YARADILIŞ HƏQİQƏTİ – 2 |
Mövcud növlərindən heç bir xüsusiyyəti ilə fərqlənməyən milyonlarla yaşa malik bu böcək yer üzündə olan bütün canlıların Allah tərəfindən yaradılmasına saysız dəlillərdən yalnız biridir. |
Mövcud növlərindən heç bir xüsusiyyəti ilə fərqlənməyən milyonlarla yaşa malik bu böcək də yer üzündə olan bütün canlıların Allah tərəfindən yaradılmasına saysız dəlillərdən yalnız biridir. |
65-54 milyon il yaşa malik at şabalıdı yarpağı ilə mövcud at şabalıdı yarpağı arasında heç bir fərq yoxdur. Təbii ki, heç bir fərqliliyin olmamağı bitkilərin əsla təkamül keçirmədiyini və bir anda yaradıldığını sübuta yetirir. Hər bir bitki çox mürəkkəb quruluşu və spesifik xüsusiyyətləri ilə yoxdan yaradılmışdır. Bu da bizə bu qüsursuz sistemləri yaradan üstün bir ağılın olduğunu göstərir. Üstün ağıl sahibi Rəbbimiz səmimi qullarına qüsursuz yaradılışın dəlillərini belə göstərir. |
Yüz milyon il yaşa malik qıjı bitkisi ilə dövrümüzdəki mövcud qıjı bitkisi bir-birindən heç bir xüsusiyyəti ilə fərqlənmir. Fosillər bu həqiqəti açıq-aşkar göstərir. |
Müasir paleontoloji araşdırmalar yer üzünün fosillərlə çox zəngin olduğunu göstərir. Lakin yüz milyonlarla fosil arasında bir təkamülçülərin dəlil kimi istifadə edə biləcəkləri bir dənə belə fosil yoxdur. Fosillərin hamısı yaradılışı təsdiqləyir, təkamülü isə təkzib edir. Şəkildəki siyənək fosili də təkamülün əsassızlığını sübuta yetirən dəlillərdən biridir. |
Dəniz iynəsi dəniz atları ilə eyni alt qrupa (Syngathoidei) daxil olan kiçik balıq növüdür. 23 - 5 milyon illik dəniz iynəsi fosili ilə mövcud dəniz iynələri bir-birindən fərqlənmir. Bu, canlıların mərhələli təkamül keçirdiklərini irəli sürən darvinistləri çıxılmaz vəziyyətdə qoyur. |
Əldə edilən müxtəlif yaşlı skat fosilləri mövcud skatlardan heç bir xüsusiyyəti ilə fərqlənmir. Dövrümüzdəki skat növləri ilə eyni xüsusiyyətlərə sahib bu fosillər canlıların kiçik dəyişikliklərlə mərhələli şəkildə inkişafı iddiasını yerlə bir edir. Allah bütün canlıları sahib olduqları mükəmməl xüsusiyyətlərlə yoxdan yaratmışdır. |
Dövr: Mezozoy, Tabaşir Darvinistlər bütün canlıların təkamül keçirərək inkişaf etdiyini iddia edirlər. Buna görə də yüz milyonlarla il yaşa malik fosil nümunələri olduqca əhəmiyyətli dəlillərdir. Canlılar heç bir dəyişiklik keçirməyiblər. Bircə fosil belə bu həqiqəti sübuta yetirməyə kifayət etdiyi halda, bütün yer üzü saysız-hesabsız fosil nümunələri ilə doludur. |
Şəkildəki fosil 33 milyon il əvvəl yaşayan kərgədanla dövrümüzdə yaşayan kərgədan arasında heç bir fərq olmadığına dəlildir. Milyonlarla ildir quruluşları dəyişməyən canlılar təkamül nəzəriyyəsinin böyük bir yalandan ibarət olduğunu göstərir. Allah`ın üstün yaradıcılığının izləri olan fosillər təkamülçülərin yalanlarını hər gün daha kəskin dəlillərlə ifşa edirlər. |
Fosillər arasında canlıların mərhələ-mərhələ bir-birlərindən meydana gəldiklərini göstərən heç bir dəlil yoxdur. Məsələn, milyonlarla fosil içində bir dənə belə yarı timsah yarı dovşan, ya da yarı ilan yarı dovşan xüsusiyyətləri daşıyan canlı nümunəsi mövcud deyil. Ancaq dovşanların ilk ortaya çıxdıqları andan mövcud dovşan xüsusiyyətlərini daşıdığını göstərən minlərlə fosil var. Fosillərin göstərdiyi həqiqət açıq-aydındır: canlılar təkamül keçirməmişdir, onları Allah yaratmışdır. |
Milyonlarla ildir heç bir dəyişikliyə məruz qalmayan bitkilər təkamül nəzəriyyəsinə böyük zərbə vurmuşdur. 54 - 37 milyon yaşındakı söyüd yarpağı fosili də milyonlarla il keçməyinə baxmayaraq, heç bir dəyişikliyə məruz qalmamış, yəni təkamül keçirməmişdir. Bugünkü söyüd yarpaqları 54 - 37 milyon il əvvəlkilərlə eynidir. |
Dövr: Oliqosen Dəfnəkimilər fəsiləsinə daxil olan dəfnə ağacının yarpaqlarından və meyvələrindən yağ əldə edilir. Həmçinin bu ağacın yarpaqlarından ədviyyat kimi də istifadə edilir. Şəkildəki dəfnə yarpağı fosili digər bütün canlılar kimi bu bitkinin də təkamül keçirmədiyinin sübutudur. Bundan 54 - 37 milyon il əvvəl yaşayan dəfnə mövcud növü ilə eyni xüsusiyyətlərə malikdir. |