...Münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir. (Fəth surəsi, 6)
Müstağniyyət münafiqlər üçün tək başına bəla qaynağıdır. Ancaq əvvəlki hissələrdə də bəhs etdiyimiz kimi özləri çox vaxt bu bəlaların fərqində deyildirlər. Hətta o dərəcə müstağnidir ki ”...Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?...” (Mübarizə surəsi, 8) deyəcək qədər irəli gedə bilərlər. Ancaq daha əvvəl də üzərində dayandığımız kimi, özləri açıq şəkildə görülən bir müsibət gözləyərkən əslində saysız müsibətə uğramışlar və fərqində deyildirlər.
Necə ki, istər fiziki, istərsə də mənəvi olaraq müxtəlif zərərlər görərlər. Allah ayələrində münafiqlərin uğradıqları bu zərərlərdən bəhs etmişdir. İndi bunları maddələr halında araşdıraq.
Bir insanın sahib ola biləcəyi ən əhəmiyyətli dəyərlərdən biri ağıldır. Ağılsız insan çox zavallı mövqedədir; ancaq ağılsız olduğu üçün bunun belə fərqinə vara bilməz. Zəka ilə ağlı bir-birinə qarışdırar və rəftarlarında, qərarlarında isabətsizlikləri təsbit edə bilməz.
Münafiqlər üçün də eyni şey keçərlidir. Münafiq müəyyən bir zəkaya sahib ola bilər, amma əsla Allahın yalnız səmimi möminlərə nəsib etdiyi, “doğrunu səhvdən ayıran anlayış qazandıran” ağla sahib deyil. Beləcə ən böyük nemətlərdən birindən məhrum qalmış olur.
Ağıl, insanın ən böyük ehtiyaclarındandır. İnsan həyatının hər anında ağla möhtacdır. Yaxşını pisdən ayırd edə bilmək, pislikdən özünü çəkindirə bilmək üçün ağıllı olması əsas şərtdir. Münafiqin dünyaya olan bağlılığı ağlının bağlanmasına səbəb olmuşdur. Bu səbəblə ən asan ağılla qərar verə biləcək mövzularda belə müvəffəqiyyət göstərə bilməz. Münafiqlərin bu ağılsızlıqlarının ən böyük dəlili, etdiklərini Allahın görmədiyini zənn etmələridir. Bundan ötrü möminləri aldatmağa çalışırlar və aldada bildiklərinə də inanırlar. Quranda Allah onlara belə səslənər:
Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir? (Bəqərə surəsi, 77)
Digər ağılsız iddiaları, Allahın öz vəziyyətlərini ortaya çıxarmayacağını zənn etmələridir. Halbuki Allah tarix boyunca yaşamış olan bütün münafiqləri din günündə toplayar və hamısını cəzalandırar. Hesab günündən əvvəl dünyada da ağılsız olmaları onları alçalmış edər.
Səmimi müsəlmanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri Quranda, ”Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.” (Furqan surəsi, 73) ayəsiylə də ifadə edildiyi kimi, Allahın ayələrinə qarşı çox həssas olmalarıdır. Hər mömin Qurandakı bütün ayələrin onu maraqlandırdığını, heç birindən uzaq və müstəqil ola bilməyəcəyini bilir. Ancaq bu ruh halına sahib ola bilmənin çox əhəmiyyətli şərti vardır. İnsan çox təvazökar olmalı, özünü heç bir səhv və qüsurdan münəzzəh və müstağni görməməlidir. Bu gerçək səmimiyyət və təvazökarlıq olduğunda Allah ayələrinin mənasını insanın qəlbinə yerləşdirər.
Səmimiyyətdən uzaq olan və içlərində fövqəladə qürur daşıyan münafiqlər isə, müstağniyyətlərinə görə bu qavrayışa əsla sahib ola bilməzlər. Həmişə elçinin təbliği ilə təmasda olduqları halda, onun söylədiklərindən tək bir sözü belə qavramağa qadir deyillər. Bu anlayışsızlıqları Quranda belə bildirilir:
Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən. Sən korları da düşdükləri zəlalətdən çıxarıb düz yola sala bilməzsən. Sən haqqı yalnız və yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən. (Rum surəsi, 52-53)
Elçinin sözlərinə tabe olmayan münafiqlərin Allahın ayələrini də anlaya bilməyəcəkləri, müstağniyyətlərinə görə qavrayışlarının qapadıldığı yenə Quran ayələriylə belə bildirilir:
Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)
Yenə içlərində bəslədikləri “müstağniyyət xəstəliyi”nin nəticəsi olaraq Allahın kitabını qavraya bilmədikləri kimi, müxtəlif ayələri də səhv yozurlar. Bunun səbəbi içlərində daşıdıqları qürur və “qıt” ağıllarına olan mənasız güvənləridir. Allah onların ayələri yanlış şərh edərək mömin birliyi içində fitnə çıxarmağa çalışacaqlarını möminlərə Quranda əvvəldən xəbər verərək möminləri münafiqlərin bu xəstəliyinə qarşı belə xəbərdar edir:
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali İmran surəsi, 7)
Allaha qarşı təkəbbürlənən və özlərini müstağni görən insanlara Allah mənəvi istiqamətdən də müxtəlif çətinliklər daddırar və bu dünyada ayədə bildirildiyi kimi onlara “sıxıntılı həyat” verər. Münafiqlər, mənəvi olaraq verilən bu çətinliklərin haradan qaynaqlandığını da qavraya bilməzlər və səbəbini heç cür anlaya bilmədikləri depressiyadakı həyatlarını davam etdirərlər.
