Söhbət (26-30)

26-Ci Söhbət - 4 Sentyabr, 2010-Cu İl, Kocaeli TV

OKTAR BABUNA: Siz münafiqlərdən bəhs edərkən ibadətlərini də nümayiş etdiklərini demişdiniz. Məsələn, oruc tutanda mütləq onu nümayiş etdirmək istəyərlər. İncildə tam buna aid nümunə keçir: "Oruc tutduğunuz zaman ikiüzlülər kimi üzünüzü turşutmayın. Onlar oruc tutduqlarını insanlara bildirmək üçün özlərini pərişan vəziyyətə salarlar "(Matda hissəsi), maşaAllah.

ADNAN OKTAR: Bu, məhz münafiqlərin üsullarındandır. Allah, Nisa surəsi 89-cu ayədə: "Onlar, özləri inkar etdikləri kimi, sizin də inkar etməyinizi istəyərlər..."―deyəbuyurur. Özü necə mala-pula, rahatlığına görə bəhanə tapar, müsəlmanları tərk edib gedər, eləcə də müsəlmanları yolundan azdırmaq istəyər və: "Əsla şeytan sizi Allah ilə aldatmasın" deyər. Münafiq mütləq Allah ilə aldatmaq istəyər, yəni müsəlmanları dağıtmaq üçün mütləq Allahın adından istifadə edərək aldatmaq istəyər və özünü də nümunə olaraq göstərər. "Bax mən necə gedirəm, siz də gedin, sən də get və bu iddia dayansın" deyər. Bu münafiqin xüsusiyyətidir. "Onlar, özləri inkar etdikləri kimi, sizin də inkar etməyinizi istəyərlər...” deyir Allah. Beləliklə, münafiqlər, onlarla eyni səviyyədə olmağınızı istəyərlər. Nisa surəsi 81-ci ayədə Allah belə buyurur: "Onlar: “İtaət edirik!” deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr (bir yerə yığışıb) sənin dediyinin əksinə tədbir görürlər...". Münafiqlərdə belə bir manyaklıq vardır. Məsələn, qəflətən müsəlmanların əleyhinə hərəkət etməyə başlayar, birdən-birə övliya kimi özünəməxsus üslubla əleyhinə çıxar. Bu şeytanın üslubudur. Ya birdən-birə müsəlmanların lehinə olan kimi görünər, ya havalanar, yenə müsəlmanların əleyhinə çıxar, ya da yenidən müsəlmanların tərəfdarı kimi görünər. Allah Nisa surəsi 91-ci ayədə: "...Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar..." deyir. Yəni fitnə olanda, ən çox bununla maraqlanarlar. İslam, Quran onları maraqlandırmaz, onlar, ancaq müsəlmanların əleyhinə olan şeylərlə maraqlanarlar. Yəni müsəlmanın əleyhinə nə istifadə edə bilərsə, dinin o məsələləri ilə maraqlanarlar, dinin digər qisimləri məsələn, cihad, təbliğ, İslam əxlaqının dünyaya hakim olması onları heç maraqlandırmaz. Allah müsəlmanların vəfalı, sadiq, səbirli, etibarlı olmalarını bildirir. Yəni: "...Güllə ilə binalar kimi saf bağlayıb mübarizə edənləri Allah sevər..." deyir Allah. Bu ayələrin heç biri münafiqi maraqlandırmaz. Münafiqi maraqlandıran, təhlükədən uzaq, rahat yaşamaqdır və münafiq yalnız özünü düşünər, amma bunları özlərini dürüst kimi göstərərək edərlər. Bu, çox əhəmiyyətlidir. Axırzaman münafiqləri digər münafiqlər kimi deyil. Yəni Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri də çox çətin adamlar idi. Amma hz. Mehdi (ə.s) dövrünün münafiqləri isə onlara birbaşa şeytan kömək etdiyinə görə çox xırdaçı, dolaşıqdırlar. Çünki şeytan İslam əxlaqının dünyaya hakim olmağını istəməz. İslamın dünyaya hakim olmağını istəmədiyinə görə də münafiqləri dinə, İslama, Qurana bilavasitə qarşı çıxan şəkildə ortaya çıxartmaz. Buna görə şeytan münafiqləri dini, İslamı çox ciddi şəkildə müdafiə edən insanlar kimi qarşımıza çıxaracaq. Şeytan bizim bildiyimiz mənada elə də axmaq deyil. Şeytan çox ağıllıdır. Böyük bir zəkaya və məntiqə malikdir. Lakin ağıl cəhətdən axmaqdır, ağlı yoxdur. Ağlı və vicdanı məhv olmuşdur. Münafiq də şeytanın dünyadakı insan olaraq əks etdirdiyi surətidir. Ayədə "…atlılarınla, piyadalarınla…" deyilir. Yəni piyadaları insan şəklindədir. Gələr, danışar, fəaliyyət göstərər. Amma şeytan onları tənbeh edər. Heç vaxt dinsiz görünüşündə çıxmaz, əvvəlcə necə çıxmalı olduğunu soruşar, o da: "özünü çox dindar kimi, təqvalı kimi göstər, təqvalı görünüşünlə onları boğmalısan. Xırdaçılıq et, təfərrüatlara gir, müsəlmanların qüsurlarını axtarmağa çalış, mütləq bəhanələr tap, amma bunları edərkən də mütləq təqvalı görünüşündə et ki, kənardan baxanlar sənin kim olduğunu başa düşməsin. Bu sənin paltarındır" deyər. Ona görə Allah: "Əsla şeytan sizi Allahla aldatmasın"-deyir. Yəni Allahın adını xatırlayaraq aldatmasın, çünki Allahı çox anmaq iblisin və münafiqlərin üsuludur. Allahı çox anarlar. Yəni təqva görünüşü ilə edər bunu, dini qarmaqarışıq vəziyyətə salar, "sən çətinlikdən qaçırsan, amma mən çətinliyin içindəyəm" deyər. İndi ona baxan avam bir insan da, "bunlar asanlığın arxasında, onlar isə çətinliyin arxasındadırlar" deyərlər. "Çətinlikdən qaçmadıqlarına görə yəqin ki, doğru olan bunlardır" deyər. Halbuki, onu boğacaq bir sistem qurmuşdur o. Labirintlər qurmuşdur, o labirintlərin içində onu boğacaq. Qurana uyğun olmayan, hədisə uyğun olmayan qarmaqarışıq bir sistem qurar. Bunlar onun içində boğulanda: "mən sizə deməmişdim ki, mən güclüyəm, amma sən zəifsən? bax gördünmü boğuldun" deyər. Halbuki, onu təşkil edən də elə özüdür. Şeytanın üslubu bilirsiniz, bunu cəhənnəmdə də deyər. "Mən sizi yalnız dəvət etdim, mən Allahdan qorxaram" deyir. Nisa surəsi, 62-ci ayədə: "...Şübhəsiz sonra onlar sənin yanına gəlib..."―məsələn, hz. Mehdi (ə.s)-ın yanına və yaxud Peyğəmbərimiz (s.ə.v)-in yanına gəlib―”Şübhəsiz deyərək Allaha and içərlər....". Guya bunlar bu yolla təbliğ edirlər. "...Biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik...". Guya yaxşılıq məqsədi ilə, ara düzəltmək, möminlərin yaxşı olmağını istəyərək, barışdırmaq niyyətləri olduğunu bildirərlər. Münafiqlər özlərini sülhsevər kimi göstərərlər. Heç nəyi veclərinə almayan kimi, kinsiz göstərərlər, belə hallarda əsla səhvə yol verməməliyik, diqqətli olmaq lazımdır. "...Biz yaxşılıqdan və barışdırmaqdan başqa bir şey istəmədik..." deyirlər, çünki mövqe qazanmalıdır. Münafiq tutulanda (elədikləri əməllər üzə çıxanda) çox tədbirli davranar, nəzərə çarpmasın deyə özünü yaxşılıq edən, barışdıran kimi göstərər. Özünü ələ verməmək, tutulmamaq üçün bunu edər. Ona görə münafiqlər ümumilikdə çox bacarıqlı olarlar. Yəni təxribatları çox şiddətli olar. Buna görə biz də bir az çətinlik çəkirik.

"...Barışıq yaratmaq istədik”―deyərək Allaha and içərlər...". Yəni Allahın adı ilə danışır, "and içirəm" deyir. "Yalnız barışıq və yaxşılıq istəyirik, bundan başqa heç bir məqsədimiz yoxdur. Görürsünüz, burada ara qarışıb, mən də aranı düzəltmək istəyirəm" deyir. Halbuki, bütün məqsədi İslamı yıxmaqdır. Onda tapa bildiyi şey aranın qarışmasıdır ki, öz ağlına görə guya bunu bir fürsət sayır. Onu İslamın heç bir hökmü maraqlandırmaz, halbuki, yüzlərlə hökmü var, cihad var. Bu birinci planda olduğunu münafiq başa düşməz. O dolaşıq istiqamətləri, Quranda bildirilmədiyini zənn etdiyi, məsələn, hökm verilməyən məsələlər olur bəzən, günahkarlar da ondan istifadə etməyə çalışar. Münafiq də öz ağlı ilə Quranda açıq bildiyi yerlərdən hücum etməyə çalışar. Halbuki, Quranda bildirilməyən şeylər onsuz da halal sayılır. Məsələn, “albalı halaldırmı” deyə biz gedib albalını araşdırmarıq və ya üzüm halalmı deyə araşdırmarıq. Amma münafiq: "bunun hökmünü sən harada tapdın?" deyər. "Albalının hökmü varmı?” deyər. Yazmırsa haram deyil, halaldır. Açıq hökm yoxdursa deməli halaldır. Amma münafiq bunu qəbul etməz, bu üsulu öz ağlınca hiyləgərlik olaraq tətbiq edər.

