(KANAL 35, TV KAYSERİ VƏ KANAL AVROPADAKI MÜSAHİBƏSİ - 7 fevral 2010)
CİHAT GÜNDOĞDU: Şeytandan Allaha sığınıram. ”Onlardan bir dəstə isə: “Evlərimiz açıqdır “deyə peyğəmbərlərdən icazə istəyirdi; halbuki onlar (-ın evləri) açıq deyildi. Onlar yalnız qaçmaq istəyirdilər.” (Əhzab surəsi, 13) deyə buyurur, inşaAllah. Başqa bir ayədə də, şeytandan Allaha sığınıram. ”Əgər güc yetirsəydik, şübhəsiz səninlə birlikdə çıxardıq.” (Tövbə surəsi, 42) deyirlər inşaAllah. Əslində hər kəsin mütləq əlindən gələn bir fayda vardır. Burada səmimiyyətsizliklərini Allah bizə təsvir etmiş olur, inşaAllah.
ADNAN OKTAR: MaşaAllah. Münafiqlər ilə əlaqədar ayələr varmı səndə?
APARICI: Hocam məndə, tamamilə buna uyğun bir sual var. Əgər icazə versəniz, tamaşaçımızın sualını çatdırım.
“Hocam, münafiqlər ilə əlaqədar bir ayə oxudum: “Onlar: “İtaət edirik!” – deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr bir yerə yığışıb sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə tədbir gördüklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər” Nisa surəsi, 81-ci ayə. Mehmet Can Yüce, Osmaniyədən bizə sualını göndərib. “Münafiqlər əvvəl, peyğəmbərlərinin dediklərini qəbul edirlər, inanırlar, amma öz başlarına qalanda inkar edirlər. Bir insan, necə belə ikiüzlü, səmimiyyətsiz ola bilər? İnkar edirlərsə, niyə möminlər ilə bərabərdirlər? Münafiqləri necə anlayarıq və onlardan necə qoruna bilərik hocam?” demiş.
ADNAN OKTAR: MaşaAllah, çox uzun bir sual. Quranda, münafiqlərin uzun-uzun əlamətləri vardır. Münafiqlər çətinlikdən qorxarlar. Ən açıq əlaməti odur. Çətindən çox çəkinirlər. Yəni canları şirindir. Amma namaz qılar münafiq, oruc tutar, zəkat verər. Yəni çətin mübarizələrə girə bilmirlər. Tapdınmı?
CİHAT GÜNDOĞDU: Bəli inşaAllah ....
ADNAN OKTAR: Hamısını bir-bir, yavaş-yavaş oxu. Mən sonra şərh edəcəyəm.
CİHAT GÜNDOĞDU: İnşaAllah. Şeytandan Allaha sığınıram. “Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar. Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır. Bu, Tövbə surəsi, 67 və 68-ci ayələrdir.
Nisa surəsində yenə Allah münafiqlərdən bəhs edir. “Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. Onlar imanla küfrün arasında tərəddüd edir, nə bunlara, nə də onlara (nə möminlərə, nə də kafirlərə) tərəf olurlar. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən.” Yenə Məhəmməd surəsində, “Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı. Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.” İnşaAllah. Bəqərə surəsində yenə eyni şəkildə. Şeytandan Allaha sığınıram; ”İnsanların eləsi vardır ki: “Biz Allaha və axirət gününə iman etdik” deyərlər; halbuki inanmış deyildirlər.” deyə buyurur Allah. Bu şəkildə təbii ki, tamamilə iman edən bir insan tipi var qarşımızda, amma təbii ki, səmimiyyətsizliyi ön plandadır. Adnan bəyin də həmişə üzərində dayandığı mövzu, onsuz da səmimiyyətdir bu günə qədər. İnsanın öz-özünü bu şəkildə qiymətləndirib, səmimiyyət nöqtəsində özü barədə əvvəl qənaətə gəlməlidir ki, münafiq rəftarı göstərməsin, inşaAllah.
APARICI: Açıq-aşkar qəbul etmirik demirlər. Yaxşı, qəbul edirik, deyirlər. Amma səmimiyyətsiz şəkildə dedikləri üçün.
CİHAT GÜNDOĞDU: Əməllərində də bunu deyirlər, amma Allah əməllərini boşa çıxaracağını söyləyir, inşaAllah. Bununla birlikdə...
CİHAT GÜNDOĞDU: “Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!” (Münafiqun surəsi, 4), ”Onlar harada olursa olsunlar, Allahın və mömin insanların himayəsində olanlar istisna olmaqla onlara həmişə zəlillik qismət olar.” (Ali İmran surəsi, 112) Quranı anlamadıqları ifadə edilir. “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.” deyə buyurulur, Ali İmran surəsi, 7-ci ayədə.
ADNAN OKTAR: Münafiqlərdən məhz ən bariz olandır, mənim günlərdən bəri izah etdiyim odur. Bax, evlilik sünnəsinə yaxşı əməl edər münafiq. Yemək yemə ilə əlaqədar bütün sünnələrə çox yaxşı əməl edər. Həcdə gəzmə kimi, gedər onu çox yaxşı edər. Namaz qılar, ”onların namazları göstərişdir” (Nisa surəsi, 142) deyir. Təhlükəyə girə bilməz, yəni məsələn, Allah uğrunda həbsə düşmək, təhqirə məruz qalmaq, böhtana məruz qalmaq, əzilmək, təcrid edilmək, ictimai təzyiq görmək, işindən atılmaq, evlənməmək kimi çətinliklərə girə bilməz. Yəni, məsələn, peşəsinə bir şey deyilmirsə, malına mülkünə zərər gəlmirsə, namaz qılar, yəni namazdan bir şey itirməz o. Oruc da tutar, hətta bir çox yerdə, iş yerində və yaxud oruc tutursa, dinsizlər də oruc tuturlar, yəni onlarla birlikdə çünki məcbur hiss edir özünü. Yəni mən də tutum, ayıb olar deyə tutur. Və yaxud da yaxşı təsir edir sağlığıma deyir, kilo almışdım bir az deyir. Pəhriz olaraq tutur təbii ki. Həqiqətən yaxşı gəlir mənə, canlanıram oruc tutduğumda deyir. Yemək yemək vaxtımı alır deyir. Oruc tutduğumda vaxtım da yaxşı gedir deyir. Amma çətin döyüşlərə gələ bilmirlər, çətin mübarizələrə. Məsələn, Peyğəmbərimizin (s) səhabələr ilə apardığı mübarizə var. İki tərəfdən sıxışdırılır müsəlmanlar; üstdən və altdan, iki tərəfdən. Bir-bir münafiqlər tökülməyə başlayır belə mühitdə. Deyirlər ki, bir qismi deyir ki, Allah haqqında zənlərə başladılar deyir, Allah haqqında. Allah varmı, yoxmu deyirlər? (Allahı tənzih edirik) Bir qismi Rəsulullah (s.ə.v.) haqqında zənlərə başlayır. Bir qismi də, Peyğəmbərin (s) onları aldatdığını söyləyir. Yəni bax deyir məhz, bu gün artıq bitdik deyir, hər tərəfdən sarıldıq, bizi öldürəcəklər deyir. Bəs Allah vardı deyir, Peyğəmbər (s) doğru idi deyir (haşa). Peyğəmbər (s) bizi aldatdı deyir. Sonda müsəlmanlar yenə qələbə qazanırlar ki, şəhid də ola bilərlər orada, hamısı şəhid də ola bilər, o da bir xeyirdir. Sonra şəxsiyyətləri ortaya çıxmış olur məhz o mühitdə. Yəni məsələn, hicrətdə ortaya çıxır, Peyğəmbər (s) ilə birlikdə hicrət etmək istəmirlər. Malı var, mülkü var, arvadı var buraxmaq istəmir, oğul-uşağı. Yəni hamısını buraxa bilmir.
