Münafiqin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, dinə inandığını söylədiyi halda, inandığı din anlayışının Qurana uyğun gəlməməsidir. Bunun səbəbi Qurandan ayrı, özünə xas, müstəqil məntiqinin olmasıdır. Qurana görə deyil, öz məntiqinə görə düşünər. Münafiqlərin bu məntiq zənciri, Quranda “axmaq ağıl” olaraq ifadə edilir:

 

Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır? (Tur surəsi, 32)

 

Münafiq, yuxarıda da ifadə etdiyimiz kimi Allahdan qorxduğunu iddia edir; lakin rəftarları, Allahdan qorxan bir insanın rəftarlarına bənzəməz. Məqsədi Allahın məmnuniyyətini qazanmaq deyil; əksinə Onun qəzəbini üzərinə çəkəcək hər cür davranışı sərgiləyər. Bütün bunları edərkən özünün olduqca təqvalı olduğunu, hər davranışının da Qurana uyğun gəldiyini şiddətlə müdafiə edə bilər.

 

Bütün bunlarla yanaşı, münafiq dində var olan ibadətlərin çoxunu tətbiq etmiş kimi görünür və hətta bəzilərini tətbiq edə də bilər. Lakin bunları yerinə yetirmə tərzi və məqsədi mömininkindən çox fərqlidir. Məsələn, mömin yalnız Allahın məmnuniyyətini qazanmaq üçün namaz qılarkən, münafiq insanlara nümayiş etmək üçün namaz qılar. Allah münafiqlərin bu rəftarını aşağıdakı ayə ilə bildirmişdir:

 

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)

 

Kənardan baxıldığında münafiqlər və möminlər, eyni ibadəti yerinə yetirən insanlar kimi görünə bilərlər. Halbuki möminlər “namazlarında huşu içində olanlardır” (Muminun surəsi, 2); ibadətlərinin qarşılığında da Allahın razılığını qazanarlar. Münafiqlər isə səmimiyyətsizlikləri və ikiüzlülüklərinə görə Allahın qəzəbinə uğrayarlar.

 

Münafiq, “xarici görünüşcə” dinsiz deyil; əksinə Allaha inandığını söyləyən, ibadətlərin çoxunu tətbiq edən bir insandır. Ancaq buna baxmayaraq dindar da deyil. O yalnız öz batil din anlayışının, yəni azğın “MÜNAFİQ DİNİ”-nin dindarı sayıla bilər. Amma həqiqi din əxlaqını bildiyi halda təhrif etməyə çalışdığı üçün, axirətdə etdikləri boşa getmiş olacaq. Allah bir ayəsində o günü belə xəbər verir:

 

...Buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik. (Kəhf surəsi, 105)

 

Münafiq dini”, şeytanın dinidir. İnsanlar üzərində gizli hakimiyyət qurub, onları Allahın yolundan azdırmaq istəyən şeytan, hər cür yollarla onların ağlını ovlamağa çalışır. Onlara pisliyi əmr edər; insanları birbaşa, yaxşılıqdan çəkindirməyə çalışar. Son dərəcə qəribə məntiqə sahibdir; bunu bir sonrakı hissədə ətraflı açıqlayacağıq və münafiqlərlə olan əlaqəsini göstərəcəyik. Münafiqlər şeytanın bu məntiqini çox yaxşı bilirlər amma dəyişən bir şey olmaz; heç bir münafiq “Mən şeytana tabe oluram, onun dinini yaşayıram” deməsə də, onun yanlış məntiqinin eynisini üzərində təcəlli etdirər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • İNKARÇILARLA MÜNAFİQLƏRİN FƏRQİ
  • MÜNAFİQLƏR DİNSİZDİR?
  • MÜNAFİQLƏR HEÇ BİR DÖVRDƏ PEYĞƏMBƏRLƏRƏ ÜSTÜN GƏLƏ BİLMƏMİŞLƏR
  • MÜNAFİQ ÜÇÜN TÖVBƏ MÜMKÜNDÜRMÜ?
  • SON SÖZ
  • HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏKİ MÜNAFİQLƏR
  • MEHDİ DÖVRÜNDƏKİ MÜNAFİQLƏR GƏLİB-KEÇMİŞ ƏN ŞİDDƏTLİ MÜNAFİQLƏRDƏNDİR
MÜNAFİQLƏR DİNSİZDİR? - Münafiqin Sirleri - Harun Yəhya