Çox insan “münafiq” sözünün mənasını tam olaraq bilməz. Bəziləri isə sözü xalq dilindəki şəkli ilə, yəni “ikiüzlü” ya da “yalançı” mənaları ilə bilir, lakin Qurandakı qarşılığından xəbərdar deyil. Bir az dini biliyi olanlar isə münafiqlərin, Peyğəmbərimiz (s) dövründə yaşamış inkarçı qrup olduğunu düşünürlər. Halbuki münafiqlər, Allahın Quranda yüzlərlə ayə ilə diqqət çəkdiyi və onlara qarşı son dərəcə təmkinli olunmasını xatırlatdığı qrupdur.
Və yenə Qurana baxıldığında anlaşılan, münafiqlərin az rast gəlinən qrup deyil, əksinə hər mömin birliyinin içində olan “təşkilatlı” qrup olduğudur. Allah, möminlər üçün təhlükə meydana gətirəcək bu birliyə tez-tez diqqət çəkmişdir; Quranda ən çox tərifi olan insan növlərindən biri münafiqlərdir.
Həyatının hamısını Allaha həsr etmiş, Quran əxlaqını təbliğ edən səmimi insanların arasında, “onlardanmış” kimi görünərək (bəzən illərlə) yaşayan bu insanlar, əslində “onlardan” deyildirlər və yalnızca özlərinə mənfəət təmin etməyə çalışırlar. Tarix boyunca bu hadisə, bütün mömin birliklərində görülmüşdür.
Bu kitabda münafiqlərin xüsusiyyətləri, Quranda təsvir edilən təfərrüatları ilə araşdırılmışdır.