APARICI: Səmimiyyətli olanlar o zaman seçilir, elə deyil?
ADNAN OKTAR: Təbii, onda seçilir. Yoxsa onun xaricində, çətinlik görmənin xaricində möminin ortaya çıxması olmur, inşaAllah. Cihat hocam, danış.
CİHAT GÜNDOĞDU: Quranı anlamadıqları başqa bir ayədə belə bildirilmişdir. Tövbə surəsi, 124-cü ayə. ”Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: “Bu, hansınızın imanını artırdı?” – deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər.” inşaAllah.
Yenə başqa bir ayədə, ”Bir surə nazil edildiyi zaman onlar: “Sizi kimsə görürmü?” – deyə bir-birlərinə baxır, sonra da üz çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini imandan məhrum etmişdir.” (Tövbə surəsi, 127) deyə buyurulur. Allahı çox az andıqları bildirilir Quranda tez-tez. “Allahı zikr etmək isə şübhəsiz ən böyük ibadətdir.” (Ənkəbut surəsi, 45) deyə bildirilərkən möminlər üçün Ənkəbut surəsində; “Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.” (Nisa surəsi, 142) deyə bildirilir, inşaAllah.
ADNAN OKTAR: Məsələn, məşhur belə bir şəxs var idi, tanınan, belə böyük ağabəy olaraq bilinən biri. Axı deyir, bu ayaq yuma olmasa, o qədər rahat namaz qılaram ki, deyir. Yəni hamı tərəfindən bilinən bir insan. Ona görə deyir mübarək. Bir də onu belə gülərək izah edir, sanki zarafat mövzusu imiş. Ayaq yuma olduğu üçün narahat olurmuş namaz qılmaqdan. Yoxsa çox rahat qılaram deyir, namazı deyir. Ona desən ki, hər namaz başına sənə 1 milyard verəcəyik, ayağını yüz dəfə yuyar o. 1 milyard da deyil, çox az pula belə edər. İman zəifliyi buna səbəb olur. Amma bu da məhz imtahanın gərəyi olmuş olur. Allah, xüsusi yaradır belə insanları.
CİHAT GÜNDOĞDU: ...Münafiqlərin təkəbbürlü olduqları bildirilir xüsusilə. Eqoist olduqları izah edilir, inşaAllah. “Xeyr, həqiqətən insan azar. Özünü müstağni gördüyündən.” (Ələq surəsi, 6-7) deyə bildirilmiş Ələq surəsində.
ADNAN OKTAR: Bax, müstağni görür özünü, mən mükəmmələm deyir, bəli.
CİHAT GÜNDOĞDU: “Çünki onlara Allahdan başqa ilah yoxdur, deyildiyi zaman təkəbbür edərlər.” (Saffat surəsi, 35) deyə bildirilir. “Ona: “Allahdan qorx!” – deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!” Bəqərə surəsi 206-cı ayə. “Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!” – deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən” Münafiqun surəsi, 5-ci ayə.
ADNAN OKTAR: Bunlarda ümumiyyətlə təkəbbür hissi olur. Yəni belə özünü mükəmməl, əxlaqi cəhətdən, şəxsiyyət olaraq hər istiqamətdən mükəmməl görürlər. Bəli.
CİHAT GÜNDOĞDU: Qəlblərində olmayanı söylədikləri bildirilir Quranda yenə. Şeytandan Allaha sığınıram. “...Onlardan bir dəstə də, həqiqətən evlərimiz açıqdır, deyə Peyğəmbərdən izin istəyirdi. Halbuki onların evləri açıq deyildi. Onlar yalnız qaçmaq istəyirdilər.” (Əhzab surəsi, 13)...
ADNAN OKTAR: Məsələn, bax bu qorxudur, görürsənmi? Çətinliyi görür, dərhal yalan söyləyir.
APARICI: Mənim gücüm çatmaz, deyir.
ADNAN OKTAR: Bəli, gücüm çatmaz deyir, yalandır o. Amma özünü aldadır. Məntiqi cavab verir, vicdani cavab vermir.
CİHAT GÜNDOĞDU: Fəth surəsi, 11-ci ayədə də, “Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə!” – deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun edəcəyi işin qarşısını kim ala bilər?” Xeyr, Allah sizin nə etdiyinizdən xəbərdardır.”
ADNAN OKTAR: Bax, mallarımız, ailələrimiz deyirlər deyilmi?
CİHAT GÜNDOĞDU: Məşğul etdi deyirlər, bəli, inşaAllah. Allah da; “...onlar, qəlblərində olmayanı dilləri ilə deyirlər.” (Fəth surəsi, 11) deyə cavab verir inşaAllah. Dediyiniz kimi, yaxşılığı əmr edib pislikdən çəkindirmək üçün çalışır möminlər. Münafiqlərin isə belə cəhdləri olmur inşaAllah. Yaxşılığa, tam tərsinə mane olurlar; pislik etmək üçün tələsirlər. Tövbə surəsi, 67-ci ayə: “Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər...”
ADNAN OKTAR: Xəsisdirlər yəni.
CİHAT GÜNDOĞDU: İnşaAllah. “...Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar.” (Tövbə surəsi, 67) İnşaAllah. Allahın bəyəndiklərini çirkin görürlər. Şeytandan Allaha sığınıram. “Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı.” Məhəmməd surəsi, 28-ci ayə. Nankor olduqları bildirilir Quranda. “Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz” İnşaAllah. Və həm fiziki, həm də mənəvi cəhətdən pis olduqları bildirilir, inşaAllah. Tövbə surəsi, 125-ci ayədə. “Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər.” deyə bildirir inşaAllah.
ADNAN OKTAR: Həqiqətən fiziki olaraq da pis olurlar bunlar. Bəli.
CİHAT GÜNDOĞDU: Davamlı narahatlıq içərisində olduqları Quranda yenə bildirilir. “Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı”. (Hədid surəsi, 14)
ADNAN OKTAR: Bir daha oxu bu ayəni.
CİHAT GÜNDOĞDU: “Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı.”
ADNAN OKTAR: Məhz, münafiqləri tam təsvir edən ayələrdən biri. Bəli. Yəni ruh hallarını, şəxsiyyətlərini tam, ətraflı olaraq təsvir edir. Bunlar bir-bir düşünülməlidir, inşaAllah.
CİHAT GÜNDOĞDU: Yenə Münafiqun surəsi, 4-cü ayədə; “Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar” deyə Allah bildirir.
