TARKAN YAVAŞ: Allahın yad edilməsindən çox narahat olarlar. Amma diqqəti cəlb etməmək üçün dillərinin ucu ilə Allahı xatırlayarlar. Bu cür haşa, sırf Allahı anmış olmaları üçün Allahın adını zikr edirdilər.
ADNAN OKTAR: Xeyr, müsəlmanlara elə görünmək üçün edirdilər. Çünki birbaşa dinsiz olduğunu desə, danışmağa bir şeyi qalmaz. Müsəlmana hücum etmək, nəyisə demək üçün əvvəl təqvalı olduğunu iddia etməlidir, yəni özünü mömin kimi göstərmək məcburiyyətindədir. Bu münafiqin pərdələndiyi bir örtükdür. Yəni bilinməməsi üçün zahirini münafiq ayə, hədislə pərdələyər. Necə məsələn, QİÇS virusu, tanınmamaq üçün xüsusi bir zülalla özünü bürüyür, hüceyrəyə girir. İndi haşa bənzətmək kimi olmasın, Quranı tənzih edirəm, münafiq də özünü Quranla, hədislə örtər, büruzə verməməyə çalışar ki, müsəlmanlarla savaşa bilsin. Çünki başqa cür müsəlmanın qarşısına çıxsa, müsəlman: "sən onsuz da dinsiz, kafir olduğunu açıq şəkildə bildirirsən, mənimlə nə danışacaqsan?" deyər. Amma münafiqlə üz-üzə gəldikdə, münafiq normal müsəlman kimi olmasa da, müsəlmana: "sən də normal bir müsəlmansan, mən də bir müsəlmanam"- deyər və bu zaman müsəlman danışacağı bir şey olmadığını düşünə bilməz, çox iddialı da olmaz. Münafiq çox iddialı ortaya çıxar. Yəni ən ağıllı, övliya, ən yaxşı bilən, hər şeyi çox yaxşı qavrayan, hətta özünü o qədər yuxarı tutar ki, Peyğəmbər (s.ə.v)-dən də özünü üstün sayar, əsl dünyasında da özünü haşa Allahdan üstün sayar. Özünü Allahdan daha mərhəmətli, daha ağıllı, daha doğru düşünən olaraq görər. Münafiqin əsl dünyası belədir. Diqqət etsəniz bütün münafiqlərin hamısının özünü ağıllı hesab edən və çox bilmiş olduğunu görərsiz. Dərindən fikirləşsək, tarixə baxsaq, görərik ki, hamısı həddindən artıq bilmişdirlər. Hər şeyi çox doğru bildikləri qənaətindədirlər. Düzgün diaqnoz qoyduğunu, düzgün anladığını düşünər və dini də ən yaxşı anlayan iddiasındadır. Yəni Qurana tam hakim olduğunu fikirləşirlər. Əsri-Səadətdə Rəsulullah (s.ə.v) dövründə, Drar məscidinin münafiqləri öz ağıllarına görə həmişə alim idilər. Yəni guya Quranı ən yaxşı bilənlər onlar idi. Haşa, Peyğəmbərimiz (s.ə.v)-ə, səhabələrə Quranı öyrətməyə çalışırdılar. Həddindən artıq çoxbilmiş, lovğa, təkəbbürlü, itaət etməyən, azğın, şeytan və iblis xarakterli idilər. Yəni şeytanın insan modelidirlər.Şeytan tipik münafiqdir. İlk baxışda sanki şeytana baxırıq. Mərhələlərə diqqət edin, o da əvvəl müsəlmanlarla birlikdə cənnətdə yaşayır. Sonra çoxbilmişliyi ortaya çıxır, münafiq xarakterli olduğuna görə: "sizə əbədiyyət ağacını və sonsuz olmağı, sonsuz mülkü sizə öyrədəcəyəm" deyir, yəni haşa Allahdan üstün olduğunu, Allahdan fərqli bir məlumata sahib olduğunu və onlardan da ayrı bir məlumata sahib olduğunu iddia edir.
Artıq bir anormallıq, yəni müsəlmanları öz iblis ruhuna çəkmə meyli var, müsəlmanları da özü kimi etməyə çalışır. Müsəlmanları məhv etməkdə qərarlıdır. Allah deyir ki, Allah (şeytanın) təkəbbürlüyünü bildiyi üçün "Adəmə səcdə et" deyir. Münafiq olduğuna görə sanki başına isti su tökürlər. Onsuz da itaət ona ən çətin gələn məsələdir, Allaha itaət etmək də ona çətin olar. Amma o vaxta kimi bunu bildirməmişdir. O vaxta qədər bu hissi gizlətmişdir. Amma “Adəmə səcdə et” deyiləndə iç üzü açılır. Münafiqin ayrılma nöqtəsi vardır. Münafiq dözər, dözər birdən bağırsaq kimi qopar. Əvvəlcə bir şey etməz. Yəni onun müqavimət göstərmə nöqtəsi vardır. Allah ən həssas nöqtəsindən onu vurur. Ona görə Allah münafiqləri ayırarkən həmişə onları dözməyəcəkləri nöqtəyə gətirib, oradan qoparar. Müsəlman camaatında bu belədir. Onların dözməyəcəkləri bir nöqtə vardır. Həssas yerindən vurulmuşdur. Ona görə artıq münafiqliyini elan edir və müsəlmanlardan ayrılıb fərqli bir mövqedə dayanar. Allah onu ən həssas yerindən vurar, Allah: "səcdə edəcəksən" deyir. Dərhal o lovğa, axmaq başıyla "məni oddan, onu isə palçıqdan yaratdın"-deyir. Sanki, Allah bilmir kimi nədən yaradıb, haşa. Ağılsız olduğuna görə: "mən ondan daha üstünəm, mən ona səcdə etmərəm" deyir və itaətsizlik göstərir. Çünki itaət etmək münafiqə ən çətin olan, dözə bilmədiyi mövzudur. Münafiq heç kimə itaət etmək istəməz. Dikbaş və bölünməyə, parçalanmağa meyillidir. Müsəlmanlarda birləşdirmək vardır. Münafiqdə isə parçalamaq, ayırmaq meyli vardır. Daima dağıtmaq, parçalamaq və mülk sahibi olmaq meyli vardır. Diqqət edin, deyir: "sizi sonsuz bir mülkün sahibi edim?" Hz. Adəm (ə.s) və hz. Həvvanı da məhz o damarından tutmağa çalışır. Çünki öz problemi də onun sonsuz mülk sahibi olmaqdır. Mal həvəsi var və itaət etməzlər. Özü itaət etmədiyinə görə, onların da itaət etməyini istəmir. Onları da itaətsizliyə çəkir, əsas məsələ də budur. Bir də ki, axirətə getdiyində: "mən Allahdan qorxuram" deyir, dəliliyindən belə ağlasığmaz cavablar verir. Əgər Allahdan qorxursansa bəs niyə bunları edirdin? Bu hərəkətlərin səbəbi nə idi? Belə ağılsızdır. Gözlənilməz hərəkətlər edər. Birdən-birə: "mən Allahdan qorxuram, siz özünüz gəldiniz" deyir. Bütün ömrü boyu insanları yoldan çıxartmağa çalışır və sonda da: "Mən belə bir şey etmədim" deyir. Şeytanın axmaqcasına özünü müdafiə sistemi var.
Münafiqlər də belədir. "Mənim belə bir iddiam yox idi. Mən yalnız dəvət etdim siz də gəldiniz, mən Allahdan qorxuram" deyər. Yəni ağılsızdır. Dünyada olarkən bu ağılsızlığı etmədinmi? Sənə bir müddət verilmədimi? Baxın, münafiqlərə, tarixə şeytanla eyni xüsusiyyətdə olduğunu görərsiniz. Münafiq şeytanın ən güclü təcəllisidir. Küfrə daha zəif təcəlli edər. Çünki küfrdə mərdlik vardır, küfr əhli fikrini açıq şəkildə bildirər. Şeytan isə mərd deyil, xaindir.
