Uca Allah, Quran-ı Kərimdə İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (s) də, hədislərində bu böyük və müqəddəs hadisəyə Axırzamanda hz. Mehdinin (ə.s) vəsilə olacağını xəbər vermişdir. Axırzamanda hz. Mehdinin (ə.s) Allahın izni ilə, şübhəsiz ortaya çıxacağı Peyğəmbərimizin (s) hədisi şəriflərinin birində belə müjdələnmişdir:
Dünyada tək bir gün qalsa belə (qiyamət qopmadan) Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına uyğun, Əhli-Beytimdən mütləq bir şəxs (hz. Mehdi (ə.s)) gələcək, daha əvvəl zülm və haqsızlıqla dolu olan yer üzünü ədalət və bərabərliklə dolduracaq. (Ebu Davud ve Tırmizi, “Büyük Hadis Külliyatı”, Rudani, 5-ci cild, səh. 365)
Hədislərdə bildirildiyinə görə, hz. Mehdi (ə.s) hicri 1400-cü ildə zühur edəcək və İslam əxlaqını yer üzünə hakim edəcək. Hz. Mehdinin (ə.s) ortaya çıxışı ilə yer üzündəki bütün zülm və haqsızlıqlar sona çatacaq, dünyaya ədalət, sülh, sevgi, hüzur və təhlükəsizlik yerləşəcəkdir. Kutub-i Sittədə bəhs edilən hədislər, İmam Rəbbani, Suyuti, Bərzənci, Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin etdikləri izahlar istiqamətində hz. İsanın (ə.s) yenidən yer üzünə qayıtmasının, hz. Mehdinin (ə.s) çıxışının, İslam əxlaqının yer üzünə hakim olmasının vaxtının hicri 1400, yəni içində olduğumuz dövr olduğu son dərəcə açıqdır. (bax: www.hazretimehdi.com)
Allah, hz. Mehdinin (ə.s) əli ilə dəccaliyyət sistemini; darvinizm, materializm, kommunizm, faşizm kimi insanlara acı, narahatlıq və müharibə gətirən, bütün dünyanı qana və göz yaşına boğan şeytani sistemləri fikirlə təsirsiz hala gətirəcəkdir. Hz. Mehdi (ə.s) dövründə insanlar Allaha iman edəcək, Quran əxlaqını mənimsəyəcək, Peyğəmbərimizin (s) sünnəsinə uyğun yaşayacaq, sülh, qardaşlıq, birlik və hüzur içində olacaqlar. Ancaq bu ortamın əvvəlində Hz. Mehdi (ə.s); bir müddət tələbələriylə birlikdə gözlərdən uzaq həyat yaşayacaqdır. Bu müddətdə, tələbələri arasında özünü müsəlman kimi göstərən, ancaq həqiqətdə iman etməyən münafiqlər çıxacaq, bunlardan bəziləri hz. Mehdinin (ə.s) yanından; ”Allaha iman etmək üçün Peyğəmbər (s) soyundan bir adama ehtiyacımız yoxdur...” deyərək ayrılacaqlar. Tarix boyunca Allahın peyğəmbərlərinin, elçilərin, mücəddidlərin, müştəhidlərin, böyük alimlərin, mürşidlərin inkarçılar tərəfindən qəbul edilməməsi kimi, tələbələri arasından çıxan bəzi münafiqlər də hz. Mehdini (ə.s) qəbul etmək istəməyəcəklər:
Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər... (Fatir surəsi, 25)
Halbuki ki, din əxlaqından uzaqlaşıldığı, pisliyin, şiddətin, ədalətsizliyin və əxlaqsızlığın artdığı zamanlarda Allah; cəmiyyətlərə haqq dini izah edəcək, onları haram hərəkətlərdən çəkindirəcək və yaxşılığı əmr edəcək peyğəmbərlər, elçilər, mücəddidlər, mürşidlər, hidayət rəhbərləri göndərərək insanları din əxlaqına dəvət etmişdir.
