ADNAN OKTAR: Hz. Mehdi (ə.s)-ın dövründə, hz. Mehdi (ə.s)-ın məşğul olacağı ancaq darvinizmdən, materializmdən, küfrdən və dəlalətdən ibarət deyil, eyni zamanda münafiqlərlə mübarizə aparacaq. Münafiqlərin hz. Mehdi (ə.s) barədə ən çox narahat olduğu mövzu nədir, bilirsinizmi? "Niyə hz. Mehdi (ə.s) İslam əxlaqını dünyaya hakim etmək istəyir? Öz işi ilə məşğul olsun, hakimiyyət nəyə lazımdır? Niyə İslam Birliyini istəyir? Niyə Türk-İslam Birliyini istəyirsən? Biz evdə otururuq, sən də otur. Get işinlə, gücünlə məşğul ol" deyəcəklər. Münafiqin ən həssas yanaşdığı mövzu cihaddır. Diqqət yetirin, cihad bir-birini vurmaq, öldürmək deyil, o ayrı məsələdir. Qətl deyil, adam öldürmək deyil. Cihad etmək - cəhd göstərmək, dini yaymaqdır. İslamı təbliğ etmək, dini yaymaq münafiqin ən narahat olduğu məsələdir. Bir az təzyiq göstərsən bir neçə kitab paylayar, bir qədər təbliğ edər. Amma digər mövzularda, məsələn, münafiqə “gəlin bir namaz qılaq” desən, gələr, çünki namaz qılmaqla bir şey itirməyəcəyini fikirləşər. “Oruc tut” desən, əgər başının üstündə dursan, yanında olsan oruc da tutar.Yanında heç kim olmasa gedər gizli-gizli yeyər, yenə orucuna davam edər. Bunlar münafiqin xüsusiyyətidir, görünmədiyi yerdə yeyər... Namazda da, yəni əgər göz qabağında olsa namazını mükəmməl şəkildə qılar. Təkkəsi ilə, hətta sarığı ilə belə sünnətlərə də əməl edər, tam itaətkarlıqla namazını qılar. Duanı tam mükəmməl formada edər, amma görməsən etməz. Münafiqin belə bir dünyası vardır. Ona görə ən zəif nöqtəsi də budur, müsəlmanlıqla əlaqədar digər mövzularda o qədər həssas yanaşmaz. Məsələn, “gəl bir iş gör, buranı təmizlə və s.” desən dərhal edər, yük də daşıyar.
OKTAR BABUNA: Hətta çox işgüzar da ola bilərlər, demişdiniz.
ADNAN OKTAR: İşləyər, hər işi görər. Ancaq cihaddan narahat olar, cihaddan, yəni dinin yayılmağından narahat olar. Dini istəmədiyinə görə, təməlli olaraq bir də dünyaya hakim olmağını heç istəməz. Onsuz da din içində yaşamaq istəməz, əslində dindən xilas olmaq istəyər. Cihad–İslam əxlaqının dünyaya, hər yerə hakim olmağı deməkdir. İslam əxlaqı dünyaya hakim olanda münafiq üçün cəhənnəm kimi olacaq. Bunu heç vaxt istəməz. Ona görə cihad etmək barəsində narahat olarlar. Əgər diqqət etsəniz Quranda münafiqlərin: "niyə yemək yemirik? Niyə məni işlədirsiniz?" dediyini görməzsiniz. Münafiqlər bu barədə heç danışmazlar. Münafiq qatır kimidir, onlara istədiyin işi gördürmək olar. Amma cihad etmək onları narahat edər, ən zəif nöqtəsi budur. Münafiqin yeganə edə bilmədiyi iş ömrünü Allaha həsr etmək, Allah yolunda mübarizə etmək, cihad etməkdir. Digər mövzularda nə istəsən edər. İllərlə Peyğəmbərimiz (s.ə.v)-in yanında qalırdılar. Diqqət edin, görün Quranda nə deyir: "Bu istidə yemək yeməzlər, bu istidə yük, zibil daşımazlar, ev silib təmizləməzlər, ticarət etməzlər, işə gedilməz"- demir. Nə deyir?: "Bu istidə cihad edilməz" deyir. Çünki münafiqin ən həssas nöqtəsi budur. Həmişə bundan xilas olmaq istəyər. Quran, bunların ən əsas xüsusiyyətlərini açıqlayır. Allah Quranda təfərrüata girmir, əsas qaynaqları bildirir. Məsələn, başqa bir münafiq: "Mən əgər cəhd etməyi bilsəydim, sizinlə gələrdim” deyir. Əgər onlardan: "sən ticarəti bilərsənmi?”-soruşsan-“çox yaxşı bilirəm" deyər. "İş görə bilərsənmi? Onu da edərəm" deyər. "Pul qazanmağı bilirsənmi? Daş daşıyarsanmı?"-desən- "pul qazanmağı bilirəm, daş daşımağı da bilirəm" deyər. Yəni ağlına gələn hər işi görə bildiyini deyər. "Yeganə bacarmadığın iş nədir?"-soruşanda-"cihad edə bilmərəm, yəni bu işi bacarmaram. Onu siz edin, mən də başqa nə iş istəyirsinizsə onu edim. Mən bu işə girişməyim, xahiş edirəm" deyər.
Ən zəif nöqtələri budur. Tarixdəki münafiqlərə baxanda, bir də hal-hazırda yaşayan münafiqlərə baxıram, məsələn, münafiq olduğundan şübhələndiyim tiplər var, onlara baxdım gördüm ki, facebookda özlərinə yer ayırmışlar. Dedim, qoy diqqətlə baxım, görüm bunlar nə edirlər burada. Gördüm ki, barda içki içərkən, əylənərkən şəkilləri var, cütləşib bir yerdə hoppanırlar və s. hamısı var. Xoşbəxt adamlar kimi, murdar-murdar dişlərini ağardıb şəkil çəkdiriblər, amma dişlərini ağartmaları xoş gəlmir, yəni gülməsəyərək dişini ağartmaq deyil. Elə bil, xoşbəxtlik əsəri çəkməyə çalışmışdır, alovlanıb yanaraq görünür. Dedim baxım görüm nə yazıblar görəsən, səhifələrinə baxdım, gördüm ki, bir dəfə də olsun Allahdan bəhs etmirlər, Allahın adını çəkmirlər. Vay zalımlar vay. Kafir belə Allahdan bəhs edər. Elə deyilmi? Məsələn, haşa: "Allaha inanmıram" deyir. Yəni heç olmazsa Allah sözünü dilinə gətirir, elə deyilmi? Bunlar isə heç bəhs etməzlər. Məsələn, o birilərinə baxıram görürəm ki, orada da Allahdan bəhs etməzlər. “İnşaAllah, MaşaAllah”―deyə bilmir. Allahın heç xatırlanmamasını istəyərlər, bu böyük məna kəsb edir. Amma əsl müsəlman olanlar edir. Məsələn, övliya kimi əzbərdən ayələr, şeyxlərdən bəhs olunan hekayələr, hədisi şəriflərdən rəvayətlər danışar. Qurana diqqətlə baxanda, yeganə bağlandıqları nöqtənin cəhd olduğunu görürük. Burada qorxunc bir əzab çəkərlər. Ona görə, məsələn, belə deyərlər: "Belə münafiq olar, baxın görün müsəlmanların yanında xidmət edir. Daş desən daşıyır, zibil desən daşıyır. İş görür, bütün gəncliyini işə həsr edir". Əlbəttə münafiq iş görər. Çalışar, başqa işləri də edər. Amma cihad etməz. Özünü göstərmək üçün yalandan bir iki dənə iş görər. Məsələn, gedər bir neçə dənə kitab paylayar, bir neçə söz deyər. Nəzəri cəlb etməsin deyə bir-iki kiçik işlər görər. Amma onda da əzab çəkər, yəni bir kitab hədiyyə etmək bir münafiq üçün nə deməkdir bilirsinizmi? Əlini, qolunu qopartsan o qədər əzab çəkməz. Çox əziyyət çəkər. Xoşlamadığı işdir. Fikirləşər ki, birdən o kitabı oxuyan dini yayar və onun yaşaya bilməyəcəyi bir vəziyyət yaranar. Haşa, münafiq bu ağıldadır. Ona görə münafiqi təyin etmək istəyən hadisəyə bu yöndən baxsın. Münafiqlər müsəlmanlara on il, iyirmi il xidmət edə bilər, köməkçi ola bilər. Amma cihad etməkdən şiddətlə qaçarlar. Müsəlmanların birləşməyindən və birlik olmasından çox narahat olarlar, həmişə müsəlmanların parçalanmağını istəyərlər. Amma ən əsas qorxduğu şey cihad etməkdir. Çünki Quranda Allah ayələrində bunu açıq-aşkar göstərir. Həmişə cihad etməkdən uzaq durarlar.