İlk olaraq səbəbini analiz edə bilmədikləri narahatlığı davamlı saxlayarlar. Əslində bu narahatlılıqlarının səbəbi çox aydındır.
Hər insanın nəfsində pislik vardır. Ancaq hər kəs pisliyi bildiyi kimi, ondan çəkinməyi də bilir. Çünki Allah nəfsə günah və pisliyi verərkən aşağıdakı ayədə ifadə edildiyi kimi “ondan çəkinməyi” da ilham etmişdir:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
Göründüyü kimi, nəfsin içində necə ki, insanı pisliyə çağıran varsa, eyni zamanda onu dayanmadan yaxşılığa çağıran vicdan da var. Nəfsin səsi şeytanın, vicdanın səsi isə haqqın səsidir. Münafiqlər, davamlı olaraq vicdanlarının səsini eşitməzlikdən gələrək, nəfslərindəki pislikləri ön plana çıxararlar. Məhz bu nöqtədə böyük ruhi qarşıdurmaya girmiş olurlar və bunun nəticəsi olaraq da içlərində daimi narahatlıq yaşayarlar.
Səbəbini heç cür analiz edə bilmədikləri bu hüzursuzluqla bərabər, həmişə narahatlıq və qorxunu da içlərində saxlayarlar. Bütün bu qorxu və qayğıların arxasında duran səbəb, Allaha olan uzaqlıqları, hər şeyin Onun nəzarəti altında olduğunu qavraya bilməmələridir. Əksinə hadisələri özləri idarə etdiklərini zənn etdikləri üçün hər təfərrüatı ayrı-ayrı hesablamalı olduğuna inanırlar.
Məsələn, bütün inkarçılar üçün olduğu kimi münafiqlər üçün də necə yaşayacaqları, insanları necə məmnun edəcəkləri, sağlamlıqlarını necə qoruyacaqları, heç bir xəstəliyə tutulmamağı necə bacaracaqları kimi bir çox dünyəvi narahatlıq verən fikirləri həmişə onları məşğul edən mövzulardır. Təbii ki, hamısı bununla da bitməz; hadisələrin heç də öz düşündükləri kimi getmədiyini görüncə çaxnaşmaya qapılaraq, dünyanın arxasından daha çox qaçmağa başlayarlar. Bu vəziyyət öldükləri ana qədər davam edər. Təvəkkül edib, işlərini Allaha buraxmadıqları, Ona möhtac olduqlarını qəbul edə bilmədikləri üçün, stress və narahatlıq da onlardan əl çəkməz. Narahat ruh quruluşları Quranda bu şəkildə təsvir edilir:
... Hər çağırışı öz əleyhinə sanarlar... (Munafiqun surəsi, 4)
Bütün bu narahatlıqları ilə yanaşı, bir də özlərini sevdirmək, insanları razı etməyə istiqamətli səyləri onları daha da pis bir vəziyyətə salar. Çünki dayanmadan pis iş görən, günaha batıb yara alan münafiqlər, əslində bir çox adam tərəfindən də sevilməz. Möminlərin nifrətini qazandıqları kimi, ətraflarındakı digər şəxslərin də antipatiyasını qazanar və hətta olduqca sevimsiz görünərlər. Allah onları insanlara sevimsiz göstərməklə, sevdirməməklə əslində qarşılaşa biləcəkləri ən böyük bəlalardan birini vermiş və onları dünyada da, axirətdə də tək-tənha buraxmış olar.
