Kitabın sonrakı bölümlərində Qurani-kərimdə tərif edilən cənnəti təhlil edib araşdıracaq, ayələrdəki təsvirlərdən istifadə edərək bu möhtəşəm məkanı qavraya bildiyimiz şəkildə göz önündə canlandırmağa çalışacağıq. Ancaq bundan əvvəl, haqqında danışılması gərəkən bəzi önəmli məqamlar var. Cənnət mövzusundakı bəzi yanlış inanclar bir çox insanın ağlında, yaxud təhtəlşüurunda onların bu məsələyə düzgün yanaşmasının qarşısını alan əngəl funksiyasını yerinə yetirir. Bu əngəllərin təsiri səbəbi ilə əsl mahiyyətindən uzaqlaşdırılmış bəzi fundamental islami anlayışları Qurani-kərimə istinadən yenidən tərif etmək gərəkdir.
Burada bu məqsədlə atılması lazım gələn ilk addım nemət və səfahət anlayışlarını bir-birindən fərqləndirib ayırd etməkdir.
İrəlidəki səhifələrdə Qurani-kərimdə tərif edilən cənnətin son dərəcə gözəl və möhtəşəm bir məkan olduğunu görəcək, orada yaşanan həyatın ən rahat, ən cəlbedici, ən rifahlı həyat olmasına şahid olacağıq. Halbuki, bu gün bəzi insanların gözündə belə bir həyat heç də islami bir həyat deyil. Hətta əksinə, bu cür həyat tərzinin Allah`dan və din əxlaqından uzaqlaşmağın təbii nəticəsi olduğunu düşünürlər.
Cəmiyyətdə hakim olan bu yanlış anlayış səbəbi ilə bir çox insanlar komfortlu, gözəl, cəlbedici həyatı və bu həyatın ünsürlərini "İslama" uyğun saymır. Əksinə, belə həyat tərzinin Allah'dan və din əxlaqından uzaqlaşmağın təbii nəticəsi olduğunu düşünürlər.
Bunlar, məsələn, keyfiyyətli geyimlər, zəngin və cəlbedici süfrələr, əyləncələr, möhtəşəm və yaraşıqlı evlər, dəyərli sənət əsərləri və s. dindən ayrılmış qafil insanlara aid şeylər kimi qiymətləndirilir. Bunlarla dolu həyat başdan-ayağa "səfahət" kimi təqdim edilir və belə şəraitdə yaşayan insanlar alçaldılaraq "səfahət içində yaşayan azğın insanlar" adlandırılır. "Səfahət" ərəb dilində "səfih" kəlməsindən alınıb. Bu kəlmə bir tərcüməyə görə, sərvət, var-dövlət və rifah içində məsuliyyət duymadan yaşamaqdan irəli gələn azğınlıq mənasını verir.
Ayırd edilməsi lazım gələn bir yanlışlıq da elə bu məqamda ortaya çıxır. Allah'ın bəndələri üçün seçib bəyəndiyi cənnət həyatı özündə hər cür rahatlığı, cazibədarlığı cəmləməklə bərabər, həqiqi din əxlaqına tam uyğun gələn ən gözəl həyat tərzidir.
Yanlış idraka yol açan səbəb səfahətin izah edilməsindəki yanlışlıqdır. Səfahət, yəni Allah'a üsyan edərkən azğınlıq etmək insanın zehnində gerçəkləşir. Kəlmənin mənası ilə maddi həyat arasında heç bir əlaqə yoxdur. Başqa sözlə, bəzi insanları "səfihə" çevirən xüsusiyyət onların içində yaşadıqları zəngin, cəlbedici məkanlar deyil. Problem, əslində, geyimdə, əzəmətli evlərdə, estetik məkanlarda, qısası, maddi zənginlikdə deyil, insanların zehnindədir.
