ADNAN OKTAR: “Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı." (Hədid surəsi, 14)
ADNAN OKTAR: “Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?...”. Yəni münafiqlər axirətə gedəndə, məlumatın bir qismini unudarlar. Həqiqətən, müsəlmanlarla birlikdə olduqları bir dövr var. Amma müsəlmanlara qarşı apardıqları müharibəni, mübarizəni və küfrlə iş birliyini bir kənara qoyarlar. "Sizlərlə birlikdə deyildikmi?" deyərlər. Hər münafiqin müsəlmanlarla müəyyən bir əlaqə dövrü vardır. Yəni onlarla danışar, bir yerdə olar, yeyər. Münafiq olduğunu hiss etdirməz, əsl simasını gizlədər, səhifə arasına girmiş at ağcaqanadı kimidir. Onun fərqinə varılmaz.
ADNAN OKTAR: "...Deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız..."
ADNAN OKTAR: Belə olduqda möminlər deyərlər: "Siz özünüzü fitnəyə saldınız", çünki ortada bir şey yoxdur, lakin özü iblis ruhu ilə baxdığına görə, özünü şeytani bir rejimə soxar, şeytani bir xarakterə salar.
ADNAN OKTAR: "... möminlərə bəla üz verməsini gözləyirdiniz..."
ADNAN OKTAR: Burada, möminlərə bəla üz verməsini gözləmələri çox əhəmiyyətlidir. Bunu kənardan gözləyər. İt kimi qaçmalarının səbəbi də budur. Məsələn, it də bir yerdə səs-küy olanda tez qaçar, qulaqlarını tıxayar, quyruğunu da qısaraq uzaqdan dəhşət içində hadisələri seyr edər, həm uzaqlaşar, həm də kənardan seyr edər. Münafiqlər də it kimidir. Quyruğunu qısaraq uzaqdan baxaraq qaçar. Bəlaların, ağrı-acıların müsəlmanları əhatə etməyini gözləyər. Ağrı-acı yəni, həbs edilmək, döyülmək, söyülmək, təhqir olunmaq, iqtisadi cəhətdən çıxılmaz vəziyyətə düşmək deməkdir. Bunlara nə ehtiyac vardır? Münafiqin nəyə ehtiyacı vardır? Bir sözlə, münafiq ən üst təbəqəyə çox diqqət yetirər. Məsələn, imama, liderə və s. Başdakı adam kimdir, Axırzamanda hansı nöqtəyə diqqət edəcək və s. Axırzamanda birinci növbədə üst nöqtəyə, yəni hz. Mehdi (ə.s)-ı hədəfə alacaq. İkinci hədəfi isə hz. Mehdi (ə.s)-ın ətrafındakı xas tələbələri olacaq. Üçüncü hədəfi də, ən zəif gördükləri, yəni ən alt təbəqə olacaq. Burada iki nöqtəyə hücum ediləcək. Bir tərəfdən mehdiyyətə hücum edər, yəni üst təbəqəyə, digər tərəfdən də zəiflərə, yəni alt təbəqəyə hücum edər. Özlərinə tərəf çəkmək üçün altdan-altdan hücum edər. Hz. Mehdi (ə.s)-a da üstdən hücum etməyə çalışar. Ağrı-acıların və fəlakətlərin əhatə etməyini gözləməsinin səbəbi də budur. Hər cür pisliyin onları əhatə etdiyini düşünər. Özlərinin qorxmasının da səbəbi budur. Onlar həmişə bəla qorxusu içindədirlər və bir gün qorxduqları bu bəla baş verəcək. Ona görə də müsəlmanların yanından qaçar. Qaçandan sonra da, özünün xilas olduğunu fikirləşər. Müsəlmanlara da bəla və qorxu gəlməsə qaçmağının bir mənası olmaz. Ona görə də müsəlmanlara bəla, ağrı-acının baş verməsi üçün çalışar, cəhd göstərər. Xəbərçilik edər, yəni müsəlmanları satar, yalandan şahidlik, əxlaqsızlıq edər, müşriklərlə birlikdə olar. İddia edilən Ərgənakon təşkilatının üzvləri ilə olar, hamısıyla bir olar. Mətbuatdan bəzi şərəfsizləri tapar, onların vasitəsi ilə müsəlmanlara zərər vermək üçün iş görər. Fəlakət baş verməyəndə də depressiyaya düşər, dərd çəkər. Çünki müsəlmanlardan üz döndərib getməsinin mənasız olduğunu görər. Həm də, müsəlmanların sağ olduğu müddətdə onlardan intiqam alacaqlarından qorxarlar. Yəni alçaldılmaqdan, şərəfsiz vəziyyətinə düşməkdən qorxarlar. Çünki Allahın qarşısında özünə haqq qazandıra bilməyəcəyini bilər. Bir əsl müsəlmanlar var, bir də özü kimi qansız və vicdansızlar. Hamını öz vəziyyətinə salmaq üçün səy göstərər ki, Allah qarşısında özünə haqq qazandıra bilsin. Bununla haqq qazana biləcəyini fikirləşər. Yəni zəif də olsa bir inancı vardır. Çünki şeytan da elədir. Şeytan cəhənnəmdə: “Mən Allaha inanıram, mən sizi çağırmadım, mən Allahdan qorxaram" deyir.
ADNAN OKTAR: "...haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı..."
ADNAN OKTAR: Allaha və İslama qarşı çıxarlar. Əvvəlcə Allahdan şübhə edərlər. Allahdan şübhə etdiyinə görə Qurandan da şübhələnər. Ona görə münafiqlər Quranı çox təfərrüatlı şəkildə araşdırarlar. Bəlkə Quranda, haşa, bir əksiklik vardır deyə, müsəlmanlara qarşı istifadə edə biləcəkləri izah vardır deyə yaxşıca araşdırarlar. Münafiqlər çox mədəni və bilikli olarlar. Amma sırf İslama qarşı, müsəlmanlara qarşı mübarizə aparmaq üçün bundan istifadə edərlər. Gecə-gündüz oxuyarlar. Qurana inana bilmədiklərinə görə, həm də Qurana şübhə etdiklərinə görə yerləri araşdırarlar. Həm də müsəlmanları Quranla, hədislə haradan vura biləcəyini araşdırarlar. Çünki dindən başqa bir şeylə vura bilməyəcəyini fikirləşər. Oradan bir şeylər etməyə çalışar. Ona görə də dilini əyib bükməyi lazım olur. Halalları haram etməsi, haramları da halal etməsi lazım olur. Buna görə səy göstərər. Quran buna işarə edir.
ADNAN OKTAR: "... haqqa şübhə edirdiniz..."
ADNAN OKTAR: Həmişə tərəddüd içində olarlar. Bir az da əsəbi olarlar. Bunlar ən sonuncu mərhələdə, manyak bir şəxsiyyətə sahib olarlar. Eyni ilə iblis kimi, şeytan kimidir. Həmişəşübhələnərlər. Qurandan, Allahdan, Peyğəmbər(s.ə.v)-dən, özündən şübhələnərlər. Bu şeytanın xüsusiyyətidir. Eynilə şeytan kimidir. Yəni münafiq şeytanın insan formasıdır. Bir də şeytanın cin forması vardır. Cinin münafiqi şeytandır. İnsan da münafiq olanda insanlığı şeytanlaşmış olur.
ADNAN OKTAR: "...Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı".
ADNAN OKTAR: O hiyləgər şeytan həmişə münafiqlərin dostu olur. Bəs şeytan onları necə aldada bilir? Allah ilə aldadır. Bəs münafiq necə aldadır? O da Allah ilə aldadır. Müsəlmanlara qarşı nədən istifadə edir? Quranı, hədisi istifadə edir.Müsəlmanları parçalamaq, bölmək, təsirsizləşdirmək, şübhəyə salmaq, narahat etmək, məğlub etmək üçün var gücü ilə səy göstərər. Təsirli olurmu? Olmur. Onlar pələngin üstündə uçan at ağcaqanadı kimidir. Yaxınlaşa bilməzlər. Yalnız havada dövr edərlər.
