Onlara: “Yer üzündə fəsad törətməyin!” – deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” – deyirlər. Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər. (Bəqərə surəsi, 11-12)
Mömin sahib olduğu Allah qorxusu səbəbi ilə, vaxtını fasiləsiz olaraq xeyir və gözəllik düşünərək keçirir. Din günündə hər cür əməlindən və düşünüb, ağlından keçirdiklərindən belə sorğuya çəkiləcəyini bildiyi üçün, davamlı xeyirə yönələr.
Münafiq isə hesab verəcəyi həqiqətindən həmişə tərəddüd etdiyi üçün, ağlını Allah rizası üçün istifadə etməz. Bütün mövzuları fəsad üzərinə quruludur. Daima təxribatçılıq çıxarmaq və möminlərə çətinlik vermək istəyər.
İçində saxladığı fitnəkar xarakter ortaya çıxdığında isə bunu yenə inkar etməyə və Allahın elçisini öz zəif ağlı ilə yalan sözləri ilə aldatmağa çalışar; amma əlbəttə müvəffəqiyyət təmin edə bilməz. Çünki Allah onların söyləyəcəkləri sözləri də möminlərə əvvəldən bildirmişdir:
Onlardan eləsi də var ki: “Mənə izn ver döyüşə getməyim, məni günaha batırma!” – deyir. Doğrusu, onlar artıq günaha batmışlar... (Tövbə surəsi, 49)
Münafiqlərin hamısında fitnəkar xarakter vardır. Gizli və hiyləli yollarla, ya da açıq–aşkar fitnə çıxarmağa çalışarlar. Fitnənin mənası, daha əvvəl də ifadə etdiyimiz kimi, mömin birliyinin içində fitnə-fəsad və qarışıqlıq yaratmaqdır. Münafiqlər, bu sözün tam qarşılığını içlərində saxlayan və ətrafa əks etdirən insanlardır. Ruhları yaxşıya və gözəlliyə deyil, fitnəyə və nifaqa açıqdır.
Quran araşdırıldığında, münafiqlərin tarix boyunca hər dövrdə fitnə çıxardıqları aydın olur. Ümumi xüsusiyyətləri Quranda müxtəlif nümunələrlə bildirilir. Məsələn, “fitnəkar” xarakter göstərən insanlar, əslində heç bir zaman fərqli bir şey etməmişlər və izlədikləri metodları da hər zaman bir-birinin eynisi olmuşdur.
Quranda fitnəkar xarakterinə verilən bir nümunə də hz. Musa (ə.s)-ın qövmündəki münafiqlərin öndəri olan Samiridir. Hz. Musa (ə.s)-ın yoxluğunu fürsət bilən Samiri, qövmün içində fitnə çıxarmış, bir çoxunun haqdan azmasına səbəb olmuşdur.
...Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur. (Nisa surəsi, 139)
Münafiqlərin bütün dəyər mühakimələri azğın olduğu üçün, inkarçılara olan baxışları da tamamilə səhvdir. Allaha inanmayan, din əxlaqını yaşamayan və yaşanmaması üçün mübarizə aparan bu insanlara qarşı sevgi bəsləyərlər. Çünki inkarçılardan bəzi mənfəətlər təmin edirlər və bundan ötrü onların meyarlarını əhəmiyyətli sayırlar. Onlar tərəfindən ucaldılmaq, onların dəyər mühakimələrinə görə üstün mövqedə olmaq, özləri üçün ən əhəmiyyətli imtiyazlardan biridir. Qüvvət və qürurun yalnız Allah Qatında olduğunu qavraya bilməzlər. İnkarçıların çoxluğu onları aldadar. Bu səbəblə inkarçıları daha güclü və daha üstün hesab edərlər.
Ancaq münafiqlərin bilmədikləri, daha doğrusu qavraya bilmədikləri bir həqiqət daha var; o da, Allahın daim möminlərin qoruyucusu və dəstəkləyicisi olduğudur. Allah inkarçılarla olan mübarizələrində, möminləri hər zaman dəstəkləmiş, onları qalib etmişdir. Nisa surəsində bu həqiqət ”Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir” (Nisa surəsi, 141) şəklində bildirilmişdir.
Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən... (Maidə surəsi, 80)
Allah möminləri, inkarçıları dost etməkdən məhrum etmişdir. Bunun səbəbi də aydındır; inkarçılar, Allaha inanmamaqla, Ona yönəlmir, Onun ayələrinə üz çevirməklə, dost edilməyəcək xarakterə sahib olduqlarını isbatlayırlar. Axirəti tamamilə unutmuşlar. Şeytani instinktlə qarşılarındakıları da dünyanı sevdirməyə çalışırlar. Onların bu cəhətlərini çox yaxşı bilən möminlər, inkarçılardan uzaq durur, onları əsla dost və sirdaş etməzlər.
Münafiqlər isə kafirləri dost bilib, Allaha inanan, həyatlarını Onun rizası üçün çalışaraq keçirən, son dərəcə səmimi və təmiz insanları düşmən bilərlər. Ayədə ”Onlar möminləri qoyub kafirləri dost seçərlər...” (Nisa surəsi, 139) deyilir. Bunun səbəbi, münafiqlərin inkarçılarla təməldə eyni xüsusiyyətləri daşımalarıdır. Hər iki qrup da Allahı inkar edərək axirəti unudur və ətrafındakı insanları da bu istiqamətdə yönləndirməyə çalışır. Daha əvvəl açıqladığımız kimi hər iki qrup da “şeytanın firqəsidir” və ona xidmət edirlər.
Buraya qədər izah edilmiş olan bütün xüsusiyyətlərindən aydın olduğu kimi, münafiqlər son dərəcə etibarsız insanlardır. Möminlərin içərisindədirlər, amma onlara düşməndirlər. Üstəlik, bu düşmənliklərini içlərində gizlədirlər. Saxtakar davranışlarının əlaməti olaraq içlərində gizlədikləri bu düşmənlik, onların xainliyinin və vəfasızlığının açıq göstəricisidir. Bu səbəbdən etibarlılığa dair ən kiçik əlamət belə göstərməzlər və verdikləri sözlərə əsla sadiq qalmazlar. Ayədə belə buyurulur:
Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və heç nədən çəkinmirlər. (Ənfal surəsi, 56)
Daha əvvəl ifadə etdiyimiz kimi “fitnə” və “fəsad” çıxarmağa olan düşkünlükləri onların güvənilməz olduqlarını təsdiq edir. Hər hansı bir çətinlik, sıxıntı anında bu kəslərin sözlərinə etimad edərək hərəkət etmək möminlər üçün mümkün deyil. Əksinə, belə dövrlərdə möminlərin ən çox diqqət etməli olacağı gizli, hiyləli fəaliyyət görən bu insanlardan müsəlmanları qorumaqdır. Etibarsız olduqları, ümumiyyətlə çətinlik anlarında daha da dəqiqləşən münafiqlər haqqında, Quran ayələrində onların həqiqi xarakterləri möminlərə xəbər verilir və möminlər diqqətli olmağa çağırılır.