Bu cəhətdən fərqlənirlər. Ona görə münafiq cəhənnəmin ən dərin yerindədir. Şeytanlarla birlikdə həşr edilirlər. Quranı araşdırdığınızda bunu görərsiniz, çox ətraflı araşdırın və münafiqlərin həyatına baxın, eynilə Quranda verildiyi kimi olduqlarını görəcəksiniz. Məsələn, şeytan alim ola bilər, çoxlu məlumatlara malik ola bilər. Münafiqlər də eyni şəkildə hər şeyi təfərrüatlı şəkildə araşdırar. Məsələn, şeytan qarışıq məsələləri çox yaxşı bilər, münafiq də qarışıq tərəfdən yaxınlaşmağa çalışar. Məsələn, insanların zəif nöqtələrindən yaxınlaşar. Çünki öz münafiq ruhunda öz-özünə: "nədir mənim istədiyim?"―deyə soruşur və itaətsiz olduğunu, mala-mülkə həris olduğunu düşünür, darlığa düşəndə də Allahdan qorxduğunu, Allaha bağlı olduğunu, özünün də bir günahı olmadığını düşünür. Lakin hz. Adəm (ə.s) şeytanın bu oyununu başa düşdü. Çox yüksək ruhlu bir insan idi. Üstü-başı açılanda, təbii ki, öz ehtiyaclarını gördü, hadisənin şiddətindən ağladı, çünki cənnətdə bunlar yox idi. Bir də gördü ki, təbii ehtiyacları var. Çox qeyri-adi vəziyyət yarandı. Məsələn, acmağa başlayır, susayır, çimməli olur, üşüyür, istilənir, yəni çox acınacaqlı vəziyyət yaranır. Cənnətdən yer üzünə gəldikdə bu fərq ona kifayət etdi. Cənnətlə dünya arasındakı fərq ona belə kifayət etdi. Cənnətlə müqayisədə dünya sanki cəhənnəm kimi olur. Bunu başa düşərək qəti tövbə etdi və peyğəmbər oldu, bilirsiniz. Həvva anamız da vəli, övliya, çox möhtərəm bir insan idi. O da tövbə etdi və Allaha tam qul oldu. Allah da onlara kömək etdi.
Amma münafiq çox qərarlıdır. Allah ona görə onlar haqqında belə deyir: "Onların ürəkləri parça-parça olmadıqca əsla imtina etməzlər" (Tövbə surəsi, 110). Münafiq tamam fərqli bir şeydir, heç vaxt qərarından dönməz, yəni nə etsən də, istər yağı üstə çevir, istər başı üstə çevir xeyri yoxdur, ağılsızdır ki, ağılsız, ayaq üstə basdırsan da yenə ağılsızlığından əl çəkməz, dayanıb yenə öz istədiyini edər. Vaxt keçdikcə də özünü övliya kimi, həqiqətən peşman olmuş kimi göstərər. Necə ki, axirətdə, cəhənnəmdə "mən Allahdan qorxuram" deyir. Şeytanın bu cür üslubda olması şoka salan, heyrətləndirici bir hadisədir. Ömrü boyu iblislik etmiş, sonra da “mən Allahdan qorxuram” deyir. Bununla bir daha açıqlama verir, bu da yenə şok açıqlamadır, çox təəccüblüdür. "Mən sizi dəvət etmədim" -deyir. Kim etdi bəs? "Mən yalnız dedim siz də qəbul etdiniz" deyir. Bir yandan baxanda həqiqətəndə düz deyir, elə bir gücü yoxdur, amma məhz insanlara da məhz onların etməsi üçün çalışar, yəni etməməsi üçün deyil, etməkləri üçün deyər. Amma buna baxmayaraq həqiqəti bilir. Məsələn, şeytan hz. Mehdi (ə.s)-ı tanıyır. Peyğəmbər (s.ə.v)-in də peyğəmbər olduğunu bilir. Münafiqlər də Peyğəmbər olduğunu bilir. Amma tabe olmazlar, çox təəccüblü bir şeydir. Məsələn, Peyğəmbər (s.ə.v)-in yanında "Sən Allahın Rəsulusan" deyirlər, bilir əslində, amma daxildə çox böyük qəzəb, kin bəsləyərlər, şeytani ruhları var və buna görə də itaət etməzlər. Çox təəccüblüdür, yəni münafiqin və şeytanın ağılsızlığı çox dərindir. Amma hz. Mehdi (ə.s) anti-şeytandır, anti-iblisdir, anti-dəccaldır. Ona görə hz. Mehdi (ə.s) dövründə şeytan öldürülür. İlk dəfə həqiqi mənada şeytan məhv edilir, inşaAllah. Şeytan bütün dünyada məğlub ediləcəkdir və hər kəs hz. İsa Məsih (ə.s)-ın köməyi ilə iman edəcək.
SERDAR DAYANIK: Sizin izah etdiyiniz mövzu ilə bağlı bir ayə var. Həm münafiqlərin xüsusiyyəti, həm də şeytanla olan iş birliyinə işarə edir, inşaAllah. Bəqərə surəsi, 14-cü ayə, qovulmuş şeytandan Allaha sığınıram: "Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik! deyərlər."
ADNAN OKTAR: Yəni belə ağılsız ruhu vardır. Vaxt keçdikcə həqiqətən müsəlman kimi danışır. Məsələn, münafiq peşman olmuş kimi özünü göstərir. Amma bunun ardınca münafiq cildinə girər, təcavüzkarlaşar, azğınlaşar yenə peşman olmuş bir üslubdan istifadə edər. Bunları Quranda görürük. Ona görə müsəlman münafiqin ruh halını yaxşı qavramalıdır. Münafiqin üstünlüyünü minimuma endirmək lazımdır. Yəni hiyləgər və özünü büruzə vermədiyi üçün üstünlüyü var, amma bütün hiyləgərliyi və gizliliyi ortaya çıxartsaq, üzə çıxartsaq, münafiqin qolunu, qanadını qırmış olarıq. Bizim edəcəyimiz də məhz budur. Yəni halını, rəftarını, əlamətini, oyunlarını, taktikalarını bütün müsəlmanlara izah edib münafiqi iflic edəcəyik, yəni onun gizlilik gücünü məhv edəcəyik. Ən azından minimuma endirəcəyik. Amma buna baxmayaraq yenə gizlənsə bu başqa məsələdir. Amma biz onları yod kimi üzə çıxartmaq üçün əlimizdən gələni edəcəyik, inşaAllah.
ADNAN OKTAR: Münafiqi başa düşmək üçün şeytanı yaxşı dərk etmək lazımdır. Münafiq şeytanın birbaşa eynisidir. Yəni ona ağılla baxmaq lazımdır. Məsələn, münafiqə baxarkən və kimisə tanımaq istəyəndə, şeytan ilə əlaqədar olan ayələrə baxmalıyıq. Şeytanın əsas xüsusiyyəti nədir? Haşa, şeytan Allah olmaq istəyər. Haşa, Allahı bəyənmir. Yəni: "mən daha ağıllıyam, daha uzaqgörənəm" -deyir. Çox primitiv məntiqə sahib olduğu üçün, hikmət gözü ilə, ledun gözü ilə baxmadığına görə çox axmaqcasına qərarlar verir. Məsələn, çox səthi məntiqə sahibdirlər. Deyir: "mən oddan yaradıldım, insanları isə torpaqdan yaratdın". Buna görə də, haşa, Allaha: "məntiqsiz qərar verirsən"-deyir. "Onlar mənə səcdə etsin, mən niyə ona səcdə edim?" deyir. Yəni tamamilə axmaqdır. Hadisəyə ledun gözü ilə, dərin düşüncə ilə baxmır və əvvəldən Allah haqqında bir qərar vermişdir. Yəni Allaha qarşı çıxmışdır, haşa, Allahdan böyük olmaq qərarına gəlmişdir, haşa, özü Allah olmaq istəyir. Allah da imtahanın əsasını uyğun yaratdığı üçün şeytana imkan verir. Çünki həqiqətən imtahanın meydana gəlməsi üçün ona ehtiyac var. Dərhal da nalayiq hərəkətlərini və dəliliyini insanlara yaymağa başlayır. Məsələn, çox eqoist olduğuna görə hz. Adəm (ə.s)-a, haşa, sən Allahdan böyüksən demək istəmir. Çünki, haşa özü Allah olmaq istəyir. Amma onu öz təsiri altına almaq üçün, onun zəif nöqtəsinin nə olduğunu düşünür, bunu tapmaq üçün ilk növbədə özünə baxır və öz zəif nöqtəsinin nə olduğun düşünür. Öz zəifliyi nədirsə insana da həmin nöqtədən yanaşır. Məsələn, özü mal-mülk sahibi olmaq, rahat olmaq və sonsuza qədər yaşamaq istəyir və haşa, Allahdan da şübhə edir. Yəni “görəsən sonsuza qədər yaşadacaq ya yox, sonsuza qədər imkan verəcəkmi” kimi şübhələri var. Həmin fikirləri də hz. Adəm (ə.s)-a təlqin edir. Deyir: "sənə sonsuzluğun sirrini verim? Sonsuzluğun yolunu sənə göstərim? (sonsuz olmağın yolunu)". Birdən hz. Adəm (ə.s)-ın ağlına şübhə salır. Halbuki, Allah onsuz da onu yaşadacaq. Orada hz. Adəm (ə.s)-ın Allaha etibar etməyi lazım idi. Peyğəmbər səhvinə “zəllə” deyilir. Zəllə işlətmiş olur və şeytana uyur. Məsələn, münafiq ilk mərhələdə onu özünə bir addım yaxınlaşdırır. Təbii ki, ikinci üçüncü, dördüncü mərhələləri də vardır, amma Allah o mərhələdə hz. Adəm (ə.s)-ı xilas edir, yoxsa şeytan ondan əl çəkməzdi. O yedirtdiyi ilə kifayətlənməz, inkişaf edərək qrup olmaq istəyər. Mələkləri, haşa, heç əhəmiyyətli saymaz. Bunun səbəbi isə hz. Adəm (ə.s)-a səcdə etməkləridir. Bununla onların məğlub olduğunu düşünür. Yəni qürurlu, eqoist, təkəbbürlü olduğuna görə onların o xüsusiyyətləri itirdiyini düşünər, onlara heç toxunmaz. Yalnız hz. Adəm (ə.s)-a da Allahın ona dəyər verdiyinə görə qəzəblənər. Onu da istəmir. Yalnız özünə əhəmiyyət verilməsini istəyir.