Ey Adəm oğulları! Sizə aranızdan elçilər gəlib ayələrimi bəyan edərkən Məndən qorxub öz əməllərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. (Əraf surəsi, 35)
Axırzamanda; fitnənin, pisliyin çox artdığı, haramların halal, halalın haram sayıldığı belə bir dövrdə də Allah, hz. Mehdini (ə.s) Axırzamanın ən böyük mücəddidi (yeniləyən, hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük alim), hakimi, mürşidi və Qütbü Əzəm olaraq göndərəcək. Ustad Səid Nursi həzrətləri, hz. Mehdinin (ə.s) Axırzamanın böyük fəsadı zamanında göndəriləcəyini ”Məktubat” adlı əsərində belə bildirmişdir:
Axırzamanın ən böyük fəsadı zamanında, əlbəttə ən böyük MÜCTƏHİD (ehtiyac olduğunda ayələrdən hökm çıxaran böyük İslam alimi) həm ƏN BÖYÜK MÜCƏDDİD (hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük İslam alimi, yeniləyən, yeniləyici), həm HAKİM, həm MEHDİ, həm MÜRŞİD (doğru yolu göstərən insan) həm QÜTBÜ ƏZƏM (müsəlmanların özünə bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq ZAT-I NURANİYİ (nurlu bir zatı) GÖNDƏRƏCƏK və O ZAT da, ƏHLİ-BEYTİ NƏBƏVİDƏN (Peyğəmbərimizin (s) soyundan) olacaq. (Bədiüzzaman Səid Nursi, Məktubat, 29-cu məktub, səh. 423)
Hz. Mehdi (ə.s) insanlar arasında Quran-ı Kərim və Peyğəmbərimizin (s) sünnəsi ilə hökm edəcək. Münafiqlər və Allahı inkar edənlər nə qədər əngəlləməyə çalışsalar da hz. Mehdi (ə.s) Allahın izni ilə vəzifəsini ən gözəl şəkildə yerinə yetirəcək.
Peyğəmbərimizin (s) hz. Mehdi (ə.s) camaatı haqqında bildirdiyi əhəmiyyətli məlumatlardan biri, bu mübarək camaat içindən çıxacaq olan münafiqlərin xüsusiyyətləridir. Hədislərdə xəbər verildiyi üzrə bu kəslər, dünya tarixinin ən azğın münafiqləri olacaq və bütün gücləriylə (öz ağıllarına görə) hz. Mehdi (ə.s) və camaatı əleyhinə mübarizə aparacaqlar. Ancaq tarix boyunca olduğu kimi Axırzamanda da Rəbbimizin qanunu bir daha təcəlli edəcək və bu hiyləgər kəslər hz. Mehdinin (ə.s) böyük elmi mübarizəsinə heç bir şəkildə zərər verə bilməyəcəklər. Allah vədini yerinə yetirəcək, kafirlər və münafiqlər istəməsə də Allah nurunu tamamlayaraq İslam əxlaqını yer üzünə hakim edəcək. Hədislərdə bildirilən hz. Mehdi (ə.s) dövründəki münafiqlərin bəzi xüsusiyyətləri bu şəkildədir:
Peyğəmbərimizin (s) hədislərində, sayca çox az olacaq olan hz. Mehdinin (ə.s) camaatından ayrılanlar olacağı bildirilmişdir. Bu Allahın böyük möcüzəsidir. Bu kəslər hz. Mehdini (ə.s) çox yaxından tanıdıqları, onun hədislərdə bildirilən xüsusiyyətlərə sahib olduğuna və yalnız hz. Mehdinin (ə.s) edə biləcəyi bildirilən fəaliyyətləri reallaşdırdığına yaxından şahid olduqları halda onun yanından ayrılacaqlar. Demək ki, xalqın böyük əksəriyyəti kimi, hz. Mehdini (ə.s) bu qədər yaxından tanıma fürsəti əldə edən bu insanlar da hz. Mehdini (ə.s) fərq edə bilməyəcəklər.