Onlar möminlərlə münasibətdə nə qohumluq əlaqəsinə, nə də əhdə riayət etmirlər... (Tövbə surəsi, 10)
Münafiqlər yalanı vərdiş halına gətirmişlər. Heç düşünmədən yalan söyləyərlər. Halbuki Allah insanları yalan sözlərdən çəkindirir, onları yalana qarşı xəbərdar edir:
...Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin. (Həcc surəsi, 30)
Münafiqlər isə Quranda, “...Allah şahiddir ki, onlar yalançıdırlar.” (Tövbə surəsi, 107) ayəsiylə bildirildiyi kimi davamlı olaraq yalan söyləyirlər. Yalan, səmimiyyətsizliklərinin açıq əlamətidir. Həmçinin davamlı yalan söyləmələri öz qaranlıq ruh halları baxımından çox təbiidir. Çünki qəlblərində heç yaşamadıqları bir sistemin içərisində həyatlarını davam etdirirlər. Mömin kimi davranmaq, içində yaşadıqları birliyə qarşı dayanıb dincəlmədən rol oynamalarına səbəb olur, “mömin kimi” yaşadıqlarını, doğru olmasa da sübut etmələri lazımdır. Bu vəziyyət isə özlərini, əslində hiss etmədikləri, yəni qəlblərində olmayan şeyləri, ağızları ilə söyləmələrinə məcbur edir. Onların bu vəziyyətləri Quranda belə xəbər verilir:
...Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər... (Ali İmran surəsi, 167)
Necə ki, münafiqlərin ən bilinən yalan nümunəsi, mömin olmadıqları halda “möminəm” demələridir. Mənfəətləri üçün çox asanlıqla yalan söyləyərlər və qarşılarındakıları aldatmağa çalışarlar. Yalanlarını söyləyərkən də, Allahın adını zikr edərək, Onu şahid gətirməyə belə cəhd edərlər. Bu kəslərlə əlaqədar olaraq bir ayədə belə buyurulur:
İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir. (Bəqərə surəsi, 204)
Qəlblərində iman olmadığı halda mömin olduqları yalanını davam etdirmələri xaricində də mənfəət təmin etmək üçün çox müxtəlif yalanlara üz tutarlar. Bu yalanlarını istər möminlərə, istərsə də inkar edən dostlarına rahatlıqla söyləyərlər. Bir söz söyləyərkən onlar üçün əhəmiyyətli olan, insanları məmnun edərək maraqlarını ən çox təmin edə bilməkdir. İnsanlara yaranmaq məqsədilə söylədikləri bəzi yalanlar ayələrdə belə xəbər verilmişdir:
Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)
Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: “Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt, heç kəsə tabe olmayacağıq. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!” – dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir. (Həşr surəsi, 11)
Sizin sözləriniz ziddiyyətlidir. (Zəriyət surəsi, 8)
Yuxarıdakı ayədə də bildirildiyi kimi münafiqlərin danışıqları ziddiyyətlərlə doludur. Çünki tez-tez yalan söylədikləri üçün sözləri əksərən bir-birinə uyğun gəlməz. Möminlərinki kimi ağıla sahib olmadıqları və yalnız zəkalarından istifadə edərək danışdıqları üçün sözlərinin ziddiyyətli olması çox normaldır. Çünki Quranda “ağılla düşünməyən” qövm olaraq bəhs edilən münafiqlər, ağılsız olmaları səbəbi ilə incəlikləri qavraya bilməyən, hadisələrdəki təfərrüatları görə bilməyən quruluşa sahibdirlər. Üstəlik, ağıllarını istifadə edə bilmədikləri üçün “ziddiyyətli sözlərlə” nə qədər alçaq vəziyyətə düşdüklərinin fərqinə də vara bilməzlər. Halbuki özlərindən başqa hər kəs onların ziddiyyətli danışdıqlarını bilir.
İmanın ən əhəmiyyətli əlamətlərindən biri, insanın Allaha duyduğu güvən və təslimiyyətdir. Quranda “təvəkkül” olaraq adlandırılan bu xüsusiyyət həqiqətən iman edənlərlə, həqiqi mənada iman etməyənlər arasındakı ən diqqətə çarpan fərqlərdən biridir. Allaha həqiqətən iman edən insan, qarşısına çıxan hər hadisənin, özü üçün mütləq xeyir olduğunu bilər və təvəkküllü davranar. Allah Quranda möminlərin bu xüsusiyyətlərini belə xəbər vermişdir:
Onlar səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir. (Nəhl surəsi, 42)
Münafiq isə başına gələn hadisələrə qarşı təvəkküllü deyil. O hər şeyin öz əleyhinə baş verdiyinə inanır. Hər an başına pis hadisə gələ biləcəyini düşünüb narahat yaşayar. Bunun ardındakı əsas səbəb, Allahdan uzaq yaşamasının nəticəsi olaraq, dünyaya aid qorxuya qapılmasıdır.
Buna ən əhəmiyyətli dəlil, öz ağıllarına görə heç vaxt planda olmayan çətin zamanlarıdır. Quranda, mübarizə dövrləri bunun üçün açıqlayıcı dəlil qılınmışdır. Peyğəmbərimizin (s) zamanında münafiqlər, döyüş zamanı gəldiyində, Allaha təvəkkül etməmişlər və ölüm bayğınlığı kimi qorxuya qapılmışlar.
…Onlara qorxu gəldikdə, ölüm ayağında bayılan adam kimi, dönüb sənə baxdıqlarını görürsən... (Əhzab surəsi, 19)
O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, qəlblər xirtdəyə çatmışdı... (Əhzab surəsi, 10)
Allah, Quranda, Peyğəmbərimiz (s) dövründə döyüş əsnasında münafiqlərin qorxularını bir başqa ayədə belə vurğulayır:
Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər. (Tövbə surəsi, 57)
Möminlərin ən üstün xüsusiyyətlərindən biri, üzləşdikləri çətinlik və ya sıxıntı qarşısında heç vaxt ümidsizliyə qapılmamaları, səbirli və təvəkküllü davranıb Allahın hər şeyi xeyirlə yaratdığına könüldən iman etmələridir. Necə ki, möminlər çox əhəmiyyətli bir həqiqəti qavramışlar. Bu, Allahın hər şeyin, hər hadisənin, hər anın Yaradıcısı olduğu həqiqətidir. Bu səbəbdən başlarına gələn hadisə, mütləq Allahın idarəsində olacaq. Bu vəziyyətdə möminlər, başlarına gələ biləcək çətinlikləri sıxıntı ünsürü olaraq deyil, xeyir olaraq qiymətləndirərlər:
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. (Bəqərə surəsi, 156)
Münafiq möminin tam tərsinə, başına gələn hər hadisəni öz əleyhinə olaraq qiymətləndirər. Heç bir şəkildə xoşbəxt olmaz, hadisələrə həmişə mənfi gözlə baxar. Öz əleyhinə kimi görünən bir hadisə qarşısında səbir göstərib təvəkkül etməyi bilməz və dərhal ümidsizliyə qapılar. Çünki ümidi Allahdan deyil; Rəbbimizin sonsuz gücünü təqdir edə bilmir. Kömək gözlədiyi insanlar və dünyada əldə etməyə çalışdığı maraqları da ümidlərini qarşılamır. Bu səbəbdən, münafiqə hakim olan ümidsiz ruh halı, səhv ümidlərin təbii nəticəsidir.
Münafiq, həyatı boyunca həmişə gözəl gördüyü şeylərin özünün olmasını və istədiyi hər şeyin reallaşmasını arzu edər. Hadisələr bu istiqamətdə inkişaf etdiyi müddətcə də “normal” davranar. Ancaq əlbəttə, istədiyi şeylər hər zaman reallaşmaz və bu vəziyyətdə də açıq şəkildə nankorluq göstərərək ümidsizləşər. Məhz Allaha tam bir təslimiyyətlə iman etməyənlərin və qəlbində xəstəlik olanların bu xüsusiyyəti aşağıdakı ayə ilə bildirilmişdir:
İnsana nemət verdiyimiz zaman anlamayaraq üz çevirib uzaq durar. Ona bir zərər toxunduqda isə məyus olar. (İsra surəsi, 83)
Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!” – deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. (Münafiqun surəsi, 5)
Təkəbbür şeytana tabe olmağın, təvazökar olmaq isə imanın gətirdiyi xüsusiyyətlərdir. Kitabın əvvəlində də izah edildiyi kimi, münafiq haqsız yerə qürur və təkəbbür edər.