Həm də şeytan, özünü guya Allahı gizli sevən, gizli hörmət edən, amma biruzə vermək istəməyən kimi göstərər. Bu cür anormal xarakterə malikdir. Çünki bir tərəfdən "mən Allahdan qorxuram"–deyir, bir yandan da ağılsızlıq edir, çox təəccüblü hərəkətlər edir. Anormal bir davranışı var. Hətta cəhənnəmi gözə alaraq dəliliyini davam etdirir. Cəhənnəmə gedəcəyini bilə-bilə bunu edir. O qədər ehtiraslı, o qədər azğın, psixopat tiplərdir ki, hətta başını divara vurar, özünü yandırar, sanki manyakdır. Hər şeyi gözə alar. Buna görə "cəhənnəmdə sonsuza qədər yanarsan" deyirsən. "Qoy yanım" deyir. Şeytan bu cür manyakdır. Münafiq də elə onun kimi manyakdır. Yəni bilir, amma buna baxmayaraq elədiyini də edir. Məsələn, belə manyak insanları filmlərdə verirlər, hansı ki, insanlar şüuraltında bildiklərinə görə göstərərlər, yəni bu cür hərəkətlər edərlər. Diqqət edin, sonsuza qədər cəhənnəmdə qalmağı gözə alacaq qədər azğındırlar. Amma orada da düşüncəsinə görə özünə haqq qazandırmağa çalışır. Deyir: "mən Allaha iman edirəm, Allahdan qorxuram və mən sizi elə təşviq etmədim", bu cür fikirlərlə orada insanları alçaltmağa çalışır. Orada da eqoist davranır, "mən sizi yalnız çağırdım" deyir. "Siz o qədər düşüncəsiz, o qədər ağılsızsınız ki, yalnız bir dəvətim belə kifayət etdi. Gedib azğın, anormal oldunuz. Mən sizə belə bir şey dedimmi? Gedin belə bir hərəkət edin demədim. Yenə də eqoistlik və təkəbbürlülük edir. "Cəhənnəm də heç əhəmiyyətli deyil, qoy yanım" deyir və şeytan sonsuza qədər Allaha qarşı dikbaşlıq edir. Yəni psixopat manyakdır. Ona görə Allah: "cəhənnəmdə dərindən peşman olarlar" deyir. Millət zənn edir ki, cəhənnəmdə fikrindən yayınar, amma yenə öz fikrində qalır. Yəni sonsuza qədər fikrindən dönmür, yəni manyakdır. Allah onu elə yaradıb. İnsan həmişə peşman olduqlarını zənn edir, amma heç vaxt peşman olmazlar. Hətta ayədə: "peşmanlığını gizlətmək üçün göz ucu ilə baxar" deyilir. Yəni yenə özünü haqlı çıxartmaq üçün eqoistlik edir. Dünyadakı münafiqlərə də diqqət etsək onlara da ağır gəldiyini görərik.
Məsələn, münafiqlər Drar məscidi quranda, haşa, Peyğəmbərimiz (s.ə.v)-i bəyənmədilər. Əslində Allaha qarşı da haşa daxilən kin bəsləyirdilər, amma bunu birbaşa, açq şəkildə ifadə edə bilmirdilər, ona görə məscidə ehtiyacları olur. Çünki məscidi olmasa kimsə gəlməz. Yəni birdən-birə Allahsız, Kitabsız olduqlarını desələr heç kim gəlməzdi. Ona görə "Allaha inanırıq" deyirlər ki, məscid olsun. Yəni məscid onları br az hərəkətləndirir. Məsələn, namaz qılmaları onları hərəkətləndirər. Buna görə saqqal buraxır, cübbə geyinir, başına sarıq sarıyır, təsbeh çəkir. İnsanlar da elə bilir ki, bunlar hər halda müsəlmandırlar. Halbuki, elə deyil, onu haşa bir tələ olaraq istifadə edir. Çünki onu istifadə etməsə açıq kafir olar. Bu isə onun fikrinə görə işinə yaramır, o münafiqliyi istəyir. Peyğəmbərimiz (s.ə.v)-ə qarşı qəzəblərini açıq-aşkar büruzə verə bilmədiklərinə görə, belə bir məscid vasitəsi ilə fikirlərini deməyi uyğun hesab edirlər. Məsələn: "buraya baxın, bu məscidə heç bir qadın girməz. Amma Peyğəmbər (s.ə.v)-in məscidinə gedin, oraya, qadınlar da gəlir" deyirlər. Yəni "biz, qadına qarşı heç nə hiss etmirik, görürsünüz. Biz dünyadan üz döndərdik. O qədər təqvalıyıq ki, bizim qadın şəhvətimiz yoxdur. Amma onların qadınlara qarşı istəkləri var, həssasdırlar. Biz bəzək əşyası taxmırıq" deyir. Halbuki, Allah: "Zinətlərinizi taxıb gəlin məscidlərə" deyir. Onlar isə: "Zinət dünya həyatının bəzəyidir, bizim bər-bəzəklə işimiz yoxdur, niyə zinət taxmalıyıq ki? Biz özümüzü Allaha təslim etmiş insanlarıq, zinət niyə taxmalıyıq ki?" deyirlər. Allah ayədə: “zinətlərinizi taxın” deyir, onlar isə "olmaz, təqvaya uyğun deyil", deyirlər. "Biz tamamilə özümüzü Allaha verdik" deyirlər.
SERDAR DAYANIK: Qovulmuş şeytandan Allaha sığınıram, Əraf surəsi, 31-ci ayə: "Ey Adəm övladı hər məscid yanında zinətlərinizi taxın. Yeyin-için, lakin israf etməyin. Çünki o israf edənləri sevməz''.