ADNAN OKTAR: Tövbə surəsi, 74-cü ayədə Allah belə bildirib: "...İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar...". Bacarmadıqları şeyi hardan bilirsən? Zənn edərsən ki, münafiqin gözü böyüklükdə, böyük bir alim olmaq, yaxud Mehdi olmaq və ya Peyğəmbər olmaqdır. Əlbəttə ki, bu da bir azğınlıqdır. Amma bu onsuz da nifrət etdiyi sistemdir, yəni elə bir şey olmaz. Münafiq fərqlidir. Məsələn, saf tiplər vardır, ağlı zəifdir yaxud cəzbə halındadır və ya problemli var, Mehdi olmaq, müəyyən bir məqama çatmaq, alim olmaq istəyər, yaxud peyğəmbərlik iddiasında olar. Münafiq isə belə deyil. Münafiq, haşa, Allahı da bəyənməz. Özünü şeytan kimi hamısından üstün hesab edər, yəni eynilə şeytan kimidir. Allah: "...İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar..." deyir. Əsl şüuraltındakı hədəfləri budur. Allahdan da böyük olmaqdır, haşa. "...Onların intiqam almağı yalnız Allahın və Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir...". Münafiq intiqam alandır, axşama qədər intiqam almaq fikrində olar. Xəstə və psix ruhludur, ancaq necə intiqam alacağını fikirləşər. Yaxud, müsəlmanlara hücum etdirmək üçün bəzilərinə nə deyəcəyini, yaxud müsəlmanların əleyhinə necə xəbər yayacağını fikirləşər və ancaq bununla məşğul olar. Axşama qədər, fikri-zikri ancaq budur. Beynindəki yeganə mövzu budur. Yemək, içmək, yatmaq və müsəlmanlardan intiqam almaqdır. Başqa bir şey haqqında düşünməzlər. "...Onların intiqam almağı yalnız Allahın və Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir...". Yəni Allahın elçisinin vasitəsi ilə, ya da hz. Mehdi (ə.s)-ın vasitəsi ilə ən gözəl yaxşılıqları edər, ən gözəl ehsanlar təqdim edər, ən yaxşı mühitlərdə yaşadar. Amma bu onların azğınlığını və ona qarşı qəzəblərini artırar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə ən gözəl şəkildə geyinər, ən gözəl şəkildə yeyərdilər. Sakit bir mühit idi, pis söz eşitmirdilər, səhv danışıq olmurdu, çox mehriban, sevgi dolu, etibarlı bir mühit idi. Münafiq bunu dərk etmir, münafiq pislik içində yaşamaq istəyər, pisliyi sevər. Yəni dediyim kimi, donuzun çirkli yerində qan sovurar və ayrıla bilməz, gənə kimi yapışar və qanını həmişə sovurar. Gənə deyəndə arada uçacaq və s. zənn edərsən, biraz fırlanar yenə gələr oraya yapışar, çünki qan oradadır. "Bu pisliyin içində neynirsən?" soruşduqda münafiq: "orada qan var, məni bu maraqlandırır" deyər. Ali İmran surəsi 154-cü ayədə, Allah buyurur: "... Allah barəsində haqsız olaraq, cahiliyyə (dövründəkinə bənzər) düşüncələrə düşdülər...". Cahil ağlı ilə fikirləşənlər deyilir. Yəni münafiq Qurandakı məntiqlə baxmaz, Qurandakı məntiqi Qurana qarşı mübarizə aparmaq üçün istifadə edər. Yəni Quranı, Qurana qarşı döyüşmək üçün istifadə edər. Ona görə hz. Əli (r.ə), hz. Mehdi (ə.s) haqqında olan hədisdə: "hz. Mehdi (ə.s)-ın işi çətindir, çünki münafiqlər Quranla onun qarşısına çıxacaqlar" deyir. “Münafiqlər, hz. Mehdi (ə.s)-ın qarşısına Quranla çıxacaqlar” deyir. "...Allah barəsində haqsız olaraq, cahiliyyə (dövründəkinə bənzər) düşüncələrə qapıldılar..." deyir Allah. "Bu işdən bizə nə var?" deyirdilər..." Mənfəətpərəst olduqlarına görə, baxır ki, görsün qan var ya yox? Görür ki, qan yoxdur. Qan ancaq donuzun murdar yerindədir. Gedər oraya yapışar. “Bu işdən bizə bir şey olsaydı, biz burada öldürülməzdik" deyirlər....". Yəni, "bir mənfəətimiz yoxdur. Ya həbs ediləcəyik, ya döyüləcəyik, ya da şərə düşəcəyik. Buradan bizə bir xeyir gəlməz" deyirlər. Bəs mənfəət harada olar? Donuzun murdar yerində. Ona görə münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in yanından toplu halında ayrılırdılar. Peyğəmbərimiz (s.ə.v)-in yanında qalmağa, mübarək, nurlu üzünü görməyə dözə bilmədilər. Onun nuru münafiqləri yandırıb-yaxırdı. Peyğəmbərimiz (s.ə.v)-in üzünə baxa bilmirdilər. Onun nurunu görəndə yanırdılar. Hz. Mehdi (ə.s)-ın nuru da bütün münafiqləri yandırar. Onu da görmək istəməzlər, ondan qaçdıqca qaçarlar. Ən çox istədikləri şeylərdən biri də hz. Mehdi (ə.s)-dan mümkün olduğu qədər uzaq durmaqdır. Peyğəmbərimiz (s.ə.v)-dən də mümkün dərəcədə uzaq dayanırdılar. Hətta Peyğəmbərimiz (s.ə.v) söhbət edəndə, dözə bilmir və ayağa qalxıb gedir, ağılsız münafiq də bunu bir qorunmaq, gizlənmək kimi başa düşür. Ayədə də deyildiyi kimi onunla birlikdə çıxıb gedir. Bu qədər ağılsızdırlar. Nəzərə çarpacağını fərq etmir. Bütün səhabələr orada ikən onun getməyini görməzdilərmi? Bununla özünü çox ağıllı zənn edir, hiyləgərlik etdiyini fikirləşir. "...Onlar öz payları ilə faydalanmağa başladılar...". Yəni payına düşən nədirsə, ona baxır və ondan faydalanmağa çalışırlar. Yeyib-içib, yatırdılar, Qurana qarşı çıxmaq üçün özlərini Quranı gözləyirmiş kimi göstərirdilər. Bunu necə edirdi? Namazı qılmaqla, orucu tutmaqla, cihad etməməklə, dinin yayılmağına əngəl törətməklə edirdi. Təbliğ etməzdi. Buna görə də hər münafiq anti-Mehdidir. Heç bir münafiq hz. Mehdi (ə.s)-dan danışmaq istəməz. Yəni ondan qaçar. "...Siz də, sizdən əvvəlkilərin öz paylarıyla faydalanmağa cəhd etdikləri kimi, öz paylarınızla faydalanmağa başladınız...". Əvvəlki münafiqlər necə idi? Onlar da paylarından faydalanmaq üçün müsəlmanların yanından qaçırdılar. Gedirdilər atalarından, analarından, yaxud böyük qardaşlarından və ya iş yerindən, paylarında nə var idisə ondan faydalanmaq üçün müsəlmanların yanından qaçırdılar. Bunlar münafiqlərin xarakterləridir. "Cahiliyyə (dövründəkinə bənzər) düşüncələrə qapıldılar", yəni əvvəlkilərin etdikləri kimi davrandıqlarını deyir Allah. Münafiq xarakterində bir dəyişiklik olmur. Onlar da eyni şəkildə Qurandan istifadə edərək, Qurana qarşı mübarizə aparırlar. Qurandan istifadə edərək müsəlmanlara qarşı mübarizə aparmağa başlayırlar. Amma cihad etməkdən və təbliğdən çox uzaq durarlar. Ən çox istəmədikləri şeydir. Quranı müsəlmanların həqiqətən anlaya bilməyəcəyini zənn edərək, elə bir ağılsızlığın içinə girərlər. Quranın onlara bağlandığını başa düşməz. Quranın azadlığını da qavraya bilməz. Mənim əsas vəzifələrimdən biri də münafiqləri elmi yolla əzməkdir, amma Quranla, hədislə, elmlə, məlumatla, sevgi ilə əzməkdir. Sevgi, söhbət münafiqləri yandırar. Münafiq qan istəyər, zülm istəyər. Cahillərin bir qismi də bunu istəyir, amma bu başqa məsələdir.

OKTAR BABUNA: O dediyiniz ayəni oxuyuram, şeytandan Allaha sığınıram: "Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə sarsıdıcı bir əzab üz verməsindən qorxsunlar". (Nur surəsi, 63)

ADNAN OKTAR: Münafiqlər həmişə bəla qorxusu ilə yaşayarlar, buna görə onların həyatları da bir cəhənnəmdir.

27-Ci Söhbət - 4 Sentyabr, 2010-Cu İl, Harunyahya.TV

OKTAR BABUNA: Siz münafiqlərin gizli cəhətlərini ən incə nöqtələrinə kimi açıqlayırsınız, maşAllah. Allah razı olsun. Mübahisəçi olduqlarını, ağılsız şərhlər etdiklərini demişdiniz. Bir ayədə münafiqlərin Peyğəmbərimiz (s.ə.v) ilə əxlaqsızcasına mübahisə etdikləri xəbər verilir. “Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər, sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər". (Ənfal surəsi, 6)

ADNAN OKTAR: Bəli Peyğəmbər (s.ə.v)-lə həmişə mübahisə edirdilər. Yəni Peyğəmbərimiz (s.ə.v)-i öz axmaq ağıllarına görə Quranla guya susdurmağa çalışırdılar. Hər dəfə də rəzil, rüsvay olmuşdular. Peyğəmbərimiz (s.ə.v)-in evlilikləri dillərindən düşmürdü. Peyğəmbərimiz (s.ə.v)-ə özlərini hədiyyə edən qadınlar var idi, buna görə də çox narahat olurdular. Bİr çox mömin qadın özünü mehrsiz olaraq hibə etmişdi. Birbaşa Peyğəmbər (s.ə.v)-ə "mən səninəm" dedilər. Bu da münafiqlərin acığına gəlirdi. Allah Quran ayəsində ona xüsusilə diqqət çəkdi və xalasının, bibisinin qızlarını, hamısını Peyğəmbərimiz (s.ə.v)-ə halal etdi. Peyğəmbərimiz (s.ə.v)-in coşğusu, sevgisi, qadınlara qarşı olan məhəbbəti bu ağılsızların, ruhi xəstə tiplərin acığına gəlirdi, ona həsəd aparırdılar. Allah onlara alçaldılmağı, rüsvay olmağı, Peyğəmbərimiz (s.ə.v)-ə isə qüruru, gözəlliyi, izzəti, şərəfi, xoşbəxtliyi və sevinci, cənnəti nəsib etdi. Hamısından da vacib Allahın razılığını nəsib etdi, əlhəmdulillah.

OKTAR BABUNA: Münafiqlər həm də Peyğəmbərimiz (s.ə.v)-in tədbirlərini də öz ağıllarına görə bəyənmirdilər və qəribsəyirdilər, siz daha yaxşı bilərsiniz, inşaAllah. Bu da ayədə belə bildirilir, şeytandan Allaha sığınıram: "Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər. Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik” – deyəydilər." (Tövbə surəsi, 58-59)

...