Mömin, ağlıyla və imanı ilə hər şeyin tək sahibinin Allah olduğunu, özünün Allaha qarşı acizlik və yoxsulluq içində olan “qul” olduğunu anlamışdır və bu səbəblə də heç vaxt təkəbbürlü davranmazlar. Ancaq, iman, ağıl və qavrama baxımından zəif olan münafiq özünü bəyənər və qüsurlarını görməz.
Halbuki, özündən milyonlarla qat kiçik virusa məğlub olan, görə bilmədiyi və qarşı çıxa bilmədiyi mikroba görə xəstələnib yatağa düşən, yaşı artdıqca əlləri, dizləri titrəyən, doğru dürüst yeriyə bilməyəcək qədər aciz olan varlıqdır insan... Əlbəttə ki, bu vəziyyət açıq-aşkar ortada ikən, təvazökarlıq əsas olmalıdır. Lakin qavraya bilməyən və ağılla düşünə bilməyən münafiqlər, sanki bütün bu həqiqətlər onlar üçün keçərli deyilmiş kimi davranıb, heç də haqları olmadığı halda böyük qürur və təkəbbürlə yaşayarlar. Bu hallarıyla da, həm Allah Qatında, həm də ağlı başında olan insanların gözündə alçalarlar. Allah bu cür insanların vəziyyətlərini bir ayədə belə bildirir:
...Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız! (Əhqaf surəsi, 20)
Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar?... (Nisa surəsi, 54)
Münafiqlərin bir başqa şeytani xüsusiyyətləri də qısqanc olmalarıdır. Başqalarının sahib olduqları üstünlükləri qəbul edə bilməzlər. Yaxşı olan hər şeyə yalnız özlərinin layiq olduğunu düşünər, buna görə hər cür neməti qısqanarlar. Qısqandıqları kəslər də ümumiyyətlə möminlərdir. Möminlərin sahib olduqları ağıl, heybət, zənginlik, həsəd etdikləri mövzuların əvvəlində gəlir. Bu qısqanclıq, içlərindəki kinin daha da artmasına səbəb olur, ona görə də möminlərin inkara düşməsini arzu edirlər.
...Doğrusu, onlar höcətləşən adamlardır. (Zuxruf surəsi, 58)
İnkarçılar kimi höcətləşən münafiqlər, gözəl sözdən də anlamazlar. Onlar ancaq davadan, mübahisədən zövq alarlar və işlərini zorakılıqla həll edə biləcəklərini zənn edərlər. Quranda münafiqlərin bu yönləri də belə xəbər verilmişdir:
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş qəlbliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya. (Qələm surəsi , 10-13)
Allahdan qorxan adam, Onun sərhədlərini qorumağa qarşı çox həssas olar. Allaha qarşı ən kiçik qüsur belə etmək istəməz. Münafiqlər isə bu cür diqqət etməzlər. Axirət haqqında şübhə edərlər və hesab verəcəklərinə iman etmədikləri üçün rahatlıqla Allahın sərhədlərini aşıb, həddi aşırlar. Din gününü unudan kəslərin necə insanlar olduqları Quranda belə bildirilir:
O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər. Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz. (Mutaffifin surəsi, 11-12)
Allahdan qorxmayan, Onun sərhədlərinə görə yaşamayan insanlar hər cür günaha və əxlaqi degenerasiyaya açıqdırlar. Bəzi insanlar özlərindən müxtəlif sərhədlər çəkməyə çalışsalar da, bu sərhədlər yenə də haqqa uyğun olmaz.
Bu xüsusiyyəti göstərən münafiqlər də, rahat şəkildə degenerasiyalı həyat şəklini mənimsəyəcək quruluşdadırlar. Qulluq etdiyi şeytan onları asanlıqla yoldan çıxarıb, ən uc nöqtələrə doğru sürükləyə bilər. Allahı gizli-gizli inkar etdikləri üçün, Allahın əzabı onlar üçün çəkindirici ünsür olmaz. Həddi aşmada heç bir sərhədi olmayan bu insanların qurduqları nizam isə, şübhəsiz ki, Allahın nizamı qarşısında pozulmağa, yox olmağa məhkumdur.
Nankor olduqlarının ən böyük göstəricisi, aralarında olduqları müddət ərzində onlara həmişə yaxşı gözlə baxan, kömək etmək üçün səy göstərən, Allaha, imana dəvət edən, axirətdə sonsuz əzabdan xilas olmaları üçün öyüd-nəsihət verən möminlərə kin və qəzəb duyaraq onlara qarşı cəbhə almalarıdır. İnkarçılarla birlik olub möminlərə qarşı tələ qurmağa çalışmaları da, nankorluqlarının açıq şəkildə feili formasıdır. Ancaq əlbəttə, bu etdikləri cavabsız qalmayacaq, əksinə axirətdə sonsuz əzabla qarşılıq görəcəklər. Allah xüsusilə münafiqlərə öyüd verən, onları Allahın dininə dəvət edən Peyğəmbərə qarşı edilən nankorluğu qətiyyən bağışlamayacağını bildirir:
Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər... (Tövbə surəsi, 80)
Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz. (Təkasur surəsi, 1-2)
Münafiqlərin qürur qaynaqları, sahib olduqları müvəqqəti dünyəvi dəyərlərdir. Bu dəyərlərlə (gözəllik, maddi zənginlik) öyünüb insanlara nümayiş edərlər. Bunu edərkən dərk edə bilmədikləri çox əhəmiyyətli həqiqət vardır. Bunların heç birinin sahibi özləri deyil, sahib olduqları hər şey Allahın onlara müvəqqəti müddətə onların əzabını artırmaq üçün verdikləridir.
Qürur duyduqları bir nöqtə də, inkarçıların saylarının möminlərdən daha çox olmasıdır. Ağılsız olduqlarına görə, bununla əlaqədar qavraya bilmədikləri bir həqiqət isə, Allahın bunu Quranda onsuz da bildirmiş olduğu və bunun möminlərin əleyhinə deyil, lehinə olduğudur. Onsuz da ağılın tələbi ilə hərəkət edən kiçik birliyin, ağılsız davranan böyük birliyə mübarizədə hər zaman qalib gələcəyi və onlardan daha üstün olacağı hər kəs tərəfindən bilinən həqiqətdir.
Özlərini ağılsız şəkildə çox bəyənən, hər zaman ən üstün və ən ağıllı olduqlarını zənn edən münafiqlər, onlara nemət verildiyində “nəhayət dəyərlərinin aydın olduğu” düşüncəsinə qapılaraq daha da lovğalanırlar. Məsələn, möminlər onlara öyüd-nəsihət verdiyi, səhvlərini tənqid etdiyi zaman qəzəblənən və ümidsizliyə qapılan münafiqlər, çox az maraq, hörmət gördüklərində birdən-birə haqsız yerə təkəbbürlənməyə, hörmətə uyğun olmayan rəftarlar etməyə başlayırlar. Və ya təqlid etdikləri gözəl rəftara görə öyünərlərsə, birdən özlərini hər şeydən müstağni görməyə, qarşılarındakı insanları isə aşağı görməyə başladıqları hiss edilər. Eyni ruh halları maddi olaraq əllərinə keçən nemətlər qarşısında da ortaya çıxır.
Halbuki Allah onları sınamaq üçün nemətini artırır, lakin onlar bunun fərqində deyildirlər. Allahın nizamını qavraya bilməyən bu birliyin ruh halı və sonu Quranda belə xəbər verilmişdir:
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. (Ənam surəsi, 44)
Münafiqlərə verilən nemətləri üstünlük olaraq hesab etdikləri Rəbbimizin Quranda bildirmiş olduğu Qarun hekayəsində da açıq şəkildə görülür. Allahın sınaq üçün çoxlu sərvət verdiyi Qarun, əlindəki nemətlərdən ötrü malına qürrələnib, bunları öz qövmünə qarşı üstünlük kimi düşünmüşdür. Halbuki sərvətinə layiq olduğunu düşünür, bunların Allahdan gələn böyük nemətlər olduğunu düşünmür. Bu, əlbəttə, Allahın şanını gərəyi kimi təqdir edə bilməməsi və öz acizliyinin fərqində olmamasından qaynaqlanır. Qarunun vəziyyəti, eyni məntiqə sahib münafiqlər üçün Quranda verilmiş əhəmiyyətli nümunədir.
Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. (Qəsas surəsi, 76)
Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır. (Tövbə surəsi, 56)
Qəribə, şeytani məntiqi üzərində daşıyan münafiqlər əslində heç də ətrafa əks etdirməyə çalışdıqları kimi cəsur xarakterə sahib deyildirlər. Savaş və çətinlik anları qəlblərindəki xəstəliyin ortaya çıxması baxımından əhəmiyyətli zamanlardır. Məsələn, Peyğəmbərimiz (s) dövründə döyüşə çağırıldıqda, mütləq bu çağırışa razılıq verəcəklərinə dair sözlər verən münafiqlər, döyüş başlayan kimi insanlara qarşı duyduqları şiddətli qorxuya görə geri dönüb qaçmışlar. Bu da onların qorxaq xarakterli olduqlarına açıq-aşkar bir dəlildir:
...Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”.... (Nisa surəsi, 77)
Münafiqlər “cahil din”in nümayəndələri olduqlarını daha əvvəl bəhs etmişdik. Bu batil dini yaşayanlar, Allahın insanlar üçün seçib bəyənmiş olduğu həyat şəklindən uzaq həyat sürərlər. Bu həyatın qaydalarını, şeytanın ilhamı ilə təyin edirlər. Bir-birlərini maddi meyarlara görə qiymətləndirmələri, bir-birlərini qısqanmaları və daha yüzlərlə şeytani davranış bu batil dinin qaydalarını meydana gətirir.
Bu davranışlarının nəticəsində ortaya çirkin cahillik ruhu çıxar. Həmişə pislik hazırlayan, hadisələrdəki xeyiri və hikməti heç bir zaman görə bilməyən, insanların əleyhinə fəaliyyətlərini davam etdirən, sanki şeytanın ruhunu xatırladan ruhdur bu.
Necə ki, içlərində belə çirkin bir ruh halı yaşayan münafiqlər üçün Allah belə hökm verir:
Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer Cəhənnəm olacaqdır (Tövbə surəsi, 95)
Yuxarıdakı ayədə də ifadə edildiyi kimi, bu kəslərin fiziki mənada da təmiz quruluşa sahib olduqları deyilə bilməz. Necə ki, ruh və fiziki gözəllik, bir-birləriylə yaxın əlaqəli iki anlayışdır. Qəlbində pislik olanın əlbəttə ki, həyatı da pis olacaq. Həmçinin Allah qəlblərindəki xəstəlik səbəbi ilə pisliklərini artırdığını da bir ayədə belə bildirir:
Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər. (Tövbə surəsi, 125)
Qəlblərindəki xəstəliyə görə ruhlarında yaranan qaranlıq üzlərində əks olunar. Bu kəslərin üzləri Quranda Allahın bildirdiyi kimi ”sanki qaranlıq gecənin parçalarına bürünmüş kimidir” (Yunis surəsi, 27). Möminlərə verilən “nur” baxanlara fərahlıq verərkən, münafiqlərin üzlərindəki qaranlıq ifadə xüsusilə diqqət çəkicidir.
Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər.... (Tövbə surəsi, 67)
İnfaq etmək, Quranda əmr edilən, Allahı razı edəcək ibadətlərdən biridir. Allah bir çox ayə ilə infaq etməyin əhəmiyyətini bildirir və buna xüsusilə, infaq edən adamın özünün ehtiyacının olduğunu xəbər verir. Çünki infaq edən adam, axirətdəki dərəcəsini, cənnətdəki yerini artırmaq üçün infaq edir. Allah, Öz tərəfindən nemətlərini möminlərə bol-bol verir.
Ancaq bu əhəmiyyətli ibadətin öz lehinə olacağını qavraya bilməyən münafiqlər infaq etməyə əsla yanaşmazlar. Çünki bütün səyləri maddi imkanlarını artırmaq olduğu üçün, Allah yolunda etdikləri təqdirdə böyük itki olacağına inanırlar. Onların məqsədi onsuz da öz ağıllarına görə mömin birliyini dağıtmaq, onları bir-birlərindən ayıraraq din əxlaqının yaşanmasına mane olmaqdır. Bu məqsədlərinin heç bir zaman müvəffəqiyyətə çata bilməyəcəyi isə Allahın vədidir. Məqsədlərinə çatmaq üçün nə özləri maddi və ya mənəvi mömin birliyinə fayda təmin etmək istəyərlər, nə də möminlərin bir-birlərinə fayda verməsini qəbul edə bilərlər. Onlar həm özləri xəsislik edərlər, həm də ətraflarına xəsisliyi tövsiyə edərlər.
Mömin birliyinin heç bir şeyə möhtac olmadığının, Allahın köməyinin daim onlarla birlikdə olduğunu dərk edə bilməyən bu kəslərin, insanları necə xəsisliyə dəvət etdikləri belə bildirilir:
Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar. (Münafiqun surəsi, 7)
...Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir. (Bəqərə surəsi, 267)
Münafiqlər infaq etsələr də, infaq etdikləri şeylər ancaq xoşlamadıqları şeylərdən ibarət olar. Bu eyni zamanda batil cahillik dininin də çirkin qaydasıdır. Eyni qaydanı davam etdirən və yalnız möminlərə nümayiş etmək məqsədiylə onsuz işlərinə yaramayan şeylərdən sərf edən münafiqlərdən, infaq etdikləri şeylər də heç bir şəkildə qəbul edilməz. Allah Quranda bunun səbəbini belə açıqlayır:
Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və Onun Elçisinə küfr edir, namaza tənbəlliklə qalxır və mallarını könülsüz xərcləyirlər. (Tövbə surəsi, 54)
...Qorxu keçib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar. Onlar iman gətirməmişlər. Allah da onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır. (Əhzab surəsi, 19)
Qorxaq və zəif quruluşlarına baxmayaraq acı dilləri ilə möminlərə hücum edər, onları sözləri ilə incitməyə çalışarlar. Bunu etməyə cəsarət tapdıqları mühit isə, maraqlıdır ki, təhlükəsizliyə qovuşduqları öz ağıllarına görə hər hansı bir təhlükə vəziyyətinin olmadığını zənn etdikləri mühitdir. Ayədə bildirilən “qorxu getdikdə” ifadəsi bu vəziyyəti açıqlayır.
Bütün bu rəftarlarının qaynağı şeytandır. Bilindiyi kimi şeytan, insanların doğru yollarında oturub, onlara zərər verməyə çalışır. Münafiqlər də şeytandan nümunə götürdükləri bu istiqamətləriylə, möminlərə sözlə zərər vermək, onları narahat etmək üçün məşğul olarlar və bunun üçün hər fürsəti istifadə edərlər. Ancaq heç bir şəkildə möminlərə zərər verə bilməzlər.
...Həqiqətən, onlar anlaşılmaz bir şübhə içində idilər. (Səba surəsi, 54)
Münafiqlər qəlblərində həmişə şübhə duyarlar. Bu şübhə, Quran, elçi, axirət kimi dinin əsas mövzularına istiqamətlidir.
Qəlblərində daşıdıqları xəstəlikdən ötrü vicdanları da heç cür rahat olmur. Bir tərəfdən möminlərin Allaha olan bağlılıqlarına şahid olur, bir tərəfdən də öz nəfslərinin saxtakarlığını görürlər. Necə ki, Allah Peyğəmbərimiz (s) dövründə müsəlmanlardan ayrı, onlara qarşı məscid quran münafiqlərin, qəlblərindəki xəstəlikdən qaynaqlanan şübhələrinin daima davam edəcəyindən belə bəhs edir:
Onların qəlbləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır... (Tövbə surəsi, 110)
İnsanlara qarşı da güvənsizdirlər. Hər kəsdən şübhələnər, hər zaman başqalarının onlara oyun oynayacağından, ya da onları alçaldacağından qorxarlar. Allah ayədə onlar üçün “...Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar.” (Münafiqun surəsi, 4) deyir. Bu dərəcədə narahat olmaları, Allaha etibar etməmələri, Onu dost bilməmələrinə görədir.
