Peyğəmbərlər, elçilər və müsəlman liderlər, hər dövrdə münafiqlərin həmişə ilk hədəfi olublar. Buna görə də münafiqlər hiyləgər oyunlarını ən çox bu insanlara yönəltmiş; Allah yolunda ən təsirli mübarizəni aparan bu mübarək şəxslər haqqında hər cür yalan və böhtanı ortaya atmağa çalışmışlar.
Peyğəmbərlərə dair “rahatlıqla böhtan ata bilmək və yalan söyləyə bilmək üçün” isə, “onlarla həmişə yalnız görüşmək və ətrafında heç şahid olmadan onlarla danışmaq” istəmişlər. Bunun səbəbi, Peyğəmbər (s.ə.v)-in yanından ayrıldıqdan sonra, “onun söyləmədiyi şeyləri, onun adından yalan olaraq ətrafa yaymaq və öz aləmlərində Peyğəmbər (s.ə.v)-i guya çətin vəziyyətə sala bilmək”dir. Onların yanında bir şahid olacağı təqdirdə isə, münafiqlərin etdikləri əxlaqsızlıqları və söylədikləri yalanları başqası da görüb eşidəcək və bu yolla münafiqlərin möminlərə böhtan atma ehtimalları aradan qalxacaq.
Məhz bu vəziyyəti bilən münafiqlər də, sırf bu səbəbdən ötrü, “həmişə müsəlmanların yalnız anlarının olmasını müşahidə edərlər”. Hətta olduqları mühit izdihamlı belə olsa, münafiqlər “əxlaqsızlıq edə bilmək üçün müsəlmanların oradan getmələrini və özlərini Peyğəmbər (s.ə.v) ilə tək qoymalarını” tələb edərlər. Məqsədləri, sərbəst şəkildə iyrənclik və şərəfsizlik edə bilmək üçün özlərinə şərait hazırlamaqdır.
Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in dövründə də münafiqlər bu məqsədlə Peyğəmbərimiz (s.ə.v) ilə tez-tez yalnız görüş tələb etmişlər. Lakin Peyğəmbərimiz (s.ə.v) onların bu məkrli niyyətlərini və şərəfsiz şəxsiyyətlərini bildiyi üçün, ətrafında həmişə saleh və səmimi müsəlmanlar olarkən münafiqlərlə danışmışdır.
Uca Rəbbimiz də münafiqlərin bu oyununa qarşı bir ayə nazil etmiş və “ey iman gətirənlər, Peyğəmbərə gizli bir şey söyləyəcəyiniz zaman, gizli söhbətinizdən əvvəl sədəqə verin...” (Mücadilə surəsi, 12) deyə buyurmuşdur.
Şübhəsiz ki, Allahın, Peyğəmbər (s.ə.v)-in yanına gəlib gizli danışmaq istəyən kəslər üçün, “sədəqə vermələrini” şərt qoymasında bir çox hikmət var. Çünki münafiqin ən qorxduğu şeylərdən biri də “pulunu vermək”dir. Çünki münafiq hiyləgərliklə mənfəət əldə edən insandır. Bunun tam əksinə, pul verərək mənfəət itkisinə düçar olduqda özünü xalq arasındakı deyimlə “saf” hesab edər. Peyğəmbər (s.ə.v)-in yanına əxlaqsızlıq etmək üçün gəlib, üstünə bir də pul verəcək olması, münafiqi çox qəzəbləndirər və bu heç xoşuna getməz. Dolayısilə də sırf pul verməmək üçün, əslində sanki yaşamaq məqsədi olan pislik və şeytani əməlini etməməyi qəbul edər. Necə ki, sırf bu səbəbdən ötrü, bu ayənin enməsindən sonra münafiqlər sədəqə verməmək üçün Peyğəmbərimiz (s.ə.v) ilə yalnız danışmaq tələblərindən imtina etmişlər.
Əlbəttə ki, xüsusən bir peyğəmbərin və ya hər hansı başqa müsəlmanın sözü, tək şahid olaraq belə, digər mömin üçün hər zaman etibarlıdır. Lakin yenə də fitnə yaranmasının qarşısının alınması üçün, “Allahın Quranda möminlərin münafiqlərlə danışarkən tədbir almalarına dair hökmü” çox hikmətlidir. Beləliklə münafiqlərin böhtan atma oyunlarının da qarşısı alınmış olar. Çünki münafiq bir mövzuda böhtan atsa da, o mühitdə olan digər möminlər əksəriyyət mövqeyində olacaq və onun böhtanları öz-özlüyündə etibarlılığını itirəcək.
Münafiq çox hiyləgərdir, aktyor kimidir. Hər cür şəxsiyyətsizliyi edə bilər və hər cür yalanı söyləyə bilər. Bu yalanlarını sonuna qədər davam etdirə bilmək üçün də hər cür iyrəncliyi etməkdən heç çəkinməz. Hər cür pis hərəkəti edər, ağlayar, bağırar, söz ilişdirər, sözü oyana-buyana döndərər. Çünki bu münafiqin sanki sənətidir.
Münafiqə, bütün bu yalanlarının aşkara çıxardılıb oyunlarının puç olması da təsir etməz. Ağlı olmadığı, beyni və ruhu isə tamamilə çirklənib şeytanlaşdığı, şüuru da qapandığı üçün, əxlaqsızlığına yenə davam edər.
Müsəlmanlar münafiqin yalanını müəyyən edib, “yalan söylədin” desələr, münafiq yeni bir yalanla dərhal bir oyuna daha başlayar. Dərhal yalan söyləmədiyinə dair “Allaha and içər”. Allah Tövbə surəsində münafiqlərin “yalan yerə and içməyi vərdiş halına gətirdiklərinə” diqqət çəkmiş və müsəlmanları münafiqlərin bu şeytani oyununa qarşı xəbərdar etmişdir:
Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. (Tövbə surəsi, 107)
Allaha yalan yerə and içilməsinin Allah dərgahındakı məsuliyyəti özünə xatırladılsa, münafiq bu dəfə də, “mənə inanmırsınız, böhtan atırsınız” deyə ağlamaya başlayar. Sanki bundan çox usanmış və zülmə məruz qalmış görünüşünə bürünər. Xüsusən də müsəlmanlar münafiqlə yalnız danışırlarsa, heç gözlənilməyən daha da böyük yalanlar uydurmağa və bunları digər möminlər arasında da yaymağa davam edər.
Münafiqin nəzərə çarpan digər xüsusiyyəti isə “yaddaşının çox güclü olması”dır. Lakin yaddaşında gözəllikləri, yaxşılıqları, özünə edilən fədakarlıqları deyil, həmişə xəyali pislikləri, çirkin əməlləri, xəyal məhsulu qəddarlıqları arxivləşdirər. Nəfsi ilə zidd düşən hər hansı hadisə ilə qarşılaşdığı zaman, dərhal beynindəki bu çirkli arxivdən böhtan ata bilmək üçün istifadə edə biləcəyi təfərrüatları seçər. Həmçinin sonra da şizofreniyalı zehnində meydana gətirdiyi xəyal məhsulu vəsaitləri ortaya tökərək böhtan atar. Hətta “yalanlarını tarix də göstərərək öz aləmində dəlilləşdirməyə və həqiqət kimi göstərməyə çalışar”. Məsələn, “sən mənə bu tarixdə bu məkanda danışarkən belə demişdin” deyər. Müsəlman “elə danışıq olmadığını” iddia etsə də, arsız və həyasız şəkildə müsəlmanların yaddaşı ilə öz aləmində lağ edər, yalanında israr edər. Həmçinin bu yolla da Peyğəmbərə və ya digər müsəlmanlara danışmaqda üstün gəldiyinə və onlara qalib gəldiyinə inanar (peyğəmbərləri və müsəlmanları tənzih edirik).
