Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların sığınacağı yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir! (Təhrim surəsi, 9)
Münafiqlərə qarşı necə bir rəftar göstəriləcəyi, Quranda çox üzərində durulan mövzudur. Mömin, ehtiyac duyduğu hər şeyi Qurandan və Peyğəmbərimizin (s) əməllərindən öyrəndiyi kimi, bu mövzuda necə davranmalı olduğunu da yenə Qurandan və Peyğəmbərimizdən (s) öyrənəcək.
Quranda möminlərə tövsiyə edilən, nümunə verilən rəftar belədir: Möminlər münafiqləri əsla dost seçməzlər, birlikdə olduqları müddətcə onları Quranla xəbərdar edib qorxudar, əgər edilən nəsihət bir fayda vermirsə də onları, öz aralarından uzaqlaşdırarlar. Ancaq bu nöqtədə münafiqlər haqqında son qərarı verəcək olan adam əlbəttə ki, Allahın elçisidir. Allah elçisi vasitəsilə münafiqlər arasında ən doğru hökmün verilməsini təmin edir. Onlara qarşı davranılacaq rəftarla əlaqədar ayələri sırayla araşdıraq.
Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin bir daha diriləcəyinə inanmadıqları kimi, Axirət gününə də ümid etmirlər. (Mumtəhənə surəsi, 13)
Kitabın əvvəlindən bəri, Quran ayələri istiqamətində edilən təriflərdən aydın olduğu kimi, münafiqlər heç bir şəkildə dost və sirdaş ediləcək kəslər deyildirlər. Allahı dost bilməyən və bu səbəbdən Allahın da onları dost seçmədiyi bu kəsləri sirdaş edənlər, ancaq həqiqi imana sahib olmayan, ya da hələ iman qəlblərinə tam olaraq məskunlaşmamış kəslər ola bilər.
Allahın bu mövzuyla əlaqədar olaraq bildirdiyi ayələr, möminləri hər an münafiqlərə qarşı diqqətli olmağa sövq edir. Onlara qarşı nifrət duyan, onların dağılıb getmələrini və başlarına çətinlik gəlməsini istəyən münafiqlərə qarşı möminlərin hər zaman təmkinli davranmaları və onları heç bir mövzuda sirdaş etməmələri həqiqətən də son dərəcə əhəmiyyətli mövzudur.
Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir. (Maidə surəsi, 42)
Allahın yuxarıdakı ayədə bildirilən hökmünün tətbiq olunması, ancaq qövmün başında olan elçiyə məxsusdur. Elçi münafiqlərin arasında ya dilədiyi şəkildə hökm verər, ya da onlardan üz çevirər.
Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə. (Nisa surəsi, 63)
Ayədə də görüldüyü kimi Quranda, münafiqlərə təsiredici nəsihətlər edilməsi tövsiyə edilir. Bu, onların etdiklərinin fərqinə varmaları və peşman olmaları ehtimalı baxımından əhəmiyyətli və təsirli üsuldur. Ancaq burada əsas olan peşman olmaları ehtimalına qarşılıq xatırlatmaların edilməsidir. Nəticədə öyüd almadığı müddətcə, bu adam din əxlaqına qarşı savaş açmış adamdır. Bu səbəblə, onları dost etməmək və onlardan üz çevirmək lazım olduğu da əsla unudulmamalı olan mövzudur.
Bilinməlidir ki, möminlər bu kəslərə ibadət olaraq, bəlkə düzələrlər deyə öyüd verirlər. Ancaq bu da qətidir ki, verilən hər öyüd-nəsihət, bundan üz çevirən, çəkinən münafiqin cəhənnəmdəki əzabını artırır. Münafiqə verilən öyüd-nəsihət bir növ Allahın onlara qurduğu tələdir. Möminlərin içində olmaqla, gizli işlər etməklə özlərini “ayıq” zənn edən münafiqlər, möminlərlə birlikdə olduqları müddətcə aldıqları hər nəsihətin cəhənnəmdə özləri üçün qat-qat əzab olacağını əsla qavraya bilməzlər. Və bu şəkildə möminlərə zərər vermək üçün tələlər qurarkən öz əlləriylə əbədi tələyə düşmüş olarlar.
İnsanlara yaxşılığı əmr edib, onları pislikdən uzaqlaşdırmaq hər möminin vəzifəsidir. Ancaq bunun bir sərhədi vardır. Allah, öyüd-nəsihət verilən adamın nəsihətə qapalı olması vəziyyətində, ona artıq daha çox şey deyilməməsini buyurur:
Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat! Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. (Əla surəsi, 9-11)
Necə ki, münafiqlərin inkarlarında və azğınlıqlarında qərarlı olmaları halında, onları xəbərdar edib qorxutmaq bir fayda verməyəcəyi üçün möminlərin də bu mövzudakı rəftarları onları “öz hallarına buraxmaq” olacaq.
Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə vuruş. Onlarla sərt davran... (Tövbə surəsi, 73)
Bu, Allahın münafiqlərlə əlaqədar çox əhəmiyyətli tövsiyəsidir. Allaha verdikləri sözü tutmayan, yalan söyləyən və qəlblərində fisq və üsyanı saxlayan münafiqlərin möminlərdən qətiyyətli rəftar görmələri, onlar üzərində önləyici bir rol oynayır. Çıxara biləcəkləri mümkün fitnələrə qarşı ayıq olmaq, bunların əvvəldən tədbirlərini almaq, bu kəsləri zamanında analiz edərək zərər verə bilməyəcəkləri şəkildə “əlləri qolları bağlı” hala gəlmələrini təmin etmək möminlərin ən əhəmiyyətli vəzifəsidir. Möminlər hər dövrdə münafiq təhlükəsinə qarşı ayıq olmaq və bu şəkildə qəlblərində xəstəlik olan bu kəslərin xəstəliklərini ortaya çıxararaq onları ifşa etmək və beləcə insanları onlardan çəkindirməklə məsuldurlar; necə ki, belə də edirlər.
Lazım olan hər cür tədbirləri almaq, fitnə çıxarmalarına əsla icazə verməmək eyni zamanda, onların ardından gələcək olan digər münafiqlərə də ibrət xüsusiyyətində olur.
Münafiqlər, əsla möminlərlə birlikdə mübarizə aparmazlar. Bu onların, Allahdan gərəyi kimi qorxmamaları, dünyəvi ehtiraslara asılı olmaları və inkarçılara böyük heyranlıq duymaları səbəbi ilədir. Geridə qalmağı, möminlərdən ayrı həyat yaşamağı seçdikləri üçün də Allah, Peyğəmbərimizə (s) münafiqlərin bir daha möminlərlə birlikdə mübarizə aparmalarına icazə verməməyi əmr edir:
Əgər Allah səni onlardan bir zümrənin yanına göndərsə və onlar döyüşə çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mənimlə döyüşə çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə evdə oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla bərabər, siz də evdə oturun!” (Tövbə surəsi, 83)
Musa dedi: “Məqsədin nə idi, ey Samiri?” O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrayılın atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”. Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!” – deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq.” (Taha surəsi, 95-97)
Hz. Musanın (ə.s) qövmün içində fitnə çıxaran Samirinin yuxarıdakı ayələrdə izah edilən rəftarı, münafiqlərə qarşı alınmalı olan çox yerində tədbirdir. Çünki münafiqlər möminlərin arasında fitnə çıxarmağa, özləri inkara sapdıqları kimi möminləri də inkara məcbur etməyə səy göstərirlər. Bunu bacaramasalar belə möminləri psixoloji olaraq yormağa çalışırlar. Belə bir vəziyyətdə bu kəslər üçün ediləcək ən ağıllı rəftar, onları saleh möminlərin arasından uzaqlaşdırmaqdır.
Buna görə də sən tövhidə dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma... (Şura surəsi, 15)
Münafiqə itaət etmək, ona uymaq bir çox zərəri də arxasınca gətirəcək. Allahın razı olacağı davranışı buraxıb münafiqlərə uyan adam əslində şeytana uymuş olar. Şeytana uyanlar da ancaq onun firqəsidir və dünyada da, axirətdə də əsla qurtuluş tapa bilməzlər. Bu səbəblə Allah belə bir təhlükəyə qarşı möminləri xəbərdar edir, münafiqlərin istəklərinə uymaq kimi davranışdan onları məhrum edir.
Möminlərin vəlisi, qoruyucusu, nəzarətçisi Allahdır. Çətinlikdə və sıxıntıda olduqlarında Allahdan kömək diləyərlər, səbir edib, təvəkkül edərlər. Münafiqlərdən qaynaqlanan əziyyətə də eyni şəkildə səbir edib, Allaha təvəkkül edər, verməyə çalışdıqları əziyyətin öz başlarına gəlməsi üçün dua edərlər. Onların hiyləsi möminlər üzərində təsirsizdir. Bu səbəblə Allah, onların əməllərinə diqqət etməməyi, çünki bütün əməllərinin təsirsiz və etibarsız olduğunu ifadə edir:
İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. (Maidə surəsi, 13)
Onlara “Salam!” deyib, vaz keç. Onlar tezliklə biləcəklər. (Zuxruf surəsi, 89)
Münafiqlər şeytanın dostudurlar, onu vəli qəbul etmişlər. Bu səbəbdən mömin şeytandan necə çəkinirsə, münafiqlərdən də o dərəcə uzaq durur. Münafiqlərin Allaha və dinə düşmən olmaları səbəbi ilə, möminlər də onları düşmən qəbul edər və qəlblərində onlara qarşı böyük qəzəb duyarlar. Necə ki, Allah möminləri, din mövzusunda onlarla vuruşanları dost etməkdən belə məhrum edər:
Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır. (Mumtəhənə surəsi, 9)
Münafiqlər davamlı olaraq möminlərin əleyhinə mübarizə apararlar. Möminlərlə birlikdə olduqları müddətcə hiyləgərcə fəaliyyətlərinə davam edərlər. Mömin birliyindən ayrılsalar da bu hiyləgər mübarizələrini uzaqdan davam etdirərlər. Bu səbəbdən şeytandan çəkinildiyi kimi münafiqlərdən də çəkinmək, atəşdən uzaq dururmuş kimi onlardan uzaq durmaq, möminlərin təhlükəsizliyi və dincliyi baxımından son dərəcə əhəmiyyətlidir. Allah möminlərə, əgər çəkinərlərsə münafiqlərin onlara heç bir zərər verə bilməyəcəyini vəd etmişdir. Ayədə belə buyurulur:
Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir. (Ali İmran surəsi, 120)