Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!” – deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. (Münafiqun surəsi, 1)

 

Münafiqlərin şeytanla ortaq xüsusiyyət göstərdikləri “azğın və əsrarəngiz üsyan” mövzusunu əvvəlki hissədə araşdırdıq. Həmçinin münafiqlərin (dinsizlərdən bir az daha fərqli olaraq) Allahın varlığını bilən, amma Onun əmrlərinə tabe olmayan, üstəlik bunu edərkən də özlərini ifşa etməməyə çalışan və inananlardan əsl xarakterlərini gizlədib, onlara özlərini dindar kimi tanıtmağa çalışan olan “qəribə” məntiqli kəslər olduqlarını gördük.

 

Bu mərhələdə bu sual ağıla gəlir. Əslində imanı qəlbində yaşamadıqları halda niyə iman etmiş kimi görünürlər?

 

Çünki münafiqlərin mövqeyi digər inkarçılardan fərqlidir. Münafiq Quranda izah edilənləri yetəri dərəcədə anlamışdır. Allaha qulluq vəzifəsini yerinə yetirmək üçün, ayələrə tam olaraq əməl etməli olduğunu öyrənmişdir. Bunu da öz diliylə təsdiq edər. Ancaq qəlbindəki, dilindəki ilə bir deyil. Qəlbində inancsızlığı, üsyanı, günahı saxladığı halda, dilində Allahın adını daşıması münafiqliyinin ən böyük göstəricisidir.

 

Əslində inanclı bir insanın münafiqlərin bu qaranlıq ruh halını tam olaraq qavraması mümkün deyil. Çünki Allah qorxusu olan bir insanın, söylədikləri ilə etdikləri hər zaman birdir. Bu səbəbdən münafiqlərin ikiüzlülükləri, saxtakarlıqları inananları ancaq təəccübləndirər. Lakin yenə də Quranda möminlərə bildirildiyi qədəri ilə münafiqlərin bu qaranlıq ruh halları ilə əlaqədar bəzi səbəblər sayıla bilər.

 

  1. Maddi mənfəət təmin etmək istəyərlər
  2.  

Münafiqin möminlərə dost kimi görünməsinin ən böyük səbəblərindən biri, özünə maddi mənfəət təmin etmə arzusudur. Möminlər Allahın onlara verdiyi lütf sayəsində mənəvi olduğu kimi, maddi güc və iqtidara da sahibdirlər. Bunun nümunəsi tarixdə çox görülmüşdür. Qurandakı bir çox ayədə hz. Süleyman (ə.s)-ın, hz. Məhəmməd (s)-in, hz. Davud (ə.s)-ın, hz. Zülqərneyn (ə.s.)-ın və daha bir çox elçinin sahib olduqları maddi güc və iqtidardan bəhs edilir. Məsələn, hz. Süleyman (ə.s)-la əlaqədar olaraq bir ayədə belə buyurulur:

 

Cinlər onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! Bu nemətlərə şükür edin! Qullarımdan şükür edən azdır. (Səba surəsi, 13)

 

Hz. Süleyman (ə.s)-ın sahib olduğu qalalar, heykəllər, böyük çanaqlar və qazanlar, heç şübhəsiz ki, dövrün ehtişamını və zənginliyini ifadə edir. Bir başqa ayədə də hz. Süleyman (ə.s)-ın, inkişaf etmiş texnologiyadan istifadə edərək döşəməni şəffaf şüşədən hazırlamış köşkə sahib olduğundan və böyük mülkün sahibi olan Səba məlikəsi Bilqeysin bu köşkdən son dərəcə təsirləndiyindən belə bəhs edilir:

 

Qadına: “Saraya daxil ol!” – deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. Süleyman dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” Qadın dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!”. (Nəml surəsi, 44)

 

Kəhf surəsində isə, elm və iqtidar sahibi mömin olan hz. Zülqərneyn (ə.s.)-ın sahib olduğu güc belə izah edilir:

 

Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik. (Kəhf surəsi, 84)

 

Nisa surəsindəki başqa bir ayədə də, Quranda gözəl əxlaqı ilə çox təriflənən hz. İbrahim (ə.s)-ın və ailəsinin böyük bir mülkə sahibi olduqlarından bəhs edilir. Bunlardan başqa, Allahın iman edənlərə, onları daha əvvəl “ayaq basmadıqları” yerlərə varis edəcəyinə dair vədi vardır. Ayədə belə bildirilir:

 

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

 

Allah vədini hər zaman həyata keçirmişdir. Quranda belə buyurulur:

 

Və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”. Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı. (İbrahim surəsi, 14-15)

 

Allahın möminləri hər zaman dəstəkləməsi münafiqlərə möminlərlə birlikdə olduqlarında mənfəət təmin edə biləcəklərini düşündürür. Məhz bu səbəbdən (din əxlaqıyla həqiqi mənada əlaqələri olmadığı halda) möminlərlə olmaq xoşlarına gələr.

 

Lakin möminlər, sahib olduqları mal və mülk zənginliyini, münafiqin etmək istədiyi kimi, heç vaxt öz mənfəətləri yönündə xərcləməzlər. Çünki onlar bütün malın və mülkün Allahın olduğunu və ancaq Onun yolunda xərclənməli olduğunu bilirlər. Bunu sonunda fərq edən münafiq, möminlərin zənginliyindən özünə bir pay əldə edə bilməyəcəyini yaxşıca qavradığında, onlardan ayrılma qərarını almışdır belə...

 

Həmçinin zənginlik sahibi olan möminlərin ticarət imkanları da çox genişdir. Bu imkanları da münafiqləri dərindən təsir edər. Hətta bir çox münafiq, bəzi ibadətləri (namaz, oruc, zəkat kimi) yalnız müsəlmanlar arasında etibarlı bilinmək və bunun sayəsində onlar arasında geniş ticarət imkanı tapa bilmək üçün tətbiq edir. Allah Quranda münafiqlərin ticarət mövzusundakı ehtiraslarını və bunun, onların ən əhəmiyyət verdikləri mövzuların əvvəlində gəldiyini belə xəbər verir:

 

Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”. (Cümə surəsi, 11)

 

Əlbəttə ki, bu riyakar davranışlarda olan münafiqlər ümid etdiklərini almayacaq, dünyada qazandıqları zərərlə bərabər, axirətdə də ziyana uğrayacaqlar.

 

2) Ətrafını və nüfuzunu artırmaq istəyərlər

 

Əxlaqları, mədəniyyətləri və hörmətlərinə görə möminlərin ətrafı genişdir. Eyni zamanda yaşadıqları cəmiyyətin öndərlərinə din əxlaqını izah etdikləri üçün onlarla yaxın əlaqələri da vardır. Bununla bərabər fikri mübarizədə olduqları müəyyən ictimai təbəqə xaric, xalqın arasında da geniş kütlələr tərəfindən çox sevilirlər. Və bu sevgi, inananların yer üzərindəki gücü və hakimiyyəti artdıqca çoxalır. Getdikcə artan dəstəklə birlikdə içində yaşadıqları cəmiyyətdə hörmətləri, digər insanlardan çox fərqli “keyfiyyətə” sahib olduqları, çox üstün əxlaqı yaşadıqları da açıq şəkildə başa düşülməyə başlayır.

 

Müsəlmanlar gözəl əxlaqları və görülməmiş qətiyyətləri səbəbindən haqlı şöhrətə də sahibdirlər. Məsələn, Quranda hz. İbrahim (ə.s)-ın qətiyyəti ilə gənc yaşında xalq arasında yayılan şöhrəti və məşhurluğu ayədə belə bildirilir:

 

Bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik” – dedilər. (Ənbiya surəsi, 60)

 

Yenə başqa ayələrdə Allahın elçiləri üçün bu şəkildə buyurulur:

 

Və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?” (Saffat surəsi, 36)

 

Biz adını sənə görə ucaltmadıqmı? (İnşirah surəsi, 4)

 

Məhz bütün bu şan, şöhrət və məşhurluqdan təsirlənən zəif xarakterli münafiqlər, möminlərlə birlikdə olaraq nüfuz qazanmağa çalışırlar. Onlarla birlikdə olsalar özlərinin də ətrafında onlar qədər təsiredici və nüfuzlu olaraq tanınacaqlarını düşünürlər.

 

Ancaq əlbəttə, Allah onlara, inananlarla birlikdə olduqları müddət ərzində çıxardıqları fitnə-fəsad səbəbi ilə, ümid etdikləri şanı deyil, layiq olduqları alçaldılmağı daddırar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • GİRİŞ
  • İNKARÇILARLA MÜNAFİQLƏRİN FƏRQİ
  • MÜNAFİQLƏR DİNSİZDİR?
  • MÜNAFİQLƏR ŞEYTANIN FİRQƏSİDİR
  • MÜNAFİQ NİYƏ İBADƏT EDƏR, NİYƏ MÖMİNLƏRLƏ BİLİKDƏ OLAR?
  • MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ
  • XARAKTERLƏRİ VƏ RUH HALLARI
  • QURAN-KƏRİMƏ QARŞI RƏFTARLARI
  • ALLAHIN DİNİNƏ BAXIŞ ASPEKTLƏRİ
  • ALLAHA VƏ MÖMİNLƏRƏ QARŞI MÜBARİZƏLƏRİ
  • MÜNAFİQLƏRİN MÜSTAĞNİYYƏTİ
  • MÜSTAĞNİYYƏT XƏSTƏLİYİNİN GƏTİRDİYİ ZƏRƏRLƏR
  • MÜNAFİQLƏR HEÇ BİR DÖVRDƏ PEYĞƏMBƏRLƏRƏ ÜSTÜN GƏLƏ BİLMƏMİŞLƏR
  • MÜNAFİQLƏRƏ QARŞI GÖSTƏRİLƏCƏK RƏFTAR
  • MÜNAFİQ ÜÇÜN TÖVBƏ MÜMKÜNDÜRMÜ?
  • MÜNAFİQLƏRİN AXİRƏTDƏKİ VƏZİYYƏTLƏRİ
  • MÜNAFİQLƏR CƏHƏNNƏMİN ƏN AŞAĞI TƏBƏQƏSİNDƏ OLACAQLAR
  • SON SÖZ
  • HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏKİ MÜNAFİQLƏR
  • HÖRMƏTLİ ADNAN OKTARIN MÜNAFİQLƏR HAQQINDAKI FİKİRLƏRİ
  • MEHDİ DÖVRÜNDƏKİ MÜNAFİQLƏR GƏLİB-KEÇMİŞ ƏN ŞİDDƏTLİ MÜNAFİQLƏRDƏNDİR