Allah Quranın bir çox ayəsində münafiqlərin bu “böhtançı, yalan yerə and içən, qışqır-bağır salan, şübhəçi, qorxu dolu, paranoyak xarakterini” ifşa etmişdir. Bu ayələr müsəlmanların ilk başda özlərini yetişdirmələri və münafiq əxlaqına bənzər rəftar göstərməkdən çəkinmələri, sonra da münafiqlərin pisliklərini müəyyən edib onların şərindən qorunmaları üçün böyük nemətdir.
Münafiqin ən nəzərə çarpan xüsusiyyətindən biri, “müsəlmanların qəlbinə şübhə və vəsvəsə verməyə çalışması”dır. Heç ağıllarında olmayan bir şeyi ağıllarına salmaq və onları heç bir əsası olmayan boş xülyalara qapdırmaq istəyər. Qısa danışıqda belə, qarşısındakı insana mütləq mənfi təlqinlər verər və onu şeytanın bu tələsinə sala bilmək üçün çalışar. Məqsədi müsəlmanların sevincini, hüzurunu yox etmək, sağlamlıqlarını korlamaq, mənəvi cəhətdən onlara zərər verə bilməkdir. Allah münafiqlərin bu şeytani və hiyləgər cəhətini Quranda belə ifadə etmişdir:
Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. (Nas surəsi, 4-5)
Allah bu ayə ilə, münafiqin bu hərəkətləri “hiyləgərcə” etdiyinə diqqət çəkmişdir. Həqiqətən də münafiq, bir müsəlmanın qəlbinə şübhə salmaq üçün hiyləgər səy göstərər və əvvəlcə bu istiqamətdə incə plan qurar. Başqalarına hiss etdirmədən gizlincə ona yaxınlaşar və olduqca normal danışırmış təəssüratı verərək, cümlələrin arasına hiyləgərcə gizlətdiyi mənfi təlqinlərinə başlayar. Məsələn, bir müsəlmana kompliment deyirmiş kimi edər, lakin əslində öz aləmində qarşısındakı insanın bir çatışmazlığını vurğulayaraq öz aləmində onun əhvali-ruhiyyəsini korlamaq, onu alçaltmaq və xəcalətli etmək istəyir. Məsələn, boyunun uzun olmasının nə qədər gözəl xüsusiyyət olduğunu söyləyirmiş kimi edərkən, əslində etdiyi bənzətmə ilə bunun nə qədər qəribə və anormal göründüyün eyham etməyə çalışar. Beləliklə o insana şübhə verərək narahat etmək istəyər. Hiyləgərcə araya qatdığı bir neçə söz, bir neçə bənzətmə və ya üzünə verdiyi lağlağı məna ilə, istədiyi şübhəni qarşısındakı insanın qəlbinə asanlıqla verə biləcəyini zənn edər.
Münafiq eyni taktikasından müsəlmanlara, “Allah, Quran, peyğəmbərlər və müsəlmanlar haqqında şübhə verə bilmək” üçün də istifadə edər. İslama uyğun üslubun arasına qatdığı “münafiq xarakterli məntiqlərlə, küfri nümunələrlə, müsəlmanlara vəsvəsə vermək və imanlarını zəiflətmək istəyər”. Allahın ədalətindən, taledən, Allahın gələcəkdə müsəlmanlara vəd etdiyi müjdələrdən, axirətin həqiqiliyindən, Quranda bildirilən haram və halallardan, hökmlərdən və müsəlmanların rəftarlarından həmişə şübhə duymalarını istəyər. Lakin bütün bunları heç vaxt açıqca sorğu-sual edərək və ya açıqca mənfi şərhlər verərək etməz. Yanlış məntiqlərini və küfri inanclarını, şeytani zəkası ilə, hiyləgər üsullardan istifadə edərək incə-incə insanların beyinlərinə yeritməyə çalışar.
Lakin münafiq, müsəlmanların Allaha olan imanlarının, sevgilərinin, güvən və bağlılıqlarının nə qədər güclü olduğundan xəbərsizdir. Allaha, Qurana və hökmlərinə, taleyə, axirətə, Allahın sonsuz gözəl əxlaqına qeydsiz-şərtsiz təvəkküllə iman gətirdiklərini anlaya bilməmişdir. Dolayısilə müsəlmanların bu möhkəm şəxsiyyətlərinin bir neçə münafiq xarakterli üslubla sarsılmayacağını da görə bilməz. Münafiqin bütün bu hiyləgər taktikaları, incə-incə fitnə fücur üçün səy göstərməsi, qəlblərə vəsvəsə və şübhə verəcək danışıqlar etməsi, müsəlmanların, bu insanın xəstə ruhlu, şeytanın nəzarəti altına daxil olmuş, imanı zəif və münafiq xarakterli insan olduğunu anlamalarına vəsilə olar. Onun bu hiyləgər cəhətini və şeytani xarakterini görmüş olmaq, müsəlmanlar üçün rəhmətdir.
Münafiqin başqa xüsusiyyəti də “müsəlmanların qəlbinə qorxu salmağa çalışması”dır. Münafiqlər, “iman gətirənləri narahat etmək və öz aləmlərində onları narahat etmək üçün”, həmişə küfr əhlindən dırnaqarası “fəlakət xəbərləri” gətirərlər. Küfr əhlinin meydana gətirdiyi izdiham və əllərində olan güclə “müsəlmanları qorxutmaq, narahat etmək, əhvali-ruhiyyələrini korlamaq və ruhdan salmaq istəyərlər”. Müsəlmanlara, inkarçıların özlərindən daha güclü olduğunu təlqin edər; çox yaxın gələcəkdə müsəlmanların əleyhinə pis hadisələr yaşanacağını iddia edərlər. Küfr əhlinin müsəlmanlar əleyhinə cəhdlərini, “Eyvah!”, “Bittik!”, “Məhv oldum!” kimi qorxu dolu, təvəkkülsüz və şeytani üslublarla gündəm mövzusu edib müsəlmanları narahat etməyə çalışarlar. Həmçinin bütün bunları, sanki özləri də iman sahibi müsəlmanmış kimi üslubla danışaraq; lakin eyni zamanda da bu danışıqlarının içinə, bu şeytani ünsürləri hiyləgərcə gizlədərək edərlər.
Necə ki, münafiqlərin şeytani təlqinləri müsəlmanlara qətiyyən təsir etməz. Taleyə iman gətirdikləri və taleyin yaradıcısı olan Rəbbimizə bütün qəlbləri ilə təslim olduqları üçün Allahdan başqa heç nədən qorxmazlar. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun !” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər . O nə gözəl Qoruyandır!” – dedilər. (Ali İmran surəsi, 173)
Ətrafındakı insanlara göstəriş edə bilmək münafiq üçün çox mühüm məsələdir. Çünki münafiq təkcə bu dünya üçün yaşayar. Həmçinin özü kimi dünyaya bağlanmış insanlar arasında “göstəriş etmək”, “çox dəyərli hesab edilən” və “insanlara hörmət göstərməkdə ən təsirli qəbul edilən” üsullardır. Dolayısilə küfr əhlinə özünü bəyəndirmək narahatlığı ilə yaşayan münafiqin də, mütləq tətbiq etməsinin lazım olduğuna inandığı davranışdır. Allah Quranda, “insanlara göstəriş etməyin” münafiqlərin mühüm xüsusiyyəti olduğunu belə xəbər vermişdir:
Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar , özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)
Başqa ayədə isə Allah; “lakin o, yalanlamış və üz döndərmişdi. Sonra lovğalanaraq yaxınlarının yanına getmişdi” (Qiyamət surəsi, 33) sözləri ilə, “ehtişamı imanda, Allah sevgisində deyil, küfr əhlinin əhəmiyyət verdiyi dəyərlərdə axtaran” bu cür insanların əxlaqına diqqət çəkmişdir.
