Allahın yolundan uzaqlaşdırmağa çalışarlar

 

Allahın möminə vermiş olduğu əhəmiyyətli məsuliyyətlərdən biri də, insanlara yaxşılığı əmr edib pislikdən çəkindirmək və Quran əxlaqının əsaslarını yer üzündə təbliğ etməkdir. İnsanlara qəflət içində olduqları zəruri mövzunu izah edərək, əbədi axirət həyatlarını qurtarmaları üçün onları xəbərdar etməkdir. Məsuliyyətləri böyükdür, görüləcək iş isə olduqca əhatəlidir. Çünki möminlər üçün bir adamın belə iman etməsinə vəsilə olmaq, Allahın məmnuniyyətini qazana bilmək baxımından böyük əhəmiyyət daşıyır.

 

Münafiqlərin isə izlədikləri əxlaq lazım olanın tam tərsidir. Allah yoluna çağırmaq yerinə, Allahın yolundan döndərməyi özlərinə vəzifə hesab etmişlər. Bu da şeytanın əmri ilə hərəkət etdiklərini göstərir. Insanların imanına vəsilə olmağı istəmək bir yana, münafiqin ən böyük məqsədi, “şeytan” kimi onları, Allahın yolundan azdırmaq və münafiq cəbhəsinə yandaş toplamaqdır:

 

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O, başını təkəbbürlə o yan bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik. (Həcc surəsi, 8-9)

 

Münafiqlərin üsulları müxtəlifdir. Amma bu üsulları tətbiq edərkən, ən əsas xüsusiyyətləri xainlikləridir. Möminlərin arasında olub ikiüzlü mövqe izləyərək, onları əngəlləməyə çalışırlar. Bu xüsusiyyətləri, şübhəsiz onların axirətdə “ən alçaq” qılınmalarının da əhəmiyyətli səbəbidir.

 

İnkarçılara möminlər haqqında xəbər daşıyarlar

 

...İçinizdə onlara xəbər daşıyanlar vardır... (Tövbə surəsi, 47)

 

Münafiqlərin ən böyük istəkləri, möminlər topluluğunun dağılmasıdır. Bu səbəblə, güclü olduqlarına inandıqları inkarçılarla birləşərək, möminlərə qarşı hiyləgər mübarizəyə girərlər. Birlik halındakı mömin birliyi, onlar üçün əhəmiyyətli təhlükədir. Bu səbəblə əvvəlcə bu birliyi yox etməyə çalışarlar. Vəzifələri onların əleyhinə fəaliyyət olduğundan, məqsədləri əllərindən gəldiyi qədər zərər verməkdir. Daha doğrusu, zərər vermək üçün çalışmaqdır.

 

Əlbəttə bunun üçün mömin birliyinin içində olmağı özləri üçün üstünlük olaraq qiymətləndirərlər. Aralarında olduqları müddətcə onların əleyhinə fəaliyyətləri daha rahat edə biləcəklərini düşünürlər. Xəbər daşıya biləcək, məlumat toplaya biləcəklər. Halbuki, etdikləri hər əks fəaliyyət, özləri üçün əzab vəsiləsi olacaq və nəticə də əldə edə bilməyəcəklər.

 

Inkarçılarla olan əməkdaşlığa mömin birliyinin içindəykən başlayan bu kəslərin məqsədləri; möminlərin arasında qalıb öz ağıllarına görə möminlərə zərər verə biləcəyini düşündükləri məlumatları inkarçılara çatdıra bilməkdir. Ancaq bu barədə də, münafiqlərin bilmədikləri və ya bilib də əhəmiyyət vermədikləri bir gerçək vardır: Allah möminlərin əleyhinə qurulan heç bir nizama icazə verməz. Münafiqlərin tarix boyunca qurduqları bütün tələlər, öz başlarına çökmüşdür. Allahın vədinə görə də bu şəkildə olmağa davam edəcəkdir. Etdikləri hər iş nəticəsiz qalmağa məhkumdur.