OKTAR BABUNA: Sizin açıqladığınız bir ayə var necə qaçdıqlarına aid, oxuyuram onu, inşaAllah. Şeytandan Allaha sığınıram: "Onlar dedilər: “Ey Musa! Nə qədər ki, onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin, onlarla vuruşun. Biz isə burada oturacağıq”". (Maidə surəsi, 24)
ADNAN OKTAR: Görürsünüzmü?. Məsələn, büt düzəldəndə, bütə xeyli pul lazım olur, münafiqlər qızıllarını, bilərziklərini hamısını çıxarır verir, baxmayaraq ki, qızıl münafiq üçün çox qiymətlidir. "Qardaşım, ərit, bizə belə bir büt düzəlt" deyirlər. Edəcəyi rüsvayçılığa tərəf yönələr. Gedib qarşısında əyilib-büzülər, amma: "mənə Allahdan, cihaddan bəhs etmə" deyər. "Gedin siz mübarizə aparın, amma məni heç vaxt bu cihada yaxın buraxmayın" deyir. Həm də müsəlmanların cihad edəcəyini bildiyinə görə, cihad etməyin təhlükəli olduğunu fikirləşir və it kimi uzaqdan seyr edər. Ara sakitləşəndə, it nə edər qulaqlarını yelləyərək qaçar yeməyə gələr, münafiq də elədir, amma bir səs-küy eşidən kimi ortadan itər. Münafiq səs-küyə heç vaxt gəlməz. Rahatlığını istəyər, aman kefi qaçmasın. Münafiq birdən həbs olunar, həbsə atılar, söz-söhbət, dedi-qodu olar, yəni adına-sanına bir xələl gələr, kefini qaçıran bir şey olar deyə cihad etməkdən qaçar. Ona görə həmişə özünə bir yer tapar, donuzun murdar yerində yaşayar, gənə kimi yapışar, orada onun qanını sovurar, orada yaşayar və uzaqdan da müsəlmanların xəbərlərini eşidər. Münafiq normal halda müsəlmanı izləməməlidir, elə deyilmi? Münafiq qaçandan sonra, gedib küfrlə bir yerdə olmalıdır. Məntiqlə elə olmalıdır, çünki Allaha qarşı düşməndir. Allaha qarşı olan adamlarla birlikdə olmalıdır. Küfrə də getmir. Müsəlmanlarla heç maraqlanmamalıdır. Uzaqdan müsəlmanların xəbərlərini izləyərlər. Allah bu hissi məhz ona məxsus olaraq vermiş, mütləq bunu etməlidir. Bundan heç cür xilas ola bilməz, mütləq güdməlidir. Bu çox heyrətləndiricidir. Qanındadır elə bil, mütləq ki, güdməlidir. Xəbərləri eşidər “görəsən nə var, işləri necə gedir”―deyə maraqlanarlar. Ömrü boyu güdərlər, amma heç vaxt bu xasiyyətlərindən əl çəkməzlər. "Ürəkləri parçalanana kimi əl çəkməzlər" deyir Allah.
OKTAR BABUNA: Bu dediyiniz ayəni oxuyuram, inşaAllah. Şeytandan Allaha sığınaram: "Münafiqlər müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər. Hərçənd aranızda olsaydılar, çox az döyüşərdilər." (Əhzab surəsi, 20)
ADNAN OKTAR: Yenə cihaddan bəhs edilir, görürsünüzmü? "İş görməzlər, ticarət etməzdilər"-demir Allah-"cihad etməzlər, dini yaymazlar" deyir. Ən həssas olduqları mövzu budur, Quranda hara baxsanız, buna aid ayələrlə qarşılaşarsınız. Həmişə müsəlmanlarıizləməkləribir möcüzədir, yəni xilas ola bilməyəcəyi bir maqnit kimidir və bütün ömrü boyu müsəlmanlara və İslama qarşı mübarizə aparmalı olduğuna dair içində hiss olar, bundan da heç cür xilas ola bilməz. Ağlasığmaz bir kin bəsləyər. Məsələn, Axırzaman münafiqlərinin ən çox kin bəslədikləri insan hz. Mehdi (ə.s)-dır. Müsəlmanların da ən sevdiyi insan hz. Mehdi (ə.s)-dır. İblis dəstəsinin ən nifrət etdiyi insan hz. Mehdi (ə.s)-dır, Rəhman tərəfdarlarının ən sevdiyi insan hz. Mehdi (ə.s)-dır.
Rəsulullah (s.ə.v) dövründə də, möminlər Peyğəmbərimiz (s.ə.v)-ə aşiq idilər. Məsələn, hz. Əbubəkr (r.ə) Peyğəmbərimiz (s.ə.v)-i görən kimi gözləri dolardı, aşiqi idi. "Ya Rəsulullah sən necə də gözəlsən!" deyirdi. Yəni sevgisini ifadə edə bilmədiyinə görə nə edəcəyini bilmir. Həmişə onu tərfiləyir. Elə bil zəhmindən işıq saçır. Məsələn, Əbu Cəhl, Rəsulullah (s.ə.v)-i görəndə, "Ya Əbu Qasım sən nə qədər çirkin insansan" deyir. Peyğəmbərimiz (s.ə.v) də ona: "düz deyirsən" deyir. Hz. Əbubəkr (r.ə) də: "dünyanın ən gözəl insanı sənsən, həddindən artıq gözəlsən" deyir. Allahın nuru, işığı, sən də düz deyirsən" deyir. Səhabələr soruşurlar: "Ya Rəsulullah! Ona da düz danışırsan deyirsən, sən düz bir insansan, yalan danışmazsan, ikisinə də düz danışırsan deyirsən" deyirlər. Rəsulullah da: "Mən bir aynayam. Allahın aynasıyam, mənə baxan adam özünü görər. Nəyə baxırsa onu görər" deyir. Münafiqin ruhu qapqaradır, yəni xəstədir, manyakdır, psixdir. Məsələn, münafiq qadın düşmənidir. Münafiq gözəlliyi xoşlamaz. Yalnız mənfəət, yemək və təhlükəsizlik güdərlər, yəni it kimidirlər. Məsələn, it üçün gözəllik heç bir məna kəsb etməz, yalnız sığınacaq bir yer axtarar, yemək axtarar və özünü təhlükəsizlikdə hiss etmək və yaşamaq istəyər, it çox yaşamaq istəyər. Başqa bir şey istəməzlər. Bir də həmişə riski gözləyər. Qulağını tıxayar, olub-keçənə uzaqdan baxar. Ayədə deyildiyi kimi: "...onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da..." (Əraf surəsi, 176).
OKTAR BABUNA: Şeytandan Allaha sığınıram; "Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bən-zəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları (onlara) danış ki, bəlkə fikirləşələr." (Əraf surəsi, 176)
ADNAN OKTAR: Münafiqlə dialoq qurmaq da mümkün deyil, Quran ona diqqət çəkir. Manyak kimidir. İzah edirsən axmaq-axmaq sifətinə baxar. Elə bil onunla danışmırsan, izah etmirsən. Ağlasığmaz məntiq pozğunluqları vardır. Quranı, hədisi çox araşdırarlar. Münafiqlər Quran haqqında, hədislər haqqında böyük məlumata sahib olarlar, lakin öz sistemini qurtara biləcəyi şəkildə hərəkət edər. Cihad etməkdən, təbliğdən necə xilas olacağı üçün, necə rahat yaşayacağı üçün və müsəlmanlara necə hücum edəcəyi üçün istifadə edər. Məsələn, münafiqlər Peyğəmbərimiz (s.ə.v)-ə qarşı ağlasığmaz dərəcədə kin bəsləyirdilər. Lakin özünü çox günahsız göstərərlər. Məsumluq örtüyünə bürünər, elə bir maska taxar. Baxanda tərtəmiz adam kimi görünər. Məsələn, Drar məscidini düzəldirdilər, çox böyük bir məscid idi. "Ya Rəsulullah! Bizim sənə bir müjdəmiz var" deyirdilər. "Biz gözəl bir məscid qurduq, siz də Drar məscidinə təşrif buyurun" deyirdilər. Halbuki, namərdlər Peyğəmbər (s.ə.v)-ə sui-qəsd etmək üçün oranı silahla doldurmuşdular. Peyğəmbərimiz (s.ə.v)-ə sui-qəsd hazırlayırdılar. Hətta öz aralarında məscidi tərifləyirdilər. "Bura qadın, uşaq filan da gəlmir" deyirdilər. Çünki Rəsulullah (s.ə.v)-in məscidinə xanımlar da, uşaqlar da gəlirdilər. Hətta zarafatlaşırdılar, məscidin içərisində o tərəfə, bu tərəfə qaçırdılar. Belə şeylər onların ağır, əzəmətli, eqoist quruluşlarına ziddir. Münafiq uşaqları heç sevməz, onlara nifrət edər. Münafiqin ən zəhləsi getdiyi şey qadın və uşaqlardır, onları heç xoşlamazlar. Bu cür ağır eqoistlik, münafiqin heç cür əl çəkə bilmədiyi bir istəkdir. Münafiq özünü böyük sayar. Özünü nə qədər böyük saydığını bilirsinizmi? Özünü haşa, Allahdan da böyük sayar. Bunu ancaq öz-özünə və öz aralarında deyərlər. Müsəlmana deməzlər. Müsəlmana yalnız, əgər Peyğəmbərimiz (s.ə.v)-in dövründə yaşayırsa, özünün Peyğəmbərimiz (s.ə.v)-dən daha üstün olduğunu deyərlər. Məsələn: "Mən qadınlardan uzaq dururam. Mən nəfsinə, istəklərinə hakim olan bir insanam. Rəsulullah (s.ə.v) isə, bir çox qadınla evlidir, bir çox cariyələri var. Axşam xanımları ilə birlikdə olur. Hz. Həsən (r.ə), hz. Hüseyn (r.ə) onun yetişdirdiyi kəslərin də qadınlara qarşı böyük istəkləri var. Onlar da bir çox qadınla evləndi. Amma biz övliyayıq. Mən heç öz həyat yoldaşımla da əlaqədə olmuram. Yoldaşımdan uzaq dayanıram. Çünki özümü bütünlüklə Allaha təslim etmişəm. Həya edirəm” deyirdilər. Buna görə Peyğəmbərimiz (s.ə.v)-i ən çox bu nöqtədən, haşa, çətinə salacaqlarını zənn edirlər, bu yolla xanımlarına və ona hücum etmək istəyirdilər. Quranda buna aid bir çox cavablar vardır. Hətta xanımlarından bəzilərinin də bir vaxtlar, o münafiqlərin təzyiqindən Peyğəmbərimiz (s.ə.v)-ə qarşı rəftarlarını dəyişirlər. Allah: "Əgər Allahı, Rəsulunu və Allah yolunda mübarizə aparmaq istəyirsinizsə gəlin mənimlə davam edin. Əgər nəfsinizin arzu və istəklərini istəyirsinizsə gəlin sizi gözəlliklə buraxım"deyir. Bu, bir qadın üçün nə böyük fəlakətdir, Allah göstərməsin. Bax Allah bunu onlara xitab edərək deyir, fövqəladə bir vəziyyət yaranmışdır. Münafiqlər Peyğəmbər (s.ə.v)-i bu cür narahat edirdilər. Ona görə Allah ayədə: "Peyğəmbərə əziyyət verirsiniz, onu narahat edirsiniz” deyir. "Peyğəmbəri narahat etməyin, xanımlarının təhlükəsizliyi üçün pərdə arxasından danışsınlar. Xanımlarına da, sözü ədalı deməsin. Qəlbində xəstəlik olanlar tamah edərlər”-deyir Allah. Bunlar necə bir insandır? Onlar bizim anamızdır, adam belə yerlərdə ikiqat olar, (yerə) torpağa baxar, inşaAllah. Allah bilir necə bir mühit olub ki, Allah pərdə çəkdirir və "sözü ədalı söyləməyin" deyir, xanımlarını da xəbərdar edir. "Və ondan sonra xanımlarını almaq sizə haramdır. Onlar sizin analarınızdır" deyir Allah. Peyğəmbərimiz (s.ə.v)-in dövrü çox çətin idi, oradakı insanlarla çox çətin anlar yaşadı. Peyğəmbərimiz (s.ə.v)həm cahillərdən, həm də münafiqlərdən müxtəlif təzyiqlər gördü.