OKTAR BABUNA: Bu ayə bu qədər idi. Başqa ayə oxuyuram. Şeytandan Allaha sığınıram: "Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba düçar ediləcəklər". (Səba surəsi, 38)
ADNAN OKTAR: BuQuranın hökmüdür. Məsələn, Quranda İslam əxlaqının dünya hakimiyyətindən bəhs olunur, elə deyilmi? Bunu necə təsirsizləşdirə bilərik? İslam Birliyini necə ortadan qaldıra bilərik? Hz. Mehdi (ə.s)-ın çıxışını necə dayandıra bilərik? Dəccalın varlığını insanların gözündən necə gizlədə bilərik? Dəccal yox deyəcək, dəccalı gizlədəcək. Əlbəttə ki, saflığından, cahilliyindən edənləri tənzih edirəm. Hz. Mehdi (ə.s)-ı necə gizlədəcək? Müsəlmanların şövqünü və həyəcanını necə məhv edəcək?Münafiq bununla maraqlanar. Amma o vaxt da münafiq boş dayanmaz. Münafiqin əsas silahlarından biri də dürüst görünməyidir. Münafiq dürüst görünmək üçün əlindən gələni edər. Quranda diqqət yetirsəniz həmişə and içməklə başlayarlar. Həmişə and içərlər. Bu münafiqin xüsusiyyətidir. Dürüst görünmək onlar üçün çox vacib məsələdir. Özünə görə dürüst və səmimi görünmək üçün çox diqqət yetirər. Elə bil sinəsi örtülü, amma kürəyi açıqdır, ancaq xəbəri belə yoxdur. O formada da gəzər. Heç nədən xəbəri olmaz. Paltar qabağında olar, arxası isə açıq qalar. Müsəlmanlar da çox dəqiqliklə bu əxlaqsızlığın və qansızlığın fərqinə vararlar. Gördüyünüz kimi dürüst görünüşündə olarlar. Peyğəmbərimiz (s.ə.v): "təbliğə çıxaq, dini yayaq" deyər. O isə havaya baxar, meteorologiya mütəxəssisi kimi: "Hava çox istidir, belə istidə çölə çıxmazlar" deyirlər. Yəni tamamilə axmaq, şeytan və iblis xarakteridir. Guya Peyğəmbər (s.ə.v), səhabələr havanın isti olub-olmadığını bilmir. Münafiq bunu yeni bir şey tapmış kimi izah edər. Ona ağlın əlaməti kimi baxar. Çox axmaqdır. Halbuki, burada əsl məqsədi qaçmaqdır. Çünki canı şirindir, gəlməyəcək. Gəlməmək üçün də guya insani bir bəhanə tapır. Məsələn, Peyğəmbərimiz (s.ə.v): "İsti olsa da gəl"-desə-"mən xəstələnərəm, sən necə imamsan mənim xəstələnməyimi istəyirsən?" İmamı özünə görə xalqın gözündə, haşa, hörmətdən salmaq istəyəcək. Peyğəmbər (s.ə.v)-i insanları qorumayan insan kimi göstərəcək. Münafiq mövzuların çox şeytani tərzini seçər. Burada çox şeytani bir şey seçmişdir. Məsələn, Allahın dini üçün yenə cəhdə, təbliğə çıxmaq üçün Peyğəmbər (s.ə.v): "haydı, sabah erkən durun" deyir, ayədə də var təxminən tərcüməsi belədir: Allah: "Sübh vaxtından onları oyat, təşviq et" deyir. Onlar isə: "Ya Rəsulullah, mənim evdə uşaqlarım, xanımım var, babam, qohumlarım var, ev-eşik başsız qalır, mən getsəm onlara kim baxacaq?" deyirdilər. Elə bil Peyğəmbər (s.ə.v)-in uşağı, xanımları, qohumları, eləcə də səhabələrin yaxın qohum əqrəbaları yoxdur. Əlbəttə ki, hamısının var idi. Amma əgər Peyğəmbər (s.ə.v) onu aparsa, o: "bilə-bilə, haşa, Peyğəmbər məni uşaqlarımdan, babamdan, ailəmdən ayırdı, ailəmi parçaladı, onları başsız buraxdı” deyəcək. “Buna görə onun, haşa, peyğəmbərliyi şübhə doğurur" deyəcək. Elə bir məntiq yaradacaq, yəni onlar bu cür qansızdırlar. Məsələn, ailə, insanların sağlamlığı kimi, insanların gələcəyi, qohumluğu kimi insanların həssas yanaşdığı mövzuları əsrlərdən bəri, min illərdən bəri münafiqlər istifadə edərlər. Yəni Peyğəmbər (s.ə.v)-i ailəyə qarşı olan bir insan kimi göstərdilər. İnsanların sağlamlığına, səhhətinə əhəmiyyət verməyən biri kimi təqdim edirdilər. Peyğəmbər (s.ə.v)-i eqoist kimi göstərirdilər ki, qoy onun peyğəmbərliyinə şübhə etsinlər. Lakin fikirləşmirlər ki, əgər Peyğəmbər (s.ə.v) cəhd etməsə onlar ailələrini bütöv itirəcəklər. Təkcə o deyil, digərləri də ailələrini itirəcəklər. Bunun qarşısını almaq üçün Allahın Elçisi (s.ə.v) səy göstərir. Allah üçün və vəhylə hərəkət edirdi. Bunu Allah əmr edirdi. Sadəcə Allahın dediyini yerinə yetirirdi. Amma bu ağılsızlar bunu düşünməzlər. Özü kimi ağılsızlara da bunu təlqin etməyə çalışar. Buna görə münafiq özünü çox ağıllı zənn edir və həmişə özünə görə bu cür həssas mövzulara toxunar. Məsələn, bir bəhanə tapmadıqda zəif, həssas nöqtələrə toxunar: "O zaman buna nə deyəcəksən?” deyərək sual verər. Ona cavab verdikdə isə digər həssas olan mövzuya toxunar: "Bəs buna nə deyəcəksən?"―deyə təkrar sual verər. Yəni həmişə həssas məqamlara toxunar və bu, əsrlərdən bəri heç dəyişməmişdir. Buna qarşı çox ağıllı, diqqətli olmaq lazımdır. Yəni öz ağlına görə müsəlmanların zəif olanlarını seçib özünə tərəfdar etməyə çalışar. Münafiqin dedektiv kimi seçmə qabiliyyəti vardır. Müsəlmanlar buna qarşı çox gözüaçıq, diqqətli olmalıdırlar.
İndi bəzi insanlar Quran oxuyarkən elə zənn edirlər ki, münafiqlər, kafirlər təkcə Peyğəmbər (s.ə.v)-in dövründə olmuşdur, belə hadisələrin o dövrdə olub bitdiyini düşünürlər, ona görə belə məqamlara toxunmazlar, maraqlanmazlar, mövzunu bağlanmış hesab edərək bağlayarlar. “Belə hadisələr keçmişdə qaldı, biz 2000-ci, artıq 2010-cu illərdəyik, indi tam fərqli aləmdəyik” kimi düşüncələrə düşərlər. Quran bütün dövrlərə aid olduğu kimi, hal-hazırda yaşadığımız dövrə də aiddir. Dövrümüzdə baş verən hadisələrə və bizim qarşılaşacağımız hadisələrə də işarə edir. Məsələn, Quranda hər hansı bir hadisənin izah edilməsi, buna bənzər eyni hadisə ilə qarşılaşdığımız vaxt tədbirli davranmağımıza, ehtiyatlı olmağımıza işarə edir. Münafiqlərlə əlaqədar hadisələr də qarşılaşdığımız zaman ehtiyatlı olmaq və hücuma hazırlıq görmək üçündür. Quranda verilən hadisələr olmuş bitmiş, bizi maraqlandırmayan hadisə kimi olmamalıdır. Ona görə hal-hazırda baş verən bənzər hadisələrlə əlaqəsini quraraq izah edirəm mən, bu çox əhəmiyyətlidir.