ADNAN OKTAR: Ona görə də, aman-aman bu işlərə qarışmayım. Bu əleyhimizədir deyir, məsələn, bir çağırış olur, əleyhimizə. Gəl müsəlmanlar toplansın bir yerə, söhbət etsin, əleyhinə olduğunu zənn edir. Bir şey deyirsən, məsələn, kitab dağıdın. Onu da əleyhinə zənn edir. Bir yerdən bir xəbər eşidir, onu da əleyhinə zənn edir. Yəni davamlı özünü müdafiə halındadır. O bir əvvəlki ayəni şərh edərək açıqlaya bilərsənmi? Hansı ki, iki dəfə oxutdum.
CİHAT GÜNDOĞDU: Bəli. “Biz sizinlə birlikdə deyildikmi?” deyərlər. “Bəli ancaq siz özünüzü fitnəyə düşürdünüz...” Yəni müsəlmanlar ilə birlikdə bir müddət yaşamışlar. Bəlkə də müəyyən işlər də görmüşlər. Müəyyən işlər də etmiş ola bilərlər. İnşaAllah. “...Bəli ancaq siz özünüzü fitnəyə düşürdünüz...” Normalda müsəlmanları uzaq bir yerdən, geridə qalaraq gözləməyə başlayırlar.
ADNAN OKTAR: Ayrılırlar və onlara qarşı ediləcək bir əməliyyat və yaxud onlara ediləcək hücum, təhqir, böhtan onları gözləyirlər.
CİHAT GÜNDOĞDU: Bəli. “...şübhələrə qapıldınız...” Demək ki, Allaha iman nöqtəsində çox böyük şübhələri vardır. “...Sizləri vəsvəsələr yoldan çıxartdı...” Demək şeytan davamlı vəsvəsə verir, şübhələrə salır. Şeytanın qabıq kimi bağlamış olması da bu deməkdir. “...Allahın əmri (Olan ölüm) gəldi; ...” Mötərizə içində yazılmış olan “ölüm” deyə. ”Allahın əmri gəldi və o aldadıcı da sizi Allah ilə aldatmış oldu.” Demək ki, buradan anladığımız, Allahın adıyla da şeytanın bu şəkildə insanları azdıra biləcəyidir.
ADNAN OKTAR: Və şeytanın yolunda adamlar var, Allahın adını istifadə edərlər deyilmi? Allah yolunda səy göstərməkdən, İslamdan müsəlmanları soyudan, İslam əxlaqından, dünya hakimiyyətindən insanları soyutmağa çalışan.
CİHAT GÜNDOĞDU: Yenə Allahın adını istifadə edərək bu şəkildə azdıra bilirlər demək ki, bunu anlamış oluruq, inşaAllah. Asanlıqla ümidsizliyə qapıldıqları da Quranda ifadə edilir, inşaAllah. Yusif surəsi, 87-ci ayədə; “...ancaq kafir adamlar Allahın rəhmətindən ümid kəsər.” deyə bildirilir inşaAllah.
ADNAN OKTAR: Rahat şəkildə ümid kəsirlər.
CİHAT GÜNDOĞDU: Bəli, möminlər isə davamlı ümidvar olurlar. Allahın rəhmətindən ümid kəsmirlər. Məhəmməd surəsi, 21-ci ayə: “...Cihada qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı.”
ADNAN OKTAR: Çətin bir vəziyyətdə, bəli.
CİHAT GÜNDOĞDU: Allahın vədi haqdır deyə düşünüb, bu şəkildə Allaha bağlılıqda davam etmək, səbat etmək lazımdır Allahın izni ilə, inşaAllah.
Möminlərə qarşı davamlı qorxu və narahatlıqları var, bu da Quranda bildirilmişdir. “Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır. Əgər onlar bir sığınacaq və ya daldalanmaq üçün mağaralar yaxud gizlənməyə bir deşik tapsaydılar, ləngimədən ora yönələrdilər.” (Tövbə surəsi, 56-57) Davamlı qorxuları var özlərinə haradan zərər gələcəyi barəsində. Hər hansı bir yerdə çıxan xəbər onları narahat etməyə bəs edir inşaAllah. “Doğrusu, onlar qəlblərində Allahdan çox sizdən qorxurlar. Çünki onlar anlamayan adamlardır.” (Həşr surəsi, 13) Möminlərdən qorxurlar, başda Peyğəmbərimiz hz. Məhəmməd (s) olmaqla. O zamankı münafiqlər də, xüsusilə ondan çox qorxurlar. Allahdan deyil, daha çox möminlərdən bu şəkildə qorxmuş, narahat olmuş olurlar, İnşaAllah. Mömin birliyinin içindən çıxacaqları onsuz da Quranda bildirilmişdir yenə. Nur surəsi 11-ci ayə: “Doğrusu, uydurulmuş bir yalanla gələnlər, sizin içinizdən olan bir dəstədir” deyə bildirir, inşaAllah. İman etmədikləri halda, iman etmiş kimi göründükləri təsvir edilmişdir. Tövbə surəsi 109-cu ayə; “Binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.” Burada Allah qorxusu olmadan, imanın çox zəif olacağı və insanı münafiqliyə aparacağı təsvir edilmişdir, inşaAllah. “Sizi razı salmaq üçün yanınızda Allaha and içirlər. Əgər mömindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları daha yaxşıdır.” Tövbə surəsi 62-ci ayə. Burada möminləri davamlı məmnun etməyə və özlərinin də onlardan olduğuna inandırmağa çalışdıqlarına işarə var. Burada heç bir şəkildə sözlə deyil, davranışla insan özünü onsuz da isbat etməlidir, o da Allaha isbat etməlidir onsuz da. İnşaAllah. İnsanlar içərisində eləsi də vardır ki: “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq” – deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar.Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər” (Bəqərə surəsi, 8-10), MaşaAllah.
CİHAT GÜNDOĞDU: Münafiqlər, mömin birliyindən ayrıldıqdan sonra kin və nifrətləri olur möminlərə qarşı. Buna görə intiqam alma səyləri olur ciddi mənada. Bunun üçün ciddi səylər göstərirlər. Bu da Quranda ifadə edilmişdir. Şeytandan Allaha sığınıram, Tövbə surəsi 74-cü ayə, “Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir.”
ADNAN OKTAR: Peyğəmbərimiz (s) onların zəngin olmasına vəsilə olur, onlar Peyğəmbərimizdən (s) nifrət edirlər, haşa. Mehdi (ə.s) də elə olacaq. Mehdi (ə.s) o insanların rahatlığına, hüzuruna vəsilə olacaq, lakin o onları azdırıb Mehdiyə (ə.s) qarşı olmalarına səbəb olacaq. İnşaAllah, bəli.
CİHAT GÜNDOĞDU: Ciddi intiqam cəhdləri var, bunun üçün əllərindən gələni edirlər. Bütün mallarını hətta belə sərf edə biləcəkləri kimi, Allah yolunda sərf etməzkən, bu şəkildə ciddi səylər sərgiləyə bilirlər, inşaAllah. Ali İmran surəsi 120-ci ayədə, şeytandan Allaha sığınıram, “Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. Allah hiyləli tələlər quracaqlarını xəbər verir. Planlar, sui-qəsdlər qura biləcəklərindən bizi xəbərdar etmiş olur. Bunlara qarşı möminlərin də yenə Allaha təvəkkül etməli olduqları bildirilmiş, xəbər verilmiş olur inşaAllah.
