Münafiq, tarixin başlanğıcından bəri, “iman gətirən hər qövmün içində olan”; “iman gətirmədiyi halda iman gətirmiş kimi görünən”, ikiüzlü, saxtakar, yalançı, hiyləgər və səmimiyyətsiz insanlara verilən addır. Hz. Adəm (ə.s)-dan bəri yaşamış hər cəmiyyətdə, iman gətirənlər və inkarçılar qədər, münafiqlər də mövcudluğunu davam etdiriblər. Etdikləri hiyləgər hərəkətlərlə, şeytani oyunlarla, küfr əhli ilə qurduqları əməkdaşlıq və tələlərlə, “öz aləmlərində müsəlmanların gücünü yox etməyə və hiyləgərcə yer üzündə dinsizliyi hakim etməyə” çalışıblar.
Bu şeytani dəstə, birbaşa küfr əhlinin arasına getmək əvəzinə, “özlərini iman gətirənlərdən biri kimi göstərərək, İslama daxilən zərər verə bilməyi” hədəf etmişlər. Bütün bunları edərkən də, müsəlmanların maddi-mənəvi bütün imkanlarından istifadə edib mənfəət əldə etməyə çalışmışlar.
Lakin Allahın Quranla bildirdiyi dəyişməz qanununa görə, “münafiq başdan müvəffəqiyyətsiz olmaq üçün yaradılmışdır”. Bütün həyatını rütubətli, qaranlıq və gizlin oyunlar oynayaraq, yalanlar söyləyərək, pislik təşkil edərək, saxtakarlıq edərək keçirər. Lakin bu etdiklərinin müsəlmanların əleyhinə olmasını gözləyərkən, “etdiyi hər hərəkətlə müsəlmanların daha da gücləndiyini, bir-birlərinə daha da möhkəm sarıldığını, ağıllarının, imanlarının, güclərinin daha da artdığını” görər.
Münafiq, (özü bunu nə qədər istəməsə də) əlində olmadan, müsəlmanlara heyrətamiz dərəcədə fayda təmin edən varlıqdır. Həmçinin yenə tam əksi üçün səy göstərdiyi halda, (Allahın qanununun tələbi olaraq) əlində olmadan, həyatının sonuna qədər müsəlmanlara xeyir və bərəkət qazandırmağa davam edəcək. Etdiyi hər əxlaqsızlıq, müsəlmanların daha da güclənməsinə, daha da bərəkət tapmasına vəsilə olacaq. Münafiqin şeytani sistemi isə, nə vaxtsa daxilən çürüyüb yox olacaq.
“Münafiq” sözü ərəbcədə, iki tərəfi açıq “dəhliz; yəni tunel” mənasını verən “en-nefeku” və y “köstəbək dəliyi” mənasındakı “ən-nafikatu” sözündən gəlir. Xalq arasında casusluq edən kəslərdən “köstəbək” kimi bəhs edilməsi də, yenə bu sözün kökünə əsaslanır. Necə ki, bir köstəbək tunelin bir tərəfindən girib digər tərəfindən çıxarsa, münafiq də eynilə belədir. Eynilə bir köstəbək kimi, müsəlmanların arasına bir ucdan daxil olar, digər ucdan çıxar. İki istiqamətə doğru da yolu açıqdır. Hər an küfr əhlinin arasına da gedə bilər, müsəlmanların arasına da girə bilər. Eynilə köstəbək kimi, gah bu tərəfə dönər, gah da o tərəfə. Mənfəətləri hansı tərəfdədirsə o tərəfi seçər. Məhz bu söz də, münafiqin bu “dəyişkənliyini” vurğulayar. Quranın; “onlar tərəddüd edər nə bunlara, nə də onlara tərəf olarlar...” (Nisa surəsi, 143) ayəsiylə, Allah münafiqin bu vəziyyətinə diqqət çəkmiş və münafiqin köstəbəyə bənzəyən bu xarakterinə qarşı müsəlmanları xəbərdar etmişdir.
Müsəlmanlar, münafiqin təhlükəsini, alçaqlığını, əxlaqsızlığını və küfr əhlinə olan həmrəyliyini çox yaxşı bilmələrinə baxmayaraq, bu insanları səbirlə imana və Quran əxlaqını yaşamağa dəvət edərlər. Lakin münafiqlər, “ruhi xəstə kimi ruhla münafiq olmalarına israr edər” və mənfəətlərinin arxasınca qaçmağa davam edərlər. Eynilə bir köstəbəyin, tunelində aşağı-yuxarı hərəkət etməsi kimi, münafiq də mənfəət əldə edə bilmək üçün müsəlmanların arasında hərəkət etməyə davam edər.
