Cənnəti daha artıq dərəcədə umanlar:
Allah'ın firqəsi

... Allah`a və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh vermişdir. Onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, O'nlar da Allah`dan razıdırlar. Onlar Allah'ın firqəsidirlər. Bilin ki, Allah`ın firqəsi- məhz onlar nicat tapıb səadətə qovuşanlardır. (Mücadilə surəsi, 22)

Allah'ın cənnət vəd etdiyi və müjdələdiyi möminlərin xüsusiyyətləri ayələrdə belə bildirilmişdir.

  • İman gətirib saleh əməllər işləyirlər. (Bəqərə surəsi, 25)
  • Allah'dan qorxub pis əməldən çəkinirlər. (Ali İmran surəsi, 15)
  • Bolluqda da, qıtlıqda da xərcləyirlər. (Ali İmran surəsi, 134)
  • Qəzəblərini udarlar. (Ali İmran surəsi, 134)
  • İnsanların günahlarından keçərlər. (Ali İmran surəsi, 134)
  • O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allah'ı yada salıb tövbə edərlər. (Ali İmran surəsi, 135)
  • Onlar gördükləri işin pis olduğunu bildirdikdə tövbədən sonra bir daha ona qayıtmazlar. (Ali İmran surəsi, 135)
  • Allah'a Allah`a və Peyğəmbərinə itaət edərlər. (Nisa surəsi, 13)
  • Namaz qılarlar, zəkat verərlər, elçilərə iman gətirərlər, Allah onlarladır. (Maidə surəsi, 12)
  • Düz danışanlardır. (Maidə surəsi, 119)
  • Hicrət edərlər, Allah yolunda malları ilə, canları ilə cihad edərlər. (Tövbə surəsi, 20)
  • Yaxşı işlər görərlər. (Yunis surəsi, 26)
  • Ümidlərini yalnız Allah'a bağlayarlar. (Hud surəsi, 23)
  • Tövbə edərlər. (Məryəm surəsi, 60)
  • Əmanətlərini və əhdlərini qoruyub saxlayarlar. (Muminun surəsi, 8)
  • Namazlarını vaxtlı-vaxtında qılarlar. (Muminun surəsi, 9)
  • Yaxşı əməllərdə yarışırlar. (Fatir surəsi, 32)
  • Allah`ın səmimi bəndələridir. (Saffat surəsi, 40)
  • Allah'ın ayələrinə iman gətirərlər. (Zuxruf surəsi, 69)
  • Rəbbimiz Allah'dır deyib sonra sözlərində möhkəm dururlar. (Əhqaf surəsi, 13)
  • Təqva sahibidirlər. (Muhəmməd surəsi, 15)
  • Səmimi-qəlbdən tövbə edib Allah'a tərəf qayıdırlar. (Qaf surəsi, 32)
  • Rəbbini görmədiyi halda qorxar və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələrlər. (Qaf surəsi, 33)
  • Başqalarına ehsan edərlər. (Zariyat surəsi, 16)
  • Səhərlər isə Allah`dan bağışlanma diləyirlər. (Zariyat surəsi, 18)
  • Yaxşı əməllərdə öndə gedərlər. (Vaqiə surəsi, 10)
  • Verdikləri sözləri yerinə yetirib öndə gedərlər və dəhşəti aləmi bürüyəcək gündən - qiyamət günündən qorxarlar. (İnsan surəsi, 7)
  • Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (İnsan surəsi, 8)
  • Elçiyə layiqli ehtiram göstərərlər. (Hucurat surəsi, 3)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • YARADILIŞ HƏQİQƏTİ - 1
  • YARADILIŞ HƏQİQƏTİ – 2
  • Giriş
  • Nemət və səfahət
  • Bu dünyadakı həyat həqiqi həyat deyil
  • Cənnət əhlinin dünyadakı vəziyyəti
  • İman gətirənlər cənnətlə müjdələnir
  • Allah'ın vədi
  • Cənnəti daha artıq dərəcədə umanlar: Allah'ın firqəsi
  • Axirətə gözəl keçid
  • Asan hesab
  • Cənnətdəki təbii gözəlliklər
  • Sonsuz ləzzət
  • Cənnətdəkilərin zövcələri
  • Cənnətdə möminlərin yaşadığı yerlər
  • Təxəyyül gücündən kənar cənnət
  • Bütün nemətlərin ən üstünü: Allah'ın razılığı
  • Cənnət haqqında bəzi batil düşüncələr
  • Cənnətdəkilərin öz aralarında olan bəzi söhbətləri
  • Təkamül yalanı