Cənnətdəkilərin zövcələri

İman gətirən və yaxşı işlər görən şəxsləri altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daimi rahatlıq verən sıx kölgəlikdə yerləşdirəcəyik... (Nisa surəsi, 57)

Cənnət sonsuz həyatın davam edəcəyi, Allah'ın iman etmiş saleh qullarına mükafat olaraq hazırlanmış möhtəşəm məkandır. Cənnət Qurani-kərim'də təsvir edilərkən əvvəlki səhifələrdə də dediyimiz kimi, içində yaşanılacaq evlərdən, yeyiləcək yeməklərdən, içkilərdən, cənnət əhlinin geyimlərindən və cənnətə xas olan gözəlliklərdən bilgilər verilir. Eynən dünya həyatında olduğu kimi, cənnətdə də davam edən "yaşanmış" bir həyat vardır. Əlbəttə ki, bu həyat dünya ilə müqayisə edilməyəcək qədər mükəmməldir, ancaq əsas anlamda bənzəyirlər. Bu səbəblə, iman edənlər dünya həyatından axirət həyatına keçdikdə hər hansı bir çaşqınlıq, yadırğama və ya uyğunlaşma çətinliyi ilə qarşılaşmayacaqlar.

Bu sonsuz həyat içində, əlbəttə ki, möminlər dünya həyatında yaşadıqlarına bənzər bir yaşantı sürəcəklər. Yəni qüsursuz gözəllikdə yeyəcək, içəcək və geyimləri olacaqlar, möhtəşəm evlərdə qalacaqlar və əlbəttə ki, zövcələri də olacaqdır. Ayələrdə xəbər verildiyi kimi, Allah'ın onlara vermiş olduğu bir nemət olaraq gözəl zövcələrlə birlikdə cənnətə girəcək və sevinc içində yaşayacaqlar (Zuxruf surəsi, 70)

Qurani-kərim'də tərif edilən cənnət qadınlarının önəmli bir xüsusiyyəti onların "tərtəmiz" olmalarıdır. Qurani-kərim'də bu, "... orada onlar üçün pak zövcələr vardır..." (Nisa surəsi, 57) ifadəsi ilə bildirilir. Dünyaya aid bütün nöqsan, sıxıntı və ehtiyaclar cənnət həyatında tamamən ortadan qaldırılmışdır. Bu vəziyyətə işarə edən bir başqa ayədə: "Şübhəsiz ki, biz cənnət qadınlarını başqa cür (yaradacağıq)" (Vaqiə surəsi, 35) - deyə xəbər verilir. Bu yeni yaradılış cənnətə xas üstün və mükəmməl xüsusiyyətlərə, cənnətin mükəmməlliyinə uyğun bir yaradılış olacaqdır.

Cənnətin qüsursuzluğuna və mükəmməlliyinə uyğun yaradılışı düşünəndə cənnətdəki qadınlar haqqında bu xüsusiyyətlər ağla gəlir: saçları hər zaman parlaq və tərtəmizdir. Dəriləri tərtəmiz və hamardır. Vücudlarından nəfis ətirlər yayılır (şübhəsiz ki, ən doğrusunu Allah bilir). Bir hədisdə bu qadınlardan belə bəhs edilir:

"Əgər cənnət qadınlarından bircəsi dünyaya gəlsəydi, dünyanın hər tərəfini (günəş kimi) aydınladar və dünyanı gözəl ətirlə doldurardı." (Rəsuli-Əkrəm (s.ə.v), 72)

Cənnətdə möminlərin evləndirildiyi qadınların digər bir xüsusiyyəti sadəcə onlar üçün yaradılmış "həmyaşıd" (Sad surəsi, 52) olmalarıdır. Qurani-kərim'də cənnətdəki qadınlar "onların yanında gözəl, iri gözlü, baxışları yalnız (ərlərinə dikilmiş) zövcələr olacaqdır" (Saffat surəsi, 48) şəklində xəbər verilir. Başqa bir ayədə bu durum belə ifadə edilir:

O cənnətdə gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins toxunmamış qadınlar vardır.(Rəhman surəsi, 56)

Bəzi ayələrdə deyildiyi kimi, "sanki örtülü yumurta kimi" (Saffat surəsi, 49) ya da "sədəf içində gizlənmiş inci" (Vaqiə surəsi, 23) kimi olmaları da bu qadınların sadəcə ərləri üçün yaradılmış və qorunmuş olduqlarını düşünməyə sövq edir. "Örtülü" ifadəsi onlara toxunmağın çətin, özlərinin isə qiymətli olduğunu göstərir. Yumurta və inci bənzətmələri ilə isə dərilərinin parlaq və hamar olmasına işarə edilməsi mümkündür (ən doğrusunu Allah bilir).

Sadəcə olaraq özünə aid olan, yalnız özünə bağlılıq və sevgi göstərən qadına duyulan istək insanın ruhuna çox zövq verən bir duyğudur. Şübhəsiz ki, bu güclü duyğunun qaynağı mömin ruhunun cənnətə görə yaradılmış olmasıdır. İnsan ruhu gözəl danışmaqdan, iltifat etməkdən və hörmət görməkdən çox zövq alır. "Baxışlarını yalnız ərlərinə çevirmiş" cənnət qadınları ilə bu istək artıqlaması ilə yerinə yetirilir. Allah Rəhman surəsi'nin 70-ci ayəsində cənnət qadınlarını "xoş xasiyyətli" şəklində tərif etmişdir.