 

Gizli danışarlar

 

Münafiqlərin möminlərin arasında ikən, onların əleyhinə etdikləri gizli danışıqlar günah, düşmənçilik və üsyan məqsədlidir:

 

Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi?... (Mücadilə surəsi, 8)

 

 

 

Mömin birliyinin içində olar, amma bu vaxt öz aralarında gizli birlik halına gələrək möminlər əleyhinə planlar qurarlar. Gizli yığıncaqlarının mahiyyəti budur. Bunun bir nümunəsi peyğəmbərimiz hz. Məhəmməd (s) dövründə görülmüşdür:

 

Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. (Tövbə surəsi, 107)

 

Dövrün münafiqləri Peyğəmbərimizi (s) və yanında olanları uzaqdan müşahidə etmək, fəaliyyətlərini öyrənmək və onlara tələ qurmaq üçün möminlərdən ayrı məkan seçmişlər. Bu vəziyyət Quranda xüsusilə xəbər verilən, münafiqlərə xas xüsusiyyətdir. Bunu edən münafiqlər, möminlərdən gizli bir iş etdiklərini, gizli planlar qurduqlarını və bunun sayəsində müvəffəqiyyətə çata biləcəklərini zənn edərlər. Halbuki Allah, ”Məgər anlamırdılar ki, Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agahdır və Allah qeybləri biləndir?” (Tövbə surəsi, 78) ayəsində bildirdiyi kimi nə etdiklərini görür. Bu davranışları əlbəttə, bu əhəmiyyətli sirrə inanmamalarından qaynaqlanır.

 

Həmçinin möminlərin arasında inkarçı mövqedə olmaqla kifayətlənməyib, Peyğəmbərimizə (s) qarşı üsyanı pıçıldaşırlar. Halbuki axirətdə öz etdiklərini qarşılarında gördüklərində, etdiklərinin gizli olmadığını, möminlərin dəstəkçisi olan Allahın, möminlərə qarşı edilən hər plandan xəbərdar olmasının yetərli olduğunu anlayacaqlar. Onlar insanlardan gizlətməyə çalışdıqları bu fəaliyyətləri Allahın ortaya çıxaracağına inanmırlar. Yenə qorxuları insanlardandır. Halbuki axirətdə əməllərinin hamısından hesaba çəkiləcək, özlərini tam mənasıyla müstağni gördükləri, heç vaxt ortaya çıxmayacağını zənn etdikləri fəaliyyətləri ilə tək-tək qarşılaşacaqlar.

 

Pisliyi təşkil edərlər

 

Möminlər ömürlərini Allah üçün ibadət edərək, Onun yolunda həmişə ciddi səy göstərərək keçirərlər. Bu məqsədlə həyatlarının hər anını “xeyir” etmək üçün yaşamağa çalışarlar; çünki ölümün onları nə zaman yaxalayacağını bilmədiklərini bilirlər.

 

Münafiqlər isə (hər şeydə olduğu kimi) burada da möminlərin tam əksinə rəftar ortaya qoyarlar; yaşadıqları hər an pislik etməyə çalışarlar. Günahsız insanlara böhtan atmaq ya da möminlərə tələ qurmaq kimi daha bir çox pisliyi xüsusi olaraq hazırlayaraq, möminlərə zərər verməyə çalışarlar. Səyləri həmişə inananların əleyhinədir. Bu səylərin ən əhəmiyyətli nöqtəsi elçiyə, möminlərə və Allahın ayələrinə duyduqları qəzəbləridir. Edilən hər xəbərdarlıq, içlərindəki kini gücləndirir və qəlblərindəki intiqam alma hissini gücləndirir. Ayələrdə bu həqiqət bizlərə belə bildirilir:

 

...Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi... (Fatir surəsi, 42-43)

 

Duyduqları bu kin onlara çox şey etdirə bilər. Gələn elçilər onlara yaxşılığı və gözəlliyi xatırladıb Allahın ayələrini oxuduqca, içlərindəki qəzəb artır və onları hiyləgər fəaliyyətə istiqamətləndirir. Bu səbəblə iman gətirənlərə qarşı pis əməllər təşkil etməyə başlayarlar. Fəaliyyətlərini əngəlləyəcək planlar hazırlayır, möminlərin arasında anlaşılmazlıq çıxarmağa çalışırlar. Verilən bir hökmü azdırmağa, elçiyə itaətsizliyi xoş göstərməyə səy göstərərlər. Elçi tərəfindən edilməməli şeyləri edərək öz zəif ağıllarına görə bir hərəkət ortaya qoyar və tərəfdar toplamağa çalışırlar. Etdikləri hər şey nizamı pozmağa və mömin birliyini gücdən salmağa yönəlib.