.... Allah Peyğəmbərimiz (s.ə.v)-ə belə buyurur: "Kafirlərə və münafiqlərə itaət etmə". Bu ayəni hz. Mehdi (ə.s)-a aid edəndə, darvinistlərə, materialistlərə, kommunistlərə, faşistlərə, münafiqlərə və s. (səhərə kimi saymaq olar) itaət etməmək, onlara qarşı mübarizə aparmaq mənasını verir. Allah "Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə" deyir. Çünkisəni həbs etdirə bilərlər, böhtan ata bilərlər, təhqir edə bilərlər, bir qismi riyakarlıq edər, bir qismi də xainlik edə bilər, tələ qura bilərlər. "Və Allaha təvəkkül et”, yəni bunlara qarşı mübarizə apararkən böyük güc, ordu qarşısında qorxma, “...və Allaha təvəkkül et” deyir Allah. Məsələn, hz. Mehdi (ə.s)-a milyardlarla insandan ibarət olan bir güc qarşı çıxacaq, bu ayə ilə Allah, onun tək başına tələbələri ilə mübarizə aparmalı olacağına işarə edir. İndi əvvəlki dini, Quranı unutmuş bir insan kimi baxsa, əziyyətlərinə baxıb təsirlənər. Allah isə: "Əziyyətlərinə qarşılıq vermə" deyir. Çünki əziyyətlərinə qarşılıq versə, Quran gözü ilə baxmasa ondan təsirlənər və zəifləyər. Əgər zəifləsə münafiqlərə və kafirlərə itaət edər. Yəni bir insan iman gözü ilə baxmasa, qurtulmaq üçün "mən bunlara itaət edim yaxamı qurtarım" deyər. Amma hz. Mehdi (ə.s) Quran gözü ilə baxdığına görə heç vaxt itaət etməz və əziyyətlərinə də qarşılıq verməz. Allah: "Əziyyətlərinə qarşılıq vermə" deyir. Allahın “əziyyətlərinə qarşılıq vermə” ifadəsini bir çoxları sadəcə Allahın insanlara tövsiyəsi kimi qəbul edirlər, amma belə deyil, bu, Allahın fərz qıldığı vacib hökmlərindəndir. Əziyyətlərə qarşılıq vermə, haramdır, ona görə əziyyətlərə qarşılıq verilməməlidir. "Allaha təvəkkül et" deyir Allah. Bu da Allahın bir tövsiyəsi deyil, fərz qıldığı hökmlərdəndir. Yəni təvəkkül etmək fərzdir, hər şeyin Allahdan olduğunu bilməli və qəlbimiz rahat olmalıdır. "Vəkil olaraq Allah yetər" deyir Allah. Yəni hz. Mehdi (ə.s) Allaha təslim olacaq, bu onun xüsusiyyətidir, inşaAllah.
...Allah: "Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar" deyir. Peyğəmbər (s.ə.v)-in dövründə, onun əleyhinə münafiqlər və qəlblərində xəstəlik olanlar, yəni o dövrün mətbuatı, televiziyaları, qəzetləri, qeybətcil qadınlar, uşaqlar, adamlar, dəllallar orada-burada şəhərdə şaiyələr yayırdılar. Peyğəmbər (s.ə.v) haqqında onun əleyhinə şaiyələr yayırdılar. "Əgər (öz yaramaz əməllərinə) son qoymasalar, səni onlara qarşı çıxardarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edər" deyir Allah. Yəni Allah: "Bəlalarını verərəm" deyir. Eynilə hz. Mehdi (ə.s)-ın əleyhinə çıxanların da Allah bəlasını verər. Quran buna işarə edir. "Onlar da orada çox az bir müddət qala bilərlər" deyilir. Yəni bir mövqeyi varsa, mövqeyindən gedər. Yəni Allahın istəyi ilə, işi varsa işindən gedər, sağlamlığı varsa, sağlamlığını itirər, canı varsa, canını itirər. "Və lənətlənmiş halda (qalarlar). Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər" deyir Allah. "...Öldürüldükcə (həmişə) öldürülərlər". O dövrdə Peyğəmbərimiz (s.ə.v)-ə qarşı döyüşmək istəyənlər, fitnə çıxardanlar, İslama, Qurana qarşı çıxanlara müsəlmanların özlərini müdafiə etmələrini bildirir və təhdid edir. Yəni: "Siz bir şey etsəniz onlar da özünü qoruyacaqlar" deyir. Allah "Əvvəllər olub-keçənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən"―deyə buyurur. Tövratda da, İncildə də, Zəburda da belədir. Hz. İbrahim (ə.s)-ın dövründə də, hz. Nuh (ə.s)-ın dövründə də belə idi. Allah bütün dövrlərdə belə olduğunu bildirir. "Elçilərimə qarşı çıxsanız, hz. Mehdi (ə.s)-a qarşı çıxsanız sizi bəlaya salaram, pərişan edərəm" deyir Allah. Bu Allahın sünnətidir (qanunudur), inşaAllah.
ADNAN OKTAR: Artıq 2010–cu ildir, biz bu ilə kimi münafiqlər haqqında iki kitab yazdıq. Əvvəl də bu haqda danışmışdım, amma bu qədər dərindən analiz etməmişdim. Allah həmişə insanlara bir cür ilham verir. Təfərrüatlı analizlər çox vacibdir. Çünki insanların canını yaxan, cəmiyyəti bu qədər iflic edən münafiqlərdir. Münafiq şeytan kimi çox hiyləgərdir. Münafiqlərin öhdəsindən gəlmək üçün çox böyük diqqət tələb edir. Həmişə Quranı və haşa, İslamı istifadə etmək istədiyi üçün, çox diqqətli olmaq və ruh halını müəyyən etmək lazımdır. Münafiqin ən qorxduğu şey aşkara çıxmasıdır (yəni münafiq olduğunun üzə çıxması, müəyyən edilməsidir). Çünki şeytanın da ən çox qorxduğu şey budur. Çünkigizli olduqda rahat hərəkət edə bilir, amma tanınanda rahat hərəkət edə bilmir. Sizə münafiqlərin bir xüsusiyyətini də deyim. Məsələn, münafiq evdə olanda, yəni təkbaşına olanda qətiyyən ibadət etməz. Çünki namaz qılanda ağlına Allah gəlir, Peyğəmbər (s.ə.v)-i və hz. Mehdi (ə.s)-ı xatırlayır. Bu zaman da çox əzab çəkər. Quranı o dövrdə Peyğəmbərimiz (s.ə.v)-ə qarşı mübarizə aparmaq üçün oxuyurdu, bu dövrdə də hz. Mehdi (ə.s)-a qarşı mübarizə aparmaq üçün oxuyar. Yəni hədislərdə də "hz. Mehdi (ə.s)-ın əleyhinə nə iş görə bilərəm" deyə keçər. İndi mehdiyyət ilə şeytanın dünyada çox şiddətli bir-birinə qarşı (elmi) mübarizəsi aparılır. Hz. Mehdi (ə.s)-ın tərəfdarları ilə şeytanın tərəfdarları arasında çox böyük (fikri) mübarizə gedir. Şeytan insanların diqqətini çəkmək üçün bütün imkanlarından hərtərəfli olaraq istifadə etməyə çalışır. Yəni mehdiyyətin qarşısını almaq üçün əlindən gələni edir. Mehdiyyət də onun bütün hiylələrini pozmaq üçün ona qarşı bütün gücü ilə mübarizə aparır. Əgər diqqətlə baxsanız, bütün dünyada bunun davam etdiyini görərsiniz.
ADNAN OKTAR: Küfrə qarşı şəfqət duymamalıyıq, mərhəmətli davranmalıyıq. Çünki onlar fikirlərini açıq şəkildə bildirirlər. Yəni gizlində hiylə qurmurlar, əksinə fikirlərini açıq-aşkar bildirirlər və: "mən inanmıram" deyirlər. Yəni: “xəstəyəm, mənə kömək edin" deyirlər, biz də onlara kömək etməliyik. Münafiq isə: "Mən övliyayam, sən özünü düzəltməlisən” deyir. Çox təhlükəli məxluqdur ki, dinsiz olduğu halda özünü dindar, övliya kimi göstərir. Ona görə küfrə qarşı mütləq şəfqət duymalıyıq, məqsədimiz onları xilas etmək olmalıdır, inşaAllah. Gözəl nümunə olaraq izah etməliyik, inşaAllah.