ADNAN OKTAR: Təbii ki, hər vəziyyətdə hamısını yaradan Allahdır çünki.
CİHAT GÜNDOĞDU: İnşaAllah. İnkarçılarla əməkdaşlıq halında olduqları bildirilir Quran-i Kərimdə, şeytandan Allaha sığınıram, “Münafiqlərə müjdə ver ki, onlar üçün ağrılı-acılı bir əzab vardır. Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur.” (Nisa surəsi, 138-139). Bir qüvvət, bir yerə arxalanma ehtiyacları var, buna görə də küfrü daha güclü görürlər öz ağıllarına görə.
ADNAN OKTAR: Mehdinin (ə.s) yanından ayrılan münafiqlər də elə edəcəklər deyilmi? Gedib küfrdə dəstək axtaracaqlar. Gedib münafiqlərə sığınacaqlar. Bir də münafiqlər öz aralarında qövm olurlar, ayrıla bilmirlər münafiqlər, o çox qəribədir. Normalda kafirlərlə gedib əməkdaşlıq etmələri lazım ikən, ayrılıb bir araya gəlib yeni bir camaat təşkil edirlər münafiqlər.
APARICI: Bir-birlərini tapırlar dediniz.
ADNAN OKTAR: Bir-birlərini, məsələn çox qəribədir, möcüzədir bu. Normalda bir-birlərindən nifrət edərlər deyir Allah Quranda, buna baxmayaraq, qəlbləri parça-parça deyir, bir-birlərindən nifrət edərlər, amma birlikdə hərəkət edərlər deyir. Kafir topluluğuna girmirlər, yenə ayrı qövm meydana gətirirlər. Böyük möcüzədir.
CİHAT GÜNDOĞDU: Şeytandan Allaha sığınıram, “Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: “Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt, heç kəsə tabe olmayacağıq. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!” – dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir” (Həşr surəsi, 11)
ADNAN OKTAR: Məhz kafirlərə deyirlər, biz sizinlə ittifaq edirik onlara qarşı, müsəlmanlara qarşı deyirlər. Amma bir vəziyyət olduğunda kafirləri də buraxırlar, onlara da dəstək olmurlar. Öz dərdlərinin arxasına düşürlər. Münafiq çox şiddətli, çox azğın məxluqdur. Peyğəmbərimiz (s) zamanında da var idilər. Ayrı məscid qururlar, bax namaz qılır, məscidləri var məscidə gedir bunlar, həcc edirlər, oruc tutur, evlilik mövzusunda da çox seçicidirlər. Sırf cəhd etmə, səy göstərmə və çətin hadisələrə girmirlər yəni təhlükəli, məsələn ailəsinə zərər verəcək, diqqət etsən ailəsini və uşaqlarını bəhanə edirlər. Quran ayələrini az əvvəl oxumuşdum diqqət etdinizsə, orada həmişə evimiz açıqda, uşaqlarımız, ailəmiz aman deyirlər. Allah ayədə deyir ki, “De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə surəsi, 24) Yəni intiqam alacağam deyir Allah sizdən. Amma təbii ki, bunlar da xüsusi yaradıldıqları üçün intiqam olduğunda da yenə şuursuzlar, yenə bilmirlər. Münafiq, möminlərin qiymətini artırmaq üçün xüsusi yaradılmış bir qrupdur. Münafiq olmazsa möminin dəyəri bir parça düşər. Münafiq, möminin dəyərini artıran məxluq tayfasıdır. Onlarla müqayisədə Allah insanların gözündə onların qiymətli olduğunu göstərir. Məsələn, Mehdi (ə.s) camaatından da münafiqlər çıxacaq, sonra bunlar çox məşhur olacaq bu münafiqlər, bütün insanlıq biləcək. Şəkilləriylə, adlarıyla, şəxsləriylə dünyaya ibrət olacaq bütün münafiqlər. Yəni axirətdə də bütün insanlara ibrət olacaq. Peyğəmbərimiz (s) zamanındakı münafiqlərin də, hz. Musa (ə.s) dövründəki münafiqlər də, bunlar məşhurdur. Məsələn, Samiri vardır, məşhur, tarixə keçmişdir. Peyğəmbərimiz (s) zamanındakı münafiqlərdən də tarixə keçmişdir. Mehdi (ə.s) dövründəki münafiqlər də tarixə keçəcəklər. Yəni hər kəs tərəfindən bilinəcək. Hər kəsin alçaltdığı, şərəfsiz, xaraktersiz gördüyü məxluqlar olaraq bilinəcəklər. O dövrdə Mehdi (ə.s) tələbələrinin nə qədər çalışqan olduğu izah ediləcək və münafiqlərin də onlara qarşı etdiyi fəaliyyətlər izah ediləcək. Onlara qarşı apardıqları mübarizə izah ediləcək. Bu hər ikisi də tarixə keçəcək. Necə Peyğəmbərimiz (s) zamanı tarixə keçdisə, hz. İbrahim (ə.s) dövrü tarixə keçdisə, bu da tarixə keçəcək, inşaAllah.
CİHAT GÜNDOĞDU: Möminlərin içindən özlərinə bənzər kəsləri seçib öz tərəflərinə çağırmaları da var. Hətta bunun üçün dediyiniz kimi məscid qururlar. Xüsusi məscid qururlar və özlərinə doğru işçi toplamağa çalışırlar, tərəfdar çağırırlar.
ADNAN OKTAR: Möminlərin fəlakət xəbərlərini kənardan gözləyirlər, bax diqqət etsəniz. Bu nədir? Müsəlmanlara qarşı ediləcək əməliyyat, hücum, təhqir, oyun. Bunu dəhşət içində kənardan izləyirlər, amma kənarda olduqları üçün də özlərini təhlükəsizlikdə görürlər. Müsəlmanların o sinə gərən mübarizəsinə uzaqdan tamaşaçıdırlar. Müsəlmanlar qalib olduğunda qibtə edirlər yəni həsəd edirlər, kaş ki, biz də olsaydıq deyə. Amma müsəlmanlara hücum olduğunda çox xoşlarına gəlir, təbii ki, Allah bizi qorudu deyirlər, çox yaxşı oldu deyirlər.
APARICI: Özlərini qorudular deyə.