Münafiqin axirətə inancı ya çox zəifdir, ya da heç yoxdur. Dolayısilə də onun üçün yaşayacağına inandığı və əhəmiyyət verdiyi tək həyat vardır, bu da “dünya həyatı”dır. Özü kimi, yalnız dünya həyatının mövcud olduğuna inanan inkarçı insanlar, necə bu həyata şəhvətlə sarılıblarsa, məhz münafiq də eyni “hərislik və şəhvətlə həyata sarılmışdır”. Həmçinin dünya həyatına dair hər mövzuda özünə yolgöstərici olaraq da, küfrdəki, özü ilə eyni fikirdə olan insanları qəbul edər.
Müsəlmanlar dünya həyatındakı nemətləri Allahın özlərinə olan lütfü kimi görər və şükür edərlər. Allahın halal buyurduğu hər nemət, müsəlmanlara sevinc bəxş edər. Bu nemətlərlə dünyanı cənnət kimi gözəl mühitə döndərmək və dünya şəraitində ola biləcək ən gözəl həyatı yaşamaq üçün səy göstərərlər. Lakin “müsəlmanların fərqi, bunu heç vaxt həyatın əsil məqsədi halına gətirməmələri, hərislik etməmələri və bu nemətləri özlərinə verən Rəbbimizə şükür etməyi unutmamaları”dır. Nemətlər, gözəlliklər olduqda nə qədər gözəl əxlaq göstərirlərsə, bunlar olmadıqda, sıxıntı və çətinliklər olduqda da eyni şükür edən əxlaqı göstərmələridir. Həmçinin nemət sahibi olmaq və ya olmamaq onlar üçün üstünlük yaxud əskiklik meyarı deyil. Allah dərgahında əsil üstünlük iman, təqva və gözəl əxlaqladır. Bu həqiqəti bilən müsəlmanlar da nə rəftarları, nə də dilləri ilə sahib olduqlarından və ya olmadıqlarından ötrü fərqli rəftar göstərərlər.
Küfr əhlindəki insanlar və münafiqlər isə, dünya həyatının nemətlərini əldə edə bilməyi həyatlarının əsas məqsədi kimi görüb bunlardan ən yüksək səviyyədə istifadə edə bilməyi hərisliyə döndərərlər. Məqsədlərinə nail olub bu imkanları əldə etdikləri zaman isə, bunu başqalarına böyüklük, önə keçmək, onları əzib özlərini ucalda bilmək üçün mühüm fürsət olaraq qiymətləndirərlər.
Həqiqətən də özləri ilə eyni küfri baxış prizmasına sahib insanlar arasında bu rəftarları açıqca qəbul edilər. Aralarında “səssiz şeytani dil” vardır. Eyni imkanlara sahib olmayan insanlar, onların sahib olduqları maddi-mənəvi gücü gördükləri zaman böyük “əziklik hissinə qapılarlar”. Daha artığına sahib olanlar isə onları “kiçik hesab edərlər”. Eyni şərtlərdə olanlar isə həmişə “rəqabət” içərisində bir-birlərinə qarşı üstünlük əldə etməyə çalışarlar.
Məhz ağılları küfr əhlində qalan münafiqlər, bu yanlış və cahil əxlaqlarını müsəlmanlar arasında da davam etdirməyə çalışarlar. Bu cahil meyarların müsəlmanlara qətiyyən təsir edə bilməyəcəyini düşünə bilməzlər. Buna görə də küfr əhlindəki insanlara çox təsir edəcək danışıq və rəftarları ilə, müsəlmanlar arasında özlərini ucaldıb üstün mövqeyə gətirə biləcəklərini zənn edərlər. Halbuki müsəlmanlar üzərində gözlədiklərinin tam əksi bir təsir meydana gələr. Çünki müsəlmanlara bu cür küfri dəyərlər deyil, bir insanın təqvası, səmimi imanı, dərin ağlı, gözəl əxlaqı, dürüst sevgisi təsir edər və bir insana təkcə bunlardan ötrü hörmət edərlər. Küfri dəyərlərə əhəmiyyət verən, bunlarla göstəriş etməyə çalışan birini gördükləri zaman da, tam əksinə bu insanın qiymətli insan olmadığı qənaətinə gələrlər.
Lakin bu həqiqətləri düşünməyən münafiq, mümkün olan hər fürsətdə, özünü ucaldacağını düşündüyü şeyləri gündəmə gətirərək ətrafındakı müsəlmanlara göstəriş etməyə çalışar. Yemək yeyilən mühitdədirlərsə, “xarici bir ölkədə, çox tanınmış bir kafedə necə məxsusi yemək yediyindən” danışar. Geyim-keçimdən bəhs edilirsə, “hansı məşhur stilisti yaxından tanıdığını və xüsusi kolleksiyalarını nə qədər ətraflı bildiyini” dilə gətirər. Televiziyada xarici bir şəhərin görünüşünü seyr edərkən, “özünün bu ölkədə olarkən nələr etdiyindən” danışmağa başlayar. Bunlar kimi söhbət açılan demək olar ki, hər mövzuda, “heç kimin getmədiyi yerlərə gedib, heç kimin yemədiyi yeməkləri yediyini, heç kimin yaşamadığı qədər lüks həyat yaşayıb, heç kimin tanış ola bilmədiyi insanlarla dostluq münasibəti olduğunu” vurğulayar. Bunlardan bəhs edərkən mümkün qədər “bəzəkli, yad və ziyalı sözlərdən”, “xarici dildəki vurğularıyla” istifadə etməyə diqqət yetirər.
Lakin bütün bunlardan bəhs edərkən münafiqin diqqətçəkən çox mühüm cəhəti daha var: Münafiq “üzündə heç qızarma ifadəsi olmadan, heç utanıb sıxılmadan çox rahat yalan söyləyə və çox səlis hekayələr yaza bilər”. Çox vaxt söylədiyi hekayələrin heç bir həqiqəti olmaz. Bəzən də əlaqəsiz bir mövzudan, tam əksi olan tam fərqli şeylə dəyişdirərək bəhs edər. Məsələn, “bütün dünyanı gəzdiyini; ABŞ-da, İngiltərədə, Fransada çox lüks həyat yaşadığı, hansı restoranda hansı yeməkləri yediyi, haralarda gəzdiyindən” bəhs edib göstəriş etməyə çalışar. Halbuki əslində, getdiyi hər yerdə alçaldılmış, günlərini ən çətin şərtlər altında özünə pul, yemək və qalacaq yer tapmağa çalışaraq keçirmişdir. Lakin məhz şeytani qabiliyyəti sayəsində, bütün bunları xəyali təfərrüatlar və axmaq yalanlarla dəyişdirərək, sanki göstəriş edə biləcəyi ehtişamlı hadisələrmiş kimi izah edər.
Münafiqin bu ehtişam və göstəriş marağı, olduqca kəskin ağla sahib olan müsəlmanların, əlbəttə, diqqətini çəkər. Müsəlman olması, Allah qorxusu, gözəl əxlaqı, imanı ilə deyil, küfr əhlinin əhəmiyyət verdiyi, lakin əslində üstünlük baxımından heç bir əhəmiyyəti olmayan təfərrüatlarla ehtişam qazanmağa çalışması, münafiqin küfr əhlinə olan meylliyini və heyranlığını açıqca göstərər. Bunun nəticəsində də müsəlmanlar, aralarında yaşayan, lakin küfr əhlini unuda bilməmiş bu insanlardakı əxlaq və rəftar pozuntularını görmüş olarlar.