14-cü surənin 22-ci ayəsində: "Həqiqətən"―deyə buyrulur. Bunu şeytan, yəni münafiqlərin başçısı deyir. "Həqiqətən də Allah sizə doğru vəd vermişdir". Yəni: “sən düz danışmazsan, şeytana inanmarıq, etibar etmərik. Amma burada dediyi söz doğrudur" deyir. “Həqiqətən də Allah sizə doğru vəd vermişdir. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım”. Yəni özünü dürüst kimi göstərir. Yəni etiraf edən və dürüst adam simasındadır. Bu bütünlüklə münafiqin xarakteridir. Bəzən belə manyaklığı, bəzən də hiyləgərliyi tutar. "Həqiqətən də, Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım" deyir. Məhz belə şeylərə görə bəzən insanlar münafiqin sözünə etibar edər. Məsələn, bəzən səmimi etirafları da ola bilər. Səmimi kimi görünə bilər, amma burada da onlara aldanmaq olmaz, diqqətli olmaq lazımdır. "Mənim üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim" deyir şeytan, fəlakətdən sonra adamı batırdıqdan sonra xaincəsinə: "Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz" deyir. "Siz də dəvətimi qəbul etdiniz", amma burada düz deyir, çünki insanı həqiətən də artıq məhv etmişdir. "Buna görə də məni yox, özünüzü qınayın" deyərək yenə də özünü təmizə çıxardır. "Məni qınamayın" deyir. Elə bil milləti bu vəziyyətə salan o deyil. Düzdür, insan da gərək ona qulaq asmayaydı, bu ayrı məsələ, amma: "məni qınamayın" deyir. Eqoistliyndən qınanmaq da istəmir. Halbuki: "Bəli, mən də eləyəm, sən də eləsən" deməlidir, amma demir. "Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənə kömək edə bilərsiniz." Elə bil ondan kömək istəyən var, hələ "sizi qurtaran deyiləm" də deyir. Bu da yenə manyaklığının bir əlamətidir. "Siz də məni qurtara bilməzsiniz". Əslində onların da yazıq olduğu bəllidir. "Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim)". Yəni münafiqdir düz deyir, elə bir şey tanımır, amma münafiq xarakterində bu vardır. Gizlədər, gizlədər, məhv etdikdən sonra ortaya çıxar. Yəni hədəfinə çatdıqdan sonra bəlli olar. Hədəfinə çatmamış münafiq əsla özünü büruzə verməz, görürsünüz. Özünü də, müsəlmanları da məhv etdikdən sonra dili açılar. Çünki artıq onun riyakarlığı başqa məsələdir. Çünki bu fikrində qəti qərarlı olar, sonsuza qədər də qərarından dönməz. Münafiq də elədir, sonsuza qədər qərarlıdır. Yəni dürüst olduğuna əmin olur. "Mən dürüstəm" deyir, "amma o səhv yoldadır, hərəkəti səhvdir" deyir, haşa. Yəni "insanların davranışı, rəftarları mənə səhv oldu" deyir. Allahın etdiyini də onsuz bəyənmir, haşa.
"Hörmətli müəllimim, siz Quranı gözəl oxuyur və gözəl şərhlər edirsiniz, inşaAllah. Bu ayəni də şərh etməyinizi istəyirik, təşəkkürlər. Bəqərə surəsi, 45-ci ayədə Allah belə buyurur:“Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir". Səbirlə, yəni müsəlmanın gözəl əxlaqda qərarlı olmağına səbir deyilir. Həmişə gözəl xasiyyətli, comərd olacaq və namaz qılacaq. Səbir deyəndə insanlar: "Səbir, səbir, səbir kasam daşdı" deyir. Bu əslində səbir deyil, dözümdür, o fərqlidir. Səbir sabitlik göstərmək, davam etməkdir, inşaAllah. Səbir sevinclə edilən bir ibadətdir. Səbirlə gözəl xasiyyətli olarsan, səbirlə sevərsən. "Namazla kömək istəyin", yəni “namazı mütləq qılın” deyir Allah. Biz beş vaxt namazdan sonra dua edirik. O dua məqbuldur, inşaAllah. "Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir”. Yəni münafiqlər Allaha dua etmək istəməz, çünki Allahdan daha böyük olduğuna inanır. Münafiqə ən ağır gələn şeylərdən biri də dua etməkdir. Münafiq dua etməz, özünü dua edən kimi göstərər. Münafiq özünü çox böyük sayar. Münafiq dünyada özündən başqa nə üstün bir insan, nə də üstün bir varlıq qəbul etməz. Ona görə hamısı fərqli-fərqli ağıldadırlar, manyakdırlar. Hamısı bir cür dəli, bir cür ağılsızdırlar. Onları təsəvvür etsəniz hamısının bir cür manyak olduğunu başa düşəcəksiniz və hər biri də öz ağlına görə özünü bir cür dövlət kimi görər. Hər şeydə, ən doğru qərarı verdiklərini fikirləşirlər. Ayədə də Allah: "Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir" deyir, yəni ibadət etmək məhz münafiqlərə ağır gəlir, onların nəfsinə ağır gəlir. Dua etmək də, namaz qılmaq da, münafiqə çox ağır gəlir. Ona görə Allah ayədə də onların istəməyərək namaz qılmaqlarını, səcdəyə qapanmaqlarını bildirir. Bu babaları şeytandan gələn bir ənənədir. Onların babaları da elə idi. Allah: "səcdə et" deyəndə şeytan havalandı. Ağır gəldiyinə görə çox hirsləndi. Sonra isə boş-boş danışmağa başladı: "Məni atəşdən yaratdın, onu torpaqdan yaratdın" deyir. Torpağı da, atəşi də yaradan Allahdır, elə deyilmi? Torpağı bəyənmir. Halbuki, hər şey xoş ətirli torpaqdan əmələ gəlir, elə deyilmi? Atəş də Allahın yaratdığı bir şeydir, torpaq da, inşaAllah.
ALTUĞ BERKER: Münafiqlərlə əlaqədar bir ayə oxuyuram. Şeytandan Allaha sığınıram: "Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” deyərək Peyğəmbərdən izn istəyirdi. Halbuki, evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər". (Əhzab surəsi, 13)
ADNAN OKTAR: Orada Peyğəmbər (s.ə.v)-i, ailəni qorumayan, insanların ictimai ehtiyaclarına, təbii ehtiyaclarına əhəmiyyət verməyən bir insan olaraq göstərməyə çalışırlar. Peyğəmbər (s.ə.v)-i bunu fikirləşməyən biri kimi göstərirlər. Amma bunu hiylə işlədərək günahsız, sakit, dürüst bir üslubla izah etməyə çalışırlar. Münafiq çox iblisdir, buna görə onlara qarşı çox diqqətli olmaq lazımdır.
Məsələn, Bəqərə surəsi, 204-cü ayədə belə buyrulur, şeytandan Allaha sığınıram: "İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Halbuki, o, ən qatı düşməndir". Məsələn, müşriklər haqqında: "onlar düşməndir" deyilir, amma münafiqlərə isə: "o, ən qatı düşməndir" deyilir. Yəni şeytan da elədir. Qatı nə deməkdir? Məsələn, "qatı qatil" deyilir. Yəni heç vaxt adam öldürməkdən çəkinməz. Həbsə düşər, çıxar yenə də cinayət edər. Yenə həbsə düşər, yenə çıxar, yenə də təkrar cinayət etməkdən əl çəkməz. Ən qatı (təhlükəli) qatil deyilir. Yəni ümid edilməyən dərəcədə. Münafiq də elə qatı düşməndir. Allah ayədə: "Halbuki, o ən qatı bir düşməndir" deyir. Yəni özünü ya yaxşı adam kimi göstərər, ya da pis adam kimi. Məsələn, müsəlmanların diqqətini özünə çəkmək üçün bəzən özünü günahsız, dürüst kimi göstərər. Yəni buqələmun kimidir. Buqələmun necə rəngini dəyişərək özünü büruzə vermək istəməz. O da özünü günahsız, dürüst kimi göstərərək əsl üzünü gizlədər. Oradan-buraya qaçar, buradan-oraya qaçar ki, tutulmasın.
OKTAR BABUNA: İnşaAllah, münafiqlər haqqında: "İslam üçün ən böyük təhlükələrdən biridir" demişdiniz.
