Cənnətdəkilərin öz aralarında olan
bəzi söhbətləri

Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allah'a həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayan və qədirbiləndir. Elə bir Rəbb ki, öz lütfü və kərəmi ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır." (Fatir surəsi, 34-35)

Allah'ın cənnətinə, üstün bir məqama çatdırdığı möminlərin buradakı söhbətləri Qurani-kərim'də hissə-hissə anladılmışdır. Bu söhbətlər dünya həyatında möminlərə gözəl örnək olaraq bildirilir. Ayələrdə bildirilən: "Onlar 'cənnətdə nə boş söz' eşidəcək, nə də günaha bais olan bir şey edəcəklər. Eşitdikləri söz ancaq "salam və yenə də salam" (Vaqiə surəsi, 25-26) hökmü dünya həyatında yaşayarkən də boş sözdən çəkinmənin vacibliyini göstərir. Başqa bir ayədə bu durum belə ifadə edilir:

Onlar cənnətdə nə 'boş söz', nə də yalan eşidəcəklər. Bu, müttəqilərə Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir.(Nəbə surəsi, 35-36)

İndi hər kəlməsi hikmətli olan bu söhbətləri əvvəldən başlayaraq incələyək...

Möminlər hesaba çəkiləndən sonra dəstə-dəstə cənnətə daxil edilmişlər. Ora çatanda onları ilk qarşılayanlar cənnətin gözətçiləridir. Cənnətin qapıları möminlər üçün açılır və gözətçilər onları salamlayırlar. Bu məsələ ayədə belə bildirilir:

... Sizə Allah`ın salamı olsun, xoş gəldiniz əbədi qalacağınız cənnətə, daxil olun, - deyəcəklər. (Zumər surəsi, 73)

Başqa bir ayədə salamlamaq belə keçir:

Səbir etdiyinizə görə sizə salam olsun. Axirət yurdunun sizə nəsib olan aqibəti, cənnət nə gözəldir.(Rəd surəsi, 24)

Möminlərin onlara cavabı isə ayələrdə belə bildirilir:

Bizə verdiyi və'yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allah'a həmd olsun. Biz cənnətin istədiyimiz yerində sakin oluruq. Dünyada yaxşı əməllər edənlərin mükafatı necə də gözəldir.(Zumər surəsi, 74)

... Biz bundan əvvəl Rəbbimizin əzabından qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub bizi cəhənnəm əzabından qorudu. Biz bundan əvvəl dünyada ibadət edirdik. Şübhəsiz ki, O, vədinə sadiq kərəm sahibidir, rəhm edəndir. (Tur surəsi, 26-28)

... Bizi bura gətirib çıxaran Allah'a həmd olsun. Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüz-özümüzə doğru yol tapa bilməzdik. Həqiqətən, Rəbbimiz'in peyğəmbərləri haqla doğru xəbərlərlə gəlmişlər... (Əraf surəsi, 43)

Bunun ardınca eyni ayənin davamında onlara müraciət olunur:

Etdiyiniz əməllərə görə varis olduğunuz cənnət budur. (Əraf surəsi, 43)

Bir ayədə cənnətdəki möminlərin şükürləri bu şəkildə təsvir edilir:

Onların oradakı duası: "Pərvərdigara! Sən paksan, müqəddəssən!", orada salamlaşması: "Salam!" duası: "Həmd olsun aləmlərin Rəbbi Allaha!" sözləridir. (Yunis surəsi, 10)

Başqa bir ayədə bu, belə söylənilir:

... Onlar deyəcəklər: Qəm-qüssəni bizdən uzaq edən Allah'a həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayandır, qədirbiləndir! Elə bir Rəbb ki, Öz lütfü ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət toxunacaqdır! (Fatir surəsi, 34-35)

Cənnətə girmiş saleh möminlərin arasında olan söhbət isə belədir:

Onlar bir-biri ilə sorğu-suala başlayacaqlar.
Onlardan biri belə deyəcək: "Mənim bir yoldaşım var idi."
"O deyirdi: Sən, doğrudan da, inanmırsan ki, biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq?"
"(Sonra həmin şəxs) deyəcək: Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?"
O, özü baxıb onu cəhənnəmin ortasında görəcək və deyəcəkdir: "Allah`a and olsun ki, sən az qala məni məhv edəcəkdin!"
Əgər Rəbbimin lütfü olmasaydı, mən də (cəhənnəmə) gətirilənlərdən olardım! Biz artıq ölməyəcəyik, elə deyilmi? İlk ölümümüz istisna olmaqla! Biz əzab da görməyəcəyik!
Həqiqətən, bu, böyük qurtuluşdur! (Saffat surəsi, 50-60)