Münafiq müsəlmanlarla birlikdə yaşamasına baxmayaraq, daxilən küfr əhlinə qarşı böyük heyranlıq duyar. Buna görə də onların həyatında olan hər şeyə qarşı içində böyük həsrət var. Küfr əhli arasında “hər nə dəb olsa, nə cür bir cərəyan ortaya çıxsa”, münafiq də dərhal bunlara qibtə edər. Onlar haralara gedir, haralarda gəzirsə, evlərini necə dekorasiya edir, kimlərlə görüşür, hansı əcnəbi şəxslərlə əlaqə qurur, hansı kitabları alır, hansı televiziya proqramlarını, hansı xarici serialları seyr edirlərsə, hansı mahnıları dinləyir, hansı ədabaz üslubu işlədir, nə cür paltarlar geyinir, hansı yeməkləri yeyirlərsə, hansı qəzetləri oxuyur, hansı internet saytları ilə maraqlanırlarsa, münafiq də bunları tək-tək izləyib öyrənib, eynisini tətbiq etməyə çalışar.
İnstagram, facebook, twitter və bunlar kimi ən tanınan və ən çox istifadə edilən sosial paylaşma saytlarında bu insanlar nə cür şeylər paylaşırlarsa, o da eynisini təqlid edər. Məsələn, “selfi” dəbi yaranıbsa, o da onların verdiyi pozlara baxıb eyni qaydada fotoşəkil çəkib yükləyər. Onlar “məşhur restoranda yedikləri yemək boşqabının fotoşəklini” paylaşırlarsa, münafiq də dərhal buna qibtə edib eyni məkana gedib orada olduğunu göstərən “bir pozada fotoşəkil çəkib” dərhal səhifəsinə əlavə edər. Məsələn, onlar “qızardılmış keçi dili” sifariş verirlərsə, münafiq onlardan da üstün görünə bilmək üçün “mən də yapon üsulu ilə bişirilmiş keçi dili yedim” deyər. Məqsədi isə, əlbəttə ki, ləzzətli olduğu üçün o yeməyi yemək deyildir, təkcə o insanların diqqətini çəkə bilmək və onlar kimi görünə bilmək istəyər.
Əlbəttə ki, insanlar “həyatlarını istədikləri kimi yönləndirmə məsələsində sərbəstdirlər”. Arzuladıqları hər yerə gedə bilmək, hər cür yeməyi yeyə bilmək, hər cür fotoşəkili çəkdirə bilmək və bunlar kimi həyatlarına dair müxtəlif xatirələri və təfərrüatları insanlarla paylaşa bilmək haqqına da sahibdirlər. Lakin münafiqin bütün bu hərəkətləri ilə etmək istədiyi, küfr əhlindəki insanlardan çox fərqlidir.
Münafiq üçün “nəyin gözəl və ya nəyin doğru olduğu” əhəmiyyətli deyil. Bir şeyi təkcə “əksəriyyətin tətbiq etməsi” və bunun “küfr əhlində göstərişli olaraq qəbul edilməsi” onun üçün kifayətdir. Bundan savayı öz ağlından, vicdanından, zövq, incəsənət və estetika anlayışından istifadə edərək qiymətləndirmə etməz. Dolayısilə həyata dair seçimləri və ya sosial mediadakı bu cür paylaşımları öz həqiqi bəyənmələrini, zövqlərini və fikirlərini əks etdirməz. O bunları təkcə “hər kəs elə etdiyi üçün edər”. Məqsədi “küfrdə gözünə girmək istədiyi insanların diqqətlərini çəkə bilmək”dir. Küfr əhlindəki insanların dinlədikləri bir musiqi, seçdikləri bir paltar və ya evlərini dekorasiya etməkdə istifadə etdikləri bir mebel həqiqətən gözəl ola bilər. Lakin münafiq onları təqlid edərkən, o musiqini həqiqətən xoşladığı üçün dinləməz. Yaxud onların istifadə etdiyi mebelin eynisini səmimi şəkildə bəyəndiyi üçün satın almaz. Bunları təkcə, küfr əhlində “göstərişli” kimi qəbul edilən bu insanların gözündə “etibarlı biri ola bilmək üçün” seçər. Necə ki, eyni yanlış baxış prizmasından ötrü, çox vaxt da olduqca zövqsüz, mənasız, qəmləndirici hətta ürküdücü bir musiqisi və ya bir əşyanı da, sırf küfr əhlində heyranlıq duyduğu insanlar xoşladığı üçün, o da heç düşünmədən seçər.
Bu məqsədlə, qibtə etdiyi insanların hər davranışını və hər seçimini incə-incə müşahidə edər. Məsələn, bu kəslər “hansı yazıçıları, siyasətçiləri və qabaqcıl ideoloqları əhəmiyyətli və hörmətli hesab edirlərsə”, münafiq bu kəslərin internet səhifələrindən dərhal bu adları müəyyənləşdirər. Sonra da tək-tək hər birini “internetdəki sosial media hesabları üzərindən izləməyə” başlayar. Əslində bu kəslərin nə fikirləri, nə kimlikləri, nə də etdikləri ilə maraqlanar. Təkcə qibtə etdiyi insanlara bənzəyə bilmək üçün, onların əhəmiyyətli hesab etdiyi insanları, o da əhəmiyyətli hesab edirmiş kimi görünmək istəyər. Beləliklə küfr əhlindən başqa insanlar da onun internetdəki sosial paylaşma səhifələrinə baxdıqları zaman, “bu siyasətçiləri, bu yazıçıları izlədiyinə görə, deməli, bu insan olduqca hərtərəfli, bilikli, mədəni, müasir, intellektual, uzaqgörən biridir” deyəcəklər və o da verdiyi bu imiclə öz aləmində “etiket” qazanmış olacaq.
Onsuz da münafiqin imtina edə bilmədiyi bir xüsusiyyəti də, həyatını bu “etiketlər” və “desinlər” məntiqi üzərində qurmuş olmasıdır. Onun üçün insanların “nə dediyi” həyatındakı ən mühüm məsələlərdən biridir. Heç tanımadığı, əhəmiyyət vermədiyi, dəyər vermədiyi insanların belə özü barədə nə dediyi onun üçün çox əhəmiyyətlidir. Həyatı boyu bir dəfə belə üzünü görməyəcəyi, adını belə eşitməyəcəyi insanlar, onun internet səhifələrinə daxil olduqda, “görəsən onlarda necə təəssürat yaranar?”; münafiq bunu belə incə-incə düşünər. Özünü heç vaxt dindar və təqvalı müsəlman kimi tanıtmaq istəməz. Əksinə səhifəsinə baxan hər kəsin “küfr əhlinə qapı açdığını, onlara simpatiya ilə baxdığını, Quran hökmlərinə diqqətcil olmadığını, müsəlmanlarla eyni fikir və idealları bölüşmədiyini, İslam əxlaqının yayılması ilə maraqlanmadığını” anlaya biləcəyi kimi imic verməyə çalışar. “Boş mövzularla maraqlandığını, küfr əhlinə heyranlıq duyduğunu və hətta açıqca onlardan biri kimi olduğunu” hiss etdirməyə çalışar. Küfr əhlinə olan heyranlığını bu qədər açıqca ifadə edərək, eyni zamanda da küfrə gizlincə bir mesaj vermək istəyər.
Münafiq sosial mediadakı paylaşımlarında olduğu kimi, olduğu mühitlərdəki söhbətlərində də inkarçı dostlarında görüb qibtə etdiyi hər təfərrüatı tək-tək gündəmə gətirməyə çalışar. “Mən bu kitabları oxuyaram, bu yerlərdə gəzərəm, bu insanlarla səmimiyəm, ölkə xaricində bu insanlarla görüşərəm, bu jurnalları oxuyaram, bu yeməkləri yeyərəm” kimi ifadələri ilə də, küfr əhlinə qarşı duyduğu ozentisiniz dilə gətirib insanların diqqətlərini çəkmək istəyər. Əslində isə çox vaxt söylədiklərinin demək olar ki, heç biri doğru deyil. Nə bəhs etdiyi o yemək mədəniyyətindən anlayır, nə tanıdığını söylədiyi o insanlardan, nə də onların müdafiə etdiyi fikirlərdən xəbərdardır. Bəlkə də tək-tək saydığı o ölkələrin, şəhərlərin, restoranların, küçələrin heç birini həyatı boyu bircə dəfə belə görməmişdir. Bunları təkcə küfr əhlinə çox qibtə etdiyi və onlardan biri kimi görünməyə çalışdığı üçün dilə gətirər.
