Möminlerin Xoşbəxtliyi

88 səhifə.

Zəmanəmizdə bir çox insan heç cürə həqiqi hüzuru əldə edə bilmir, o qədər səyə, işə və yorğunluğa baxmayaraq heç cürə xoşbəxt ola bilmədiyindən şikayət edir. Bu kəslərin axtardıqları və tapa bilmədikləri ən əhəmiyyətli şey xoşbəxtlikdir. Bu cür nəticə ilə qarşılaşmalarının səbəbi isə, xoşbəxtliyi səhv yerdə, səhv insanlarda tapa biləcəklərinə inanmış olmalarıdır.

Kimisi üçün xoşbəxtlik, əldə edəcəyi maddi zənginlikdir. Kimi insan üçünsə xoşbəxtlik, hər kəs tərəfindən tanınmaq, hər kəsin sevdiyi, bəyəndiyi, arxasından qaçdığı bir adam olmaqdır. Kimiləri üçünsə xoşbəxtlik, yaşadığı çətin və monoton həyatdan bir az olsun xilas olmaq, problemlərini unutmaqdır. Ancaq bütün bu insanların əldə etdikləri xoşbəxtliklər saxta və keçicidir. Sadəcə yaşanılan həmin zamana məxsusdur; bu zaman bitəndə duyulan xoşbəxtlik də sona çatar və insan yenə əvvəlki çətin həyatına geri dönər.

Bütün insanların axtardığı həqiqi xoşbəxtliyi tapa bilmək isə əslində çox asandır. Nə var ki, insanların bir çoxu özlərini əsl xoşbəxtliyə çatdıracaq yolu göz ardı edirlər. Bu kitabda həqiqi xoşbəxtliyin qaynağının Allaha təslim olmaq, Onun Quranda əmr etdiyi gözəl əxlaqı yaşamaq və yaşatmaq olduğu izah edilir.


Möminlerin Xoşbəxtliyi

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər