Münafiqin Əxlaqsızlığı və Oyunları 4/7

Münafiq hər şeydən şübhələnər; hər təfsilatı öz əleyhinə zənn edər

Günahkar insanla günahsız insanı bir-birindən fərqləndirən ən mühüm əlamətlərdən biri, “günahsızın hüzurlu, günahkarın isə narahat olması”dır. Dünyanın bütün ölkələrində günahkar insanlar, narahat ruh hallarından, ətrafı qorxu içində süzən narahat baxışlarından, qəribə hərəkət və mimikalarından özlərini ələ verirlər. Bu cür insanlar həyatları boyu ifşa olma, yaxalanma, alçalma qorxusu yaşayarlar. Günahlarını işlədikdən sonra, insanlardan qaçan “vəhşi heyvanlar kimi”, hər fürsətdə öz yuvalarına, yəni öz tənha dünyalarına çəkilər və qorxu dolu gözləyiş içinə girərlər. Qaranlıqda gizlənər və görülməməyi ümid edərlər.

Məhz münafiqin ruh halı da belədir. Çünki münafiq həmişə cinayət işləyən, işlədiyi cinayəti ört-basdır edə bilmək üçün yalan danışan, xəstə ruha malikdir. Həyatı boyu həmişə xəyanət edər və həmişə hiyləgər planlar qurar. Buna görə də, üzərində hər an bu vəziyyətin meydana gətirdiyi yaxalanma və fərq edilmə qorxusu vardır.

Münafiqin fərq edilməkdən bu qədər qorxmasının səbəbi, tam “dünya aşiqi olması”, yəni “dünyaya olan şiddətli bağlılığı”dır. Bir münafiq üçün ən böyük fəlakət, “alçalması, etibarını itirməsi, işlədiyi cinayətlərin ortaya çıxıb alçaldılması”dır. Münafiq alçalmaqdan sanki ölümdən qorxarmış kimi qorxar. Ən kiçik yalanının və ya xainliyinin ortaya çıxması ehtimalı, bədənindən ət qopardılırmış kimi canını yandırar. Etibarının zədələnməsi ehtimalı ona həyatın sonu kimi gələr. Allahdan qorxmaz, lakin insanlardan ölümünə qorxar.

Digər tərəfdən münafiqin ruhunda yaşadığı əzab dolu bu qorxunun miqyası, digər günahkar insanlara görə qat-qat daha genişdir. Çünki münafiq fasiləsiz cinayət işləyər və fasiləsiz yalan danışar. Müsəlmanlarla birlikdə yaşadığı hər gün və günün hər saatı ayrı bir xainlik edər. Oğurluq edər, böhtan atar, tələ qurar, küfr əhli ilə əməkdaşlıq edər, casusluq edər. Dolayısilə işlədiyi hər cinayət ondakı qorxu duyğusunun dərinliyini bir qat daha artırar. Zamanla bu vəziyyət elə hal alar ki, ruhu qorxunun və şübhənin şiddəti ilə sarsılmağa, şiddətli təzadlarla yaşamağa başlayar.

Allah münafiqlərin bu “paranoyak ruh halını” bir ayədə “hər çağırışı öz əleyhlərinəymiş kimi zənn edərlər” sözləriylə bildirmişdir:

... Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər! (Münafiqun surəsi, 4)

Allah bu ayə ilə müsəlmanlar üçün, münafiqin ən zəif nöqtələrindən birini ifşa etmişdir. Münafiq, “ətrafındakı hər danışığın, hər hərəkətin, yaranan hər vəziyyətin, yaxalanma qorxusundan ötrü, öz əleyhinə olduğunu zənn edər”. Ən kiçik hərəkətdən, ən kiçik qırpınmadan, ən kiçik sözdən heyrətamiz dərəcədə şübhələnər və narahat olar. Həmişə, işlədiyi cinayətlərin görülməsi şübhəsi içini gəmirər.

Müsəlmanlar öz aralarında söhbət etdikləri zaman münafiq dərhal gizlincə qulaq asmağa başlayıb özü ilə əlaqədar bir şey danışılıb-danışılmadığına nəzarət edər. Əlaqəsi olmayan bir mövzudan özünə pay çıxardıb; “mənim barəmdə danışırsınız?” deyə qışqır-bağır salar. Müsəlmanlar dürüst olmağın əhəmiyyətindən bəhs etsə, həmişə yalan söyləməsinin gətirdiyi günahkarlıq duyğusu ilə, “mənə eyham edirlər?”, “mənə yalançı deyirlər?” deyə ortaya çıxar. Müsəlmanlar çalışqan olmağın zəruriliyindən bəhs etsə, “mənə tənbəl deyirsiniz?” deyərək narahatlıq çıxardar. Özünə baxan birini görsə; “məni izləyir, hərəkətlərimi müşahidə edir” deyə deyinməyə başlayar. Özünə baxmayan birini görsə, “gözünü məndən xüsusilə qaçırdır, görməzlikdən gəlir” deyib sevilmədiyi, maraq görmədiyi, fikir verilmədiyi kimi böhtanlarla “saxta zərərçəkmiş insan kimi danışar”. Müsəlmanlar israf etməməyin əhəmiyyətindən bəhs etsə; “yediklərimdə gözləri var, yediklərimi, içdiklərimi sayırlar” deyər. Yanındakı müsəlman qalxıb bir yerə getsə; “məndən uzaqlaşmağa çalışır, yanımda oturmaq istəmir” kimi sözlərlə problem çıxardar.

Məhz münafiqin həyatının hər anı bu cür şübhələr, hallüsinasiyalar və paranoyak düşüncələrlə keçər. Bu qorxu dolu ruh halı münafiqin zamanla əsəblərinin kəskin şəkildə pozulmasına; “aqressiv, təcavüzkar, iyrənc rəftarlar göstərməsinə” səbəb olar. Buna görə də, münafiqlərin ortaq xüsusiyyətlərindən biri də “qışqır-bağır salan, davakar, təcavüzkar olmaları”dır.

Münafiqlərin bu şübhəçi və paranoyak rəftarları, ən çox da gözəl əxlaqları ilə müsəlmanlara mənəvi lider, yolgöstərici olan təqvalı müsəlmanların yanında artar. Çünki münafiqin ən şübhələndiyi insanlar həmişə ən ağıllı, ən imanlı, ən təqvalı gördüyü müsəlmanlardır. Yəni “özünü görüb münafiq olduğunu müəyyənləşdirmə ehtimalı ən yüksək olan insanlar”dır. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in dövründə münafiqlər “Rəsulullah (s.ə.v)-in hər sözünə, hər öyüdünə şübhə ilə yanaşar, buna görə də təcavüzkar və iyrənc rəftar göstərərdilər”. Çünki Peyğəmbərimiz (s.ə.v)-in çox üstün ağla sahib olduğunu, edilən səmimiyyətsizliyi və xainliyi çox yaxşı görə biləcəyini bilər və bundan ötrü də çox qorxardılar. Peyğəmbərimiz (s.ə.v)-in insanları müəyyənləşdirə bilmə gücü, ağlı və zəkası münafiqlərin sanki qorxulu yuxusu idi. Həmçinin Allah münafiqlərin Peyğəmbərimiz (s.ə.v)-ə “qəlblərindəki xainliyi xəbər verəcək və onların pisliklərini ifşa edəcək bir surə nazil edilməsindən qorxduqlarını” da bir ayədə belə bildirmişdir.

Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin möminlərə nazil olmasından çəkinirlər. De: “Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyi üzə çıxaracaqdır”. (Tövbə surəsi, 64)

Ayədən də açıqca aydın olacağı kimi münafiqlər, Peyğəmbərimiz (s.ə.v)-in, Allahın vəhyi və köməyi ilə, öz etdiklərini öyrənə biləcəyindən heyrətamiz dərəcədə qorxur və bunun narahatlığını yaşayırdılar. Əlbəttə ki, bu, Allaha və Peyğəmbər (s.ə.v)-ə vəhy gəldiyinə inanmalarından qaynaqlanmırdı. Lakin Peyğəmbər (s.ə.v)-in müəyyən yolla onların səmimiyyətsizliyini görüb bunu açıqlaya biləcəyini düşünürdülər. Buna görə də, təcavüzkarlıqları xeyli artır və Peyğəmbərimiz (s.ə.v)-in hər öyüdünü, hər sözünü, hər tövsiyəsini əleyhlərində şərh edir və şübhə ilə qarşılayırdılar.

Lakin Allahın, ayənin davamında; “Allah qaçdığınız şeyləri üzə çıxardacaqdır” sözləriylə bildirdiyi kimi, münafiqin tələsi mütləq ortaya çıxıb puç olacaq şəkildə yaradılmışdır. Münafiqlərin ən qorxduqları şey mütləq baş verəcək və şübhələndikləri aqibət mütləq özlərini tapacaq və Allah onları mütləq məğlubiyyətə düçar edəcək.

Münafiq, müsəlmanların “zəif ağıllı”, özünün isə “dünyanın ən ağıllı insanı olduğuna” inanar

Allah bir Quran ayəsində özlərinə səmimi iman gətirmələri üçün müraciət edilən insanların müsəlmanlar barədə; “zəif ağıllıların iman gətirdikləri kimi iman gətirək?” dediklərini bildirmişdir:

Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)

Məhz ayədə verilən bu nümunə, “münafiqin ruh halını” və “müsəlmanlara olan baxış prizmasını” çox açıq şəkildə göstərir. Münafiq, özünü “dünyanın ən ağıllı insanı” kimi görər. Əslində isə münafiqdə “ağıl” meydana gəlməz, çünki ağıl, Allahın təkcə iman gətirdikləri halda insanlara lütf etdiyi nemətidir. Lakin münafiq, ağlı olmadığı üçün, “nə öz ağılsızlığını, nə də müsəlmanların böyük ağlını” görə bilməz. Axmaqlığından ötrü, müsəlmanların “zəif ağıllı kəslər” olduğuna inanar. Halbuki Allah; “bilin ki, əsil zəif ağıllılar özləridir, lakin bilməzlər” sözləri ilə, “ağılsız olanların münafiqlər olduğunu, təkcə onların bu vəziyyəti dərk etmədiklərini” xəbər vermişdir.