Bu qibtə ruhu, münafiqin eyni zamanda necə “alçaqlıq kompleksi və əziklik” içərisində olduğunu da açıqca göstərir. İnsanlar arasında dəyər qazana bilmək üçün, mütləq onlara yaltaqlanması və özünü onlara bəyəndirməsinin lazım olduğuna inanar. Halbuki, küfr əhlinin təqdiri əvəzinə Allahın rizasını əhəmiyyətli hesab etmiş olsa, Allah onu həm dünyada, həm də axirətdə qiymətli edər və bütün insanlara da sevdirərdi. Lakin münafiq seçimini küfr əhlindən yana etmişdir, bundan ötrü dünyada da, axirətdə də sonu həmişə alçalmaq olacaq.
Bəzən də münafiq, yenə küfr əhlinin diqqətini çəkə bilmək və onların gözündə yaxşı yerə gələ bilmək üçün, onların əhəmiyyət verdiyini bildiyi xarici ölkələrə gedib gəzər. Beləliklə gələcəkdə öz aləmində, demək olar ki, hər fürsətdə “mən bu xarici ölkələrə getdim, bu yerlərdə gəzdim, bu insanlarla tanış oldum, bu əhəmiyyətli vəzifələrə gəldim” kimi sözlərlə göstəriş edə biləcək. Allah Quranın; “...onların şəhərlərdə gəzib dolanmaları səni aldatmasın” (Mümin surəsi, 4) ayəsi ilə, münafiqlərin bu qibtə ruhundan ötrü, göstəriş və lovğalanmaq üçün şəhərbəşəhər gəzmələrinə işarə etmiş və “səni aldatmasın” sözləri ilə də, bunun “qibtə ediləcək vəziyyət olmadığını” xatırlatmışdır.
Başqa ayədə isə Allah; “inkarçıların ölkəbəölkə dolanıb gəzmələri səni aldatmasın” (Ali İmran surəsi, 196) sözləri ilə yenə münafiqlərin “dünyanı gəzib dolanmaq” səylərinin, onlara qazanc təmin etmədiyinə diqqət çəkmişdir. Lakin münafiq bunu özü üçün çox böyük qazanc zənn edər. Özü küfr əhlinin bu cür imkanlarına böyük heyranlıq və qibtə hissi ilə yaxınlaşdığı üçün, müsəlmanların da, “dünyanın bir çox yerini gəzib dolaşmış olmasından ötrü, onu çox böyük görəcəklərini və ona qibtə edəcəklərini” zənn edər.
Buna görə də, münafiq küfr əhlinə yaltaqlanmaq üçün yaşadığı bu qibtə ruhundan, müsəlmanlar arasında da “lovğalanmaq” üçün istifadə edər. “Mən Nyu Yorka getdim, bu məşhur küçədəki bu məşhur kafedə bu xüsusi yeməkdən yedim. Sən də gedib gördünmü bunları?” kimi sözlər deyər. Bu yolla öz aləmində müsəlmanları bəyənmədiyini vurğulayar və özünü də ucaltdığını zənn edər. Halbuki bir yerləri gəzib görmüş olmaq üstünlük mövzusu deyil. Müsəlman da dünyanın hər tərəfinə gedib gəzə bilər, küfr əhlindən biri də. Onsuz da hər insanı gəzdirən təkcə Allahdır. Üstünlük təkcə insanın Allaha olan sevgisi, imanı və Quran əxlaqını dəqiqliklə tətbiq etməsi ilə ola bilər. Lakin meyarları Qurana görə deyil, küfri dəyərlərə əsaslanan münafiq bu həqiqətdən xəbərsizdir.
Həmçinin, əlbəttə ki, dünyanın gözəl yerlərini gəzmək xoş nemətdir. Bir müsəlman da gözəl olan hər şeyi sevər və bəyənər, imkan olanda dünyadakı nemətlərdən istifadə etmək istəyər. Lakin müsəlmanlar, “vaxtlarını öz əyləncələri, yoxsa dünyadakı zülm və çətinliklərin bitməsinə mi ayırmalı olduqları” məsələsində bir seçim etmələri lazım gəlsə, əlbəttə ki, heç vaxt yalnız öz kefləri üçün, boş gəzməyə vaxt ayırmağı seçməzlər. Mütləq vicdanlarından istifadə edib möhtac insanlara kömək etməkdən yana rəftar alarlar. Məhz münafiq də bunu bildiyindən, öz aləmində, “müsəlmanların vaxt ayıra bilmədiyi bir şeyi özünün edə bildiyini” vurğulayaraq, müsəlmanlar arasındakı zəif imanlı kəslərə mənfi təsir edib yanına çəkə bilməyi qarşısına məqsəd qoyar. Eyni zamanda da, o zəif ağlı ilə müsəlmanlara “siz gəzə bilmirsiniz, lakin baxın mən dünyanın hər tərəfini gəzirəm” deyərək onlara göstəriş edə biləcəyini zənn edər. Sırf bunun üçün gedib dünyanın bir ucundakı bir yerdə “xatirə fotoşəkili” çəkdirib gələr ki, bununla öz aləmində həm müsəlmanlar, həm də küfr əhlindəki tərəfdarları önündə lovğalanıb etibar qazana bilsin. Lakin heç vaxt gəzməyə ayırdığı vaxtı, Allahdan bəhs etməyə, Quran oxumağa, gözəl əxlaqı təbliğ etməyə ayırmaz.
Keçmiş dövrlərdə də bu münafiq əxlaqı, bütün təfərrüatları ilə bənzər şəkildə ortaya çıxırdı. Münafiqlər yenə, “ölkə bəölkə, şəhərbəşəhər gəzmələri ilə” həm küfr əhlinə, həm tərəfdarlarına, həm də müsəlmanlara göstəriş etməyə çalışırdılar. “Mən Fəzzana qədər getdim, o yerləri çox yaxşı bilərəm, həmişə gəzib gördüyüm yerlərdir” kimi sözlər işlədərək öz aləmlərində etibar qazanmağa çalışırdılar. Hətta bəziləri bu vəziyyətləri ilə öyünə bilmək üçün xatirələrindən bəhs edən kitablar belə yazırdılar.