ADNAN OKTAR: Hz. Mehdi (ə.s) dövründə insanlar ləng hərəkət edəcəklər. Hz. Mehdi (ə.s)-ın camaatına qoşulmayacaqlar. Ona görə, bu mübarək birliyin sayı 313 adam olacaq. Onlara imtahan olaraq baş verən həbs, sürgün, böhtan, təhqir kimi çətinliklərdən, müsibətlərdən təsirlənib onlardan uzaqlaşacaqlar və ayədə deyildiyi kimi uzaq qalmalarına sevinib belə deyəcəklər: "Doğrusu Allah, mənə nemət verdi, çünki onlarla birlikdə olmadım" (Nisa surəsi, 72). Bu, münafiqlərin sözüdür. Gülşən Dağçı "bu saxtakarlar Allahı xatırlayaraq, özlərini təqvalı kimi göstərməyə çalışaraq, hz. Mehdi (ə.s)-ın camaatına qarşı mübarizə aparacaqlar" deyir. Bu mesajı, Sinop 28.06.2009 tarixində saat 13:12-də göndərmişdir. Nisa surəsi, 72-ci ayədə Allah belə bildirir: "İçərinizdə elələri də var ki, (cihada çıxdıqda) (özlərini) yubandırar və sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım” deyər". Münafiqlər işi həmişə yubadarlar, hər şeyi çətinləşdirərlər, işi uzadarlar. Bir qismi də bunu cahilliyindən edər. Lakin Allah hz. Mehdi (ə.s)-ın camaatına zəfər verib İslam əxlaqı dünyaya hakim olanda həmin kəslər "kaş ki, onlarla birlikdə olsaydıq beləcə biz də böyük qurtuluş və xoşbəxtliyə çatsaydıq. (Nisa surəsi, 73)" deyəcəklər. Bu münafiqlərin əxlaqıdır. "Əgər sizə Allahdan bir fəzl (zəfər) üz versə...", yəni hz. Mehdi (ə.s) və camaatı bir zəfər qazansa, İslamiyyət dünyaya hakim olsa: “onda guya sizinlə onun arasında heç vaxt bağlılıq olmamış kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!” deyər". “Ayənin işarə etdiyi məna hz. Mehdi (ə.s)-ın dövrünə və Axırzamana aiddir" deyir.

...

ADNAN OKTAR: "Münafiqlik haqqında söhbət açılmışkən bir şey soruşmaq istəyirəm, inşaAllah. Bundan sonra küfr dəlalətinə düşmərəm Allahın icazəsi ilə, amma münafiq olmaqdan çox qorxuram. Özümü bəzən çox səmimiyyətsiz hiss edirəm...". Nə gözəl, bu mömin əlamətidir. Münafiq onsuz da heç nəyi vecinə almaz. Amma münafiq olduğundan da əmin olar. Dediyim kimi "it" desən, "mənəmi dedin?" deyər. "Alçaq" desən, "mənəmi dedin?" deyər. Yəni nə desən, "mənəmi dedin?" deyər. Hər yerdən dəlillər çıxartmağa çalışar. Məsələn, "ağ kağız" desən, "mənim üzüm də ağdır, deməli bunun mənimlə əlaqəsi var, mənə deyirsən" deyər. Mütləq bir şey tapar və özünə aid edər. Amma səmimi mömin münafiq olmaqdan qorxar, çəkinər və münafiqə aid olan ayələrdən də ən çox mömin insanlar çəkinərlər. Bu ayələr yalnız möminləri maraqlandırar. Münafiq onsuz da münafiqə aid olan ayələri qəbul etməz, Quranı qəbul etmədiyinə görə, Quranda verilən xəbərdarlığı da qəbul etməzlər. Münafiqlər, münafiqə aid olan ayələrdən ancaq rüsvay olmalarına və alçaldılmalarına görə qorxarlar. Ayələrin yalnız bu cəhəti onları narahat edər. Çünki Quranı elə izah edirik ki, yəni münafiqi təyin etməmək qeyri-mümkün olur. Münafiq də eqoist və qürurlu olduğuna görə hər izah edilənlər onun ox kimi ciyərinə batar. Elə bil başına çəkiclə vurarlar. Hər dəfə dəli kimi olar. Tam hədəfi nişan alırıq. Hər məlumat bir hədəfi nişan alır. Ətrafındakı insanlar da bilir münafiq olduğunu, özü də bilir. İzah edilənlər də birə-bir uyğun gələndə "xeyr" deməyə halı da qalmayacaq. Yəni "bu uyğun gəlmir" deyə bilməyəcək. Hər kəsin özünün başa düşdüyünü (yəni münafiq olduğunu) anlamaqlarından qorxar. Yoxsa münafiq onsuz da Quran ayəsinə inanmaz. Yəni onu maraqlandırmaz. Amma müsəlman münafiq ayələrinin hamısından çox çəkinər. "Aman Allah, görəsən bu ayə mənə aiddir?. Məndə belə bir xüsusiyyət varmı?" deyər və Allaha sığınar, hərəkətlərini düzəldər, özünə fikir verər. Münafiq heç birini qəbul etmədiyinə görə yalnız alçalmağından qorxar və həmişə bunun qorxusu ilə yaşayar. Ondan xilas olmaq üçün də yeni taktikalar, üsullar axtarar. "Mən Allahı xatırlayıram, Quranla danışıram, buna baxmayaraq mənim münafiq olduğumu necə bilərlər? Necə nəzərə çarpdım?" deyər. Münafiq yaralı bir donuz kimidir. Həmişə özünü gizlətməyə çalışar, amma yenə də özünü ələ verər.

"Özümü bəzən çox səmimiyyətsiz sayıram. Münafiqlər münafiq olduğunu bilir? Bu suala cavab versəniz çox sevinərəm. Bu mesajı yazanda söhbət sona çatdı, nəsibdir artıq" deyir qardaşımız. Nəsib tükənməz, Yasəmən. Görürsən, Allah yenə nəsibini ayağına, yaxınına gətirdi... Özünü səmimiyyətsiz görməyin səmimiyyət əlamətidir, səmimi olduğunu bildirir. Münafiq özünün münafiq olduğunu bilir, həm də necə bilir, yəni beyninin ən son hüceyrələrinə kimi bunu bilir, amma heç vaxt da bunu qəbul etmək istəməz. Dili ilə qəbul etməz, amma ürəyi ilə başa düşər.

Deyilənləri özlərinə aid etməzlər, amma axirətə gedəndə: "Biz belə bir şey etməmişik. Belə bir hadisə olmayıb" deyirlər. Allah ilə orada, haşa, öz ağıllarına görə mübahisə etməyə başlayırlar. Münafiqlər elə mürəkkəb və elə alçaqdırlar ki, onlara söz çatdırmaq olmur. Çünki yaralı dələ kimi, oradan-oraya hoppanar, oradan-buraya hoppanar. Amma axirətdə bunu edə bilmirlər. Hoppananda da həmişə donuz ovu kimi olar. Bu, müsəlmanın çox xoşuna gələr, əylənər. Münafiqlər həmişə özlərini ələ verərlər, ona görə də tutularlar, imanın nuru ilə başına vurarsan və o nur onu parçalayar. Axirətdə də Allaha qarşı bu hərəkətləri etmək istəyirlər, haşa. "Mən belə bir şey etməmişəm, fikirləşməmişəm" deyir. Dili isə: "sən fikirləşdin" deyir. "Mənim dərimin belə bir əlaqəsi yox idi, əlim belə bir iş görmədi" deyər. Əli, dərisi danışmağa başlayar və etdiyini deyər. "Buna nə oldu?. Bu necə olur danışır?" deyər. Hər şeyə nitqi verən, Allahdır, onları da bu cür danışdırdığını ifadə edir. Axirətdə bu, möcüzədir. Yəni münafiqlərin, küfrün məhv olacağı bir möcüzədir. Çox böyük əzab çəkəcəklər. Bədən orqanları danışmağa başlayacaq. Digər münafiqlər demoqoqdurlar. Məsələn: "Məni niyə cəhənnəmə saldın? Mən nə etdim?" deyir Allaha. Dərisi, dili, əli cavab verir, gözü cavab verir. Yəni bədən orqanlarını idarə edə bilmir. Ən çox bədəninə güvənirdi, hansı ki, axirətdə rüsvayçılıqla, bədəni pərişan halda yaradılar. Qapqara, gözləri bənövşəyi yaradılar. Başları geriyə dönmüş vəziyyətdə, yəni axirətdə insan üzü düz, küfrdə geriyə dönmüş vəziyyətdə yaradılır. Yəni üzünə baxanda peysərini görərsən. Üzünü görmək üçün arxa tərəfinə dönməsi lazımdır. Yəni üzü kürəyi tərəfdə olar. Elə olacaq, inşaAllah. Məhz orada Allah onları danışdırır. Orada alçaldılıb, rüsvay olarlar.