 

Ancaq Rəbbimizin Quranda bildirdiyi kimi, bütün bu səylər mömin birliyinə heç bir şəkildə təsir etməyəcək. Hər dövrdə Allahın nizamına qarşı plan qurmaq istəyənlər həmişə uğursuzluğa məruz qalıblar. Allahı təqdir edə bilməyən hər insan, bu böyük həqiqətdən xəbərsiz olaraq səylərini göstərməyə davam edəcək. Halbuki Quranda bildirildiyi kimi, hiyləli nizam öz sahibindən başqasını əhatə etməz.

 

Möminlərə istehza edərlər

 

Etdikləri çirkin hərəkətlərdən biri də lağ etmələridir. Münafiqlər, möminlərin güclərinə görə düşdükləri əzik və narahat ruh halını, bu ağılsız üsulla ortaya çıxararlar. Möminlərin yaxşı niyyətlərindən sui-istifadə edərək, onları aşağı görür və insanların gözündə alçaq vəziyyətə salmaq istəyirlər. Bu da qarşısı alınmaz qəzəblərinin nəticəsidir. Allah Quranda öz ağızlarından bu həqiqəti bizlərə belə bildirər:

 

...Öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!”– deyirlər. (Bəqərə surəsi, 14)

 

Halbuki möminlərə nə istehzaları ilə, nə də digər əziyyətləri ilə heç bir şəkildə zərər verə bilməzlər. Bütün davranışlarını Allah bilir və görür. Allah Quranda münafiqlər üçün, əsas alçalan və lağ edilənlərin özləri olduğunu belə xəbər verir:

 

Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər. (Bəqərə surəsi, 15)

 

Münafiqlər möminləri qısqanıb onlara qarşı nifrət bəslədiklərindən, bütün davranışları bu gizli kini ətrafa əks etdirərlər. Onlardan müəyyən bir dövr mənfəət güddükləri üçün, nifrətlərini bəlli etməməyə çalışarlar. Ancaq şüuraltındakı nifrət, şübhəsiz ortaya çıxır. Lağ etmək, münafiqlərin möminlərə duyduğu həsədin və kinin gizli göstəricisidir. Danışıqları, baxışları, arxalarından etdikləri qaş-göz işarələri ilə qəlblərindəki gizli kin və nifrət əslində açıq şəkildə çölə əks olunur.

 

Ayələrdə münafiqlərin yalnız iman etdikləri üçün möminlərə qarşı göstərdikləri rəftarlar dəqiq şəkildə izah edilir. Özlərini üstün və axirətdən mümkün qədər uzaq görmələrinin, yəni ağılsızlıqlarının nəticəsi olaraq, qarşılarındakı insanların Allah üçün nə etdiklərinə məna verə bilir, Allah rizası və axirət üçün yaşanan həyatı lağa qoyurlar:

 

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər. (Mutaffifin surəsi, 29-30)

 

Allah bu münasibətlərinə qarşılıq olaraq axirətdə qarşılaşacaqları ortamı isə belə bildirir:

 

Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. (Mutaffifin surəsi, 34)

 

Bununla yanaşı münafiqlər şeytanın hiyləgər zəkası ilə hərəkət etdiklərindən, möminlərə qarşı etdikləri bu cür rəftarları açıq-aşkar, aydın olacaq şəkildə etməzlər. Bütün istehzalı rəftarlarının, sonradan mütləq izah edilə biləcək kimi olmasına diqqət edərlər. Tətbiq etdikləri zaman fəsad ortaya çıxdığında və istehzaları üzlərinə vurduğunda, sahib olduqları “münafiq məntiqi” özünü açıq şəkildə bəlli edər. Belə bir vəziyyət qarşısında münafiqlər, özlərinin əsla pis niyyətdə olmadıqlarını, səhv anlaşıldıqlarını müdafiə edəcəklər. Öz saxta məsumiyyətlərini sübut etmək üçün əllərindən gələni edəcəklər:

 

Onlardan nə üçün istehza etdiklərini soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? (Tövbə surəsi, 65)

 