İslama xidmət etməyi, əzab və çətinlik çəkən insanları zülmdən xilas edəcək işlər görməyi, Quran əxlaqını insanlara öyrətməyə vaxt ayırmamağı öz aləmlərində “sayıqlıq” hesab edən münafiqlər, avara-avara gəzmələri ilə öyünər və buna sevinərlər. Müsəlmanları, öz deyimləri ilə “saf”, özlərini isə “çox ağıllı” hesab edərlər (müsəlmanları tənzih edirik). Halbuki müsəlmanların nə qədər xeyir, münafiqin isə nə qədər böyük zərər qazandığını Allah ona qısa müddət sonra göstərəcək. Münafiq nə qədər səy göstərsə də, əldə etməyə çalışdığı küfri etibarı və ehtişamı nə vaxtsa mütləq bitəcək. Allah Quranda bunun onlar üçün yalnız “az faydalanma” olduğunu və sonunda qarşılaşacaqları yerin mütləq “cəhənnəm” olduğunu bildirmişdir:
Bu , az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır ! (Ali İmran surəsi, 197)
Adnan Oktar: “Allah; “onların şəhərlərdə gəzib dolanmaları səni aldatmasın” deyir. Münafiqlər bununla göstəriş edərlər. Məsələn, “bu yerə getdim, Nyu Yorkda balqabaq yedim”, “Portuqaliyada xiyar yedim”. Nə fərqi var, yəni ananın evində də onu yeyirsən, orada da eynisini yeyirsən. Özləri belə şeylərə əhəmiyyət verdikləri üçün, insanların da çox əhəmiyyət verəcəyini zənn edərlər. Halbuki mömin Allaha olan yaxınlığı ilə öyünər, imanı ilə, İslamla, Quranla öyünər. Onlar da belə boş işlərlə göstəriş etməyə çalışırlar”. (A9 TV, 10 fevral 2016)
Münafiqlər də, bütün yaradılanlar kimi Allahın nəzarəti altında olan aciz varlıqlardır. Allah istəsə, “münafiq” adlı varlıq yaratmaz və müsəlmanlar içərisində belə fitnə ünsürü də olmazdı. Lakin sonsuz ağlın sahibi olan Allah, bir çox xeyir və hikmətlə münafiqləri yaratmış və onlara “şeytani zəka” vermişdir. Münafiqlərin bu şeytani zəkaları, “müsəlmanların Qurani ağlı” qarşısında həmişə məğlub olmağa məhkumdur. Bu münafiq zəkası, onlara təkcə kiçik və hiyləgər oyunlar oynamaqda və ya küfr əhlinə özlərini bəyəndirəcək xüsusiyyətlər qazandırmaqda kömək edər. Məhz münafiqin sahib olduğu bu zəkadan istifadə etdiyi sahələrdən biri də “küfr əhlinin gözünə girə biləcəyi şəkildə özünü yetişdirməsi”dir.
Hər kəsin çox yaxşı bildiyi kimi, cahil mədəniyyətdəki insanların ən çox əhəmiyyət verdikləri, bir insanın “təhsili, karyerası, məqamı, ümumi biliyi, biliyi, müasirliyi, danışdığı xarici dillər, oxuduğu kitablar, məlumat sahibi olduğu fikir cərəyanları, gəzib gördüyü yerlər” kimi mövzulardır. Məhz küfr əhlinə özünü bəyəndirə bilmək arzusundakı münafiq də, bu meyarların heç birini nəzərdən qaçırmamağa çalışar. Müsəlmanlar arasında əldə etdiyi imkanlarla, özünü bu istiqamətlərdə mümkün qədər yetişdirməyə və “küfr əhlinin ideal insan modelinə” uyğun hala gətirməyə çalışar. Buna görə də “ümumi biliyini” artırmağa böyük diqqət göstərər.
İnkarçılar arasında işinə yarayacağını və onlar arasında özünə etibar qazandıracağını düşündüyü hər cür məlumatı, ümumi biliyi öyrənməyə çalışar. Həyatı boyu bəlkə də heç vaxt işinə yaramayacaq məlumatlarla dolu kitabları bir-birinin ardınca oxuyar. Müsəlmanların imkanlarından da istifadə edərək, həm internet, həm televiziya, həm də kitabların köməyi ilə mütəmadi surətdə məlumatını artırmağa çalışar.
Əlbəttə ki, bir insanın ümumi biliyini artırması, demək olar ki, hər mövzuda məlumat sahibi olması gözəl şeydir. Müsəlmanlar da ümumi bilikləri ilə diqqətçəkən insanlardır. Lakin onlar öyrəndikləri bütün məlumat və təcrübədən bəşəriyyətin xeyri üçün; yaxşı, gözəl və doğru olan məlumatların gün üzünə çıxması üçün istifadə edərlər. Münafiq isə bütün bunları heç bir yerdə istifadə etmək üçün deyil, təkcə “küfr əhlinə qarşı lovğalana bilmək, öz aləmində yaxşı xal ala bilmək” üçün öyrənər. Onsuz da öyrəndikləri də əsasən “şumerlərdə keçilər nə yeyərdi?”, “Afrika antilopları hansı otu sevir?”, “qırmızıdərililər hansı çayı içərdi?” kimi heç bir işə yaramayacaq, lakin təkcə biliyi ilə ədabazlıq və göstəriş etmək üçün istifadə edəcəyi təfərrüatlardır. “Gəlin sizə Braziliyadakı qoyun sayından danışım” deyər. Məqsədi özünü dinləyən insanları heyrətləndirmək və özü barədə “bunda necə də böyük elm varmış!” dedirdə bilməkdir. Həqiqətən də bunları eşitdikləri zaman, küfr əhlindən onu dinləyən insanların bir anda nəfəsləri kəsilər.
Müsəlmanlar həyatlarının hər anını bəşəriyyət üçün faydalı bir şey etməyə ayırarkən, eyni zamanda ümumi biliklərini də artırarlar. Lakin münafiq gün ərzində tək bir faydalı şey etməyib boş-boş oturar. Nə bəşəriyyətin xilas olması, nə İslam əxlaqının dünyaya yayılması, nə də dünyadakı zülmün dayandırılması onu maraqlandırmaz. O bütün gününü əhatə edən boş vaxtlarını, küfr əhlini özünə heyran qoya bilmək üçün kitablar oxumağa və məlumat əldə etməyə ayırar. Bütün ümumi bilik kitablarını əzbər bilər. Lakin Quran ayələrində deyilənləri həyatına keçirib, bu əxlaqı başqalarına da təbliğ etməklə maraqlanmaz.
Üstəlik, münafiq daha çox öyrəndikdə, bir neçə kitab oxuduqda bütün mənliyini “eqoistlik” bürüyər; özünü hər kəsdən üstün görməyə başlayar. Hətta özünü müəyyən mənada “alim və ya mücəddid” zənn edəcək hala gələr.
Halbuki insan nə qədər məlumat yüklənsə də, ruhunda və qəlbində boşluq varsa, əldə etdiyi məlumatları istifadə edə biləcək ağla sahib deyilsə, bu səyi ona heç bir fayda gətirməyəcək. İnsanı dəyərli edən, qəlbindəki gözəlliklər, ruhundakı dəyərlərdir. İnsan əldə etdiyi bütün məlumatı beyninə yükləyər, lakin qəlbində “mərifət elmi” olmadıqdan sonra, bunun dəyəri olmaz.
Necə ki, münafiq bütün ümumi bilik kitabları kimi, Quran ayələrini də əzbər bilər. Tarixdə “Quranı, Tövratı və İncili əzbərləmiş” bir çox “alim və ya məlumatlı görünən münafiq” də vardı. Dillərində bilik vardı, lakin qəlblərində “mərifət elmi” yox idi. “Mərifətullah elmi”; kitab sətirlərində yazılmamış, təkcə Allaha yaxın insanların qəlblərinin dərinliyində gizlənmiş elmdir. Məlumatı həqiqi mənada qavrayıb istifadə edə biləcək kimsələr də, təkcə bu elmə vaqif olan müsəlmanlardır.
Allah Quranda, “bilik yükləndikləri halda, qəlbləri bomboş olan” münafiqləri “kitab yüklü uzunqulaqlara” bənzətmişdir:
Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan , amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların məsəli necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz. (Cümə surəsi, 5)
Peyğəmbərimiz (s.ə.v) də; “ümmətimdəki münafiqlərin əksəriyyətini oxuyanlar təşkil edər” (Râmûz El-Ehâdis, No: 1104) hədisi ilə, münafiqlərin əksəriyyətinin bilikli və mədəni şəxslər olduqlarını xəbər vermişdir. Tarix boyu yaşamış hər münafiq bəlkə yüzlərlə kitab oxumuş, yüzlərlə mövzu öyrənmişdir. Lakin bu məlumat onlara heç bir xeyir verməmişdir. Qəlblərində iman olmadığı üçün, sahib olduqları bilik onları yalnız “kitab yüklü uzunqulaqlar” mövqeyinə gətirmiş, imansızlıqları ilə dünyada da, axirətdə də özlərini fəlakətə sürükləmişlər.
