Məsələn, gedib yalandan xəbər uydurar, yalandan şahidlik edər, oyun oynayar, müsəlmanların arasına fitnə salar, müsəlmanlara bir-birindən böhtan məlumatlar verər, müsəlmanların müsəlmanlarla əlaqəsini kəsməyə çalışar. Hər cür zərər verməyə çalışar, yəni hər cür maddi, mənəvi zərər vurmağa çalışar. "Sizin sıxıntıya düşməyinizi istəyərlər" deyir Allah. Yəni müsəlmanların həbs olunmasını, həbsə atılmasını, əziyyət çəkmələrini, şəhid edilmələrini, istəyirlər. "Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir" deyir Allah. Yəni özlərini tuta bilmirlər.

"Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir" deyir Allah. Yəni içlərində vulkan kimi çox şiddətli bir kin var. Amma özlərini nəzakətli aprarlar, bunu büruzə verməzlər, münafiqlər buna çox diqqət yetirərlər. Çünki başqa cür olsa özünü büruzə verər. Həm din üslubu ilə, Qurana, hədisə tabeymiş kimi görünən danışığı, həm də özünə görə qismən nəzakətli danışmağı lazımdır, münafiq belə məsələlərə çox diqqət yetirər. Amma hərdən havalanar. Ona görə: "Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir" deyir Allah. Artıq dözə bilmir, səbri daşır. Daşdığına görə də özlərini idarə edə bilmirlər, hisslərini xaricə vurmağa başlayırlar. "Kökslərində (içlərində) gizlətdikləri düşmənçilik isə daha böyükdür", yəni Allah öldürücü kin və nifrət içində olduqlarını bildirir.

Ali İmran surəsi, 118-ci ayədə Allah deyir: "Əgər düşünür dərk edirsinizə, Biz ayələri artıq sizə bəyan etdik". Yəni Allah fikirləşməyi buyurur.

Məhəmməd surəsi, 29-cu ayədə belə buyrulur: "Yoxsa qəlblərində xəstəlik olanlar"-əlbəttə ki, münafiqlərə də işarə edir ayə-elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?" Çünki münafiqin ürəyində xəstəlik olar. Amma bir də ürəyində xəstəlik olub həyata keçirməyənlər var. Bunlar müsəlman ehtimal olan kəslərdir. "Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?". Yəni bir gün mütləq, çətin vəziyyətə düşüb, kinlərini üzə çıxaracaqları bir hadisə olur. Məsələn, müsəlmanlara hücum ediləndə münafiqlər dərhal rezin top kimi atılıb-düşərlər. Təzə doldurulmuş top kimi dərhal havaya uçar. Ona görə sakitlik olanda belə xüsusiyyətə malik insanların, ürəyində xəstəlik olanların yaxşı davranmağı çox əhəmiyyət kəsb eləmir. Çətin vəziyyətdə təhlükəli ola bilərlər, ona görə ürəyində xəstəlik olanı, ürəyindəki xəstəlik davam edərkən müalicə etmək çox əhəmiyyətlidir. “Bir şey olmaz” demək düzgün deyil, çünki çətin vəziyyətdə əgər xəstədirsə atılıb çölə çıxar. O vaxt artıq təhlükəli bir məxluqa çevrilər. Ona görə, müalicəsi mümkün ikən, “nə olacaq, bir şey olmaz” deməyib müalicə etmək lazımdır. Çünki əks halda çox təhlükəli olarlar.

Bəqərə surəsi 204-cü ayədə, Allah, münafiqlər üçün "Dünya həyatına bağlı sözləri sənin xoşuna gələr və ürəyindəkinə baxmayaraq Allahı şahid gətirər"-deyir. Yəni münafiqlər, ürəyindəki əxlaqsızlığa, namərdliyə baxmayaraq Allahı şahid gətirər, Allah adına yalan danışar, ayə ilə, Quranla danışar. "Halbuki, o qorxunc bir düşməndir" deyir Allah. Göründüyü kimi, normal düşmən deyil, qorxunc bir düşməndir. Onlarda öldürücü bir kin vardır. Münafiq gecə-gündüz müsəlmanlara necə zərər vermək üçün düşünər. Səhər durar nə təbliğ, nə İslamı yaymaq, nə İslam Birliyi, nə Türk-İslam Birliyi, nə küfrlə mübarizə, nə darvinistlərlə, nə də materialistlərlə mübarizə aparmaz, bunlar onu maraqlandırmaz. Münafiqin yeganə hədəfi müsəlmanlardır. Axırzamanda da hz. Mehdi (ə.s)-ın camaatının münafiqləri ən şiddətliləridir. Son 1400 ilin ən şiddətli münafiqləri hz. Mehdi (ə.s)-ın dövründə çıxan münafiqlərdir. Peyğəmbərimiz (s.ə.v)-in münafiqləri də ən şiddətliləri olanlar idi. Sonrakı şiddətlilik də 1400 il sonra hz. Mehdi (ə.s)-ın dövrünün münafiqləridir. Çox şiddətlidirlər və vaxt ötdükcə Allah daha da şiddətlərini ortaya çıxardar. Ona görə, "Mehdi (ə.s) həmişə təmizləyər. Buğdaya düşmüş qurd kimidirlər. Təmizlədikcə yenə gələrlər, təmizləyər yenə gələrlər, ən sonda tərtəmiz buğdalar qalar" deyir. 313 buğda qalar. Allah, münafiqləri iyrənc qurdlara bənzədir. Qurd hara düşər? Yaraya düşər, peyinə düşər, çürümüş şeylərə yapışar. Münafiqlər də gedər çürümüş, murdar şeylərə yapışarlar, orada bəslənərlər. Ona görə təmizlənmələri vacibdir. Allah onları hadisə ilə təmizləyir. Şeytandan Allaha sığınıram, Məhəmməd surəsində Allah bunu açıq-aşkar bildirir: "Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?" Bir gün mütləq üzə çıxarlar.

Peyğəmbərimiz (s.ə.v)-in evliliklərini, gücünü dəhşət qısqanırdılar və xanımlarına da artıq böhtan atmağa başlayırdılar, gözləri dönmüşdü, havalanırdılar. Nur surəsi, 11-ci ayədə Allah belə buyurur: "Şübhəsiz ki, (Aişə barəsində) yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir" deyir Allah. Kim əxlaqsızlıq etsə ona daha böyük cəza verilər.

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Söhbət (01-05)
  • Söhbət (06-10)
  • Söhbət (11-15)
  • Söhbət (16-20)
  • Söhbət (21-25)
  • Söhbət (26-30)
  • Söhbət (31-32)
  • Darvinizmin süqutu