Möminlərə böhtan atarlar

 

Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar! (Ənam surəsi, 21)

 

Məqsədləri elçini və möminləri gücdən salıb, din əxlaqının hakimiyyətini əngəlləmək olduğu üçün, elçiyə haqsız yerə böhtanlar atdıqları kimi, möminlərə də əsassız cinayətləri şər atarlar. Münafiqlərin möminlər əleyhinə tətbiq etdikləri hücumların ən əhəmiyyətlilərindən biri, onlar haqqında böhtanlar irəli sürmələridir. Bu şəkildə özlərini, onlardan ayrı olduqları üçün haqlı göstərəcəklərini zənn edərlər. Bu zənlərinə görə özləri təmizə çıxacaq, möminlər də insanların gözündə etibarını itirəcəklər. Halbuki atılan böhtanlar, heç də hadisələrin möminlərin əleyhinə inkişafına yol açmaz; əksinə hər zaman öz əleyhinə dönəcəkdir. Allah böhtan atan bu kəslər üçün belə buyurur:

 

...Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz. (Ənam surəsi, 144)

 

Böhtanların ən əhəmiyyətli xüsusiyyəti, əsasən elçini hədəf almalarıdır. Quranda bəhsi keçən və daha əvvəl də ifadə etdiyimiz bəzi ittihamlar, tarix boyu eyni üsullar istifadə edilmişdir. Tarix boyu var olan və Quranda adı keçən qövmlərdəki inkarçılar da onlara gələn elçiyə dəli, cadugər kimi bənzətmələr etmişlər. Keçən zamana baxmayaraq bu hərəkətlərində dəyişiklik etməmişlər, günahlandırma mahiyyəti ilə eyni üsullara üz tutmuşlar. Tarixdə bu cəhdlər heç bir zaman məqsədinə çata bilməmişdir.

 

Möminlərə zərər vermək istəyər və ayrılıq salmağa çalışarlar

 

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

 

Şüuraltında möminlərə kin və nifrət duyan münafiqlər, öz ağıllarına görə onlara zərər vermək üçün aralarında fitnə və ayrılıq çıxarmağa çalışarlar. Daha əvvəl də ifadə etdiyimiz kimi əsas məqsədləri, birlik halındakı möminləri ayırmaqdır. Bu şəkildə inananları gücdən sala biləcəklərini və din əxlaqının yaşanmasına əngəl ola biləcəklərini düşünərlər.

 

Möminlərin birlik halında olmaları əlbəttə ki, əhəmiyyətli dəstək və gücdür. Amma inananlar əsl gücü Allahdan alırlar. Möminlər birlikləri ilə, Allahın onlara yazmış olduğu bəzi öhdəlikləri yerinə yetirir, Allahı zikr edir, inkarçılara qarşı kütləvi olaraq mübarizə aparırlar. Möminlərin əsl güclərini Allahdan aldıqlarını qavraya bilməyən münafiq zehniyyəti, möminlərin arasını vurmaqla onlara əhəmiyyətli zərbə vuracaqlarını düşünürlər. Bu şəkildə baxış aspektlərinin nəticələrindən biri ortaya çıxır, öz ağıllarına görə əhəmiyyətli gördükləri, amma nəticəsiz və mənasız olan məşğuliyyət üçün səy göstərirlər. Onlara görə, birlik olan belə güclü topluluğu gücdən salmağın ən keçərli yolu budur. Aralarından ayrıldıqdan sonra da, möminlər əleyhinə təxribat çıxarma səylərini davam etdirərlər.

 

Möminlərin aralarında ayrılıq salmağa çalışarkən, (daha əvvəl də bəhs etmiş olduğumuz kimi) hiyləgər yol izləyərlər. Heç bir zaman fitnəyə “biz sizin içinizdə ayrılıq salacağıq” deyərək girişməzlər. Əksinə özlərinin, yer üzündə doğruluğun yayılmasını istəyən etibarlı insanlar olduqlarını iddia edərlər. Bu hiyləgər davranışlarıyla, onların etibarını qazanmağa və onlara hiss etdirmədən aralarına fitnə salmağa çalışırlar. Bu onlar üçün əhəmiyyətli fürsətdir. Halbuki səyləri hər zaman olduğu kimi uğursuzdur:

 

Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər... (Ali İmran surəsi, 111)

 

Yanlış axirət inancları və dünyanı axirətdən üstün tutmaları

 

Mömin üçün uğrunda cəhd ediləcək əsl hədəf axirət həyatıdır. Bu səbəbdən möminin dünyadakı bütün hazırlığı axirətdəki həyatını ən mükəmməl şəkildə qazanmaq üçündür. Qəti olaraq iman etmək, mövzu axirət olduğunda olduqca əhəmiyyət qazanır. İnsanların bir qismi, onları gözləyən qəti həqiqətdən, Quran ayələrindəki ətraflı izahlara və onların da şahid olduqları saysız dəlilə baxmayaraq, həmişə şübhə içində yaşayırlar. Bu şübhənin səbəbi, Quran ayələrindən oxuduqları axirət həqiqətini, dünya ehtirasları səbəbi ilə düşünmək istəməmələridir. Necə ki, axirətə qəti şəkildə inanan bir insan, axirətlə müqayisədə dünyanın, gözdə böyüdüləcək bir dəyərinin olmadığını anlamış və dünyanın aldadıcı bəzəklərindən üz çevirmişdir. Münafiqlər üçün isə, “dünya” ən qiymətli anlayışdır. Bu səbəblə, axirətə qarşı özlərini bilə-bilə korlaşdırırlar. Ayədə onların bu vəziyyətləri belə xəbər verilir: 

 

Həm də onların elmi axirəti qavrayıb dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar” (Nəml surəsi, 66)

 

Axirət haqqında şübhələri olmalarının ən böyük səbəbi, imanlarındakı zəiflik və nəfslərindəki dünya ehtirasıdır. Axirəti düşünmədikləri, daha doğrusu düşünmək istəmədikləri üçün onun yaxınlığını qavraya bilməzlər. Hesaba çəkilmək Quranda ”doğrusu onlar, hesaba çəkiləcəklərini ümid etmirdilər” (Nəbə surəsi, 27) ayəsində də bildirildiyi kimi özləri üçün heç gözləmədikləri bir vəziyyətdir. Nəfslərinə hakim olan müstağniyyət də bu əhəmiyyətli və zəruri mövzuda özünü göstərir.

 

Əlbəttə ki, bunun səbəbi, axirətin varlığını heç bir şəkildə bilməmələri deyil. Onlar sadəcə hesab gününü, axirəti və cəhənnəmi zehinlərində canlandırmaq istəmirlər. Bu böyük həqiqətləri düşünməyib, bu cür dünyanın bəzəyinə aldanarlar. Düşünməməklə də özlərini olduqca qazanclı görürlər. Lakin onlar özlərini qazancda saysalar da, əslində əbədi cənnəti itirirlər.

 

Dünya həyatına ehtirasla bağlıdırlar

 

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

 

Quranda Allahın insanlara bildirdiyinə görə, dünya yalnız müvəqqəti yurd olaraq yaradılmışdır. Əsl yurd axirət yurdudur; əsl həyat da orada yaşanacaq. Həmçinin bu gerçək həyat, 60-70 il kimi qısa müddətlə də məhdudlanmayacaq, insanlar sonsuz olaraq orada qalacaqlar.

 

Bu çox böyük həqiqətdir. Hər insanın bu həqiqəti mütləq göz önündə saxlaması və ölümdən sonra gedəcəyi əsl yurd üçün dünyada ikən hazırlıq etməsi əsas şərtdir. Ancaq insanların böyük əksəriyyəti bu həqiqətdən xəbərsizdir. Daha doğrusu bu hadisəni düşünməyə qarşı istəkləri yoxdur. Onlar dünya həyatını yaşamaq istəyərlər. Bunu zədələyəcək hər hansı bir fikrə yanaşmazlar. Axirətin varlığı isə dünyaya olan asıllılıqlarına zərbə vurur. Bunu qəbul etmək istəmədikləri üçün, bu düşüncədən mümkün qədər uzaq qalmağı seçərlər. Həyatları boyunca qaçmağa çalışdıqları həqiqi məlumatı “yox” qəbul edərlər. Öz ağıllarına görə etməli olduqlarını etməməyin yoludur bu.

