Onlar sizə göz qoyurlar (gözləyirlər ki sizə bir bəla gəlsin). Əgər Allahdan sizə bir qələbə gəlsə: “Məgər biz də sizinlə deyildikmi?” – deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz möminlərlə birlikdə sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?” – söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141)

 

Tarixin hər dövründə münafiqlər, haqqa qarşı baş qaldırmış və mömin birliyinin içində onlara qarşı gizli savaş yürütmüşlər. Quranda, ”Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!” – deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər” (Munafiqun surəsi, 8) ayəsi ilə də bildirildiyi kimi münafiqlərin hər zaman möminlərdən üstün olduqlarına və onları təxribata uğradacaqlarına dair əsassız iddiaları olmuşdur. Halbuki bütün bu iddialarına baxmayaraq, heç bir şəkildə möminlərə qarşı üstün gələ bilməmişlər. Qalib gələn tərəf, hər zaman elçilər və yanlarındakı möminlər olmuşdur. Tarix boyunca bu vəziyyət, sanki qanun kimi işləmişdir. 

 

Hadisələr Quran əxlaqı ilə qiymətləndirildikdə bunun səbəblərini aydın şəkildə görmək mümkündür. Allah, “inkarçılara möminlərin əleyhinə” əsla yol vermir. Əksinə münafiqləri, elçinin və möminlərin əli ilə yerlə bir edir. Allah Quranda, münafiqlər də daxil olmaq üzrə möminlərin əleyhinə fəaliyyət göstərən bütün inkarçıları xəbərdar etmiş və hiyləgər fəaliyyətlərinə son qoymasalar möminlərin əlləri ilə onları əzablandıracağını belə bildirir:

 

Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar öz yaramaz əməllərinə son qoymasalar, səni onlara qarşı çıxmağa çağırarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir müddət ərzində qonşuluq edərlər. (Əhzab surəsi, 60)

 

Allah, Özünə könüldən bağlı, hər işində Allaha yönələn səmimi elçilərini və digər möminləri inkarçılara qarşı daim dəstəklədiyini də nümunələriylə xəbər verir. Allahın bu köməyi və dəstəyi ilə elçilər ən çətin kimi görünən şərtlərdə belə, zəfərlə qalib gəlmişlər. Quranda buna dair bir çox nümunə izah edilir.

 

Bu nümunələrdən biri, hz. Davud (ə.s) zamanında inkarçılara qarşı aparılan döyüşdə ordu komandiri vəzifəsini boynuna götürmüş olan Talutun nümunəsidir. Üstün döyüş qabiliyyəti səbəbi ilə möminlərə komandir təyin edilmiş olan Talut, ordusuna bəzi tövsiyələr etmiş, ancaq imanı zəif bir çox adam ona itaət etməli olduğu halda bu tövsiyələrdən üz çevirmiş və öz nəfsləri istiqamətində hərəkət etmişlər:

 

Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 249)

 

Münafiq olanlar döyüş anında itaətsizlik edərək möminlərə çətinlik çıxarmağa çalışarkən, mömin olanlar ən kiçik bir itaətsizlik sərgiləməyib, döyüşdə elçinin dayağı olmuşlar:

 

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” Möminlər Allahın izni ilə onları darmadağın etdilər... (Bəqərə surəsi, 250-251)

 

Səmimiyyətləri və qətiyyətlərinə cavab olaraq, Allah iman gətirənləri müvəffəqiyyətli qılır, inkarçılara qarşı onlara zəfər verir. Onlar həm dünyada böyük bir müvəffəqiyyət, həm də axirətdə Allahın razılığını və cənnətini qazanarkən, münafiqlər Allahın lənətini və qəzəbini qazanırlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • İNKARÇILARLA MÜNAFİQLƏRİN FƏRQİ
  • MÜNAFİQLƏR DİNSİZDİR?
  • MÜNAFİQLƏR HEÇ BİR DÖVRDƏ PEYĞƏMBƏRLƏRƏ ÜSTÜN GƏLƏ BİLMƏMİŞLƏR
  • MÜNAFİQ ÜÇÜN TÖVBƏ MÜMKÜNDÜRMÜ?
  • SON SÖZ
  • HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏKİ MÜNAFİQLƏR
  • MEHDİ DÖVRÜNDƏKİ MÜNAFİQLƏR GƏLİB-KEÇMİŞ ƏN ŞİDDƏTLİ MÜNAFİQLƏRDƏNDİR
MÜNAFİQLƏR HEÇ BİR DÖVRDƏ PEYĞƏMBƏRLƏRƏ ÜSTÜN GƏLƏ BİLMƏMİŞLƏR - Münafiqin Sirleri - Harun Yəhya