ADNAN OKTAR: Yəni belə ürkmüş quduz it kimi bütün məsələni müsəlman camaatından ayrı olmaqda görürlər. Amma yenə də ətrafındakıları aldatmaq üçün ayrıldıqdan sonra namazlarına davam edirlər, yenə oruc tuturlar, bir arada bir-birlərini aldadırlar, yəni münafiq birliyinin xüsusiyyətidir. Biz onsuz da müsəlmanıq deyirlər, onlardan ayrıyıq, amma müsəlmanıq deyirlər, yəni küfrə qarışmırlar. Yəni küfr xarakterində olduğu halda, İslamdan nifrət etdikləri halda, müsəlmanlardan nifrət etdikləri halda yenə o münafiqliyin gərəyi olaraq namazlarına, oruclarına, ibadətlərinə davam edərək yenə camaat halında, qrup halında yaşayırlar, ayrı bir şey olaraq. Və bütün vəzifələri də, müsəlmanlara qarşı mübarizə olur. Baxın, bu çox qəribədir. Əsas məqsədi, yəni şüuraltından heç cür getmir. Məsələn, Peyğəmbərimizi (s) həmişə şəhid etməyə çalışmışdır münafiqlər. Çünki Peyğəmbərimiz (s) qaldığı müddətcə vicdan əzabı çəkirlər, narahatdırlar. O məsələn döyüşə gedir, cihada gedir hər səfərində vicdan əzabı çəkirlər, narahat olurlar. Çünki zəlil olurlar. Onun üçün qəlbən fövqəladə dərəcədə nifrət edirlər. Peyğəmbərimizin (s) söhbəti olur, söhbət halında ikən bir başqası çıxarkən onu sipər edir. Quran ayəsi var. Ona gizlənərək məsələn bir insan gedir, onun arxasına o çıxarkən onun yanından o da gedir görünməyəcək şəkildə öz ağlına görə. Ayə onu ifadə edir.
CİHAT GÜNDOĞDU: Başqa bir ayədə Əhzab surəsi 13-cü ayə, şeytandan Allaha sığınıram. ”Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” deyə xəbər göndərirlər möminlərə.
ADNAN OKTAR: Baxın, məhz burada müsəlmanlara hücum var. Təhqirlər, böhtanlar, feli hücum o dövrün məhz silahlı gücü nə isə, o müsəlmanlara hücum edirlər. İqtisadi embarqo tətbiqi, həm təcrid edirlər, həm ictimai təcrid var. Kimsə danışmır, görüşmür, kimsə yanlarına yanaşmaq istəmir. Təhlükəli görürlər. Bu hücum mühitində artıq dayanacaq vəziyyətiniz qalmadı deyir münafiqlər. Yəni artıq dağılın deyirlər müsəlmanlara. Yəni edəcək bir şey yoxdur deyirlər. Hər istiqamətdən əhatə olundunuz. Gücünüz yoxdur, bax hər kəs sizə qarşıdır, siz artıq bu mübarizəni, bu səyi buraxın deyirlər.
CİHAT GÜNDOĞDU: “Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı.” (Əhzab surəsi, 22)
ADNAN OKTAR: Bax, bu hücumdan əksinə məmnun olurlar. Məsələn, möminlər tutulurlar, nəzarətə alınırlar, həbs edilirlər, əzilirlər, şəhid edilirlər, döyülüb söyülürlər, təhqirə məruz qalırlar. Bu, Allah onsuz da bizə bunu vəd etmişdi deyirlər, bu onsuz da meydana gəldi, Allaha həmd olsun deyirlər. Münafiqlər də böyük dəhşət içərisində ailəsinə, özünə, malına mülkünə zərər gəlmədiyi üçün həyəcanla hadisəni seyr edir və onların içində olmadığı üçün də müdhiş sevinir və özünün çox ağıllı olduğunu düşünür. Yəni müsəlmanların ağılsız olduqlarını və ağılsız olduqları üçün başlarına bunların gəldiyini düşünür. Özü də çox tədbirli, ağıllı biri olduğu üçün də heç bir şey olmadığını düşünür.
CİHAT GÜNDOĞDU: Bəli, inşaAllah. Şeytandan Allaha sığınıram. Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər. Bu ona görədir ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir (Əhzab surəsi, 23-24)
ADNAN OKTAR: Yenə də Allah bir yol açır ki, dönmək istəyən, münafiqlərin içinə qarışmış möminlər olur bəzən qafil olaraq. Onların qurtuluşu üçün Allah yenə bir yol açır.
CİHAT GÜNDOĞDU: Tövbənin, tövbə qapısını açır.
ADNAN OKTAR: Tövbə etmələrini söyləyir, Allah. Edə bilərlər deyir.
CİHAT GÜNDOĞDU: Münafiqlərin sədaqətsiz olduğu, möminlərin sadiq olduqları izah edilmiş olur burada. İnşaAllah.
ADNAN OKTAR: Bəli, çünki münafiqin xüsusiyyəti odur onsuz da. Lakin özünü çox ağıllı zənn edər münafiq. Yəni malı qoruma, ailəni qoruma, oğul-uşağı qoruma bu mövzularda çox diqqətlidir münafiq. Dini qorumaz, Allahı qorumaz, Peyğəmbəri qorumaz, dinin dəyərlərini qorumaz, amma ailəsinə, malına mülkünə filan çox diqqətlidir, münafiqin əsas xüsusiyyətidir bu. Halbuki Allah yolunda insan oğul-uşağını da cihadın içinə çəkər, özü də cihadın içərisinə girər və özü də Allah yolunda lazım olsa şəhid olar ki, bax orada ayədə, şəhid olmuş və şəhid olmaq üzrə o birilərini gözləyir. O ayəni şərh et, oxu onu. O mənadadır o ayə.
CİHAT GÜNDOĞDU: “Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir.” (Əhzab surəsi, 23)
ADNAN OKTAR: Məhz bu şəhid olmuş, kimisi də şəhid olmağı gözləyir Allah yolunda deyil ki, malı mülkü, ailəsi. Məsələn, Əshabi-Kəhf, ailəsini tamamilə buraxırlar, mağaraya çəkilirlər, elə deyilmi? Həyat yoldaşını, dostlarını, yoldaşlarını buraxır, uşağını buraxır. Yəni dünyada bu böyük şəhvətdir, ailə şəhvəti. Onun üçün insan da bunu büt edir yəni ailəsi, evlənmək və çoxalmaq. Bütün sistem bunun üstünə qurulur. Dini də buna alət edir. Dini də bunun üçün istifadə edir, ailəsini mühafizə üçün istifadə edir dini, evlənmək üçün istifadə edir dini, çoxalmaq üçün istifadə edir dini.
CİHAT GÜNDOĞDU: Dediyiniz kimi döyüşdən geri qalmağı xoş görürlər, bəyənirlər. Şeytandan Allaha sığınıram. Tövbə surəsi 81-ci ayə: “Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar”
ADNAN OKTAR: Bax, çoxbilmişlik edirlər görürsənmi? Bu istidə döyüş olar? deyirlər, sanki sərin olsa döyüşəcəklər kimi. Ona da bir bəhanə tapacaqlar onsuz da, çünki canı qiymətlidir. Halbuki, müsəlmanın canı qiymətli deyil. Allah yolunda, hər cür çətinliyə girir, çünki Allahın eşqi onu əhatə etmişdir. Yalnız Allahın razılığını istəyir.