Münafiq, bu ağılsız qiymətləndirməsinə görə müsəlmanların, öz etdiyi hiyləgərlikləri, əxlaqsızlıqları və ağılsızlıqları görə bilmədiklərini düşünər. Halbuki Allahın Quran vasitəsilə yol göstərməsi və müsəlmanlara verdiyi kəskin ağıl sayəsində müsəlmanlar münafiqlərdəki hər cür şeytani əlaməti asanlıqla görərlər.

Yalan danışmaq, münafiqdə sanki “ruhi xəstəlik” halını alıb

Münafiq, özü üçün meydana gətirdiyi hiyləgər həyat tərzi içərisində yaşaya bilmək üçün, öz ağlınca həmişə saxtakarlıqlarına davam etmək, hər oyununu başqası ilə dəstəkləmək və həmişə şeytani əməllərini gücləndirmək məcburiyyətindədir. Məhz bu alçaq sistemini qoruyarkən, ən ehtiyac duyduğu və ən çox faydalandığı əxlaqsızlıqlardan biri də “yalan danışmaq”dır.

Həyatını “ikiüzlülük, hiyləgərlik, saxtakarlıq və oyun oynamaq” üzərində quran münafiq üçün “yalan söyləmək, sanki nəfəs almaq kimi, çox adi və sadə qarşıladığı hərəkətdir”. Yalan söyləmədiyi təqdirdə münafiq, münafiq olmaqdan çıxacaqdır. Bu da onun qətiyyən istəməyəcəyi haldır. Münafiqin zəif ağlına görə, dürüst olması ona heç nə qazandırmayacağı kimi, çox şey itirdəcək və bütün maraqlarını təhlükəyə atacaq. Dolayısilə də münafiq yalanı, həyatının çox mühüm parçası kimi mənimsəmiş və gündəlik həyatının çox böyük hissəsini yalanla keçirən hala gəlmişdir.

Yalan mövzusunda münafiq haqqında bilinməsi lazım olan bir şey daha var. Münafiq yalandan, “pislik edə bilmək, böhtan ata bilmək, insanları aldatmaq, öz aləmində müsəlmanları pis göstərə bilmək, onları tələyə salıb müvəffəqiyyətsiz hala gətirmək, küfr əhlinə dəstək təmin etmək kimi hər cür pis məqsəd üçün” istifadə edər. Lakin bu yalan danışma vərdişi, bir müddət sonra münafiqdə sanki “ruhi xəstəliyə” də dönər. Artıq həyatının hər mərhələsində; “lazımlı və ya lazımsız, məqsədli və məqsədsiz ağlına gələn hər mövzuda”, “üzündə yalan danışdığına dair ən kiçik utanma, sıxılma əlaməti olmadan”, həmişə yalan danışmağa başlayar. Bu da ətrafındakı insanların çox diqqətini çəkər. Çünki söylədiyi hər şey çox şişirdilmiş, çox nağılvarı, çox xəyali və çox nadir rast gəlinəcək şeylərdir. “Uşaq yaşlarında təkbaşına boğazdan üzüb keçərək sahilin o tayına keçdiyindən, üstündən avtomobil keçib heç nə olmadan ayağa qalxdığından, küçədə quşların başına qonub yüzlərlə metr onunla birlikdə hərəkət etdiyinə qədər”, hamısı “bir-birindən məntiqsiz və şişirdilmiş” təfərrüatları olan hekayələr danışar.

Bunun kimi münafiqin yalanlarında diqqətçəkən başqa xarakterik xüsusiyyət də, “münafiqin əvvəlki yalanlarını unutması və bir-biri ilə ziddiyyətli çıxışlar etməsi”dir. Münafiq səhər fərqli danışar, axşam isə tam fərqli şey söyləyər. Beş dəqiqə əvvəl; “bu gün bütün gecə heç yata bilmədim” deyər, beş dəqiqə sonra isə “o qədər dərin yatmışam ki, səhərə qədər çox yuxu gördüm” deyə başqa hekayə söyləməyə başlayar.

Normal ağla sahib müsəlmanlar çox dürüst və çox həssas vicdan sahibi insanlardır. Yalan söyləməyin Allahın qadağan etdiyi, haram buyurduğu çirkin əxlaq pozuntusu olduğunu bilirlər. Zərərli və ya zərərsiz hər hansı mövzuda yalan danışmaqdan Allaha sığınar, özləri bundan ötrü zərər çəksələr belə, heç vaxt belə şeyə üz tutmazlar. Allahdan qorxar və hər zaman hər mövzuda mütləq doğru danışarlar. Hətta bəzən, istəmədən bir mövzunun kiçik bir təfərrüatı əskik qalıb da səhv başa düşüləcək belə olsa, bunu düzəldib tam başa düşülməsini təmin etmək üçün dəfələrlə açıqlama verərlər.

Məhz vicdanən belə təmiz insanlar arasında yaşayan münafiq, saxtakarlıqları ilə heyrətamiz ziddiyyət meydana gətirər və çox diqqət çəkər. Müsəlmanlar bu insanın normal ağla və vicdana sahib olmadığını dərhal anlayar və buna görə tədbirlərini alarlar. Münafiq isə hiss edildiyindən xəbərsizdir, buna görə də laqeydcəsinə yalanlarına davam edər.

Münafiq, yalandan müsəlmanlara qarşı mübarizə aparmaq üçün istifadə edər

Allah bir Quran ayəsində “...elə isə onları yalan olaraq uydurduqları ilə baş-başa burax(Ənam surəsi, 112) sözləri ilə münafiqlərin “yalan danışma” xüsusiyyətlərini müsəlmanlara bildirmişdir.

Başqa ayədə də yenə Allah, münafiqlərin bu pozuq əxlaqını; “...onlar, həqiqətən, yalançıdırlar!” (Həşr surəsi, 11) sözləriylə xəbər vermişdir. Məhz münafiq, müsəlmanların yanında olduğu müddətcə göstərdiyi gizli fəaliyyətlərini və saxtakarlıqlarını gizlədə bilmək üçün bir çox yalan danışar. Sonra da hər söylədiyi yalanın üstünü örtə bilmək üçün yeni-yeni yalanlara ehtiyac duyar. Bunun nəticəsində də səhərdən-axşama qədər nəfəs almadan, həyasızca və heç utanmadan, müsəlmanların gözlərinin içinə baxa-baxa, həmişə yalan danışar.

Bu yalanları söyləyərkən münafiqin diqqətçəkən başqa cəhəti isə, “yalan danışarkən üzündə ən kiçik utanma, sıxılma, üzündə qızarma olmaması”dır. Olduqca “üzsüz və şərəfsiz şəkildə”, “yalan olduğu hamı tərəfindən bilinən çox bariz mövzuda, heç narahat olmadan saatlarla yalana əsaslanan danışıqlar edə bilər.

Münafiqin yalanlarında nəzərə çarpan digər xüsusiyyət isə, “çox axmaqca yalan söyləməsi”dir. Çünki inkarçı insanlar arasında bəzi kəslər vardır; onlar da yanlış rəftar olaraq yalan söyləyərlər. Lakin öz aləmlərində yenə də “ağıllı yalanlar” söyləməyə çalışarlar. Arxalarında əksini sübut edəcək dəlil qoymazlar və danışıqlarının yalan olduğu da, təkcə çox çətin təsbitlərdən sonra aydın olar.

Lakin münafiq belə deyil. Münafiqin bütün yalanları çox “axmaqca”, “yalan olduğu asanlıqla sübut edilə bilən”, “ağılsız məntiqlərə əsaslanan”dır. Bir qədər əvvəl söylədiyi şeyi unudar, bir an sonra onu inkar edər. Əvvəlcə; “mən bu gün buraya heç getmədim” deyər, danışığının başqa yerində isə; “yox, mən bu gün bütün gün buradaydım” deyər. “Amma bir qədər əvvəl belə demişdin” deyə xatırladıldığı zaman isə; “yox mən elə demədim, haradan çıxartdın, sənə elə gəlir” deyər. Sonra da; “sən boş-boşuna mənə böhtan atıb, məni yalançılıqla günahlandırırsan” deyə iyrənclik etməyə və qarşı tərəfi günahkar çıxartmağa çalışar.

Məhz münafiqin bu “böyük ağılsızlığı” və “yalanlarındakı axmaqca və avam üsullar”, Allahın müsəlmanlara verdiyi dəstəyi və qoruması, münafiqə isə səmimiyyətsizliyindən ötrü tuş gələn “bəladır”. Beləliklə müsəlmanlar hər yalanından münafiqi asanlıqla görə bilər və tədbirlərini alarlar.

Münafiq müsəlmanlar arasında yalandan bir çox məqsəd üçün istifadə edər. Bunların ən başında, əlbəttə ki, “müsəlmanlara daxilən zərər vermək və hiyləgərcə küfr əhli ilə əməkdaşlıq etdiyini gizlətmək istəyi” vardır. “Öz alçaqlıqlarını, etdiyi hiyləgərlikləri, saxtakarlıqları, səmimiyyətsizlikləri gizlətmək” üçün də, yenə həmişə yalana müraciət edər. Xüsusən də “özünü müdafiə etmək, təmizə çıxartmaq, üzərindəki münafiq əlamətlərini gizlədib, özünü səmimi müsəlman kimi göstərə bilmək” üçün, münafiq, yalandan şeytani silah kimi istifadə edər.