Münafiqliyin həlli isə, münafiq xarakterinin gün kimi açıq-aydın görünəcək şəkildə təsvir edilməsi və beləliklə də, dünya səviyyəsindəki bütün müsəlmanların bu səmimiyyətsiz insanları çox yaxşı müəyyənləşdirə biləcək hala gəlməsidir. Bütün əxlaqsızlığı və alçaqlığı ifşa edilmiş bir münafiqin, artıq bu dünyada münafiqlik edəcək yeri də qalmamış olar.
Necə ki, kənd təsərrüfatı sahələrində, kəndlərdə və ya tarlalarda, köstəbək dəliklərinə iki tərəfdən su verilər və beləliklə də, köstəbək qaçacaq yer tapa bilməzsə; məhz münafiqin ifşa edilməsi də, onun “münafiqlik edəcək yer tapa bilməməsiylə” nəticələnər. Lakin, əlbəttə ki, köstəbək burada yalnız münafiqin vəziyyətinin başa düşülməsi üçün verilən bir nümunədir; yoxsa köstəbək sevimli heyvandır. Münafiq isə, onunla müqayisə edilməyəcək qədər “əclaf və alçaq məxluq” dur.
Məhz müsəlmanların Quran ayələri əsasında, münafiqin gündəlik həyatdakı bütün oyunlarını ifşa etmələri ilə birlikdə “münafiqlik imanın nuru içərisində mənəvi cəhətdən boğulub yox olacaq”. Bütün səmimiyyətsizlikləri, alçaqlıqları hər kəs tərəfindən çox yaxşı bilinən vəziyyətə gəldikdə münafiq, artıq heç kimə qarşı bu oyunları oynaya bilməyəcək hala gələcək.
Buna görə də, münafiq əlamətlərini müsəlmanlar arasında gecə-gündüz həmişə gündəmdə saxlamaq, əzbərlətmək, yazılı hala gətirmək, söyləmək dünyanın hər yerində münafiqin həyat sahəsini yox etmiş olacaq. Bunun nəticəsində də müsəlmanlar münafiqlik fəaliyyəti olmayan bir dünyada yaşayacaq və həyatlarında heyrətamiz dərəcədə lüks, rahatlıq və bərəkət meydana gələcək.
Quranda münafiqin təsviri çox ətraflı şəkildə müsəlmanlara bildirilmişdir. Lakin bununla yanaşı, insanların bu ayələrin praktiki həyata keçməsini, münafiqlərin, ayələrdə bildirilən şeytani əxlaqı nə cür tətbiq etdiklərini görə bilmələri üçün, “münafiqin gündəlik həyatdakı təsvirini” də vermək olduqca əhəmiyyətlidir.
Münafiqlərin 1400 ildən bəri İslam aləmini məhv etmiş, müsəlman cəmiyyətlərə istədikləri kimi nifaq salıb fitnə törədə bilmiş olmaları, məhz həmişə insanların “münafiq təsvirini tam bilməmələrindən” irəli gəlmişdir. Münafiqin çox genişmiqyaslı analizinin edilməmiş olması, müsəlmanların münafiqləri “müəyyənləşdirməkdə çətinlik çəkmələrinə” səbəb olmuşdur. Müəyyənləşdirməkdə çətinlik çəkdikləri üçün, münafiqlərin hər yerdə əli olmuş, hər yerə asanlıqla daxil olmuş və hər cür “məxfi məlumatı” əldə edə bilmişlər. Hətta belə ki, tarixdəki bəzi İslam ölkələrində bəzi müsəlmanlar, qeyri-sabit rəftarlarına rast gəldikləri halda, imanlarında xəstəlik olduğunu görə bilmədikləri insanların liderliyini qəbul edib, arxasınca getmişlər.
Məhz bu təhlükənin aradan qalxması üçün, bütün müsəlman aləmi münafiqlik mövzusunu çox yaxşı qavramalı və bu insanların xarakterlərini analiz etmə qaydalarını çox yaxşı öyrənməlidirlər. Bu məlumatı əldə etdikləri zaman, münafiqi gördükləri yerdə dərhal tanıyıb müəyyənləşdirə biləcək və beləliklə də, münafiqin törədəcəyi təxribatın qarşısını ən başından almış olacaqlar. Eyni zamanda “münafiq də tanındığını anlayıb” ya münafiqlikdən imtina edəcək, ya da özünə sığınacaq başqa yer tapmağa çalışacaq.