Bu vəziyyətdən doğan nəticə budur: bir insan əgər Qurani-kərim əxlaqına və güclü bir imana sahibdirsə, o, son dərəcə böyük bir zənginlik və sərvət içində ola bilər, amma bu, onu əsla "səfih" etməz. Əksinə, qarşılaşdığı hər şeyi Qurani-kərim əxlaqı ilə və Qurani-kərim qissələri həqiqətində dəyərləndirdiyi üçün ətrafındakı gözəllikləri "nemət" kimi görəcəkdir. Bir şeyin nemət olaraq görülməsi isə o deməkdir ki, siz onun Allah tərəfindən verildiyinin fərqində olmalısınız. Dolayısilə, bir müsəlman ətrafındakı zənginlikləri, gözəllikləri, dəbdəbəni və əzəməti Allah'ın verdiyini bilərsə, bunun təbii nəticəsi olaraq əvəzində Rəbbimiz'ə şükür edəcək.
Bu əsas məntiqi müasir cəmiyyətlərlə tutuşdursaq, deməliyik ki, bu gün Allah'ın hökmlərindən üz çevirərək səfih həyat yaşayan bəzi insanlar əllərindəki imkanları bir nemət olaraq görmədikləri üçün yollarını azmış vəziyyətdədirlər. Əgər onlar bunu nemət olaraq görsəydilər, bu, onların Allah'a şükür etməsinə səbəb olardı. O zaman bu nemətlərdən istifadə etdikdə Allah'ın göstərdiyi yolu əsas tutar, yəni İsrafdan qaçaraq bu imkanlardan Allah rizasına uyğun şəkildə faydalanardılar.
Bununla da qarşımıza iki müxtəlif zənginlik forması çıxır. Bir qisim zənginlər möminlərdir ki, onlar əllərindəki imkanları "nemət" olaraq görürlər. O biri qisim zənginlər isə fasiqlərdir ki, onlar əllərindəki imkanları özününkü hesab edər, Allah'ı unudar və səfahətə düşərlər. Allah'ın bütün mömin bəndələri üçün tövsiyə etdiyi zənginlik, dediyimiz zənginliyin birinci formasıdır. Ancaq zənginlik də, yoxsulluq da möminlər üçün dünya həyatında bir sınaqdır. Möminlər imtahan olaraq bu dünyada yoxsulluqla da sınağa çəkilir. Allah Qurani-kərimdə: "Biz o yerdə zəif düşüb əzilənlərə bol nemət vermək, onları rəhbər etmək və varislər etmək istəyirik" (Qəsəs surəsi, 5) şəklində buyurur. Allah'ın bu vədi dünyada da gerçəkləşə bilər, ancaq axirətdə mütləq həyata keçəcəkdir.
Deməli, bütün bunlardan ötrü bəzi müsəlmanların möhtəşəm, rahat, zəngin bir həyatı günah sayaraq və ondan çəkinərək hərəkət etməsi son dərəcə yanlış addımdır. Çünki dünyadakı gözəl geyimlər, ləziz təamlar, möhtəşəm evlər, sənət əsərləri və s. zatən möminlər üçün yaradılmışdır. Allah Əraf surəsi'ndə bu gerçəkliyi iman gətirənlərə bu şəkildə bildirir:
"De ki, 'Allah'ın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?' De ki: 'Bunlar dünyada iman gətirənlər üçündür. Qiyamət günündə axirətdə isə yalnız möminlərə məxsusdur'..." (Əraf surəsi, 32)
Qurani-kərim'də iman gətirənlərə misal olaraq hz. Süleyman'ın zənginliyi göstərilir. Allah hz. Süleyman'a çox böyük mülk vermişdi. Qurani-kərim'də hz. Süleyman'ın sarayındakı möhtəşəm və gözəl sənət əsərləri tərif edilir (Səbə surəsi, 12-13, Nəml surəsi, 44).
Ancaq ən vacib olan məsələ hz. Süleyma'ın bütün bu mal-mülk, dəbdəbə və əzəmət içində həmişə Allah'a şükür etməsi və bütün bunların Rəbbimiz'dən gələn lütflər olduğunu bilməsidir. Qurani-kərim'də, hz. Süleyman'ın "Mən bu atları Rəbbimin zikrindən dolayı sevirəm..." (Sad surəsi, 32) şəklindəki sözü xəbər verilərkən bu dərin anlayışa diqqət çəkilmişdir.