Münafiq bəzən də, “yalanla digər hiyləgər üsullarını birləşdirib” “daha da şeytani müdafiə mexanizmi” yaratmağa çalışar. Bəzən qarşı tərəfə “böhtan ataraq, bəzən ağlayaraq, bəzən qışqırıb bağıraraq, bəzən də təcavüzkarlaşaraq” öz aləmində yalanını çox inandırıcı hala gətirmək istəyər. Müsəlmanlar münafiqin yalanını ortaya çıxartdıqları zaman isə, münafiq onları özünə “böhtan atmaq”la günahlandırar. Ona; “yalan danışırsan” deyildikdə, “mən yalan danışmadım, sən niyə mənə böhtan atırsan?” deyərək ardı-arxası kəsilməyən iyrəncliklərinə davam edər. Həmçinin bütün bunları edərkən də, Allahın Quranda; “...biz yaxşılıqdan başqa şey istəmədik deyə and içənlər (var ha,) Allah onların, şübhəsiz, yalançı olduqlarına şahidlik edir(Tövbə surəsi, 107) sözləriylə bildirdiyi kimi, “nə qədər yaxşı niyyətli olduqlarını” vurğulamaq üçün “Allah adına and da içərlər”. Halbuki Allah ayədə onların “yalan danışdıqlarını” xəbər vermişdir.

Başqa ayədə isə; “...sənə Allah adına and içəcəklər” sözləri ilə Allah, münafiqin bu üsuluna bir daha diqqət çəkmişdir. Allah münafiqlərin, sanki iman gətirmiş və səmimi müsəlmanmış kimi Allahı şahid göstərərək yalan yerə and içdiklərini bildirmişdir. Həmçinin ayənin davamında da Allah; “öz nəfslərini həlaka sürükləyirlər. Allah onların həqiqətən yalan danışdıqlarını bilir” (Tövbə surəsi, 42) sözləri ilə, münafiqlərin həm dünyada, həm də axirətdə ziyana düçar olacaqlarını xəbər vermişdir.

Münafiq, müsəlmanlara böhtan ataraq özünü təmizə çıxartmağa çalışar

Münafiqin hiyləgər oyunlarından biri də, demək olar ki, hər fürsətdə səmimi müsəlmanlara “böhtan atmaq vərdişi”dir. Münafiq “şübhəni üzərindən uzaqlaşdırmaq, günahkar görünüşündən xilas olmaq və öz aləmində təmizə çıxa bilmək” üçün həmişə “özünü zərərçəkmiş biri kimi göstərmə səyi” göstərər. Məqsədi özünü “lüzumsuz yerə şübhə edilən, lazımsız yerə narahat olunan”, “günahsız insan” kimi göstərməkdir. Lakin, əlbəttə, bu da münafiqin xəstəlikli planlarından biridir. Nə qədər zərərçəkmiş biriymiş təəssüratı versə, özü üçün o qədər geniş, rahatlıqla hərəkət edə biləcəyi, asanlıqla xainlik edə biləcəyi yer aça biləcəyini düşünər. Bu hədəfinə nail olmağın ən qısa və təsirli yollarından birinin də, öz aləmində “müsəlmanlara böhtan atmaq” olduğuna inanar.

Münafiqin demək olar ki, hər sözündə “açıq və ya gizlin bir zərərçəkmiş eyhamı” vardır. Bu saxta zərərçəkmiş insan imicini dəlilləşdirmək üçün də, çoxlu yalan danışar və müsəlmanlara böhtan atar. İşlətdiyi bu üsul da, əlbəttə, hiyləgər planın bir hissəsidir. Böhtan ataraq həm qəzəb bəslədiyi müsəlmanları qaralamaq, həm də özünü “zərərçəkmiş və günahsız” biri kimi göstərərək ucaltmağı hədəfləyər. Öz aləmində müsəlmanlara duyulan etibarı və onların sözlərinə qarşı duyulan inancı sarsıdacaq, özünə qarşı duyulan güvən və etibarı isə gücləndirəcək.

Lakin münafiq böhtanı, əlində heç bir dəlil olmadan ixtiyari şəkildə gündəmə gətirməz. Şeytandan aldığı ilhamlarla əvvəlcə mövzunu hiyləgərcə planlayar və zəminini gücləndirər. Atacağı böhtanın təməli ola bilməsi üçün, hadisələri, olmasını istədiyi hala, yəni atacağı böhtana bənzər hala gətirə bilmək üçün xüsusi şəkildə istiqamətləndirər. Sonra da vaxtı gəldikdə, atacağı böhtan üçün keçmişə dair təqdim edə biləcəyi saxta dəlillər meydana gətirər. Məhz zaman içərisində bütün bu təməli möhkəmləndirdkdən sonar, planını icra etməyə başlayar.

Münafiq, böhtan atarkən istifadə etdiyi mövzuları da çox diqqətlə seçər. Ümumiyyətlə “böhtanları, onun səmimiyyətinə, yaxşı niyyətinə, göstərdiyi səyə baxmayaraq, müsəlmanların anlayışsızlığı, pis əxlaqı, yalan danışmaları, pis davranmaları, ədalətsizlik etmələri, böhtan atmaları, bilərəkdən onu təcrid etmələri kimi”, “özünü ucaltmağı müsəlmanları isə pisləməyi” qarşıya məqsəd qoyan məntiqlər üzərində qurulubdur. Bu böhtanlarda müsəlmanlar həmişə demək olar ki, dünyanın ən pis insanlarıdır. Həmçinin xüsusən də ona qarşı çox çirkin rəftarlar göstərirlər. Münafiq isə bütün bu böhtanlarda həmişə yaxşı niyyətlə səy göstərən, lakin həmişə barəsində yanlış diaqnozlar qoyulan, səhv başa düşülən, yaxşılıqdan başqa istəyi olmayan günahsız və zərərçəkmiş şəxs mövqeyindədir. Lakin bütün bunlar tam şeytanın əxlaqına uyğun olaraq “uydurulmuş yalanlar”dan ibarətdir. Çünki münafiq hər hərəkətində olduğu kimi, bu planını icra edərkən də birbaşa şeytanla ittifaq halındadır. Allah Quranda şeytanların əməkdaşlıq edəcəkləri kəslərin “həqiqəti tərs üz edən”, “günaha düşkün” “yalançı” insanlar olduqlarını bildirmişdir. Məhz bu xüsusiyyətlərlə də, tam da “münafiqin əxlaqsızlığı” təsvir edilmişdir:

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. (Şuəra surəsi, 221-222)

Münafiqlərin müsəlmanlara böhtan atma üsullarına çoxsaylı nümunə vermək mümkündür. Məsələn, “münafiqin heç istəməyəcəyi şeylərdən biri İslama və müsəlmanlara fayda verəcək işlər görməkdir”. Lakin müsəlmanlar gecə-gündüz təbliğ işləri görərkən, özünün bu işlərə heç bir töhfə verməməsi diqqət çəkməsin deyə, bu mövzuda özünü təmizə çıxartmaq məcburiyyətindədir. Məhz bunun üçün dərhal ətrafını günahlandırar və müsəlmanlara böhtan atar. “Mən İslama çox xidmət etmək istəyirəm, lakin onlar mənimlə ortaq iş görmək istəmirlər, mənə bir fəaliyyət vermirlər, mənim köməyimi istəmirlər və ya işlərimə mane olurlar” kimi bəhanələrlə ortaya çıxar.

Halbuki əlinin altında İslama faydalı ola biləcəyi, müsəlmanlara kömək edə biləcəyi bir çox imkanı vardır. Həmçinin hər dəfə; “mən də bir fəaliyyət görmək, sizə kömək etmək istəyirəm” dediyi zaman ondan; “yaxşı, o zaman bu mövzuda belə bir iş görərsənmi?” kimi bir şey tələb edilər. Lakin münafiq bilərəkdən bunların heç birini yerinə yetirməz. Onsuz da “bu sözləri dediyi vaxtdakı niyyəti də heç vaxt xidmət etmək deyildir”. Təkcə böhtan ata bilmək və narahatlıq törədə bilmək üçün bəhanə tapmaqdır. Heç bir işə yaramadığını və müsəlmanlara heç bir mövzuda kömək etmədiyini özü də bilir və iyrənclik edərək qışqır-bağır salaraq bu imicinin üstünü örtə biləcəyini zənn edər. İnsanların ağlında; “istəyir, lakin imkan verilmədiyi üçün bir şey edə bilmir hissini yarada biləcəyini” zənn edər. Halbuki müsəlmanlar səmimi xidmət etmək istəyən birinin rəftarı ilə, əxlaqsızlığından ötrü xidmətdən hiyləgərcə qaçan birinin rəftarını asanlıqla ayırd edə biləcək qədər ağıllıdırlar.

Münafiqin bu əxlaqını detallaşdırmaq üçün verilə biləcək daha yüzlərlə nümunə var. Münafiq böhtan vasitəsi olaraq lazım gəldikdə, “sağlamlıq kimi həssas mövzudan belə istifadə etməyə çalışar”. Məsələn, özünə yeni bişirilmiş çox gözəl yemək verilər; “yeməyin köhnəlmiş olduğunu” iddia edər. Yediyi meyvənin kənarında çürük görsə, “mənə bunu xüsusilə seçib verdilər, mənim sağlamlığıma fikir vermirlər” kimi xəyal məhsulu böhtanla ortaya çıxar. Olduğu yerdəki tozdan ötrü allergiyası tutsa; “buranı xüsusilə tozlu qoydular, həyatımı təhlükəyə atdılar” deyər. Ona gözəl söz söyləyər, kompliment deyərlər; “mənə lağ etdilər” deyər. Gördüyü bir işə kömək etmək istəyərlər, “bacarıqsız olduğumu eyham etməyə çalışdılar” deyər.