Hz. Ömər (r.ə) də bir sözündə münafiqlərin bu xüsusiyyətini belə dilə gətirmişdir:
Hz. Ömər (r.ə): “Bu ümmət haqqında ən çox qorxduğum, elm sahibi olan münafiqdir” deyə buyuraraq ən böyük narahatlığını dilə gətirir. “Bilikli münafiq necə olur?” sualına, “dilləri ilə alim, qəlb və əməlləri ilə cahil olmaqla!” deyə cavab verər. [rəvayət edən: Hz. Ömər (r.ə) (Ramuz El Ehadis, Ahmed Ziyâüddin Gümüşhanevî, səh. 113)]
Adnan Oktar: “Peyğəmbərimiz (s.ə.v) deyir ki; “onlar çox bilikli olarlar”. Bilikli insanlar arasından mömin, müttəqi də çıxar, lakin ümumiyyətlə “bütün münafiqlərdə ortaq xüsusiyyət həmişə bilikli olmalarıdır” deyir. Lakin ayədə Allah; “...böyük kitab yükü daşıyan eşşəyin vəziyyəti kimidir...” (Cümə surəsi, 5) deyir. Boş məlumatlar. Münafiq Quran məlumatı öyrənmək istəməz. Qurandan nifrət edər. İmani mövzulardan nifrət edər. Heç öyrənmək istəməz. Lakin boş məlumat olan kimi, bununla göstəriş etmək istəyər. Özünə “alim deyilməsini” istəyər. Şeytan da alimdir. Məsələn, şeytanın qorxunc ümumi biliyi var. Münafiqlər də xeyli bilikli olarlar. Lakin bundan şeytani əməl üçün, əxlaqsızlıq üçün, göstəriş üçün, lovğalıq üçün, eqoistlik üçün istifadə edərlər.
Məsələn, Əbu Cəhl, bunlar həmişə o dövrün bilikli insanlarıdır. Quranda Müddəssir surəsində bildirilir. Quranı araşdırması üçün verirlər. Münafiqdir adam. “Müsəlmanam” deyə gəlir, lakin münafiqir. Lakin çox bilikli və heyrətamiz hesablama zəkası da var. Qurana baxır, 19-u anlayır Quranda. 19 sistemini anlayır. Anladığı halda, möcüzə olduğunu bildiyi halda, “xeyr, bu insan məhsulu olan bir kitabdır” deyir”. (A9 TV, 30 yanvar 2016)
Münafiq günün demək olar ki, hər saatında göstərdiyi “pis, nəzakətsiz, düşüncəsiz və mənfi əxlaqı ilə” diqqət çəkər. Ciddi mənfəəti olmadığı təqdirdə, hər hansı mövzuda nəcib rəftar göstərdiyinə rast gəlmək çətindir. Bu pis əxlaqını danışıqlarına əks etdirərək, müsəlmanlara narahatlıq vermək və problem yaratmaq istəyər.
Münafiq şeytandan aldığı ilhamla, zəkasından olduqca yaxşı istifadə edə bilən varlıqdır. Nəyin nəzakətsizlik, nəyin düşüncəsizlik, nəyin nalayiqlik olduğunu çox yaxşı anlaya biləcək qavrayışa malikdir. Lakin məqsədi onsuz da gözəl rəftar göstərmək olmadığı üçün, bu mövzuda özünə məhdudiyyət qoymaz və diqqət göstərməz. Ağzına gəldiyi kimi, ürəyinin istədiyi kimi, harda gəldi danışmağı öz aləmində “azadlıq” hesab edər. Təkcə özünü əhəmiyyətli və qiymətli hesab etdiyi, eləcə də, rəftarlarının ətrafındakı insanlara necə təsir etdiyinə əhəmiyyət vermədiyi üçün, danışıqlarını düzəltməz. Onsuz da ağlını da çox bəyəndiyi və özündə hər hansı nöqsan da görmədiyi üçün, “çox nüktədan olduğuna” və “çox mükəmməl danışdığına” inanar.
Halbuki gün ərzindəki hər danışığı “nalayiq, düşüncəsiz və nəzakətsiz”dir. Bir şeyi müsbət istiqamətdən dilə gətirib söyləmək əvəzinə, əsasən bunu ən mənfi istiqaməti ilə, ən sancan sözləri seçərək dilə gətirər. Söhbət mühitində hər kəsdən çox və dayanmadan özü danışmaq istəyər. Danışıqlarında hikmət olmadığı və əksərən çox lazımsız mövzularla ətrafındakıların vaxtını aldığı halda, hər kəsin hörmətlə və diqqətlə özünü dinləməsini istəyər.
Özü isə, başqaları danışdığı zaman “dinləmə ədəbini bilməz”. Dayanmadan “qarşısındakı insanın sözünü kəsər” və “sözünü tamamlamasına imkan vermədən eyni mövzunu götürüb özü bəhs etməyə başlayar”. Demək olar ki, hər danışığında kiməsə “söz ilişdirib”, bir mövzuda sancıb bir şeylər eyham etməyə çalışar. Özündən başqa, gözəl danışa bilən insan olduğuna isə inanmaz. Buna görə də “hər kim danışsa, mütləq bu insanın sözünü düzəldib, onun səhv bildiyini və ya bir sözü səhv tələffüz etdiyini vurğulamaq istəyər”. Hər şeyin “ən doğrusunu bilən” və “səhvləri görən” insan isə, ona görə təkcə “özü”dür.
Halbuki, münafiqin bütün bu özünü ön plana çıxartma və böyütmə səyləri boşunadır. Müsəlmanlar, gözəl əxlaq göstərməyən bir insana heç vaxt hörmət və ya heyranlıq duymazlar. İstədiyi qədər bilikli olduğu və ya gözəl danışdığı imicini verməyə çalışsa da, bu müsəlmanlara təsir etməz. Əksinə, bu insanın iman gətirənlərə qarşı xüsusilə diqqətsiz, kobud və düşüncəsiz rəftar göstərdiyini görərək, müsəlmanlardan fərqli insan olduğunu anlayar və buna görə diqqətli davranarlar.
Münafiqin özünü ucaltmaq və öz aləmində müsəlmanlardan daha üstün olduğunu vurğulamaq üçün dayanmadan icra etdiyi hərəkətlərdən biri də “çoxbilmişlik etmək”dir. Özünü küfr əhlinə bəyəndirə bilmək üçün həmişə biliyini və mədəniyyətini artıran münafiq, bu təcrübəsindən müsəlmanlar arasında da göstəriş və böyüklük ünsürü kimi istifadə etmək istəyər. Halbuki müsəlmanlar üçün “kimin daha bilikli olduğu deyil; kimin daha dindar, kimin Allahı daha çox sevən və Quran əxlaqını daha diqqətcil tətbiq edən olduğu” əhəmiyyətlidir. Lakin böyüklük hərisliyi içindəki münafiqin şüuru bu həqiqətə qarşı qapalıdır. Müsəlmanlar arasında da, öz aləmində “nə qədər çox çoxbilmişlik olduğu və nə qədər çox məlumat ilə onların üstünə çıxarsa, özünü o qədər üstün mövqeyə gətirər” zənn edər.
Münafiq bu əxlaq pozuntusunu, xüsusən də peyğəmbərlər, elçilər və ya müsəlmanların mənəvi liderliyini boynuna götürmüş insanlara qarşı tətbiq edər. Çünki bu kəslər “müsəlmanların dəyər verdikləri, mənəvi lider kimi gördükləri, ağıllarına, imanlarına, vicdanlarına ən çox güvəndikləri” insanlardır. Məhz münafiq də, bu kəsləri öz aləmində müsəlmanlara “gücsüz və biliksiz göstərməyə çalışaraq”, onların bu şəxslərə olan hörmət, güvən və bağlılıqlarını yox etmək istəyər. Halbuki Allah peyğəmbərlərini, elçilərini və vəli bəndələrini bilik və hikmət cəhətdən gücləndirmiş; onlara Öz dərgahından “xüsusi ağıl və anlayış” vermişdir. Dolayısilə də münafiq nə qədər çalışsa da, Allahın elçiləri əleyhinə apardığı fəaliyyətlərində müvəffəqiyyət qazanması heç vaxt mümkün deyil. Lakin münafiq Allahın bu qanunundan xəbərsizdir. Buna görə də əlindən gəldiyi qədər əleyhinə apardıqları bu səylərini davam etdirər.