...Allahın nazil etdiyi ilə hökm verməyənlər - məhz onlar zalımlardır. (Maidə surəsi, 45)
Möminlərin dünyada qazanmaq istədikləri müvəffəqiyyətlərdən biri, insanlar arasında haqqı və yaxşılığı yerləşdirib, zülm və pisliyi yer üzündə məhv edə bilməkdir. Bu idealları, sahib olduqları gözəl əxlaqın nəticəsidir. Bu çətin vəzifəyə boyun olmalarının səbəbi isə Allah qorxularıdır.
Cahil cəmiyyətində hökm sürən zülmü dağıtmaq və yaxşılığı keçərli qılmaq üçün səy göstərən möminlərə qarşı mübarizəyə girişmək, üstəlik bunu onların içlərinə qədər girərək, aralarında ikən etməyə cəhd etmək, münafiqlərin nə qədər zalım ruha sahib olduqlarını açıq şəkildə ortaya qoyur.
İman gətirdikdən sonra imanlarından dönən münafiqlər, zülm dolu dünyanın içinə düşməkdən özlərini xilas edə bilməzlər. Bu səbəbdən, zənn etdikləri kimi hüzur və təhlükəsizlik həyat da yaşaya bilməzlər.
Necə ki, ”İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.” (Ənam surəsi, 82) ayəsində də bildirildiyi kimi, hüzur və təhlükəsizlik ancaq iman edən və imanlarında qətiyyətli davranan möminlərin sahib ola biləcəyi nemətdir.
Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər... (Münafiqun surəsi, 4)
Münafiqlər dünyada yaşadıqları müddət ərzində axirətdə ziyana uğrayacaqlarını dərk etmirlər. Əksinə cənnətə gedəcəklərinə əmindirlər. Şübhəsiz bu ağılsızlıqlarının və qavrayış qabiliyyətindən məhrum olduqlarının çox açıq dəlilidir.
Məsələn, bir münafiq zəngin, ya da görünüş olaraq gözəl ola bilər. O, bunu özü üçün qazanc olaraq görsə də əslində bu onun üçün imtahan və əzab səbəbidir. Malına, mülkünə ya da gözəlliyinə aldanan münafiq hər şeyin yolunda getdiyini zənn edir və rahat şəkildə fəsad törətməyə davam edər. Halbuki, o fərqində deyilkən etdiyi hər şeyin hesabı tutulur və bütün pislikləri cəhənnəmdə qarşısına əzab olaraq çıxacaq.
Həmçinin, daha əvvəl də ifadə etdiyimiz kimi, Allah dünyada da onları müəyyən müddətə qədər yaşadar, zamanı gəldiyində də elçiyə və möminlərə münafiqlərin içlərindəki qaranlıq ruhu göstərər. Beləcə, onların münafiqliyini görən müsəlmanlar da onların yanıldıcı xarici görünüşlərinə aldanmayaraq Allahın əmrini yerinə yetirər və onlarla mübarizəyə başlayarlar.
...Onların qəlbləri vardır, lakin onunla anlamazlar, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha da azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)
Allahın varlığını bildikləri, Quranın əmr və tövsiyələrini öyrəndikləri, elçini və möminləri tanıdıqları halda, bütün bunlardan üz çevirdikləri və imanlarından sonra inkara azdıqları üçün Allah onları ayədəki şəkildə açıqlayır. İmana dəvət edildikləri halda iman etmədikləri və Allahdan gərəyi kimi qorxmadıqları üçün, Allah onları heyvanlardan daha alçaq xarakterdə yaratmışdır və inananlara da onların bu vəziyyətini xəbər vermişdir.
Batil cahil dinin ən bilinən xarakteridir düşünməmək. Düşünməməklə xoşbəxt olduqlarına, zehni cəhətdən sağlam qaldıqlarına özlərini inandırmışlar. Düşünərlərsə, bunun onlara zərər verəcəyini zənn edərlər. Və ya bəzən də bir şey düşünməli olduqlarını belə dərk etməzlər.
Düşünmədikləri mövzuların başında “ölüm” gəlir. Hər an ölümlə burun-buruna olduqlarının, Allahın dilədiyi anda canlarını ala biləcəyinin fərqində deyildirlər. Onlar minlərlə il yaşayacaqları, bu dünyanın nemətlərini rahatca istifadə edəcəyi zənninə qapılmışlar.
Düşünmədikləri bir başqa mövzu da ölümdən sonrakı hesab günü və axirətdir. Heç biri ölümdən sonra dirildiləcəyini və dünyada ikən etdiklərinin hesabını verəcəyini, sonsuz həyatı, cənnət və cəhənnəmi düşünməz, daha doğrusu düşünmək istəməz. Hətta çox vaxt belə bir hadisəyə ehtimal da verməz.
Düşünməyə qarşı özlərini sanki möhürləmişlər. Bu xarakterləri onları “dərk edən varlıq” olma xüsusiyyətindən uzaqlaşdırar; ən sadə mövzuları belə düşünə bilməz hala gələrlər. Düşünən insan isə hər zaman doğruları axtaracaq. Haradan gəldiyini, içində olduğu kainatın, öz bədəninin necə meydana gəldiyini və təbii ki, özünün hara doğru getdiyini düşünər. Beləcə Qurana bərk sarılaraq “dərk edən” insan olma xüsusiyyətini qazanar.
Lakin inkarçılar kimi münafiqlər də, düşünməyərək öz gözləri qarşısında “qəflət pərdəsi” meydana gətirərlər. Düşünməyərək dünyanı daha rahat yaşaya biləcəklərini zənn etdikləri üçün, həyatlarını bomboş keçirərlər. ”Düşünməkdən uzaq” olduqları üçün də içlərindəki pisliyin, qaranlığın və ən əhəmiyyətlisi yalnız özlərini aldatdıqlarının fərqinə vara bilməzlər.
Bir insanın yalnız insan görünüşündə olması, insanlara aid bəzi xüsusiyyətlər daşımış olması, onun həqiqətən ağıllı varlıq olduğuna yetərli dəlil deyil. Ağıl çox fərqli anlayışdır; bəzi xüsusiyyətlər nəticəsində ortaya çıxır. Allah Quranda ağlın sirlərini bildirmiş, insanları bu sirlərə xəbərdar olmağa təşviq etmişdir. Bu sirlərdən bəziləri Allaha qeyd-şərtsiz iman edilməsi, Ona tam güvən və təslimiyyət duyulması, Rəbbimizdən başqa heç bir ilah və köməkçi axtarılmaması, Ona qarşı dərin hörmət və qorxu hiss edilməsi, Onun bir an belə unudulmamasıdır. Bütün bunları qavrayan və həqiqi ağlı əldə edən insanlar yalnız möminlərdir.
Münafiqlər isə “ağıllı”nın təqlidini etməyə çalışırlar. Ancaq bu hallarıyla, çox sadə və səthi rəftar sərgiləyərlər. Nə qədər təqlid edərlər etsinlər, həqiqi ağıl əlamətlərini heç vaxt göstərə bilməzlər. Necə ki, “həqiq ağıl”, ancaq səmimi olan möminlərdə meydana gəlir.