28-Ci Söhbət - 5 Sentyabr, 2010-Cu İl, Kaçkar TV

ADNAN OKTAR: Bədiüzzaman onsuz da birbaşa bir küfr sisteminin olduğunu demir. "Münafiq hərəkatı" deyir. Münafiq sisteminin olduğunu deyir... Münafiqlərin də müsəlmanlar arasında güclü bir sistemi olduğuna görə, sırf Türkiyədə deyil, İslam aləmində böyük bir münafiq sistemi qurmuşlar. Türkiyədə də münafiq sistemi var. Kiçik halda, irili-xırdalı münafiq sistemləri yayılmışdır. Münafiq sistemində adamların təqvalı kimi görünməsi əsas şərtdir. Amma praktikada İslam əxlaqının dünyaya hakimi olmasını istəməzlər, bunu bilmək çox vacibdir. Yəni Türk-İslam Birliyini istəməzlər. Amma bundan başqa hər şeyi edərlər. Bunlar dərviş olduqlarını deyər, saqqalını göbəyinə qədər uzadar, əlində təsbehi olar, hər şey edər. "Bəs İslam Birliyini niyə istəmirsən?"-soruşursan- "mən bunu istəmirəm" deyir. Əlbəttə ki, bunu açıq-aşkar demir, “bu fərqli bir mövzudur, mən əvvəl nəfsimi islah etməliyəm, ən böyük cihad insanın öz nəfsi ilə etdiyi cihaddır" deyir. “Görürsünüz, çöldə nə qədər cazibədar bir mühit var, mən hal-hazırda ona qarşı cihad edirəm" deyir. "Bəs uşaqların nə edir?"-soruşursan- "onlar da cihad edir" deyir. Bununla da bu mövzunu bağlayar. Bu cür bir çox hiyləgərliklə eqoist, yalnız özünü qurtarmağa çalışan bir sistem qururlar. Məsələn, bir ailə olar və yalnız özünü qurtarmağa çalışar. Və yaxud ancaq öz iqtisadi azadlığını qazanmaq fikrində olar, ya da, yalnız təhsil almaq dərdində olar. İslam aləmini bütünlüklə qiymətləndirən, hamısını birləşdirmək istəyən, Allahın əmri olan ruhu unudurlar. Halbuki, bu dünyaya gəlməyimizin yeganə məqsədi Allaha qul olmaq və İslam əxlaqını dünyaya hakim etməkdir. Əslində İslam əxlaqını dünyaya hakim etmək çox asandır, sadəcə insanlar, bunu gözlərində böyüdürlər, şeytan onlara böyütdürür. Məsələn, namazı da insanlar gözündə böyüdərlər, amma bir də baxar, namazı çox rahat qıldığını görər. Yaxud başqa bir ibadət olar, məsələn, oruc tutmağı gözündə böyüdər, amma oruc tutmağın çox asan olduğunu görər. İslam əxlaqının dünyaya hakimiyyəti də çox asandır. Yeganə, təkidlə çəkindikləri mehdiyyət məsələsidir. Bundan uzaq durarlar. Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrinə, gözəlliyinə qarşı çox böyük sevgiləri varmış kimi görünərlər. Peyğəmbərimiz (s.ə.v)-in olmayan, uydurma möcüzələr var, məsələn: “ağcaqanadın qanadını şorbanın içinə batırar, ağcaqanad da qabın kənarında dayanar”. Bu olmayan bir hadisədir, amma bunu böyüdərək, böyük bir zövqlə izah edərlər. Bunu izah etmək yerinə Peyğəmbər (s.ə.v)-in həqiqətən baş vermiş möcüzələri var. Məsələn: "Kəbədə basqın olacaq" deyir. 1400 ildən bəri olmayan bir şeyi Peyğəmbər (s.ə.v), hz. Mehdi (ə.s) dövründə olacağını bildirir, həm də tarixini də deyir və dediyi hadisə də eynilə çıxır. Bu bir möcüzədir, amma heç bir qəzetdə, jurnalda nəşr edilmir. "15 gün ara verməklə Ay və Günəş tutulmaları olacaq" deyir Rəsulullah, bu çox böyük möcüzədir, bunu niyə nəşr etmirsiniz? Niyə bunu Peyğəmbərimiz (s.ə.v)-ə yaraşdırıb, böyük həyəcanla izah etmirsiniz? O dövrdə İranla İraq arasında döyüş olacağını deyir, bu da çox böyük bir möcüzədir, dediyi kimi də çıxır, amma bunu izah etmirlər. Quyruqlu ulduzun çıxacağını deyir, Lulin quyruqlu ulduzu, eynilə dediyi kimi də çıxır, Halley quyruqlu ulduzunun çıxacağını deyir, eynilə də çıxır. Buna bənzər yüz əllidən çox hadisə var. Hər gün Peyğəmbər (s.ə.v)-in bir möcüzəsini açıqlayın, izah edin... Amma xurafat olanda dərhal, həyəcanla izah etməyə başlayırlar. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı həqiqətən hörmət və sevgi varsa, Peyğəmbərimiz (s.ə.v)-in möcüzələrinin izah edilməsi lazımdır. Bunlar təsdiqlənmiş, əllə tutulan möcüzələrdir. Qeyri-adi möcüzələrdir. Yəni İslam aləmində buna toplu qərar verilmiş kimi bəzi kəslər susurlar. Məsələn, bu gün internetə baxırıq, bu möcüzələri dildən-dilə dolaşdığını, bir-birlərinə izah etdiklərini görürük. Hər kəsin məlumatı var. Amma bəzi nəşr orqanları, özlərini bunlardan bixəbər kimi aparır. Məsələn, bir gün bir adam, Baş nazir ortaya çıxsa: "bunlar çox böyük bir möcüzədir, bunlar baş vermişdir, bunlar nə üçün danışılmır?"―desə, yer yerindən oynayar və dərhal bütün dünyada gündəmdə olar. Amma bu möcüzələrin xüsusilə bağlanıldığını görürük. Bu belə davam edəcək? Xeyr. Gələcəkdə bunları insanlar utancla, heyrətlə xatırlayacaqlar. Deyəcəklər, "bizə bu bir il, iki il, üç il izah edildi, dörd il izah edildi, təkidlə görməməzliyə vurduq, bu Allahın bir möcüzəsi idi, bəsirətimiz bağlandı. Bu necə oldu?" deyəcəklər. Məsələn, Türk-İslam Birliyini müdafiə etmədiklərinə görə utanacaqlar. Bunu məəttəl qalaraq xatırlayacaqlar, heyrətlənəcəklər. Hz. İsa (ə.s)-ın enişini inkar etdiklərinə görə utanacaqlar və elədiklərinə məəttəl qalacaqlar.

Bizim xidmətlərimizə mane olmaq üçün işlər görülər. Çünki əgər bu işlər olmasa insan bir az durğunlaşa bilər. Münafiqlərin, küfrün hücumları insanı çox coşdurar, çox həyəcanlandırar. Baxıram ateist saytlarda görürəm ki, tək məni hədəfə alıblar, bu çox xoşuma gəlir. Münafiq saytlarına baxıram, münafiqlərin tək hədəfi olduğumu görürəm, fəxr edirəm, maşAllah. Bu mənim üçün çox böyük bir şərəfdir. Məsələn, bir münafiq, baxmayaraq ki, dünyanın bir çox yerində küfr yaşanır, qeyri-qanuni həyat yaşanır, 7 milyardlıq dünyanın hamısına diqqət yetirə bilər. Amma heç biri ilə maraqlanmaz, birbaşa mənimlə maraqlanır. Mən və bizim fəaliyyətimizlə maraqlanır, bu, çox təəccüblü bir şeydir. Ətrafında qohumlarına baxsan, dəlalət içində olduqlarını, yoldaşlarına baxsan küfr içində batdıqlarını, digər yoldaşlarına baxsan münafiqlərlə bir yerdə olduqlarını görərsən. Küfrün, münafiqlərin düz ortasındadırlar, münafiqliyin başını çəkənlərdəndirlər. Yüzlərlə saytları var, hamısında da tək məni hədəfə alıblar. Bu nə gözəl bir nemətdir. Gözün başqa yerləri görmür. Həqiqətən bir iş görmək üçün kommunistlər var, ateistlər var, dinsizlər var, əxlaqsızlar var, min cür müxtəlif rüsvayçılıqlar var dünyada, narkomanlar var, zalımlar var, zülm edənlər var, müsəlmanları əzənlər var, Amerikada, Rusiyada, hər yerdə doludur. Bunlara heç bir söz demədiklərinə görə, gecə-gündüz vaxtlarını mənə həsr etdiklərinə görə, deməli məndə qeyri-adilik vardır inşaAllah, elə deyilmi? Əgər saytı sırf mənə görə açırsansa, deməli məndə qeyri adi bir şey vardır və mən də bununla fəxr edirəm. Əks halda ən son xitab edəcəyin adam mən olardım. Amma mən ən başda olduğuma görə, deməli, ən əhəmiyyətli vəzifəni yerinə yetiririk, inşaAllah. Mən qüsursuzam, peyğəmbərəm demirəm, mən Allahın hər hansı bir quluyam. Amma o qədər küfr varkən, milyonlarla, milyardlarla küfr ayaqda ikən, on minlərlə, milyonlarla münafiq hücumuna məruz qalmışkən və sizlər də onların içində ikən, oturub məni əsas hədəf seçirsinizsə, deməli məndə qeyri-adilik görürsünüz. Deməli, sizi çox yandırıram, ən yaralı yerinizə toxunuram, sümüyünüzə işliyirik, buna da davam edəcəyik, ayağınıza (elmlə, fikirlə, sevgi ilə, biliklə) basacağıq və xəmir kimi yayacayıq, inşaAllah.

OKTAR BABUNA: Əvvəl icazə versəniz Bədiüzzamanın bir sözünü xatırlamaq istərdim: "Axırzamanda dinsizliyin iki hərəkatı güclənəcək. Birincisi, nifaq pərdəsi altında Risalə-i Əhmədiyyə (s.ə.v)-i, yəni Rəsulullah (s.ə.v)-in peyğəmbərliyini inkar edəcəklər, Süfyan adında böyük bir şəxs, nifaq əhlinin başına keçəcək, yəni münafiqlərin başçısı olacaq, İslam şəriətinin təxribatına çalışacaq (yəni İslam şəriətinə qarşı mübarizə aparacaq). Ona qarşı, Peyğəmbərin Əhli-beytinin silsiləi -nuranisinə bağlanan əhli-vəlayət və əhli-kamalın başına keçəcək (yəni, Süfyan ordusuna qarşı, peyğəmbərin nəslindən bir şəxs başçı seçiləcək və Süfyana qarşı çıxan insanlara başçılıq edəcək). Əhli-beytdən olan Məhəmməd Mehdi adında nurani bir şəxs o Süfyanın şəxsi-mənəvisinin (yəni Süfyan ordusunun) hərəkatını məhv edib dağıdacaq", inşaAllah.

Peyğəmbərimiz (s.ə.v), bir hədisdə də: "Ümmətimdən bir camaat həmişə Allahın əmri ilə düşmənlə onları məhv edənə kimi (elmlə) mübarizə aparacaq, müxalifləri onlara heç bir zərər verə bilməyəcək" deyir, inşaAllah.

29-Cu Söhbət - 5 Sentyabr, 2010-Cu İl, Harunyahya.TV

OKTAR BABUNA: Siz daha yaxşı bilərsiniz, inşaAllah. Münafiqlər öz dayaz ağıllarına görə Peyğəmbərimiz (s.ə.v)-in tədbirlərini bəyənmirdilər və qəbul etmirdilər. Ayədə belə bildirilir: Şeytandan Allaha sığınıram: "Onlardan elələri də var ki, sədəqələrlə bağlı sənə nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa, dərhal qəzəblənərlər. Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb: “Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Elçisi də. Həqiqətən də, biz Allaha rəğbət bəsləyirik” – deyərdilər." (Tövbə surəsi, 58-59)