Çünki münafiqin ən mühüm silahı “gizlilik”dir. Münafiqlərin bu günə qədər ki, ən böyük üstünlükləri, təsvir edilməyən, bilinməyən, insanlar tərəfindən müəyyən edilməmiş bir sistemdən istifadə etmələri olmuşdur. Məhz münafiqin bu hiyləsi, gizliliyi əlindən alındığı anda bitər. Münafiq sanki bir “yarasa kimidir”. Günəşi, işığı gördüyü zaman, pərişan olar. Dərhal gizlənmək üçün bir dəlik axtarmağa başlayar. Məhz, əgər müsəlmanlar, münafiqin üzərinə bir proyektor tutaraq onu işıqlandırsalar, münafiqin gedə biləcəyi bir yer də qalmaz. Hara qaçsa da, mənəvi cəhətdən yaxalanacağını bilməsi münafiqi çox usandıracaq və gizli hərəkətini edə bilməyəcək hala gələcək.
Əgər münafiqin təsviri yaxşı bilinməsə, münafiqlər müsəlman məclislərində, iman gətirənlərin bütün nemətlərindən istifadə edərək sanki “vərəm mikrobu” kimi yaşamağa davam edər. Eynilə “parazit və mikrob kimi” gizlicə müsəlmanların orqanizminə daxil olarlar. Bir tərəfdən özlərini müsəlman kimi göstərib, onların imkanlarından istifadə edər, digər tərəfdən də İslama öz aləmlərində zərər verməyə çalışarlar. Buna görə də, münafiq xarakteri mütləq hər yerdə çox yaxşı bilinməli və tanınmalıdır.
Üstəlik münafiq əlamətlərinin və bu xəstə xarakterin çox yaxşı öyrənilməsi, İslam aləmində çox xalis və keyfiyyətli müsəlmanların yetişməsinə vəsilə olar. Çünki şeytanın bu çirkli əxlaqını öyrənən hər müsəlman, bütün bu deyilənlərdən öyüd alıb nəfsini qınayar və münafiqlərin əxlaqına bənzər kimi görünə biləcək bütün rəftarlarını düzəldər. Bunun nəticəsində də “imanda, gözəl əxlaqda dərinləşmiş, təqva cəhətdən üstün, ağlı, şüuru çox açıq, keyfiyyətli müsəlman cəmiyyətlər” meydana gələr.
Adnan Oktar: “Əvvəla münafiqliyi çox yaxşı tanımaq lazımdır. Münafiqin üstünlüyü nədir? Təsvir edilməyən, bilinməyən, insanlar tərəfindən müəyyən edilməmiş bir sistemdən istifadə etməsidir. Münafiqin ən mühüm silahı budur. Münafiqin silahını çox açıq hala gətirsən, münafiq gün kimi ortaya çıxmış olar. Məsələn, necə danışar, necə oturar, nə edər və bütün bunları dövrümüzdəki hadisələrlə də əlaqəli şəkildə açıqlasan. İndi biz bir müddətdir ki, münafiqləri izah edirik, bu dünya tarixində görülməmiş bir fəaliyyətdir. Belə bir işi heç bir yerdə görə bilmərsiniz. Heç bir İslam ölkəsində, heç bir alimin kitabında yoxdur. Ümumi və səthidir izahatlar. Biz həm praktiki həyata istiqamətli şəkildə izah edirik, həm də keçmişdəki halının ictimai zəminini və tarixi sənədlərini də açıqlayaraq izah edirik. Çünki ümumiyyətlə keçmişi hekayə kimi izah edirlər; naməlum bir şeymiş kimi. O dövrə məxsus, qəribə hadisələrmiş kimi. Halbuki hər dövrdə görülən namərd bir sistemdir münafiqlik. Dolayısilə bizim izahatımızla praktiki həyatda münafiqlik necə ortaya çıxar, bunu hər kəs görmüş olur.
İndi izahatlarımız bir az daha davam etsə bir həftə, on beş gün, münafiqlik ayna kimi ortaya çıxmış olacaq. Münafiqin hərəkət edəcəyi heç bir yer qalmamış olacaq. Belə ki, hara qaçsa da mənəvi cəhətdən yaxalana bilsin. Çünki münafiq qaçaraq hərəkət edər, bir yerdə qala bilməzsə başqa yerə qaçar, oradan vurmağa davam edər. Bunun üçün də münafiqi çox yaxşı tanıtmaq lazımdır. Dünyada hara getsə də, yaxşı tanıdıldığı təqdirdə dərhal müəyyənləşdirilər”. (A9 TV, 7 fevral 2016)