Məhz münafiq, müsəlmanların arasında qaldığı müddətcə, bunlara bənzər böhtanları heç vaxt bitməz. Dünyada qarşılaşa biləcəyi ən vicdanlı, ən dürüst insanların müsəlmanlar olduğunu bildiyi halda, “bu nur kimi tərtəmiz insanları qaralamağa çalışaraq narahatlıq yaratmaq və müsəlmanlara zərər vermək” istəyər. Lakin bu etdikləri müsəlmanlar üçün xeyir, münafiq üçünsə əzabla nəticələnər. Allah Quranda “həqiqəti həmişə tərs üz edərək” böhtan atan münafiqin axirətdə ağrılı-acılı əzabla qarşılaşacağını belə bildirmişdir:

Vay halına iftiraçının və günahkarın! O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. (Casiyə surəsi, 7-8)

Münafiq böhtanlarıyla xüsusən də müsəlmanlarin mənəvi lideri olan elçiləri qaralamaq istəyər

Münafiq böhtan ataraq, “müsəlmanlar arasında fitnə və qarışıqlıq yaratmaq, öz aləmində onların arasını vura bilmək və bir-birlərinə qarşı duyduqları etibarı zədələmək” istəyər. Məhz bu mövzuda özünə ilk hədəf kimi seçdiyi kəslər də, “müsəlmanlar arasında ağlına, gözəl əxlaqına, sözünə ən güvənilən, ən təqvalı, ən dürüst və ən ədalətli tanınan, Allahın elçiləri olan kəslər”dir. Həqiqəti tərs üz edərək, dil əyib bükərək, yalan danışıb böhtan ataraq, öz zəif ağıllarına görə həmişə onları haqsız çıxartmağa və müsəlmanların nəzərində onları guya “ədalətsiz və etibarsız” kəslər kimi göstərməyə çalışarlar. Allah Quranda münafiqlərin bu şeytani üsullarını belə xəbər vermişdir:

...Heç bir elmə əsaslanmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz. (Ənam surəsi, 144)

Münafiqlər tarix boyu bu hiyləgər taktikaları ilə hər müsəlman cəmiyyətində eyni fitnəni törətməyə çalışmış, bütün peyğəmbərlər, elçilər və Allahın vəli qullarına eyni böhtanları atmağa cəhd etmişlər. Hz. Yusif (ə.s), Misirdə yanında qaldığı Vəzirin həyat yoldaşı tərəfindən “özündən murad almaq” istədiyi iftirası ilə günahlandırılmış və Vəzirin arvadının yalan şərhləri nəticəsində illərlə zindanda qalmışdır. Bu hadisə, Allah qorxusu olmayan, axirətdə haqq-hesab verəcəyini düşünməyən, yalanı öz mənfəətləri üçün alçaqca istifadə etdiyi münafiq xarakterli insanların nə qədər gözü dönmüş olduqlarını açıqca göstərir.

Quranda, “əslində Vəzirin həyat yoldaşının hz. Yusif (ə.s)-a yaxınlaşmaq istədiyi” və Yusif peyğəmbər (ə.s)-ın onu rədd etdikdən sonra da; “yalan danışaraq ona böhtan atdığı” bildirilmişdir:

Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” – dedi. O isə: “Allah uzaq eləsin! Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” – dedi. (Yusif surəsi, 23)

Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” (Yusif surəsi, 25)

Vəzirin həyat yoldaşı; “ailənə pislik etmək istəyənin zindana salınmaqdan və acı bir əzabdan başqa cəzası nə ola bilər?” deyərək açıqca yalan söyləmiş, hz. Yusif (ə.s)-a böhtan atmış və haqsızca zindanda qalmasına səbəb olmuşdur. Quranın; “...(Əri): “Həqiqətən, bu sizin hiylələrinizdən (biri)dir. Həqiqətən sizin hiyləniz böyükdür” dedi” (Yusif surəsi, 28) ayəsi ilə, “Vəzirin də bu böhtanın “böyük tələ” olduğunu gördüyü və hz. Yusifin günahsız olduğu halda böhtana məruz qaldığını anladığı” bildirilmişdir. Necə ki, başqa ayədə isə Allah; “sonra onlarda (Yusifin iffətinə dair) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq (fikri) üstün gəldi” (Yusif surəsi, 35) sözləri ilə hz. Yusif (ə.s)-ın, günahsız olduğu aydın olduğu halda, haqsızca zindanda saxlanıldığını xəbər vermişdir.

Məhz Quranda bildirilən bu hadisə, Allah qorxusu olmayan insanların böhtanlarının və tələlərinin böyüklüyünü göstərir. Bu böhtanda, Yusif peyğəmbər (ə.s)-ın iffəti hədəf alınmışdır. Lakin münafiqlərin böhtan atarkən müsəlmanları ittiham etdikləri mövzular çox müxtəlifdir. Xüsusən də Allahın elçiləri və ya müsəlmanların liderlərindən söhbət getdikdə, münafiqlər (zəif ağıllarınca) mütləq o kəslərin “rəhbər xüsusiyyətləri” baxımından, guya “aciz” və “qeyri-kafi”olduqları təəssüratını verməyə çalışarlar (bu mübarək insanları münafiqlərin bu iddialarından tənzih edirik). Dövrün bütpərəst müşrikləri öz aləmlərində Peyğəmbərimiz (s.ə.v)-i “dəlilik”, “yalançılıq”, “əqli çatışmazlıq”, “kahinlik”, “şairlik” kimi yalan ittihamlarla günahlandırmağa çalışarkən, müsəlmanlar arasındakı münafiqlər də, etdikləri incə-incə oyunlar, söylədikləri yalanlar və böhtanlarla, müsəlmanlara bu mövzularda şübhə vermək və Peyğəmbərimiz (s.ə.v)-ə olan inamı yox etmək istəyirdilər.

Hal-hazırda da münafiqlər, müsəlman cəmiyyətlərinə mənəvi liderlik edən kəslərə qarşı apardıqları hiyləgər mübarizədə eyni taktikalardan istifadə edərlər. Münafiqlər, bu kəslərin “İslam əxlaqını izah etməkdə, dünya səviyyəsində dinsizliyin fikri zəminin aradan qaldırmaqda və xüsusən də İslam aləmindəki münafiqlərə qarşı mübarizə aparmaqda nə qədər təsirli olduqlarının” çox yaxşı dərk edirlər. Buna görə də özlərinə əsl hədəf kimi onları seçərlər. Bu mübarək insanların varlığı, münafiqin küfrdəki dostları üçün mühüm təhdiddir. Çünki münafiq, təqvaca üstün olan bu kəslərin, özlərinin küfr əhli ilə olan gizli əməkdaşlığı, hiyləgər planlarını görüb poza biləcək ağıl, fərasət və bəsirət sahib olduqlarından xəbərdardırlar. Öz şeytani sisteminə zərər gəlməməsi üçün, öz aləmində bu insanların təsirini yox edə biləcəyi yollar axtarar. Məhz bunun üçün də bəzən gizlin və açıq eyhamlarla, bəzən də açıqca etdiyi ittihamlarla, demək olar ki, hər mövzuda bu kəslərə qarşı “böhtana əsaslanan mübarizə” aparmağa başlayar.

Quranda münafiqlərin bu əxlaqı, “pis fikrə düşən münafiq kişilər və münafiq qadınlar” sözləri ilə bildirilmişdir:

Həm də ona görədir ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir. (Fəth surəsi, 6)

Münafiqin şeytani zəkası kəskin, yalan danışmaqdakı üfüqü də çox genişdir. “Bir yalanı yoxdan uydurub bəzəmək və bunu onlarla saxta dəlillə detallaşdırmaq” münafiq üçün asandır. Bir anda “nağıl kimi bir ssenari yazaraq”, heç bir həqiqət payı olmayan yalanla müsəlmanlara böhtan ata bilər. Bunun üçün xüsusən də öz aləmində həmişə “keçmişdən” dəlil kimi istifadə edər.

İnsanların keçmişdə yaşanan hadisələri zamanla unuda biləcəklərini, təfərrüatların yaddaşlarından silinə biləcəyini düşünər. Məhz bu inancı əsasında, keçmişə dair həmişə yalan hekayələr söyləməyə başlayar. O anda onun üçün əhəmiyyətli olan, müsəlmanların nəzərində, hədəf aldığı elçilər və ya müsəlmanların mənəvi liderləri barədə, öz aləmində “mənfi rəy yarada bilmə səyi”dir. “Keçmişdə burada bir dəfə də bu cür olmuşdu, bir dəfə də belə olmuşdu” kimi, öz aləmində dörd-beş yalan hadisəni ardıcıl deyib dəlil göstərdiyi zaman, bunun həmin anda atacağı bir böhtanı gücləndirəcəyini zənn edər.

