Altuğ Berker: Siz danışarkən ağılıma bir fikir gəldi, daha əvvəl izah etdiyim kimi, "hz. Mehdi (ə.s)-ın birinci vəzifəsi, iman vəzifəsi, 40 il davam edəcək" dediniz. Tövbə surəsi, 42-ci ayədə də münafiqlər haqqında Allah belə buyurur: "Əgər yaxın bir fayda və orta bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Amma yorucu məsafə onlara uzaq gəldi".
ADNAN OKTAR: Əlbəttə ki, münafiqlər, bir maddi imkan, bir asanlıq təmin edilmiş olan yerə dərhal qaçarlar. Amma münafiqin ən çox çəkindiyi şey təhlükədir. Məsələn, həbs olunmaqdan, döyülməkdən, söyülməkdən, sürgünə göndərilməkdən çox qorxarlar. Yenə elə aclığa və digər çətinliklərə bir müddət dözərlər, amma çox qısa bir müddət dözərlər. Lakin ən şirin şey canı olduğuna görə bu cür şeylərdən qorxar. Ona görə də həmişə belə şeylərdən qaçar. Gənəli it kimi qovarlar, heyvan uzaqdan geri dönüb baxar ki, nə var, nə yox kimi bir şeydir. Münafiqlər də belədir. Qaçar, uzaqdan müsəlmanları güdər ki, nə dəyişiklik olmuşdur. Münafiqlər dinin yayılması və mübarizə aparmaq haqqında heç vaxt bəhs etməzlər. Belə söhbətlər etməz ya da, çox dolaşıq, mürəkkəb, şeytani bir məntiqlə, Quranı şeytani bir düşüncə ilə araşdırıb, dilini əyib bükməyə başlayar. Allahın hökmlərini dəyişdirmək istəyər, halalı haram, haramı halal hesab etməyə başlayar və bununla da müsəlmanları günahlandırmağa çalışarlar. Halal olan bir şeyə, "niyə harama girirsiniz?" deyər, haram olan bir şeyə də "niyə halal etmirsiniz?" deyər. Münafiqlərin belə bir məntiqi vardır. Peyğəmbərimiz (s.ə.v) dövründə də belə idi. Hər dövrdə belədirlər.
OKTAR BABUNA: Bir də, bir az əvvəl hz. Musa (ə.s) hekayəsini nümunə vermişdiniz, inşaAllah. Orada da Allahın əmr etdiyini yerinə yetirmirlər, etsələr də xırdaçılığa vararaq yerinə yetirərlər, inşaAllah.
ADNAN OKTAR: Elə ki, mübarizə haqqında danışılır o zaman: "sən, Rəbbinlə birlikdə gedin, döyüşün" deyirlər. Amma malı inəyi kəsmək istəyəndə özlərini tam təqvalı kimi göstərərək: "Rəngi, forması necə olmalıdır, bir daha soruş"-deyirdilər. Ayədə Allah: "az qala əmri yerinə yetirməyəcəkdilər" deyir. Tam münafiq məntiqidir. Mübarizə haqqında bəs niyə elə təfərrüatlar soruşmursunuz? Allah mübarizə əmr etdiyində niyə soruşmursunuz? "Ya Rəsulullah, haradan gedim, dərhal gedək, digər yoldaşlarımı da çağırımmı?" deməzlər, elə deyilmi? Dolaşıq şeylərdə özlərini çoxbilmiş kimi göstərərlər, yersiz hərəkətlər edərlər, o da onların əleyhinə olar. Halbuki, ayədə də: "Peyğəmbərə sual verməyin. Lazım olsa elə özü sizə lazım olanları deyər" deyilir. "Üzən şeyləri soruşmayın" deyir. Münafiqlər həddindən artıq xırdaçıdırlar. Elə ancaq: "Bu necə oldu? Bu nədir? Bu hardan gəlir?" yersiz suallar verərlər. Allah ayədə: "Bir ruhanilik yaratdılar" deyir. "Heç ona da lazımınca əməl etməzlər” deyir. Yəhudilərdə də, xristianlarda da elədir. Həddindən artıq təfərrüata girərlər və bunu da yerinə yetirəcəyini zənn edərsən, amma ona da əməl etməzlər. Ayədə də Allah: "ona da lazımlı şəkildə əməl etmirlər" deyir.
OKTAR BABUNA: Siz Peyğəmbər (s.ə.v)-ə itaətdən bəhs edərkən bir dəfə demişdiniz ki, kim Peyğəmbər (s.ə.v)-in o vaxt dediyini başa düşməsə belə itaət etsə, savabı da elə daha çox olar, inşaAllah. Hikmətini anlamasa belə dediyini edər, çünki onsuz da hikmətini sonra başa düşəcəyini düşünər, inşaAllah.
ADNAN OKTAR: Hz. Xızır (ə.s) hekayəsində də var. Məsələn, Peyğəmbərimiz (s.ə.v): “dərhal iki adam gecə burdan aşağıdakı şəhərə getsin” deyir. Münafiq isə, haşa, Peyğəmbər (s.ə.v)-ə ağıl verməyə çalışır və: "yol təhlükəlidir, elə deyilmi?" deyir. Sanki Peyğəmbər təhlükəli yer olsaydı deməyəcəkdi? Məhz özünü çoxbilmiş göstərməlidir, bu münafiqlərin xüsusiyyətidir. Məsələn, mübarizəyə dəvət edirsən, o isə: "hava istidir" deyir. Sanki Peyğəmbər (s.ə.v) havanın isti olduğunu bilmir. Halbuki, Peyğəmbər (s.ə.v)-in də tərlədiyini, istiləndiyini görür. Peyğəmbər (s.ə.v)-ə, haşa, ağıl verməyə çalışırlar. Allahın hökmünü bəyənmirlər. Əslində onlar bu bəhanələri ilə Allaha qarşı çıxırlar. Haşa, Allaha qarşı kin bəslədiklərinə görə Peyğəmbər (s.ə.v)-i də bəyənmirlər. Peyğəmbər (s.ə.v)-ə qarşı düşmənçiliklərinin səbəbi əslində Allaha qarşı düşmən olmalarıdır.
OKTAR BABUNA: Sizin dediyiniz ayəni oxuyuram, inşaAllah, şeytandan Allaha sığınıram: “Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağışlayandır, Rəhmlidir”. (Maidə surəsi, 101)
ADNAN OKTAR: Bir də müşriklər və münafiqlər Allaha şirk qoşarlar. Məsələn, İslamiyyəti əvvəl öz ağıllarına görə müəyyənləşdirər. Sanki qadağalarla dolu din anlayışı axtararlar. İlk öncə beyninə belə qəzəbli, qadağalarla dolu, qan tökən, təzyiq göstərən, xırdaçı bir din anlayışını qoyar. Qurana, hədisə baxanda ağlında tutduğu mənfi şeyləri görə bilməz. Ondan sonra dilini əyib bükməyə başlayar. Bu Quranda da belə bildirilir. Xüsusi şeylər çıxartmağa çalışır. Münafiq Quranda halal olan şeyləri görər, amma narahat olar. Halal bildirilmiş şeyləri halal olaraq qəbul etmək istəməz. Eləcə də haram bildirilmiş şeyləri görəndə narahat olar, bir sözlə haramı halala, halalı da harama qarışdırmaq istəyər. Amma xüsusilə halal olan şeylərdən narahat olar. Çünki nə qədər haram çox olsa münafiq üçün öz ağlına görə o qədər də yaxşı olar, haşa. Çünki haramlar çox olanda, insanları bezdirəcəyini düşünər şeytani ağlı ilə bu cür insanları dindən uzaqlaşdıracağını fikirləşər. Ona görə münafiqlər dini çox çətin və öhdəsindən gəlinməyəcək, qarışıq hala salar. Dini çətinləşdirər və bu cür insanları müsəlmançılıqdan döndərirlər. Bu şeytani bir üsuldur. Elə bir şərhlər edər ki, dini qeyri-mümkün, yaşanmayacaq hala salar. Onun fikrinə görə dini yaşamaq mümkün deyil. Nə geriyə çəkilə bilərsən, nə irəliyə gedə bilərsən, nə sağa, nə də sola dönə bilərsən. Hərəkət edə bilməyəcək hala salar. "Bu Allahın hökmüdür, bunu edəcəksən" deyər.
OKTAR BABUNA: Siz daha yaxşı bilirsiniz inşaAllah, bu halalı haram hesab etməkləri barədə danışmışdınız. Yəni Peyğəmbərimiz (s.ə.v) dövründən bəhs etmişdiniz. Münafiqlərin Peyğəmbər (s.ə.v)-in yoldaşlarına, paltarlarına, hz. Həsən (r.ə)-in paltarlarına həsəd apardıqlarını və bunlara mane olmağa çalışdıqları haqqında bəhs etmişdiniz, inşaAllah.
Altuğ Berker: İnşaAllah, siz daha yaxşı bilirsiniz, Allah Quranda müsəlmanlara: "bir olun, dağılıb ayrılmayın" deyir. Bir olmalarını əmr edir. Münafiqlər də Munafiqun surəsi, 17-ci ayədə bildirildiyi kimi: "infaq etməyin, dağılıb getsinlər!" deyir.