ADNAN OKTAR: Ən böyük təhlükədir. Çünki şeytanın, dünyadakı insan olaraq fəaliyyət göstərdiyi qrupdur. Bucin şəklində olmayan şeytandır. Bunlar şeytanın insan şəklində görünən qrupudur. Şeytanın ordusudur. Davranışları və üsulları çox xain və riyakardır. Bu cəhətdən çox təhlükəlidir. Yəni üzə çıxmamaq üçün çox diqqətli hərəkət edərlər.
Allah küfrün münafiqləri haqqında, hansı ki, küfrün ən azğın alçaqlarıdır, Maidə surəsi, 13-cü ayədə belə bəhs edir: "Ürəklərini sərtləşdirdik". Bunlar belə qurumuş kərtənkələ kimidir. Həddindən artıq daşürəklidirlər, odun kimidirlər.
"Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər". Məsələn, Quranda açıq bir hökmü müxtəlif formada şərh edər, möhkəm ayəni dinləməz, təşbehli (mütəşabeh) ayədən də müxtəlif mənalar, hökm çıxardar. Halbuki, Quranda haramlar, halallar açıq-aşkar bildirilib. Hədislərdə də əlavə olaraq ətraflı şəkildə izah edilir, inşaAllah.
"Onlar heç bir möminə qarşı nə qohumluq bağlarını saxlamaz, nə də müqavilə hökmlərini yerinə yetirməzlər". Bu həm küfrün, həm münafiqlərin xüsusiyyətidir. Münafiq üçün qohum nədir bilirsinizmi? Kimdən mənfəət gəlirsə, o onun üçün qohumudur. İstər böyük qardaşı olsun, istər əmisi, dayısı, babası, atası, anası kim olursa olsun, hamısı ilə yalnız mənfəətə görə əlaqə saxlayarlar. Məsələn, baxar, əgər anasından mənfəət gəlirsə ancaq onda anasına sahib çıxar. Yoxdursa artıq ana hesab etməz. Atasında mənfəət varsa, gedər donuzun çirkli yerinə yapışan at ağcaqanadı kimi yapışar. Məsələn, baxar qardaşlarına hansı işinə yarayırsa onunla qohumluq əlaqəsi saxlayar. Əgər mirasa şərik çıxacaqlarsa, o zaman onları istəməz və yaxud onun rahatlığını pozacaqsa: "aman, uzaq olsun, onu istəmirəm" deyər. Bəs kimi istəyirsən? soruşanda: "Onu, bunu, filankəsi və s." hansından mənfəət gəlirsə, işinə yarıyırsa onları sayar, yəni münafiq öz mənfəətinə uyğun olanları qohum qəbul edər. Yəni kimdən pul gələcəksə və yaxud kim rahatlığını pozmayacaqsa, kim ona kömək edəcəksə, o əxlaqsız dünyasında ona kim şərait düzəldəcəksə, onun tərəfini saxlayar.
Bəqərə surəsi, 27-ci ayədə Allah: "yer üzündə fitnə-fəsad törədirlər" deyir. Fitnə-fəsad törətmək münafiqin xüsusiyyətidir. Amma çox hiyləgərcəsinə və xaincəsinə törədər. Məsələn, küfr əhli işlərini açıq-aşkar edərlər. Ona görə onları təsirsizləşdirmək asandır. Amma münafiq çox hiyləgərdir.
"Yanındaykən qəbul edərlər, amma yanından çıxandan sonra onlardan bir qrup qaranlıqlarda sənin dediyinin əksini qurarlar" deyir Allah. Yəni yanında ikən: "bəli, düz deyirsən, gözəl izah edirsən" deyərlər. Çölə çıxanda isə "o, tamamilə səhv danışır" deyərlər. Münafiq əsasən qaranlıqda iş görər, ruhu da, hazırladıqları üsul da, yaşadıqları yer də qaranlıqdır, inşaAllah.
Allah "Allah qaranlıqlarda qurduqlarını yazır" deyir. Amma bu, münafiqə təsir etməz. Çünki münafiq özünü çox üstün hesab edər.
Əraf surəsi 51-ci ayədə Allah belə buyurur: "O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq". Məsələn, münafiqlər ayələrin bir qismini qəbul edir, bir qismini isə qəbul etmir. Cihad etməyi, təbliğ etməyi, Allahın dinini yaymağı həqiqətən tətbiq etməyərək yox sayır. "Elə bir ayə ola bilər, amma mən tətbiq etmirəm" deyər. Birmənalı olaraq ayəni yox sayır, inşaAllah. Yəni həyata keçirmir, qəbul etmir. Hansı ayə maraqlarına uyğun gəlirsə yalnız onu qəbul edir.
Allah Tövbə surəsi, 24-cü ayədə belə buyurur: "De:“Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gələnə qədər gözləyin"
"De: “əgər atalarınız" deyir Allah. Nə üçün atası? Münafiq atasını yalnız pul gələn yer kimi görər. Pulu atası qazandığına görə əsl hakim də o olar, inşaAllah. Çünki malın, mülkün sahibi odur. Ona görə atanı çox əhəmiyyətli hesab edir. Miras alacağına görə, mirasın, pulun əsas mənbəyi ata olduğuna görə, ətrafdakılara da elə təsir edir, ona görə Allah: "atalarınız" deyir. Allah sonra: “oğullarınız (uşaqlarınız)” deyir. Çünki uşağı ilə mal sahibi olar. Uşaq nə qədər çox olsa, onları işə qoyacaq, onlar evlənəcəklər, tayfa kimi olacaqlar, hər yerdən pul gələcək və bununla imkanı da çoxalacaq. Bunun yeməyini, içməyini təmin edəcəklər. Həyat zəmanəti kimi, onları sosial sığorta təşkilatı hesab edir. Sonra: "Qardaşlarınız" deyir Allah. Çünki qardaş köməkçi olar, eyni zamanda onun miras payına şərik çıxacağına görə, münafiqlər qardaşlarına daha az əhəmiyyət verərlər.