ADNAN OKTAR: Hal-hazırda zinət münafiqə ən ağır gələn bir şeydir. Hz. Süleyman (ə.s)-ın zinətləri, hz. Həsən (r.ə)-in, hz. Hüseyn (r.ə)-in paltarları, Peyğəmbərimiz (s.ə.v)-in paltarları, cübbəsi də onlara ağır gəlirdi. "Bir baxın, biz çula büründük gəldik. Əynimizdə çul var. Yəni o qədər təqvalıyıq ki, neçə gündür yemək də yemirik. Qadınlara marağın varmı? Haşa, sən mənim anam kimisən" deyir, arvadını da özünə haram qılır. Yəni cinsi əlaqəyə nifrət edən üslubları var. Amma halal olan cinsi əlaqəyə və qadına nifrət edərlər. Təmiz və gözəl geyinməyə, zinətlərə nifrət edərlər. Bir də dinin asan olması onları daha da boğur. "İnsanlar namazını qılır çıxıb gedirlər, belə olmaz, onları məscidə dəvət edin" deyir. İnsanları məscidə çağıraraq axşama qədər dedi-qodu edir. Oranı, haşa, bir yığıncaq qurmaq üçün istifadə edir, yalnız dedi-qodu ediləcək bir yer olaraq istifadə edir. Yəni münafiqlərin o qədər çox fırıldaqları vardır ki, bir, iki, on deyil. Amma hamısını Qurana uyğun, Peyğəmbər (s.ə.v)-in sözünə uyğun iddiası ilə edərlər. Məsələn: "Peyğəmbər dünyadan üz çevirin demədimi?" deyir. Dedi, amma o mənada deyil. Peyğəmbər demir ki, dünyanı tamamilə tərk edin, avara-avara sürünün. O, dünyanı Allahın dininə xidmət etmək üçün istifadə edin" deyir. Ayədə də Allah: "Dünyadakı nemətlər sizindir. Axirət də yalnız sizindir" deyir. Əlbəttə ki, möminlər dünya nemətlərini istifadə edəcək. Amma münafiqlər bunu başqa mənaya yozaraq: "heç istifadə etməyin dedi" deyir. Sanki, Peyğəmbər (s.ə.v)-in dediyini, Peyğəmbər (s.ə.v)-ə öyrətməyə çalışır və təhrif edir. Ümumiyyətlə, təhrif edilmiş hədislər o dövrün münafiqlərindən qaynaqlanır. Hansı ki, bu günə kimi təhrif edilmiş, azğın inanclar kimi gəlib çıxıb. Hamısının mənbəyi o Drar məscidindəki münafiqlərdir, Bu fırıldaqçı, saxtakarların nəsli indiyə kimi davam edir. Uydurma rəvayətləri, uydurma şərhləri var hansı ki, hər cür azğın inanclardan ibarətdir. Ona görə münafiqlərin bir çox üzü var, bir tərəfdən Peyğəmbər (s.ə.v)-i heç qəbul etməzlər, bir tərəfdən də özlərini Peyğəmbər (s.ə.v)-i çox sevən kimi göstərərlər. İki fərqli cərəyanla çıxmışdır. Məsələn, İslam tarixində Peyğəmbər (s.ə.v)-in vəfatından sonra meydana gələn bu iki düşüncə sistemi formalaşmışdır: biri Peyğəmbərimiz (s.ə.v)-in sünnətinə, Peyğəmbərimiz (s.ə.v)-ə bağlılığa, sədaqətə qarşı qəzəb tərzində idi. Digəri isə Peyğəmbər (s.ə.v)-i çox sevən adı altında Peyğəmbər (s.ə.v)-i və hz. Əli (r.ə)-i, haşa, ilahlaşdırmağa çalışan bir hərəkat şəklində idi. Məsələn, hz. Əli (r.ə)-ə "sən Allahsan" deyir haşa. Hz. Əli (r.ə) çox əsəbləşir, qəzəbindən: "yandırın bu adamı" deyir. O da: "Allahın şənindəndir, təbii ki, yandırmalısan məni" deyir. Manyaklığı görürsünüzmü? Yəni manyakdır. Münafiq manyaklığının ucu-bucağı yoxdur. Halbuki, hirslə deyilmiş bir sözdür. Amma o: "Əlbətdəki, bu Allahın şənindəndir, əlbəttə ki, məni yandırmaq lazımdır, yandırmalısan" deyir. Ayədə isə Allah: "cəhənnəmə ataram" deyir. "O da sənin xüsusiyyətin onsuz da" deyir, haşa. Yəni münafiqin manyaklığının ucu-bucağı yoxdur, onları başa düşmək olmur, çox qaranlıq gizli bir dünyası vardır.
Münafiqlər bir-birlərinə çox nifrət edərlər. Heç kafirə bu qədər nifrət etməzlər. Bir–birlərinə nifrət etmələrinə baxmayaraq, bir-birlərindən də ayrılmazlar. Köpək sürüsü kimidilər. Necə ki, onlar bir-birini boğar, öldürər, yaralayar, amma ayrılmazlar. Münafiq də elədir, bir-birlərindən ayrılmazlar. Həm nifrət edərlər, həm də ayrı qalmazlar. Çünki çox mənfur, bəyənilməyən görünüşləri olur. Çox pis heyvan kimidirlər, amma ayrıla da bilmirlər. Məsələn, çöl donuzları da, çöl donuzu sürüsü də elədir. Çöl donuzları bir-birlərini həmişə buynuzlayırlar, çox murdardır, yəni iyrənc həyatları vardır. Amma təkidlə bir yerdə yaşayarlar. Bir-birlərindən qopa bilmirlər, münafiqlər də belədir, çöl donuzu sürüsü kimi, həm bir-birlərindən zəhləsi gedir, həm bir-birlərinə düşməndirlər, həm də ayrıla bilmirlər. Müsəlmanları belə çöl donuzu sürüsü kimi uzaqdan izləyərlər, inşaAllah və onların əleyhinə bir surə nazil olduqda da çox qorxarlar. Yəni yenə də Allahın onlara bəla verməyindən də bir cür çəkinirlər, amma qərar da verə bilmirlər, tərəddüd içində olarlar. Tərəddüdlər içində boğularlar. “Ola da bilər, olmaya da bilər” məntiqində olarlar.
SERDAR DAYANIK: Siz daha yaxşı bilirsiniz, inşaAllah. Quran ayəsində: Uca Rəbbimiz "şübhəyə düşdüklərini" buyurur, münafiqlərin "...şübhələrində də qərarsız olduqlarını" deyir, inşaAllah.
Bu zinətlə əlaqədar bir ayə də var. Əraf surəsi, 32-ci ayədə, qovulmuş şeytandan Allaha sığınıram: "De: "Allahın Öz bəndələri üçün endirdiyi zinətləri və təmiz ruziləri kim haram etmişdir? "De:" Bunlar, dünya həyatında iman gətirənlər üçündür, qiyamət günü isə yalnız onlarındır". Bilən bir qövm üçün ayələri belə ətraflı izah edirik".
ADNAN OKTAR: Münafiqlər, səhabələrin gözəl və təmiz olmağından çox narahat olarlar. Xüsusilə Əhli-beytin hz. Həsən (r.ə), hz. Hüseyn (r.ə) çox gözəl, qəşəng paltarlar geyinirdilər. Peyğəmbərimiz (s.ə.v) də çox gözəl geyinirdi. O qədər gözəl geyinirdi ki, insanın nəfəsi kəsilirdi. Xüsusilə, hz. Həsən (r.ə), hz. Hüseyn (r.ə) Peyğəmbərimiz (s.ə.v)-in nəvələri o bölgənin ən görkəmli, cazibədar insanları idi. Onların gözəlliyi münafiqlərə əziyyət verirdi, özləri isə çul-mul geyinirdilər. Rəzil başlarına da köhnəlmiş bez sarıyırdılar, bu cür pərişan vəziyyətdə idilər. Leş kimi iy verirdilər, gülməzdilər, sevinməzdilər. Peyğəmbərimiz (s.ə.v) xanımları ilə gizlənqaç oynayanda, münafiqlərin acığına gəlirdi. "Peyğəmbər də oyun oynayar?" deyirdilər. Onlar Məkkə müşrikləri, azğın böyüklər, o dövrün azğınları idi. Məsələn, bir çoxlarının atası o dövrün məşhur müşrik alimi yaxud müşrik bir zabiti, müşrik zəngini, pullu və yaxud o dövrün hər hansı bir yüksək vəzifəli adamı idi. Peyğəmbərimiz (s.ə.v) dövründə bunların hamısı müsəlman oldular və kəndlilərin, adi işçilərin də gəldiyi eyni məscidə gəlməli olurdular.
Məsələn, işçinin yanında paşa, paşanın yanında həkim, həkimin yanında kölə olurdu, münafiqlər də bunu özlərinə sığışdırmadıqlarına görə bu onlara həddindən artıq ağır gəlirdi. Peyğəmbər (s.ə.v)-ə də "Əbu Qasımın yetimi" deyirlər. Ona da peyğəmbərlik verilməsi onların acığına gəlirdi. Sonda işi dəliliyə gətirib çıxarıb Drar məscidini qurdular. Öz düşüncələrinə görə dəyişik forma verdilər və oraya üst təbəqənin münafiqləri gəlməyə başladılar―özünü böyük, yuxarı səviyyədə zənn edənlər. Yəni əslinə-nəslinə görə hərəkət edənlər idi, məsələn, filan bəy, bəy deyə tanıdıqları kəslər idi. Peyğəmbərimiz (s.ə.v)-in məscidinə gələnlərə özlərindən aşağı insan kimi baxırdılar. Çünki kölələr, fəhlələr, sıravi işçilər ora gəlirdi. Eyni zamanda Rəsulullah (s.ə.v)-in yanına şikəst insanlar da gəlirdi, o isə hamısını qucaqlayırdı. Onlar da bunu qəbul edə bilmirdilər, haşa.
Münafiqlərin bir cəhəti də budur, özlərini daha seçmə, daha üstün sayarlar, yəni maddi, görünüş cəhətdən, hər cəhətdən və bu da onlarda ibadət kimidir. Yəni maddiyyata görə insanlara qiymət verərlər. Məsələn, pul haradadırsa oraya gedər, yemək haradadırsa oraya gedər, Quran buna işarə etmişdir, inşaAllah. Müsəlmanların yanında qalmaqlarının səbəbi də budur. Məsələn, müsəlmanın evində buğda olar, buğdaya qurd kimi daraşarlar. Bu cür parazit məxluqlardır. Öz buğdasını yeyib qurtardıqdan sonra acan kimi gedər başqa yerlərdə axtarmağa başlayar. Qurd kimi sürünərək axtarmağa gedər. Problemləri o olduğuna görə münafiqlər yalnız mənfəət əldə edə biləcəkləri yerləri axtararlar. Ona görə Allah: "qohumluq bağlarını güdməzlər" deyir. Qohumluğu kim zəngindirsə onunla edər, kim yemək verərsə qohum olar, kim onu səy göstərməkdən, təbliğ etməkdən uzaqlaşdırarsa o olar, çünki səy göstərməyi və təbliği riskli, təhlükəli hesab edərlər. Bundan uzaqlaşdırmaq istəyən kim varsa onun yanına gedər. Ayədə: "mağara, boş bir yer tapsalar getmək istəyərlər və uzaqdan sizin xəbərlərinizi izləyərlər" deyilir. Münafiq əlaqəni də kəsməz.
Onə görə ki, məsələn, hz. Mehdi (ə.s) camaatını da, münafiqlər çox diqqətlə izləyərlər, hər təfərrüatlarını güdərlər. Peyğəmbərimiz (s.ə.v)-in camaatını da çox diqqətlə izləyirdilər. Münafiq “mənə nə” deyib getməz. Ayədə də: "Uzaqdan xəbərlərinizi izləyir" deyir. Yəni münafiq ömrünün sonuna kimi təqib edər və ayədə: “sizə bir xeyir nəsib olduqda sevinməzlər" deyilir. Məsələn, möminlərin gənc olmaları, gümrahlığı, sağlamlığı, səhhəti, qüdrəti, malı, mülkü və s. onlara xoş gəlməz. Allah (bu nemətləri) onlara əzab vermək üçün yaratmışdır, inşaAllah. Möminlərə nemət verildikcə onlar əzab çəkər. Allah Allah "amma sizə bir hücum edildiyində onların xoşuna gələr" deyir. Halbuki, öz ağlı ilə başa düşmədiyinə görə axmaq olur. Halbuki, hücum ediləndə müsəlmanın mənəvi məqamı yüksəlir, dəyəri artar. Çünki müsəlman onsuz da axirəti üçün, Allah rizası üçün buradadır. Hücum edilmədikdə isə, müsəlmanın mənəvi məqamı yüksəlməz. Yəni az artar, müəyyən bir dərəcədə qalar. Hücumların artırmaq gücü çox böyükdür. Ona görə məsələn, hz. Mehdi (ə.s) camaatına da tez-tez hücumlar olur. Peyğəmbərimiz (s.ə.v) deyir: "Hz. Mehdi (ə.s) camaatına qarşı üç böyük münafiq hücumları olacaq, üç dəfə Mədinə sarsılacaq". Hədisdə verilən mənaya diqqət etsək, sarsıntılar baş verdiyi vaxtda münafiqlərin qaçdığını görərik. Məsələn, hücum, iqtisadi böhran, təzyiq, qorxu və yaxud zəlzələ və ya hər hansı bir çətin vəziyyətdə qalacağı hadisə baş verəndə, acınacaqlı vəziyyətlərdə münafiqlər aradan çıxar, qaçar. Normal bir mühit olsa münafiq getməz, qalar. Ona görə "üç dəfə zəlzələ olar və Mədinə bütün münafiqlərdən azad olar. Dəmir pasından təmizləndiyi kimi Mədinə də münafiqlərdən təmizlənər və yalnız seçmə müsəlmanlar qalar. Mehdi (ə.s)-ın xas tələbələri qalar" hədisdə deyir. "Bütün münafiqlərdən Mədinə (İstanbul) azad olar" deyir.
Axırzamanda hz. Mehdi (ə.s) camaatının münafiqləri çox əhəmiyyət kəsb edir, bunlar, sonra insanlar tərəfindən tanınacaqlar, təkbətək, adbaad üzə çıxacaqlar. Peyğəmbərimiz (s.ə.v) dövrünün münafiqlərinin hamısı tanınır, adbaad, məsələn, filankəs, o, bu və s. hamısı tanınan, məşhur münafiqlərdir. Hz. Mehdi (ə.s) dövrünün də bütün məşhur münafiqləri bilinəcək, qiyamətə qədər də insanlar tərəfindən tanınacaqlar. İki münafiq qrupu xüsusi əhəmiyyət daşıyır. Biri, Rəsulullah (s.ə.v) dövrünün münafiqləri, biri də hz. Mehdi (ə.s) dövrünün münafiqləridir. Ona görə də Peyğəmbərimiz (s.ə.v) bu iki dövrü müjdələmişdir. "İki dövr də qəribədir, qeyri-adi, heyrətamizdir. “Bir mənim dövrüm, bir də Mehdi (ə.s) dövrü―hər ikisi də bir-birinə bənzəyən, səhabə dövrü kimidir" deyir. Amma Axırzamanı Peyğəmbərimiz (s.ə.v) elə tərifləyir ki, hədisdə bununla əlaqədar belə buyurur: "Nə əvvəlkilər, nə axırdakılar onları keçə bilməyəcəklər". Çünki dəccaliyyətlə boğuşacaqlar, Peyğəmbərimiz (s.ə.v) "hz. Mehdi (ə.s) və tələbələri çox üstündür" deyir. Hətta: "Əbubəkr və Ömər ondan üstün ola bilməzlər. Yəni hz. Mehdi (ə.s)-dan üstün ola bilməz. Mövqe cəhətdən Əbubəkr və Ömərdən də üstündür" deyir. Məsələn, münafiqlər deyirlər ki,"...və dedilər ki: “Bu Quran iki şəhərdən birinin böyük bir adamına endirilməli deyildimi?'". "Əbu Qasımın yetiminə endirdi Allah? Bu səhvdir" deyirlər, haşa, Məkkənin, Mədinənin məşhur müşrikləri var idi, başçıları, professorları, o dövrün paşası, yaxud zəngininə endiriləydi. "Onlara enməsi lazım idi" deyir. "Necə olur, cahil insana Peyğəmbərlik verilir?" deyirdilər, haşa. Allah ayədə "ümmi" deyir. Məsələn, biri səkkiz dil bilir, amma Allah onu deyil ümmini seçir. "O varkən necə o elçi olur" deyir. Əslində oradakı savaşları Allaha qarşı aparılır. Amma münafiqin təbii axmaq üslubunda bunu büruzə verməmək üçün özünü sanki dini müdafiə edən biri kimi göstərmək siyasəti vardır.