Möminlərin qadınlarının sadəcə olaraq ərləri üçün yaradılmasının başqa bir göstəricisi isə "çadırlarda gözlərini (yalnız ərlərinə) dikmiş hurilər vardır" (Rəhman surəsi, 72) ayəsindən də anlaşıldığı kimi, bu qadınların xüsusi şəkildə qorunmasıdır. Necə ki, bir başqa ayədə "onlara ərlərindən əvvəl heç bir ins-cins toxunmamışdır" (Rəhman surəsi, 74) şəklində bildirilir. Vaqiə surəsinin 36-cı ayəsində isə: "Onları bakirə qızlar etdik", - deyilərək bu ifadə təsdiqlənir. Allah cənnətdəki möminləri və onların zövcələrini kölgəliklərdəki taxtlar üzərində 'sevinc və xoşbəxtlik dolu bir' həyatda (Yasin surəsi, 55-56) təsvir edir.

Cənnətdə bütün möminlərin zövcələri vardır, hamısı da onların arzuladığı xüsusiyyətlərə sahib olaraq mükəmməl bir biçimdə yaradılmışlar. "Ərlərini sevmələri" (Vaqiə surəsi, 37) o qadınların dünyadakı cahiliyyə xüsusiyyətlərini daşımadığını göstərir, "onların var-dövlət əldə etmə, gələcəyinin dərdini çəkmə" kimi niyyətlərə deyil, sadəcə Allah rizasına söykənən bir sevgiyə bağlı olduqlarına işarə edir.

Cənnətə xas bir xüsusiyyət olaraq Allah qadınların sima gözəlliyinə: "Cənnətlərin hamısında xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır" (Rəhman surəsi, 70) - deyərək diqqət çəkir. Qadınların üzündə ruhi təmizliklərini göstərən daxili gözəlliyin parıltısı var. Bu ifadə ilə görünüş olaraq son dərəcə simmetrik, orijinal, qüsursuz və hamar üzə sahib olduqlarına işarə edilməsi mümkündür. Bu orijinallıq gözün rənginə, burunun quruluşuna, çənəyə, almacıq sümüklərinə, qısası, üzün hər bölümünə aiddir. Necə ki, ayədəki "... Biz onları iri gözlü hurilərlə evləndirəcəyik" (Tur surəsi, 20) şəklindəki xatırlatma ilə üz gözəlliyinə və gözlərə diqqət edilmişdir.

Həqiqətən də, taxtlar üzərində, ya da kölgəliklərdə qarşı-qarşıya oturub söhbət edərkən baxışlar üzə dikiləcək. Qarşımızdakı ilə danışarkən onun üzünə baxarıq. Allah'ın anıldığı gözəl yerdə xoş söhbətlər içində olan, cəlbedici şeyləri anladan çox gözəl üzlü bir hurini dinləmək, onunla söhbət etmək insana müqayisəedilməz dərəcədə böyük zövq verəcəkdir.

Cənnət qadınlarının nöqsansızlığı, əlbəttə ki, yalnız simaları ilə bitmir. Onlar başdan-ayağa möhtəşəm və "fərqli" yaradılmışlar. Nəbə surəsinin 33-cü ayəsin'də "sinələri yenicə qabarmış həmyaşıd qızlar" deyilir. Həmyaşıd olduqlarına diqqət çəkilən digər ayədə "… onların yanında gözlərini yalnız ərlərinə dikmiş həmyaşıd zövcələr olacaqdır" (Sad surəsi, 52) ifadəsi keçir. Əbədi həyatda yaş məsələsi olmadığına görə, bu ifadə cənnətdəki qadınların və kişilərin bir-birinə çox uyğun yaradıldığını göstərir.

Qurani-kərim'də cənnət qadınları üçün istifadə edilən bənzətmələrdən biri də "yaqut və mərcan"dır (Rəhman surəsi, 58). Gözə son dərəcə xoş gələn bu zərif və qiymətli daşlar cənnət qadınlarının nəzəri cəlb edəcək gözəlliklərini vurğulayır. Yaqut və mərcan bənzətmələrindən hurilərin dərilərinin bəyazla qarışıq qırmızı rəngini tərif üçün istifadə edildiyi də düşünülə bilir.

Qurani-kərim'dəki bu cür bənzətmələr və xüsusi təsvirlər sayəsində möminlər Allah'ın onlar üçün necə möhtəşəm əvəz, qarşılıq, mükafat hazırladığını anlaya bilərlər, Allah'ın rizası, rəhməti və cənnətinə qovuşmaq üçün daha çox dua edər və bunları qazanmaq üçün daha çox çalışmağa səy göstərərlər.

Unutmayaq ki, nemətlərlə dolu olan cənnət Allah'ın Qurani-kərim'də möminlərə bildirdiyindən kənarda təxəyyül edilməyəcək və insan düşüncəsinin həddinin fövqündə olan xüsusiyyətlərə sahibdir. Daha öncə heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi saysız nemətlər cənnətdə Allah tərəfindən möminlərə onların əməllərinə görə veriləcək...

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • YARADILIŞ HƏQİQƏTİ - 1
  • YARADILIŞ HƏQİQƏTİ – 2
  • Giriş
  • Nemət və səfahət
  • Bu dünyadakı həyat həqiqi həyat deyil
  • Cənnət əhlinin dünyadakı vəziyyəti
  • İman gətirənlər cənnətlə müjdələnir
  • Allah'ın vədi
  • Cənnəti daha artıq dərəcədə umanlar: Allah'ın firqəsi
  • Axirətə gözəl keçid
  • Asan hesab
  • Cənnətdəki təbii gözəlliklər
  • Sonsuz ləzzət
  • Cənnətdəkilərin zövcələri
  • Cənnətdə möminlərin yaşadığı yerlər
  • Təxəyyül gücündən kənar cənnət
  • Bütün nemətlərin ən üstünü: Allah'ın razılığı
  • Cənnət haqqında bəzi batil düşüncələr
  • Cənnətdəkilərin öz aralarında olan bəzi söhbətləri
  • Təkamül yalanı