Münafiqlər daxil bütün inkar edənlər, Quranda “ağılsız” insanlar olaraq xatırlanırlar:
...Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır. (Həşr surəsi, 14)
Ağılla düşünməyən varlıqlar olduqlarının başqa göstəricisi də, edilən bütün xəbərdarlıqlara qapalı olmalarıdır. Onlara ölümün yaxınlığını, cəhənnəmin acı əzabını xatırladan möminləri eşitmirmiş kimi davranıb, eyni səhv rəftarı göstərməyə davam edərlər. Allahın zikri qəlblərində təsir yaratmaz, onlara xatırladılan ayələrə laqeyd yanaşarlar. Buna görə də Allah Quranda onlar üçün belə deyir:
Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar. (Bəqərə surəsi, 18)
Daha əvvəl də toxunduğumuz kimi, münafiqlər düşünməyərək şüurlarını haqqı qavramağa qarşı bağlamışlar, qəlblərinin üzərinə sanki bilə-bilə qıfıl vurmuşlar. Allah da bu kilidə möhür vurmuşdur. Ayələrdə bu mövzuda belə bəhs edilir:
Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 7)
...Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar haqqı anlamayacaqlar. (Tövbə surəsi, 87)
Bir insan üçün ola biləcək ən böyük itkilərdən biri, ağlını və anlayış qabiliyyətini itirməsidir. Münafiqlər saxtakarlıqları ilə doğru mütənasib olaraq bütün ağıl və qavrayış güclərini itirmişlər. Güclərini pislik və üsyan istiqamətində istifadə etdikləri üçün, onları yaxından maraqlandıran ən diqqətə çarpan hadisələri belə qavraya bilməzlər. Buna ən gözəl nümunələrdən biri, ölümün yaxınlığını qavraya bilməmələridir. İnsanın ölümlü bir varlıq olduğu və əvvəl-axır bir gün öləcəyi çox açıq həqiqət ikən, onlar hələ dünyadan özlərinə mənfəət təmin etməyə çalışarlar. Bu halları, qavraya bilmədiklərinin və ağılla düşünə bilmədiklərinin ən açıq nümunəsidir. Allah ayəsində onları belə tanıdır:
...Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini imandan məhrum etmişdir. (Tövbə surəsi, 127)
Münafiqlər fərq edilməmək üçün böyük səy göstərərlər. Lakin bununla yanaşı Allah, ayədə Onun elçisinə bu şəkildə xitab edir:
Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan... (Məhəmməd surəsi, 30)
Açıq aşkar görünür ki, münafiqlər Allahın diləməsiylə elçi tərəfindən tanına bilinirlər. Münafiqləri ələ verən əsas xüsusiyyətləri stabil ruha sahib olmamaları və bununla yanaşı üzlərinin möminlərinki kimi nurlu, danışıqlarının da yenə möminlər kimi şüurlu və tutarlı olmamasıdır. Üzləri ayələrdə bildirildiyi şəkildə zillət içindədir, danışıqları isə qəlblərindəki şübhəni və qaranlığı çölə vurur:
Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. (Mücadilə surəsi, 20)
Möminlərin üzlərində nur, səmimi və hüzurlu ifadə vardır. Xarici görünüşdən də açıq şəkildə müəyyən olan bu xüsusiyyət etibarsız olduqlarının açıq göstəricisidir. Münafiqin üzündəki ifadə isə qəlbindəki inkarı xaricə vurur:
Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. (Həcc surəsi, 72)
Münafiqlər etdikləri pisliklər qarşısında hər nə qədər qazanc əldə etməyi ümid etsələr də çətinlik və kədərdən başqa bir şey tapa bilməzlər. Əllərinə keçən ən böyük fürsəti geri çevirmişlər, buna görə Allahın qəzəbini qazanmışlar. Pislikləri etdikdən sonra xoşbəxt olmağı gözləsə də, həyatları boyunca və ən əhəmiyyətlisi axirətdə bədbəxtlik, bərəkətsizlik, çətinlik və hüsran onlardan əl çəkməyəcək. Allah etdiklərinə qarşılıq verdiyi cəzanı belə bildirir:
Qoy onlar etdikləri günahların cəzası olaraq az gülüb çox ağlasınlar. (Tövbə surəsi, 82)
Necə ki, münafiqlər, hər nə qədər təkəbbürlənsələr də, özlərini insanlardan üstün və yaxşı mövqedə görsələr də, əslində həyatlarını ayədə ifadə edildiyi kimi sıxıntı içində keçirərlər. Bu Allahın tanınmaları üçün onlara verdiyi bəla formasıdır. Dünyadakı gözəlliklərdən zövq ala bilmədikləri kimi axirətdən də ümidlərini üzdükləri üçün, xoşbəxtliyi dada bilməzlər və daim ağlamağa meylli olarlar. Bu, bəzən çölə əks olunan ağlama olmaya bilər, ancaq ruhlarına hakim olan davamlı sıxıntı, narazılıq, özünə yazığı gəlmə, ümidsizlik kimi mənfi duyğulardır.
...Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır... (Həşr surəsi, 14)
Yalnız bir-birlərini dost və sirdaş etmələrinə baxmayaraq əslində bir-birlərinə də güvənməzlər. Bunun səbəbi, şüur altında özlərinin ikiüzlü olduqlarını bildikləri kimi, qarşılarındakı münafiqin də ikiüzlü olduğunu bilmələridir. Buna görə bir-birləriylə tam mənasıyla yaxın dost olmazlar.
Öz aralarında birlik olduqları zənn edilən münafiqlər, əslində aralarında heç bir şəkildə isti dostluq, sevgi və qardaşlıq yaşamırlar. Onsuz da qəlbləri də, bu tip duyğuları bəsləməyəcək qədər pis və qatıdır. Ən kiçik bir çətinlikdə heç çəkinmədən bir-birləri əleyhinə ifadələr verə bilər və bir-birlərini tələyə sala bilər. Öz mənfəətləri üçün qarşılarındakı hər kəsi rahatlıqla gözdən çıxara bilərlər.
Münafiqlərin ən diqqətə çarpan xüsusiyyətlərindən biri Allaha olan imanlarının yalnız dillərində olmasıdır. Hər münafiq imanlı olduğunu, Allahdan qorxduğunu, axirətə və hesab gününə inandığını iddia edir. Ancaq həyat tərzlərinə, ruh hallarına baxıldığında bu iddialarında səmimi olmadıqları aydın olar.
Bu mərhələdə, münafiqlərin qəlbən Allaha iman etmədiklərini anlaya bilmək üçün bu mövzunu aydınlaşdırmaq lazımdır: Bir insanın Allaha iman etməsi nə deməkdir?
İnsanlar Allaha iman etmək dedikdə ümumiyyətlə, başlanğıc olaraq hər şeyi Allahın yaratdığını və sonra da insanı öz “ağlına” tərk etdiyini düşünürlər (Allahı tənzih edirik). Halbuki Allaha iman etmək bəzi insanlar tərəfindən bilinəndən daha çox dərin mövzudur. Allaha imanın gətirdiyi dərinlik vardır. Məsələn, iman edən insan, Allahın böyüklüyünü, sonsuz gücünü, ədalətini və Quranda ”Adların ən gözəli Allahındır” (Əraf surəsi, 180) ayəsiylə bildirilən bütün üstün sifətlərini təqdir edə bilən insandır. Həmçinin Allaha iman edən insan Onun sonsuz gücünü qavradığı üçün böyük Allah qorxusuna və dərin Allah sevgisinə sahibdir.
Ancaq həqiqi imanı qavramamış kəslərdə yuxarıda ifadə etdiyimiz səhv Allah inancı hakimdir. Necə ki, inkarçıların “özlərinə xas” bu axmaq inancları ayələrdə belə bildirilir:
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar hökmən: “Allah!” – deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu bilmir. (Loğman surəsi, 25)
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 38)
Yuxarıdakı ayələrdə də görüldüyü kimi insanların bir qismi ümumi olaraq “göyləri və yeri Yaradan”ın Allah olduğunu qəbul edirlər. Lakin Allahı gərəyi kimi təqdir edə bilmirlər Allahın hər an hər şeyi hakimiyyəti altında tutduğunu, gücünün sonsuz olduğunu qavraya bilmirlər.