Hz. Süleyman'ın həyatını təsvir və nəql edən qissələr bizə göstərir ki, "mal sevgisi" anlayışı, yəni zənginliyə və zənginliyin hər çeşidinə qarşı istək duymaq Allah'ı zikr etməyə vəsilə olduğu üçün caizdir, yəni məqbuldur. Bu cür "mal sevgisi"nə malik olan mömin o malı Allah'ın göstərdiyi yolda paylamaqdan çəkinməz, çünki mal bir nemətdir və sahibi də Allah'dır; Dolayısilə, Allah Qurani-kərim'də necə əmr etmişsə, onun verdiyi bütün mal-dövlət də o şəkildə istifadə olunacaqdır.
Ancaq əgər mal nemət olaraq görülməsə, o zaman səfahət başlar. Fasiqlərə aid olan bu zənginlik anlayışına dair Qurani-kərim'in bir çox ayəsində misallar var: "Bu, mənə yalnız məndə olan elm sayəsində verilmişdir..." (Qəsəs surəsi, 78) deyən və "qürrələnib sevincə qapılan ..." (Qəsəs surəsi, 76) o dövrün zənginlərindən olan Qarun bu yanlış düşüncəyə malik olan bir nümunədir. Qarun'da olan mal-dövlət sevgisi kimi bir sevgi insanı Allah'a yaxınlaşdırmaz, əksinə, O'nun yolundan azdırar. Qurani-kərim'də, insanı Allah'a imandan və elçilərin bildirdiyi həqiqətlərdən uzaqlaşdıran mal sevgisindən bu şəkildə bəhs edilir:
"İnsan öz Rəbbinə qarşı çox nankordur və özü də buna şahiddir. Həqiqətən, insan var-dövlətə çox hərisdir" (Adiyat surəsi, 6-8)
Elə bu səbəblə də müsəlmanların zənginliyə münasibəti Qurani-kərim'də bildirilən bu ölçülər çərçivəsində olmalıdır. Müsəlman Allah rizası üçün və Allah'ın dininə xidmət etmək üçün var-dövlət qazanmağa çalışmalı, özündə Allah'ın yaratdığı bütün nemətlərə qarşı istək duymalıdır. Çünki dünya həyatındakı nemətlər Allah'ın rizası üçün yaşayan səmimi və ixlaslı qullar üçün yaradılmışdır. İman gətirənlərin vəzifəsi bütün nemətlərə qarşı davamlı şükür etmək, Qurani-kərim'də "... Nə gözəl bəndə idi o; çünki o, daim Allah'a sığınan bir kimsə idi" (Sad Suresi, 30) ifadəsi ilə tərif edilən hz. Süleyman'dan ibrət götürməkdir.
Bir insan Qurani-kərim əxlaqını həqiqi mənası ilə yaşayıb yuxarıda tərif edilən düşüncə tərzinə yiyələnərsə, cənnətə getməyə "layiq və oranın əhli" olmuş olar. Cənnətin ən vacib xüsusiyyətlərindən biri sonsuz əzəmətə, gözqamaşdırıcı zənginliyə, estetik gözəlliyə sahib olmasıdır. Mömin bu gözəlliklərin içində Sad surəsi'nde xəbər verildiyi kimi: "... Dedi mən bu atları Rəbbimin zikrindən dolayı sevirəm..." (Sad surəsi, 32) deyən hz. Süleyman kimi düşünəcək və hiss edəcək bir insandır.
Mömin əsl yurdu olan cənnətdə belə bir düşüncə içində olacağına görə, axirətə hazırlıqdan başqa bir şey olmayan dünyada bu mənanı anlamağa çalışmağa borcludur. Zənginliyi, estetik gözəlliyi, cah-calalı "səfahət" olaraq görənlərin əksinə, hər nemətin Rəbbimiz'dən gələn lütf olduğunu bilib dəyər verməli, bunlardan zövq alıb şükür etməyi öyrənməlidir.
Növbəti səhifələrdə açıqlayacağımız cənnət nemətləri elə bu baxış çərçivəsində açıqlanmalıdır.