OKTAR BABUNA: Şeytandan Allaha sığınıram: "Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər (şeytana uyanlardır). Bilin ki, şeytanın firqəsi–məhz onlar ziyana uğrayanlardır! (Mücadilə surəsi, 19)
ADNAN OKTAR: Allah, Sad surəsi, 75-ci ayədə belə buyurur: (Allah) dedi: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”. Təkəbbürlənmək, özünü yuxarı tutmaq şeytanın münafiqlərlə ortaq olan xəstəliyidir. Hansına baxsaq həddindən artıq lovğa, daim özünü haqlı sayan, özlərini və ağıllarını bəyənən və təkəbbürlü olduqlarını görərik. Əslində ciddi mənada ağılsızdırlar. Çünki bir insanın kafir olmağı üçün kafir, amma münafiq olmağı üçün manyak olması lazımdır. Münafiqlər manyakdırlar. Allah "Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?deyir. O qədər təkəbbürlüdür ki, haşa Allahdan da böyük olmaq istəyir. Münafiqin də şeytanın da xüsusiyyəti belə olur. "Dedi: "Mən ondan daha xeyirliyəm". Münafiqlərin ortaq xüsusiyyəti həmişə "mən daha yaxşı bilirəm, mən daha gözəl danışaram, mən daha xeyirliyəm, Peyğəmbər (s.ə.v)-dən, hz. Mehdi (ə.s)–dan daha düzgün hərəkət edirəm, hamısından daha yaxşıyam" demələridir. "Mən ondan daha xeyirliyəm, sən məni oddan, onu isə palçıqdan yaratdın" deyir. Bu tamamilə münafiq axmaqlığıdır. Dəliliyi görürsünüzmü? Palçığı yaradan da Allahdır, odu yaradan da Allahdır. O, bunu düşünə bilməyəcək dərəcədə ağılsızdır.
"Onlar dedilər: "Məgər bu Quran iki şəhərdən birinin böyük bir adamına endirilməli deyildimi? " (Zuxruf surəsi, 31). Bu ayədə də yenə münafiqin ağılsızlığı ifadə edilir. Sanki, mütləq Quran böyük və əzəmətli birisinə endirilməlidir. Onlar etiketə də çox əhəmiyyət verirlər. Professor olmağı, zəngin, iş adamı olmağı münafiq üçün çox əhəmiyyət kəsb edir. Halbuki, bunlar dünya həyatında gəlib keçici məqamlardır. Məzara qoyulanda istər professor olsun, istər fəhlə, istərsə də sıravi işçi hamısı eyni olur.
Onlar dedilər: "Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır?" (Furqan surəsi, 7). İndi Peyğəmbərimiz (s.ə.v)-i, haşa, bəyənməmək üçün münafiq həddindən artıq ağılsız olmalıdır. Bu səfər də yemək yeməyini dəlil olaraq göstərirlər. Yəni: "yemək yeyir, bazarda gəzir" deyirlər. Münafiq elə bir məxluqdur ki, insan cavab verərkən belə bir insanla həmsöhbət olduğuna görə çaşıb qalar. Şeytan insanın yaxşılığını istəyirmiş kimi davranar. Münafiqlər də eyni ilə onun kimi möminin yaxşılığını istəyirmiş kimi hərəkət edər. Məsələn: "Səni qurtarmaq üçün edirəm, sənin yaxşılığına görə deyirəm filan" deyər.
"Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi (vəsvəsə verdi)". (Əraf surəsi, 20). Münafiq də vəsvəsə verər. Zəif adamları seçər. Münafiqlər, necə bir vəhşi heyvan zəif heyvanları seçər və dərhal başının üstünü alar, münafiqlər də zəif olduğuna qane olan zəif insanları hədəfləyərlər və zərbə endirməyə çalışarlar. Ona görə münafiqlər bir insanı hədəflədikdə, zərər vermək istədikdə həmin insan Allaha sığınmalıdır və buna çox ciddi diqqət etməlidir.
"...dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya (Cənnətdə) əbədi qalanlardan olmayasınız." (Əraf surəsi, 20). Yəni “bu ağacdan uzaq dayanmağınızı istəməyinin səbəbi əbədi yaşamağınıza maneə törətmək üçündür." Sanki Allah bu ağacı qadağan etməyinin səbəbi onların əbədi cənnətdə qalmamaqları üçündür, yəni əgər Allahın bu qadağan etdiyi ağaca toxunsalar, onun meyvəsindən yesələr əbədi yaşayacaqlar. Ağacı yaradan da, əbədi həyatı da yardan Allahdır. Ağılsız şeytan və münafiqlər bunu dərk etmirlər. Allahın, haşa, Öz qanununa gücü çatmayacağını zənn edirlər. Yəni, ağılsızlar, Allahın Öz qanununa nəzarət edə bilməyəcəyini fikirləşirlər və "O ağacın meyvəsindən yesə, bir daha özünə də nəzarət edə bilməyəcəyini" deyir.
“Və onlara: "Həqiqətən, mən sizin xeyirxah məsləhətçilərinizdənəm"―deyə and içdi”. (Əraf surəsi, 21)
Münafiqlər dini ifadələr istifadə edir, öyüd-nəsihət verməyə də çox maraqlı, həvəsli olarlar. Ona buna öyüd verərlər, məsələn, belə deyərlər: "Həqiqətən mənim məqsədim səni qurtarmaqdır, yaxşılıq etməkdir”. Hələ yalandan “həqiqətən" də deyər, necə ki, ayədə də məhz belə bildirir: "həqiqətən mən sizin xeyirxah məsləhətçilərinizdənəm". Bu tamamilə münafiq üslubudur. Hələ üstəlik inandırmaq üçün Allahın adını istifadə edərək də and içir.
"Onlara: “Yer üzündə fəsad törətməyin!”–deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər" (Bəqərə surəsi, 11). Yəni: "İslah etmək üçün, yaxşılıq etmək istəyərəm, başqa bir məqsədim yoxdur" deyir. Çoxbilmiş kimi başda olarlar. Ayədə "Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər". (Bəqərə surəsi, 12)” deyilir. Yəni ağılsızdırlar, dərk etmirlər. Allah "əsl fitnə-fəsad törədən bunlardır" deyir. Münafiqin əsl məqsədi zərər vermək, küfrü gücləndirmək olar. Münafiq möminlərin imansız olmasını istəyər. Həm bir yerdə yaşamaqlarını istəyər, çünki fitnə çıxarmaq üçün onlara ehtiyacları var, həm də inkar etmələrini istəyərlər.
Allah "Möminlərin arasına təfriqə salmaq... (Tövbə surəsi, 107)” deyir. Münafiq axşama qədər bununla məşğul olar. Möminlərin arasını ayırmaq üçün çalışar. "əvvəllər Allaha və Onun elçisinə qarşı müharibə aparanı gözləmək". Yəni hər hansı saxta bildirişdə tapılar, müsəlmanlara hücum etmək üçün yalandan böhtan atmaq üçün gözləyər. Şahidlik edər, oyunlar oynayar, yalandan məlumatlar verər. Bunlar münafiqin xüsusiyyətidir. "...üçün məscid düzəldər", yəni bir qrup düzəldərlər və buna görə də bir məscid tuturlar, bununla da birlik yaradırlar. Münafiqlər bir-birindən ayrılmazlar. "...Biz yaxşılıq etməkdən başqa bir şey istəmədik deyə Allaha and içərlər".Soruşanda da belə yaxşılıqdan bəhs edərlər, guya həmişə yaxşılıq məqsədi ilə edərlər. Elə danışarlar ki, sanki ən ağıllı olanlar onlardır, ən yaxşı insanlar, ən düzgün onlardır, bununla sanki özünü müdafiə etməyə çalışır, lakin özü gic kimi görünür. Çünki bir lağımın üstünə neylon örtsən də bilinəcək. Yəni o bütün hallarda özünü büruzə verər.
"O zaman şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: ” yəni etdikləri işləri gözəl göstərib "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam! (Ənfal surəsi, 48)” demişdi. "Münafiqlər bir yerə yığılanda özlərini çox güclü hiss edərlər. Müsəlmanlardan uzaq olduqlarına görə özlərinin təhlükədən xilas olduqlarını fikirləşirdilər və artıq onlara hücum olmayacağına inanırdılar. Çünki onlar müsəlmanları təhlükənin mərkəzi hesab edərlər. Müsəlmanların açıq hədəf olmağına inanarlar. Müsəlmanlardan uzaq olduqda da artıq açıq hədəfdən xilas və artıq olacaqlarını, yəni cəmiyyətin təzyiq etməyəcəyini, küfrün onlara hücum etməyəcəyini, ailələrin, onun-bunun onlarla artıq maraqlanmayacağını fikirləşirlər. Buna görə münafiqlər bir olduqları zaman qorunan bir birlik olduqlarına inanarlar. "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur". Artıq küfrün və imansızların onları dəstəklədiyini bildiklərinə görə, yəni ateist masonların, kafir düşüncəni müdafiə edən bəzi mətbuat orqanlarının, bəzi saxtakarların yəni hər cür riyakar və ağılsız dostlarından dəstək aldıqlarını fikirləşdiklərinə görə özlərini güclü hiss edirlər. "Mən də sizin (pənahınız) dadınıza çatanam". Şeytan onları öyrədir. Həqiqətən münafiqlər özlərinə güvənən, özlərini əmin-amanlıqda, psixoloji cəhətdən rahat hiss edərlər. "Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi. (Ənfal surəsi, 48)
"Birdən-birə şeytan onları tək qoyur. Bu səfər də yenə manyaklıq edir. "Çünki mən sizin görmədiklərinizi görürəm” deyir. "Mən Allahdan qorxuram" deyərək o da münafiqləri tənqid edir. Münafiqlərdən fərqli olduğunu deyir. Çünki "Allahın cəzası şiddətli olandır".