Halbuki müsəlmanlar “ağıllı və diqqətləri açıq” insanlardır. Xüsusən də aralarındakı, çox dəyər verdikləri və təqvaca üstün gördükləri “Peyğəmbəri və Allahın elçilərini qorumaq məsələsində çox diqqətcildirlər”. Dolayısilə münafiqin zəif ağlına görə böhtan ataraq, keçmişdən dəlillər təqdim edərək etdiyi “qaralama” və “mənfi ictimaiyyət yaratma” səyləri müsəlmanlar üzərində heç bir işə yaramaz. Əksinə bu şeytani əməllərini gördükləri zaman, bu insanın münafiq xarakterini çox açıq şəkildə müəyyənləşdirib, ona qarşı daha da diqqətli olarlar. Həmçinin “müsəlmanlara böhtan atılmasının da mühüm mömin xüsusiyyəti olduğunu” da bilərlər. Bundan ötrü də, müsəlmanlara atılmağa çalışılan hər böhtanla, müsəlmanların bir-birlərinə olan sevgiləri də daha da artar. Allah Quranda müsəlmanların arasında yaşayan, “uydurduqları yalan və böhtanlarla ortaya çıxan” münafiqlərin mövcudluğunun müsəlmanlar üçün “şər deyil, əksinə xeyir olduğunu” bir ayədə belə bildirmişdir:

Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. (Nur surəsi, 11)

Münafiq hiyləgər oyunları üçün “şüur altı manipulyasiya üsulu”ndan istifadə edər

Münafiqin müsəlmanları daxildən əldən salmaq üçün apardığı şeytani mübarizədə istifadə etdiyi bir-birindən fərqli, bir çox üsulu var. Bunlardan biri də, hiyləgərcə üslublarla müsəlmanlara vəsvəsə verə bilmək üçün istifadə etdiyi “şüur altı manipulyasiya üsulları”dır. Gizlincə verdiyi hiyləgər təlqinlərlə, (haşa) Allah, Quran, Peyğəmbər və müsəlmanlar haqqında, müsəlmanların ağlında sual işarələri yaranmasını və şübhəyə qapılmalarını təmin etməyə çalışar.

Məlum olduğu kimi, şüur altı manipulyasiya üsulu, hal-hazırda “müsbət və ya mənfi məqsədlə bir çox mövzuda insanları öyrətmə və ya istiqamətləndirmə” məqsədi ilə istifadə edilən “təsirli bir üsul”dur. Şeytan isə bu üsuldan yaradıldığı gündən bəri istifadə edir və münafiqi də bunu şeytani məqsədləri üçün istifadə etməyə təşviq edir.

Necə ki, hal-hazırda, şeytan və münafiqlərin əməkdaşlıqla, “dünya səviyyəsində İslamın aradan qaldırılıb bunun yerinə hər cür əxlaqsızlığın və azğınlığın yayılması üçün təsirli bir “şüur altı manipulyasiya fəaliyyəti” icra edilir”. Hər cür əxlaqsızlığın; oğurluğun, fahişəliyin, homoseksuallığın, alçaqlığın və pozğunluğun yayılması üçün, inkarçılarla İslam aləmindəki münafiqlər əl-ələ vermiş vəziyyətdədir. Hər biri istər televiziyalarda, istərsə də internetdə və sosial mediada yazdıqları yazılar, söylədikləri sözlər, paylaşdıqları şəkillər, filmlər və məlumatlarla, insanların beyinlərində bütün bu azğınlıqları qanuniləşdirməyə çalışırlar.

Tarixin başlanğıcından bəri, gəlib-keçmiş bütün münafiqlər həmişə bu üsuldan istifadə etmiş və hər dövrdə peyğəmbərlər və müsəlmanlara qarşı bu hiyləgər üsuldan istifadə edərək mübarizə aparmışlar. Fironlar, nəmrudlar, Samiri, Qarun, hz. Yusif (ə.s)-a böhtan atan Vəzirin həyat yoldaşı, hz. Lut (ə.s) və hz. Nuh (ə.s)-ın həyat yoldaşları, Dirar məscidini quran münafiqlər, Peyğəmbərimiz (s.ə.v)-lə döyüşə çıxmaqdan qaçıb geridə qalan münafiqlər; etdikləri çıxışlarda təsirli ola bilmək üçün həmişə “şüur altı manipulyasiya üsullarından” istifadə etmişlər.

Bunun üçün münafiqlər, “qurduqları cümlələr və istifadə etdikləri sözlərlə, irəli sürdükləri bəhanələr, etdikləri şərhlər və ortaya atdıqları suallarla”, danışmalarına çox hiyləgər mənalar əlavə etmiş və bu yolla müsəlman cəmiyyətlərində pozucu və bezdirici təsir yarada bilməyi ümid etmişlər. Xüsusən də, bütün iman gətirənlərin ağlına, ədalətinə, sevgisinə, mərhəmətinə güvəndikləri lider mövqeyindəki “peyğəmbərləri, elçiləri və təqvalı kəsləri”, “öz aləmlərində müsəlmanların gözündən salmaq, onları etibarsız, güvənilməyən mövqeyə gətirmək” üçün, bu üsulla hiyləgərcə oyunlar oynamışlar.

Münafiq, şüur altı manipulyasiya üsullarıyla peyğəmbərlərə və müsəlmanlara olan etimadı yox etmək istəyər

Quranda münafiqlərin şüur altı manipulyasiya üsulları ilə oynadıqları hiyləgər oyunlara dair bir çox nümunə verilmişdir. Xüsusən də Peyğəmbərimiz (s.ə.v) dövründə, müsəlmanlarla birlikdə mübarizəyə qoşulmaqdan qaçmağa çalışan münafiqlər, bu hiyləgər üsuldan daha çox istifadə etmişlər. Bunlardan biri də Təbuk müharibəsi vaxtı, Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə səfərə çıxmamaq üçün yalan söyləyib bəhanələr uyduran münafiqlərin üslubunda görünür:

Allahın Rəsuluna qarşı (döyüşdən) geri qalanlar oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə mübarizə aparmaq istəmədilər və: “Bu istidə (döyüşə) çıxmayın” dedilər. (Tövbə surəsi, 50)

Peyğəmbərimiz (s.ə.v) Təbuk səfərinə çıxmaq üzrə olarkən münafiqlər döyüşə qoşulmaq istəmədikləri üçün Rəsulullah (s.ə.v)-ə qarşı çıxıblar. Bu davranışlarını məqbul və qanuni göstərə bilmək üçün də, müxtəlif sözlər söyləyiblər. Ardınca da; “bu istidə döyüşə çıxmayın!” deyərək, başqalarını da özləri kimi döyüşdən geridə qalmağa çağırıblar. Beləliklə, “başqalarını da geridə qalmağa razı salaraq, özlərinin də bu seçimlərində nə qədər haqlı olduqlarını” sübut etməyə çalışmışlar. Bundan sonra, rəvayətlərdə bildirildiyinə görə təxminən 80 nəfər münafiq xarakterli insanın Peyğəmbərimiz (s.ə.v) ilə səfərə çıxmayıb geridə qalmasına icazə verilmişdir.

Allah Quranda, səmimi iman gətirən müsəlmanların heç vaxt Peyğəmbər (s.ə.v)-ə dəstək olmaqdan qaçmayacaqlarını bildirmişdir. Heç bir əsaslı bəhanələri olmadan Peyğəmbərimiz (s.ə.v)-dən icazə istəyənlərin isə, təkcə “Allah və axirət inancı olmayan, qəlbləri şəkk-şübhəyə qapılmış kəslər olduqlarını” xəbər vermişdir:

Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır. Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.(Tövbə surəsi, 44-45)

Bununla yanaşı, Peyğəmbərimiz (s.ə.v)-in yanındakı münafiqlərin; “bu istidə döyüşə çıxmayın!” deyərkən, qarşılarına qoyduqları tək məqsəd “haqlı çıxmaq və özlərinə tərəfdar tapmaq” deyildir. Münafiqlər bu sözləri ilə eyni anda bir çox mövzuda fitnə törədib, bir çox mövzuda şeytani hədəfə nail olmağı düşünüblər.

Münafiqlər “canları şirin olduğu”; “mallarına və canlarına zərər gəlməsindən çəkindikləri və İslama qətiyyən dəstək vermək istəmədikləri” üçün Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə hərəkət etmək istəməyiblər. Lakin bu sözləri deyərkən əsil hədəfləri, içlərində böyük kin, qəzəb və qısqanclıq bəslədikləri Peyğəmbərimiz (s.ə.v)-dir. “Bu istidə döyüşə çıxmayın!” sözlərini deməkdəki əsil məqsədləri, (Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirik) Peyğəmbərimiz (s.ə.v)-i guya “haqsız, ədalətsiz, məntiqli düşünməyən, hadisələri düzgün qiymətləndirə bilməyən və müsəlmanların maraqlarını qorumayan” biri kimi göstərə bilmək idi. Beləliklə müsəlmanları narahat edə biləcəklərini və guya Peyğəmbərimiz (s.ə.v)-ə qarşı “etimad sarsıntısı” meydana gətirə biləcəklərini düşünmüşlər. Məqsədləri, “Peyğəmbər (s.ə.v)-ə şübhə ilə baxılmasını təmin etmək”, eyni zamanda da “özlərini ön plana çıxartmaqdır”. Peyğəmbər (s.ə.v)-in guya ağlının kəsmədiyi, düşünə bilmədiyi bir şeyi, guya bu axmaq münafiqlər düşünmüş olacaq və beləliklə öz zəif ağıllarınca “Peyğəmbər (s.ə.v)-dən daha böyük olduqlarını” sübut etmiş olacaqlar (Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirik). Bunun nəticəsində də cəmiyyətdə öz aləmlərində “etimad və mənfəət” qazana biləcəklər.

Məhz münafiq ən başından etibarən bütün bu təfərrüatları hesaba almış və öz aləmində bu imici verəcəyini düşündüyü ən təsirli sözü seçib söyləmişdir. Şüur altı manipulyasiya üsulları ilə, müsəlmanların içinə şübhə, qorxu və ümidsizlik duyğularını sala biləcəyini, zehinlərində sual işarələri yarada biləcəyini düşünmüşdür. Həmçinin Peyğəmbər (s.ə.v) hər nə qədər əksini açıqlayıb sübut etsə də, o bir dəfə ortaya atdığı şübhə ilə öz aləmində Peyğəmbər (s.ə.v)-ə və onun ədalətinə olan etimadı sarsıda biləcəyini ümid etmişdir.

