Münafiqlər “dindar” görünərək mömin birliyinin içinə girən və aralarında olduqları müddətdə öz zəif ağıllarına görə onlara zərər verməyə, haqlarında inkarçılara xəbər daşımağa və aralarındakı birlik və bərabərliyi zədələməyə çalışan ikiüzlü insanlardır. Çoxu ən başından bəri pis niyyət daşıyaraq möminlərin arasındadır və onlarla birlikdə olduqları zaman ərzində maddi olaraq özlərinə mənfəət təmin etməyə çalışır. Bu tip insanların möminlərdən mənfəət əldə edə bilməyəcəklərini anlamaları, aralarından ayrılmaq üçün yetərli səbəbdir.

 

Bəzisi isə iman edərək möminlərin arasına gəlmiş, lakin zamanla vicdanını korlaşdırmış və özünü şeytana təslim etmişdir. Qəlblərində olan xəstəlikdən ötrü zamanla Quran ayələrinə olan həssaslıqlarını və bağlılıqlarını itirmiş və təbii olaraq “cahil topluluğu”nun batil dininə, yəni “şeytanın gizli dini”nə girmişlər.

 

Bu kəslər, qarşılarına çıxan hadisələri Quranda izah edilənlər istiqamətində deyil, din əxlaqını yaşamayan cəmiyyətlər arasında etibarlı olan yanlış baxış bucağı çərçivəsində qiymətləndirərlər. Buna ən doğru nümunə çətinlik anlarıdır. Quran qarşılaşılan çətinlik qarşısında Allaha güvənib səbir edib və ümidsizliyə qapılmamağı nəzərdə tutarkən, münafiqlər belə bir vəziyyətdə, cahil cəmiyyətə bənzərlik göstərərək, ya çətinliyi görüncə dəhşət içində donarlar, ya da çaxnaşmaya qapılaraq sabit olmayan rəftar göstərərlər.

 

İndiyə qədər ifadə etmiş olduğumuz bütün xüsusiyyətlər, münafiqlərin həm dünyada, həm də axirətdəki vəziyyətlərini bizlərə xəbər verir, onların xüsusiyyətlərini və qaranlıq ruh hallarını tanıdır. Möminlərə qarşı fikirləri ayələrdə ətraflı olaraq təsvir edilir. Allahdan gərəyi kimi qorxmayan bu kəslər dünya həyatında möminlərə qarşı davamlı fəaliyyət halındadırlar. Bunu sanki vəzifə qəbul edərlər və böyük qətiyyətlə mövqelərini davam etdirərlər. Bunlar, onların təbii davranışlarıdır. Şeytan onlara etdikləri əməlləri gözəl göstərir. Allahı və Onun ayələrini unudan bu qafil kəslər, şeytanın onları “az qala qabıq kimi” bağlamasıyla, imanlarından sonra inkara düşürlər.

 

Göründüyü kimi, bu xüsusiyyətlər müxtəlif ola bilir. Ancaq nəticədə hamısının məqsədi və niyyəti eynidir: Bir an əvvəl öz mənfəətlərini artıra bilmək və möminlərə verə biləcəkləri ən çox zərəri verərək onlardan ayrılmaqdır.

 

Aralarında olduqları müddət ərzində, əvvəl-axır ayrılacaqlarını bilirlər. Təyin etdikləri ayrılıq vaxtı, ümumiyyətlə çətinlik anlarıdır. Necə ki, bilindiyi kimi, hər peyğəmbər, iman etməyən bir qövmə Onları xəbərdar edib qorxutmaları üçün göndərilmişdir. Öz aralarında alışdıqları “ataların dinini” yaşayan inkarçılar isə, hər gələn elçiyə qarşı çıxmışlar, izah etdiklərini qəbul etməməkdə dirənmişlər. Onları şifahi və feli bəzi hücumlarla təsirsiz buraxmağa çalışmışlar. Ancaq tarix boyunca bu şəkildə davranan bütün inkarçılar, bilmədikləri gizli qanun səbəbindən heç bir nəticə əldə edə bilməmişlər və dünyada və axirətdə ziyana uğramışlar. Bu gizli qanun, möminlərin Allahın qoruması altında olmaları və inkarçıların onlara heç bir şəkildə zərər verə bilməmələridir. Ayələrdə belə buyurur:

 

...Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141)

 