ADNAN OKTAR: Münafiqin hər vəziyyətdə, bütünlüklə möminlərin dağılmağını istəməz. Çünki onlara həmişə ehtiyacı olur. Küfrlə, imansızlarla mübarizə aparmayacağına görə şeytani təcavüzkarlığı tətbiq etmək üçün mütləq müsəlmana ehtiyacı olur. Necə ki, bir qudurmuş it mütləq insanı dişləmək istəyər, münafiqlər də it kimi, heyvani davranarlar, mütləq müsəlmana hücum edərlər. Ona görə müsəlmanların tamamilə parçalanmağını istəməz, çünki belə olsa hücum etməyə adam qalmaz. Mütləq biri ilə başını qatmalı, birinə diqqət yetirməlidir. Uzaqdan öz ağlına görə baş qarışdırmağa, nəsə etməyə çalışarlar və bu münafiqlərdə çox əhəmiyyət kəsb edir. Öz başı (fikri, ağlı) qarışıq olar, eləcə də müsəlmanların da ağlını, fikrini qarışdıracağını zənn edər. Halbuki, müsəlmanların düşüncəsi möhkəm polad kimidir, heç vaxt qarışmaz. Amma öz axmaq başı qarışıq olduğuna görə öz ruhundakı qarışıq şəxsiyyəti onu həmişə bu hərəkətə vadar edir. Şeytan da belə bir cins varlıqdır, anormal bir məxluqdur. Buna görə "görəsən vəsvəsə verə bilərəm, görəsən qarışıqlıq çıxara bilərəm, görəsən diqqətlərini yayındıra bilərəm, görəsən halalı haram edə bilərəm, görəsən onları necə şübhəyə sala bilərəm?" kimi fikirlərlə özünü məşğul edər. Lakin ağılsız olduğuna görə həqiqətən zərər verə biləcəyini düşünər. Halbuki, hər münafiq eyni üsulu tətbiq edər və hamısı məğlub olar. Baxın münafiqlərə, tarix boyu eyni metodlarla gələrlər. Hamısının stili, üsulu, modeli eyni formadadır. Lakin bir-birlərindən xəbərsiz olduqlarına görə bu axmaqlar həmişə də eyni metodu tətbiq etmək istəyərlər. Bir sürü heyvan kimi eyni şeyi edərlər. Lakin müsəlmanların bunlara ehtiyacı olar. Yəni şeytana, münafiqə, müşrikə ehtiyacı vardır ki, mübarizə apara bilsin, təbliğ edə bilsin, savab qazana bilsin. Məsələn, bir çox münafiqlərə aid ayələr var. Münafiq olmayanda biz nəyi izah edəcəyik? Münafiq olmasa münafiqlərdənmi bəhs edəcəyik? Allah münafiqi yaradır ki, biz münafiqə aid Quran ayələrini izah edək. Münafiq həm də qadın düşmənidir, bu da onun xüsusiyyətlərindən biridir. Anti-qadındır və bunlar daim mənəvi cəhətdən pis olarlar. Allah bunların mənəvi gücünü qırmışdır. Bunlarda qısqanclıq olar, Allah ruhlarında güc yaratmır, xəstədirlər. Ona görə, ümumiyyətlə, münafiqlər həmişə pozğun olurlar. Qarışıq bir ruha sahibdirlər. Bir yerdə qərar tuta bilməyən insanlardır. Müsəlmanların gücü, qüdrəti, sevinci, sağlamlığı bunlara çox pis təsir edər, mənəvi cəhətdən sıxırlarlar, əzab-əziyyət çəkərlər.
ADNAN OKTAR: Allah Quranda, Nəhl surəsinin 116-cı ayəsində: "Diliniz yalana vərdiş etdiyi üçün “Bu halaldır, o haramdır!” deməyin...” deyir. Bu, münafiqlərin əsas xüsusiyyətlərindəndir. Özlərindən çoxlu halal, haramlar çıxararlar. Biri bir şey deyəndə: "bu haramdır, o halaldır" deyər. Hardan qaynaqlanır? Heç bir qaynağı yoxdur, öz başından, öz məntiqindən icad edir. "Mənim məntiqimə görə belə olmalıdır" deyər. Münafiqlərin bu xüsusiyyətinə qarşı insanları xəbərdar etmək lazımdır. Allah "...çünki Allaha qarşı yalan uydurursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.." deyir. Allaha qarşı həmişə yalan uydurmaq münafiqin xüsusiyyətidir. Maidə surəsinin 87-ci ayəsində Allah belə buyurur: "Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu, gözəl şeyləri haram etməyin....". Buradakı “gözəl bir şey” ifadəsi məsələn, insana xoş gələn şeylərdir, həqiqətən də münafiqlər xoş, gözəl şeyləri haram hesab edir. Nəyə əsasən haram sayır? "Mənim düşüncəmə görə haramdır" deyir. Uydurmaya görə haramdır. Görün Allah nə deyir ayədə: "... Allahın sizin üçün halal etdiyi gözəl şeyləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz". Yəni Allah Quran əxlaqından kənar hərəkət etməməyi buyurur. Ənam surəsinin 119-cu ayəsində Allah belə buyurur: “Sizə nə olur ki, məcburiyyət qarşısında yeməli olduğunuz şeylər istisna olmaqla, O, sizə haram buyrulanları təfərrüatı ilə bildirdiyi halda", yəni “haram olan şeylərin adını Quranda demişkən” "... üstündə Allahın adı çəkilmiş şeyləri yeməyəsiniz?...". Yeməklərdə də: "filan şeylər yeyilməz"deyir. "Niyə?" soruşursan. "Haramdır" deyir. "Yaxşı bu necə?", "o da haramdır, bu da haramdır" deyirlər. Ayədə Allah məhz buna diqqət çəkir. Allah "... Üstündə Allahın adı çəkilmiş şeyləri yeməyəsiniz?.." deyir. "... Həqiqətən, çoxları (elm, şəriəti) bilmədiklərindən...", yəni Allah bir elm, qaynaqları olmadan - "nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar..." deyir. Yəni elə həmişə özlərindən haram, qadağalar çıxardırlar. "... Şübhəsiz ki, Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!". Burada ayədə, münafiqlərin, müşriklərin halal, haram çıxartma üsullarından birini göstərir. Ənam surəsinin 138-ci ayəsində Allah belə buyurur:"Onlar öz (batil) iddialarına görə...", yəni öz ağlına görə zənn edir"... bu mal-qara...", yəni gördüyünüz bu-bu heyvanlar haramdır. "... Və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz deyirlər. (Müşriklər) mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də (kəsərkən) üstündə Allahın adını çəkmirlər. Onlar (bunu) Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır" deyir Allah. Münafiqlərin ən xoşladığı şeylərdən biri də özlərindən haramlar, qadağalar çıxartmaqdır. Həmişə: “bu haramdır, bu qadağandır” deyərək qadağalar və haramlar yaradarlar. Buradakı məqsəd İslamı çətinləşdirmək və yaşanmaz hala gətirməkdir, haşa. İnanan, səmimi müsəlmanları da özləri kimi etmək istəyirlər, dərdləri ancaq budur. Bəqərə surəsinin 246-cı ayəsində Allah belə buyurur: "Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri görmədinmi? Yəni o dövrdəki başçıları bildirir Allah. “..Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki....", yəni idarəedici, bir Mehdi göndər: "... Allah yolunda vuruşaq!” dedilər! O da (onlara): “Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?” dedi... ". Yəni: "birdən mübarizə aparmasalar, təbliğə getməsələr, İslamı yaymasalar, tənbəllik etsələr" deyir. “Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Yəni, şübhəsiz, mübarizə aparacaqlarını deyirlər."Lakin onlara vuruşmaq vacib olduğu vaxt”, yəni, təbliğ, dini yaymaq nəzərdə tutulduğu vaxt "içərilərindən az bir qismi istisna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır”. Bu da münafiqlərin xüsusiyyətlərindəndir. “Quran hökmlərini qadağan edəcəyik. Müsəlmanların sevincini, şövqünü qaçırmaq üçün bir şey etmək istəyirik. Nə deyirsən?" desən dərhal, qaça-qaça gələr. Amma belə şeylərdə əvvəl özlərini çox gözəl cihad edən kimi göstərər. "Ay belə edərəm, elə edərəm" deyər. Amma iş ciddiləşəndə dərhal gənəli donuzların arasına girir və gedir orada onlara gənə kimi yapışır. Məsələn, Bəqərə surəsinin 249-cu ayəsində, Allah belə bildirir: "Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir...". Yəni: “bir ovuc su içsəniz, mənimlə gəlin. Amma bunu etməyənlər mənimlə gəlməsinlər" deyir. Allah "lakin onların az bir qismi istisna olmaqla, (hamısı) o sudan içdi" deyr. İndi bir insanın ürəyində münafiqlik, xəstəlik olanda: "Allahın halal buyurduğu suyu sən mənə necə qadağan edə bilərsən?" deyir. Halbuki, komandir dediyini yerinə yetirməlidirlər. Əmr sahibinə: "sən mənə qarışa bilməzsən"-deyir. Şeytani ağlı ilə, dikbaşlıq edir, burnunun dikinə gedir. "... (Hamısı) o sudan içdi. O, özüylə birlikdə iman edənlərlə... "-hansı ki, bunlar 313 adamdır. Hz. Mehdi (ə.s) tələbələrinin də sayları buna oxşar 313 nəfərdir. Hədislərdə də bildirilmişdir bu - "O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: “Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur!" dedilər. Onsuz da qaçacaq yer axtarırdılar. Yəni: "Biz təbliğə, mübarizəyə getmirik"- deyirlər. “...Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inananlar isə dedilər...”. Burada, Axırzamana, həqiqətən iman edən hz. Mehdi (ə.s) tələbələrinə işarə edir, Allahualəm.“...Neçə dəfə olub ki, az bir dəstə...” -yəni, 313 nəfər adam – “... Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbir edənlərlədir...". Bu birbaşa hz. Mehdi (ə.s) tələbələrinə işarə edən bir ayədir. Əbcəd hesabı da hz. Mehdi (ə.s) dövrünü verir. Allah burada da münafiqlərin o həyasız, dikbaş, itaətsiz rəftarının nə qədər anormal olduğunu Allah izah edir.
OKTAR BABUNA: Siz, "münafiqlərin heç xoşlamadığı şeylərdən biri “itaətdir" demişdiniz.