Məhz münafiqlər də inkarçılardan bir qrup olaraq belə imana sahibdirlər. Ancaq onları digər inkarçılardan ayıran cəhətləri qəlblərinin daha da qatılaşmış olmasıdır. Çünki onlar əvvəl iman etmişlər sonra inkar etmişlər; bundan ötrü Allah onların qəlblərini imana bağlamışdır:
Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. (Münafiqun surəsi, 3)
Münafiqlərin Allah qorxusu da yoxdur. Din əxlaqını bilən və möminlərlə bərabər ikən Allahın bütün sifətlərini, böyüklüyünü, gücünü şəxsən zikr etmiş kəslər olaraq, Onun əmrlərini yerinə yetirməmələri də bu laqeydliklərinin açıq dəlilidir.
Məqsədləri mənfəət təmin etmək, fitnə çıxarmaq olduğu üçün və ən əhəmiyyətlisi də Allahdan gərəyi kimi qorxmadıqları üçün ən kiçik çətinlikdə çirkin üzlərini ortaya çıxararlar. Allah münafiqlərin səmimi olaraq iman etmədiklərini ayələriylə möminlərə xəbər vermişdir:
İnsanlar arasında: “Allaha iman gətirdik!” – deyənlər də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa, mütləq: “Biz də sizinlə idik!” – deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi? Allah iman gətirənləri də, münafiqləri də aşkar edəcəkdir. (Ənkəbut surəsi, 10-11)
Münafiqlər Allahın gücünü gərəyi kimi təqdir edə bilmədikləri üçün Allah haqqında yanlış olan bəzi zənlərə də sahibdirlər. Yuxarıda qeyd etdiyimiz kimi xüsusilə bir çətinliklə qarşılaşdıqlarında Uca Rəbbimiz olan Allahı unudar, olan bitənin Ondan müstəqil olaraq reallaşdığını zənn edərlər. Allaha həqiqətən iman edən insanda heç bir şəkildə görülməyəcək təlaşa qapılar; Allahın, çətinliyi onları sınamaq üçün verdiyini düşünməz, dərhal üsyan edərlər.
Necə ki, Quranda Peyğəmbərimiz (s) dövründə Allahın Elçisi ilə döyüşə çıxdıqda, ölüm və ya yaralanmaq təhlükəsi ilə qarşılaşan münafiqlərin, Allah haqqında etdikləri zənlərdən bəhs edilmişdir:
O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, qəlblər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız.Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz qalmışdılar. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” – deyirdilər. (Əhzab surəsi, 10-12)
Göründüyü kimi münafiqlər çətinliklə qarşılaşdıqları anda “çox güclü olduğunu iddia etdikləri” imanlarını itirmiş və Allahın böyüklüyünü, gücünü unutmuşlar. Bu da imanlarında heç bir zaman səmimi olmadıqlarını və gerçək mənada kamil imana sahib olmadıqlarını açıq şəkildə göstərir. Çünki Allaha könüldən iman edən insanın, necə mühitdə olursa olsun, hansı çətinliklə qarşılaşırsa qarşılaşsın, Allahın gücünü unutması, bədbəxtliyə qapılması, zənnə düşməsi kimi vəziyyət mümkün deyil. Çünki Allaha səmimi imanla bağlanmış olan insanlar bilirlər ki, Allah hər şeyin Yaradanıdır və qullarını xeyirlə də, şərlə də sınayır.
Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)
Yuxarıdakı ayədə də bildirildiyi kimi mömin üçün ən böyük ibadətlərdən biri Allahı xatırlamaqdır. Allaha həqiqətən iman edən insanlar, hər an Onun verdiyi nemətlər içində həyatlarını davam etdirdiklərini bilir və davamlı olaraq Ona şükür edərlər. Ondan gələcək hər xeyirə möhtac olduqlarını, axirətdə Ona hesab verəcəklərini və yalnız Allahın diləməsiylə cənnətə girə biləcəklərini bilirlər. Qəlblərində davamlı Allah olduğu üçün dillərində də O vardır. Hər fürsətdə Allahı anar, qarşılıqsız verdiyi nemətlərdən, kainatda yaratdığı mükəmməl tarazlıqdan bəhs edərlər.
Münafiqlər isə, qəlblərində belə bir imanı yaşamadıqları üçün lazım olduğu qədər Allahın zikrini də edə bilməzlər. Bunun səbəbi, Allaha könüldən təslim olmamaları və Ona qarşı səmimi iman daşımamalarıdır; bu səbəbdən Allahı xatırlamaq içlərindən gəlməz. Çünki Allahı xatırlayarkən, həqiqətdə iman gətirmədikləri, hətta əməl etməklə məsul olub amma əməl etmədikləri bir çox şeyi zikr etmiş olacaqlar. Bu da bəlkə bir az vicdanlarını sıxacağı üçün, içlərindən gəlməyəcək. Əgər təqlidi olaraq möminlər kimi içdən zikr etməyə çalışsalar da özlərini ələ verəcək və dinləyənlərin qəlbində səmimi təsir yaradamayacaqlar. Bu səbəbdən möminlərin arasında olduqları dövr içində, Allahı çox az və səthi anmalarıyla diqqəti çəkərlər. Necə ki, Allah münafiqlərin içindəki xəstəliyi ələ verən bu çox əhəmiyyətli əlaməti ayələriylə bildirmişdir:
...Özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)
Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur... (Mücadilə surəsi, 19)
Allahdan müstəqil bəzi güclərin olduğuna, bu güclərin məsələn yaratmada, kainatın rəhbərliyində, hökm vermədə söz sahibi olacaqlarına (Allahı tənzih edirik) inanan kəs “şirk” qoşmuş olar. Münafiqlərin də ən əhəmiyyətli xüsusiyyətlərindən biri şirk etmələridir. İnsanların Allahdan müstəqil olduğuna inanan münafiqlər, nə qədər inkar etsələr də əslində açıq şəkildə şirk qoşarlar. Bu xəstəliklərini ortaya çıxaran da, Allahın bir və tək olaraq xatırlanmasından xoşlanmamalarıdır. Allahı gərəyi kimi ucaldaraq da anmazlar. Bu da onların həqiqi üzlərini ortaya çıxaran və Quranda xəbər verilmiş xüsusiyyətlərindən biridir:
Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)
Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər. (Zumər surəsi, 45)
Münafiqlərin dillərindəki iddiaları “Mən Allahı çox sevirəm, hər etdiyimi Onu razı etmək üçün edirəm”dir; ancaq, bu sözlərində heç bir zaman səmimi deyillər.
Çünki Allaha səmimi olaraq iman edən biri Ona qarşı yalnız sevgi deyil, eyni zamanda dərin hörmətlə qorxu da duyar. Yəni Allahı ən çox sevən adam, Allahdan ən çox qorxan adamdır eyni zamanda. Çünki Allahı sevmək mövzusunu kitabın əvvəlindən bəri üzərində dayandığımız kimi, Onu, “bütün gözəl adlarını”, sonsuz gücü ilə və lazım olduğunda ədalətini təcəlli etdirərək verəcəyi əzabla tanımağı tələb edir. Allahın gücünü gərəyi kimi təqdir edə bilmədikləri, Onun hər etdiklərinə şahid olduğunu qavraya bilmədikləri üçün də Rəbbimizdən qorxmazlar. Əgər bir insan “Mən Allahı sevirəm, amma Ondan qorxmuram” deyərsə və ya feli olaraq belə düşündüyünü hiss etdirəcək hərəkətlər edərsə, o adam tam mənasıyla səmimiyyətsizdir deməkdir.