Hədislərdə hz. Mehdi (ə.s)-ın camaatından ayrılanlar olacağı belə bildirilir:
Hz. Mehdinin (ə.s) ordusu bəzən zərbələr yeyəcək, zamanla o çətin vəzifəni boynuna götürməmək, rahatlıq meyli; can, mal, vəzifə qorxusu kimi fərqli səbəblərlə ondan ayrılanlar olacaq... (Ramuzü'l Ehadis, səh. 476)
“Ayrılanlar da, müxaliflər də ona zərər verə bilməyəcək. O özündən ayrılanlara baxmayaraq müzəffər olaraq yoluna davam edəcək.” (Ramuzü'l Ehadis, səh. 487; Taberani, Kebir)
Hz. Müaviyə ibn Kirradan (r.ə) rəvayət edilmişdir: “Ümmətimdən bir tayfa (qövm) qiyamət qopana qədər kömək etməkdə davam edər. Onları tərk edənlərin ayrılmaları da onlara bir zərər verməz.” (Ramuzü'l Ehadis, səh. 472 - (Hz. Müaviyə İbni Kırra r.ə))
Ümmətimdən bir tayfa Allahın əmri ilə hərəkət etməkdə davam edir. Onlar haqq üzərində olduqları halda, qiyamət qopana qədər onları tərk edən və müxalifət edən kimsənin onlara zərəri toxunmaz... (Hz. Müaviyə, Ramuzül Ehadis, səh. 472)
...Sonra MƏDİNƏ ŞƏHƏRİ SAKİNLƏRİ İLƏ BİRLİKDƏ ÜÇ DƏFƏ YELLƏNƏCƏK, BUNUN ÜZƏRİNƏ (MƏDİNƏDƏ OLAN) MÜNAFİQ KİŞİLƏR VƏ QADINLARDAN HEÇ KİMSƏ QALMAYIB HAMISI ONUN YANINA GEDƏCƏKLƏR və beləcə dəmirçi körüyünün dəmirin kirini, pasını aradan qaldırıb atdığı kimi Mədinə də pisliyi (yəni xəbis insanları) atacaq və o günə qurtuluş günü deyiləcəkdir. (İbni Mace cild 10, səh. 331-335)
Hz. Müaviyədən (r.ə) rəvayət edilmişdir: “Ümmətimdən bir tayfa hər kəs üzərinə hakim olmadıqca qiyamət qopmaz. Onlar özlərini tərk edənlərə fikir verməzlər və özlərinə kömək edənə də fikir verməzlər.” (Ramuzü'l Ehadis, 476 (İbni Mace))
Hz. Cabirdən (r.ə) rəvayət edilmişdir: ”Bu iş ondan ayrılanlara baxmayaraq müzəffər olaraq davam edəcək. Müxaliflərin və çıxanların ona zərəri olmaz.” (Ramuzül Ehadis, 487)
Sevbandan (r.ə) rəvayət edilmişdir; ”Rəsulullah (s) buyurdu ki: Ümmətimdən bir camaat Allahın əmri reallaşana qədər batilə qələbə çalaraq haqq üzrə davam edəcək və onları köməksiz buraxanlar onlara zərər verə bilməyəcəklər.” (Sünen-i Tirmizi, 4/91)
Süleyman ibn Bilal deyir ki: İmam Cəfər-i Sadiq (ə.s) atasından, o da babasından nəql edir ki, hz. Hüseyn (ə.s) belə buyurdu: Bir gün adamın biri Əmirəlmöminin Əlinin (ə.s) yanına gələrək: “Ey Əmirəlmöminin! Bizə bu Mehdimizdən bəhs edə bilərsənmi? deyə ərz edincə belə buyurdu: ”GETMƏSİ LAZIM OLANLAR GEDİB MÖMİNLƏR AZALDIĞINDA VƏ FİTNƏKARLAR GETDİYİNDƏ MƏHZ ORADA (YƏNİ UZAQ BİR YERDƏ) ZÜHUR EDƏCƏKDİR.” (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 250)
Abdullah ibn Ömər-i Yemani, bir ricaldan nəql edir ki, imam Məhəmməd Baqir (ə.s) belə buyurdu: “Gözdəki sürmənin təmizləndiyi kimi təmizlənəcəksiniz ey Ali-Məhəmmədin şiələri. Və gözün sahibi sürməni gözünə nə zaman çəkəcəyini bilir, amma nə zaman sürməni siləcəyini bilməz. MƏHZ EYNİ ŞƏKİLDƏ SƏHƏR BİZİM ŞƏRİƏTİMİZƏ VƏ ƏMRİMİZƏ TABE OLAN AXŞAM ONDAN ÇIXACAQDIR. AXŞAM BİZİM ŞƏRİƏTİMİZƏ VƏ ƏMRİMİZƏ TABE OLANSA SƏHƏR ONDAN ÇIXACAQDIR. (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 241)