Halbuki Səudiyyə Ərəbistanı onsuz da hər zaman isti olan bir bölgədir. Onsuz da orada hər zaman səhra iqlimi yaşanır. Oradakı insanlar kölgədə belə əlli-altmış dərəcə temperaturda hər gün gündəlik həyatlarını davam etdirir və lazım gəldikdə ticarət üçün bir çox yerə səyahət edirlər. Münafiq də hər kəs kimi bu həqiqəti çox yaxşı bilir. Lakin sırf əxlaqsızlıq olsun deyə, xüsusən qövmünün hamılıqla birlikdə olduğu yerdə, lovğa və hörmətsiz üslubla “havanın isti olduğunu” söyləyərək fitnə törətməyə çalışmışdır. Bu söylədiyini, yəni havanın isti olduğunu, başda Rəsulullah (s.ə.v) olmaqla oradakı bütün müsəlmanlar çox yaxşı bilir. Lakin münafiq sırf alçaqlığından, şərəfsizliyindən, anarxist və alçaq ruhundan ötrü bu cür danışır və oradakı bütün insanların şüur altına (haşa) “Peyğəmbər (s.ə.v)-in etibarsız və ədalətsiz” insan olduğunu yeritməyə çalışır. Bu yolla, zəif ağlı ilə guya müsəlmanları passivləşdirib güclərini yox edə biləcəyini zənn edir.

Allah bir ayədə münafiqlər üçün; “Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər...” (Tövbə surəsi, 47) buyurmuşdur. Məhz “bu istidə döyüşə çıxmayın!” deyə hiyləgərcə bəhanələr irəli sürən münafiqlərə; “burada hava hər zaman istidir, gəlin müsəlmanlarla birlikdə döyüşə qoşulun” deyilmiş olsa, Allahın ayədə bildirdiyi kimi, orada da müsəlmanlara “ayaq bağı olacaq” və içlərində mütləq “fitnə törədəcəklər”. Peyğəmbər (s.ə.v)-ə və müsəlmanlara böhtanlar atacaq; haqsızlığa uğradıqlarını, zərərçəkmiş olduqlarını və hətta əziyyətə məruz qaldıqlarını iddia edəcəklər. Bütün bu iddiaları yalan olduğu halda, bu yolla qışqır-bağır salaraq fitnə törətməyə çalışacaqlar.

Halbuki aydındır ki, bu şəxslərə, Peyğəmbər (s.ə.v) ilə birlikdə döyüşə qoşulmaları əvəzində “külli miqdarda qızıl və ya pul” verilmiş olsa, onlar heç bir bəhanə irəli sürmədən qaçaraq Peyğəmbərimiz (s.ə.v)-i izləyəcək və hava bundan daha da isti olsa, özlərində hər cür çətinliyə dözəcək gücü də tapacaqdılar.

madde, new scientist

Adnan Oktar: “Xalqın, yəni hər kəsin anlayacağı kimi çox sadə məntiqlə deyir ki, “bu istidə döyüşə çıxmayaq”. İstidə döyüşə çıxılmayacağını hər kəs bilir onsuz da, lakin özünü ağıllı zənn edir. Özü kəşf etmiş kimi söyləyir. Peyğəmbər (s.ə.v) onu bilməzmi, istidə çıxılıb-çıxılmayacağını? Peyğəmbər (s.ə.v)-ə ağıl verib öz aləmində (haşa) Peyğəmbər (s.ə.v)-i xəcalətli edəcək. Peyğəmbər (s.ə.v)-in o qədər asan bir şeyi düşünə bilmədiyini (haşa) vurğulamaq istəyir. İnsanların gözündən salmağa çalışır öz aləmində. “Peyğəmbər (s.ə.v) bunu belə düşünə bilmədi” deyəcək (haşa). Demək istədiyi budur. Sonra da o özünü xilaskar və dürüst kimi də göstərir. Baxın əxlaqsızı görürsünüzmü? İki cür alçaqlıq edir. özünü “xilaskar və dürüst” göstərir. “Mən” deyir “müsəlmanların mənfəətini düşünürəm. İstidə onlar həlak olmasın. Əzab çəkməsinlər deyə mən bu yaxşılığı və bu xatırlatmanı edirəm” deyir. Çox şeytanidir münafiq. Məqsədi özünü ucaltmaq və üstün göstərməkdir. Peyğəmbər (s.ə.v)-i də xəcalətli etməyi qarşısına məqsəd qoyur (Peyğəmbər (s.ə.v)-i tənzih edərik).

Çünki onda dava eşqi yoxdur. O gələcəyini, dünyasını, rahatlığını düşünür. Peyğəmbər (s.ə.v), İslamın yayılmasını, İslamın hakim olmasını, müsəlmanların rahat olmasını, təhlükəsizlik içində olmasını, zəngin olmasını düşünür. O da təkcə pis, eqoist, öz iyrənc mənfəətlərini düşünür. Bunun üçün həm Peyğəmbər (s.ə.v)-ə düşmənçilik etməyə çalışır, həm də ətrafında olduğu kəslərə yaltaqlıq etməyə cəhd edir, üstünlüyünü vurğulamağa çalışır. Lakin axmaqca üsulla. Məsələn, “evim açıq qalıbdır” deyir. Oradan yaxınlaşır, halbuki hər kəsin evi açıqdır, Peyğəmbər (s.ə.v) bilməz mi bunu?” (A9 TV, 19 may 2016)

madde, new scientist

Adnan Oktar: Peyğəmbər (s.ə.v)-in yanına gedirlər, (haşa) çoxbilmişlik edirlər. Üst pərdədən üslubla ağıl verməyə çalışırlar. Peyğəmbər (s.ə.v) istidə döyüşə gedilib-gedilməyəcəyini bilməzmi? Kim bilməz bunu? Hər kəs bilər. Məhz mütləq ədabazlıq etməlidir, mütləq çaqallıq, çoxbilmişlik etməlidir və özünü ucaltmalıdır. Böyük kəşf etmiş kimi gəlir, kütlənin içində deyir ki; “sən düşünə bilmədin (haşa) mən düşündüm”. “Bu istidə bizi döyüşə göndərirsən. Bu olmaz. Bu istidə döyüşə gedilməz” deyir. Yəni “bizi məhv edəcəksən?” “Bu istidə başımızı günəş vurardeyir. Həm nalayiq, həm əxlaqsız, həm də ədabazdır.

Bax orada neçə məqsədi var? 1. Peyğəmbər (s.ə.v)-i (haşa) düşüncəsiz və ağlı kəsmirmiş kimi göstərmək. 2. Özünü üstün, mərhəmətli və müsəlmanları müdafiə edirmiş kimi göstərmək. 3. Döyüşə çıxılmasının qarşısını almaq, müsəlmanların başını bəlaya salmaq. 4. Müsəlmanların dağılması üçün zəmin hazırlamaq.

Məsələn, yenə eyni ədabaz dəstəsi deyir ki, “oldu, döyüşə gedək biz, təbliğə gedək, lakin uşaq-muşaq evdədir, onlar nə olacaq?” “Ailəmiz nə olacaq? Onları düşünmədin sən” deyirlər Peyğəmbər (s.ə.v)-ə (Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirəm). Əxlaqsız adam, düşünməyə bilərmi? O da öz ailəsini tərk edir. Hər kəs öz ailəsini tərk edir. Əsgərə gedən bir əsgər, onsuz da ailəsini tərk edib gedər. Bu qədər axmaqsanmı? Bu münafiq axmaqlığıdır. Özünü necə göstərir? Məhz ailəsini, uşaq-muşağını müdafiə edən mərhəmətli, şəfqətli insan kimi. Peyğəmbər (s.ə.v)-i necə göstərir? (haşa) uşaq-muşağı düşünməyən, ailələri düşünməyən, yoldaşlarını düşünməyən insan, (haşa) elə göstərməyə çalışır. Beləliklə Peyğəmbər (s.ə.v)-ə bağlılığı yox edəcək, həmçinin Peyğəmbər (s.ə.v)-i də məşğul edəcək, belə pis sözlərlə vaxtını alacaq, müsəlmanların da əhvali-ruhiyyəsini korlayacaq. Qəlbində xəstəlik olan da varsa, o insan da deyəcək ki; “bu münafiq haqlıdır”. Çünki zəif imanlı biri; “deməli, bu insan münafiqdir” deməz, o anda onu ağıllı insan kimi görər. Ona görə də “mən də getməyim” deyəcək.