"(Şeytan) onlara vədlər verir..."(Nisa surəsi, 120). Yəni məsələn, yaxşı iş adamı olacağını, imkanlı olacağını, evlənəcəyini, əylənəcəyini, hər şey olacağını deyərək "onları xülyalara salır. "Münafiqlər qeyri-adi vəsvəsə verərlər. Heç ağla gəlməyən fikirləri vəsvəsə edərlər. Hər şeydən şübhələnərlər. Ümumiyyətlə, münafiqlər tək yaşayarlar, təkliyi seçərlər. Yalnızlıq onların bir xüsusiyyətidir. İzdihamlı olsalar da həmişə təklik arzulayarlar. Amma əsas xüsusiyyətləri, sürü halında yaşayarlar. "Halbuki, şeytan verdiyi vədlər onları aldatmaqdan başqa bir şey deyildir". Münafiqlər həmişə aldanarlar.
OKTAR BABUNA: Münafiqlər Allahın hökmünə görə deyil şeytanın əxlaqsızlığına görə hərəkət edərlər. Şeytandan Allaha sığınıram, "Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki, onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir". (Nisa surəsi, 60).
ADNAN OKTAR: Münafiqlərlə əlaqədar Quran ayələri var. Amma biz Quranı düşünməli, analiz etməliyik. İndi mən şeytanın bu gizli, iblis tərzli sistemini açıqlayacağam və şeytan iflic olacaq. Münafiqlər təfərrütların açıqlanmadığına görə bu qədər rahatdırlar. İndi onların ciyərindən tutmuş, xromosomlarına qədər təsvir edəcəyəm. Ondan sonra bir sirləri qalmayacaq. Onsuz da vaxtı gələndə onlar elə ağ-qara şəkilləri ilə, xeyli məşhur olacaqlar, inşaAllah.
Allah münafiqlərə Öz dili ilə lənət edib bəla diləyir. Yəni Allah belə dua edin deyir. Allah münafiqləri məhv etsin. Münafiqlərin ölümü ilə insanlar xilas olacaq. Küfrə demirəm. Küfrə hidayət diləyirəm və düz yola gəlmələrinə görə səy göstərəcəm. Amma münafiq çox pozğundur. Onların çox xain bir sistemi var. Allah ayədə: "Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. (Tövbə surəsi, 80)" deyir. "Onların qurduğu bina (məscid) ürəkləri parça-parça olana (ölənə) qədər qəlblərində bir şübhə (fikirlərindən vaz keçməyəcəklər) olaraq qalacaqdır. (Tövbə surəsi, 110)”.. Axirətdə də vaz keçməyəcəklər.
Altuğ Berker: MaşaAllah, münafiqlərdən bəhs etdiniz. Allah Nisa surəsi 141-ci ayədə belə buyurur, şeytandan Allaha sığınıram: "Onlar sizə göz qoyurlar, güdürlər..."
ADNAN OKTAR: Təbii ki, bu münafiqlərin xüsusiyyətidir. Uzaqdan müsəlmanlara baxarlar. Müsəlmanlar onların heç fikrindən çıxmaz. Küfr onlar üçün bir hədəf deyil. Dinsizlər, ateist, darvinist hədəf deyil. Birbaşa müsəlmanlar hədəfdir. Birbaşa müsəlmanları hədəfə alarlar. O quruluş daxilində də şeytani xasiyyətlərini dayanmadan inkişaf etdirərlər. Məsələn, şeytanın xarakterinə baxanda, münafiqlərlə eyni xüsusiyyətləri görürük. Peyğəmbərimiz (s.ə.v) dövründə də hz. Musa (ə.s)-ın dövründə də eyni xarakterləri göstərdiklərini görürük. Məsələn, hz. Musa (ə.s): "Rəbbiniz bir buzov kəsməyinizi əmr edir! deyir. "Necə bir buzov?" soruşurlar, "bizə xüsusiyyətlərini bildir"-deyirlər. Hz. Musa (ə.s) vəhylə təfərrüatlarını bildirir. Yenə də "olmaz" deyirlər.
OKTAR BABUNA: Şeytandan Allaha sığınıram: "Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsməyinizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. (Musa): “Cahil olmaqdan Allaha sığınıram!”–dedi. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin!” (Musa) dedi: “(Allah) buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, (onu da) yerinə yetirin! Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” (Musa) dedi: “(Allah) buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. (Ona) baxanları sevindirir. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin! Çünki (bu) inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq. (Musa) dedi: “(Allah) buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda (heç bir) ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!” dedilər və onu kəsdilər. Halbuki, az qala (bunu) yerinə yetirməyəcəkdilər”. (Bəqərə surəsi, 67-71)
ADNAN OKTAR: Görürsünüz o dövrün xəstələri, münafiqləri, nə qədər çürükçüdürlər. Ayələri yenidən hissə-hissə oxu, açıqlayım.
ADNAN OKTAR: "Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. (Musa): “Cahil olmaqdan Allaha sığınıram!” dedi. Rəbbinə bizim adımızdan yalvar bizə təfərrüatlarını açıqlasın..."
ADNAN OKTAR: Bir mal kəsəcəklər, amma gör nə qədər təfərrüatlar istəyirlər. Tamamilə münafiq xarakteridir. Bütün münafiqlərdə bu vardır. Burada məqsədin nə olduğunu bilirsinizmi? Haşa, Allahın fikirləşmədiyini vurğulamaq və Peyğəmbər (s.ə.v)-in də bunu soruşmağı fikirləşmədiyini vurğulamaqdır. Haşa, nə Allahı bəyənirlər, nə də Peyğəmbəri bəyənirlər. Belə bir vəziyyətdədirlər. Amma niyə soruşduqlarının səbəbini soruşsan, təqva adına soruşuruq deyəcəklər.
ADNAN OKTAR: "... Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!”
ADNAN OKTAR: Artıq sizə nə əmr olundusa onu da yerinə yetirin. Yəni artıq sorğu-sual bitməli, əmr yerinə yetirilməlidir.
ADNAN OKTAR: "(Bu səfər) dedilər ki: “Rəbbinə dua et ki, bizə rəngini bildirsin..."
ADNAN OKTAR: Münafiqin necə xırdaçı olduğunu görürsünüzmü? Münafiq tam rahat olmaz. Məsələn, Quranda açıq hökmlər vardır. Peyğəmbər (s.ə.v) izah edərdi, amma yenə də rahatlanmırlar. İllah ki, təfərrüatlarını istəyəcəklər, bütün ayrıntılarını istəyəcəklər.
ADNAN OKTAR: "...(Musa) dedi: “(Allah) buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. (Ona) baxanları sevindirir. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin! Çünki (bu) inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər Allah istəsə (inşaAllah), biz düz olanı taparıq".