ADNAN OKTAR: Sən indi zənn edirsən ki, biz izah edirik münafiq dinləyər və çox təsirlənər... Münafiq onsuz da heç maraqlanmaz, təsirlənməz. Münafiqi yalnız hirsləndirər. Münafiqlə əlaqədar olan ayələr yalnız müsəlmanlara təsir edir. "Aman Allah, Allah əsirgəsin, belə olmayım"–deyir və Allaha sığınır.
Münafiqi ən dəqiq cihada çağırmaqla təyin etmək olar. Əgər Qurana baxsaq bunun nə qədər heyrətamiz olduğunu və bu mövzunun həmişə burada düyünləndiyini görərik. Cihad onların ən həssas olduqları mövzudur. Məsələn, münafiqlər eləcə də müşriklər həccə gedərlər bundan çəkinməzlər. Namaz da qılarlar, oruc da tutarlar, zəkat da verərlər, amma bunu əziyyət çəkərək edərlər, ən acı çəkdiyi hadisə budur. Allah ayədə: "mallarınızla və canlarınızla cihad edin"-deyir. Məhz bu ayə onları ən çox yandırıb-yaxan ayədir, çünki malı ilə, canı ilə cihad etməkdən bəhs edilir. Yoxsa münafiq digər bütün ibadətləri yerinə yetirər, qarşı çıxmaz.
OKTAR BABUNA: "Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” dedilər". (Nisa surəsi, 77)
ADNAN OKTAR: Gördüyünüz kimi, hansı ayəyə baxsaq mövzunun bağlandığını görərik. Ayəni hissə-hissə oxu!
OKTAR BABUNA: "Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular".
ADNAN OKTAR: Bax, Allah insanlardan qorxmaqlarını deyir. İndi diqqət edin, Allahdan qorxan kimi, hətta daha da çox insanlara bağlanarlar. Çox möhkəm bağlanarlar. Adamlıq dininin mənşəyi budur, onlar: "millət nə deyər?" məntiqinə uyğun olaraq birbaşa insanlara görə hərəkət edərlər. Məsələn, məktəbə gedər. "Niyə gedirsən?"–soruşsan- "ətrafdakılar nə deyər, insanlar, oxuyan adam desinlər" deyir. "Niyə avtomobil alırsan?"–soruşsan-"Desinlər ki, maşını var"-deyirlər. Həmişə xalqın arasında "desinlər…" fikri ilə hərəkət edərlər, münafiqin əsas dərdi budur. Münafiq insanları ilahlaşdırar. Hər şeyi insana görə, onlardan gələcək mənfəətə görə qiymətləndirər. İnsana pul gətirən bir varlıq kimi baxar, sağlamlığını insanlardan gəldiyini, yeməyin insanlardan gəldiyini fikirləşər... Hamısını insanlara bağladığı üçün insanları bütləşdirər. Yığıncaqlarda filan insanları bütləşdirdiyi üçün insanların bir qismi iflic olarlar. Əli ayağına dolaşar, nə danışacağını bilməz, sanki onları yaradan Allah deyilmiş, haşa. Halbuki, Allah insan görünüşlərini beynində yaradır. Var olan Allahdır, bir də təcəlliləri. Adam bunu unudar. İnsanları ilahlaşdırar, o görüntüləri ilahlaşdırar, Allahı unudar. Bunlar münafiqin xüsusiyyətidir. O yalnız görünüşə bağlanar, ona görə də hərəkət edər. Ən qorxduğu şey də canıdır, canı çox qiymətlidir, yorulmaq, risk etmək, təhlükəyə salmaq və s. bu cür şeylərdən çox şiddətlə çəkinər. Ona görə də: "Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!" deyərək təxirə salmaq istəyərlər. Həmişə təxirə salmaq istəyərlər. Məhz cihad etməyi təxirə salar, yoxsa iş görməkdən qorxmaz, necə lazımdırsa işləyər.
Allah ayədə: "Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər". Məsələn: "...bir ticarət", yəni bir az qazanc əldə etmək bu anormal bir hərəkətdir. Gənə kimi gedər donuzun ən murdar yerinə yapışar. Gənəyə "Nə istəyirsən?" desən "qan sovurmaq istəyirəm" deyər. Belə murdar bir yerdə niyə yaşadığını soruşarsan, "sovurmağa qan var, ona görə burada yaşayıram" deyər. Onun yeganə məqsədi budur, ticarəti də odur. Ən murdar şəraitdə, ən pis yerdə belə, o, oradan bir şeylər qazanmaq istəyər. Allah "...Ya da bir əyləncə" deyir. Məsələn, diskotekaya gedər, dağıdar, əylənər, narkotik istifadə edər. "...Səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər" deyir Allah. Yəni cəhd etməyi, təbliği, Allah yolunda mübarizə aparmağı tərk edirlər. “Tərk etmək” münafiqin xüsusiyyətidir, həmişə qaçar və riyakarlıq edər. "Niyə qaçırsan?"-soruşsan-"ticarət var, mənfəət var, əyləncə var, ona görə qaçıram", deyər. "Burada niyə dayanmırsan?"-soruşsan-"orada təhlükə var, ölüm var, hücum edərlər, təhqir edərlər"-deyər. "Bəs cəhənnəmdə nə edəcəksən, orada da sonsuza qədər qalacaqsan?"-soruşanda da-"onsuz da cəhənnəmə inanmıram ki" deyər. "Cəhənnəmin olub-olmaması məlumdur?"-deyir. Allah da: "bir az gözləsinlər"-deyir, çox az bir müddət-"Kürəklərinə vurularaq canları alınanda" başa düşərlər.
"Yer üzündə fitnə-fəsad çıxararlar" deyir Allah, bu da məsələn, münafiqin xüsusiyyətidir.
"... Sizi acı dilləri ilə (tənqid edib incidərək) qarşılayarlar"-buyurur Allah. Münafiq zəhərli dili ilə tənqid edib incitmək üçün Quranı və hədisi istifadə edər. Öz ağlına görə bu yolla müsəlmanın zəif nöqtəsini axtarar. "Mən buna haradan hücum edə bilərəm?"―deyə düşünər. Müsəlman da Qurana qarşı, hədislərə qarşı, Peyğəmbərimiz (s.ə.v)-ə qarşı həssas davranar. Ona görə də münafiq müsəlmanın vicdana təzyiq göstərmək üçün mütləq Qurandan, hədisdən istifadə edər. Əgər müsəlman dərin bir məlumata sahib deyilsə, münafiqin təsiri altına düşə bilər, özünü günahkar hesab edər və yaxud bu yolla müsəlmanları özünə tərəf çəkə bilər. Çünki münafiqin bir xüsusiyyəti də odur, həm dağıtmaq, həm də dağıtmamaq istəyər, tərəddüd içində qalar.
"...Lakin Allah yolunda əziyyət çəkərkən insanların (ona qarşı yönəltdikləri işgəncə) fitnəsini Allahın əzabı kimi qəbul edər". Məsələn, həbs olunmaqdan, tutulmaqdan yaxud təhqir edilməkdən və ya təzyiqdən çox qorxar, bunları eşidəndə əsəbləşər. Tutulsa: "Mən, Allah yolunda mübarizə aparıram, lakin Allah məni həbsə atdı. Allah yolunda mübarizə aparıram, amma Allah insanları mənə hücum etdirdi" deyər. Haşa. "Buna görə Allaha inanmıram" deyər. İmtahanın sirri də buradadır. Mömin burada Allaha sarıldığına görə cənnəti qazanar. Münafiq də nəfsinə sarıldığına görə cəhənnəmi qazanar, bu da onların əyləncəsi olar.
"İman edənlərlə qarşılaşdıqları zaman: "İman etdik" deyərlər. Əlbəttə ki, tək elə “iman etdik" deməklə iş qurtarmır. Bəzilərinin başında sarığı, əlində təsbehi olar. Cibindən təsbehini çıxarar. Başında sarığı, hətta yanında misvakı, gümüş əqiq daşlı üzüyü, hər şeyi yerli-yerində olar. Nəyi əskikdir bilirsinizmi? Cihad etməyi və zəkat verməyi, yəni Allah yolunda pul xərcləməsi əskikdir. Sırf bu iki şeyi münafiqdən istəmək olmur. Əgər münafiqdən bu iki şeyi istəməsən, onunla bir yerdə qalmaq olar, problem çıxartmaz. Bir cihad etməz, Allahın dinini yaymaz, bir də malını, mülkünü, pulunu Allah yolunda sədəqəverməz. Əgər bunları münafiqlərdən tələb etməsən problem yaranmaz, çünki münafiq eşşək kimi işləyər, donuz kimidir. Tarlaya buraxıb eşşək kimi işlədə biləsən, eşşək kimidirlər. "Haydı cəhd edin"-deyəndə-"aman, aman”-deyib hoppanar-düşər. Ruhu buna qarşı reaksiyaya girər, qəbul etməz. Çünki canını çox sevir, canı şirindir.