ADNAN OKTAR: Bir də münafiq, məntiqini inkişaf etdirər, çoxbilmiş olar, həmişə dikbaşlıq edərlər. Yəni özlərini hər şeyi ən yaxşı bilən hesab edirlər. Allah, Ali İmran surəsinin 168-ci ayəsində: "(Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər...." deyir. Yəni başı bəlaya girməzdi, çətinliyə düşməzdi. Bunu, əvvəlcədən ayrılmış münafiqlər deyir hansı ki, çoxbilmişlik edib öz qardaşlarından ayrılıblar. Çoxbilmiş olduqlarını hesab edirlər. Qudurmuş keçi kimi eqoistlik edirlər və şeytan kimi qıcıqlandırırlar. “Evdə, yanımda otursaydın başına bəla gələrdi, nə tutulmazdı, nə yaralanmazdı, heç bir şey olmazdı. Amma qulaq asmadılar, başa düşmədilər. Ətraflarına bunu deməli idilər. Başa düşməli idilər, getməməli idilər, yanımıza gəlməli idilər" -deyir."... De: Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!"-deyir Allah. Burada Allah: “O zaman münafiqləri gözləyən ölümün qarşısını alın, dayandırın"-deyir. Münafiqlərin ən çəkindiyi, qorxduğu şey nədir bilirsinizmii? Ölməkdən çox qorxarlar. Gecə-gündüz ən böyük dərdləri budur. Çünki əxlaqsız və alçaq olduqlarını bildikləri üçün hər şeydə ölüm qorxusu hiss edərlər. Ən kiçik bir şeydə belə. Hər an ölümün onları yaxalayacağından qorxurlar. Məsələn, Bəqərə surəsi 67-ci ayədə Allah belə buyurur: “Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir...", yəni hər hansı bir malı alın, qurban kəsin deyir. Onlar isə: "...Sən bizi ələ salırsan?" dedilər. Tamamilə lovğa çaqqal üslubu nümayiş etdirirlər. Amma bu, münafiqlərin klassik üslubudur. Onlar həmişə dikbaş, alçaq, pozğun xarakterli olublar. Onlar şeytanın ruhuna sahib olduqlarına, şeytanı bir xarakterə, şeytanın fəlsəfəsinə malik olduqlarına görə: "... Sən bizi ələ salırsan?" dedilər..."Əzm sahibi olan dövrün Peyğəmbəri vəhylə söz deyir, onlar isə: "ələ salırsan?" deyirlər. Verdikləri cavab əsl münafiq cavabıdır: "... (Musa):" Cahil olmaqdan Allaha sığınıram" dedi". Yəni: "Mən cahil bir insan deyiləm, Allaha sığınıram, vəhylə hərəkət edirəm" deyir. Bəqərə surəsi 68-ci ayədə Allah buyurur: "Rəbbinə dua et ki,..."―burada, münafiqlərin həyasız üslübunu görürük, həmişə gizli saxladıqları üslubdur. Çünki: “Rəbbimizə deyil, Rəbbinə de” deyirlər. "Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin". Burada münafiqlərin özlərini üstün tutduqlarını görürük, çünki özləri dua etmir, hz. Musanın Allaha dua etməyini istəyirlər, özlərini adam yerinə qoyurlar, yəni onların adından dua etməyi deyirlər. "Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin...", yəni demək istəyir ki, onların fikirləşdiyini Allah fikirləşməmişdir haşa, sanki Allah səhv hökm verib hətta peyğəmbər də başa düşmür, haşa, bəyənmədiklərinə görə təfərrüatlarını bilmək istəyirlər. Münafiqlər ən çox təfərrüatlara diqqət yetirərlər, yəni xırdaçılığa getməyi vacib bilərlər. Təfərrüatlara girdikləri üçün boğular, həm də buna əməl etməz, xaindir. Əsasən də müsəlmanları təfərrüat, xırdaçılığa yönəldər, həm də özü əməl etməz. Bu halaldır, o haramdır, bu qadağandır, sağa dönmək, sola dönmək, oturmaq qadağandır, qalxmaq qadağandır. Soruşanda ki “sən özün bunlara əməl edirsən?” "Mən əslində etmirəm" deyir. Amma aşkarda özünü əməl edən kimi göstərir. Öz-özlüyündə münafiq: “nümayiş olsun deyə, göstəriş üçün edərəm" deyir. "Amma gizlində etmirəm" deyir. "...Nə cür inək olduğunu bizə bildirsin..." dedilər. Bunu Allahdan istəyirlər. "Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin!” (Musa) dedi: “(Allah) buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, (onu da) yerinə yetirin!” dedi. Yəni “artıq məsələni bitirin” deyir. Xırdaçı olmaq, təfərrüatları vacib saymaq münafiqin xasiyyətidir, mütləq gərək təfərrüatlara girsin, xırdaçılıqdan doymur ki, doymur. "(Bu səfər) onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” (Musa) dedi: “(Allah) buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. (Ona) baxanları sevindirir...". Göründüyü kimi tamamilə münafiq ağlıdır. Yəni münafiq sadə, asan dini heç vaxt qəbul etməz. Çətin bir din istəyər. Nə qədər çətin, nə qədər dözülməz bir din olsa münafiq üçün bir o qədər yaxşıdır. Bu onun əməl edəcəyindən irəli gəlmir, sırf şeytanlıq olsun deyə belə istəyir "... “(Allah) buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. (Ona) baxanları sevindirən bir inəkdir”. “Sarı rəngli bir inəkdir” deyir, yəni Allah rəngini də deyir. "(Onlar yenə:)" Rəbbinə dua et ki..."―burada münafiqin inadkar, azğın, dikbaş olduğunu, müqavimət göstərdiyini görürük. Qarşısındakını mütləq yalançı çıxartmaq istəyər. Allahın hökmünü hec vaxt bəyənməz, haşa, mütləq Peyğəmbərin hökmünə qarşı çıxar, itaətsizlik göstərər. "...Bizə onun xüsusiyyətlərini bildirsin. Onun (inəyin) əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik...” deyirlər. Allah burada özlərini daha ağıllı, çoxbilmiş sandıqlarını bildirir. Bütün münafiqlər çoxbilmiş, dikbaş və qıcıqlandırıcıdırlar. Ayədə: "çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik...” deyirlər, sanki haşa, guya Allah bilmir, Peyğəmbər də bilmir, öz başlarına fikirləşib tapırlar, nəsə bilirlər. "... İnşaAllah (Allah diləsə) biz düz olanı taparıq" dedilər. Burada yenə də bir müsəlman üslubundan istifadə etdiklərini görürük. Peyğəmbər izah etdiyi, Allahın dediyi onların düzgün olanı tapmağı üçün kifayət etmir, çünki onların düşüncəsində bir din var və həmin dini tapmaq istəyirlər. Yəni Quranın izah etdiyi din ona kifayət etmir. Mütləq, elə bil başqa bir din tapmalıdırlar. Çox qərarlı olarlar. "...İnşaAllah (əgər Allah istəsə) biz düz olanı taparıq" dedilər. (Musa) dedi: “(Allah) buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmaq üçün ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda (heç bir) ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!” dedilər. Ayədən də görünür ki, artıq xırdaçılıq etmək üçün soruşmağa sözləri qalmamışdır. "... Beləliklə inəyi kəsdilər, amma az qala (bunu) yerinə yetirməyəcəkdilər". Burada Allah münafiqlərin xasiyyətinə diqqət çəkir. Yəni əsl niyyətləri inəyi kəsməmək və başqasına da elətdirməmək idi. Baxınindi eyni adamlara Allah deyir ki: “Peyğəmbər: “Biz indi təbliğ edəcəyik, İslamı, Quranı, Tövratı (o dövrdəki Quran hökmündə olan kitabı―Tövratı) yaymaq üçün, təbliğ etmək üçün hərəkətə keçəcəyik. Gəlin birlikdə gedək" deyir. Maidə surəsi, 22-ci ayədə Allah buyurur: "Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar vardır", yəni yenə ağıl verməyə başlayırlar: "...onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”. Göründüyü kimi, əsl xain kimi hərəkət edirlər. Necə mühit istəyir? Cihad edilməyən, təbliğ olmayan, bir çətinliklə qarşılaşmayacaq bir mühit istəyir. Yəni tutulmaqdan, nəzarətə götürülməkdən, yaralanmaqdan, risk etməkdən qorxar, çəkinər, belə bir mühitin olmamasını, tamam rahat bir şərait istəyər. Bu ayə məhz münafiqin riskdən qorxmağının dəlilidir. Bunu heç vaxt istəməz. Halbuki, məsələn: bizim əsgərlərimiz Şərqə getməklə riskə gedir, Allah rizası üçün canını fəda edir. Haqqı müdafiə etmək üçün risk lazımdır. İnsan həbsə də düşə bilər, böhtana da uğraya bilər, hər şey ola bilər. Amma münafiqlər "belə şey olmaz" deyirlər. Maidə surəsi, 24-cü ayədə: "Onlar dedilər: "Ey Musa onlar oradan çıxmayınca biz ora girməyəcəyik..." dedilər. Yəni: "biz təhlükə, kiminsə bizə söz deməsini istəmirik, danışıqların olmağını, həbsə düşməyi, tutulmağı istəmirik. Döyülmək, söyülmək istəmirik" deyirlər. Rahat bir mühit istəyirlər. Bu lovğa insanların üslubuna diqqət edin, onlar: "... Sən və Rəbbin gedib onlarla vuruşun..." deyirlər. Münafiq xarakteri məhz burada üzə çıxır. Çünki oradakı insanlara və Peyğəmbərə: "mən təhlükə istəmirəm" deyir. Bu, münafiqin əsas xüsusiyyətidir. "...Sən və Rəbbin gedib onlarla vuruşun” deyirlər-“biz isə burada qalacağıq”. Harada? O pis donuzların, ağlını itirmiş kaftar donuzların peyinlərinin içində. "Siz gedin, həbsə də düşün, mübarizə də aparın, amma biz küfrə sığınacağıq, əxlaqsızların içinə sığınacağıq və onlar da bizi qoruyacaqlar" deyirlər. "Biz təhlükənin içinə girə bilmərik" deyirlər. Nur surəsinin 53-cü ayəsində Allah: "...Allaha çox möhkəm and içdilər...." deyir. Münafiqlər elə danışarlar ki, həqiqətən dindar olduqlarını zənn edərsən. Yəni tam müsəlman üslubu ilə danışarlar. Allahdan çox bəhs edərlər. Çox təqvalı bir üslubdur. "Onlara əmr etdiyin zaman mütləq (cihada) çıxacaqları haqqında Allaha çox möhkəm and içdilər....". Haşa, "sən vəzifəni yerinə yetirmirsən. Əgər etsən bax gör biz nələr edəcəyik" deyir. "...Onlara de: “(Yalandan) and içməyin, itaətiniz məlumdur. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!...". Tövbə surəsinin 81-ci ayəsində Allah belə buyurur: "(Döyüşə getməyib) arxada qalanlar Allahın elçisinin əleyhinə çıxaraq (evdə) qalmalarına sevindilər....". Donuzların qanı ilə bəslənən bit kimi oturub qalmaqlarına sevinənlər, "necə də düzgün hərəkət etdim" deyir. "O donuz yuvasına girməklə necə də düzgün hərəkət etdiyini" deyir. Elə oturub-durub sevinir. "Aralarında olsaydım özümü təhlükəyə atardım, indi başım-beynim sakitdir, rahatam" deyir. Nə risk var, nə təhlükə var, sağında kafir, solunda fırıldaq, önündə münafiq, digər tərəfdə azğınlardır. Amma: "təhlükə yoxdur" deyir. Təhlükənin tam içinə girib. Allah bəlanı verib. Cəhənnəm qatarına minib, amma bundan xəbəri yoxdur. "...Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər...". Ayədə: “malları və canları ilə” deyir. Münafiq: "vaxtında malımı vermişəm" deyir. Münafiqin ən böyük dərdi mal dərdidir, ondan mal-pul çıxınca canı çıxar. Münafiqlər canlarını əsla təhlükəyə atmazlar. “Canımı təhlükəyə ata bilmərəm, yaşlanaram, xəstələnə bilərəm, həbs edilə bilərəm, hər şey ola bilər" deyərlər. Canını da, malını da çox şirin sayar. Mal verdikdə də başa qaxaraq verərlər, verdiyi mala görə peşman olarlar, buna görə əziyyət çəkərlər. Allah “Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər..." deyir. Əylənməyə gedər, buna pis baxmaz, amma söhbət mal verməyə gələndə buna pis baxar. Əsl hədəfləri mal-pul olduğuna görə malı gedəndə sanki ətindən-canından gedər. Münafiiqin həm malı, həm də canı çox şirin olar. Malı çıxınca canı çıxar. Allah ayədə: "...De ki: "Cəhənnəm odu daha istidir..." deyir. Burada Allah verəcəyi bəlanın dərəcəsini bildirir. Tövbə surəsi, 81-ci ayədə Allah: "... Kaş ki, bir bilsəydilər” deyir. Tövbə surəsi, 86-cı ayədə isə belə buyrulur: "“Allaha iman gətirin və Onun elçisi ilə birlikdə cihad edin!”―deyə bir surə nazil edildikdə onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər: “Bizi burax (evdə) oturanlarla birlikdə qalaq". Burada Allah vaxtı ilə mal-mülk, pul yığmış münafiqlərdən və onların ağılsız dostlarından, tərəfdaşlarından bəhs edir. Bu tərəfdaşları, dostları qotur itlər kimi, onların bitləriylə, qanıyla bəslənərlər. "... Onlardan sərvət sahibi olanlar səndən icazə istəyib: "Bizi burax evdə oturanlarla birlikdə qalaq" dedilər Münafiq məhz öz yuvasına girər və heç bir iş görmədən orada yaşayar. "Onlar arxada qalanlarla birgə qalmağı seçdilər...". Yəni, digər arxada qalan münafiqlərlə birlikdə qalmağa razı oldular. Əvvəl qaldıqlarına görə fəxr edərlər. "Bizi burax evdə oturanlarla birlikdə qalaq" dedilər. "Yəni: “o biri münafiqlər kimi arxada qalaq". Münafiqlərin ən sevdiyi şey bir küncə çəkilib qotur qaya porsuğu kimi uzaqdan hadisələri seyr etməkdir. Qotur qaya porsuğu necə təhlükədən qorxursa, həmişə yuvalarında necə gizlənirlərsə, bunlar da həyatda həmişə qorxu içində olar və müsəlmanlardan həmişə uzaq olarlar. Müsəlmanlardan qaçmalarının səbəbi təhlükə qorxusudur. Allah "...onların qəlblərinə möhür vuruldu..." deyir. Yəni ölü kimidirlər, artıq heç bir söz də başa düşməzlər. "...Buna görə də onlar (haqqı) başa düşməyəcəklər". AllahTövbəsurəsi,86-87-ci ayəsində səbəbini belə açıqlayır. Tövbə surəsi 42-ci ayədə Allah buyurur: "Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər...". Məsələn, 6 aylıq, 1 illik asan nəticələnən bir şey olsaydı "...onlar mütləq sənin ardınca gedərdilər...". Çünki nəticədə dərhal qazancı əldə edəcəklər. "...Lakin əziyyətli yol onlara çətin gəldi...", yəni böhtana, təzyiqə, təhqirə uğramaqdan, həbs olunmaqdan qorxdular. "...Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”―deyə Allaha and içəcəklər...", yəni imkanlarının olmadığını və s. müxtəlif bəhanələr gətirərlər. Allah "...Onlar özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir" deyir. Münafiqin əsas xüsusiyyəti çox yalan danışmasıdır. Nisa surəsi, 72-ci ayədə Allah belə bildirir: "İçərinizdə elələri də var ki,...", yəni bu münafiqlər həddindən artıq tənbəl olarlar. Yəni açıq-aşkar, yavaş-yavaş, ağır tərpənərlər. Bütün münafiqlərə baxın, çox yavaş-yavaş tərpənərlər. Qotur itlər necə hərəkət edərlər, bunlar da elədirlər. "...Əgər, sizə bir müsibət üz versə...”, məsələn, mömin tutulsa, döyülüb söyülsə, malını-mülkünü itirsə: "...Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım” deyər. Məsələn, deyər ki: “vaxtında nə yaxşı etdim onlardan uzaq oldum". Ali İmran surəsinin 78-ci ayəsində: "Onlardan eləsi vardır ki, dillərini kitaba doğru əyib bükərlər..." deyir. İndi Quran var, dillərini Kitaba doğru əyib bükərlər, yəni Qurandakı hökmləri dəyişdirərlər. Tamamilə başqa mənalar çıxardarlar. Məsələn, Allah deyir: "məscidlərə gedərkən zinətlərinizi taxın gedin". Quran elə deyir, amma onlar: “o ayənin hökmünü bir fikirləş gör nə məna verir? İndi mən sənə mənasını başa salaram. Zinət nədir? Təmiz geyinəndə o zinət olur? Zinət oraya pərişan halda girməməkdir, zinətin mənası budur" deyir. Öz ağlına görə tamamilə başqa bir məna verir. "...Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər...". Yəni Quran hökmü kimi dilini əyib-bükərək dəlilləndirməyə çalışar, Allahın hökmü kimi qələmə verər. Allah "...Halbuki, bu, kitabdan deyil..." deyir. Yəni Quranın hökmü deyil, amma elə göstərmək istəyir. Zənnə qapılırlar, təxmin edərək yalan danışırlar. "Bu, Allah qatındandır!” deyərlər". Burada Allah münafiqlərin insanlara dini necə təlqin etdikləri, necə səhv izah etdiklərini bildirir. "...Halbuki, o, Allah qatından deyildir...". "Onlar bilə-bilə Allaha qarşı yalan danışarlar". Burada Allah münafiqlərin necə saxtakar olduqlarını bildirir. Özləri də bilərəkdən yalan danışırlar. Çünki dinin altından çıxılmaz hala gətirmək, çətinləşdirmək istəyirlər. Yəni bu əxlaqsızlığı qəsdən edərlər. Ənfal surəsi, 49-cu ayədə Allah belə buyurur: "münafiqlər və qəlbində xəstəlik olanlar belə deyirdilər: "Bunları (müsəlmanları) öz dinləri aldatdı...". Yəni öz səhv düşüncələrinə görə, müsəlmanlara: “bunlar səhv yola girdilər, aldandılar" deyərlər. "...Halbuki kim Allaha təvəkkül etsə, həqiqətən Allah yenilməz qüvvət sahibidir, hikmət sahibidir". Yəni: “Müsəlmanlar Allaha təvəkkül edərlər, Allah da hökm və hikmət sahibidir" deyir. Ən düzgün hökmü hikmət sahibi verər. Allah qısa və ən düzgün olanı izah edər" deyir. Sad surəsi, 6-cı ayədə Allah belə buyurur: "Onların adlı-sanlı adamları çıxıb gedərək (dedilər) (yəni münafiqlərin böyük hesab etdikləri ağa babaları, aparıcı münafiqlər): Gedin tanrılarınıza qarşı (bağlılıqda) qərarlı davranın. Doğrusu, bu (sizdən) istənilən bir şeydir". Bunların ilahı nədir bilirsiniz? Allahın hökmünü dəyişdirən bəzi saxtakar alimlərdir. Məsələn, səbəbsiz yerə halalı haram edər. Nə Peyğəmbər (s.ə.v)-in sünnətini, nə hədis, nə də Quran tanıyar. Öz-özünə halallar, haramlar icad edər. Çünki "Doğrusu, bu (sizdən) istənilən bir şeydir” deyir. Yəni: "Allahın nəzərdə tutduğu əslində budur. Doğru olan budur, bunu etməliyik" deyir. Ətrafdakılara ağıl verir. Amma söhbət cihaddan, təbliğdən, dini yaymaqdan gedəndə: "Amandır, mənə belə şeylərdən bəhs etməyin" deyir. Dərhal gedib donuza yapışar, qanını sovurmağa başlayar. Ən böyük biti olan donuzla birlikdə yaşayırlar. Bu münafiqlərin xüsusiyyətidir. "...Gedin, tanrılarınıza qarşı..."―yəni ilahlaşdırdığı, Allah adına hökm verən hər kəs, Allah adına yeni bir hökm verən varlıqlar―bunları ilahlaşdırdıqlarını deyir. Alim deyirlər, amma onu ilahlaşdırmışlar. “Qərarlı olun” deyir, məsələn, filan müəllimin sözünə itaətdə qərarlı olun deyir. Çünki "Doğrusu, bu (sizdən) istənilən bir şeydir”―deyə Quranın hökmünə qarşı çıxırlar və dini dözülməz vəziyyətə gətirmək istəyirlər. Şeytani bir üsuldur. Allah ona görə Maidə surəsinin 101-ci ayəsində: "Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın..." deyir. Yəni “bu necə olacaq, filan şey hardandır” deyib xırdaçılığa getməyin. "Bunları soruşmayın" deyir. “...Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. Allah onları bağışladı. Allah bağışlayandır, həlimdir!". Yəni Allahın Qurandakı hökmü, Peyğəmbər (s.ə.v)-in sünnəti nədirsə hamı ona tabe olmalıdır, təfərrüatlara girilməməli, sual verilməməlidir. Maidə surəsinin 102-ci ayəsində Allah buyurur: "Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə kafir olmuşdu". Yəni belə olanda insanlar dindən çıxmış olur. Məsələn, izah edə-edə dini elə bir vəziyyətə gətirib çıxardır ki, insanlar bunun yerinə yetirilməsinin qeyri-mümkünlüyünü deyir. Yəni: "insanın yerinə yetirə biləcəyi bir şey deyil" deyir. Bu yolla insanları dindən uzaqlaşdırırlar. Yunis surəsi, 59-cu ayədə Allah belə buyurur: "De: “Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız”. De: “Allahmı sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?”. Allah burada özbaşına Allahın nazil etdiklərinin bir qismini halal, bir qismini də haram qılan saxtakarlardan bəhs edir. "...De: “Allahmı sizə izn verdi?", yəni Allah “hansı dəlilləriniz var?” deyir. "...Yoxsa Allah haqqında yalan uydurub iftira yaxırsınız?". Yəni Allah haqqında yalan danışıb iftira atırlar, Allah ayədə məhz bunu bildirir.