Bunu dedikdə küfr əhli də münafiqə; “halal olsun, sən nə qədər ağıllı insansan” deyir, bu ailələrini tərk etməmək məsələsində. “Çox gözəl söyləyirsən” deyir. Bütün küfr əhli Peyğəmbər (s.ə.v)-ə qarşı birləşirlər. “Müsəlman belə olar” deyir küfr əhli. “Afərin, Peyğəmbər (s.ə.v)-ə qarşı çox gözəl söylədin” deyir (haşa). Məhz münafiqin bu düşüncəsizliyi, nalayiqliyi tarix içində heç dəyişməz”. (A9 TV, 30 may 2016)

madde, new scientist

Adnan Oktar: Münafiqlər Peyğəmbər (s.ə.v)-lə elə namərdcə və elə alçaqca üslubla danışırlar ki, məsələn; “sən bizi döyüşə aparırsan, ancaq havanın isti olduğunu görürsən” deyir. İndi Peyğəmbər (s.ə.v) nə desin? “Olsun, isti də olsa gəlin” desə, orada özündən gedən olsa və yaxud ürəyi tutan olsa münafiq çıxıb “mən demişdim” deyəcək. Haşa “müsəlmanı göz görə-görə ölümə apardı” deyəcək. Peyğəmbər (s.ə.v) haqqında (haşa) belə ədəbsiz ifadələrlə danışırlar, üslubları belədir. Peyğəmbər (s.ə.v) də bir şey demir bu zaman. Çünki münafiq həmişə əlliyə əlli çox ortalı danışar. Yəni öz lehinə istifadə ediləcək kimi seçər cümlələri və sözləri. Çox alçaqdır. Məsələn, deyir ki, “mən döyüşməyi bacarsam gələrəm, lakin bacarmıram” deyir. İndi götürsə Peyğəmbər (s.ə.v) onu, məsələn, bir yerinə ox tuş gələcək və ya qılınc zərbəsi alacaq. Sonra; “mən sizə demişdim onsuz da, döyüşməyi bacarmıram deyə. Bax qolum qopdu” deyəcək. Sonra da (haşa) Peyğəmbər (s.ə.v)-i günahlandıracaq. Alçaqlıq edir. Bunun üçün Peyğəmbərimiz (s.ə.v) bunlara heç nə etməyib, heç nə deməyib. Bu alçaqlar da imperatorluqlarını yaratmış və 1400 il davam etdirmişlər. 1400 il. Səhabə dövründə də qan qusdurmuşlar, hal-hazırda da davam edirlər”. (A9 TV, 20 fevral 2016)

...Onlara: “Gəlin, Allah yolunda döyüşün, ya da müdafiə edin” deyildikdə, “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik” dedilər. O gün imandan çox küfrə yaxın idilər. Ürəklərində olmayan şeyi dillərilə deyirlər. Allah onların gizlətdiklərini çox yaxşı bilir. (Ali İmran surəsi, 167)

Münafiq, şüur altı manipulyasiya üsullarıyla insanların (haşa) Allaha olan etimadlarını sarsıtmağı hədəfləyər

Münafiqlərin; “istidə döyüşə çıxmayın” sözünü söyləməkdəki digər məqsədləri də; “Peyğəmbər (s.ə.v)-ə olduğu qədər, müsəlmanların (haşa) Allaha qarşı olan etimadlarını da sarsıda bilmək”dir. Bu danışıqları ilə Peyğəmbərimiz (s.ə.v)-ə “döyüşə çıxın deyirsən, lakin buradakı havanın vəziyyətini görürsən. Beyin qanaması keçirəcəyik, istidən təzyiqimiz yüksəlir, əgər müharibəyə çıxsaq həlak olarıq. Sən Peyğəmbər olaraq bunu necə düşünməzsən?” kimi eyhamlar edirlər. Ardınca da; “bax mən Peyğəmbər deyiləm, lakin mən bunu düşünürəm. Görürsənmi, deməli, mən səndən daha üstünəm. Deməli, Allah səni Peyğəmbər olaraq göndərməklə səhv etdi. Lakin bax, mən hamınızdan; Allahdan da, Peyğəmbərdən də böyüyəm ki, bunları düşünə bilirəm” (Allahı və Peyğəmbərimiz (s.ə.v)-i tənzih edirik) məntiqi ilə danışacaq və (o zəif ağıllarınca) guya öz böyüklüklərini sübut etmiş olacaqlar. Münafiqlər bu sözləri ilə, ətrafındakı imanı və ağlı zəif olan kəslərə də asanlıqla təsir edə biləcəklərini və onları özlərinə bağlaya biləcəklərini ümid edirdilər.

Halbuki Peyğəmbərimiz (s.ə.v)-in müsəlmanları səfərə çağırmasının bir çox zəruri səbəbi və hikməti vardır. O dövrdə müsəlmanlar əziyyətə məruz qalır və şəhid edilirdilər. Peyğəmbərimiz (s.ə.v) “İslama edilən hücumları dayandırmaq; müsəlmanları, qadınları, yaşlıları, uşaqları qorumaq, şəhid edilmələrinin qarşısını almaq üçün” belə qərar almışdır. Bu vəziyyətdə müsəlmanlar, istini heç düşünəcək mövqedə deyillər. Çünki döyüşə getmədikləri təqdirdə onsuz da evləri, ailələri, övladları, həyat yoldaşları təhdid altında olacaq, böyük ehtimalla əziyyət görəcəklər. Bu səfərin məqsədi, müsəlmanları bu təhlükələrdən qoruyub təhlükəsizliklərini təmin edə bilməkdir. Dolayısilə isti, bu vacib təhdidlərin yanında müsəlmanlar üçün gözə ala bilməyəcəkləri çətinlik deyil. Üstəlik, əvvəlki hissədə də qeyd edildiyi kimi, oradakı xalq onsuz da bütün həyatlarını bu isti hava şərtləri altında keçirirlər. Ticarət üçün səfərə çıxdıqları zaman da eyni şərtlərə müqavimət göstərirlər. Bununla yanaşı, döyüşə də onsuz da şəhid edilə biləcəklərini; yaralana biləcəklərini gözə alaraq gedirlər. Ümumiyyətlə isti, onlar üçün bütün bunlarla yanaşı çox yüngül çətinlikdir. Həmçinin, əlbəttə ki, münafiq də bütün bu həqiqətləri bilir. Lakin alçaqca ruhla özünü çox təmiz niyyətli və müsəlmanların yaxşılığını düşünən biri kimi göstərmək məqsədi ilə, gizlincə “şüur altı manipulyasiya” edir.

Həmçinin müsəlmanlar olduqca gözəl əxlaqlı və həlim insanlardır. Allahın rizasını qazanmalarından söhbət getdikdə, heç vaxt əvvəlcə öz mənfəətlərini qorumağı düşünməzlər. Əgər Allahın rizası elə tələb edirsə, sevə-sevə və böyük şövqlə Peyğəmbərimiz (s.ə.v)-in ardınca gedər və döyüşə çıxarlar. İndiki vaxtda da eynilə isti havada İslamı təbliğ etmək və ya müsəlmanlara dəstək vermək üçün bir mövzuda xidmət etmələri lazım gəlsə, müsəlmanlar yenə bunu sevinclə edərlər. Heç vaxt; “hava istidir, mən sizə kömək edə bilmərəm” deməzlər. Lakin münafiq indiki dövrdə də olsa, yenə eyni bəhanəni irəli sürər. Çünki münafiqin canı çox şirindir. Həmçinin həmişə öz mənfəətini ön plana alar. Müsəlmanların hüzuru, təhlükəsizliyi və mənfəətləri münafiq üçün əhəmiyyətli deyil. Mütləq əvvəlcə öz maraqlarını düşünər və bunun üçün hər cür saxtakarlığı edər.

Bununla yanaşı münafiqlər bu üslubları ilə təkcə Peyğəmbər (s.ə.v)-i hədəf almırdılar. Əsil istədikləri insanları (haşa) Allah haqqında müxtəlif zənnlərə qapdıra bilmək, şübhəyə sala bilmək və beləliklə iman gətirmələrinə mane ola bilmək idi. Allah münafiqlərin tarix boyu göstərdikləri bu çirkin səyi Quran ayələrində belə xəbər vermişdir:

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir. (Həcc surəsi, 3)

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O, başını təkəbbürlə o yan bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik. (Həcc surəsi, 8-9)

Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur? (Ənkəbut surəsi, 68)

Allahın dəvəti qəbul olunduqdan sonra Onun barəsində mübahisəyə girişənlərin dəlili Rəbbinin yanında boş şeydir. Onlar dünyada qəzəbə düçar olacaqlar. Axirətdə isə onları şiddətli əzab gözləyir. (Şura surəsi, 16)

Bütün bu ayələr, münafiqlərin tarix boyu eyni şüur altı manipulyasiya üsullarından istifadə etdiklərini və Allah haqqında müxtəlif zənlər bəsləyərək insanları dinsizliyə çağırdıqlarını göstərir. Halbuki oynadıqları hiyləgər oyun, və istifadə etdikləri “şüur altı manipulyasiya üsulları”, Allahı layiqincə tanıyıb bilən müsəlmanlara qətiyyən təsir edə bilməyəcək axmaq məntiqlərə əsaslanır. Müsəlmanlar Allahın sonsuz ağıl, mərhəmət və ədalət sahibi olduğunu çox yaxşı bilirlər. Allaha olan sevgiləri və etimadları sonsuzdur. “Biz isə, qiyamət gününə məxsus dəqiq çəkən tərəzilər qoyarıq ki, artıq heç kəsə heç bir mövzuda heç vaxt haqsızlıq edilməz. Bir xardal dənəsi belə olsa ona (tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayət edərik (Ənbiya surəsi, 47) ayəsi ilə xəbər verildiyi kimi, dünyadakı bütün insanlar, Allahın sonsuz ədaləti ilə əvəz alacaq. Dolayısilə zəif ağıllı münafiqlərin, (Allahın tənzih edirik) Allahın “insanlara haqsızlıq etdiyi, səhv etdiyi, düşünə bilmədiyi” kimi alçaqca danışıqları, Allaha qarşı göstərdikləri çox çirkin cəsarət və çox böyük böhtandır. Bir ayədə; “...mənim Rəbbim çaşmaz və unutmaz” (Taha surəsi, 52) sözləri ilə bildirildiyi kimi, Allah hər cür nöqsandan, acizlikdən, səhvdən və qüsurdan uzaq və ucadır. O münafiqi da, onun axmaq yolgöstəricisi olan şeytanı da, küfr əhlindəki dostlarını da yaradan Allahdır. Onlara bu sözləri söyləyəcək zəkanı verən və anbaan onların hər etdiklərini və hər söylədikləri sözü yaradan yalnız Allahdır. Həmçinin; “...şübhəsiz ki, Allah, etdiklərinizdən xəbərdardır(Həşr surəsi, 18) ayəsi ilə xəbər verildiyi kimi, Allah münafiqlərin oynadıqları hər cür hiyləgər oyundan anbaan xəbərdardır.