Allahın sevmədiyi kimi, kimsənin də xoşlanmadığı bu insanlar, (heç olmadıqları halda) özlərini böyük göstərməyə çalışaraq, durmadan öyünərək, əslində son dərəcə alçalmış vəziyyətə düşər və çevrələri tərəfindən aşağı görülərlər. Bu səbəbdən insan olaraq həqiqi hörmət və dəyər görməzlər, fikirlərinə də heç bir şəkildə əhəmiyyət verilməz. Dünyada və axirətdə alçalmış vəziyyətdə olacaqları Quran ayələriylə də xəbər verilir:
...Onlar üçün dünyada rüsvayçılıq, axirətdə də böyük bir əzab vardır. (Bəqərə surəsi, 114)
...Yoxsa siz Kitabın bir qisminə inanıb, bir hissəsini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır... (Bəqərə surəsi, 85)
...Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!” – deyirdilər... (Əraf surəsi, 169)
Münafiqlər qəlblərində daşıdıqları “müstağniyyət xəstəliyi” səbəbi ilə Allahın onları çox sevdiyi, bir xeyir olduğunda mütləq onlara verəcəyini düşünərlər. Etdikləri o qədər şeytani davranışı əslində yaxşı niyyətlə etdiklərini müdafiə edirlər. Yuxarıdakı ayədə də bildirildiyi kimi “əgər pis bir şey ediriksə, necə olsa bağışlanarıq” deyə düşünürlər. Bu, onların Allahı tanımamaları, Onun ədalətini təqdir edə bilməmələrindən qaynaqlanır.
Halbuki Allah, pisliyin qarşılığını mütləq verəndir. Münafiqlər isə dünyada etdiklərini yetərli görmələri səbəbi ilə axirətdə böyük hüsrana uğrayacaqlar. Onlar ətrafda mömin birliyi ilə bərabərdirlər, müxtəlif fəaliyyətlər göstərə bilərlər, amma qəlblərində daşıdıqları xəstəlik səbəbi ilə axirətdə bütün etdiklərinin boşa çıxdığını görəcəklər. Ancaq yenə müstağniyyətləri onların bunu dünyada qavramalarına mane olar. Axirətdə qarşılaşacaqları vəziyyət isə ayələrdə belə izah edilir:
De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 103-104)
Münafiqlərin, etdiklərinin səbəb olacağı nəticələrdən xəbərsiz olduqlarını daha əvvəl də vurğulamışdıq. Onlar zərər görəcəklərini düşünməz, ayədə bildirildiyi kimi “yaxşı işlər gördüklərini zənn etdikləri” üçün onlara edilən xəbərdarlıqlar və xatırlatmalar onları olduqca təəccübləndirir. Öz zəif ağıllarına görə qarşılarındakı möminlərin səhv davrandıqlarını, “günahsız” insanları gərəksiz yerə xəbərdar etdiklərini düşünürlər. Elçinin və möminlərin onları anlaya bilmədiklərini, təqdir edə bilmədiklərini zənn edərlər. Lakin xüsusilə elçi onların qəlblərindəki xəstəliyi istər xarici görünüşlərindən, istərsə düzgün olmayan danışıq üslublarından asanlıqla anlaya bilir. Necə ki, Allah ayəsində elçinin onları tanıya biləcəyini belə xəbər verir:
Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. (Məhəmməd surəsi, 30)
Halbuki “müstağniyyət xəstəliyi”, başdan bəri izah etdiyimiz kimi onlara çox zərər gətirir. İçlərindəki qaranlıq, narahatlıq, hiyləgər ruh halı xarici görünüşlərinə də tamamilə təsir edər. İstər danışıqlarında, istərsə də fiziki görünüşlərində münafiqliklərinə dair bariz dəlillərə rast gəlinir. Ancaq daha əvvəl də ifadə etdiyimiz kimi bu mövzuda diaqnoz qoya biləcək olan yalnız elçidir. Elçinin təsviri ilə yanındakı möminlər də onların içlərindəki xəstəliyin necə ətrafa yansıdığına şahid olurlar.
Danışıq üslublarının və baxışlarının pis olması, çirkin hərəkətləri, üzlərinə qaranlıq ifadənin çökməsi, ən sadə mövzuları belə qavraya bilməmələri, ağılla düşünə bilməmələri, yalnız bu xəstəliyin gətirib çıxardığı zərərlərdən bəziləridir. Lakin onlar əllərindəki nemətlərin bir-bir getdiyini görə bilməzlər, tam tərsinə hər şeyin yolunda getdiyini zənn edərlər. Hətta xarici görünüşlərində, mimikalarında, baxışlarında və danışıqlarında olan pozuqluğu belə dərk edə bilməzlər. Məhz bu da Allahın onlara verdiyi həm böyük bəla, həm də tələlərini başlarına keçirən daha böyük tələdir.