 

Dünya həyatına bu qədər bağlanmış olmalarının səbəbi, ölümü düşünməmələridir. Bu səbəblə ölüm mövzusu açıldığında dərhal mövzunu bağlamağa çalışırlar. Çünki ölüm sahib olduqları hər şeyi, bədənlərini, mallarını, pullarını, gözəlliklərini, məqam və mövqelərini alıb aparacaqdır.

 

Halbuki nə qədər qaçsalar da ölüm çox böyük həqiqətdir. Hər insan Allahın diləməsiylə doğular, Onun təyin etdiyi qədər yaşayar və yenə Onun təyin etdiyi qədər, müəyyən müddət sonra ölər. Ağlı başında hər insan bunu açıq şüurla düşünməli və bu nöqtədə ona düşən məsuliyyəti yerinə yetirməlidir. Bu məsuliyyət qısa və müvəqqəti olan dünya həyatına bağlanmamaq və Allahın sərhədlərinə görə yaşamaqdır.

 

Ancaq qəlbləri qatılaşmış olan münafiqlərə həyat, olduqca rəngli və hərəkətli gəlir. Əslində bunun səbəbi (imtahanın gərəyi olaraq) dünya həyatının bəzəkli qılınması, inkarçıların da bu bəzəyə aldanmalarıdır. İman sahibi kəslər isə bu bər-bəzəyin aldadıcı olduğunu və dünya həyatının göz açıb bağlayana qədər sürətlə axıb gedəcəyini qavramışlar.

 

Münafiqlər bu həqiqətdən qaçırlar. Dünyaya bağlılıqları elə şiddətlidir ki, bunun üçün “çox yaxşı bildikləri halda” axirət gerçəyini görməzlikdən gələrlər. Halbuki Quranı oxuyan, hadisələrin əsl istiqamətlərini öyrənən bu kəslər, əlbəttə ki, dünyanın həqiqi üzünü də bilirlər. Buna baxmayaraq Quranda, ”onlar dünya həyatını axirətdən üstün tutur...” (İbrahim surəsi, 3) ayəsində də bildirildiyi kimi dünya həyatından vaz keçə bilmirlər.

 

Dünya sevgisi onları sanki sehrləmiş, həqiqətləri qavraya bilməz hala gətirmişdir. Bu səbəbdən münafiqlər heç ölməyəcəklərmiş kimi dünyəvi hesablar edərlər. Sonu gəlməyən planları vardır. Müsəlmanlara qarşı qurduqları məkrli planlar da, bu dünyəvi hesabların əhatəsindədir. Etmədikləri tək şey, öldükdən sonra yaşayacaqları sonsuz həyatları üçün səy göstərməkdir. Halbuki dünya həyatının bəzəyinə aldanaraq axirəti unutmaları onlara heç bir fayda verməz. Əksinə onları çox çətin, sıxıntılı, alçaldılma və əzablı qorxunc həyat gözləyir.

 

Ölüm, qiyamət, axirət, cənnət, cəhənnəm kimi son dərəcə əhəmiyyətli olan mövzuları düşünməmələrinin öz ağıllarına görə müəyyən səbəbləri vardır. Ancaq ən əsas səbəb müstağniyyətləridir. Həyat onlara heç bitməyəcək kimi uzun gəlir, axirətdə isə, əgər gedərlərsə ən gözəlinə layiq olacaqlarını düşünürlər. Kəhf surəsində xəbər verilən bağ sahiblərinin hekayəsi bu mövzuya nümunədir:

 

O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 35-36)

 

Onları din əxlaqını yaşamaqdan, sadəcə Allaha yönəlməkdən və Onun cənnətini qazanmaq üçün Onun istəklərinə görə həyat sürməkdən uzaqlaşdıran əsas səbəblər, istək və həvəsləri, yəni ehtiraslarıdır. Ancaq bütün ehtirasların ortaq xüsusiyyəti, insanı Uca Allahdan və Onun yolundan uzaqlaşdırmaqdır. Burada əhəmiyyətli nöqtə, dünyəvi ehtiraslarının onları tez ya da gec ortada buraxacağıdır. Ölüm gələndə, gözlərində böyütdükləri dəyərlərin heç biri onlara kömək edə bilməyəcək. Sayılanların hamısını dünyada buraxıb, tək-tənha şəkildə Allahın hüzuruna gedəcəklər.