...Amma bilin ki, kafirlərin hiyləsi boşa çıxar. (Mümin surəsi, 25)

 

Ancaq bu gizli qanundan xəbərsiz olan inkarçılar, hər səfərində elçiləri və onların yanlarında olan möminləri təzyiq altına salmağa çalışmış və onları öz dinlərinə döndərmək istəmişlər. Məhz belə zamanlarda, inkarçıların hücumlarından qorxan münafiqlər bir-bir ortaya çıxmışlar və mübarizədən geri qalmaq üçün möminlərdən icazə istəmişlər. Beləliklə qaçaraq, onlara isabət edə biləcək zərərlərdən xilas olacaqlarını düşünmüşlər.

 

Halbuki münafiqlər bu davranışlarıyla hər nə qədər özlərinin qazancda olduqlarını zənn etsələr də əsl yurd olan axirət yurdunda pis yer qazanmışlar. Üstəlik burada əbədi qalacaqlar. Çünki Allah onları görür və etdikləri pisliklər bir-bir qarşılarına çıxacaqdır.

 

Onlar etdiklərinə görə cəhənnəmdəki yerləri hazırlanan (özləri fərqində olmasalar da) dünyada yaşadıqları ömür boyunca bir dəfə olsun tövbəyə yanaşmayan, qəlbləri doğrulara qarşı tamamilə qatılaşmış, Quranda bildirildiyi üzrə ”daş kimi, hətta ondan da sərt” (Bəqərə surəsi, 74) olan insanlardır. Allahdan qafil yaşadıqları kimi, Allahın dininə qarşı da böyük savaş açmışlar. Dünyada da, axirətdə də bu dərəcə rüsvay edilmələrinin səbəbi budur. Onlara xəbərdar edicilər gəlmiş, doğrunu bildirmiş, pislik etməkdən açıq şəkildə çəkindirmişdir. Pislik anlayışını da, gözəlliyi də, Allah üçün yaşamağı da olduqca yaxşı bilir, buna baxmayaraq üz döndərirlər. Allahın varlığını və böyüklüyünü qavramadıqlarına görə, əzabın şiddəti onları qorxutmaz. Cəhənnəmin varlığına inanmayaraq, onlardan çox uzaq görürlər və xəyali məkan olaraq düşünürlər. Mövzu axirət olduğunda, ruhlarına hakim olan “müstağniyyət xəstəliyi” özünü açıq şəkildə göstərir. Əzab düşüncəsindən uzaqdırlar. Bu uzaqlığın ən əhəmiyyətli dəlili, axirətdə əzab ehtimalını düşünməmələridir. Çünki axirətdə hesab verəcəyinə və işlədiyi günahlardan ötrü cəhənnəmə gedə biləcəyinə dair anlıq ehtimal belə adamı hərəkətə keçirmək, ən azından içində olduğu vəziyyətin mühakiməsini təmin etmək üçün yetərlidir. Din əxlaqının yaşanmasına qarşı açıq savaş açmış olmaları, bu ehtimalı heç düşünmədiklərinin dəlilidir.

 

Ancaq bu müstağniyyət, onlara dünyada rüsvay etməkdən başqa bir şey verməyəcək. Axirətdə isə, özlərini müstağni gördükləri şeylərlə qarşılaşacaq, etdiklərindən ötrü lənətlənəcəklər. Mübarizələrinin nəticəsində layiq olduqları budur. Allah Hud surəsində münafiqlərin sonunu belə bildirir:

 

Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Hud surəsi, 107)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • İNKARÇILARLA MÜNAFİQLƏRİN FƏRQİ
  • MÜNAFİQLƏR DİNSİZDİR?
  • MÜNAFİQLƏR HEÇ BİR DÖVRDƏ PEYĞƏMBƏRLƏRƏ ÜSTÜN GƏLƏ BİLMƏMİŞLƏR
  • MÜNAFİQ ÜÇÜN TÖVBƏ MÜMKÜNDÜRMÜ?
  • SON SÖZ
  • HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏKİ MÜNAFİQLƏR
  • MEHDİ DÖVRÜNDƏKİ MÜNAFİQLƏR GƏLİB-KEÇMİŞ ƏN ŞİDDƏTLİ MÜNAFİQLƏRDƏNDİR
SON SÖZ - Münafiqin Sirleri - Harun Yəhya