Oynadığı alçaqca oyunlar nə dünyada, nə də axirətdə münafiqlərə bir şey qazandırmayacaq. Dünyada həmişə alçaldılmış vəziyyətdə yaşayacaq, axirətdə isə bu şeytani əxlaqlarından ötrü, sonsuz əzabla əvəz alacaqlar.

Münafiq, müsəlmanların söylədiklərini “dilini əyib bükərək” və “sözlərin mənasını təhrif edərək” dəyişdirməyə çalışar

“Quran ayələrini, peyğəmbərlərin, elçilərin və müsəlmanların danışıqlarını şeytani üslubla dəyişdirib, onların sözlərindəki mənanı təhrif etməyə çalışmaları”, münafiqlərin mühüm xüsusiyyətidir. Allah bir Quran ayəsində “...dillərini Kitaba doğru əyib bükərlər, siz onu (oxuduqları göründüklərini) Kitabdan hesab edəsiniz deyə...” (Al-i İmran surəsi, 78) ifadəsiylə, münafiqlərin bu əxlaqsızlığına diqqət çəkmiş və bu hiyləgər oyunlarına qarşı diqqətli olmaları üçün müsəlmanları xəbərdar etmişdir.

Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!” – deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar. (Ali İmran surəsi, 78)

Münafiqin belə əxlaqsızlığı etməsinin səbəbi, (öz aləmində) “dini şəxsi mənfəətlərinə uyğun hala gətirmək istəməsi”dir. Münafiq içindəki amansız böyüklük hissindən ötrü, lazım hesab etdikdə, özünü müdafiə edib haqlı çıxarda bilmək üçün, Quran ayələrini, Peyğəmbərin, elçilərin və ya müsəlmanların sözlərini təhrif etmək üçün səy göstərər. Quranda “dil əyib bükmə” kimi bildirilən bu əxlaqsızlıq münafiqdə dəlilik dərəcəsində şiddətlidir. Sözün altında qalmamaq, üstün gəlmək, ön plana çıxmaq, guya səhvsiz, qüsursuz və nöqsansız insan olduğunu sübut edə bilmək, münafiq üçün mühüm mövzudur. İçində Allah qorxusu olmadığı üçün, Quran ayələri haqqında mübahisəyə girməkdən, ayələrin mənasını dəyişdirməyə və təhrif etməyə cəhd etməkdən heç çəkinməz. Eynilə qarşısında Peyğəmbər və ya Allahın elçisi də olsa, ona qarşı lovğalanmaqdan və böhtan ataraq bu mübarək insanların sözünü təhrif edib dəyişdirməkdən də heç çəkinməz. Özünə doğrusu bildirilib haqsız olduğu sübut edildikdə də, söylənilən ayələri də, edilən ilahi danışıqları da həmişə anlamazlıqdan gələr.

Allah bir ayədə münafiqin bu hiyləgər taktikasını; “o gün imandan çox küfrə daha yaxın idilər. Onlar qəlblərində olmayan şeyi dilləri ilə deyirdilər...” (Ali İmran surəsi, 167) ayəsi ilə bildirmişdir. Münafiqlər təhrif etməyə cəhd etdikləri ayələrin mənalarını da, müsəlmanların doğru söylədiklərini də çox yaxşı bilirlər. Lakin şeytani əxlaqlarından ötrü, bilərəkdən “qəlblərində olmayan şeyi dilləri ilə söyləyərək” üstün çıxmaq üçün yalan danışarlar.

Başqa Quran ayəsində isə, həmişə iyrənclik edərək, böhtan ataraq, dil əyib bükərək, sözlərin mənasını təhrif edərək yalan danışan münafiqlərin bu alçaq xarakteri; “onlar sözlərin yerlərini dəyişdirərlər (Maidə surəsi, 13) sözləri ilə də xəbər verilmişdir.

Münafiq şeytani zəkasından və acı dilindən istifadə edərək demək olar ki, hər sözündə müsəlmanlara qarşı bu cür hiyləgər oyunlar oynayar. Lakin müsəlmanlar münafiqin bütün bu oyunlarını dərhal görər və onun bu səmimiyyətsizliyini Quran ayələri ilə ona sübut edərlər. Münafiq yenə də deyilənləri anlamazlıqdan gələrək özünü müdafiə edər və öz yanlış iddialarından imtina etməz.

madde, new scientist

Adnan Oktar: “Allah Maidə surəsi, 13-cü ayədə şeytandan Allaha sığınıram; “onlar sözlərin yerlərini dəyişdirərlər” deyir. Məhz, məsələn, münafiq Quran ayələrini dəyişdirər. Lakin qarşısındakı insan bir şey danışdıqda, onu da dəyişdirər. Məsələn, deyirsən ki, “mən bu gün səni çox diqqətli gördüm”. O da: “Sən mənə elə söz dedin ki, mənim diqqətsiz olduğumu vurğulamağa çalışırsan” deyib səbəbsiz yerə pislik etməyə çalışar. “Mən belə şey demədim” dedikdə, o zaman da: “Sən mənim yaddaşımla lağ edirsən?” deyər. Çox iyrəncdir münafiq. Mən təbii ki, çox sadə nümunələr verirəm; tam cəmiyyət mikrobudur münafiq. Allah o qədər çox ayə ilə izah etmişdir ki, hədislərdə də o qədər çox izah edir ki, Rəsulullah (s.ə.v); eynilə təsvir edir. Hz. Əli (r.ə) də çox ətraflı təsvir edir, ayələrdə tam əhatəli şəkildə izah edilir. Lakin təbii ki, ayələrin təfsir edilib izah olunması, həyata keçid forması ilə izah edilməsi çox əhəmiyyətlidir”. (A9 TV, 23 yanvar 2016)

Adnan Oktar: “Bir kərə çox yalançıdır münafiq. Açıq-aydın şəkildə və şərəfsizcə yalan danışar. Demaqoqluğa çox alışqandır münafiq, sözü sağa-sola döndərər”. “Qurandan hesab edəsiniz deyə” deyir ayədə də. Dilini əyib bükər. Cümlələri pozmaqda, məntiqi pozmaqda şeytani məharətə malikdir. (Ali İmran surəsi, 78) “Dillərini əyib bükərlər” deyir Allah. Sənin söylədiyin doğru cümləni əyib büküb çox qəribə hala gətirə bilər münafiq. Sən ona könlünü alacaq bir söz desən, münafiq onu tam fərqli formaya sala bilər, pozar. Yəni pozuq danışma vardır. Münafiq “acı dilləri ilə sizi incitməyə çalışarlar” deyir Allah ayədə. (Əhzab surəsi, 19) Dilinin acılığı; acı nədir? dağıdıcı, yırtıcı bir şey üçün deyilər. Buna cəhd edir münafiq, bunun üçün çalışır. Dil mömində xeyir üçündür; münafiqdə şər üçündür, pislik üçündür. Lakin möminə edilən hər şey xeyirdir. Münafiqin özünə xeyir zənn etdiyi hər şey də ona zərərli ola bilər. Yəni nə etsə onun əleyhinə olar. “Dillərini əyib bükərlər”. Sözü kəlməni dəyişdirməkdə şeytani məharətdən bəhs edir Allah Quranda. Məsələn, müsəlman münafiqə normal, məqbul bir şeyi söylədiyi zaman və ya bir səhvini, bir çatışmazlığını söylədikdə münafiq onu ağlasığmaz dərəcədə təhrif edər, ağlasığmaz dərəcədə dəyişdirər. Sözün başını sona gətirər, sonunu başa gətirər. Ona bir çox yalan əlavə edər və tam fərqli hala gətirər. Məhz dilini əyib bükmə deyildikdə bu nəzərdə tutulur. Quranın hökmünü də dəyişdirməyə cəhd edər”. (A9 TV, 5 iyun 2016)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Giriş
  • Münafiq Kimdir?
  • Dünyadakı İlahi Qüvvələr və Qarşısındakı Şər Mərkəzləri
  • Şeytan ilə Münafiqin Dostluğu
  • Dərin Dövlətlərin Münafiqlərlə İttifaqı
  • Münafiqin Qaranlıq Dünyası
  • Münafiqin Özünü Küfr Əhlinə Bəyəndirmək Səyi
  • Münafiqin Texnologiya və Sosial Mediadan Çirkli Oyunları Üçün Istifadə Etməsi
  • Münafiqin Kəşfiyyat və Casusluq Fəaliyyəti
  • Münafiqin İslam Əvəzinə Azğın İdeologiyaları Gücləndirmək Səyi
  • Münafiqin Əxlaqsızlığı və Oyunları 1/7
  • Münafiqin Əxlaqsızlığı və Oyunları 2/7
  • Münafiqin Əxlaqsızlığı və Oyunları 3/7
  • Münafiqin Əxlaqsızlığı və Oyunları 4/7
  • Münafiqin Əxlaqsızlığı və Oyunları 5/7
  • Münafiqin Əxlaqsızlığı və Oyunları 6/7
  • Münafiqin Əxlaqsızlığı və Oyunları 7/7
  • Münafiqin Yaxalanma Qorxusu
  • Münafiqin Müsəlmanlardan Ayrılma Planları
  • Müsəlmanların Münafiqə Quran Əxlaqı ilə Yaxınlaşmaları
  • Münafiqliyin Aqibəti Mütləq Ziyandır
  • Nəticə
  • Təkamül Yalanı