Bu ayələrdən də gördüyümüz kimi, möminlər sonda çatdıqları səadətin ancaq və ancaq Allah'ın diləməsi və rəhməti ilə olması qənaətindədir. Onların şüuru son dərəcə açıqdır və keçmişi xatırlayırlar. Bütün həyatları onlara xırdalıqlarına qədər göstərilir. Bu səhnədə özlərini dünya həyatında azdırmağa çalışan yoldaşlarını da görmüşlər və anlamışlar ki, əgər Allah'ın onların üzərindəki sonsuz lütfü və qoruması olmasaydı, onlar asanlıqla bu yoldan aza bilərdilər. Bunu diqqətlə düşünən möminlər fani dünyada olduğu kimi cənnətdə də Allah'a davamlı şükür edərlər.

Cənnət əhli ilə cəhənnəm əhli arasında olan və cəhənnəm əhlinin peşmançılığını ifadə edən sözlər isə aşağıdakı ayələrdə xəbər verilir:

Onlar cənnətdədirlər, bir-birindən günahkarlar barədə soruşacaq və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər:
Sizi cəhənnəmə salan nədir?
Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik. Yoxsulu da yedirtməzdik. Batilə dalanlarla birlikdə biz də batilə dalardıq. Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər bu vəziyyətdə qaldıq". (Muddəssir surəsi, 40-48)

Beləcə, cəhənnəm əhli dünya həyatında etdiyi pislikləri iqrar edər və artıq cəhənnəmdən bir çıxış imkanı olmadığını başa düşər. Bu söhbətlər isə cənnətdəki möminlərin şükürlərini və sevinclərini daha da artırar. Cənnət əhli ilə cəhənnəm əhli arasında baş verən başqa bir söhbət belə bildirilir:

Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: "Rəbbimiz'in bizə vəd etdiyinin gerçək olduğunu gördünüzmü", - deyə soruşacaq. Onlar da: "Bəli", - deyə cavab verəcəklər. Elə bu zaman onların hər iki dəstəsinin arasından bir carçı və ya cənnətdəkilərdən biri: "Allah zalımlara lənət etsin", - deyə səslənəcək." O kəslər ki, insanları Allah yolundan döndərər, onu əyri salmaq istəyir, axirəti də inkar edərdilər." (Əraf surəsi, 44-45)

Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: Üstümüzə bir az su tökün və ya Allah'ın sizə verdiyi ruzilərdən bizə də bir qədər ehsan edin, - deyəcək. Onlar isə: Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur, - deyə cavab verərlər. (Əraf surəsi, 50)

Beləcə, cəhənnəm əhlinin iztirabı qat-qat artar. Onlar çəkdikləri əzabla bərabər cənnət nemətlərini də görür və cənnət əhli ilə danışa bilir. Ancaq cəhənnəmliklər cənnət əhlinin sahib olduğu nemətlərə çata bilməzlər. Peşman olmaq üçün artıq gecdir.Bu mənəvi iztirab başqa bir ayədə belə deyilir:

Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün (deyiləcəkdir): "Siz dünyada həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!" (Əhqaf surəsi, 20)

Beləliklə, kafir olanlar fani dünyadakı həyatlarında etdiklərinin əvəzini görmək üzrə əbədi olaraq cəhənnəmə atılacaqlar. Möminlər isə əsl böyük qurtuluşlarını və xoşbəxtliklərini tapmışlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • YARADILIŞ HƏQİQƏTİ - 1
  • YARADILIŞ HƏQİQƏTİ – 2
  • Giriş
  • Nemət və səfahət
  • Bu dünyadakı həyat həqiqi həyat deyil
  • Cənnət əhlinin dünyadakı vəziyyəti
  • İman gətirənlər cənnətlə müjdələnir
  • Allah'ın vədi
  • Cənnəti daha artıq dərəcədə umanlar: Allah'ın firqəsi
  • Axirətə gözəl keçid
  • Asan hesab
  • Cənnətdəki təbii gözəlliklər
  • Sonsuz ləzzət
  • Cənnətdəkilərin zövcələri
  • Cənnətdə möminlərin yaşadığı yerlər
  • Təxəyyül gücündən kənar cənnət
  • Bütün nemətlərin ən üstünü: Allah'ın razılığı
  • Cənnət haqqında bəzi batil düşüncələr
  • Cənnətdəkilərin öz aralarında olan bəzi söhbətləri
  • Təkamül yalanı