O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır! (Bəqərə surəsi, 27)
Münafiq sözünün mənalarından biri “qarışıqlıq və fitnə-fəsad çıxaran”dır. İçində olduqları mömin birliyin arasına daxil olma səbəbi də, əslində budur. Etdikləri əxlaqsızlıqda qərarlıdırlar. Hər fürsətdə möminlərin nizamına qarşı hərəkət etməyi sanki vəzifə hesab edirlər. Mömin olmadıqları halda özlərini mömin kimi göstərməyə və bunun sayəsində onların imkanlarından faydalanmağa çalışan münafiqlər, başlarına çətinlik və ya sıxıntı gəldiyində dərhal onlardan ayrılar və qarşı cəbhəyə keçərlər; həqiqi xarakterləri ancaq çətin zamanlarda ortaya çıxar. Bu vəziyyət, möminlərin yanında, mənfəətləri istiqamətində qaldıqlarının açıq göstəricisidir. Bu çirkin xarakterin Quran ayələri ilə tanıdılmış yüzlərlə xüsusiyyəti vardır. Yalnız münafiq xarakterini tanımaq üçün, əvvəlcə Allaha olan inanclarının səmimi olmadığını bilmək lazımdır.
Dünyanın harasında yaşayırsa yaşasın hər insan, Allaha iman etməklə, Onu tək İlah bilməklə və Ona ibadət etməklə məsuldur. Bundan ötrü də, Allahın sözü olan Qurana ehtiyacı vardır.
Ancaq özünə hələ heç bir elm gəlməmiş, yəni Qurana heç dəvət edilməmiş adamın üzərindəki öhdəlik əlbəttə ki, bir deyil. İkinci qrup, Allaha qarşı ibadətlərini yerinə yetirməklə “tam mənasıyla” məsuldur. Münafiq, Allaha inandığını və Quranı qəbul etdiyini söyləməklə bu böyük məsuliyyəti dərk edir. Əvvəlcə, Allah üçün yaşamalı olduğunu öyrənmişdir. Möminlərin arasında qaldığı müddət ərzində davamlı olaraq Allahın və Quran ayələrinin anıldığına şahid olur, həmçinin elçini də tanıyır. Lakin buna baxmayaraq üz çevirirlər. Allah, bu cür davrananlara belə xitab edir:
Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz?.. (Ali İmran surəsi, 100)
Yuxarıdakı ayə münafiqlərin Allahın ayələrinə qarşı olan dünyagörüşlərini ortaya qoyması baxımından olduqca əhəmiyyətlidir. Çünki Quranı oxumaq və dinləmək möminin imanını artırar. Elçi ilə eyni mühiti paylaşan münafiqin də “inanıram” dediyi ayələri eşitdiyində, normal şərtlərdə imanının artması və qəlbinin yumşalması lazımdır. Lakin o imanını artırmaq deyil, dünya həyatından qazanc və mənfəət əldə etməyə çalışır. Bu səbəblə də, məhz bu möcüzə reallaşar; Quran ayələrini davamlı dinləyir və tətbiq edilməli üsullar ona davamlı göstərilsə də, qəlbindəki xəstəlik heç cür şəfa tapmaz. Unudulmamalıdır ki, yalnız Allahı razı etmək üçün edilən şeylər bir meyar ola bilər və cənnəti qazanmağa vəsilədirlər. Halbuki münafiqin ən diqqətə çarpan xüsusiyyətlərindən biri, “bir şəkildə” iman edirmiş kimi görünsə belə, Allahı razı etmə mövzusunda göstərdiyi zəif məqamlardır. Necə ki, bu zəiflik, qarşısına çıxan ən kiçik bir çətinlikdə özünü dərhal göstərir. Allah belə buyurur:
... qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı. (Məhəmməd surəsi, 21)
Göründüyü ki, münafiq çətin bir zamanda daha əvvəl verdiyi sözləri unudar və sədaqətsiz rəftar sərgiləyər. Hər an dağılmağa, saxta inancını itirməyə uyğun quruluşu vardır. Bu da, Allaha həqiqi mənada iman etməməsi, “inanıram” desə də əslində axirətə qəti olaraq inanmadığına görədir.
Peyğəmbərimiz (s) dövründə, hz. Məhəmməd (s)-in liderliyindəki möminlər inkarçılara qarşı mübarizə apardığı zaman, aralarından bir qrup, düşmən qarşısında imanlarını itirmiş, Allah və Peyğəmbərimiz (s) haqqında ağılsızca zənlər etməyə başlamışlar; beləcə həqiqi üzlərini göstərmişlər:
Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz qalmışdılar. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” – deyirdilər. (Əhzab surəsi, 11-12)
Mömin olanlar isə münafiqlərin göstərdiyi zəifliyin tam tərsinə daha da güclənmişlər:
Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı. (Əhzab surəsi, 22)
Allaha and içirlər ki, nalayiq sözlər deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar... (Tövbə surəsi, 74)
Münafiqlər öz aralarında müxtəlifdir. Məsələn bəzisi, mömin birliyinin içinə yalnız özünə maddi mənfəət təmin etmək üçün girərkən, bəzisi də (sırf onlara olan kinindən) aralarına gəlib, əleyhlərində planlar tətbiq etmək niyyətindədir. Bunlarla yanaşı, iman edərək möminlərin aralarına qatılan, ancaq sonradan qəlbləri qatılaşaraq imanlarını itirən və onlardan ayrılan münafiqlər də vardır. Bu tərz kəslər iman etdikdən sonra niyyətlərini pozmuşlar və inkara düşmüşlərdir. Halbuki onlar, daha əvvəl Allaha və möminlərə bağlılıq sözü vermişlər, imanlarında qərarlı olacaqları barədə vəd etmişlər. Bu ikiüzlü davranışları Quranda belə ifadə edilir:
O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur... (Bəqərə surəsi, 27)
Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir... (Nur surəsi, 11)
Bəs münafiqlər mömin birliyinin içinə necə girirlər? Bu sualın cavabı Quranda bildirilir.
Münafiq özünü mömin olaraq tanıtma mövzusunda olduqca bacarıqlıdır. Mömin kimi namaz qılaraq, Allahı xatırlayaraq özünü (bir müddət də olsa) gizləyərlər. Özünü gizləyə bilməsinin bir başqa səbəbi də, möminlərin hüsnü-zənlə, yəni yaxşı gözlə baxmaları, onları müsbət qiymətləndirmələridir. Aralarına “mən möminəm” deyərək gələn bir adama səmimi mömin gözüylə baxmaları da, tamamilə gözəl əxlaqlarından və Allahı razı etmə səylərindən irəli gəlir. Necə ki, əksər hallarda başından etibarən insanın niyyətinin əyri olduğu fərq edilsə belə, “bəlkə zamanla iman edib düzələr” düşüncəsiylə möminlərin arasında olmasına icazə verilir.
Kitabın bu hissəsində bəhs ediləcək olan münafiqlərin ümumi xüsusiyyətlərini, bu şərhlər istiqamətində araşdırmaqda fayda vardır.