ADNAN OKTAR: (Münafiqlər) Çox sarsaq, çoxbilmiş, özündən razı, axmaq bir ruha malikdirlər. Bütün münafiqlər özlərini dünyanın ən ağıllı insan olduqlarını zənn edərlər. Bu çox böyük bir möcüzədir. Bütün münafiqlər ayrı-ayrılıqda özünü ən ağıllı adam hesab edir və özündən daha ağıllı bir münafiq olacağını da qəbul etmir. Məsələn, qədim dövrlərdə də Drar məscidinin münafiqlərinin hər biri ayrı-ayrılıqda özünü dünyanın ən ağıllı adamı zənn edirdi. Münafiqlər həddindən artıq lovğa və çoxbilmiş olurlar. Öz daxilində yerləşmiş şeytani sistemdir. Öz-özünü yeyib-dağıdan şeytani hiylədir. Bədiüzzaman "hiyləli hissləri verən şeytandır" deyir. Şeytan hiyləgər, yalançıdır, bu ayədə də şeytanın dilindən deyilir: “insanların qəlblərinə vəsvəsə verəcəyəm”. Münafiq də buna görə daima şeytanın verdiyi bu vəsvəsə ilə məşğul olar. Öz düşüncəsinə əsasən müsəlmanların inancına təsir etməyə, müvəffəqiyyətini alt-üst etməyə çalışar. Münafiq də var qüvvəsilə, hərbi gücü ilə, həm atlı, həm piyada gücü ilə, əlindən nə gəlirsə onu müsəlmanlara qarşı istifadə edər. Bütün gücünü bu yolda səfərbər edər. Küfrdə şeytanın əmrində çox böyük birliklər olar. Məsələn, böyük sistemləri vardır. Çini təsəvvür edək və oradan nümunə verək. Çində bir münafiqi düşünək. Çin ordusu, münafiqin əmri altındadır. Eləcə də Çin polisi, Çin kəşfiyyatı da münafiqin əmrindədir. Çinin bütün manyakları, ağılsızları, əyyaşları, cinsi azğınları, əxlaqsızları, hamısı onların əmrindədir. Ona görə münafiqin gücü şeytanın gücü kimidir. Böyük bir gücə sahibdir. Amma eyni zamanda da şeytan kimi axmaq və gücsüzdür. Yəni eyni zamanda bu iki xüsusiyyətə sahib olar. Həm gücsüz olar, həm də şeytani gücü olar. Amma müsəlmanın bir üfürməsi ilə alt-üst olar. Münafiqlərmöminlərə təsir edə bilmir. Qəlbi (mənəvi, iman cəhətdən zəif) zəif olana təsir edə bilər. Ona görə, münafiq zəif adam görən kimi onu narahat edər. Yəni öz fikri etibarilə onu axmaq bilər. Münafiqin fikrinə əsasən ilk növbədə qan qohumu olan yaxın insanları xilas etməlidir. Peyğəmbərimiz (s.ə.v) dövründə də elə idi. Münafiqi özgələri çox maraqlandırmazdı, qan bağını (qohumluğu) əsas götürdüyünə görə onları xilas etmək üçün, və ya çətin bir vəziyyətdən qurtarmaq üçün başqalarına ziyan vurarlar, hücum edərlər. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in yanına gedirdilər. Sonra isə ayrılırdılar "sən necə gedə bilərsən (ayrılarsan)" deyəndə, "niyə ki, sən mənim övladımsan"―deyə cavab verir. "Nəyə görə övladınam?” soruşanda "qan bağı var, mənim qanımdan gəlirsən" deyir. "Mən də Peyğəmbər (s.ə.v)-in dinindən gəlirəm" deyir. "Səninlə qan bağım varsa onunla da iman bağım var" deyir. Müsəlman: "bu iş qanla irinlə olmaz"-deyir. İman, əxlaq bağıyla, ruhla, dərinliklə olar. Qardaşlıq da elə bu şəkildə olar. Ona görə münafiqlərin maddi dünyagörüşləri çox ziddiyyətli xarakter daşıyır. İnsanlığın ruhuna çox zidd bir xarakterdir. Quran bunu çox ətraflı izah edir. Quran əxlaqı ilə ziddiyyət təşkil edir. Amma öz fikrinə əsasən Qurandan sui-istifadə etməyə çalışar. Amma bacarmaz, həll edə bilmədikdə də əl çəkməz, yenə də elə bu işə can atar. Məsələn, münafiqlər, Peyğəmbərimiz (s.ə.v)-in hədislərini Peyğəmbərin öz əleyhinə istifadə etmək istəyər. Drar məscidini quranlar: "biz Qurana tam tabeyik" deyirdilər. "MaşaAllah, əlhəmdülillah" deyirdilər. Amma əlbətdə ki, Peyğəmbər buna baxmayaraq onların münafiq olduğunu bilirdi. Onlar: “Peyğəmbərimiz özü məscidlər açın dedi" deyirdilər. “Burda qəbahətli nə var ki, biz də məscid açdıq" deyirdilər. “Onda Peyğəmbər (s.ə.v)-in məscidinə gəlin”―deyəndə “yox gəlmirik" deyirdilər. "Niyə gəlmirsiniz? Bizim məsciddə artiq biz daha təqvalıyq. Çünki bu məscidə qadınlar gəlmir. Orada bizi hz. Həsən, hz. Hüseynin evlilikləri haqqında söhbətlər narahat edir" deyirlər. "Hz. Əlinin zarafatçılığı, sevinci, də bizi narahat edir. Amma bu məsciddə elə bir şey yoxdur, biz zarafat etmirik, çox ciddi insanlarıq" deyirdilər. "Qadın da gəlmir" deyir. Dediyim kimi bütün münafiqlər həmişə anti-qadın, anormal olublar. Bunu gizlətməyə çalışsalar da həmişə bəlli olur. Öz düşüncəsinə görə gizlədər, amma onsuz da bilinər. Münafiqlər bu nifrəti, qadın nifrətini bir çox yerdə İslama da gətirməyə çalışmışdılar və bu məntiq günümüzə qədər davam etmişdir. Qadına qarşı qəzəb və nifrət bəsləyərlər. İndiyə kimi qadınlara qarşı etibarsızlıq, hörmətsizlik bəsləyərlər. Əlbəttə ki, Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə, Quran ayələri ilə bu vəziyyətin qarşısı alınmışdır. Lakin həmişə hücum etməyi gözləyər. Münafiqlərdən qadınlar haqqında soruşanda çox qeyri-adi bir şey təsvir edərlər. Ona görə Allah: "Münafiqun və münafıkat" deyir. Yəni münafiq kişilər və münafiq qadınlar ancaq bir-birləri ilə yola gedə bilərlər. Amma dava ilə, nifrətlə və kinlə davam edərlər. Bir-birlərinə nifrət edərlər. Eləcədə Allah Quranda: "Muminun və müminat" deyir. Yəni mömin kişilər və mömin qadınlar da bir-birlərini canı kimi çox sevərlər. Bir bədəndə iki can kimi çox sevərlər. Bir-birlərinə qeyri-adi sevgi bəsləyərlər.
Altuğ Berker: Bir ayə oxuyuram, inşaAllah. Şeytandan Allaha sığınıram: "Sən qəlbində xəstəlik olanların: “Qorxuruq ki, başımıza bir fəlakət gələ”―deyərək onların (Kitab əhli) arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə (bəxş etsin) və ya dərgahından bir əmr versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar. "
ADNAN OKTAR: Yəni münafiqlər: “Əgər birdən bizi polis tutsa, ya həbs edilsək, ya təhqir edilsək, televiziyada, qəzetlərdə bizimlə əlaqədar bir şey çıxsa” deyərək qorxarlar. Quranda da açıq-aşkar bildirilir. Həmişə bu qorxu, çaxnaşma içində olduqlarına görə, etibarlı hesab etdikləri yerə gənə kimi yapışarlar.
ADNAN OKTAR: Münafiq çox arsız varlıqdır. Müsəlmanın dinə görə hərəkət etməyinə inanmadığına görə hadisələri qan, mənfəət bağına görə qiymətləndirər. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövründə də, əvvəlki dövrlərdə də elə idi. Oğlu, övladı müsəlman olar, yaxud qardaşı müsəlman olar, dindar olar, amma özü münafiq, dinsiz olar. Məsələn, ona: "gəl birlikdə iş görək" deyir. "Niyə?" deyir. "Biz qan qardaşıyıq, qan asılılığı var" deyir. "Eyni anadan, eyni atadan doğulduq" deyir. İman qardaşlığı varmı? Xeyr, yoxdur. Onu vacib hesab etmir. Münafiq qan bağının hər şeyi həll edəcəyinə inanar. İman qohumluğunu heç vaxt başa düşməz. Halbuki, hz. Nuh (ə.s): "mənim oğlum" deyir, Allah isə: "Sənin oğlun deyil" deyir. Yəni artıq qohumluq bağı qırılır. Qohumluq bağı imanla olar. Münafiqin qohumluq bağı olmaz. Qohummünafiqdirsə qohumluğa da son qoyular. Qanla, ilik-sümüklə və s. qohumluq olmaz. Çünki onun qanını, sümüyünü onsuz da torpaq udacaq. Ruh bağı da imana görədir. İmanını itirdisə və ya münafiq oldusa, küfrə düşdüsə artıq heç bir bağı qalmaz, inşaAllah. Quranı diqqətlə araşdırsaq hz. Lut (ə.s)-ın xanımının da elə olduğunu görərik. Onlar isə hələdə bağın davam etdiyini zənn edirlər. Halbuki, küfrünü elan etdikdən sonra artıq hər şey bitir, yəni qohumluq və s. Bununla da qohumluq bağları qırılır, inşaAllah.
OKTAR BABUNA: Siz daha yaxşı bilərsiniz, inşaAllah. Hz. İbrahim (ə.s)-ın atası da elə olub.