ADNAN OKTAR: İndi münafiqlərin bir xüsusiyyəti vardır, hansı ki, çox əsas təməl xüsusiyyətlərindən biridir, küfrlə mübarizə aparmazlar. Küfr, onlar üçün problem deyil. Digər münafiqlərlə də mübarizə aparmazlar. O da problem deyil. Kimlə mübarizə aparar, bilirsiniz? Ən əsas müsəlman qrupla və yaxud hər hansısa bir müsəlmanla mübarizə aparar. Məsələn, ətrafında soysuzlar, əxlaqsızlar, fahişəlik edənlər, qeyri-qanuni əlaqəyə girənlər (zina edənlər), pozğunlar olar. Hətta onlarla çox yaxın dost olarlar, onları qucaqlayar, onlarla bir yerdə yaşayar, onların qanını sovurar, çirkini iyləyər, onlarla yaşayar. "Sən indi müsəlman olduğunu deyirsən, çox gözəldir. “Amma bax ətrafında küfr var, münafiqlər var, əxlaqsızlar var" deyəndə "mənim dərdim onlar deyil" deyər. "Bəs nədir sənin dərdin?" O dövrdə ən bacarıqlı hesab etdiyi kəs, ona münafiq olaraq yönəlirdi. Peyğəmbərdimiz (s.ə.v)-in dövründə münafiqlərin mübarizə aparacağı adam yox idi? Küfr, əxlaqsızlar, fırıldaqçılar, bir çox insan var idi. Bunların heç biri münafiqləri maraqlandırmırdı. Kim maraqlandırırdı bilirsiniz? Peyğəmbərimiz (s.ə.v), tək hədəf o idi. Onu tənqid edirdilər, Onun haqqında danışırdılar, Onun evliliklərini, onun qadınlara qarşı məhəbbətini, onun etdiyi hərəkətlərini öz ağıllarına görə qüsurlu gördüklərinə görə, haşa, rəftarını və s. gündəmdə tuturdular. Amma özləri gedib pozğunların qucağında otururdular, əxlaqsızlarla bir yerdə olurdular. Peyğəmbər (s.ə.v) dünyanın ən gözəl, ən müqəddəs insanı idi, sən niyə məhz onu hədəfə alırsan? Elə kafirlərlə, küfrlə, üsyankarla, dəlalətlə, pozğunlarla, fırıldaqçılarla maraqlan. Vaxtını onlara sərf edib, onlara qarşı mübarizə apar. Etməz, çünki şeytan onları vəzifələndirmişdir, yalnız müsəlmanlara qarşı olmalıdırlar. Müsəlmanlara qarşı çıxarlar. Münafiqlər müsəlmanın enerjisidir. Əgər müsəlmanın yanında kafir və münafiq yoxdursa, bir əksiklik olar, çox ciddi bir əksiklik olar. Allahın bir lütfüdür. Allah münafiqləri və küfrü, müsəlmanların qarşısına çıxarar ki, igidlikləri, gücləri, təsirləri üzə çıxsın. Başqa cür olmaz. Yəni bir əzən, yıxan güc var, bir də əzilməli olan mikroblar var. Onlar olmasa əzən, yıxan kəs olmaz. Bu zaman kimi əzəcəksən? Elə bil yod (dərman) var, amma mikrob yoxdur. Penisillin var, amma mikrob yoxdur. Allah yodu yaradarsa mikrobu da yaradar. Yodu mikrobun üstünə vurmalısan.

Münafiqlərin bir xüsusiyyəti vardır, İslam əxlaqının dünyaya hakim olmasından ümidlərini kəsərlər. Bunu da hər dəfə bir vasitə ilə deyərlər. Məsələn, münafiqlər Peyğəmbərimiz (s.ə.v)-ə xəbər göndərirdilər. "Kömək yeriniz qalmadı, qələbə qazana bilməyəcəksiniz, bacara bilməyəcəksiniz, sizin edəcəyiniz iş deyil, sayınız azdır, gücünüz çatmaz, artıq vaz keçin, küfr çox güclüdür" deyirdilər. Lakin Rəsulullah (s.ə.v), Allahın istəyi ilə əzə-əzə, sökə-sökə İslam əxlaqını hakim etdi. Şeytandan Allaha sığınıram, Hicr surəsi, 55-56-cı ayələrdə Allah belə buyurur: "Dedilər ki: "Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma! Dedi: "azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”. Çox mənalı ifadədir, dəlalətdə olanlar demir, məhz “azanlardan (pozğunlardan) başqa”, bunlar da münafiqlərdir. Münafiqlərin hamısı yolunu azanlardır, pozğunlardır. "Dedi: "azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”. "Mən ümidimi kəsmərəm" deyir. Ona görə münafiqlərin əsas xüsusiyyətlərindən biri də ümidini kəsməyidir, müsəlmanların da ümidlərinin ölməsi üçün əllərindən gələni edərlər. Bunu Quranda görürük. “Kömək yeriniz qalmadı nə deməkdir?. "Yəni dağılın, yapışacaq yeriniz qalmadı" deyir. Ey münafiqat və münafiqun, münafiq ordusu, müsəlmanların sığındığı yer Allahdır. Hablullah-ul Mətin, Urvet-ül Vuska olan Allahın ipidir. Buna görə sığınacaq yerləri var. Allaha möhkəm-möhkəm sarılmışlar və zəfər möminlərindir, zəfər mehdiyyətindir, zəfər hz. İsa Məsihindir, inşAllah. İslam əxlaqı dünyaya hakim olacaq, ey münafiqlər mən də o dövrdə sizləri görəcəyəm, inşaAllah. Az qalıb, bir az səbir etsəniz görəcəksiniz.

Səba surəsi, 34-cü ayədə Allah: "Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-cəlal içində yaşayan qudurmuş başçıları (varlıları)…" deyir. Diqqət etsək onların, cah-calal içində yaşayayıb qudurduqlarını görürük. Gedib gənə kimi atasına, əmisinə, babasına nəyidirsə ona yapışıb, bunlar mirasda yeddi dəstədir, var-dövlətdən şişiblər. Manyak kimi şişərlər, bu, münafiqlərin xüsusiyyətidir. Bu cür şişən, quduran varlıları, başçıları ümumiyyətlə, cəmiyyət bu vəziyyətə gətirər, öndə gedən kimi tanıyarlar. Yoxsa bunlar, qeyri-adi bir xüsusiyyətə malik deyillər. "“Biz sizinlə göndərilənləri inkar edirik!” dedilər". Yəni "Biz nə İslam əxlaqının dünyaya hakimiyyətini qəbul edirik, nə hz. Mehdi (ə.s)-ı qəbul edirik, nə də İslam Birliyini qəbul edirik. “Belə bir şey olmaz. Qəbul etmirik" deyirlər. Münafiqlərin dərdi özlərini malın, övladların daha çox olmalarına görə, özlərini üstün saymalarıdır. Münafiq olduğuna görə əsas hədəfi mallar, övladlardır. Bunu da pullarını daha da çoxaltmaq üçün, dünyasını daha da genişləndirmək üçün istəyərlər. Malı, övladı Allah üçün deyil, Allaha qarşı, haşa, mübarizə aparmaq üçün istəyərlər. "Daha çoxuq” demək üçün istəyərlər. Allah Səba surəsi, 35-ci ayədə: "Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” dedilər" buyurur. Özlərini çox təqvalı hesab etmələrinin yeganə səbəbi məhz budur. Səba surəsi, 28-ci ayədə: "Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir" deyilir. Bu ayə həm Peyğəmbərimiz (s.ə.v)-in dövrünə aiddir, həm də hz.Mehdi (ə.s) –ın dövrünə işarə edir. Yəni: "Ey Mehdi, Biz səni bütün insanlara ancaq bir müjdə verən, İslam əxlaqının dünya hakimiyyətini müjdələyən, İslam Birliyini müjdələyən, Quranın dünya hakimiyyətini müjdələyən, ədalətin, bolluğun, bərəkətin gələcəyini müjdələyən, müsəlmanlara da cənnəti müjdələyən bir müjdə verici və elçi olaraq göndərdik. Allah heç vaxt darvinizm və materializmə qoşulmayasınız deyə, dəlalətə düşməyəsiniz, münafiqlərin arxasınca getməyəsiniz, küfrün, dəlalətin əlinə düşməyəsiniz deyə elçi göndərdik, ancaq insanların çoxu bilmirlər" deyir. Hal-hazırda hz. Mehdi (ə.s)-ı insanların çoxu tanıyırmı? Xeyr, bilmirlər. Peyğəmbərimiz (s.ə.v)-i də o dövrdə insanlar tanımırdılar. Səba surəsi, 29-cu ayədə: "Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” deyirlər" bildirilir. Yəni hz. Mehdi (ə.s)-ın nə vaxt çıxacağını, hz. İsa (ə.s)-ın nə vaxt enəcəyini, qiyamətin nə vaxt qopacağını bilmək istəyirdilər. Mən ayəni indiki dövrümüzə aid olan tərəfini şərh edirəm. Ayədə "De: “Sizə vəd edilmiş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada, nə də tezləşdirə bilərsiniz. (Səba surəsi, 30)" deyilir. Yəni hz. Mehdi (ə.s), deyilən günün saatında çıxar, hz. İsa Məsih (ə.s) deyilən gündə, saatda enər, qiyamət deyilən günün saatında qopar, heç bir şəkildə dəyişiklik olmaz.

Qəsas surəsi, 76-cı ayədə Allah belə buyurur: "Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı". Yəni Qarunun birdən münafiqliyi tutur, qudurur. Əslində hz. Musa (ə.s)-ın qövmündən idi, onlarla birlikdə hərəkət edirdi. Sonra pul, dünya, mal-mülk ehtirası onu qudurdur və müsəlmanlardan ayrılır. O dövrün münafiqi idi. Allah "həddini aşdı" deyir. Yəni qudurdu, müsəlmanlara qarşı çıxdı. "Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik"-yəni-"bol miqdarda mal verdik", deyir Allah. "Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevməz". Yəni: "boş yerə öyünürsən" deyir, çünki öyünmək, qudurmaq küfrdən qaynaqlanır. Çünki küfrə düşməyən elə öyünməyə cəsarət edə bilməz. Münafiqlərin cəsarətinin səbəbi də küfrdür. Müsəlmanlara qarşı belə qoçuluq etmələrinin, azğınlaşmalarının, başçılıq etmələrinin səbəbi küfrdür. Küfr olmasa, küfrdən qaynaqlanmasa, münafiq elə qudura bilməzdi. Təxəyyül də edə bilməzdi. Münafiqin əxlaqsızlığının bir səbəbi də budur. Göstərdiyi çirkin cəsarətinin tək səbəbi küfrdür. Çünki əgər müsəlmanlarla qarşılaşsa: "Bax mənim arxamda küfr ordusu var, münafiq ordusu var, mən onlara güvənirəm" deyəcək. "Siz Allaha güvənirsiniz, mən də küfr ordusuna güvənirəm" deyəcək. Adətən münafiqlər müsəlmanlarla heç maraqlanmamalıdırlar. Amma münafiqin dərdi–səri müsəlmanlardır. Əsas işləri budur. Gedib küfrlə, dəlalətlə, üsyançılarla, satanistlərlə, darvinistlərlə, materialistlərlə maraqlanmaz. Məhz müsəlmanlarla maraqlanırlar və bunlar koloniya halında, qrup halında yaşayarlar. Ayrı-ayrı fikirləri olar, amma it sürüsü kimi qruplar halında, birlik halında yaşayarlar. Məsələn, it sürüsü ayrı yaşayar, kaftar sürüsü ayrı yaşayar, amma koloniya halındadırlar, ayrılmazlar, inşaAllah.

Münafiqlər, həmişə müsəlmanlar haqqında xəbər axtararlar. Dərdləri ancaq müsəlmanlar barədə xəbər, məlumat toplamaqdır. Şeytandan Allaha sığınıram, Allah Qəsas surəsi 66-cı ayədə belə buyurur: "O gün xəbərlər onlardan gizli qalacaqdır. Onlar bir-birindən (heç bir şey) soruşa bilməyəcəklər". Yəni artıq xəbər alma imkanları olmayacaq, nə internetdən, nə küçədən, nə başqa yerdən xəbər ala bilməzlər. Allah Qəsas surəsi, 61-ci ayədə belə buyurur: “Məgər verdiyimiz gözəl bir vədə (cənnətə) qovuşan kəs”. Yəni müsəlmanlara nə vəd olunur? İslam əxlaqının dünyaya hakimiyyəti, İslam Birliyi, hz. Mehdi (ə.s)-a qovuşmaq vəd edilib. Allah: "Məgər verdiyimiz gözəl bir vədə (cənnətə) qovuşan kəs…" deyir. Yəni İslam əxlaqının dünya hakimiyyətinə, hz. Mehdi (ə.s)-a və hz. İsa Məsih (ə.s)-ın gəlişinə qovuşanda Quranın Axırzamandakı izahı ediləcək, inşaAllah. Ayənin davamında Allah: "Dünya həyatının keçici zövqünü bəxş etdiyimiz"―deyə buyurur. Yəni ev, bir az yemək, avtomobil, gəzmək, əylənmək, yəni keçici, az mənfəətlərə görə: "Zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü (cəhənnəmə) gətirilənlə eyni ola bilərmi?" deyir Allah. Allah "Münafiqlər və kafirlər kimidirmi?" deyir. Onlara: "İmkanlar verərik, amma qarşılığı çox çətindir" deyir Allah, inşaAllah.

Münafiqlərin azğınlığına baxın. Nəml surəsi, 49-cu ayədə Allah belə buyurur: "Onlar öz aralarında Allaha and içib…". Münafiq tək olmaz. Mütləq it sürüsü kimi bir yerdə gəzərlər. İt sürüsü kimi bir-birlərini qoruyarlar. Məsələn, bir sümük olanda həmişə o sümüyə birdən hücum edər. Hamısı o sümüyün biri kənarından dişləyər. Allah "Onlar, öz aralarında Allaha and içib" deyir. Yəni Allaha inananlar kimi, Allahdan qorxanlar kimi, Allahı da çox xatırlayanlar kimi öz aralarında Allaha and da içərlər. Qurandan çox dəlil gətirərlər. "Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə hücum edib (hamısını) öldürəcəyik". Namərdləri görürsünüz. "Gecə ona və ailəsinə" deyirlər, yəni tək ona düşmən deyil, ətrafındakı insanlara da düşməndirlər. "Bir hücum təşkil edim" deyir. Bunu indiki dövrə aid etsək bu necə ola bilər? Yazılı, şifahi ola bilər, danışaraq ola bilər, xəbər verərək, böhtan ataraq ola bilər. "Sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik". Görün münafiqlərin namərdliyi ayədə necə vurğulanır?“…Biz, həqiqətən düzünü deyirik". Münafiqin ən çox istifadə etdiyi sözlərdən biri budur, yəni özünə görə öz dürüstlüyünü vurğulayar, düz danışdığını deyər. "…Həqiqətən…" deyir. Öz ağıllarına görə hiyləgərliklərini edirlər. "Ailəsinin öldürüldüyünü görməmişik deyək" deyirlər. Yəni Allah ayədə bildirir: "bizdən xəbərsiz olmuş, baş verdiyini bilməmişik".

Münafiqun surəsi, 1-ci ayədə Allah buyurur: "Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, həqiqətən də sən Allahın Elçisisən!” deyirlər". "Artıq bəllidir, inanırıq biz" deyirlər. Halbuki, dəqiq inanmırlar. Nə Allaha, nə Peyğəmbər (s.ə.v)-ə, nə hz. Mehdi (ə.s)-a, nə hz. İsa (ə.s)-a... hamısına qarşı kinlidirlər. "Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar". Yalançı olduqlarına görə də: "biz həqiqətən şahidlik edirik ki, sən qəti olaraq Allahın elçisisən..." deyirlər. Ona görə münafiqin "Allah birdir, Peyğəmbər Allahın Rəsuludur" deməsi istisna olmaqla heç nəyinə inanmamalıyıq. Bir də ayəni düz oxusa inana bilərik, ondan başqa həmişə riyakarlıq edərlər, özlərindən asılı deyil, iblisin qucağında olduğuna görə həmişə riyakarlıq edərlər.

Mücadilə surəsi, 8-ci ayədə Allah: "Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq üçün öz aralarında pıçıldaşanları..."-deyə buyurur. Yəni münafiq ilk mərhələdə həmişə gizli yığıncaqlar təşkil edər. Onun quş kimi yuvaya yığışmaq dövrü vardır. Müsəlmanlardan ayrılıb, oralarda münafiqlərlə və küfrlə gizli-gizli əlaqə qurarlar. İlk mərhələləri bu cür keçir. Məsələn, "hara gedirsən?" soruşanda, "kahı almağa gedirəm" deyər, halbuki, münafiqlərin təşkil etdiyi bir yığıncağa gedir. Təkrar "hara gedirsən?" soruşanda, "kök almağa gedirəm" deyər, yenə münafiqlərin bir yığıncağına gedər. "Qadağan olunmuş əmələ qayıdıb" deyir Allah. Yəni əvvəl etdikləri hərəkətlər qadağan edilir, "sənin etdiklərin normal deyil, oraya-buraya gedirəm deyirsən, amma bunlardan əl çək" deyilir, "bu cür yığıncaqlara getmə, bu cür söhbətlərə qoşulma, vaz keç"―deyə xəbərdar edilir. Amma yenə "qadağan olunmuş əməllərə qayıdıb…", yəni məhz azğın kimi, mütləq edəcək deyə yenə həmin əməllərə qayıdır. "Günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq üçün" deyilir ayədə. Necə ki, dövrümüzdə məsələn, hz. Mehdi (ə.s)-a, imama, əsrin imamına qarşı çıxmaq üçün, "(aralarında) pıçıldaşanları görmürsənmi?" deyir Allah, deməli, bunları görəcəyik. "Onlar sənə gəldikləri zaman, səni Allahın salamladığı şəkildə salamlayarlar". Bu,münafiqin xüsusiyyətidir, mütləq müsəlman olduğunu vurğulamağa çalışar, var gücü ilə təqvalı olduğunu vurğulamağa çalışar. "Və öz-özlərinə: "Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?" deyərlər. "Yəni "Allah bəla vermir" deyərlər, "əgər belədirsə, əgər Axırzamandırsa, əgər hz. Mehdi (ə.s) zühur etmişdi, bəs hanı bütün bunlar? İslam əxlaqı dünyaya bir hakim olsun görək, biz də qarşı çıxmağa hazırlaşaq. Amma belə şeylər onsuz da olmayacaq" deyərlər. "Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır? Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir". Onsuz da münafiqi cəhənnəm heç maraqlandırmaz, inşaAllah.

Tövbə surəsi, 107-ci ayədə Allah belə buyurur: "(Müsəlmanlara) zərər vurmaq", yəni münafiqin əsl məqsədidir bu. Münafiqlər küfrə, münafiqlərə, darvinistlərə, materialistlərə zərər vermək istəməzlər, onlarla fikri ya da elmi mübarizə aparmazlar. “Küfr etmək (inkar etmək)"-deyilir ayədə, münafiqlər inkar edərlər, inkarı gücləndrərlər, amma bunu açıq-aşkar etməzlər, gizli yollarla edər. Yəni, özünü Quranı, hədisi müdafiə edən kimi apararaq inkarı gücləndirər, dinsizliyi gücləndirər. "Möminlərin arasını ayırmaq"–deyilir ayənin ardında. Yəni müsəlmanların bölünməsi üçün işlər görər. Münafiqin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Məsələn, küfrün, münafiqlərin bölünməsini istəməz, çünki küfrə arxalanır. Münafiqlərin bölünməsini istəməz, çünki kürəyini söykəyir. Tüğyan və dəlalətin bölünməsini istəməz. "Möminlərin arasını ayırmaq və daha əvvəl Allaha və elçisinə qarşı döyüşəni müşahidə etmək üçün"- deyir Allah. Onların gəlməsini gözləyirlər. O dövrdə müsəlmanlara zərər vermək üçün iş görürdülər. Xəbərçilik edərlər, sonra da uzaqdan güdərlər. Münafiqlər çox hiylə ilə xəbərçilik edərlər. Açıq-aşkar etməzlər, gizlicə xəbər verərlər, məsələn, bir xəbər göndərər o xəbərin içində də bir xəbər olar. Yəni xəbərlə xəbərçilik edər. Quranda, hədisdə biz bunu çox açıq görürük. Məsələn, bir xəbər göndərər, "onların yapışacaq yerləri qalmadı" deyərək bir məktub yazar, bu bir xəbərdir. Küfrə deyirlər ki, "yapışacaq yerləri qalmadı, bunlar zəif, hər an əzə bilərsiniz" deyərlər. Müsəlmanlara da küfrün gücü, imkanları var deyərək panikaya salacaqlarını fikirləşərlər. Bu sözləri deyərək eyni zamanda bu küfrə bir xəbər vermiş olurlar. Xəbərçilik edəndən sonra da "nə var bunda, səmimi olaraq bir məktub yazdım" deyərlər. Bu xəbərin küfrün əlinə keçəcəyini bilirlər. Yəni mütləq bu xəbərdən xəbərdar olacaqlarını bilərək edər bunu. Bu xəbərlər sayəsində o dövrdə həm müsəlmanları çaxnaşmaya salacaqlarını, həm də küfrü cəsarətləndirib, hücuma keçirəcəyini fikirləşirdilər. “Zərər vermək, inkarı gücləndirmək, möminlərin arasını vurmaq və daha əvvəl Allaha və elçisinə qarşı döyüşəni müşahidə etmək üçün məscid tikənlər" deyilir ayədə. Onların məscid tikdiyi yer onsuz da şeytanın yığıncaq təşkil etdiyi yer olur, yəni şeytani bir məscid, şeytan məscidi qururdular. Məsciddən kənar yığıncaq yeri olurdu. "Biz yaxşılıqdan başqa bir şey istəmədik”– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar". Heç vaxt dillərindən Quran, hədis və "yaxşılıq, yoluna qoymaq, islah etmək istəyirik" kimi sözlər düşməz. “Get, küfrə danış bunları, onları islah et” deyərsən, "olmaz" deyərlər. Çünki "mən onlara arxalanıram" deyərlər. "Allah münafiqlərə qarşı mübarizə aparmağı əmr etdi” deyirsən, onlar isə "münafiqlərə də arxalanıram" deyər. "Münafiqlər üsyan edər, dəlalətdədirlər" deyirsən, onlar isə, "onlarsız mən heçəm, onlara arxalanıram, qorumalarına ehtiyacım var. Bir şey olsa mən kimə arxalanaram. Ona görə mən onlara əl vura bilmərəm" deyir. “Bəs kimdir sənin hədəfin? Müsəlmanlardır" deyir. "Onların bəzi səhvlərini görürəm, onlarla maraqlanacağam. Mənim mövqeyim budur" deyir. Allah "Yaxşılıqdan başqa bir şey istəmədik deyə and içənlər" deyir. Yəni bunlar dürüstlük, yaxşılıq, gözəllik, aranı düzəltmək, Allah rizası üçün xəbər verdim” deyərlər. Allah buna təkidlə diqqət çəkir.

