Münafiqliklə Mübarizənin Əhəmiyyəti

151 səhifə.

Münafiqlik müsəlmanların həmişə diqqət yetirməsi lazım olan çox vacib bir məsələdir. İnkar edənlər Allahın varlığına və birliyinə inanmadıqlarını açıq-aşkar deyərlər, iman edənlərə qarşı da açıq şəkildə mübarizə apararlar. Münafiqlər isə özlərini müsəlman, hətta təqvalı bir mömin kimi göstərərək İslama qarşı çıxarlar. Daxildə Allaha, Peyğəmbərimiz (s.ə.v)-ə, Qurana, saleh möminlərə qarşı böyük bir kin bəsləməklərinə baxmayaraq, zahirdə həqiqi üzlərini gizlədər, özlərini yaxşı insan kimi qələmə verərlər. Açıq və ictimai mübarizə aparmadıqlarına görə, əgər diqqət yetirilməsə böyük təxribatlar həyata keçirərlər.

Xüsusilə də hal-hazırda yaşadığımız Axırzamanda:

• Müsəlmanları passivləşdirməyə və onların gücünü, coşğusunu, həyəcanını əlindən almağa çalışarlar.

• Xurafatlarla və bidətlərlə dini yaşanmaz hala gətirməyə çalışarlar.

• Darvinist, materialist cərəyanlara qarşı müsəlmanları müdafiəsiz etməyə çalışarlar.

• Elmə, sənətə, gözəlliyə, keyfiyyətə, nəsl-əcabətə qarşı çıxıb təmiz olmayan, azad düşünməyən, elm və sənətdə inkişaf etməyən bir müsəlman imici yaratmağa çalışarlar.

• Müsəlmanlar arasındakı qardaşlığı və birliyi zədələyən işlərlə İslam Birliyinə mane olmağa çalışarlar.

• Şiddətə, qarışıqlığa, ixtişaşlara təşviq edərək müsəlmanları şiddət tərəfdarı kimi tanıtmağa çalışarlar.

• Peyğəmbərimiz (s.ə.v)-ə və onun mübarək əhlinə qarşı düşmənlik bəsləyərək Əsri-Səadət dövründə yaşanan həqiqi İslamı insanlara unutdurmaq üçün əllərindən gələn səyi göstərərlər.


Münafiqliklə Mübarizənin Əhəmiyyəti

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər