(HÖRMƏTLİ ADNAN OKTARIN 4 YANVAR 2010-Cİ İL TARİXLİ KRAL KARADENİZ, ADIYAMAN ASU VƏ EKİN TV MÜSAHİBƏSİNDƏN)
ADNAN OKTAR: Bəli, Axırzamanda, Mehdi (ə.s) dövründə münafiqlər olacaq. Mehdinin (ə.s) camaatına, yoldaşlarına qarşı mübarizə aparan, o camaat içərsindən çıxan, müsəlmanlar içərisindən çıxan münafiqlər olacaqlar. Özlərini müsəlman kimi təqdim edəcəkdir. Hətta Mədinə sarsılar deyir Peyğəmbərimiz (s). Münafiqlər toplu olaraq bəzən 2 və 3 dəfə ayrılacaqlar deyir Mehdi (ə.s) camaatından. Və işləri, gücləri Mehdiyə (ə.s) və camaatına zərər vermək üzrə fəaliyyət olacaq.
Məsələn gecə-gündüz, Allahın onlara verdiyi o ilhamla, davamlı o qəzəbi yaşayacaqlar. Axırzamanın münafiqləri, gəlib-keçmiş münafiqlərin ən şiddətlilərindəndir, yəni Mehdi (ə.s) camaatının münafiqləri. Rəsulullah (s) deyir, Mehdi (ə.s) camaatına bu münafiqlərin müsəllət olacağını, hətta buğdaya müsəllət olan qurd kimi olacaqlarını deyir. Buğdanı təmizləyəcək deyir Mehdi (ə.s), təmizlənəcək, yenə müsəllət olacaq qurd deyir, yenə təmizləyəcək, yenə müsəllət olacaq, bu belə uzun müddət davam edəcək deyir. Ən axırda 313 nəfər saf, təmiz, həqiqi mömin qalacaq deyir və beləcə də münafiqlərin təsiri qalmayacaq deyir.
Həqiqətən münafiq çox böyük fitnə və bəladır. Müsəlman şəfqət göstərir, mərhəmət göstərir, sevgi göstərir, dost qəbul edir, saxlamağa çalışır, ona kömək edir, maddi dəstək verir, mənəvi fayda təmin etməyə çalışır. Lakin münafiqə baxarsan ki, bir gün bir alçaqlıq etmişdir, küfrlə, dinsizlərlə ittifaq etmiş və müsəlmanların harada nə etdikləri ilə əlaqədar onlara məlumat verərək, onların ani basqın etməsini, ani hücum etməsini təmin edəcək əməkdaşlıq edəcəyini Quran ifadə edir. Yəni sizi “fəlakətlərin əhatə etməsini gözləyərlər” deyir, Allah bu şəkildə ifadə edir. Şeytandan Allaha sığınıram, “Pis fəlakət onları əhatə etsin.” (Tövbə surəsi, 98) deyir Allah.
Bu nə deməkdir? İndi Allah, belə bir duanı, Allah belə söylədisə, “pis fəlakət onları əhatə etsin” dedisə, nə deməkdir? Mən onları məhv edəcəyəm demək istəyir Allah. Yəni dünyada məhv edəcəyəm demək. Necə olur? Mənəvi əzabla, və bütün münafiqlərdə bir əzab vardır ruhlarında. Ruhları cəhənnəmə dönər. Yəni qaçınılmaz olaraq gecə-gündüz acı duyarlar, narahat olarlar. Amma münafiqin rahatlamaq üçün də tək istədiyi şey, müsəlman camaatının dağılması, müsəlmanların yox olmasıdır. Onlar dünyada olduğu müddətcə, dünyada tək bir müsəlman qaldığı müddətcə, münafiq əsla rahat ola bilməz, əzab çəkib yanar.
Onun üçün, bu əzabdan xilas olmaq üçün, məsələn Peyğəmbərimiz (s) zamanında, ayrı bir məscid qururlar, ayrı bir bina tikirlər. Bir də utanmadan Peyğəmbəri (s) ora çağırırlar, gəl burada namaz qıl deyirlər. Peyğəmbərin (s) onsuz da məscidi var, orada müsəlmanlar namaz qılır, yəni niyə ora getsin ki, sizin yanınıza, elə deyilmi? Allah deyir, “heç bir şəkildə onların yanına getmə” deyir. “Əvvəl olan məsciddə namazını qıl” (Tövbə surəsi, 108) deyir. “Onların” deyir, “qəlbləri parça-parça, yəni ölmədikcə onlar deyir, əsla bu əxlaqsızlıqlarından vaz keçməzlər” deyir.
Sonsuza qədər imtina etmirlər, İnşaAllah. Mehdi (ə.s) dövründə də münafiqlər inkarçılar ilə əməkdaşlıq edirlər. Müsəlmanları, öz başlarına görə şikayət edəcəklər, onların haqqında, əleyhinə şahidlik edəcəklər, onları küncə sıxışdırmağa çalışacaqlar, onların haqqında dedi-qodular yayacaqlar. Fitnə çıxartmaq üçün var gücləri ilə səy göstəcəklər. Amma bu, Mehdi (ə.s) camaatının güclənməsinə, bir-birlərinə daha çox bağlanmalarına, əzm və səylərinin daha çox artmasına səbəb olacaq. Bunu hədislərdən bu şəkildə anlayırıq.