Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. (Yusif surəsi, 103)
Yuxarıdakı ayə ilə xəbər verilmiş olduğu üzrə, insanların əksəriyyəti iman gətirməzlər. Allaha inanmayanlar hər zaman yer üzünün əksəriyyətini meydana gətirərlər. “İnkarçılar” olaraq adlandırılan bu qrupa, Allahı açıq şəkildə inkar edən dinsizlər, münafiqlər, müşriklər və qəlbində xəstəlik olanların hamısı daxildir. Hamısının ortaq xüsusiyyəti, Allahdan gərəyi kimi qorxmamaları və Allahın kitabından uzaq həyat sürmələridir. Ancaq inkarçılar içərisində yuxarıda da adı keçən bir qrup vardır ki, bunlar, Allahın “cəhənnəmin ən alt təbəqəsində” (Nisa surəsi, 145) olduqlarını söylədiyi münafiqlərdir.
Görəsən münafiqləri digər inkarçılardan daha da aşağı mövqeyə gətirən fərq nədir?
İnkarçı Allaha inanmaz, Onun varlığını tamamilə rədd edər; təbii ki, din əxlaqını və Quranı da... Münafiq isə Allahı açıq şəkildə inkar etməz, dinə və Qurana inandığını söyləyər. İnkarçı, Allahı inkar etdiyini elan edərkən, münafiq tam tərsinə, (inkarını gizləyib) iman edirmiş kimi görünər. Öz iddiasına görə, iman da edir, Allahdan da qorxur... Ancaq münafiqin doğrunu söyləmədiyini, qəlbində olanın “həqiqi iman” olmadığını Allah bizə ayələriylə bildirmişdir. Bəqərə surəsində belə buyurulur:
İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq” – deyirlər. (Bəqərə surəsi, 8)
Münafiq iman etdiyini iddia etdiyi üçün mömin birliyinin içində olar. Möminlərin arasında bəzən bütün həyatını keçirər. Ancaq inkarını içində gizlədiyi üçün, möminlər arasında davamlı olaraq içdən-içə fitnə çıxarmağa, Allaha inanan səmimi insanlara zərər verməyə, onları zəifliyə aparmağa çalışar. Münafiqlərin bu fitnəkar xarakterləri Quranda belə xəbər verilmişdir:
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” – deyirdilər. Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. Əgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və cüzi şey istisna olmaqla bunda ləngiməzdilər. (Əhzab surəsi, 12-14)
Bütün inkarlarına baxmayaraq münafiq, heç bir zaman “mən münafiqəm” deyə ortaya çıxmaz. Əksinə özünün son dərəcə “təqvalı” olduğunu iddia edər. Ona görə möminlər səhv yolda, özü isə ən doğru yoldadır. Bu səbəbdən məqsədinin möminləri doğru yola gətirmək olduğunu deyət. Bu da onun fitnə çıxarma metodlarından bir başqasıdır.