“...Təmizlənəcəksiniz, eynilə qızılın təmizləndiyi kimi. Və eynilə qızıl kimi təmizlənib saf olacaqsınız.” (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani səh. 236)
Əbu Basirdən:
İmam Cəfəri Sadiq (ə.s) “Onları üzlərindəki əlamətlərdən tanıyardın” (Məhəmməd surəsi, 30), ayəsi haqqında belə buyurdu: ALLAH ONLARI TANIYIR, LAKİN BU AYƏ QAİM (HZ. MEHDİ (Ə.S)) HAQQINDA NAZİL OLMUŞDUR. HZ. MEHDİ (Ə.S) ONLARI (MÜNAFİQLƏRİ) ÇÖHRƏSİNDƏN TANIYACAQ VƏ ƏSHABI İLƏ BİRLKDƏ ONLARI (MƏNƏVİ CƏHƏTDƏN) DARMADAĞIN EDƏCƏK.“ (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 283)
Esbağ ibn Nebate deyir ki: Əmirəlmöminin Əli (ə.s) belə buyurdu: “...Elə ki, sizdən sadəcə gözdəki sürmə qədər və ya yeməkdəki duz qədər qalacaq. Və mən sizə bir nümunə verəcəyəm: Adamın birinin bir miqdar buğdası vardır. Onu təmizləyər və bir evə qoyar, uzun müddət sonra geri qayıtdıqda ona qurd düşdüyünü görər, onu təkrar ayırar və təmizləyər sonra təkrar evin içinə qoyar. Uzun müddət sonra qayıtdığında ona təkrar qurd düşdüyünü görər. Təkrar onu ayırar və təmizləyər və həmişə eyni işi təkrarlayar. NƏHAYƏT QURDLARIN HEÇ ZƏRƏR VERƏ BİLMƏDİYİ ÇOX AZ SAĞLAM BUĞDA QALAR. MƏHZ SİZ DƏ BELƏSİNİZ. AXIRDA İÇİNİZDƏ FİTNƏLƏRİN ƏSLA ZƏRƏR VERƏ BİLMƏDİYİ ÇOX AZ QRUP QALACAQDIR. “(Eyni hədisi Əhməd ibn Məhəmməd ibn Səid də nəql edər.) (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 246)
Hədisdə hz. Mehdinin (ə.s) camaatından çıxan münafiqlərin, ”buğdaya daraşan iyrənc qurdlar” kimi olduqları xəbər verilmişdir. Hz. Mehdi (ə.s) camaatı, “buğda kimi, irəlidə açılıb səpiləcək, inkişaf edib böyüyəcək, bərəkət gətirəcək, gələcək vəd edən bir nemətə” bənzədilmişdir. Münafiqlərin də, ”buğdanı içdən məhv etməyə çalışan, qurd kimi iyrənc və xəbis varlıqlar olduqları” xəbər verilmişdir. Hədisdə, sahibinin buğdanı təmizləyəcəyi, amma buğdaya yenə qurd düşəcəyi; sahibi hər dəfə bu prosesi təkrarladıqdan sonra, ən sonunda buğdada heç bir qurd qalmayacağı izah edilmişdir. Bu məlumatlara görə, buğdadakı iyrənc və parazit qurdların ayrılıb buğdanın pislikdən təmizlənməsi kimi; hz. Mehdi (ə.s) camaatı da bir müddət sonra münafiqlərdən təmizlənib sonunda tərtəmiz camaatla vəzifəsini yerinə yetirəcəkdir.
BİR ÇOX İNSAN QURANDAN ÇOX ONUN (HZ. MEHDİNİN (Ə.S)) QORXUSU SƏBƏBİYLƏ günahlardan çəkinəcəkdir... (İbn-i Arabi, El Futuhatul Mekkiyye, səh. 6)
Bir qisim insanlar hz. Mehdinin (ə.s) güclü fərasətindən, bəsirətindən və ağlından çox çəkinəcəklər. Bundan ötrü özlərini iman edirmiş kimi göstərəcək və müsəlman kimi yaşamaq məcburiyyətində qalacaqlar. Əxlaqsızlıq etməyə güc və cəsarət tapa bilməyəcəklər.
...LAKİN QƏLBLƏRİ QURD QƏLBİ KİMİ SƏRT OLACAQ. (Tirmizi, Zühd, 60)
HEÇ BİR ŞEY SƏNİ ONA BEYƏT ETMƏKDƏN (ONUN TƏLƏBƏSİ OLMAQDAN, ONA TABE OLMAQDAN) YAYINDIRMASIN, sənə mane olanlar hər zaman fitnəyə sığınanlardır. Əgər danışarlarsa şər danışarlar, əgər susarlarsa fəsad (pis, xarab) və fasiqdirlər. (Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh. 252)
(Bu mövzuda daha ətraflı məlumat əldə etmək istəyənlər www.hazretimehdi.com veb səhifəsinə baxa bilərlər.)