"İman edənlərlə qarşılaşdıqları zaman: "İman etdik" deyərlər. "Yəni müsəlmanlarla qarşılaşanda namaz qılar, oruc tutar, həccə gedər. Həccə gəzmək yeri kimi baxarlar.
"Şeytanları ilə baş-başa qaldıqlarında isə" yəni tək qalanda yaxud özləri kimi fırıldaq münafiqlərlə olanda "Şübhəsiz, sizinlə bərabərik. Biz (onlarla) yalnız lağ edirik" deyərlər”.
Başqa bir yoldaşı "sən onunla Quranla danışdın" deyir. "Bəs nə edim? Əlbəttə ki, onlar başqa yolla anlamazlar, Quranla danışacağam, onlar yalnız Qurana inanar" deyir. "Qurana nə ehtiyac var idi?" deyir. "Elə bil başqa cür yol var, varsa mənə de" deyir. Haşa, Allah bağışlasın, onların üslubuna görə. Ona görə münafiqin Qurandan ayə deməyinə, hədis danışmağına aldanmaq olmaz. Onları ancaq cihaddan çəkinməkdən tanımaq olar. Yəni qarışdırmamaq üçün həmişə bu ölçünü nəzərdə tutmaq lazımdır.
"Bəs münafiq olanlar və ürəklərində xəstəlik olanlar: "Allah və Elçisi, bizə yalandan başqa bir şey vəd etmədi" deyirdilər". İndi hz. Mehdi (ə.s) Axırzamanda çıxıb nə deyəcək? "Hz. Mehdi (ə.s) çıxacaq, İsa (ə.s) zühur edəcək və İslam əxlaqı dünyaya hakim olacaqdır" deyəcək. On il keçər, çıxmaz, iyirmi il keçər çıxmaz, otuz il keçər çıxmaz. "Ömrümüz nə qədərdir ki? Bezdim" deyər. Yəni arxasınca deyər. Ayədə (ayə təxminən belə tərcümə olunur): "qısa bir vaxt ərzində dərhal nəticə alacaqlarını bilsələr sizinlə birlikdə gələrdilər"―deyə bildirir Allah. Allah “amma gediləcək yol onlara uzun gəldi" deyir. Allah da onları uzun müddətlə sınayar. Bu imtahanın xüsusiyyətidir, məsələn, hz. Musa (ə.s)-ı 40 il səhrada gəzdirmişdir, hz. Şuayb (ə.s) qızlarını evləndirmək üçün də 8 il gəzmişdir. "Əgər 8 ili 10 ilə uzadıb tamamlasan o da səndəndir" deyir. 10 il çox uzun bir müddətdir.
"Münafiqlər və ürəklərində xəstəlik olanlar: "Allah və Elçisi, bizə yalandan başqa bir şey vəd etmədi" deyirdilər". Məsələn, vaxt gələcək onlar: "bu Mehdi deyil, yalanmış, boş yerə bizi aldatdı" deyəcək. Belə hallar hətta hz. Mehdi (ə.s) cəmiyyətində də olacaq. "Sən bizə İslam əxlaqının hakimiyyəti olacaq"-dedin- "amma 10 il keçdi, olmadı, 20 il keçdi, olmadı. 30 il keçdi, olmadı. Sən bizi bir yalanla aldatdın" deyəcəklər. Çünki adam sərmayə qoyarkən iki yatırmışdırsa, on götürəcəyini fikirləşir. Çünki gəncliyini, vaxtını həsr etmiş, amma sonda çox böyük bir nəticə, mehdiliklə bol qazanc, bol pul, rahatlıq, etibar qazanacağını zənn edirdi. Halbuki, mehdiyyətin nəicəsində belə bir şey olmaz. Mehdi tələbələri sonda da yenə təvazökar, sadə yaşayacaqlar, yəni onun yatırtdığı pulun əvəzinə yüz misli qarşısına çıxmaz. Əlində pulu qalıbsa hz. Mehdi (ə.s)-a biat edəndən sonra onlar da gedər. Gəncliyinin çox hissəsini həsr edibsə qalan hissəsini də verəcək. Çünki Allah rizası üçün yola çıxmışdır. Mehdiyyətdə pul sərmayə qoymaq və əvəzində qat-qat artığını götürmək olmaz. Ona görə sərmayə qoyan axmaq münafiqlər bir müddət keçəndən sonra: "Biz axmaq olmuşuq, gör nə etmişik biz" deyir. "20 ilimizi verdik, pul verdik, imkan verdik, bu hz. Mehdi (ə.s) isə çıxmadı, İslam əxlaqı da hakim olmadı. “Vay halımıza, aldanmışıq”. Allah ayədə: "münafiqlər: “yapışacaq yeriniz qalmadı, dönün artıq” deyərlər". Allah onları ən zəif yerindən tutur, münafiqlər uzun müddət dözə bilməz. Münafiqlərin zəif nöqtələrindən biri də müddətdir. Quran buna işarə edir. Allah açıq-aşkar: "gediləcək yol onlara uzun gəldi, qısa olsaydı arxanızca gələrdilər, bir qazanc əldə etsəydik" deyir. Münafiq tələskəndir, dərhal qazanc yeri axtarır. Halbuki, möminlər elə deyil, Allahın razılığını axtarın deyər və axirətə görə hərəkət edər, Allah rizasına görə hərəkət edər. Onun mükafatı Allahın razılığı olar, başqa bir şey istəməz. Amma münafiq məhz mal-pul, imkan, saraylar və s. istədiyinə görə sıxılar, darıxar. Əsl sürprizləri isə İslam əxlaqı hakim olanda olacaq. Onlar: "Biz İslam əxlaqını dünyaya hakim etdik, sən də hər halda Mehdisən" deyəcəklər. "İndi isə artıq saraylar, əyləncələr qarşımıza çıxsın" deyəcəklər. Hz. Mehdi (ə.s) isə: "Axmaqlıq etməyin. Allah rizası üçün hərəkət etdiyinə görə, sən yalnız Allahın razılığını istəməlisən. Belə münafiq danışığından, üslubundan istifadə etmə. Buna görə sənin bundan bir maddi qazancın ola bilməz, maddi bir mənfəət güdə bilməzsən" deyəcək. İnşaAllah.
ADNAN OKTAR: Münafiq şüuraltında münafiq olduğunu bilər, amma instinktiv olaraq bilməz. Özünü o cəhətə istiqamətləndirər. Hətta əksinə çox dürüst insan olduğuna, çox namuslu olduğuna, namusunu qoruduğuna, insanları düz yola dəvət etdiyinə, islah etdiyinə, muslih olduğuna (yəni düz adam olduğuna) inanar. Ayədə deyildiyi kimi: "biz islah edənlərik” deyir. O ağılda olarlar. Amma çox fırıldaq və saxtakardırlar, lakin bunu ətrafdakılara büruzə vermədiklərinə görə münafiq deyilir. O, yalnız çox diqqətli baxışla, dərin məntiqlə təyin edilə bilər, Allahın istəyi ilə.
Məsələn, Tövbə surəsi, 54-cü ayədə belə buyrulur: “Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və Onun Elçisinə küfr edir”. Yəni bunlar infaq edər, amma Allah qəbul etməz. Çünki bunlar malını, mülkünü istəməyərək, canları yana-yana verərlər. Malı çıxanda elə bil ətindən qopardırlar. Ömürlərinin sonuna qədər də bunun dərdini çəkərlər. Lətifədə keçən “Eşşəyi oğurlanmış kəndli kimi” həmişə: "Aman, aman gör necə də oğurlatdıq, necə də əlimizdən çıxdı..." deyərlər. Ömrü boyu bunun dərdini çəkərlər. Onu Allah üçün verdiyini düşünmədiyi üçün qumarda verilən pul kimi hesab edər. Necə qumarda pul qoyarsan və udanda qat-qat çox qazanarsan, bunlar da Allah yolunda sərf etdikləri malı, pulu qumar kimi fikirləşiblər, amma qumar oynadığını və qumarda uduzduğunu düşünürlər. Məsələyə qumarbaz məntiqi ilə yanaşar. Buna görə də bunun əziyyətini çəkər. Qumarbaz necə itirdiyində peşman olursa, bunlar da "beş qoyduq, əlli götürəcəkdik, amma itirdik" deyərək peşman olar. Qumarbaz kimi həmişə əzab-əziyyət çəkər. “Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və Onun Elçisinə küfr edir”. Bir sözlə, özlərini haşa, Allahdan üstün tutarlar. Bir də elçisini tanımazlar, imam qəbul etməzlər, yəni lideri kimi, öz üstündə bir idarəçi kimi qəbul etməz. Münafiqin ən xoşlamadığı mövzulardan biri də budur. Şeytanın da ən çox acığı gələn budur. Necə ki, Allah: "Səcdə edəcəksən" deyir, bu onun çox acığına gəlir. Münafiq də eynilə iblis kimidir, kiməsə itaət etmək istəməz. Ona görə itaətdən qaçar. Müsəlmanların yanından qaçmasının ən böyük səbəblərindən biri də budur. Həm də infaq etmək istəmədiklərinə görə, çox az da olsa infaq edəndə əziyyət çəkərlər. İkincisi də itaət etməkdir. Çünki münafiq ancaq şeytana itaət edər. Başqa heç kimə itaət etməz. İblisin əmrindədir. Ona görə itaət etmək onun qüruruna toxunar. Ayənin davamında Allah: "namaza tənbəlliklə qalxır və (mallarını) könülsüz xərcləyirlər" deyir. Münafiqlər namaz qılmağı heç xoşlamazlar. Amma özünü çox xoşlayan kimi göstərər. Ən çox istəmədiyi şey namazdır. Tək olanda namaz qılmazlar, amma yanlarında başqaları olanda, başlarına sarıq taxarlar, təsbehi götürərlər, özünü itirmiş kimi ibadət edərlər. Özünü huşu içində namaz qılan kimi göstərmək münafiqin xüsusiyyətidir. Sonra Allah belə buyurur: "və (mallarını) könülsüz xərcləyirlər". Amma bu xoşlarına getməyərək pul xərcləmələri, insanların nəzərindən qaça bilər. Allah yolunda mal-pul sərf edəndə elə bil kəlbətinlə ətindən qopadırsan, o cür əziyyət çəkərlər. Münafiqlərə ən çox əziyyət verən mövzulardan biri də budur.