CİHAT GÜNDOĞDU: İnşaAllah və münafiqlərin əslində zərər verə biləcəkləri də Quranda xəbər verilir. Yəni bizimlə birlikdə, möminlərlə birlikdə döyüşə çıxmış olsaydılar deyərək inşaAllah. Şeytandan Allaha sığınıram. “Sizinlə birlikdə çıxsalardı, sizə “pislik və zərərdən” başqa bir şey verməz və aranıza mütləq fitnə soxmaq üzrə içinizdə səy göstərərlərdi. İçinizdə onlara “xəbər daşıyanlar” vardır. Allah zalımları tanıyır. “And olsun, daha əvvəl onlar fitnə axtarmışlar. Və sənə qarşı bəzi işlər etmişdilər. Sonunda onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri ortaya çıxıb-üstünlük təmin etdi.” Eyni zamanda möminlər içində xəbər daşıyanlar olacağı da xəbər verilir. Yəni möminlərin içində davamlı yenə münafiqliyə meyli olan kəslər ola biləcəyi bildirilmiş olur.
ADNAN OKTAR: Yəni müsəlmanların içində olanda, müsəlmanlar məsələn sevinirlər çox olanda, halbuki bu yaxşı deyil, deyir Allah. Yəni münafiqin getməsi yaxşıdır. Yəni müsəlmanların içində olsalar deyir Allah, fitnə törədirlər, baş bəlası olurlar deyir. Qarşı tərəflə iş birliyi edirlər, xəbər aparırlar, müsəlmanları ürkütməyə çalışırlar, əhvalını pozmağa çalışırlar, yəni baş bəlasıdır münafiq. Münafiqin getməsi yaxşıdır. Gedər amma orada da boş durmaz münafiq, yenə fəaliyyətə davam edər müsəlmanlara qarşı.
APARICI: Yəni aranızda deyiləm deməsində belə xeyir var. Gəlməməsində.
ADNAN OKTAR: Təbii ki, gəlməməsi daha xeyirlidir.
CİHAT GÜNDOĞDU: İnşaAllah çətinlik anını da Allah xüsusilə yaradır ki, münafiq ortaya çıxsın deyə. Ali İmran surəsində bu izah edilmiş, inşaAllah. Şeytandan Allaha sığınıram. Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!” – deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik” – dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali İmran surəsi, 166-167) inşaAllah.
ADNAN OKTAR: Məsələn, əsrimizdə də deyirik ki; darvinizmə, materializmə qarşı mübarizə aparaq, dinsizliyə qarşı mübarizə aparaq. Çox təhlükəli adamlar vardır, indi ailə-uşaq vardır deyir. Mən oxuyuram, bilsələr məni məktəbdən çıxardarlar deyir. Mən edə bilmərəm deyir. Amma siz maşaAllah çox yaxşı fəaliyyət göstərirsiniz deyir. Təşəkkür edirəm sizə, təbrik edirəm deyir. Siz davam edin qaldığınız yerdən deyir. Yəni bununla da kifayətlənmir. Baxırsan yenə müsəlmanların dedi-qodusunu edir. Allah bizi qoruyur deyir, çox təhlükəli adamlar deyir. Nə işimiz var deyir. Niyə masonları biz qarşımıza alaq, niyə dinsizləri, niyə PKK-nı qarşımıza alaq, iddia edilən Ergenekon təşkilatını niyə qarşımıza alaq deyir adam. Mənim oğul-uşağım, ailəm var deyir, xeyli təhlükəli olar mənim üçün deyir. Elə olunca da məhz İslam əxlaqı hakim olmur. İslam əxlaqı hakim olmayınca da öz həyat keyfiyyətləri də düşür. Özləri də sürünürlər, özləri də acı içindədir. Qorxu və dəhşət içində yaşayırlar. Onsuz da ayədə deyir ya, “xəbərləri çöldən izləyərlər” deyir, amma qorxu ilə izləyir, çaxnaşma halında. Kafirlərdən də qorxurlar. Onlara da qatıla bilmirlər.
CİHAT GÜNDOĞDU: “Onlar sadəcə qaçmaq istəyirdilər” deyə, Allah onu söyləyir inşaAllah. Şeytandan Allaha sığınıram. “...İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər.” (Əhzab surəsi, 13)
ADNAN OKTAR: Bax yenə ev, evlilik məhz, ailəsi, oğul-uşaq yenə onun dərdindədirlər. Yəni belə mövhumatçı ailəyik biz filan deyir, aman oğul-uşaq belə yəni sürü psixologiyası, onu mühafizə etmənin dərdindədir. Halbuki insanın oğul-uşağı da Allah üçündür, həyat yoldaşı da Allah üçündür, özü də Allah üçündür. Yəni hamısı öləcək. Çünki uşağı dediyi şeylər, yəni yaşayacaq deyil ki, onlar da ətdən sümükdən meydana gəlmiş varlıqlardır. Sabah bir gün hamısı məzarda çürüyüb öləcəklər. Özü də çürüyüb öləcək, arvadı da çürüyüb öləcək, evi də bir müddət sonra dağılıb gedəcək.
CİHAT GÜNDOĞDU: Möminlər onsuz da birbaşa olaraq yaxşı işlər edirlər, döyüşürlər, mübarizə aparırlar. Münafiqlər isə həmişə “edəcəyəm” şəklində and içərlər, inşaAllah. Bəqərə surəsi 204-cü ayədə Allah, şeytandan Allaha sığınıram: “O, qəlbində Allahı şahid gətirir, halbuki o, ən qatı düşməndir.” deyə bildirir, inşaAllah münafiqlər üçün.
ADNAN OKTAR: Bir də bax Allahı da şahid gətirir. Allahı çox anar onlar, münafiqlər.
APARICI: Hocam and içmək buna girərmi? Yəni məsələn, çoxlu and içən insanların da ...
ADNAN OKTAR: Məhz yalan olaraq and içir. Yəni davamlı and içər. Davamlı “Allah şahidimdir” deyər. Halbuki saxtakarlıq edir.
CİHAT GÜNDOĞDU: Yenə Tövbə surəsi 42-ci ayədə, şeytandan Allaha sığınıram: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər” Allah bildirir, inşaAllah.
ADNAN OKTAR: Məsələn, “məlumatımız yoxdur” deyir. Halbuki canı istəyir, universitetdə doktorantura oxuyur, dosent də olur. Yəni məsələn, özünə mənfəət təmin etməli olduğunda, universitet imtahanlarına sabaha qədər çalışır. Su kimi əzbərləyir kitabları. Məsələn, tibb kitablarını, onları, bunları, hamısını hüquq kitablarını, hamısını su kimi əzbərləyir, amma Quranı bir dəfə başdan sona oxu desən, yaxın durmaz. Çünki ondan bir mənfəəti yoxdur onun öz ağlına görə; amma Quranın yüz misli əsəri, kitabı oxumaq vəziyyətində qalır, hamısını əzbərləyir bir az maaş ala bilmək üçün, bir az pul qazana bilmək üçün. Yəni bax məsələn, axirətdə sonsuz həyatına vəsilə olacaq Quran, amma ona yanaşmır. Bu, xüsusi yaradılışıdır məhz onun.
APARICI: Nə qazanacağının fərqində deyil, nə itirdiyinin.
ADNAN OKTAR: Təbii ki, nə itirəcəyinin fərqində də deyil. Qurana görə yaşasa nə qazanacağının da fərqində deyil.