"…Zövcələriniz…" deyir Allah. Çünki zövcələriniz onun uşağını dünyaya gətirən mənbədir. Amma ümumiyyətlə münafiqlər zövcələrini çox sevməzlər. Çünki zövcələrini yalnız mühitinə qarşı silah kimi istifadə edərlər. Yəni onlara rahatlığını təmin edən, ona yemək hazırlayan, paltarlarını yuyan, onu uşaqla təmin edən bir maşın kimi baxarlar. Münafiqlərdə qadınlara qarşı dərin nifrət hissi vardır. Qadınlara nifrət edərlər. Məsələn, arvadının qoluna girər və arvadını çəlik hesab edər. Yəni getdiyi yerdə ona yemək hazırlayan, onun ehtiyaclarını ödəyən, xəstələnəndə ona baxan bir maşın hesab edərlər. Qadının axirəti münafiqi maraqlandırmaz. Əgər vəzifələrini yerinə yetirə bilməsə dərhal, vaxt itirmədən lazımi tədbir görər, yəni qadını tərk edər, boşanar. Amma yenə də, öz ağlına görə dinə uyğun bir bəhanə ilə edər. Məsələn: "zövcəni niyə boşadın?"-soruşanda" təqvalı deyildi, ona görə boşadım”―deyə cavab verər. Ya da: “Bir yuxu gördüm, onun şeytanla əlaqəsi olduğunu gördüm" deyər. Mütləq saxtakarcasına şərhlər edər və yaxud qadına durduğu yerdə böhtan atar. Məsələn: "namussuzluq etdi, mən bilirəm, amma deyə bilmirəm" deyər. Günahsız qadının adını bir anda namussuzluğa çıxarar və boşayar. Uzaq qohumlar axıra qalar. Yəni bunlar, əslindəyaxınları olduğuna görə bunlara çox əhəmiyyət verər. Uzaq qohumları ikinci dərəcəli kəslərdir. Quranda da Allah qohumlardan bəhs edərkən geriyə doğru sıralamışdır. Yəni əhəmiyyətli olanların ardıcıllığı bildirilir. Ayənin davamında Allah: "qazandığınız mallar, iflasa uğramağından qorxduğunuz alış-verişiniz" deyir. Münafiq həmişə belə bir qorxu hiss edər. Az qazanc gəlməyindən qorxar. Nə qədər qazanırsa qazansın həmişə az qazandığını fikirləşər. "Və bəyəndiyiniz məskənlər" deyir Allah. Onlar porsuq kimi, bir yerə girib, orada qan sovurmaq üçün oranı uyğun bir yer olaraq görərlər. "Sizlərə Allahdan", yəni Allahın dinini İslam əxlaqını dünyaya hakim etməkdən, səy göstərməkdən "Onun Rəsulundan", məsələn, əsrimizə aid etsək hz. Mehdi (ə.s)-dan, imama tabe olmaqdan, İmam Mehdi (ə.s)-a tabe olmaqdan, ona əsgər olmaqdan deyir Allah. "Və Onun yolunda cihaddan"-buyurur Allah. Münafiqin ən qorxduğu şey onsuz da budur. Səy göstərmək, Allahın dinini yaymaqdır. Münafiq, "aman-aman, nə pul verim, nə cəhd edim, Allah yolunda nə səy göstərim"-deyər. Yəni malını-mülkünü də vermək istəməz. "Daha əzizdirsə, Allah Öz əmri ilə gələnə qədər gözləyin”. Çünki münafiqin ən qorxduğu şey ölməkdir. Ölüm də ona çox sürətlə yaxınlaşar. Hər gün təqvim səhifələri kimi vərəqlənər. Hər il ona tərəf yaxınlaşar. Yəni ölüm çox böyük sürətlə gələn bir avtomobil kimi onun üstünə tərəf gələr. Münafiq də bundan çox qorxar. Allah da onu ölümlə təhdid edir. "Allah fasiqlər birliyinə hidayət verməz" deyir Allah. Allah onlara hidayət vermir. (Tövbə surəsi, 24)
Allah, Tur surəsi 30 və 32-ci ayələrdə münafiqlərə və kafirlərə belə buyurur: "Yoxsa bunu onlara axmaq ağılları əmr edir?" Allah onları çox ağılsız adlandırır. Amma onlar özlərini çox ağıllı hesab edirlər. "Yoxsa onlar azğın bir qövmdürlər?" Həqiqətən, belə manyaklara baxsanız, çox azğın və təcavüzkar olduqlarını görərsiniz. Yəni çox çətin zəbt edilərlər və münafiqlərdə də elədir, cinayət potensialı çox böyükdür. Cinayətə meyillidirlər. Yəni ruhlarında, gizlicə elə bir şey vardır. Münafiqlər qatil ruhludurlar. Maidə surəsi, 30-32-ci ayələrdə, Habil-Qabil hekayəsində də bunu görürük. Tur surəsi, 30-32-ci ayələrdə Allah: "Yoxsa onlar bir şairdir" deyir. Yəni bunu Peyğəmbərimiz (s.ə.v)-ə deyirlər, ona bu cür böhtan atırlar. "Biz ona zamanın (gətirəcəyi) fəlakətləri gözləyirik" deyirlər, münafiqlərin istəyi budur. Kənarda dayanıb müsəlmanlara fəlakət, bəla gəlməsini gözləyərlər. Yəni hücuma məruz qalmalarını, nəzarətə götürülmələrini, həbs edilməklərini, döyülməklərini, söyülməklərini gözləyərlər. Yəni əvvəl-axır bir şey olacağını gözləyirlər. "O zaman onda biz hücuma keçərik" deyirlər. Ona görə həmişə müsəlmanları güdərlər. "De:“Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm". Yəni: "İstədiyiniz qədər gözləyin, mən də gözləyirəm" deyir. Çünki: “Biz qalib olacağıq" deyir Allah. Yəni Allah tərəfdarları, müsəlmanlar da: "Siz də məğlub olacaqsınız" deyirlər. "Mənim peyğəmbərlərim, Mehdilərim qalib gələcək", inşaAllah.
ALTUĞ BERKER: Əstəğfürullah, səhabələrin bu münafiqlərə qarşı olaraq, nə qədər mübarək, gözəl, mömin rəftarı göstərdiklərinə dair fədakarlıq nümunələri var. Məsələn, Talha İbn Ubeydullah Uhud döyüşündə Peyğəmbərimiz (s.ə.v)-in yanında olan bütün səhabələrin şəhid olmağının ardınca, Rəsulullah (s.ə.v)-i öz bədəni ilə qorumuşdur. Talha İbn Ubeydullah Malik İbn Zübeyr adlı mahir atıcı Peyğəmbərimiz (s.ə.v)-ə atdığı oxların qarşısına əlini tutmuş, əli yaralanmış və buna görə barmaqları şikəst qalmışdır. Uhud döyüşündə də səksən yerdən yaralandığına baxmayaraq, hər yeri qılınc, mizraq və ox zərbələri ilə yaralı olduğu halda Rəsulullah (s.ə.v)-in yanından ayrılmamış, onu qorumağa çalışmışdır.
ADNAN OKTAR: Bir sözlə igid olublar, elə deyilmi? maşAllah, inşaAllah.
ALTUĞ BERKER: Buna qarşı münafiqlər də: "…Biz döyüşməyi bilsəydik, əlbəttə, sizin ardınızca gedərdik…(Ali İmran surəsi, 167)" deyirlər.
ADNAN OKTAR: Diqqət yetirin, o, səksən yara aldığına baxmayaraq Allah rizası üçün döyüşməyə davam edir. Amma o (münafiq): "döyüşməyi bilsəydik sizin ardınızca gələrdik" deyir. Amma əgər "burada zövcələriniz olacaq, mənfəətiniz olacaq" deyilsəydi, qaça-qaça gələrdilər, inşaAllah.
OKTAR BABUNA: Musab İbn Umeyr var, onun fədakarlığı haqqında oxuyum?
ADNAN OKTAR: Bəli, oxu.
OKTAR BABUNA: "Musab İbn Umeyr Uhud döyüşündə bir qılınc zərbəsindən sağ qolunu itirmişdir, buna baxmayaraq, bayrağı sol əlinə almışdır. İkinci bir qılınc yarası ilə sol qolunu da itirdikdən sonra, bu vəziyyətdə özünü Peyğəmbərimiz (s.ə.v)-in qarşısına atmış və onu qorumağa çalışmışdır. Peyğəmbərimiz (s.ə.v)-i qoruyarkən bədəninə batan bir nizə ilə şəhid olmuşdur".
ADNAN OKTAR: Mənim aslanım, maşAllah. O dövrlərdə də ortalıqda belə igidlər qaynaşırdı, inşaAllah.
OKTAR BABUNA: Hz. Mehdi (ə.s)-ın tələbələri də belə olacaq, inşaAllah.
ADNAN OKTAR: EvelAllah, EvelAllah, maşAllah.
Bacımız "Salam aleykum" deyir, əleykumsalam. "Dəfələrlə sizə yazdım, amma heç soruşulmadı. Münafiqlərdən bu qədər bəhs edildiyi halda, mənim sualım niyə cavablandırılmır?" Yəni münafiqlər çox vacib bir mövzudur. Bacımız niyə bizə hirslənir ki? Neslihan xanım, burada əsəbləşəcək nə var ki? Nə gözəl. "münafiqlər Qızıl dövrdə də bu hərəkətlərinə davam edəcəklər? İman etməyəcək bir adam qalmayacaqsa, indiki münafiqlərin vəziyyəti Qızıl dövrdə necə olacaq?" Allahdan qorxmayan, hz. Mehdi (ə.s)-dan qorxacaq. O dövrdə münafiqin nəfəsi kəsiləcək. Yəni münafiqlik edə bilməyəcək. Münafiqlik edə bilmədiklərinə görə də fəaliyyətləri dayanacaq. Güclüdürsə etsin. Amma edə bilməz. Hz. Mehdi (ə.s)-ın olduqca güclü xəbər almaq qabiliyyəti olacaq, qeyri-adi gücü olacaq. Həm fiziki, həm də metafizik (qeyri-təbii). Yəni imkan verməyəcək, bundan söhbət gedə bilməz. Ona görə o dövrdə (hz. Mehdi (ə.s)-ın dövründə) hamı əlini qolunu sallayaraq, istədiyi kimi gəzəcək. Heç kim heç kimə pislik edə bilməyəcək. Əlbəttə ki, zəif insanlar olacaq, amma vəziyyəti dəyişə bilməyəcək. Yəni hər hansı bir hərəkat təşkil edə bilməyəcəklər. Şeytan da olacaq, amma heç bir iş görə bilməyəcək. Edə biləcəyi bir şey qalmayacaq, inşaAllah. Nə haqqında danışacaq şeytan? Darvinizm, materializm, marksizm, satanizm haqqında danışa bilməz. Danışsa da heç kim qulaq asmayacaq. Ona görə bir yerdə oturacaq, inşaAllah. Cəhənnəmə getmək üçün öz növbəsini gözləyəcək, inşaAllah.