Münafiq ümumiyyətlə müsəlmanlardan uzaq dayanmağı və tənha qalmağı seçər. Onların söhbət və dostluq mühitlərinə isə heç vaxt qoşulmaq istəməz. Lakin eyni zamanda da, müəyyən yolla “biliyini onlara göstərib, onlara qarşı təkəbbürlənmək, onlardan üstün olduğunu vurğulamaq” istəyər. Bu məqsədlə yanlarına getdiyi zaman da mütləq demək olar ki, hər cümləsində “çoxbilmişlik” edər.
Diqqətçəkən xüsus isə, bildikləri mövzuların demək olar ki, hamısının olduqca lüzumsuz təfərrüatlardan ibarət olmasıdır. Təkcə bunları bildiyi üçün insanlardan daha üstün mövqeyə gələcəyini zənn etməsi isə, məhz münafiqin “nə qədər ağılsız olduğunu” açıqca göstərər.
Müsəlman bütün əxlaqı, davranışları və danışıqları ilə “ürəkaçan, nəcib, keyfiyyətli və pozitif” insandır. Münafiq isə bunun tam əksinə, hər halı və hər rəftarı ilə ətrafına “mənfi enerji yayan” varlıqdır. Gün ərzində demək olar ki, hər danışığında münafiqin bu mənfi ruh halını görmək mümkündür.
Çünki insanın ruh halı danışıqlarında və üslubunda ən dəqiq şəkildə ortaya çıxar. Gözəl ruhdan gözəl sözlər axar. Qaranlıq və xəstə ruhdan isə xəstə üslub çıxar. Münafiqin danışıqları da məhz onun ruh halındakı anormallığın siqnalını verər. Çünki münafiq bədbəxt və hüzursuzdur. İkiüzlü, saxta, xain şəxsiyyətə sahib olmağın əzikliyini və acısını həyat boyu içində daşıyar. Bu vəziyyət danışıqlarında yüksək səviyyədə özünü hiss etdirər. Heç vaxt Allahın yaratdığı gözəllikləri görüb onlardan zövq ala bilməz. Gördüyü hər şey ona sıxıntı verər. Heç nə onu xoşbəxt etməyə kifayət etməz. Həmişə gileyli üslub işlədər, donquldanar, narazılığını dilə gətirər.
Münafiqin bütün bu gileylərinin ortaq nöqtəsi isə, bunların hər birində söylədiyi sözlərlə “müsəlmanları günahlandırması, onları çətin vəziyyətdə qoymağa çalışması”dır. Məqsədi, onların guya “pis niyyətli, ədalətsiz, vicdansız, düşüncəsiz, yaxşı ilə pisi, doğru ilə yanlışı və ya çatışmazlığı görə bilməyən kəslər; özünün isə vicdanlı, ədalətli, doğru ilə yanlışı, hər cür axsaqlığı, çatışmazlığı görə bilən, diqqəti açıq və ağıllı biri olduğu” imicini verə bilməkdir. Bu hiyləgər məqsədi istiqamətində, min bir cür yalan-yulan, böhtanla müsəlmanlara istiqamətli günahlandırıcı və gileyli danışar.
Məsələn, bir paltar görsə onda mütləq bir əksiklik tapar. Özü üçün xüsusən gedilib alınmış bir şalvarı; “parçası istədiyim kimi deyil, daha keyfiyyətli olsun” deyib geri göndərtdirər. “Bu köynəyin rəngi bir ton daha tünd olmalıdır” deyib başqa köynəklər axtartdırar. Özünə hədiyyə edilən bir paltarı; “bu mənim zövqümə tam uyğun deyil” deyərək geri çevirər. Süfrə başına əyləşsə, süfrədə onun üçün hazırlanan nemətləri görmək əvəzinə mütləq olmayanlardan danışar. Masada bir çox yemək növü olsa, orda olmayan bir şey tapıb, “bu niyə yoxdur?” deyər. Əla dekorasiya edilmiş bir otağa girib, oradakı yüzlərlə gözəlliyi tərifləmək əvəzinə, heç kimin diqqətini çəkməyəcək bir çatışmazlığı tapıb dilə gətirər. Dilində, sözündə həmişə əskiklik, mənfilik var. Hər insanın, hər məkanın, hər əşyanın əskik və qüsurlu cəhətlərini görüb bununla əlaqədar deyinmək münafiqin sanki həyat tərzidir. Tək dərdi, öz kefi və mənfəətləridir. Quranda münafiqin bu həmişə mənfi danışan, gileylənən, əlindəki heç nəyi bəyənməyib qınayan üslubu belə xəbər verilmişdir:
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana. (Qələm surəsi, 10-11)
Başqa ayədə isə Allah münafiqin bu heç nə ilə xoşbəxt olmayan, şükür etməyən, nemətləri təqdir edə bilməyən, əlindəkinin qiymətini bilməyən və gileyli rəftarına belə diqqət çəkmişdir:
Onda siz dediniz: “Ey Musa ! Biz eyni cür yeməklərə dözməyəcəyik . Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi. (Bəqərə surəsi, 61)
Hz. Musa (ə.s) dövründə də, onunla birlikdə olan bəzi insanlar Allahın verdiyi gözəl nemətlərə şükür etmək və onda bir xeyir görmək əvəzinə, sarımsaq, mərcimək, soğan istəyib bu cür yeməklərin yoxluğundan gileylənmişlər. Halbuki bu insanlar bundan əvvəl, Fironun zülmü altında əziyyət görərək çox sıxıntılı həyat yaşayırdılar. Həmçinin hz. Musa (ə.s) da onları bu zülmdən xilas etdi. Onlar isə bu vəziyyətə şükür etmək əvəzinə, keçmiş zülm gördükləri mühitə hələ də həsrət duyur və hallarından gileylənirdilər. Əllərində olana şükür edib, bunda xeyir görmək əvəzinə, tamah salan, məmnun olmayan, nankor əxlaq göstərirdilər.
Allah Müddəssir surəsində, bu yolla sahib olduqları ilə xoşbəxt olmayıb, həmişə gileylənən kəslərin vəziyyətindən belə bəhs etmişdir:
Məni yaratdığım kimsə ilə tək burax; Mən ona bolluca var-dövlət bağışladım, qayğısına qalan oğullar verdim və onu hər cür imkanlarla təmin etdim. Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır. (Müddəssir surəsi, 11-15)
Lakin, şübhəsiz ki, münafiq bu əxlaq pozuntusunu məqsədsiz yerə tətbiq etməz. Münafiqin həmişə pis və çirkli danışmasının digər səbəbi də, “müsəlmanlara olan qəzəbi”dir. Bu qəzəb münafiqin ruhunda həyat boyu sakitləşməz. Nifrəti, danışıqlarına mənfilik cəfəngiyatı kimi əks olunar. İstəsə də müsəlmanların içində olduğu mühitləri, onların sahib olduğu əşyaları və ya onların gözəlliklərini, nurlarını içindən gələrək tərifləyə bilməz. Çünki müsəlmanları tərifləmək, onların sahib olduqları gözəlliklərə kompliment demək münafiqə çox əzab verər. Bir müsəlmana təkcə “çox gözəlsən” demək belə münafiqin sanki canından can alar. Hər nə qədər müsəlmanlara şirin görünmək və yaltaqlana bilmək üçün hərdənbir belə cümlələr istifadə etmək məcburiyyətində qalsa da, bunu təkcə məcburiyyətdən və böyük sıxıntı duyaraq edər.