Məhəmməd surəsi, 29-cu ayədə Allah belə buyurur: "Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?". Münafiqlərdə ağlagəlməz bir kin vardır. Əvvəldən çox kinlidirlər. Bəslədikləri kini müxtəlif formalarda ifadə etmək istəyər, amma o namərd ruhu, o pozğun ruhu və o riyakar ruhu ona icazə verməz. Çünki eqoistdirlər, lakin itaətkarlılıqla itaətsizlik eyni anda yaşanmadığına, özünü itaətkar kimi göstərməli olduğuna görə kinini gizlədər. Amma çox böyük kin bəsləyərlər. Münafiqlər şeytan kimi nifrət edərlər. Eyni ilə onlarda şeytanın ruhu vardır. Münafiq şeytanın insan halında olan surətidir.
Mucadilə surəsi, 10-cu ayədə Allah buyurur: "Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər". Yənimünafiqlər həmişə gizli yığıncaqlar təşkil edərlər. Müsəlmanları guya narahat edəcəklərini, onları üzəcəklərini, hirsləndirəcəklərini fikirləşərlər... Halbuki, münafiq müsəlmana qida kimidir. Onların gücü, qüdrəti olar, əzmini, mübarizəsini, şövqünü artırdıqca artırar, maşAllah. Amma o ağılsızlar isə, əlbəttə, ki, pislik etdiklərini fikirləşərlər.
Allah münafiqlərin xarakterini Qələm surəsi 10-13-cü ayələrdə belə açıqlayır: "…hər tez-tez and içənə, alçağa". Yəni münafiqlər həmişə Allahın adını xatırlayaraq yalan danışarlar, özlərini həmişə çox müttəqi kimi göstərərək hərəkət edərlər. "Alçaq" deyir Allah, çox alçaq və namərddirlər. Allah "qeybət edənə, söz gəzdirənə" deyir. Həmişə müsəlmanları lağa qoyarlar və pisləyərlər, dayanmadan tənqid edərlər. Məsələn, bir iş görəndə: "burasında səhv var, burada filan səhv etdilər" deyərlər. Yəni öz xaraktersizliyini, iblisliyini heç, özünün mübarizədən çəkindiyini, müsəlmanlara qarşı olan kinini fikirləşməz, həmişə müsəlmanları tənqid edərlər, pisləyərlər və özü lazım bildikdə düzgün, lazım bilmədikdə səhv hesab edər və həmişə tənqid edib pisləyər. Allah "söz gəzdirən" olduqlarını deyir. Namərd olduqlarına görə daim kəşfiyyatdaymış kimi hərəkət edərlər (müsəlmanları güdərlər), müsəlmanlar haqqındakı məlumatları həmişə gəzdirər. Küfrə, digər münafiqlərə söz aparıb-gətirər, müsəlmanların düşmənlərinə xəbər aparar. Gizli iş gördüyünü zənn edər. Ayədə "xeyirə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana" deyilir. Yəni İslam əxlaqının dünyaya hakim olmağına mane olmaq istəyər. İslam Birliyinə mane olmağa çalışar, hz. Mehdi (ə.s)-ın çıxışının qarşısını almaq istəyər, hz. İsa (ə.s)-ın enişinə mane olmağa çalışar. Amma bunu əlbəttə ki, "hz. İsa (ə.s) gəlməsin, hz. Mehdi (ə.s) gəlməsin" deyərək deyil, şeytanın hiyləgər üsulları ilə edər. Allah: “Daş ürəklidirlər” deyir. Yəni təcavüzkar, cinayətə meyllidirlər, çox namərddirlər. Bu cür xüsusiyyətləri Hitlerdə, Mussolinidə, hz. Mehdi (ə.s)-ın dövrünün münafiqlərində, Peyğəmbərimiz (s.ə.v)-in dövrünün münafiqlərində də görə bilərik. Pozğun təcavüzkar kimi həddindən artıq daş ürəkli, təcavüzkar və namərddirlər. Televiziyalarda bəzən görərsiniz pozğunların təcavüzkarlığını, münafiqlər də o tərzdədirlər. Allah "…Əsli-nəsəbi bilinməyən qulağı kəsiyə (haramzadaya)" deyir. Çünki Quranın təməl hökmlərinə qarşı könülsüz və qəzəblidirlər. Yəni İslam Birliyinə qarşıdırlar, İslam əxlaqının dünyaya hakim olmasını istəmirlər. “Kobud-hörmətsiz”, yəni çox hörmətsiz və mədəniyyətsizdirlər. Kobudluqla, güc tətbiq edərək işləri həll etməyə çalışar. Hitlerdə də, Mussolinidə də bütün faşistlərdə, Lenində də və bütün tipsiz, namərd münafiqlərdə bu xüsusiyyətləri görmək olar. Çox kobud və hörmətsizdirlər. Münafiqlər hörmət etməyi heç sevməzlər. Çox səmimiyyətsiz formada hörmət edərlər. Məsələn, fərz edək bir şeyxin yanındadır və əli-qolu bağlıdır, amma nə Allaha qarşı, nə Peyğəmbər (s.ə.v)-ə qarşı, nə də o şeyxə qarşı hörmət bəsləmirlər. Bu vəziyyətdə onlar özlərini hörmət edən kimi göstərərlər. Amma bir fürsət tapan kimi, dərhal o namərd xarakterini göstərər və açıq-aşkar hörmətsizlik etməyə başlayar. Taktikadan istifadə edərlər. Ayənin sonunda Allah: "qulağı kəsiyə", yəni tamamilə it-köpək dəstəsidir.
ADNAN OKTAR: Bəli, Quranda münafiqun və münafiqatlarla əlaqədar ayələr var. Münafiqlərin bir xüsusiyyəti vardır, qadın düşmənidirlər. Yəni tarixin ən qədim dövrlərinə baxsaq ya qadınları yandırdıqlarını, ya faciəvi şəkildə öldürdüklərini görərik. Belə nakam və xəstə tiplərdir, pozğundurlar. Qisaslarını qadınlardan almağa çalışarlar. Yəni manyak tiplərdir. Ona görə qadını faciəvi şəkildə döyər və yaxud faciəvi şəkildə öldürərlər. Bu münafiqin xarakteridir. Həm də qadınlara qarşı etibarsızlıq duyarlar, həddindən artıq nifrət edərlər, Quranı açın, baxın. Münafiqlərin bu cür xüsusiyyətlərinin olduğunu görərsiz. Məsələn, qız uşaqlarını götürüb basdırarlar, nifrət edərlər. Qız, qadın görən kimi nifrət edər. Qadına qarşı olan sevgiyə də heyrətlənərlər. Peyğəmbərlərin, səhabələrin qadınlara, uşaqlara qarşı olan sevgilərinə, şəfqətə təəcüblənirdilər.