 

Dünya həyatının müvəqqəti olduğunu anlamazlar

 

Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz? (Qəsas surəsi, 60)

 

Münafiqlər Quranı bilirlər. Quran ayələrindən dünyanın qısa aldanışdan ibarət olduğunu, əsl həyatın axirətdəki sonsuz həyat olduğunu, orada qazananın da, itirənin də olacağını və qazananlardan olmaq üçün Allahın kitabına görə yaşamalı olduqlarını bilirlər. Lakin bütün bunlara baxmayaraq, onlar dünyanı seçərlər.

 

Görəsən münafiqlər özləri üçün “qazanc” olacaq yoldan hansı səbəblə üz döndərirlər? Niyə sonu “atəş” olan bir yolu seçirlər? Münafiqlərin bu ruh halıyla əlaqədar sualların cavabı Quranda belə xəbər verilir:

 

Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. (Casiyə surəsi, 24)

 

Bu rəftarlarının bir səbəbi, özlərini axirətdən müstağni görmələridir. Yuxarıda bəhs etdiyimiz kimi varlığına tam olaraq iman gətirmədikləri axirətin, var olsa belə özləri üçün gözəl son olacağı zənni ilə hərəkət edirlər. Şübhəsiz bu onların ağılsızlığının əhəmiyyətli göstəricisidir. Bu səbəbdən qəlblərini dünyəvi ehtiraslara qapılmaqdan çəkindirə bilməzlər. Kənardan baxıldığında iman etmiş görünsələr də, qəlblərində həmişə dünyəvi mənfəətlər ilə bərabərdirlər. Bu səbəblə, gözlərini dünya sevgisi bürümüş, qəlblərini dünya ehtirası əhatə etmişdir. Dünya həyatının qısa və keçici olduğu həqiqəti münafiqlərə son dərəcə boş və mənasız gəlir. Ölümcül bir xəstəliyin bütün bədənə nüfuz etməsi kimi, dünyəvi ehtiraslar da onları sarmışdır.

 

Dünya gözəlliklərini yox edərlər

 

Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız... (Əhqaf surəsi, 20)

 

Yalnız dünya həyatına istiqamətli olaraq yaşamalarına baxmayaraq bu kəslər heç bir zaman xoşbəxt ola bilməz və dünyanın nemətlərindən tam olaraq faydalana bilməzlər. Dünyanın nemətlərini görüb təqdir edə bilmək üçün Allaha könüldən yönəlmək lazımdır. Özünə könüldən yönələn səmimi qullarına Allah, əzəmətlərinin, gözəlliklərinin, sağlamlıqlarının, ağıllarının, bərəkətlərinin və müvəffəqiyyətlərinin artması kimi bir çox nemətlə qarşılıq verir. Həqiqi ruh və fiziki gözəllik ancaq möminə məxsusdur. Möminin dünyaya istiqamətli gözləntisi yoxdur, amma buna baxmayaraq, dünyada da həmişə gözəlliklərlə təmasda olur.

 

Allahın ayələrini inkar edən, onlara qarşı gələn münafiqlər üçün isə, sayılan nemətlər getdikcə azalar və itər. Və bunu öz əlləriylə edərlər; fürsətləri varkən üz çevirmişlər, bir baxıma “istəyərək” üzərlərindəki nemətləri özlərindən uzaqlaşdırmışlar. Bütün mənfəətləri dünyaya istiqamətlidir. Halbuki dünyadakı hüzuru, dincliyi və nemətləri də Allahın verdiyinin fərqində deyildirlər. Gözləntiləri dünyadandır, amma Allah diləmədikcə dünyaya istiqamətli qazancları da olmayacaq. Gözəlliyə layiq olmayan bu kəslərə Allah, qəlbdən bağlı olduqları dünyada gözəllik verməyəcək.