CİHAT GÜNDOĞDU: Və döyüş zamanı onsuz da döyüşün nə səbəbə ortaya çıxdığından, niyə cəhd edilməli mühit olduğundan şikayətçi olmağa başlayırlar. Belə buyurulmuş Quran-i Kərimdə. Nisa surəsi 77-ci ayə, şeytandan Allaha sığınıram: “Onlara vuruşmaq vacib edildikdə, içlərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!” – dedilər.”
ADNAN OKTAR: İndi əsrimizdə də məsələn, mətbuatdan qorxur və yaxud hər hansı şəkildə hüquqi müdaxilə edilməsindən qorxur və yaxud özünə böhtan atılmasından qorxur. Bir söz deyilməsindən qorxur, bir söz olmasından. Yəni evliliyinin əngəllənməsi, peşəsinin əngəllənməsi, yeməyinə, içməyinə, kefinə maneə törədilməsi, yəni bunlar ən qorxduqları mövzular olur. Bu, dindən çox üstün olur onlar üçün. Quran buna işarə etmiş olur.
CİHAT GÜNDOĞDU: İnşaAllah. Səmimiyyətsizlikləri hər vəziyyətdə onsuz da izah edilmiş olur Quranda. Allah bildirmiş olur.
ADNAN OKTAR: Bəli, onun üçün məsələn, Mehdi mövzusu çox narahat edir münafiqləri. Yəni Mehdinin varlığından çox-çox narahat olurlar. Çünki Mehdi demək; İslam əxlaqının dünyaya hakimiyyəti deməkdir. Bütün maraqlarının sarsılacağını düşünür. Məsələn, holdinqin varsa holdinqinin sarsılacağını düşünür. Məsələn, öz şeyxi ilə, tələbələri ilə xoşbəxt həyat qurmuş. Bir sistem qurmuş. Pullar müntəzəm olaraq axıb gəlir. Etibarı var onların içərisində. Bir həyat şəkli qurmuş. Mehdini qəbul etmək nə deməkdir bilirsənmi? Hamısını yıxacaq sistem olaraq görür. Yəni nə şeyxinin etibarı qalar deyə düşünür, nə öz etibarının qalacağını düşünür. Həmçinin gəlir qapısının da bağlanacağını düşünür. Çünki Mehdi gəlincə məzhəbləri qaldırar. Elə deyilmi? Yəni onun bütün izah etdikləri başqa bir mövqeyə gəlmiş olacaq o zaman. Sistemi və birisinə itaət etmiş olacaq. Buna görə istəməz. Hz. İsanın (ə.s) zühurunu istəməz. Məsələn, onu kabus kimi görər hz. İsanın (ə.s) enişini. Hətta xristian münafiqlər də var. Onlar da deyirlər ki; hz. İsa (ə.s) həqiqətən gəlsə də deyirlər, biz öz sistemimizi dəyişdirməyək deyirlər. Yəni bu kilsə sistemi və təslis inancına qarşıysa deyirlər hz. İsa, biz onu qəbul etmərik deyirlər.
CİHAT GÜNDOĞDU: Vatikanın o şəkildə şərhi var.
ADNAN OKTAR: Təbii ki, Vatikanın şərhi var. Yəni həqiqətən gəlsə də qəbul etmərik İsanı deyirlər. Həqiqətən o da olsa qəbul etmərik deyirlər. Biz bu sistemi müdafiə edirik deyirlər. Məsələn, bu da bir münafiq şərhidir, münafiq. Bəli.
CİHAT GÜNDOĞDU: İnşaAllah. Münafiqlər özlərinin yaxşı yolda olduqlarına inanırlar. Bu şəkildə təsvir edirlər özlərini də. Şeytandan Allaha sığınıram: “Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.” (Tövbə surəsi, 107), İnşaAllah.
ADNAN OKTAR: Ayrı məscid bax. Bir də məscid qururlar.
CİHAT GÜNDOĞDU: Məscid qurmuşlar.
ADNAN OKTAR: Namazlar tamam, ibadət tamam, paltar tamam. Sarıq, cübbə hamısı var bunlarda, o dövrün münafiqlərində.
CİHAT GÜNDOĞDU: Möminlərin başına gələcək olan fəaliyyəti müşahidə edə bilərlər.
ADNAN OKTAR: Bir daha oxu o ayəni, başdan oxu. Ayələri sən bütün olaraq oxuyursan. Elə deyil də hissə-hissə oxusan daha yaxşı vurğulayarsan.
CİHAT GÜNDOĞDU: İnşaAllah . ”Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər...”
ADNAN OKTAR: Hətta söz-söz izah etmək lazımdır. Yəni orada bir çox sözü keçmiş olursan.
CİHAT GÜNDOĞDU: İnşaAllah.
ADNAN OKTAR: Məsələn zərər vermək. Müsəlmanlara zərər vermək; bir. İki:
CİHAT GÜNDOĞDU: ”İnkarı gücləndirmək ...”
ADNAN OKTAR: Məsələn, küfrü gücləndirməyə çalışır. Çünki küfr yayılacaq ki, münafiq rahatlıq tapsın. Müsəlmanlıq olduğu müddətcə, din əxlaqı yayıldığı müddətcə münafiqin kefi qaçar, rahatlığı qaçar.
CİHAT GÜNDOĞDU: ”Möminlərin arasına təfriqə salmaq...”
ADNAN OKTAR: Məsələn, möminləri dəstəyə bölmək, qruplara bölmək və bir yerdə olmalarını istəməmək, yəni birləşmələrini istəməmək. Döyüşəcək ki, müsəlmanlar öz içində, münafiqin vəsaiti olsun. Ona iş çıxsın, imkan çıxsın. Onun üçün inkarın möhkəmlənməsi onlar üçün çox əhəmiyyətli olur. Küfrün güclənməsi çox əhəmiyyətli olur. Müsəlmanların bir-birinə düşməsi çox əhəmiyyətli olur. Onun üçün münafiq dinlə həmişə lağ edər. Quranla istehza edər haşa, yəni elə karikaturalar nəşr edərlər. Müsəlmanlar, ya da din əleyhinə, İslam əleyhinə, cənnət, cəhənnəm ilə əlaqədar lətifələr danışarlar. Yəni İslamı haşa öz ağlına görə alçaltmağa çalışır ki, öz sistemi güclənsin. Ona ehtiyac duyulsun.
CİHAT GÜNDOĞDU: “...əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün...”
ADNAN OKTAR: Yəni müsəlmanlara edilən məsələn, fəaliyyət edilirsə, müsəlmanlara bir hücum varsa hər hansı bir yerdən, məsələn, “iddia edilən Ergenekon təşkilatı” ola bilər əsrimizdə, küfrdən hər hansı bir şey ola bilər. Onu müşahidə edir. Görəsən nə vaxtdır hücum? Hansı gün bunlara qarşı hərəkət ediləcək? Hansı gün tutulacaqlar? Hansı gün əziləcəklər? Bunun hesabları arxasında.
CİHAT GÜNDOĞDU: “... Gözləmək üçün məscid tikənlər və ...”
ADNAN OKTAR: Bir də məscid, bax məscid tikirlər. Allahı xatırlayırlar, toplanıb Quran oxuyurlar.
CİHAT GÜNDOĞDU: “... və: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” deyə and içərlər...”