ADNAN OKTAR: Buna aid olduqca çoxlu sayda nümunələr var. Münafiq öz içində Allah tərəfindən çürüdülən şeytani bir məxluqdur. Münafiq olduqdan sonra Allah ondan hidayəti alır. Ayədə də Allah Allahın diləmədikcə: "Artıq onlar hidayət tapmazlar" deyir. Öz içində, öz sistemində o yavaş-yavaş çürüyər. Münafiqlər öz-özünə hücum etməyə başlayarlar. Əvvəl şeytanın təsiri ilə müsəlmanlara hücum edər. Müvəffəqiyyətli ola bilmədikdə müsəlmanların daha da gücləndiyini görəndə, daha da özünə qapılıb, yanmağa başlayar. Allahı Qurandaürəkləri daxildən yandırıb yaxan bir atəşdən bəhs edir. bu dünyada atəş məhz münafiqlərə aiddir. Onları içdən yandırar və çürüdər, münafiq təkliyin ağrısını çəkər. Münafiq 100.000 adamın içində olsa da tək olar. Çünki, haşa, özünü Allahdan, Peyğəmbərdən böyük saydığına görə o ağrını, eqoistliyin ağrısını şiddətli şəkildə hiss edərlər. Eqoistlik onu boğar. Bədiüzzaman: "(eqoistlik) onun bütün bədənini bürüyər" deyir və bunun təsiri altında bədəni getdikcə çökər və məhv olar. Bütün bədəni bürüyəndə də, vücudu bütövlüklə ruhən xərçəng olar. Artıq bədən özünə hücum edər. Həqiqətən, həm fiziki, həm ruhən çökər. Allah onu bir cür dəli edər. Dəli edənə qədər də əl çəkməz. Bütün münafiqlərin sonu belə nəticələnir. Yəni belə yavaş-yavaş həlak olarlar. Quranda ona işarə olaraq Allah: "heç gözləmədikləri tərəfdən yavaş-yavaş onları həlaka sürüyərik" deyir. Məsələn, münafiq heç bir şey olmayacağını fikirləşir. Çünki münafiq təhlükədən, riskdən qorxar, "aman mənə zərər gəlməsin, kefim pozulmasın, malıma, mülkümə zərər gəlməsin"―deyə düşünər. At ağcaqanadı kimi qaçdığını düşünər. Məsələn, donuzun çirkin yerlərinə ağcaqanad qonar və orada qanını sovurar. Münafiqlər də belə donuzun çirkin yerinə qonmuş ağcaqanad kimidir, at ağcaqanadı kimidir, orada qanını sovurar. Amma o pisliyi də onu çəkər. Eyni zamanda o murdar şəraitdə, o iyrənclikdə yaşayar. Qanı sovurar, amma iyrənc qanı, bu murdarlıq da onu çökdürər. Münafiqin özünə xas murdar qoxusu olar, murdar bir təəssürat bağışlayar, o onu yandırar. Allah Quranda buna işarə olaraq: "yavaş-yavaş onları həlaka sürüyərik" deyir. Əlbətdə, bunun da bir hikməti var. Yavaş-yavaş öz içində qovrular və çökər. Cəhənnəmdə də Allah, onlara əbədi əzab verəcəyini deyir. Guya təhlükədən xilas olmuş olur, amma ən böyük təhlükənin və bəlanın içinə girmişdir. Orada təhlükə var. Orada birbaşa hadisənin, bəlanın içinə girir. Münafiqlərin dünən xırdaçılığını izah etmişdik. Münafiq eyni zamanda öz təfərrüatında boğulan, amma müsəlmanları da təfərrüatda boğmağa çalışan bir varlıqdır. Yəni müsəlmanları da öz yanına çəkməyə çalışar. Onları da boğmağa çalışar, amma müsəlman Quranın fərasətiylə, İslamın sadə, dəqiq bir din olduğunu bilər. Quran öz içində özünü qoruyar. Qurana tabe olan da özünü çox yaxşı qorumağı bacarar, təsir altına düşməz. Yəni müsəlman qatı dinçiliyə, xurafatçılığa uymaz, münafiqliyə düşməz. Quran polad zireh kimidir. Qurana sarılan qorunmuş olar. Bütün ayələr Quranda açıqdır. Allahın hökmləri çox açıqdır. Münafiq öz ağlına görə ayələrə başqa məna verərək, dözülməz vəziyyətə salaraq müsəlmanları belə ziddiyyətlə, yeni hökmlərlə, yeni qadağalarla, şərhlərlə boğmağa çalışar. Lakin bunu bacarmayanda da yeni hücumlara keçər. Ən sonda da münafiq təkbaşına dəli olar. Ən son mərhələsi budur. Əlbəttə ki, bu mövzunu, daha da ətraflı izah edəcəyik, başa salacağıq. Amma Quran ayələri ilə izah etsək daha yaxşı, daha ətraflı olar.
OKTAR BABUNA: Şeytandan Allaha sığınaram: "(Uhudda) iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud (heç olmasa) müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Evlərində) oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!" (Ali İmran surəsi, 166-168)
ADNAN OKTAR: İndi ayəni hissə-hissə oxu!
ADNAN OKTAR: "İki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu".
ADNAN OKTAR: İndi bunu Axırzamana aid edək. Allah iki birlikdən bəhs edir. Mehdiyyət və dəccaliyyət qarşı-qarşıya gəlir. Mehdiyyət bir çox hücuma məruz qalar. Əvvəldə iddia edilən Ərgənəkon təşkilatı olmaqla, ateist masonlar, münafiqlər, küfr, ateist və darvinistlər tərəfindən hücum və təzyiqlərə məruz qalacaqlar. Bunu Allah yaradır, əgər yaratmasa onda mehdiyyət də olmaz. Yəni mehdiyyətin mütləq hücuma, təzyiqə, münafiqə, kafirə ehtiyacı vardır. İddia edilən Ərgənəkon təşkilatını yaradan Allahdır. Bunu mehdiyyət üçün yaradır. Hz. Mehdi (ə.s)-ın (fikirlə) məğlub etməyi üçün yaradır. Darvinizm hz. Mehdi (ə.s)-ın (fikirlə) onu məğlub etməyi üçün xüsusi olaraq yaradılır. Münafiq və ya münafiq camaatı, hz. Mehdi (ə.s)-ın onu məğlub etməyi üçün xüsusi olaraq yaradılar, Küfr də xüsusi olaraq həmişə cılız və gücsüz yaradılar.
OKTAR BABUNA: Peyğəmbərimiz (s.ə.v) hədislərinin birində belə buyurur: "Münafiqlərin və küfrün işləri hz. Mehdi (ə.s)-a zərər verə bilməyəcək, ayrılanlar da, müxaliflər də hz. Mehdi (ə.s)-a heç bir zərər toxundura bilməyəcək. O, ondan ayrılanlara baxmayaraq zəfərlə yoluna davam edəcək"(Ramuz el-Ehadis).
ADNAN OKTAR: Münafiq elmi inkişaf etdirər. Münafiq sayəsində sən biliyini artıra bilərsən. Münafiqə qarşı Quranın hökmlərini yaxşıca öyrənərsən və özünü necə müdafiə edəcəyini, müsəlmanları necə müdafiə edəcəyini Qurandan başa düşərsən. Kafir elmi inkişaf etdirər. Kafirə qarşı necə mübarizə aparacağını Quran oxuyaraq və ümumi mədəniyyətini artıraraq öyrənə bilərsən. Yəni çox böyük bir məlumata ehtiyac yaranar.
OKTAR BABUNA: Küfrün və münafiqlərin Axırzamandakı möminlərə qarşı bəslədikləri kinlərinə işarə edən bir ayə oxuyuram, inşaAllah. Şeytandan Allaha sığınıram: "Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz (nazil olan) kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah ürəkdə olanları bilir". (Aliİmran surəsi, 119)
ADNAN OKTAR: Allahın bu ayəsinə uyğun olaraq, Allah bütün münafiqləri kin və hirsiylə öldürsün, inşaAllah. Kin və hirsi ilə Allah onları həlak etsin, içlərini yandırsın Allah. Beyinlərini, ruhlarını yandırsın. Allah belə əmr etdiyinə görə mən də belə deyirəm. Sən indi ayəni mənə hissə-hissə oxusan, mən də onları şərh edərəm, inşaAllah.
ADNAN OKTAR: "Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər..."
ADNAN OKTAR: İndi müsəlmanların bir qismi münafiqi başa düşmədiyinə görə, qan bağına görə onlara şəfqət hissi duyur, onlarla maraqlanır, əlaqə qurmaq istəyir, onu qorumaq istəyir, yalnız qan bağı olduğuna görə, iman bağına görə deyil. Allah da ona lənət edir. "Amma onlar isə sizi sevməz" deyir. Çünki mənfəət kimi görər. Yəni yemək verən bir maşın kimi, ya da pul kəsən (çıxaran) bir maşın kimi baxarlar. Buna görə münafiq insanı insan kimi sevən bir məxluq deyil. Münafiq mənfəət üzərində qurulmuşdur, amma Quranı özü üçün, haşa istifadə etməyə çalışar. İndi isə davam edək.
ADNAN OKTAR: "... Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!” deyirlər..."
ADNAN OKTAR: İndi müsəlmanlar Quranın hamısına, möhkəm ayələrə, açıq hökmlərə itaət edir. Qarşılaşanda münafiq: "mən də itaət edirəm" deyər. Yəni bu münafiqin xüsusiyyətidir. Quranla özünü pərdələməyə, büruzə verməməyə çalışar. Özünü gizlədər.
ADNAN OKTAR: "... təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirərlər..."
ADNAN OKTAR: Onların nə ağıla qulluq etdiklərini görürsünüz. Münafiq onsuz da həmişə öz fikrinə uyğun yaşayan, öz daxilində özünü parçalayan bir varlıqdır. Quran ona diqqət çəkir. “Barmaq ucunu” deyərkən mənəvi cəhətdən özünü içindən yeməsi nəzərdə tutulur. Allah bunu Quranda çox qısa bir üslubla izah edir. Bir insanın öz-özünün barmaq ucunu gəmirməyi nə deməkdir? Yəni öz-özünü yeyib-tökməkdir, qəzəbindən, əsəbindən bir şey edə bilmir. Baxır ki, müsəlmanlar güclü, qüdrətli, şən, cəld, cürətlidir və onları da məğlub edir. Onları zəfər, nemət, bolluq, gözəllik içində bunu gördükcə münafiq yanar. Yəni daxilən yanıb-yaxılar. Daxilində yanan alov onu əhatə edər. Bu həmin izah etdiyim mövzudur. Allah bunu Quranda çox gözəl açıqlayır. Öz-özünü yeyən bir məxluqdur. Daxilən əriyər, əriyər və yanar. Axırda da münafiq həlak olar.
ADNAN OKTAR: "…De: “Qəzəbinizdən ölün!."