 

Onlara verilmiş olan bəzi dünyəvi nemətlərə də öz zəif ağıllarına görə layiq olduqlarını düşünürlər. Bunlar özləri üçün üstünlük ünsürü halındadır. Halbuki onlara verilən dünyəvi dəyərlər tək məqsəd üçündür. Bir ayədə bu vəziyyət belə bildirilir:

 

Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. (Tövbə surəsi, 55)

 

Dünya həyatı heç də öz düşündükləri kimi rifah və rahatlıq mühiti deyil. Allahın dininə açıq şəkildə “döyüş açmış” olan bu insanlara yaşadıqları dünyada rahatlıq və dinclik də verməyəcək. Tək gözləntiləri dünyadır, burada çalışıb və səy sərf etməkdir, amma qazandıqları tamamilə boşa getmişdir. Bunu da Allah bizlərə, bu ayə vasitəsilə bildirər:

 

O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 104)

 

Din gününü unudarlar

 

Qiyamət günü, dünya tarixinin sona çatacağı dəhşətli gündür. Ayələrdə bildirildiyi kimi, Günəş sönəcək, ulduzlar töküləcək, dənizlər qaynayacaq, səma çatlayıb yarılacaq, bütün insanlar yatdıqları yerdən qaldırılacaq. Quranda, o günün qorxusu ilə uşaqların saçlarının ağaracağından, hamilə qadınların uşaqlarını düşürəcəyindən bəhs edilir. Qiyamət saatından sonra insanları din günü, yəni hesab günü gözləyir. Möminlər qiyamət gününün meydana gətirəcəyi dəhşətdən qorxarlar və din günündə hesaba çəkildiklərində alçalmamağı, hesablarını qısa müddətdə verib cənnətə girməyi ümid edərlər.

 

Münafiq də qiyamət gününün varlığını və xüsusiyyətlərini bilir. Çünki Quranı oxuyur. Quranda edilən təsvirlərlə o günün dəhşətli gün olacağı izah edilmişdir. Ancaq, münafiqin ən diqqətə çarpan xüsusiyyəti, olduqca açıq olan Quran ayələrinə və əldə etdiyi bu qədər məlumata baxmayaraq, axirətə hələ də şübhələnməsidir. Bu səbəbdən həyatını bu böyük doğruya görə planlamaz. Hətta unutmağa çalışdığı bu həqiqəti, bir an olsun “açıq şüurla” düşünməz belə.

 

Lakin onlar Qiyamət Saatını da yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq. (Furqan surəsi, 11)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • GİRİŞ
  • İNKARÇILARLA MÜNAFİQLƏRİN FƏRQİ
  • MÜNAFİQLƏR DİNSİZDİR?
  • MÜNAFİQLƏR ŞEYTANIN FİRQƏSİDİR
  • MÜNAFİQ NİYƏ İBADƏT EDƏR, NİYƏ MÖMİNLƏRLƏ BİLİKDƏ OLAR?
  • MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ
  • XARAKTERLƏRİ VƏ RUH HALLARI
  • QURAN-KƏRİMƏ QARŞI RƏFTARLARI
  • ALLAHIN DİNİNƏ BAXIŞ ASPEKTLƏRİ
  • ALLAHA VƏ MÖMİNLƏRƏ QARŞI MÜBARİZƏLƏRİ
  • MÜNAFİQLƏRİN MÜSTAĞNİYYƏTİ
  • MÜSTAĞNİYYƏT XƏSTƏLİYİNİN GƏTİRDİYİ ZƏRƏRLƏR
  • MÜNAFİQLƏR HEÇ BİR DÖVRDƏ PEYĞƏMBƏRLƏRƏ ÜSTÜN GƏLƏ BİLMƏMİŞLƏR
  • MÜNAFİQLƏRƏ QARŞI GÖSTƏRİLƏCƏK RƏFTAR
  • MÜNAFİQ ÜÇÜN TÖVBƏ MÜMKÜNDÜRMÜ?
  • MÜNAFİQLƏRİN AXİRƏTDƏKİ VƏZİYYƏTLƏRİ
  • MÜNAFİQLƏR CƏHƏNNƏMİN ƏN AŞAĞI TƏBƏQƏSİNDƏ OLACAQLAR
  • SON SÖZ
  • HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏKİ MÜNAFİQLƏR
  • HÖRMƏTLİ ADNAN OKTARIN MÜNAFİQLƏR HAQQINDAKI FİKİRLƏRİ
  • MEHDİ DÖVRÜNDƏKİ MÜNAFİQLƏR GƏLİB-KEÇMİŞ ƏN ŞİDDƏTLİ MÜNAFİQLƏRDƏNDİR