ADNAN OKTAR: Bir də çölə çıxıb yaxşılıq axtarırıq biz, Allah rizası üçün yaxşılıq olsun deyə biz bunu edirik deyir. Məsələn, Mehdiyə (ə.s) qarşı çıxacaq adam da bunu edəcək. O İstanbulda çıxacaq olan o münafiq; yaxşılıq edirəm mən deyir, gözəllik edirəm deyir. Bu, Mehdi deyil deyir. Mehdiyyət deyə də bir mövzu yoxdur deyir. Bu, bizim dinimizi dəyişdirmək üçün gəlmiş birisidir deyir. Mehdi tamamilə fərqli insandır deyir. Bu belə deyil, mehdiyyət deyir.
APARICI: Yalançı hesab edəcək.
ADNAN OKTAR: Təbii ki, təkzib edir. Bu, dinimizi dəyişdirən bir adamdır deyir. Tam fərqli biridir bu deyir.
CİHAT GÜNDOĞDU: “Allah onların şübhəsiz yalançı olduqlarına şahidlik edir.”
ADNAN OKTAR: Allah onların, bəli. Şəxsən Allah yalançı olduqlarını açıqlayır.
CİHAT GÜNDOĞDU: İnşaAllah. Yenə başqa bir ayədə də yenə münafiqlər haqqında bu bildirilmişdir. Şeytandan Allaha sığınıram: “Özlərinə: “Yer üzündə fitnə-fəsad törətməyin!” deyildikdə...” Demək ki, fəsad törədirlər, fitnə-fəsad törədirlər, möminlərin arasını ayırırlar dediyiniz kimi inşaAllah.
ADNAN OKTAR: Fəsad necə çıxarır? Müsəlmanları məzhəb düşmənçiliyinə itələyir. Məsələn, bunları asın, bunları kəsin, bu camaata hücum. Yəni müsəlmanları bir-birinə düşürür. Ayrı-ayrı parçalara, parça ayırıcılar deyə keçir onsuz da Quranda. Fitnə çıxardır yəni.
CİHAT GÜNDOĞDU: İnşaAllah “... deyildiyində, “biz yalnız islah edənlərik” deyərlər.”
ADNAN OKTAR: Təbii ki, biz doğruya çəkirik deyir yəni. Haqq olana çəkməyə çalışırıq deyir. Ona görə biz bunları edirik deyir, bu fitnəni.
CİHAT GÜNDOĞDU: “Bilin ki; həqiqətən, əsl fitnə-fəsad törədən bunlardır, amma şüurunda deyildirlər.”
ADNAN OKTAR: Bax fəsad çıxardığı üçün, müsəlmanlara zərər verdiyindən xəbəri belə yoxdur. Məsələn, çıxır oyunbazlıq, təlxəklik edir, dinə ağır şəkildə hücum edir, o deyir mən simpatiya toplayıram belə deyir.
APARICI: Hocam, İsrailin etdiyi də əslində buna nümunədir. Hansı ki, İsrail, İraqdakı o fəaliyyətlərin hamısına bunu dedi; biz burada sülh yaratmağa gəldik. Burada əslində sülhü təmin etməyə gəldik. Demokratiyanı təmin etməyə gəldik.
ADNAN OKTAR: Amerikanın məsələn Əfqanıstandakı, İraqdakı fəaliyyətləri əsasdır. Orada sel kimi qan axıtdı. Əgər xalqı maarifləndirmək istəyirsənsə kitab payla. Elə deyilmi? Əhli-sünnə etiqadını, müsəlmanlığı izah et. Sevgini, sülhü, qardaşlığı izah et. Bununla əlaqədar alimlər göndər, müəllimlər göndər; izah etsinlər xalqa. Elə deyilmi? Onları mədəni cəhətdən istiqamətləndir, faydalı olmağa çalış. Asıb kəsərək olarmı? İşğal edərək olarmı? Onların təbii ki, qaynaqlarına əl qoyaraq olarmı? Elə deyilmi? Məsələn hələ də elədir. Zorla və şiddətlə müsəlman ölkə düzələrmi? Müsəlmanın anlayacağı Qurandır, Quran əxlaqıdır. İslam Birliyini təşviq etməlidir, əgər düzəlmələrini istəyirsə, yaxşı olmalarını istəyirsə. Deyəcək ki; Ey İraq xalqı, niyə İslam Birliyini istəmirsiniz? Müsəlmanlarla birləşin deməlidir, əgər hüzur və xoşbəxtlik istəyirsə.
CİHAT GÜNDOĞDU: Bu böhtan mövzusunda da normalda möminlərə gələn bir xəbər olduğunda, mömin birliyinə, o xəbəri ətraflıca qiymətləndirib böhtan ola biləcəyinə qənaət gətirmələri Quranda təsvir edilmiş.
ADNAN OKTAR: Oxu ayəni.
CİHAT GÜNDOĞDU: Yayılmaması lazım olduğu təsvir edilir, inşaAllah. Şeytandan Allaha sığınıram: “Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir.” (Nur surəsi, 11)
ADNAN OKTAR: İndi Allah yolunda mübarizə aparanlara nə edilə bilər? Ən yaxşı böhtan, nədir xalq arasında? İnsanların ən əhəmiyyət verdiyi şey, cinsi əlaqədir. Əxlaqdır. Ən vacibi budur. O zaman oradan hücum edək deyirlər. Məsələn, hz. Yusif (ə.s) da nədir? Cinsi əlaqə ilə əlaqədar məsələn. Təcavüz iddiasıyla hz. Yusif (ə.s) həbsə qoyulmuşdur. Yəni təcavüz günahı ilə. Cinsi əlaqə iftirası ilə, təcavüz günahı ilə yeddi il həbsdə tutulmuşdur. Hz. Məryəmə də eyni şəkildə zina böhtanı atılmışdır. Elə deyilmi? Bu da müsəlmanların qarşılaşacağı şeydir. Münafiqlərin də silahıdır bu. Yəni müsəlmanları hədələmədə, haqq yolunda mübarizə edən insanları hədələmədə üsuldur. Münafiqlər də belə iddialara inanırlar. Müsəlmanların içindəki münafiqlər də “Allah, Allah, doğrudur” deyirlər. Halbuki Allah deyir ki; “Dörd dənə şahid gətirmədilər?” (Nur surəsi, 13) deyir. Şahidə ehtiyac yoxdur münafiq üçün. Münafiq birbaşa inanır və yayar. Allah deyir məsələn; “Bir fasiqdən sizə xəbər gəldiyində onu yaxşıca araşdırın” (Hucurat surəsi, 6) deyir. Yəni gözünüzlə görün, qulağınızla duyun. Bunun xaricində inanmayın deyir. Amma münafiq üçün o elə deyil. O bir kafirdən, İslam düşmənindən xəbər gəldiyində onu köklü və doğru xəbər olaraq qəbul edir və ona inanır.
CİHAT GÜNDOĞDU: “... siz onu özünüz üçün şər hesab etməyin, əksinə o sizin üçün xeyirdir.”
ADNAN OKTAR: Təbii ki, bu müsəlmanların savab qazanmasına, mövqelərinin yüksəlməsinə səbəb olur.