Etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin və için (Mürsəlat surəsi, 43)
Ayələrdə cənnət əhlinin ən gözəl yeməklərlə və müxtəlif içkilərlə nemətləndirildiyi bildirilir. İnsan cənnətdə dünyadakı acizliklərdən təmizləndiyi üçün bu ayələrdən yeyib-içməyin ancaq zövq almaq üçün yaradıldığını başa düşürük.
Dünyada iman gətirib saleh əməllər edən və səyləri Allah tərəfindən şükür etməyə layiq bilinən möminlər üçün cənnətdə hazırlanmış yeməklər dünyadakılara çox bənzəyir. Cənnət əhli bu oxşarlığı belə ifadə edir:
İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver. Onlar üçün altından çaylar axan cənnətlər vardır. O cənnətlərin meyvələrindən ruzi yedikləri zaman: "Bu, bizim əvvəlcə yediyimiz ruzidir", deyəcəklər. Əslində isə, bu meyvələr dünya meyvələrinə yalnız zahirən bənzəyir. Onlardan ötrü orada hər cəhətdən pak olan zövcələr də var. Onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)
Həqiqətən də dünyada insan nəfsinin çəkdiyi həm görünüş, həm də dadına görə zövq verən yüzlərlə çeşiddə yemək var. Bu yeməklərin bənzərlərini cənnətdə möminlərə zövq vermək üçün yaradılması, şübhəsiz ki, Allah üçün çox asandır. Ancaq bunlar dünyadakı kimi insana fiziki sıxıntılar (köp, ishal, qəbizlik hissi və s.) yaratmaz. Allah cənnət əhlinə: "Dünyada etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin-için" (Mürsəlat surəsi, 43) şəklində səslənir. Bu, Allah'ın bir mükafatıdır. Allah yeyib-içməyi cənnət əhlinə hesabsız ruzi olaraq zövqlü və həzli etmişdir.
Cənnətə qovuşmaq üçün insanlar dünya həyatında imtahan edilirlər. İman gətirənlər də dünyadakı həyatları boyunca Rəbbimiz'in rizasını qazanmaq üçün ciddi fəaliyyət və üstün bir səy göstərmiş, könüldən O'na tərəf yönəlib, davamlı şükür, dua və tövbə etmişlər. Rəbbimiz də bu əməllərinə əvəz olaraq cənnət nemətlərini: "Dünyada etdiyiniz yaxşı əməllərə görə", deyərək verir (Mürsəlat surəsi, 43).
Qurani-kərim'in bizlərə bildirdiyi cənnət ruzilərinin başında qida növü olan ət gəlir. Allah cənnətdəki möminlərə "... onların istədikləri meyvə və ətlərdən bol-bol" (Tur surəsi, 22) verdiyini, "istədikləri hər cür quş əti"ndən də (Vaqiə surəsi, 21) orada onlara veriləcəyini bildirir. Üstəlik, orada möminlərin ruzilərinin "... bitib-tükənməz" (Sad surəsi, 54) olduğu bildirilir. Çünki möminlər "... cənnətə daxil olub saysız-hesabsız ruziyə çatarlar" (Mömin surəsi, 40). İstənilən yeməkdən istənilən qədər yeyilə bilər. Bu yemək nə tükənir, nə də insan doyaraq rahatsız olmaq vəziyyətinə düşür.
Cənnətdəki ruzilərdən Qurani-kərim'də haqqında bəlkə də ən çox danışılanı meyvələrdir.İstək duyulub arzulanan hər növ meyvə orada möminlərə bəxş olunacaq. "Üstəlik, cənnət ağaclarının kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır" (İnsan surəsi, 14). Ayədən də anlaşıldığı kimi, cənnət meyvələri təbii şəraitdə ağaclarda bitir və möminlər də onları orada asanlıqla dərərək yeyə bilərlər. Vaqiə surəsi'nin 28-29-cu ayələrində "salxım-salxım sallanmış banan ağacları altında" ifadələri işlədilərək meyvələrin dərilməsinin asanlığına və cənnətin bərəkətinə və bolluğuna işarə edir.
Meyvələr o qədər bol və bərəkətlidir ki, ağacların budaqları onları saxlaya bilmir. Sallanmış və aşağı dikilmiş bu budaqların meyvələrini dərmək asandır.
Cənnət meyvələri möminlərə onlar taxtlar üzərində əyləşib söhbət edərkən gümüş və qızıl qablarda təqdim edilir. Şübhəsiz ki, bu meyvələrin bu dünyada insana rahatsızlıq verən çəyirdəyi, çürüklük və əziklik kimi nöqsanları cənnətə layiq şəkildə ortadan götürülmüşdür. Onların hamısı nöqsansız və cəlbedici bir gözəlliyə sahib olaraq möminlərə təqdim edilər.
Meyvələr bir yandan da cənnətin gözəlliyinə ayrı bir rəng və estetik gözəllik verir. Hər növdən olan meyvə ilə dolu ağacların rəngarəng görünüşü cənnətin möhtəşəm mənzərəsini daha da gözəlləşdirir. Cənnətdəki hər şey insanın gözünü özünə çəkən estetik bir görünüşə malikdir. Bu görüntülər Allah'ın sənət və qüdrətinin bir göstəricisi olaraq həm də şükürə bir vəsilədir.
Yaradılan bu qədər gözəl yemək və meyvələrlə birlikdə, əlbəttə ki, içkilərin olması da arzu edilir. Ayələrdə bu içkilərdən də bəhs edilir. Məsələn, bu hadisə bir ayədə "qaynaqdan doldurulmuş şərab piyalələri ilə ətraflarında dolanacaqlar" (Saffat surəsi, 45) şəklində verilib. Möminlər üçün cənnətdə "gözəl, ətirli, təmiz, möhürlü şərab" (Mütəffifin surəsi, 25-27) hazırlanmışdır. Ayələrdə bildirildiyi kimi, bu içkilər, eyni zamanda, gözəl qoxuludur. Şübhəsiz ki, bu şərab dünyada olanlara bənzəmir və cənnət əhlini sərxoş etməyəcək, onu içənlərin şüurunu qarışdırmayacaq. Allah cənnətdə içkilərin qədəhlərlə verildiyini və bu içkilərdən başların ağrımayacağını, möminlərin ağlının başından çıxmayacağını ayələrdə bildirir. Bu xidməti edənlər isə Allah'ın xüsusi olaraq vəzifələndirdiyi cavanlardır.