ADNAN OKTAR: Qəzəbindən və əsəbindən ölərlər. Bu dua, yəni Allahın bildirdiyi dua, sonda münafiqlərin, kindən və əsəbindən öldüklərini bildirir. Yəni kin və əsəb onun ruhunu xərçəng xəstəliyi kimi xəstələndirər. Ruh xəstəsi edər, əziyyət verər. Bütün bədən üzvləri pozular. Əsəb saçlarına, gözünə, sinir sisteminə, qara ciyərinə, mədəsinə, hər yerinə təsir edər və müxtəlif xəstəliklərə səbəb olar. O xəstəliklərə görə də ölər. Lakin əsl səbəbi kin və əsəbdir. Quran bu möcüzəyə diqqət çəkir. Yəni Allah yavaş-yavaş daxilən onları həlak edər. Məsələn, heç gözləmədiyi vaxtda xərçəng xəstəliyinə tutular. Heç ümid etmədiyi yerdə Allah bir şey edər. Mömində bir imtahandır, münafiqdə də bir bəladır. Amma Allah münafiqin xəstəliyə tutulmasına kini və əsəbi vəsilə edir. Mömində isə birbaşa xəstəlik olaraq yaradar.
OKTAR BABUNA: Şeytandan Allaha sığınıram: "Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah eşidəndir, biləndir". (Tövbə surəsi, 98)
ADNAN OKTAR: Münafiqlər müsəlmanlara bir verib əvəzində isə on almaq fikrində olarlar. Özünü çoxbilmiş, gözüaçıq zənn edib əvəzində qat-qat artıq almaq istəyər. Həqiqətən, verər və əvəzində 10 dəfə artıq almaq istəyər, amma ala bilməz, gözləyər, gözləyər heç bir dənə də ala bilməz. Çünki İslamda yığmaq yox, paylamaq vardır. Bu münafiqin başına bəla olar. Nəticədə də fitnəyə çevrilər. Olduqca pərişan olar. "Vaxtında bu qədər verdiyim mal-pul nə olacaq?" deyər. Bu bəladan heç cür xilas ola bilməz. Bu, münafiqin ürəyinə düşmüş yanğı olar. Bunu ziyan, zülm, bəla kimi görər.
ADNAN OKTAR: "... və sizə bir bədbəxtlik üz verməsini gözləyir..."
ADNAN OKTAR: Müsəlmanların yalnız pisliyini istəyər, elə həmişə onlara qarşı bir plan hazırlanmağını, tutulmaqlarını, həbsə atılmaqlarını, döyülməklərini, söyülməklərini, əzilməklərini, təhqir olunmaqlarını gözləyərlər, bu işlərə dəstək olarlar, müsəlmanları satarlar. Bunu etməyə can atan qruplara daxil olar. Onlara məlumat verər, onları təşviq edər, istiqamətləndirər. Halbuki, müsəlmanın elə buna ehtiyacı vardır. Çünki müsəlmana qarşı hücum olmasa qalib gələ bilməz. Bir qudurmuş it olmalıdır ki, sən də odunla onu qovasan. Odun isə elm, sevgi və qardaşlıq olmalıdır. Onlar hücum edəcəklər, mehdiyyət qovacaq, bizlər də qabaqcıl əsgər kimi qovacağıq.
ADNAN OKTAR: "Bədbəxtlik onların öz başlarına gələcək"deyir Allah.
ADNAN OKTAR: Bu ayə bədbəxtliyin qəti olaraq, mütləq baş verəcəyini bildirir. Münafiqlər mütləq pis fəlakətlərə düçar olarlar. Həmçinin, münafiq donuzun çirkin yerində yaşayan parazit kimidir. Orada yaşamağı onub üçün onsuz da bir zülmdür. O murdar qan onu onsuz da pərişan edər. O murdar qan onsuz da onun halını pisləşdirər, münafiq orada təkliyə qərq olar. Təkliyin əzabını çəkər. Ona görə əzab çəkdikcə daha da təcavüzkarlaşar, təcavüzkarlaşdıqca da daha çox məğlubiyyətə uğrayar. Məğlub olduqca təcavüzkarlaşar, beləliklə, tamamilə çıxılmaz bir vəziyyətə düşər və orada elə çırpına-çırpına qalıb həlak olar. Münafiqin xüsusiyyəti, möminlərin gücünü, sevincini, sağlamlığını, səhhətini gördükcə pərişan olmaqdır. Ona görə münafiqləri, kafirləri əsəbləşdirmək bir ibadətdir. Müsəlman güclü olmalıdır. Ən gözəl evlər, ən gözəl avtomobil, ən gözəl paltar, gözəl yemək, gözəl elm, gözəl sevgi, hər şeyin ən gözəlini axtarmalıdır. Qorxmaq, çəkinmək, əldən düşmək və s. bunu kimi hallar müsəlmanda yoxdur. Belə şeylər müsəlmana yaraşmaz. Müsəlman olduqca gümrah olmalıdır. Hətta Peyğəmbərimiz (s.ə.v) dövründə 70 yaşında kişilər saçlarını, saqqalını qapqara rəngləyirdilər. Mənim aslanlarım! Günəşdən rəngləri qıpqırmızı, qızarmış olardı. Münafiqlər isə onları görəndə "aman" deyirdilər. Pərişan olurdular. Səhabələrin sevinci, canlılığı və gücü onları daha da çökdürürdü. Tərtəmiz idilər. Atları baxımlı, bədənləri sağlam, qüvvətli idi, maşaAllah.
OKTAR BABUNA: Şeytandan Allaha sığınıram: "Allah aranızdan (camaatı cihaddan) çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun!” deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar. (Çünki) sizə qarşı xəsislik edirlər. Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən. Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır". (Əhzab surəsi, 18-19)
ADNAN OKTAR: Münafiqlərin əgər bir uşağı, övladı varsa və müsəlmanlara qonaq gedirsə uşağını aparmaz, mütləq evdə qoyar. Yaxud evdə saxlayır "müsəlmanların yanına getməyəcəksən" deyərlər. Səhabə dövründə də belə idi. Hal-hazırki dövrümüzdə də elədir. Hər dövrdə olmuşdur. Övladlarını buraxmaz, evdə saxlayar. Bu, münafiqlərə aid üsuludur, müsəlmanların yanına getməsin deyə zorakılıq tətbiq edər. Əllərini, ağzını bağlayar. "Müsəlmanlarla görüşməyəcəksən!" deyər.
ADNAN OKTAR: "...Onlar nadir hallarda döyüşə qatılırlar..."
ADNAN OKTAR: Əgər övladını əlində saxlaya bilməsə, müsəlman onlara gedibsə, münafiqin uşağı hicrət edib xilas olarsa münafiq yenidən ona: "Bizə qoşulun" deyərlər. Yəni ağzından qan axan gənə kimidir. Qanlı pəncəsi ilə "gəl-gəl"―deyə çağırar. Bilmirəm donuzun harasına yapışıb, elə qanını sovurur. Digərlərini də "gəl bura" deyə çağırır. "Bura çox yaxşı bir yerdir"deyir. "Axı mənim gəlməyim sizin nəyinizə lazımdır?"―deyə cavab verdikdə "qan bağı var" deyir. Müsəlman da: "mən iman bağına görə qardaş olaram. Sən mənim qardaşım deyilsən. Sən münafiqsən" deyir. Münafiq başqadır, qan bağına görə münafiqdən qohum olmaz. Qohumluq iman bağına görə olar. Allah ayədə: "bir-birinizlə qardaş oldunuz" deyir. İman qardaşlığı vardır. Qana görə qardaşlıq olmaz.
ADNAN OKTAR: "...Çünki sizə qarşı xəsislik edirlər..."
ADNAN OKTAR: Pul vermək onlar üçün ən çətin məsələdir. Pul vermək münafiq üçün bir dərd olar. Verdikdən sonra çox peşman olar. Hələ bunun dərdini də çəkər. Ömrü boyu onun yanğısı ilə yanar. Allah onlara bəla olaraq bunu verir. Çox eqoist olurlar. Münafiq ac it kimi ancaq özünü düşünər. Yalnız öz yeməyini, öz qurtuluşunu düşünər. Tayfasını ancaq gəlir gətirəcək varlıqlar kimi gördüyünə görə özünə tərəf çağırar. "Gəlin, sizdən də nəsə əldə edim"―deyə fikirləşərək çağırar. Onların, özündən güclü olduğuna görə çağırar. Yoxsa iman bağına görə deyil. Onların imanı maraqlandırmaz. Əgər maraqlandırsaydı elə dini, İslamı, Quranı yayardı. Özünü Allaha özünü təslim edər, cihad edərdi.
OKTAR BABUNA: "...Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən..."
ADNAN OKTAR: Münafiqlər çox böyük qorxu içində olarlar. Hər şeydən qorxar. Xəstələnməkdən qorxar, həbs olunmaqdan qorxar, təhqirdən qorxar, birinin hücum etməsindən qorxar, bütün ömrü qorxu içində keçər. Ona görə müsəlmanların yanından qaçır. Əsl dərdi budur. Həmişə qorxunu yaşayar və qorxu içində də ölər. Cəhənnəmə gedər orada da qorxu içində yaşayar. Sonsuza qədər həmişə belədir.
ADNAN OKTAR: "...Qorxu keçib getdikdə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar..."
ADNAN OKTAR: Münafiqlər çox qorxaq olarlar. Həmişə qorxu içində yaşayarlar. Hər şeydən qorxarlar. Xəstələnəndə qorxar, tutulanda qorxar, təhqirdən qorxar, hücumdan qorxar, həyatını ömrü boyu qorxu içində keçirər. Ona görə müsəlmanlardan uzaq olar. Əsl dərdi budur. Həmişə qorxu hissi keçirər, elə qorxu içində də ölərlər. Cəhənnəmə gedər orada da qorxu içində yaşayar. Sonsuza qədər həmişə belə olar.
OKTAR BABUNA: Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar.