Münafiqlərdə çox böyük bir qürur və əzəmət hissi vardır. Ona görə şeytan çox yaxşı analiz aparar. Münafiqin ruhuna nə xoş gəlirsə, məsələn eqoizm, qürur kimi xüsusiyyətləri təmin edən sistem tapar. Məsələn, “faşizm”. Faşist çox qürurlu, eqoist, azğın, qan tökən olar. “Faşist” tamamilə şeytanın dizaynıdır. Yəni faşizmi meydana gətirənlər şeytanı bir masaya qoyurlar. "İndi bizim ustadımız sənsən" deyirlər. "Bu nə istəyər, bir baxaq, fikirləşək? Birinci, qan istəyər, ikinci, qadın düşmənliyi, üçüncü də xurafat istəyər". Faşizmin xurafata çox ehtiyacı vardır. Hitlerin, Mussolininin xurafatlarının ucu-bucağı yoxdur. Düzdür, şeytan faşizmi istəyər, amma şeytan bununla kifayətlənərmi? Əlbəttə ki, xeyr, faşizmə zidd olan sistemdə olmalıdır. Şeytan bir az rəngli şeyləri də bəyənər. Məsələn, “Kommunizm”. Kommunizmdə də qan, qürur var. Məsələn, kommunistlərin əksəriyyəti çox eqoist olarlar. Yəni dəli kimi inadkar olarlar. Məsələn, PKK-da bunu görürük. Yəni işi psixopatlıq dərəcəsinə çatdırarlar, bu da olmasa özünü yandırar, şeytan onları artıq dəli etmişdir. Şeytan kimi qürurlu olarlar. Hökumət onlara: “sizləri vətənə gətirək, adam kimi hərəkət edin” deyir. “Onların Cənub-şərqdən sinələrini qabağa verərək gəldiklərini gördünüzmü? Niyə sevinirsən, nə etdin ki, sinəni irəli verərək gəlirsən? Əksinə utanmalısan, başını aşağı əyməlisən. Mənim aslan kimi əsgərlərimi şəhid etməyiniz bəs deyil, hələ sinənizi gərərək gəlirsiz, əsgərləri siz öldürməsəniz də sizin dostlarınız, sizin qrupdan olanlar şəhid edib. Buna görə utanmalısınız, başınızı aşağı əyərək, üzr istəyərək gəlməlisiniz. Sinələrini gərərək gəldiklərini görəndə hamı əsəbləşdi, elə mən özüm də çox hirsləndim, inşaAllah... Təcavüzkarlıqlarının da kökündə qürur və qadın düşmənçiliyi vardır. Bədbəxt insanlardır, məsələn, kommunist qadınlara baxsanız çox bədbəxtdirlər. Gözəl kommunist qadın görə bilməzsən, ümumiyyətlə, əksəriyyəti çirkindir. Özlərinə baxmazlar, geyimləri cırıq-cırıq, pis vəziyyətdə olar. İstisnaları çıxsaq, əksəriyyəti belədir. Faşist qadınlar da elədir, həmişə bərbad gündədirlər. Eynilə mafiya qadınları kimidirlər, qatil görünüşündə olarlar. Qadına bənzəməzlər, kişiyə xas və çox quru və qanıacı olarlar. Hətta onların dəriləri, əti, sümüyü belə fərqli olar, xoşagəlməz quruluşda olarlar. Hitlerin, Mussolininin, Frankonun dəstəsinə baxsanız bunu dərhal başa düşərsiniz. Çox böyük xırdaçı, böyük üstünlük, əxlaq və ədəb iddiasında idilər. Məsələn, Hitler özünü dünyanın ən əxlaqlı insanı hesab edirdi. Halbuki, dünyanın ən əxlaqsızı idi. Hər münafiqin xarakterində bu vardır. Dünyanın ən əxlaqsızı olduğuna baxmayaraq özünü dünyanın ən əxlaqlı insanı sayırlar. Məsələn, Lenin də çox əxlaqsız bir adam idi, amma ondan soruşsan özünü dünyanın ən əxlaqlı insanı hesab edərdi. Buna aid yazıları var. Mussolini, dünyanın ən əxlaqlı olduğunu və qurduğu sisteminin də ən əxlaqlı insanlar yetişdirdiyini iddia edirdi və çox dolaşıq təfərrüatlara əsaslanırdılar. Hamısının da ortaq xüsusiyyəti qadın nifrətidir. Məsələn, Hitler, Mussolini, Franko, Lenin pozğun olub, hamısı azğın insanlar idi. Bunun açıq-aşkar isbatları var. Bunların dəstəsi də eynilə özləri kimi pozğun olublar, bunun həm şahidləri, həm də isbatı var. Ağılları və məntiqləri bu istiqamətdə olub. Ona görə şeytanın düzəltdiyi bu fəlsəfələri araşdırmaq üçün şeytanı yaxşı tanımaq lazımdır. Şeytanı yaxşı tanısaq bunları bütünlüklə təyin etmək olar.
Məsələn, faşistlərin, kommunistlərin qüruru alçaldılanda yanlış olan mənalar çıxardarlar, anormal, boş-boş izahlar verərlər. Məsələn, əxlaqsızlığını bildirəndə, bu əxlaqsızlığı müdafiə etmək üçün anormal məntiqlər, ortaya qoyar, izah edərlər və qarşı tərəfi günahlandıraraq özlərini haqlı çıxarmağa çalışarlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in dövründə də elə idi. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in Zeynəb anamızla olan izdivacını çox vacib bir məsələ kimi ortaya atdılar. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı bunu bəhanə gətirərək istifadə etmək istədilər. Allah da ayə ilə Peyğəmbərimiz (s.ə.v)-in haqlı olduğunu, gözəlliyini və düzgün olduğunu onlara bildirdi. Peyğəmbərimiz (s.ə.v)-in evliliklərindən narahat olarlar, Allah onu da ayələrlə bildirdi. Bu səfər xanımlarından istifadə edərək onu narahat etməyə başladılar. Allah bunu da bildirdi. Məsələn, hz. Məryəmin dövründəki münafiqlər hz. Məryəmin əlindən, üzündən nur axdığına baxmayaraq, tərtəmiz olduğunu bildikləri halda ona böhtan atmaq istədilər, Allah onu bu böhtandan da təmizlədi, pak etdi. Münafiqlər hz. Musa (ə.s)-ın gücünü, babamızın iqtidarını, cəsurluğunu, görünüşünü qısqandılar və həsəd apardılar. Buna aid ayə var. Allah: "onların böhtanlarından onu təmizlədi və xilas etdi" deyir. Hz. Musa (ə.s)-ın, Rəsulullah (s.ə.v)-in gücünü qısqandılar, onlar mənim babalarımdır, onlarla fəxr edirəm. Allah cənnətdə qat-qat daha gözəllərini nəsib etsin, inşaAllah.
Ona görə müsəlman həyatı münafiq üçün bir əzabdır. Münafiqlərə hal-hazırda ən çox əzab verən kimdir bilirsənmi? Hz. Mehdi (ə.s)-dır. İndi xalq deyir ki, biz hz. Mehdi (ə.s)-ın kim olduğunu bilmirik. Həqiqətən, mən də bilmirəm, mən də axtarıram. Amma münafiqlər onu tanıyarlar. Hansı münafiqdən soruşsan, şüuraltında hz. Mehdi (ə.s)-ın kim olduğunu bilirlər. Çünki şeytan: "sənin ən düşmənin odur" deyir. "Dərhal buradan onun kim olduğunu başa düşər. Yəni indi dünyada hz. Mehdi (ə.s)-ı tanımayan münafiq yoxdur. Hamısı tanıyar, maraqlananlara da eşitdirilər. Amma mömin əlbəttə ki, Allahu aləm qəlbən tanıyar. Allahu aləm o, deyər. Və vicdanı ilə qərar verər, dəstək olar, anlayar.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Bəqərə surəsi, 14-cü ayədə Allah belə buyurur: "Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” deyirlər". Bunlar hər yerdə, həmişə müsəlman olduqlarını deyərlər. Heç soruşmamış deyərlər. Nədənsə belə günahkarlıq hissi ilə həmişə müsəlman olduqlarını hiss etdirməyə çalışarlar. Təqva sahibi olduğunu, oruc tutduğunu, namaz qıldığını həmişə vurğulamağa çalışarlar. "Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!” deyirlər". Yəni: "Qurandan, dindən bəhs edirik, bu haqda danışırıq, yaxud onları tənqid edirik, amma bizim məqsədimiz bu deyil" deyir. Münafiq bütün bunları kimə deyir bilirsinizmi? O, bunları ürəyindəki şeytana deyir. "Ey iblis, heç şübhə etmə, biz dostuq və sizinlə birik" deyir. Yəni bütün şeytan dəstəsi ilə birdirlər. "Biz, yalnız müsəlmanlara lağ edirik” deyir. “Biz onları tənqid edərik, onlara böhtan atarıq, amma bizim məqsədimiz onların yaxşı, düz olması və yaxud onların bir qüsurunu gördüyümüzə görə deyil. Bizim məqsədimiz yalnız lağ etmək, onları narahat etməkdir. Yoxsa mənim belə bir niyyətim yoxdur. Həqiqətən də sənin tərəfindəyəm, ey şeytan" deyir. Bunlar münafiqlərin xüsusiyyətləridir.
Şeytandan Allaha sığınıram, Nisa surəsi, 77-ci ayədə Allah belə buyurur: "Onlara vuruşmaq vacib edildikdə". Məsələn, Axırzamanda hz. Mehdi (ə.s): "Bu Allahın əmridir, gəlin İslam əxlaqını yayaq, dünyaya hakim edək" deyəcək. "İçərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular". Münafiqin ilahlaşdırdığı şey insanlardır. Yəni insanlar, münafiqlər üçün çox əhəmiyyət kəsb edir. Hər şeyi onlara görə fikirləşər, onlara görə nizamlayarlar. İman edənlər kimi, birinci, "Ey Rəbbimiz!" deyərək müraciət edir. Sonra isə həyasız, tərbiyəsiz bir üsluba keçir və: “Rəbbimiz, vuruşmağı nə üçün bizə vacib etdin?” deyirlər. Bunların azğınlığının dərəcəsinə bir baxın. Haşa, Allaha belə xitab edərlər? Tamamilə münafiq ağlıdır. Təkəbbür hissindən qaynaqlanır bu, Allahdan daha böyük olduğunu fikirləşir. "Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” dedilər". Diqqət edin, yüngül ağlı ilə çox ağıllı olduğunu hesab etdiyinə görə, haşa, Allahdan daha ağıllı olduğunu zənn edir. Ona görə özünü haşa Peyğəmbər (s.ə.v)-dən də, hz. Mehdi (ə.s)-dan da ağıllı hesab edərlər. Yalnız öz ağılsızlılaırını görə bilmirlər, elə bil at eynəyindən baxırlar. Bir qismini görər bir qismini görməz. "Bizə yaxın vaxtadək möhlət verəydin!" deyirlər. Elə bil Allaha ağıl verir, haşa. Bu iş də şeytanın vəsvəsəsi ilə olar, münafiqdə də eyni şeyi görərsən.