ALTUĞ BERKER: Dünən çox əhəmiyyətli bir mövzudan bəhs etdiniz, bu barədə həmişə danışırsınız, yəni münafiqlərin elçilərə qurduğu hiyləgər taktikaları nəzərdə tuturam. Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirəm, Peyğəmbər (s.ə.v)-in dini mövzuları, Allahı, həyatın həqiqətlərini qavraya bilmədiyini düşünürlər. İnsanları yaxşı tanımadığını, dünyanı yaxşı tanımadığını düşünərək, hiyləgərcəsinə, açıq-aşkar tənqid etmirdilər, amma düşünə bilmədiyini hiss etdirərək “evimiz yiyəsiz qalıb, hava istidir” deyərək, belə hiyləgər, yorucu taktikalarından istifadə edirdilər. Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirəm.
ADNAN OKTAR: Hal-hazırda münafiqlər bir dinə baxır, bir hadisələrə baxır, yəni müsəlmanların ümumi işlərinə baxır və "burada mən mənfəətim, hədəflərim cəhətdən nələri qiymətləndirə bilərəm?"―deyə fikirləşir. Yəni istifadə etmək üçün həddindən artıq bir çox şey tapır. Məsələn, cihad etməli, təbliğ etməli olduğunu bilərək, Peyğəmbər (s.ə.v)-in sübh erkəndən "haydı, hazırlanın" dediyini görərək, "xeyr, mən getmirəm"―deyə bilməyəcəyini fikirləşir. Ona görə başqa, müqəddəs bir bəhanə tapmalı olacağını başa düşür. “Müqəddəs bir bəhanə nə ola bilər? İndi “getmək istəmirəm” deyə bilərəm, “döyüşməyi bilmirəm” deyə bilərəm" deyərək fikirləşir və daha da təsirli bir bəhanə nə ola bilər?" deyir. "Evdəki uşaq-muşağı bəhanə edim" deyir. Hətta dilənçilər belə, insanların ona daha çox yazığı gəlsin deyə yanında uşaq gəzdirər. Məsələn, ailəni, ananı, qadını diləndirərlər, daha sonra uşağı diləndirərlər. "Ən yaxşısı yenə mən ailəni bəhanə gətirim, yəqin ki, bu bəhanə bir nəticə verər" deyər. Amma Peyğəmbər (s.ə.v)-ə qarşı kinli və qəzəbli olarlar. Elə hiyləgər üsuldan istifadə edirlər ki, “evimiz yiyəsiz qalıb” deyəndə, Peyğəmbər (s.ə.v) də, əlbəttə ki, Quran çərçivəsində ona cavab verməli olacaq və "evin başsız qalır amma, müsəlmanlar da təhlükədədir, bilirsən” deyəcək, başa salmalı olacaq. Beləliklə, Peyğəmbər (s.ə.v)-ə keçici də olsa bir problem çıxaracaq, inşaAllah. Bu yolla qarışıqlıq, şübhə yaradacaq. Guya, Peyğəmbər (s.ə.v)-in ağlına gəlməyən şeyi bu fikirləşib, haşa.
Şeytanın üslubu da eynilə belədir. Qurana baxanda şeytanın da "mən daha əvvəl fikirləşdim" dediyini görərik. Amma çox ağılsızcasına fikirləşdiyini iddia edir. "Mən bir şeyin fərqinə vardım" deyir. Yəni onu demək istəyir ki: "Ya Rəsulullah (s.ə.v), siz bir şey hiss edə bilmədiniz, mən sizdən daha ağıllıyam, haşa". Burada iki cür təsir etmə var, həm bəhanə gətirək, həm də Peyğəmbər (s.ə.v)-i səhv çıxarmaq məqsədi var. O, bunu şeytanın hiyləsi ilə edir. Allah da vəhy edərək cavab verir. Çünki Peyğəmbərimiz (s.ə.v) çox nəzakətli, hörmətli, sadə bir insan idi. Elə şeylərdən utanardı, qızarardı, minnət edənlərə də bir şey etməzdi. Peyğəmbər (s.ə.v) elə deyəndə, məsələn, "mən döyüşməyi bilmirəm, evim başsız qalıb" deyən adama, fikirləşir ki, orada ona yaxşı cavab verərdim, razılaşdırardım onu, inşaAllah. Məsələn, ətraflı başa salmaq olardı. O da yaxşı başa düşdüyünü deyərdi və geri qayıdardı, inşaAllah. Amma Peyğəmbərimiz (s.ə.v) sadə insan idi, inşaAllah. Ona görə Allah həmişə vəhylə ona kömək edirdi. Dərhal Cəbrayıl (ə.s) gəlib, cavabını verirdi.
İndi hz. Mehdi (ə.s)-ın dövrünün münafiqləri də çox qərarlı bir mübarizə aparırlar, yəni azğındırlar. Əsrin texnologiyasını, elmi imkanlarını istifadə edirlər. Məsələn, əlaqə qurmaq üçün interneti istifadə edər, telefondan istifadə edərlər. Axırzaman münafiqləri daha əhatəli və geniş imkanlara sahibdirlər. O dövrdə qulaqdan-qulağa danışaraq fitnə çıxarırdılar, amma hz. Mehdi (ə.s)-ın dövründə hadisələr sürətlə artır, yəni həcmi daha çox inkişaf edir, inşaAllah. Hətta Peyğəmbərimiz (s.ə.v) hədisdə: “Buğdaya dadanmış qurd kimidirlər" deyir. Yəni hz. Mehdi (ə.s)-ın dövrünün münafiqləri qurd kimi çox olacaqlar. Məsələn, "buğdaların içini bir-bir təmizləyər, amma buğda yenə də qurd salar, hz. Mehdi (ə.s) bir daha təmizləyər yenə qurd salar. Amma sonda tərtəmiz buğdalar qalar. Məhz onlar hz. Mehdi (ə.s)-ın tələbələridir" deyilir, inşaAllah. Mən dövrümüzün münafiqlərinin necə olacağını təxmin edirəm, yəni böyük ehtimalla onlar, küfrü hz. Mehdi (ə.s)-ın əleyhinə istifadə edəcəklər. Yalandan xəbərlər yayacaqlar, məhkəmələri, polisi hz. Mehdi (ə.s)-ın əleyhinə istifadə edəcəklər. Eləcə də küfrü, azğın fikirli dini qrupları, azğın məzhəbləri, azğın inancları istifadə edəcəklər. Günahsız, məzlum müsəlmanları aldadan bir təbliğat aparacaqlar. Müsəlmanların arasında onların səhv yolda olduğunu, buna görə də etiqadlarının səhv olduğuna aid təbliğatlar aparacaqlar. Amma Peyğəmbərimiz (s.ə.v), mehdiyyətin buna qarşı mütləq zəfərlə nəticələnəcəyini ifadə edir.