Tövbə surəsinin 108-ci ayəsində Allah: "Heç vaxt orada (münafiqlərin məscidində) namaz qılma" deyir. Allah "Belə bir birliyə, belə bir düşüncəyə heç vaxt yaxınlaşma" deyir. "İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, namaz qılmağın üçün daha layiqdir". Yəni əsl müsəlmanların toplandığı yerdə olun. Sizə başqa bir yer göstəriləndə heç vaxt oraya getməyin. Çünki münafiqlər bir çox məscid qurarlar. Müxtəlif yerlər, bölmələr düzəldərlər, hər birində də müxtəlif fikirlər qura bilərlər. Allah "İlk olan yer əsasdır" deyir. Yəni ilk hz. Mehdi (ə.s)-ın olduğu yer əsasdır. Peyğəmbərimiz (s.ə.v) də o dövrün Mehdisi idi. Allah “Ora əsasdır. Ondan başqa bir yerə getməyin” deyir. "Orada həqiqətən də mənəvi təmizlənməyi istəyən insanlar vardır. Allah da təmizlənənləri sevir..". Diqqət edin, təmizləndiyini demir. "Orada həqiqətən də mənəvi təmizlənməyi istəyən insanlar vardır"-deyir. Allah təmizlənməyi istəyir və təmizlənmək üçün cəhd göstərənləri bildirir. Allah artıq təmizləndiklərini demir. Bu, Peyğəmbərimiz (s.ə.v) üçün də vardır, digər insanlar təmizlənməyə davam edirlər. "Allah təmizlənənləri sevər” deyir. Bir ibadətdir. Əksikliyini, qüsurunu müsəlmanlar özü Qurandan, hədisdən, ağlı və vicdanı ilə anlayır. Amma münafiqlər müsəlmanları əsas hədəf götürərlər, küfrlə mübarizəni dayandırarlar, onsuz da onların təmizlənməsi deyə bir şey yoxdur. Küfrün təmizlənib düzəlməsi üçün onlarla maraqlanmazlar, münafiqlərlə heç maraqlanmazlar. Çünki münafiqi onsuz da qoruyan, sahibi hesab edir.

"Onlar: “Əgər biz Mədinəyə qayıtsaq ən qüdrətlilər (münafiqlər)", yəni şəhərə qayıtsaq, ən eqoist, təkəbbürlü, maddi gücü, pulu, imkanları çox olan, siyasi gücü çox olan, münafiq dəstəyi və kafir gücü çox olanlar “ən zəifləri (Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!". Münafiqlər, müsəlmanları zəif və gücsüz hesab edərlər, ona görə qoçuluq edərlər. Qurana baxdığımızda bunu aydın görmək olur. Özünü güclü hesab etməyinin səbəbi, bütün küfrə arxalanmağından, arxasında milyonlarla insanın olmağından, müsəlmanların isə azlıq təşkil etməyindən qaynaqlanır. Çirkin cəsarəti bundan irəli gəlir. "Ən güclülər ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki, şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!" Yəni dövrümüzə aid etsək qələbə Allahın, hz. Mehdi (ə.s)-ın və möminlərindir. Allah "Ancaq münafiqlər bunu bilməzlər" deyir. Münafiqun surəsini, Allah onlar üçün xüsusi surə olaraq “Munafiqun” adlandırmışdır. Bütün münafiqlər bu Münafiqun surəsindəkilərə aiddirlər. Amma münafiq bu surə ilə heç maraqlanmaz, çünki buna inanmırlar.

Allah, Nisa surəsi 138-139-cu ayələrdə belə buyurur: "Münafiqlərə müjdə ver ki, onlar üçün şiddətli bir əzab vardır. O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar". Möminləri qoyub gedərlər. "Niyə qoyub getdin?"-deyirsən-"burada bir səhvini gördüm" deyər. "Yaxşı, bəs kafirin?" Kafir başdan-ayağa xətalıdır ki, onunla niyə dostluq edirsən? "O məni qoruyandır" deyir. "Münafiq? O da başdan-ayağa səhvdir, onunla niyə dostluq edirsən?" soruşursan. “O da məni qoruyandır" deyər. "Bəs üsyançılar, dəlalətdə olanlar necə?" soruşduqda "Bəs biz kimə arxalanarıq? Onsuz da onlarla yaşayacağıq, onlar mənim əsl yoldaşlarımdır" deyir. "Yaxşı, bəs iblisin orduları, şeytanın orduları necə?" soruşursan "biz onsuz da onun əmrindəyik" deyirlər. Şeytandan Allaha sığınıram, Allah ayədə belə buyurur: "Münafiqlərə müjdə ver ki, onlar üçün şiddətli bir əzab vardır. O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar". Çünki onlardan pul gəlir, yemək gəlir, gücü onlarda tapır, onlara arxalanır, onların içində özünü daha azad hiss edir, rahat yaşayacağını düşünür. Allah "(İzzət və) qüdrəti onların yanındamı axtarırlar?" deyir. Yəni donuzun peyininin içində axtararlar, dövrümüzə aid edəndə bu mənanı verir. Allah "Şübhəsiz, “bütün qüvvət və qürur” Allahındır" deyir. Möminlərin yanında tapa bilmirlər, çünki möminlərin yanında həyatı təhlükəli, çətin görür. Özünü azad hiss edə bilmir. Donuzun peyininin içinə girəndə, ona çox gözəl gəlir. Donuzun murdar yerinə yapışır, orada yaşayır və Quranda da gördüyünüz kimi, həmişə Allahdan, təqvadan bəhs edərək "yaxşılıq etmək istəyirik, məqsədimiz budur" deyərlər. "Yaxşı, yaxşılıq etmək istəyirsən, küfrə qarşı mübarizəyə apar"-deyirsən-"mənim vaxtım yoxdur, yemək, içmək, əylənməkdən vaxtım az qalır, onu da müsəlmanlarla mübarizə aparmağa sərf edirəm, bundan başqa aparacağım mübarizə yoxdur" deyir. Özü kafirlərə, münafiqlərə arxalandıqlarına görə onlara qarşı mübarizə aparmazlar.

Şeytandan Allaha sığınıram; Allah "elə isə, dünya həyatına qarşılıq axirəti satın alanlar", yəni Allaha tamamilə təslim olanlar "Allah yolunda mübarizə aparsınlar" deyir. Bu ayə də əbcədi Axırzamanda hz. Mehdi (ə.s) dövrünü verir, inşaAllah. (Nisa surəsi 74)

Şeytandan Allaha sığınıram, Allah Nisa surəsi, 75-ci ayədə, müsəlmanlardan, bütün insanlardan, əsasən də dövrümüzdəki müsəlmanlardan belə soruşur: "Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart". “…Xalqı zalım…” deyir Allah, məsələn, Əfqanıstanda, İraqda və bir çox yerdə, sabaha kimi saymaq olar, müsəlmanlara zülm edirlər, hər yerdə müsəlmanlara qarşı zülm var. "Bizə Qatından bir vəli (himayəçi, köməkçi)"-yəni bir Mehdi "göndər deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" deyir Allah. Yəni "niyə oturub qaldınız? Niyə bütün fitnə yer üzündə məhv olana kimi, din Allahın olana kimi vuruşmursunuz, mübarizə aparmırsınız?" deyir Allah. Bir daha oxuyuram ayəni: "Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart". Deməli, müsəlmanlar mütləq bir başçı, bir idarəçi, bir Mehdi istəyir. Bu, Allahın sünnətidir. Allah burada öz sünnətini açıqlayır. Yəni bu, Allahın qanunudur. "Bizə Qatından bir vəli (qoruyucu sahib)" sahib, sahibi zaman, yəni Hz. Mehdi (ə.s) "göndər" baxın, ayənin ikinci qismində davam edir; "bizə Qatından bir kömək edən göndər" deyən zəif kişilər, qadınlar və uşaqlar adına mübarizə aparmırsınız?". Müsəlmanlarbütün dünyada indi qurtuluş gözləyir. Xristian aləmi də gözləyir və pərişan haldadırlar. Lakin bunu möminlər “bir kömək edən göndər"―deyə söyləyir. Münafiq bunu söyləyə bilməz. Kafir onsuz da söyləməz. Münafiq söyləsə, onsuz da ilk əvvəl münafiqə qarşı mübarizə aparacaq, ona görə münafiq deməz. "Bizə Qatından bir vəli"-deyilir, yəni hz. Mehdi Allahın vəlisidir, qoruyucu sahibdir. Bu dövrün sahibi kimdir? Sahibzamandır, elə deyilmi? Sahibzaman hz. Mehdi (ə.s)-dır, elə ləqəbi də sahibi zamandır. Bax sahib deyir burada: "(sahib göndər) kömək edən göndər" deyən zəif kişilər, qadınlar və uşaqlar adına mübarizə aparmırsınız?". Bu ayənin əbcədi də yenə mehdiyyəti göstərir.

Allah Nisa surəsi, 76-cı ayədə belə buyurur: "Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”. Yəni möminlər, bütün mənliyi ilə, bütün gücləri ilə mübarizə apararlar, inkar edənlər, müşriqun və müşriqat (müşrik qadınlar və müşrik kişilər), münafiqun və münafiqat (münafiq qadınlar və münafiq kişilər) və kafirlər isə Tağut yolunda döyüşərlər. “Elə isə şeytanın dostları ilə vuruşun!” deyir Allah, yəni münafiqlərlə, küfrlə mübarizə aparın. "Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir". Yəni münafiqlərin, küfrün hiyləli nizamı çox zəifdir. "Axmaq hərəkət edərlər, çox asanlıqla məğlub edərsiniz" deyir Allah, inşaAllah.