Allah Bəqərə sürəsi, 11-12-ci aylərində belə buyurur: "Onlara: “Yer üzündə fəsad törətməyin!” deyildiyi zaman". Bu ifadə münafiqlərə fəsad çıxartmamaları üçün deyilir. Allah “Gedib küfrün bağrına yapışıb onlarla yaşamaqdansa gəlin müsəlmanlarla birlikdə olun, İslamı təbliğ edin, yayın" deyir. Onlar isə: "Biz müsəlmanlarda bu səhvləri gördüyümüzə görə onların yanından ayrıldıq” deyirlər. Halbuki, yanına getdikləri münafiqlərin səhvləri trilyonlarladır. Müsəlmanlarda gördüklərini iddia etdikləri səhv onların səhvlərinin yanında çox cüzidir. Bu da sizin yalanınızdır. Cüzi ilə, trilyonlarla səhv müqayisə olunmazdır. Əgər bu qədər dürüstsünüzsə niyə heç nəticəsini fikirləşmədən bu cür alçaqlara qoşulursunuz? O cüzi səhvi bəhanə gətiriməyiniz də bir uydurmadır, özünüzün görə bilmədiyiniz bir həqiqətdir? İblis gözü ilə baxdığına görə bir gözəllik görəndə də onu tərsinə görərlər. "Onlara: “Yer üzündə fəsad törətməyin!” deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” deyirlər". Bu, münafiqlərin ümumi xüsusiyyətidir. Məsələn, Hitler də, Mussolini də: "Mən xeyirxahlıq etməyə gəldim" deyirdi. Münafiq də: "Xeyirxahlıq etməyə gəldim" deyir. Sən əvvəl yaxanı şeytanın əlindən qurtar sonra digərlərinə xeyirxahlıq et. Allah "Bilin ki, onlar fəsad törədənlərdir" deyir. Baxın dünyanı fəsada çevirdilər, 350 milyon insanın qətlinə səbəb oldular. "Amma (bunu) başa düşmürlər" deyir Allah. Yəni heyvan kimidirlər, dərk etmirlər.
Tövbə surəsi, 49-cu ayədə Allah belə buyurur: "Onlardan eləsi də var ki:”―burada Allah, münafiqlərin bir hissəsindən bəhs edir. "Mənə izn ver (döyüşə getməyim), məni günaha (fitnəyə) batırma!” deyir". Yəni: "Mən gedim, çünki siz burada fitnə çıxaracaqsınız" deyir. "Necə fitnə?"―deyə soruşursan. Deyir: "yaxşı qardaş, bu Quranın 99%-ni yerinə yetirdiyiniz başa düşdük, bəs bu qisim nə deməkdir, biz anlamadıq. Ona görə biz gedirik”. "Hara gedirsən?" deyirik. "Donuzun peyininin içinə" deyir. Sən yarım santimetrlik bilmədiyin haqq olan, amma çəp gözünlə qüsurlu gördüyün üçün, milyonlarla tonluq peyinin içinə girirsən, bu necə olur? Deməli, sən əxlaqsızsan. "Mənə izn ver (döyüşə getməyim), məni günaha (fitnəyə) batırma!” deyir. Yəni: "Məni fitnəyə qatma, çünki siz fitnə çıxarırsınız”. Müsəlmanlara “Mən gedəcəyəm” deyir. Allah "Doğrusu, onlar artıq günaha (fitnəyə) batmışlar" deyir. Yəni artıq o peyinin içinə girmişlər. Diqqət etsəniz Allah: "(günaha, fitnəyə) yanaşdılar və ya toxundular"-demir-“birbaşa pisliyin (günahın, fitnənin) içinə girdilər, düz ortasındadır” deyir. Münafiqin xüsusiyyəti budur. Amma çox qürurlu və eqoistdirlər, ağılsız olduqlarına görə heç kimin sözünə də qulaq asmaz. Məsələn, Hitlerə nə qədər izah etsəydin, danışsaydın, yenə də başa düşməyəcəkdi.
Allah Nisa surəsi 139-cu ayədə belə buyurur: "Möminləri qoyub kafirləri (özlərinə) dost tutanlar gücü və əzəməti onlarda axtarırlar?" Yəni: "qüvvət və qüruru bu murdar qrupun, donuz pisliyinin içindəmi axtarırsınız, ey münafiqlər?" deyir Allah. Allah burada eqoizmə, qürura, izzətə, böyüklüyə diqqət çəkir. Yəni münafiqin iki şeyə ehtiyacı var. Birinci, güc axtarır. Güc, yəni pul, kafirlərin gücü, onların dəstəyi nəzərdə tutulur. İkincisi, isə eqoizm, əzəmət və təkəbbür axtarırlar. Allah da bütün bu xüsusiyyətləri: "Onların yanındamı axtarırlar?" deyir. Yəni bataqlığın, peyinin içində axtarırlar. Əlbəttə ki, axtardıqları şeyləri tapdığını zənn edir. Allah da: “Halbuki, qüvvət və əzəmət tamamilə Allaha məxsusdur”-deyir. Yəni bütün güc və qürur, Allahındır, onlar əbəs yerə eqoistcəsinə davranırlar, orda-burda güc axtarırlar. “Bataqlığın içindəsiniz" deyir Allah.
Maidə surəsi, 80-ci ayədə belə buyrulur, şeytandan Allaha sığınıram: "Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən". Məsələn, müsəlmanların yanında dayana bilməyən bu adamlar, azğınlarla, əxlaqsızlarla bu cür murdar həyat yaşayırlar. Allah "dostluq etdiklərini görərsən" deyir. Yəni yapışır onlara və onların murdar yerlərində yaşayırlar. Rəsulullah (s.ə.v)–in dövründəki münafiqlər də elə idi.
Mömin surəsi, 19-cu ayədə Allah: “(Allah) gözlərin xaincəsinə baxışını və kökslərin (nələr) gizlətdiyini bilir". Yəni diqqətlə gözlərinə baxılsa o xainlik, nifrət, alçaqlıq bunların gözündə görünər. "Və kökslərin (sinələrinin) saxladıqlarını Allah bilər" deyir. "Amma Mən istəsəm, onların gözlərindən bunu başa düşərsiz" deyir. Yəni Allahın icazəsi ilə gözlərindən hər şey aydın olur. Həm də: "onların pis danışıqlarından da başa düşərsən" deyir Allah. Burada Allah, iki dəlil verir. Allah "Danışdıqları zaman onlara qulaq asarsan" deyir. Çünki münafiqlər məntiqli danışarlar, amma ağıllı danışmazlar. Şeytani və qüsursuza yaxın məntiq əlaqəsi vardır. Şeytanın ağlı ilə hərəkət etdiyinə onları görə çox ağıllı zənn edərsən. Budaqdan budağa tullanarlar, həmişə oyun oynayarlar. O yalandan bu yalana, o taktikadan bu taktikaya keçərlər, həmişə bu cür oyun oynayar və bunu inkişaf etdirərlər. Böyük bir məntiq işlədər. Ona görə zəif məntiqlə və yaxud orta bir məntiqlə düşünənlər bəzən onların haqlı olduqlarını bilərlər, yəni uyğun görünər. Ona görə Allah "danışdıqları zaman onlara qulaq asarsan" deyir. Danışdıqlarına qulaq asmaq maraqlı gələr, çünki söhbətlərinə yalnız məntiq hakimdir, amma ağılları heç yoxdur. Diqqət edin, Allah "(Allah) gözlərin xaincəsinə baxışını... Allah bilir" deyir. Yəni bəzən mürşid, vəli insanlar bunların gözündəki xainliyi görər, hiss edər, başa düşərlər. Onlar gözlərindəki baxışları ilə özlərini büruzə verərlər. Yəni diqqət çəkər, aydın olar, inşaAllah.
Tövbə surəsi, 67-ci ayədə Allah belə buyurur: "Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edər, yaxşı əməlləri qadağan edərlər". Məsələn, İslam əxlaqının yayılmasının qarşısını almağa çalışarlar, darvinizmin məhv olmağını istəməzlər, darvinizmi hiyləgərcəsinə dəstəkləyərlər, həm müsəlman olduqlarını deyərlər, həm də gizlicə darvinizmi dəstəkləyərlər. Bir qismi təbii cahilliyindən edir, amma bir qismi də münafiq olduqlarına görə edər.
Quranda Allah insan xarakterlərini çox analiz etmişdir. Münafiq, faşist, kommunist xarakterlərini, ən incə təfərrüatına kimi bildirmişdir. Bu, heç bir psixologiya kitabında yoxdur.
...
ADNAN OKTAR: Namus da qadının dəyərini qat-qat artırar. Çünki qadını qiymətləndirmək, ona hörmət etmək çox vacibdir. Qadına hörmət etməsən, qiymətləndirməsən qadın yox (mənəvi cəhətdən məhv olar) olar, tam fərqli bir şey olar. Münafiqdə qadına dəyər verə bilməz, hörmət edə bilməz. Ona görə Allah onun ürəyinə nifrət salar. Münafiq qadınlar da münafiq həyat yoldaşlarından çox iyrənərlər, murdar şeydən iyrəndiyi kimi iyrənər. Amma onun puluna, onun yeməyinə möhtac olar. Ömrü boyu o murdar sistemdə yaşayar. Soruşanda da, məcbur olduğunu deyər. "Niyə məcbursan?" soruşsan ağlına uyğun bir məntiq tapar. Baxmayaraq ki, Allah: "Allahın ərşi genişdir” deyir. Yəni münafiqin dar məntiqi vardır, öz ağlına uyğun məntiqlə o şərəfsizliyə, o səviyyəsizliyə, o alçaldılmağa, o əxlaqsız həyata mütləq məntiq tapar. Böyük bəhanələr gətirər. Mən iyrəndiyimə görə bəhanələrini deməyə də ehtiyac görmürəm, çox murdar bəhanələrdir. Bir qab yeməyə görə qürursuzcasına, şərəfsizcəsinə o həyatı yaşayarlar. Mömin qadın şərəflidir. Lazım olsa ömür boyu subay da qalar, amma mütləq müttəqi olaraq, öz qiymətini bilməli, mütləq, hörmət edilən bir insan olmağına diqqət etməlidir. Çünki əks halda ruhu üsyan edər, bacarmaz. Əzab-əziyyət çəkər, yəni turşunun içinə düşmüş kimi olar.