Lakin, Peyğəmbərimiz (s.ə.v)-in dövründəki münafiqlər çox azğın, murdar və axmaqdırlar, əslində bir az da manyakdılar. Məsələn, Peyğəmbər (s.ə.v) söhbət edəndə biri əngəl törətmək üçün durub çıxıb gedirdi. Bu tamamilə axmaqlıq əlamətidir. Anadangəlmə ağıldan kəm olmaq günah deyil, amma bu şeytani ağılsızlıqdır. Anadangəlmə olan günahsızdır, çünki Allah elə yaratmışdır. Amma bu, şeytanın təsirində olduğuna görə ağlını itirmişdir. Buna görə digər münafiqlər: "Nə ağıllı hərəkət etdi, bu böyük bir insandır" deyir. Münafiq münafiqin axmaqlığını başa düşməz. Yəni aralarında axmaqəlaqə vardır. Münafiqlərin bir çox liderləri var, yəni bir çox hissələrə ayrılarlar, Quran buna diqqət çəkmişdir. Yəni tək birlik halında olmurlar, amma ayrılmazlar. Məsələn, kiçik-kiçik hissələrdən ibarətdir, kimisi qurd kimidir və buna bənzər birliyə sahibdirlər, kimisi gənə birliyi kimi, kimisi murdar böcək birliyi kimi, bu cür xırda-xırda birliklər halında yaşayırlar. Amma öz aralarında da mübarizə apararlar, münafiqlər müharibə vəziyyətində olarlar. Lakin ən pis xüsusiyyətləri həddindən artıq eqoist olmalarıdır. Yəni özlərini çox bəyənirlər. Hamısı da təqvalı olduğunu iddia edər, çox mükəmməl təqva sahibləri olduqlarını iddia edərlər.
OKTAR BABUNA: Siz münafiqlərin cihad etmədiklərini demişdiniz. Onunla əlaqədar ayə oxuyuram, inşaAllah. Şeytandan Allaha sığınıram: "Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar". (Tövbə surəsi 81)
ADNAN OKTAR: İndi ayənin son qismini izah etdik, əvvəlki hissəsini açıqlamadıq. O əvvəlki hissəsini oxu.
OKTAR BABUNA: Bəli, inşaAllah. "Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər".
ADNAN OKTAR: Allahın Rəsuluna, yəni imama və yaxud hz. Mehdi (ə.s)-a müxalif çıxarlar. İndi, münafiqin əsl xüsusiyyəti müxalif olmağıdır. Məsələn, ağ desən, qara deyər. Qara desən, ağ deyər. Mütıəq bir qüsur axtaracaq. Eqoist olduğuna görə itaətetməz, buna görə çatışmazlıq gördüyü üçün özünü daha üstün sayar. Bu, münafiqin əsas xüsusiyyətlərindən biridir. Məsələn, "burada oturaq" desən, "burada yox, orada otursaq daha yaxşı olar" deyər. Sən "qapı açıq qalsın” desən, “yox bağlansa daha yaxşı olar" deyər. Quranda əsas xəstəliklərinin “təbliğ və cihad” olduğu bildirilir. Bütün problemləri budur. Yəni əsasən, problemlərinin 90 %-i budur. Quranda Allah əsasən buna diqqət çəkmişdir. "Oturub qalmalarına sevinərlər" deyir Allah. Münafiqlər evdə oturub qalmaqlarını istəyərlər. Qaya porsuğu kimi bir deşiyə girib, orada yaşamaq istəyərlər və məqsədəuyğun hərəkət etdiklərini düşünərlər. "Müsəlmanların yanından gedərək çox yaxşı etdim. Mənim yerim buradır. İstədiyim kimi yeyib-içirəm, təhlükə yox, bir şey yox. Kimsə məni güdmür, həbs etmir. Böhtanla qarşılaşmıram, təhqir edilmirəm. Heç bir təhlükə yoxdur, çox yaxşı oldu ki, burada qaldım" deyərlər. Halbuki, təhlükənin düz ortasındadır. Münafiq cəhənnəmin ən dibinə gedəcək, inşaAllah. Amma bundan xəbəri yoxdur.
Quranda münafiqlərə aid təhdidləri xüsusilə müsəlmanlar çox yaxşı bilməlidirlər. Çünki münafiq onsuz da Quranın təhdidlərindən təsirlənməz. Biz bu münafiqə aid olan ayələri, münafiqlərin təsirlənməsi üçün, başa düşməsi üçün izah edirik, amma başa düşməzlər. Bunu əsl müsəlmanlar büşü düşər. Müsəlman qorxar, çəkinər, "aman münafiq kimi olmaqdan Allah əsirgəsin" deyər. Çünki heç kim üçün cənnətə getmək zəmanəti yoxdur, bilirsiniz. "Allah qorusun, birdən münafiqlərlə eyni yerə gedərəm" deyə müsəlman tir-tir titrəyər, Allahdan qorxar. Münafiqlərdən də çox iyrənər. Allah onlardan iyrənək deyə ayəni endirir. Müsəlmanlar iyrənsin, nə qədər alçaq olduqlarını görsünlər, qəzəblə, yəni imani bir hirslə, imani qərarla onlara ürəkdən nifrət etsinlər deyə Allah bildirir, inşaAllah.
"Salam əleyküm, hocam. Qurani-Kərimdə mömin qadınların mömin kişilərlə evlənəcəyi buyurulur. Hz. Lut (ə.s)-ın xanımının inanmayanlardan olması və Fironun xanımının inananlardan olmasının bu ayə ilə əlaqədar hikmətini açıqlayarsınızmı?". Əleyküm salam və Rəhmətullahi və Bərəkətu.
Fironun xanımı peyindən iyrəndiyi kimi o alçaq məxluqdan da iyrənirdi. Burada evlilik qalmışdırmı? Amma o, hökmən davam edir. Qadın ən iyrənc peyindən də iyrənc, ən alçaq məxluq kimi baxırdı və heç bir şəkildə onunla birlikdə yaşamırdı. Amma kim bilə bilər, bəlkə də o it mübarək qadını təhdid edirdi, elə deyilmi? Bəlkə də o psixopat təzyiq altında da tuturdu. Ola bilsin ki, canının qorxusundan bir müddət elə evli qalmışdır. Yoxsa qadın onsuz da ürəkdən boşanmışdır. Yoxsa alçaq bir adamla, iyrəndiyi, alçaq bir məxluqla qadın necə evli qala bilər? Ürəkdən boşandıqdan sonra bir qadın, dilində qalsa nə olur? Onsuz da artıq bitmişdir. Ola bilsin ki, təhdid etdiyinə görə bir müddət qəbul etmişdir. Sonra hz. Musa (ə.s)-la getdi. Amma rəvayətdə o namərd Fironun onu sonra şəhid etdiyi deyilir. Hz. Musa (ə.s) ilə gedəndə onu tapmışdır, hər halda adamlarını göndərib tapdırmışdır və sui-qəsd nəticəsində anamızı şəhid etmişdir, inşaAllah. Məhz qorxduğu şeylə qarşılaşmışdır, görürsünüzmü? Firon ağılsız adam idi, ona görə orada nə qanun, nə də hüquq var idi.
Hz. Lut (ə.s)-ın da xanımı ola bilsin özünü büruzə verməmiş, əsl simasını gizlətmişdir. Münafiqlər özlərini ələ verməzlər, elə gizlədərlər ki, şərəfsiz, soysuz, namussuz olduğunu bilməzsən. Mütləq tanıyacaqsan deyə bir şey yoxdur. Münafiq gizli bir məxluqdur, bilinmir. Hz. Lut (ə.s)-ın da onun dinsiz, imansız, əxlaqsız, alçaq olduğunu bilsəydi onunla heç evlənərdi? Allah bilir necə bir münafiq üslubu ilə davranmışdır, özünü övliya kimi göstərmişdir. Allahdan, dindən bəhs edərək, namaz qılaraq "mən belə namusluyam, belə yaxşıyam, belə mədəniyyətliyəm, sənə belə sadiqəm, belə bağlıyam" deyə danışmışdır. O da Peyğəmbər olduğuna görə hüsni-zənn etmişdir, evlənmişdir, münafiq olduğunu haradan bilsin, elə deyilmi? Bunu bilmək üçün vəhy lazım idi, bu olmadan bilməz. Sonra qadının psixliyi üzə çıxdı, Allah da bəlasını verdi.
...Münafiq açıq şəkildə çox rahat hərəkət edə bilirlər. Məsələn, xaraktersiz insanlar da, əgər açıq şəkildə bilinməzsə çox rahat hərəkət edə bilirlər. O açıq şəkildə başa düşüləndən sonra çox utanarlar. Lakin münafiqlər utanmazlar. Münafiqin abır-həyası olmaz. Ürəyində xəstəlik olan utanır, yəni, həqiqətən, o utana bilir. Yenə xəstə olduğuna görə bir yol axtarar, davam edər, lakin münafiq utanmaz.