ADNAN OKTAR: Yalnız mənfəət güdərlər. Mənfəəti də əldə edə bilməyəndə təcavüzkarlaşar. Məsələn, təhqir edər, müsəlmanın başını qarışdırmağa çalışar, "bizə gəl" deyər. Tələ qurdurar. Münafiqin başı qarışıq olar, sanki havalanar. Nə edəcəyini bilməz. Müşriklərlə birlik qurarlar, bu, Quranda keçir. Kafirlərlə və müşriklər ittifaq qurarlar. Müşrik məntiqi ilə ortaya çıxar, bəzən haşa Quranı istifadə etməyə çalışar, nə edəcəyini bilməz. Ona görə nə istədiyi də tam bəlli olmaz. Mənfəət güddüyünə görə dəli kimi olar. Möminlərin arxasınca sancan dilləri ilə təhqir edərlər, böhtan atarlar, təzyiq göstərərlər. Bunu müxtəlif formalarda edərlər. Öz düşüncəsi etibarı ilə əsrimizin bütün imkanlarını istifadə edərlər. Amma bu, müsəlmanları gücləndirər, dincəldər, canlandırar, hücum etməyə şövqləndirər. Müsəlmanlar üçün xeyirli, onlar üçün şərdir. Müsəlmanların belə bir xeyirə ehtiyacı vardır.
ADNAN OKTAR: "...Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır".
ADNAN OKTAR: Mənşəyində imansız olurlar. Amma özlərini imanlı kimi göstərdiklərinə görə, insanlar onları imanlı hesab edər. Lakin sonda həm dünyada məğlub olarlar, həm də axirətdə həlak olarlar. Bütün münafiqlər dünyada rəzil, rüsvay kimi məşhur olarlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqləri məşhurdur. Mehdiyyət dövrünün münafiqləri də məşhur olacaq, hamı tərəfindən tanınacaq, yəni pis mənada məşhur olacaqlar.
OKTAR BABUNA: Münafiqlər dost bildikləri insanlara əslində nifrət edərlər. Şeytandan Allaha sığınıram: "Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır." (Həşr Surəsi, 14)
ADNAN OKTAR: Münafiqlər çox axmaqdırlar, amma hamısı özünü çox ağıllı sayır. Hamısı ayrı-ayrılıqda ağıl işlədərlər. Özlərindən razı və çox bilmiş olarlar. Amma çox axmaqdırlar və bir-birlərinə çox nifrət edərlər. Lakin it sürüsü kimi də bir-birlərindən ayrılmazlar, gənəli itlər də bir-birlərindən ayrılmazlar, onlar da bir-birlərindən ayrı yaşamazlar. Amma Allah bunu, onlara bir bəla olaraq verir. Yəni nifrət etdikləri ilə birlikdə olmağa məcbur olmaları onlar üçün çox böyük bir bəladır. Üzünə baxır, danışığından nifrət edir, yemək yeməyindən, içməyindən nifrət edir, hər şeyindən nifrət edir, lakin onunla yaşamağa məcburdur. Cəhənnəmdə də Allah onları ayırmır, orada da bir yerdə olarlar, heç ayrılmazlar.
OKTAR BABUNA: Siz bu barədə demişdiniz, iddiasını satan, xəyanətkar, etibarsız olduqlarını bildiklərinə görə bir-birlərinə nifrət edərlər.
ADNAN OKTAR: Hamısı bir-birinin xain olduğundan xəbərdardırlar. Üzünə baxan kimi ürəyində bu ona xain, o da buna xain deyər, ikisi də bir-birlərinə xain deyərlər. İkisi də bir-birlərinin əxlaqsız olduqlarından əmindirlər. Lakin bir-birlərinin üzünə gülər, canım, ciyərim, şən kimi görünməyə çalışarlar, amma bir-birlərinin münafiq olduqlarından 100% əmindirlər.
ALTUĞ BERKER: Allah münafiqlər haqqında, Maidə surəsi 13-cü ayədə belə buyurur, şeytandan Allaha sığınıram:"... Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər..."
ADNAN OKTAR: Münafiqlər nə edər? Məsələn, Allah: "Bu halaldır" deyir. Münafiqin xüsusiyyəti nədir? Halal olan onun düşmənidir, halalı haram edər. Ürəyi sıxılar, Allahın rəhmətini azaltmaq istəyər, Allahın verdiyi gözəllikləri yox etmək istəyər. Nə qədər gözəllik varsa, hamısını yox etmək istəyər. O axmaq, ağılsız düşüncəsi ilə bunu edər, özünü dünyanın ən ağıllı adamı sanaraq edər. Nə etsə də boşa çıxar. Rəzil, rüsvay olar, inşaAllah. Maidə surəsi, 13-cü ayədə Allah: "verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik..." deyir. Bu tamamilə münafiq əlamətidir, onlar xaindirlər. Müqaviləni, itaəti pozar, itaətdən qaçar. Allah: "...onları lənətlədik və qəlblərini sərtləşdirdik..." deyir ayədə. Allah onlara lənət etsin, bir daha lənət etsin. Allahın lənəti bütün münafiqlərin üzərinə olsun. "... və qəlblərini sərtləşdirdik..." deyir Allah. Məhz sərt və pis xarakteri bundan qaynaqlanır. Ürəyi daşlaşmışdır, sevgi, şəfqət, mərhəmət, hörmət, diqqət, itaət olmur. "...Onlar (münafiqlər), (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər...". Yəni tamamilə fərqli şərhlər edərlər, məsələn, Allahın möhkəm (açıq) ayəsi vardır, münafiq bu ayələri ağlagəlməz formada şərh edərlər. Münafiq münafiqə dəstək olar. Ya müşriklərdən, ya da münafiqlərdən məsləhət alarlar. Allahın ucsuz-bucaqsız rəhmətini daraltmağa çalışarlar. "...Onlar özlərinə öyrədilənlərin bir hissəsini unutdular..." deyir Allah. Məsələn: “Qurana itaət et, sünnəyə əməl et, gözəl əxlaqlı ol, mehriban ol, itaətli ol, hörmətli ol” deyirsən, tez-tez xatırladırsan, amma sanki başları sümükdəndir, beyni yoxdur, kötük kimidirlər, başına vursan taqqıldayar. "...İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən...." deyir Allah. Həmişə xəyanət edərlər. Onların ən əsas xüsusiyyəti, xain olmalarıdır. Vəfasız və xaindirlər. "...Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir". Yəni: “onlara fikir vermə” deyir Allah. Əlbəttə ki, bu ayə tək münafiqlərə aid deyil. Amma eyni zamanda münafiq xarakteridir, ona görə izah edirəm. Yoxsa Allah: "onları yetmiş dəfə bağışlasanda, onlar üçün yetmiş dəfə bağışlanma diləsəndə yenə Allah onları bağışlamaz" deyir. Münafiq çox alçaq varlıqdır. Allah Səba surəsi, 38-ci ayədə: "Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlərsə (qiyamət günü) gətirilib əzaba düçar ediləcəklər...." deyir. Necə cəhd göstərir? Məsələn, Quranı açırıq, açıq, möhkəm ayə var deyirik. Onlar isə: "Olmaz" deyir. "İndi mən sənə izah edəcəyəm, tamamilə zidd olduğunu görəcəksən" deyir. Adamın eşşək dili kimi dili var. Dilini bükərək, tam fərqli şəkildə şərh edir. Dini qarışıq, başa düşülməz və normal bir insanın heç vaxt yerinə yetirə bilməyəcəyi şəklə salar və dinə öz ağlına görə, haşa, zərbə vurduğunu düşünür. Ona bunu etməyə nə məcbur edir? Özü kimi dinsiz, imansız, münafiq adamlar yaratmaq istəyir, ona görə belə edir. Çünki bizim dinimiz tərtəmiz, sağlam, səhhətli, çox güclü, gözəl bir dindir. İnsanın beyninə şəfa verir. Dinimizdə sevinc, gözəllik, estetika, sənət, azadlıq var. Onlar isə sənəti, azadlığı, sevgini müsəlmanların əlindən almaq istəyir. Allah “Onların intiqam almağı yalnız Allahın və Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir" deyir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-dən intiqam almaq istəyirdilər. Allah "...Yalnız Allahın və Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir..." deyir. Rahatlıq münafiqlərin gözünə batır, qulaqlarına batır. Peyğəmbərimiz (s.ə.v)-ə düşmən olurlar. Allah deyir: "...Onların intiqam almağı yalnız Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir...". Yəni intiqam deyəndə əslində intiqam deyil, birbaşa öldürmək, şəhid etmək istəyirlər, elə bir intiqam almaq fikrində idilər. "...Allahın və Onun elçisinin onları Öz lütfündən varlandırdığına görədir...". Allah onların buna görə etməsinə diqqət çəkir.
Həqiqətən, bu məxluqlar murdar suların yığıldığı dərədən də aşağı səviyyədədirlər. Dünyadakı ən murdar, ən pis mikrobdurlar, mikrob belə onlardan təmizdir, mikrobdan da alçaqdırlar. İman təzahürüdür, münafiqlərə nifrət etməliyik. Bütün dövrlərdə dünyanın başına bəla olmuşlar. Yəni münafiq şeytandır. Şeytana bərabərdir. Xüsusiyyəti bunlardır. Yəni iblisdir.
OKTAR BABUNA: Peyğəmbərimiz (s.ə.v)-in buna aid hədislərini oxumaq istəyirəm. Əbu Hureyrədən rəvayət edildiyinə görə Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur: "Bunlar münafiqlərə aiddir. Söz danışarkən yalan danışar, söz verər əməl etməz. Ona bir şey əmanət edildiyi vaxt xəyanət edər ".
ADNAN OKTAR: Rəsulullah (s.ə.v) bu hədisi, əlbəttə, bir çox istiqamətdə izah edərək vermişdir. Cümlə-cümlə oxu, şərh edim.
OKTAR BABUNA: "Bunlar münafiqlərə aiddir. Söz danışarkən yalan danışar..."
ADNAN OKTAR: Yəni Quranı dəyişdirər, hədisi dəyişdirər, haqqı dəyişdirər, sevgini dəyişdirər, hər şeyi dəyişdirər, yalan danışar.
OKTAR BABUNA: "…söz verər əməl etməz..."
ADNAN OKTAR: Məsələn: "Allaha, Rəsuluna imama, yaxud hz. Mehdi (ə.s)-a tabe olacağam, ömrüm boyu düzələcəm” deyər. Bir də görərsən ki, xain, fırıldaqçı kimi sözünü tutmaz. Küfrün içinə girər, orada da fırıldaqlıq edər. Heç vaxt verdiyi sözü yerinə yetirməz, sözündən dönər. Münafiqin xüsusiyyətidir.
OKTAR BABUNA: "Ona bir şey əmanət edildiyi zaman xəyanət edər".
ADNAN OKTAR: Mütləq xəyanət edər, bu onun xüsusiyyətidir. Çünki həm də şeytanın xüsusiyyətidir. Münafiqdə də bu çox görünər.