Necə ki, münafiqlərin həyatlarına baxdığımızda bu ruh halının bütün davranışlarına hakim olduğunu görərik. Münafiq öz ağlına görə “Allahdan qorxduğunu” iddia edir, ancaq hərəkətlərinə baxdığımızda elçiyə və möminlərə zərər verməyə çalışdığını, onların əleyhinə fəaliyyətlər icra etdiyini və onlar haqqında öz ağlına görə böhtanlar atdığını görərik. Buradan da ortaya çıxan, bu adamın Allahdan həqiqətən qorxmadığıdır. Bundan başqa yuxarıda da ifadə etdiyimiz kimi, öz başından azğın din anlayışı uyduran və bu səhv dinin qaydalarına görə yaşamağı özünə məqsəd qoyan münafiqin qorxusu, insanların razılıqlarını qazana bilməməkdir. Necə ki, o, insanların hər birinin müstəqil güc olduğuna inanır. Hamısının ayrı-ayrı razılığını və bəyənməsini qazanmaq məcburiyyətində hiss edir özünü.
Lakin bilmədiyi və qavraya bilmədiyi əhəmiyyətli həqiqət vardır ki, o da, hər insanın yalnız Allahın yaratdığı “qul” olduğudur. Hər biri, Allahın istəyi ilə var olan və yenə Allahın diləməsiylə can verən varlıqlardır. Münafiq bu həqiqəti anlaya bilməz. Daha doğrusu anlamaq istəməz. Çünki onun azğın dininə görə “insanların razılığını güdmək” imtina edilməz ibadətdir. Qorxuları da bu meyara əsaslanır.
İnsanlardan qorxmaları və onların rizasını düşünmələri, çətin anlarda da özünü göstərir. Quranda, onlara qarşı birləşən insan birliyini gördükdə qorxub qaçan münafiqlərdən bəhs edilir. Məsələn, Peyğəmbərimiz (s) dövründə əvvəlcə döyüşə mütləq qatılacaqlarına dair vədlər verən bu kəslərin döyüş əmri gəldiyi zaman insanlara qarşı qorxuları imanlarını zəiflətmişdir:
Məgər sən, özlərinə: “Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!” – deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” – dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz”. (Nisa surəsi, 77)
Allahdan qorxmayan və fərqli din anlayışına sahib olan münafiqlər, dolayısilə Allahın dininə bağlılıq da göstərməzlər. Allahın elçisinə, möminlərə və onların Quran əxlaqını yaşamaq məsələsində həmişə xəyanət edirlər. Necə ki, bu xəyanətləri Quranda belə bildirilir:
İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən... (Maidə surəsi, 13)
Özünün “saxtakar” olduğunu bilən, Allahı, Peyğəmbərini və möminləri aldatmağa çalışan münafiq həmişə “xəyanət” ruhu ilə yaşayar. Hər xəyanətindən sonra bir başqasını da edər, çünki münafiq öz xainliyinin fərqindədir. Möminlərdən özünü gizləsə belə öz özündən gizlənə bilməz. Və öz günahına şəxsən özü şahid olduğu üçün də azğınlığı gedərək artar. Əvvəl Allahın elçisi haqqında pis söz deyər, bundan rahatlıq hiss edər. Daha sonra elçiyə böhtan atar, bu da xoşuna gələr. Çünki həqiqi dostu olan şeytanın yolunda irəliləyir. Sonra elçiyə tələ qurar... Günahı getdikcə artar. Lakin bu vaxt Allaha, elçisinə və möminlərə qarşı etdiyi xəyanətin ona heç bir şey qazandırmayacağından, əksinə onu cəhənnəmə aparacağından xəbərdar deyil. Buna əsaslanaraq rahatlıqla xainlik edər. Halbuki dünyada qarşılaşacağı bəlalar yanında, onu cəhənnəmdə də acı əzab gözləyir. Allah münafiqlərin sonunu bir ayədə belə xəbər verir:
Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır. (Tövbə surəsi, 68)
İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. (Həcc surəsi, 8)
Münafiqlərin məqsədləri insanları Allahdan, Onun dinindən uzaqlaşdırmaq, dünyada din əxlaqının yaşanmasına mane olmaqdır. Buna görə də Allahı tanımayan, ya da səthi olaraq iman edən bəzi insanların başlarını qarışdıracaq, Allah haqqında zənnə düşəcək və insanları da bu zənlərə istiqamətləndirəcək şəkildə Allah haqqında mübahisə edərlər. Şübhəsiz bu, onların düşünə bilməmələri səbəbi ilədir. Bu çirkin rəftarlarının qarşılığını həm dünyada, həm də axirətdə qat-qat alacaqlar. Davamlı olaraq fitnə çıxarmağa meylli formaları olduğu üçün, öz ağılları ilə insanların Allaha olan hörmətlərini, qorxularını yox etməyə istiqamətli fəaliyyətlər edərlər. Və bu əxlaqsız fəaliyyətlərini də hiyləgərcə davam etdirərlər. Şeytanın yoluna bənzər üsul izləyərək insanların şüuraltına xitab etməyə, ağıllarını qarışdırmağa istiqamətli danışarlar.
Ancaq bu mövzuda, yalnız özləri kimi münafiq olanlara təsir etməkdən başqa bir nəticə əldə edə bilməzlər. Allahın yolundan azdırmaq üçün göstərdikləri fəaliyyətin necə öz əleyhinə dönəcəyini Allah belə bildirir:
O, başını təkəbbürlə o yan bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik. (Həcc surəsi, 9)
Münafiqlərin indiyə qədər bəhs etdiyimiz bütün xüsusiyyətlərindən anladığımız kimi, Allahın bəyənmədiyi hər cür rəftarı üzərində daşıyırlar. Lakin mövcud vəziyyətin ciddi olmasından xəbərsiz olaraq, bir də Allahın seçib bəyəndiyi din olan İslam və onun hökmləri haqqında mənfi və azğın düşüncələr qarşıya qoyarlar. Öz yanlış məntiqləri ilə də öz düşüncələrini yaxşı, haqq olanı isə çirkin görərlər. Münafiqlərin bu vəziyyətləri Quranda, ”Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı.” (Zuxruf surəsi, 78) ayəsi ilə bildirilmişdir.
Quranda xəbər verildiyi kimi, “hidayətə qarşı azğınlığı satın almış” olan bu ikiüzlü insanlar, Allahın endirdiyini tanımayan və haqqı çirkin görən formadadırlar. Allahın Quranla inananlara əmr etdiyi gözəl əxlaq, onlar üçün əsla tətbiq olunması mümkün olmayan modeldir. Çünki öz içləri kinlə, nifrətlə, pisliklə dolu olduğu üçün digər insanların da özləri ilə eyni quruluşda olduqlarını, buna görə də belə bir modeli tətbiq etməyəcəklərini düşünürlər.
Şübhəsiz bu düşüncələri, özləri və özləri ilə eyni quruluşda olan digər inkarçılar üçün həqiqətən də keçərlidir. Gözəl əxlaq ancaq Allahdan qorxmaqla və Onun əmrlərinə qəti olaraq boyun əyməklə yaşanar. Çünki bir insanın gözəl əxlaqa sahib olması və bunu davam etdirə bilməsi, axirətə, hesab və cəza gününə olan imanla mümkün ola bilər. Axirət günü hesab verəcəyini unutmuş bir insanın səbir göstərməsi, insanlara fədakar olması üçün heç bir səbəb yoxdur. Ancaq öz mənfəəti olsa bu tərz bir gözəllik göstərmə ehtiyacı duyar. Əks halda din əxlaqından uzaq yaşayan bir insanın səhv məntiqinə görə, onsuz da yox olub gedəcəyini sandığı dünyada, ölümlü insanlara gözəl xasiyyət göstərmənin mənası yoxdur.
Münafiqin ona mənfəət təmin etmək üçün göstərdiyi rəftarlarının dünyada da, axirətdə də qarşılığı yoxdur. Allahın bütün əmrlərini göz ardı edən adamın bütün etdikləri boşa çıxacaq və Allah bunu bizə Quranda belə bildirir:
Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı. (Məhəmməd surəsi, 28)