ADNAN OKTAR: Görürsünüz, malların bir-birinə bənzədiklərini deyirlər. Ayədə: "inşaAllah doğrunu taparıq" deyilir. Bu ifadə ilə, haşa nə Allaha etibar etdikləri, nə Peyğəmbərin gətirdiyi vəhyə inandıqları üzə çıxır, onlar yalnız öz ağıllarına güvənirlər. Münafiqlər belədir. Yalnız öz ağlına etibar edər. Ona görə Peyğəmbərimiz (s.ə.v) dövründə də münafiqlər Quranı özlərinə görə şərh etdilər. Quranı qeyri-kafi gördülər. Peyğəmbərimiz (s.ə.v)-in şərhlərini, izahlarını qeyri-kafi gördülər. Özlərindən ağlasığmaz cərəyanlar yaradıb bu cərəyanları inkişaf etdirirlər. Yüzlərlə məzhəb yaratdılar. Dörd haqq məzhəbdən kənarda ağlasığmaz azğın yollara üz tutdular. Şiə, cəfəri, vəhhabi istisna olmaqla dediklərimdir. Buradakı məqsəd nədir bəs? Əlbəttə ki, təqva deyil. Burada məqsəd xırdaçılıq etmək və müsəlmanları bu xırdaçılıqla boğmaqdır. Çünki bunlar heç cihad, təbliğ, dini yaymaq haqqında soruşmur, Allahın kitabını insanlara necə öyrətməyi soruşmur. Təkcə təfərrüatları soruşur. Hansı mövzudakı təfərrüatları? Bunlardan əlavə inək kəsmək kimi mövzuların təfərrüatlarını soruşurlar. Çünki cihad, təbliğ, dini yaymaq, İslam əxlaqını hakim etmək kimi mövzular ona sərf etmir, işinə yaramır. Amma öz düşüncələrinə görə bu təfərrüatlarla müsəlmanları boğmaq istəyərlər. Halbuki, Allahın hökmü də çox açıqdır. Amma o başqa mənaya yozur. Yəni Quranda başqa mənalar tapmağa çalışar. Halbuki, Qurandakı hökmlər möhkəmdir, çox açıqdır, aydın şəkildə izah edilmişdir və Peyğəmbərimiz (s.ə.v) də hədislərlə onu şərh etmişdir. Lakin münafiq Quranın özünü və əslini əsas götürməz. Təfərrüatları əsas tutar. Təfərrüatlarla müsəlmanlara hücum etməyə çalışar. Peyğəmbərimiz (s.ə.v) dövründə də belə idi. Məsələn, Peyğəmbərimiz (s.ə.v) nə deyir?: "Cəhd etməyə gedək, təbliğə çıxaq" deyir. Onlar isə: "Evim açıq qalıb” deyirdillər. Amma diqqət etsək görərik ki, bütün müsəlmanların da evi açıq qalmışdı, hər kəsin evi açıq qalmışdı. Cəhd etməyə gedən adamın evi açıq qalmazmı? Orada müsəlmanları öz düşüncəsinə görə çıxılmaz vəziyyətdə qoymaq istəyir. Müqəddəs bilinən ailəni bəhanə gətirərək istifadə edir. Ailəni əsas götürərək Peyğəmbərimiz (s.ə.v) və səhabələri çıxılmaz vəziyyətdə qoymaq istəyir, öz ağlına görə. Təbii ki, Allah elələrini mütləq məğlubiyyətə uğradır. Onların bəhanə gətirərək aradan çıxması müsəlmanların şövqünü daha da artırırdı. Bunlara deyən lazım idi ki, bəs niyə: "Ya Rəsulullah, daha çox cihad etmək lazımdır, daha çox təbliğ etmək üçün nələr etməliyəm?"―deyə soruşmurdular. Bunların soruşduqları suallara bir baxın. Hz. Musa (ə.s) mübarizə aparanda, cihad edəndə, İslamı yayanda münafiqlər: "Sən və Rəbbin onlarla gedib vuruşsun" deyirlər. Amma inək barəsində, sığırın kəsilməsi barəsində isə çoxlu təfərrüatlara girirlər. Bəs cihad edəndə, dini yaymaq istəyəndə niyə təfərrüatlarını istəmirlər? Bu zaman: "Sən və Rəbbin gedib vuruşun" deyirlər. Belə vaxtlarda müsəlmanları tək qoyurlar, münafiqlərlə birlikdə gedib it kimi yuvasına girib orada ac qarnını doyurmağa çalışırlar. Deməli, əsl məqsədləri, fikirləri tamamilə başqadır.
Altuğ Berker: Bir başqa ayədə Allah belə buyurur, şeytandan Allaha sığınıram: "Onlardan eləsi vardır ki, dillərini kitaba doğru əyib bükərlər..." (Ali İmran surəsi, 78)
ADNAN OKTAR: Yəni Quranı, özündən uydurduğu mənalarla, şərhlərlə, açıq, möhkəm hökmləri dəyişdirməyə çalışarlar. Yaxud Tövratın hökmlərini, o dövrdəki hökmlərini dəyişdirməyə çalışdılar və həqiqətən də dəyişdirdilər. Eləcə də İncilin hökmlərini dəyişdirməyə çalışırdılar, həqiqətən də dəyişdirdilər. İndi də Quranın hökmlərini münafiqlər öz ağıllarına görə dillərini əyib bükərək özlərini anlamazlığa vuraraq dəyişdirməyə çalışacaqlar. Amma Peyğəmbərimiz (s.ə.v) münafiqlərə qarşı necə rəftarda olacağımızı bizə açıqlamışdır. Quranın açıq hökmləri ilə də bu müəyyən olunub. Biz onlara qarşı ağıllı, tam Peyğəmbərimiz (s.ə.v)-in izahlarına uyğun olaraq, əhli-sünnə etiqadı daxilində elmi mübarizə aparırıq və aparacayıq, inşaAllah.
OKTAR BABUNA: Əvvəl də qeyd etdiyiniz kimi Peyğəmbərimiz (s.ə.v) dövründə Quranın hökmlərini, haşa, səhv hesab etmək üçün müşriklərdən də dəlillər gətirirdilər.
ADNAN OKTAR: Bu hətta münafiqlərin əsl məqsədinə çevrilir, müşriklərlə ittifaq qurublar, onlardan öyrəndikləri dəlilləri, Əhli-Kitabdakı müşriklərdən öyrəndikləri dəlilləri müsəlmanlara dəlil olaraq göstərməyə çalışarlar, Peyğəmbər (s.ə.v)-ə təzyiq edirdilər. Peyğəmbərimiz (s.ə.v)-ə Allah "az da olsa onlara meyil edəcəkdin" deyir. Yəni Allah xəbərdarlıq edir. "Az da olsa meyil edəcəkdin" deyir. Yəni "Allahın lütfü ilə meyil etmədin" deyir.
ADNAN OKTAR: Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.. (Muminun surəsi, 71)
ADNAN OKTAR: Yəni Allah: "Əgər Biz səni sağlamlaşdırmasaydıq, and olsun, onlara bir az da olsa meyl göstərəcəkdin. Bu zaman, Biz sənə həyatın da, ölümün də qat-qat artıq (ağrısını) daddırardıq, sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin". (İsra surəsi, 74-75)
Burada Allah sanki xəbərdalıq edir. "Az da olsa onlara meyil edəcəkdin, bu zaman da sənə çox şiddətli əzab daddırardıq" deyir. Allah əzabı da həm dünyada da, həm də axirətdə verəcəkdi. “Lakin Allahın lütfü ilə Allah səni qorudu" deyir. Münafiqlər və müşriklər Peyğəmbərimiz (s.ə.v)-i o dövrdə əlimizdən almaq istəyirdilər. Yəni Qurana yeni əlavələr, yeni hökm verməsi üçün: "bizə başqa bir Quran gətir" deyirdilər. Yəni düşüncəsində başqa bir inanc var və bu inanca uyğun olan hökmləri də Quranda axtarırdılar. Bunu tapa bilmələri üçün də Qurana yeni əlavələr edilməsini istəyirdilər. Bunu edə bilmədikdə də başqa məna verib, təfsir edib yeni mənalar ortaya çıxartmağa çalışırlar. Peyğəmbərimiz (s.ə.v) də o dövrdə onlara qarşı çox güclü tədbirlər görmüşdü, inşaAllah.
OKTAR BABUNA: İnşaAllah siz daha yaxşı bilirsiniz. Allah bir ayədə belə buyurur, şeytandan Allaha sığınıram: "Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!” deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar". (Nəhl surəsi, 116)
ADNAN OKTAR: Bu da münafiqlərin bir xüsusiyyətidir. Özlərindən halal, haramlar çıxardarlar. Məsələn, haramı halal, haramı da açıq-aşkar halal hesab edərlər, ona görə ayədə Allah haramı, halalı əksinə hesab etdiklərini bildirir. Məsələn, halaldır, dilini əyib bükərək bir də baxıb görərsən ki, haram etmişdir. Soruşsanki "niyə görə?" öz ağlına görə şərh edər. Bu da bir təhlükədir, bir anormallıqdır, qeyri-normal bir düşüncə tərzidir. Ona qarşı Axırzamanda müsəlmanlar çox güclü mübarizə aparacaqlar, inşaAllah.