Allah, Nisa surəsi 77-ci ayədə belə buyurur: "Məgər sən, özlərinə: “(Müharibədən) əl çəkin, namaz qılın və zəkat verin!” deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular". Münafiqlər də elədir, çox qorxaq olduqlarına görə müsəlmanların yanından qaçarlar. Allahdan qorxmaz, amma insanlardan qorxar. İnsanlardan qorxduğuna görə, kefi və rahatlığına görə müsəlmanların yanından qaçarlar, sonra bax belə həyasız bir üsluba keçərlər: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin?" deyərlər. Gördüyünüz kimi Allaha qarşı çox düşüncəsiz və həyasız bir üslub işlədirlər, haşa. "Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” dedilər". Deməli, bu cür üslub münafiqlərə və küfrə aiddir, Allaha qarşı belə düşüncəsiz bir çirkin üslubu yalnız, münafiqlər və kafirlər cəsarətlə istifadə edə bilərlər. Müsəlman bunu etməz.

30-Cu Söhbət - 7 Sentyabr, 2010-Cu İl, Harunyahya.TV

OKTAR BABUNA: Siz əvvəl də münafiqlərin Peyğəmbərimiz (s.ə.v)-i qısqandıqlarını, qısqanc olduqlarını demişdiniz, inşaAllah. Hz. Yusif (ə.s)-ın qardaşları da hz. Yaqub (ə.s)-ın ona olan sevgisini qısqanırdılar. Hətta onu şəhid etmək istəyirlər. Qısqanclıqdan gözləri qaralırdı. Ayələrdə də belə bildirilir. Şeytandan Allaha sığınıram: "Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməli salehlərdən olarsınız”. Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!” Onlar dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusifi bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq. Sabah onu bizimlə göndərsən, bir qədər əylənib oynayar. Biz onu mütləq qoruyarıq!”. O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin”. Onlar dedilər: “Biz bütöv bir dəstə olduğumuz halda canavar onu yesə, demək biz ziyana uğrayanlarıq”. Qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”. Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib dedilər: “Ey atamız! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”. Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”." (Yusif surəsi, 8-18)

ADNAN OKTAR: Əlbəttə ki, hz. Yusif (ə.s)-ın qardaşları səhv iş görmüşdülər, amma orada da yenə münafiqlərə bir istinad var. Münafiqlərin nə qədər qısqanc olduqlarını, hadisəni hara qədər uzada biləcəklərini, cinayətkarlığa meyilli olduqlarını, nə qədər hiyləgər, adam öldürməyə meyli olduqlarını Quran göstərir. Əslində ayəni hissə-hissə oxusan daha yaxşı aydın olar.

OKTAR BABUNA: İnşaAllah. Onlar belə demişdi: "Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir".

ADNAN OKTAR: Məsələn, hz. Mehdi (ə.s)-ı və hz. İsa (ə.s)-ı götürək. Münafiqlər hz. Mehdi (ə.s)-ı da, hz. İsa (ə.s)-ı da qısqanırlar. Hər ikisinin də səltənətindən və gücündən narahat olurlar, yoxsa "gəldi, keçdi və ya 1000 il sonra gələcək" deməzlər. "570 il sonra gələcək" demələrinin mənşəyində də bunlar dayanır. Bir müsəlman dərhal görmək istəyər. Sevdiyi bir dostuna "səni 1000 il sonra görəcəm" deyərmi? Dərhal görmək üçün Allaha yalvarar, dua edər, istəyər. Əlbəttə ki, Osman Ünlü, Cübbəli bunları cahilliyindən deyir. Amma digərləri çox səmimiyyətsizdirlər.

OKTAR BABUNA: Allah "…Biz bütöv bir dəstə olmağımıza baxmayaraq…" –deyə buyurur.

ADNAN OKTAR: Məhz müşrik və münafiqlər bir-birləriylə çox sıx əlaqədə olarlar. Böyük bir kütlə yaradarlar. Ona görə o əlaqəyə, o gücə güvənərək təcavüzkarlıq edərlər. Hz. Mehdi (ə.s)-a qarşı da münafiqlər və müşriklər böyük bir birlik yaradacaqlar. Böyük ittifaq quracaqlar. Hz. Mehdi (ə.s)-ın fəaliyyətlərini dayandırmaq, Türk-İslam Birliyini dayandırmaq üçün çox sıx bir fəaliyyət göstərəcəklər. Allah Yusif surəsində buna diqqət çəkir. Yusif surəsi birbaşa mehdiyyəti izah edən bir surədir. Yəni hərtərəfli mehdiyyəti izah edən bir surədir, inşaAllah. Çünki Peyğəmbərimiz (s.ə.v) "hz. Mehdi (ə.s)hz. Yusif (ə.s)-a bənzəyər" deyir. Bu o deməkdir ki, hekayələrdə nə keçirsə, hz. Mehdi (ə.s)-a işarə edir.

ADNAN OKTAR: "Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir."

ADNAN OKTAR: Hz. Mehdi (ə.s)-ı və ona uyanları ağılsızlıqla günahlandıracaqlar. Quran ona işarə edir.

ADNAN OKTAR: "Yusifi ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin".

ADNAN OKTAR: Diqqət edin, birbaşa cinayət etməyi düşünürlər. Şəhid etmək istəyirlər. Amma ikinci yol nədir? Məsələn, insanı həbsxanaya atarsan, həbsxanada cinayətkar insanların yanına atanda orada hər hansı bir döyüşə, hər hansı bir hadisəyə, gərginliyə alışmış insanlar onu öldürmək istəyər və öldürə bilər. Bu bir oyundur, bir üsuldur. Ya da bir insanı hər hansı bir ölkədə qatil ruhi xəstələrinin içərisinə atsan, həmişə o dəli insanlar öldürməyə hazır olduğuna və dəli olduğuna görə oradakı adamı qısqanar və ya hirslənər, hər hansı bir yolla öldürə bilər. Bu birbaşa adam öldürmə üsuludur. Nəticədə də "mən etmədim o etdi" deyəcək. Məsələn, E5 şose yoluna kiçik bir uşağı buraxar, uşaq da iməkləyərək gedər. Uşaq bilmədən bir küçədən digərinə keçər. Avtomobil də görməz vurub keçər. Soruşanda isə: "Mən, yalnız uşaq təmiz hava alsın deyə oraya buraxdım. Mənim məqsədim bu deyildi" deyəcək. Halbuki, məqsədi uşağı öldürmək idi. "Amma mən elə bir şey etmədim" deyəcək. Yəni vicdanını qurtarmaq və günahını boynundan atmaq üçün bir üsuldur. Üsullardan biridir. Bunun eyni formada hz. Mehdi (ə.s)-a qaşı ediləcəyini də anlayırıq. Quran buna işarə edir. inşaAllah.

OKTAR BABUNA: İnşaAllah, müəllimim. "Bundan sonra siz əməli salehlərdən olarsınız".

ADNAN OKTAR: Deməli, münafiqlər, müsəlman olduqlarını iddia edəcəklər. Müşriklər və münafiqlər yaxşı, mükəmməl bir müsəlman olmaq fikrində olacaqlar. Həm cinayətə meyilli, həm əxlaqsızlığa meyilli, həm də mükəmməl müsəlman olmaq fikrində olacaqlar. Yəni ayənin işarə etdiyi mənanı deyirəm, hz. Yusif (ə.s)-ın qardaşları üçün demirəm.

ADNAN OKTAR: "Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib…"

ADNAN OKTAR: Münafiqlərin əsas xüsusiyyətlərindən biri də bol-bol saxta ağlamalarıdır. Göz yaşı tökərlər. Saxta göz yaşı tökmək onun üçün bir oyuncaqdır. "Qorxdum" deyər ağlayar. "Utandım" deyər ağlayar. Namuslu görünmək, yalan danışmaq, pul almaq, müttəqi, mömin kimi görünmək üçün ağlayar. Münafiqlər və müşriklər ağlamağı ümumiyyətlə, oyun üçün istifadə edərlər. Bu həmişə etdikləri şeydir, amma səmimi ağlayanları tənzih edirəm, təbii.

ADNAN OKTAR: "Dedilər ki: “Ey atamız! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən."

ADNAN OKTAR: Deməli, müşriklər və münafiqlər o qədər də sakit görünmürlər. Məsələn, biz hz. Mehdi (ə.s)-a qarşı da küfrün yaxud ateist masonların, ateist sionistlərin birbaşa, açıq-aşkar mübarizə aparacağı bəllidir, amma əsl münafiqlərin çox böyük bir şey edəcəyini, onların öldürmək məqsədi olduğunu və hz. Mehdi (ə.s)-ı dayandırmağı hədəflədiyini görürük. Həm də böyük bir gücə sahib olduqlarını görürük, Quran buna işarə edir, Allahualəm.

ADNAN OKTAR: "Qardaşları onun köynəyinə yalandan qan ləkəsi çəkib gətirdilər".

ADNAN OKTAR: Deməli, hz. Mehdi (ə.s)-ın dövründə də saxta dəlillər, böhtan atarkən saxta hüquqi dəlillər də olacaq. Yəni qarşı tərəf, münafiqlər tərəfindən böhtanı gücləndirmək üçün saxta dəlil çıxararaq, bir silah kimi hz. Mehdi (ə.s)-a qarşı istifadə edəcək. Quran buna işarə edir, inşaAllah.

ADNAN OKTAR: "Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir””.

ADNAN OKTAR: Əlbəttə ki, müsəlmanların da bunları nəzakətli bir üslubla tənqid edəcəyi aydın olur. "Nəfsiniz sizi yanıltmış və səhv bir şeyə vadar etmişdir" deyir. Burada, sakit və nəzakətli bir üslubla tənqid görürük, Quran buna işarə edir.

ADNAN OKTAR: "Mənə gözəl səbir gərəkdir (lazımdır). Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır".

ADNAN OKTAR: Hz. Mehdi (ə.s) tələbələri də, hz. Mehdi (ə.s) da səbirli olacaq. Bədiüzzaman da, hz. Mehdi (ə.s)-ın mühüm bir xüsusiyyəti olaraq səbrini əsas götürür. Səbir, mətanət, cəsarət olaraq hz. Mehdi (ə.s)-ın xüsusiyyətlərini bildirir. Hz. Mehdi (ə.s)-ın mühüm bir xüsusiyyəti səbirdir.

ADNAN OKTAR: "Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır".

ADNAN OKTAR: Yəni hz. Mehdi (ə.s)-a qarşı, yalandan böhtanlar atacaqlar. Yalanlar uyduracaqlar, riyakarlıq, saxtakarlıq edəcəklər. Böhtan üçün buna ehtiyac vardır. Deməli, münafiqlər və küfr hz. Mehdi (ə.s)-a qarşı saxta, uydurma iddialarla ortaya çıxacaqlar. Quran buna işarə edir, inşaAllah.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Söhbət (01-05)
  • Söhbət (06-10)
  • Söhbət (11-15)
  • Söhbət (16-20)
  • Söhbət (21-25)
  • Söhbət (26-30)
  • Söhbət (31-32)
  • Darvinizmin süqutu