OKTAR BABUNA: İncildə hz. İsa (ə.s)-ın münafiqlərlə əlaqədar bir ifadəsi var, onu oxumaq istərdim. "Bundan sonra İsa xalqa və şagirdlərinə belə səsləndi: Sizə dediklərinin hamısınıedin və yerinə yetirin, amma onların etdiklərini etməyin, çünki dediklərini özləri etməzlər. Ağır və daşınması çətin olan yükləri başqalarının kürəyinə bağlayıb yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə tərpətmək istəməzlər. Etdiklərinin hamısını nümayiş üçün edərlər". (Matda, 23)
ADNAN OKTAR: MaşaAllah, Qurandakı üslubla eynidir, maşaAllah. Münafiq evlənməyi, yeməyi, içməyi, rahatlığı vacib sayar. Amma "namaz da qılaram" deyir. Yəni "namazı istəyirsənsə qılım" deyir. "Oruc da tutaram" deyir. Amma İslam əxlaqını dünyaya hakim etmək, İslam Birliyini qurmaq, özünü Allaha həsr etmək, varını-yoxunu Allah yolunda xərcləmək istəməz, "bunu məndən istəməyin" deyir. Bəzi klassik tiplər vardır ki, ailəsi ilə xoşbəxt yaşayar, amma zəkatını da verər, namazını da qılar, "bu oruclu ağzımla danışıram" deyər, "bu namazlı ağzımla danışıram" deyər. Amma İslam əxlaqının dünya hakimiyyəti onu heç maraqlandırmaz. Kasıb müsəlmanlar, İslam Birliyi, müsəlmanların əzab-əziyyət çəkməyi onu maraqlandırmaz. Onun dərdi gözəl ticarəti ilə, işi-gücü ilə məşğul olsun, ailəsi ilə xoşbəxt yaşasın. Təhlükəsiz dünyası olsun. Halbuki, Peyğəmbərimiz (s.ə.v)-in dövrünə baxdığımızda isə təhlükənin, çətinliklərin olduğunu görərik və İslam əxlaqının olduqca çox yayılması üçün var gücü ilə cihad etdiklərini görərik, inşaAllah.
OKTAR BABUNA: Siz, münafiqlərin Həccə getdiyini, nümayiş olsun deyə infaq etdiklərini, nümayiş olsun deyə namaz qıldıqlarını, amma heç vaxt cihad etmədiklərini demişdiniz. Bu mövzu ilə əlaqədar bir ayəni oxuyuram. Şeytandan Allaha sığınıram: "Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım qövmü doğru yola yönəltməz". (Tövbə surəsi, 19)
ADNAN OKTAR: Əlbəttə ki, bu işləri edərlər. Su paylayar, namaz qılar, hamısını edər, tək istəmədiyi şey, İslam əxlaqının dünyaya hakim olmasıdır. Bu məsələ onları çox narahat edər. Bütün müşriklərdə və münafiqlərdə bunu görərik. Qadın düşmənidirlər, yəni düşməni deyəndə qadını, onu estetik və gözəl varlıq olaraq görməzlər. Onun varlığından narahat olarlar. Onun dərdi ancaq pozğunçuluqdadır. Hətta qız uşaqlarını yeni doğulanda, potensial namusuna zərər verəcək bir varlıq olduğunu fikirləşdiyinə görə diri-diri torpağa basdırırdılar. Yəni münafiq eyni zamanda belə psixdir. Yəni küfrün başıdır. Münafiqlə kafirlərin xüsusiyyətləri eynidir. Kafirlərdən bəhs edən ayələr eyni zamanda münafiqlərə də aiddir. Amma kafirlə münafiq fərqlidir. Məsələn, münafiqin bəzi xüsusiyyətləri kafirdə olmaz. Münafiq bir çox mövzuda səmimiyyətsizdir. Amma kafir səmimidir, açıq-aşkar fikirləşdiyini deyər. Onun da səmimiyyətsizliyi vardır, amma açıq danışar. Yəni hiyləgər deyil, özünü gözlətmir, onları müəyyən etmək olur. Münafiq avara kimidir, müsəlmanların yanından bir başqa müsəlmanların yanına gedər, onların başına bəla olar. Başqa bir yerə gedər, yenə oranın başına bəla olar. Dünən də söyləmişdim, məsələn, müsəlmana deyər ki, "mən müsəlmanların bu xüsusiyyətlərini bəyənmədiyim üçün gedirəm". Müsəlmanlardakı bəyənmədiyi xüsusiyyətləri soruaşanda dırnaq ucu boyda bəhanə gətirər, onları anlamadığını deyər. Guya başa düşsəydi başqa cür olacaq idi. Yəni özünü görməməzliyə vurduğu üçündür. Bəhanə axtardığına görə, mütləq bəhanə tapar. Bəhanəni də kənardan, küncdən-bucaqdan tapar. Qərar verəcəyinə, yuxarıdan tapa bilmədiyinə görə aşağıdan axtarar (yəni böyük bəhanə tapa bilmədiyinə görə, kiçik bəhanələr tapar). Aşağıdan tapa bilməzsə sağdan, soldan axtarar. Amma mütləq, tapacağam deyər. Amma özünün getdiyi, sığındığı yer peyinin içidir, düz ortasına gedər. Ayədə deyir ki, pisliyin düz ortasına girərlər. Bəs müsəlmanlardan narahat olmuşdunuz? Bütün əxlaqsızlığın, alçaqlığın içinə niyə gedirsiniz? Çünki müsəlmanların yanında əxlaqsızlıq olmadığı halda bəhanə tapdığı pis şey, orada bir milyondur. Müsəlmanların yanındaykən olmayanı bəhanə etmisən. Varmış kimi göstərmisən. Amma orada mövcud pisliyin içinə girmisən. İş yerinə gedər, kafir dediyi, din əxlaqına zidd olduğunu dediyi adamlarla mehriban olar. Onlarla yaxın olar, onları sanki əziziymiş kimi qucaqlayar. Sirdaş olar, onlara etibar edər, onlara hər şeyini, hətta canını da təslim edər. Bəs müsəlmanları bəyənmirdin? Bəs sən doğru yolda idin? Deməli, mənfəətin olan yerə, pulun olduğu yerə gözübağlı girirsən. Müsəlmanların yanından ayrılmağının səbəbi də sənin mənfəətlərin, eqoistliyin, qürurun, təkəbbür hissini edə bilməməyin. Məsələn, Drar məscidinin münafiqləri, böyük bir məscid tikdilər, Drar məscidi və Məscidi Nəbəvi var (Peyğəmbərimiz (s.ə.v)-in məscidi). Peyğəmbərimizin məscidi sadə məscid idi, amma onlar böyük məscid tikdilər, bu məscidin tikilməsinə böyük əmək sərf etdilər. Müsəlmanlardan bəzi mövzularda narahat olduqlarını, amma oranın mükəmməl bir yer olduğunu iddia etdilər. Peyğəmbər (s.ə.v)-dən, səhabələrdən narahat oldular, haşa, amma dinsiz, imansız, kafirlərin içərisinə getdiniz. Onlarla can-ciyər oldular. Niyə Mədinədə getdiniz münafiqlərlə, kafirlərlə dost oldunuz? Müşriklərlə belə can-ciyər oldunuz? Onlarla ticarət edirsiz, bağrınıza basırsınız, yoldaşlıq edirsiniz. Tərtəmiz səhabələrdən niyə qaçırsınız, niyə Allahın Elçisi (s.ə.v)-dən qaçırsınız və deyirsən "biz burada namazı çox mükəmməl qılırıq"? Peyğəmbər (s.ə.v) sizə nə edirdi? Peyğəmbər (s.ə.v)-in gücünü, gözəlliyini, sağlamlığını qısqanırdılar. Hz. Həsən (r.ə)-i, hz. Hüseyn (r.ə)-i görəndə əsəblərindən dəli olurdular. Yaraşıqlılığını, gücünü, sevincini hamısını qısqanırdılar, inşaAllah. Bunlar (münafiqlər) özləri axmaq insanlardır. Başlarından, ruhlarından axmaqdırlar. Amma onlar çox güclü, qüdrətli insanlar idi. Bu mübarək insanların sağlamlığını, gözəlliyini, xoşbəxtliyini həsədlə qısqanırdılar, onları tərk edirdilər. Çünki onlara orada mübarizə aparmaq təklif olunurdu, yəni Allah yolunda mübarizə aparmaq təklifi edirdilər, buna görə də dərhal məscidi tərk edib öz evlərinə gedirdilər. “Ailəmiz var, uşaqlarımız var, onları qorumalıyam, babamı qorumalıyam, atamı, qayınımı qorumalıyam” deyə bəhanə gətirirdilər. Baba, ata, qayın, ailə qayğısınıın mənşəyində də mənfəət vardır. Mənfəət olmasa ailələrinin yanına getməzlər. Məsələn, gənə nə üçün gedib donuzun ən murdar yerinə yapışar? Qan olmasa orada nə sovurar? Gənə çiçəkdən xoşlanarmı? Əlbəttə ki, xoşlanmaz. Saraydan xoşlanarmı? Xoşlanmaz. Çünki oralarda qan yoxdur. Harada qan varsa ora yapışar, bu da donuzun qanıdır. Ona görə oraya yapışar və qanını sovurar. Oranın həyatı onun xoşuna gələr. Soruşanda da zəruri olduğunu deyər. Başqa məscid qurmağa niyə zərurət yaransın? Peyğəmbərimiz (s.ə.v) Drar məscidini yerlə-yeksan etdi. Oradakı fırıldaqçılar nə edəcəklərini bilmədilər. Peyğəmbərimiz (s.ə.v) münafiqlərlə əlaqədar ümumi danışardı, onların da ödü qopardı, hamısı onlara xitab edildiyini zənn edirdilər. Münafiqlərlə əlaqədar bir ayə oxunanda, heç bir müsəlman narahat olmaz. Mömin mütəqqi olduğunu Allahın icazəsi ilə bilər və münafiqlərə aid söhbətlətin də ona aid olmadığını dərk edər. Amma elə olmaqdan qorxar və Allaha sığınar. Amma münafiq elə olduğuna əmin olduğuna görə yanıb yaxılar.